1
00:00:00,510 --> 00:00:02,970
Mehriban və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,600 --> 00:00:14,740
“Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun!

3
00:00:15,250 --> 00:00:19,600
(Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar”.

4
00:00:21,080 --> 00:00:27,420
احمده و استعينه و استغفره و اتوب اليه

5
00:00:28,170 --> 00:00:38,680
و اصلّي و اسلّم علي حبيبه و نجيبه سيّد خلقه ابي القاسم المصطفي محمّد

6
00:00:46,680 --> 00:00:58,910
و علي آله الاطيبين الاطهرين المنتجبين الهداة المهديّين المعصومين المکرّمين سيّما بقيّة‌الله في الارضين

7
00:01:01,480 --> 00:01:07,480
و الصّلاة علي ائمّة المسلمين و حماة المستضعفين و هداة المؤمنين

8
00:01:08,000 --> 00:01:16,450
Bu möhtəşəm və emosional izdihamda iştirak edən qardaş və bacılarımı,

9
00:01:17,200 --> 00:01:31,020
habelə bütün İran xalqını və İslam ümmətini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm. İmam Həsən (ə) Fitr bayramı barədə belə buyurmuşdur:

10
00:01:31,540 --> 00:01:38,910
“Bu, yaxşı işlər görənlərin mükafatlandırıldığı, puç işlərlə məşğul olanların isə ziyan çəkdiyi bir gündür”.

11
00:01:39,880 --> 00:01:52,050
Zəhmət çəkənlər, səy göstərənlər, yaxşı işlər görənlər bu gün mükafatını alır.

12
00:01:52,340 --> 00:01:59,650
Allaha şükürlər olsun ki, bizim xalqımız da əksəriyyəti etibarilə yaxşı işlər görənlərin sırasındadır.

13
00:02:01,080 --> 00:02:15,820
Eyni hədisdə imam (ə) həmçinin belə buyurur:  اِنَّ اللهَ جَعَلَ‌ شَهرَ رَمَضانَ‌ مِضماراً لِخَلقِهِ فَيَستَبِقونَ فِيهِ بِطاعَتِهِ اِلَي مَرضاتِه

14
00:02:16,800 --> 00:02:30,910
Allah-taala ramazan ayını möminlər arasında bir müsabiqə meydanı edib ki, onlar Yaradana itaət etməklə

15
00:02:31,710 --> 00:02:43,310
Onun razılığına yaxınlaşsınlar. Allaha şükürlər olsun ki, xalqımız hər il bu müsabiqədə

16
00:02:44,000 --> 00:02:55,420
daha çox üstünlük qazanır. Hər ili ötən illə müqayisə etdikdə xalqımızın arasında

17
00:02:56,000 --> 00:03:03,020
mənəviyyatın daha da inkişaf etdiyini, yaxşı işlərin,

18
00:03:03,600 --> 00:03:13,200
insanı Allaha yaxınlaşdıran əməllərin çoxaldığını görürük.

19
00:03:13,940 --> 00:03:26,110
Quran tilavətinə, Qurandan hər gün bir cüz oxunmasına bir neçə il bundan əvvəl şəhərlərimizdən birində başlanmışdı,

20
00:03:26,740 --> 00:03:39,880
bu gün isə bu olduqca gözəl və bəyənilən ənənə ramazan ayında ölkəmizin əksər şəhərlərində təkrarlanır.

21
00:03:40,570 --> 00:03:49,370
Dua və minacat məclisləri hər il daha da artır və camaatımız həmin məclislərdə

22
00:03:49,770 --> 00:03:55,940
getdikcə daha geniş iştirak edir. Bu il mən şəxsən araşdırdım, məlumat aldım;

23
00:03:56,510 --> 00:04:02,620
dua, təvəssül, zikr və minacat məclisləri

24
00:04:03,200 --> 00:04:13,420
hər il olduğundan daha emosional, daha əhatəli və izdihamlı olmuşdur. Bax bu həmin o müsabiqə meydanıdır.

25
00:04:14,170 --> 00:04:26,110
Küçələrdə insanlara iftar verilməsi; Allaha həmd olsun ki, artıq bir neçə ildir bu ənənə camaatımızın arasında yayılıb.

26
00:04:26,280 --> 00:04:35,650
Məscidlərdə, küçə və prospektlərdə, yol üstündə yerə xalça salıb sadə iftar süfrələri açır

27
00:04:36,000 --> 00:04:46,570
və ya yoldan keçənlərə iftar bağlamaları paylayırlar. Ötən illərə nisbətən bu il bu şeylərə daha çox, daha geniş surətdə rast gəlinirdi.

28
00:04:46,570 --> 00:04:49,540
Bu, hədisdə qeyd olunan həmin o müsabiqədə inkişaf əldə olunduğunu göstərir.

29
00:04:50,050 --> 00:05:00,340
Ramazan ayının parıltısının zirvəsi isə Qədr gecələri idi; bu şəhərin, eləcə də ölkənin

30
00:05:00,740 --> 00:05:07,880
dörd bir yanındakı bütün digər şəhərlərin müxtəlif yerlərində böyük izdiham var idi,

31
00:05:08,620 --> 00:05:18,000
insanlar əllərini duaya açaraq Uca Yaradanla danışır, diləklərini diləyir, minacat edir,

32
00:05:18,400 --> 00:05:27,540
öz ruhunun saflığını və lətafətini artırırdılar. Bunlar həmin müsabiqə meydanında göstərilən səylərdir.

33
00:05:27,820 --> 00:05:39,310
Və nəhayət, İslam Respublikasında, həqiqətən də, unikal bir hadisə olan və bu il

34
00:05:39,310 --> 00:05:50,740
həmişəkindən daha coşğulu keçən Qüds günü yürüşü; o qızmar günəşin altında, uzun gündüzlərdə, orucağız,

35
00:05:51,020 --> 00:05:58,910
ramazanın 23-cü gecəsini oyaq keçirdikdən sonra;

36
00:05:59,310 --> 00:06:08,570
əhya gecəsinin səhəri açılandan bir neçə saat sonra camaat o şövq və ruh yüksəkiyi ilə küçələrə axışmışdı.

37
00:06:09,140 --> 00:06:17,420
Kütlədəki insanların sayını hesablayan mütəxəssislər bizə məlumat verdilər ki, ötən illərlə müqayisədə bu il

38
00:06:17,650 --> 00:06:29,140
ölkənin əksər şəhərlərində yürüşlərdə iştirak edən izdiham daha sıx və daha emosional olmuşdur.

39
00:06:29,420 --> 00:06:36,570
Bu xalq oyaqdır. Bu xalq stimulludur. Bu xalq yorulmayıb.

40
00:06:37,480 --> 00:06:48,910
Düşmən təbliğatını təkrarlayaraq  bu xalqın yorğun və ruh düşkünlüyü içərisində olduğunu deyənlər

41
00:06:49,250 --> 00:06:57,420
özləri yorğundurlar, özləri ruh düşkünlüyünə uğrayıblar! Hamını özləri kimi bilirlər, özlərinə baxıb xalq haqqında fikir yürüdürlər.

42
00:06:57,420 --> 00:07:08,800
Əhya gecəsi bütün gecəni yatmayıb oyaq qalandan sonra o cür həyəcanla, o həvəs və ruh yüksəkliyi ilə, bütün təbəqələrindən olan insanları –

43
00:07:09,370 --> 00:07:19,370
qocası, gənci, kişisi, qadını ilə küçələrə axışıb, o yürüşü o səviyyədə həyata keçirən bu xalq yorğun deyil, ümidsiz deyil.

44
00:07:19,370 --> 00:07:28,340
Bu xalq iş görmək meydanını özü üçün müsabiqə meydanı bilir, Allaha həmd olsun ki, mənəviyyatı günbəgün daha da artır.

45
00:07:28,450 --> 00:07:36,740
Hər ilin ramazan ayında xalqımızın mənəviyyatı, mənəvi saflığı daha da çoxalır,

46
00:07:36,740 --> 00:07:47,480
bu isə o deməkdir ki, İran xalqı insanları mənəviyyatdan uzaqlaşdırmağa çalışan siyasətlərin arzusuna rəğmən,

47
00:07:47,770 --> 00:08:03,420
mənəviyyata bağlıdır, ayaqdadır, fəsad və mənəvi tənəzzülə doğru gedən dünyanın qarşısında durub.

48
00:08:23,480 --> 00:08:32,450
Özü də ölkənin dörd bir yanında müşahidə olunan bu dinamikanın başlıca hərəkətverici qüvvəsi əsas etibarilə gənclərdir.

49
00:08:32,910 --> 00:08:40,450
Ölkə gənclərinin varlığında belə bir mənəviyyat ruhunun olması əvəzsiz bir mənəvi sərmayədir

50
00:08:40,850 --> 00:08:52,910
və bu sərmayə ölkənin kimliyini, suverenliyini, nüfuz və əzəmətini qoruyan bir amildir.

51
00:08:53,200 --> 00:09:03,880
Pərvərdigara! Səni and veririk Məhəmməd və Ali-Məhəmmədə, bu mənəviyyatı, bu əzəməti, irəliyə aparan bu hərəkatı

52
00:09:04,340 --> 00:09:11,020
bu mömin və böyük xalq üçün davamlı və sarsılmaz et.

53
00:09:12,000 --> 00:09:22,450
Mehriban və bağışlayan Allahın adı ilə. De: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah möhtac deyildir! O nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!” (“İxlas” surəsi)

54
00:09:44,450 --> 00:09:49,140
Mehriban və bağışlayan Allahın adı ilə.

55
00:09:49,370 --> 00:09:56,110
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم‌ المصطفي محمّد

56
00:10:01,080 --> 00:10:08,280
و علي آله ‌الاطيبين الاطهرين المنتجبين الهداة المهديّين المعصومين

57
00:10:08,510 --> 00:10:18,740
اللهمّ صلّ علي وليّک اميرالمؤمنين عليّ ‌بن‌ ابي‌طالب و علي حبيبته الزّهراء المرضيّة و علي الحسن و الحسين

58
00:10:19,140 --> 00:10:29,200
سيّدي شباب اهل الجنّة و علي عليّ بن الحسين سيّد العابدين و علي محمّد بن ‌عليّ باقر علم الاوّلين و الآخِرين

59
00:10:29,480 --> 00:10:39,080
و علي جعفر بن محمّد الصّادق و علي موسي ‌بن جعفر الکاظم و علي عليّ ‌بن موسي الرّضا و علي محمّد بن عليّ الجواد

60
00:10:39,600 --> 00:10:48,170
و علي عليّ ‌بن محمّد الهادي و علي الحسن بن عليّ الزّکيّ العسکري و علي الحجّة القائم المهدي

61
00:10:48,570 --> 00:10:56,910
Bu il Qüds günü digər xalqlar arasında da daha geniş yayıldı, daha təntənəli şəkildə qeyd olundu. Müxtəlif ölkələrdən bizə gəlib çatan xəbərlər göstərirdi ki, həmin ölkələrdə xalqlar bu günü qeyd edir. Bu o deməkdir ki, düşmənin bütün təbliğatına baxmayaraq, digər müsəlman xalqları ilə İran xalqı daha çox yaxınlaşıb, onlar arasında bir-birinə daha çox meyil yaranıb. Əlbəttə ki, Şeytan xislətli böyük dövlətlər İran xalqının əleyhinə daim məkrli planlar cızırlar, çünki xalqlar arasında onun ayaqda olmasından, iqtidarından, müstəqilliyindən, öz yaşamı üçün nümayiş etdirdiyi yüksək və təşəbbüskar intellektdən narahatdırlar. Sözsüz ki, bu dövlətlər əllərindən gələni edirlər, amma inşallah, həmişə də uğursuzluğa düçar olurlar. Amerika prezidenti  elan edib ki, onlar Qərbi Asiya regionuna

62
00:10:57,200 --> 00:11:10,850
Bu il Qüds günü digər xalqlar arasında da daha geniş yayıldı, daha təntənəli şəkildə qeyd olundu.

63
00:11:11,250 --> 00:11:20,000
Müxtəlif ölkələrdən bizə gəlib çatan xəbərlər göstərirdi ki,

64
00:11:20,620 --> 00:11:32,400
həmin ölkələrdə xalqlar bu günü qeyd edir. Bu o deməkdir ki, düşmənin bütün təbliğatına baxmayaraq,

65
00:11:32,740 --> 00:11:40,570
digər müsəlman xalqları ilə İran xalqı daha çox yaxınlaşıb,

66
00:11:41,020 --> 00:11:45,200
onlar arasında bir-birinə daha çox meyil yaranıb.

67
00:11:45,710 --> 00:11:54,510
Əlbəttə ki, Şeytan xislətli böyük dövlətlər İran xalqının əleyhinə daim məkrli planlar cızırlar,

68
00:11:55,020 --> 00:12:08,680
çünki xalqlar arasında onun ayaqda olmasından, iqtidarından, müstəqilliyindən, öz yaşamı üçün nümayiş etdirdiyi yüksək

69
00:12:08,850 --> 00:12:18,850
və təşəbbüskar intellektdən narahatdırlar. Sözsüz ki, bu dövlətlər əllərindən gələni edirlər, amma inşallah, həmişə də uğursuzluğa düçar olurlar.

70
00:12:39,250 --> 00:12:49,200
Amerika prezidenti  elan edib ki, onlar Qərbi Asiya regionuna

71
00:12:49,710 --> 00:12:57,880
7 trilyon dollar pul xərcləyiblər! Özü deyir ki, söhbət milyonlardan, milyardlardan yox, trilyonlardan gedir.

72
00:12:58,220 --> 00:13:08,680
“Bu regiona 7 trilyon dollar pul xərcləmişik, heç nə əldə edə bilməmişik” – bunu o özü deyir;

73
00:13:09,310 --> 00:13:16,970
bu, məğlubiyyət deməkdir; Amerika bu regionda məğlubiyyətə uğrayıb. Amerika heç nə edə bilməyib,

74
00:13:16,970 --> 00:13:25,370
Böyük Şeytan bütün səylərinə, bütün vəsvəsə və şər əməllərinə baxmayaraq,

75
00:13:25,770 --> 00:13:29,880
bu regionda öz məqsədlərinə nail ola bilməyib. Pulu xərcləyib,

76
00:13:29,880 --> 00:13:36,000
“...mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədikləri üçün) peşman olacaq, axırda da məğlub ediləcəklər”. (“Ənfal” surəsi, 36-cı ayədən)  –

77
00:13:36,220 --> 00:13:40,680
axırda da məğlub və peşman olub. Quran ayəsidir; pulu xərcləyərlər, amma ondan heç bir xeyir götürməzlər.

78
00:13:40,680 --> 00:13:49,140
Şeytani dövlətlər bundan sonra da bu regionda nə qədər pul xərcləsələr belə, onları eyni nəticə gözləyir.

79
00:13:49,310 --> 00:13:57,080
Lakin İran xalqı ayıq-sayıq olmalı, məkrli planları sezməyi bacarmalıdır. Əziz qardaşlar, əziz bacılar!

80
00:13:57,310 --> 00:14:06,110
Bu gün düşmənin yürütməyə çalışdığı məkrli plan ölkəmizin hər yerində xalqa iqtisadi təzyiq göstərərək

81
00:14:06,450 --> 00:14:14,400
onu yormaqdan, ümidini qırmaqdan ibarətdir.

82
00:14:14,620 --> 00:14:22,170
Bilin ki, bu məsələdə hər kəs əlindən gələni etməlidir: həm dövlət,

83
00:14:22,620 --> 00:14:29,200
rəsmilər, həm də xalq. “Dövlət” deyərkən mən bütün hakimiyyət strukturlarını nəzərdə tuturam.

84
00:14:29,710 --> 00:14:37,080
Allaha şükürlər olsun ki, xoşbəxtlikdən, bu önəmli problemi –

85
00:14:37,480 --> 00:14:46,510
iqtisadiyyat məsələsini addımbaaddım izləmək, qəti qərarlar qəbul edib,

86
00:14:46,910 --> 00:14:53,820
onları vaxtında icra etmək, bütün bu işlərlə məşğul olmaq üçün hakimiyyətin 3 qolunun başçılarının,

87
00:14:54,110 --> 00:15:03,540
habelə digər fəal rəsmilərinin iştirakı ilə bir mərkəzi komitə yaradılıb. İnşallah, bu işi ciddi şəkildə izləmək lazımdır.

88
00:15:03,710 --> 00:15:17,710
Xalqın da öhdəsinə müəyyən vəzifələr düşür, onları yerinə yetirməlidir. Camaatımız israf məsələsinə diqqətli yanaşmalıdır.

89
00:15:17,710 --> 00:15:28,340
Mən bu məsələni bir neçə il bundan əvvəl qaldırmışdım;  ölkənin, yoxsul və məzlum təbəqələrin mənafeyi naminə

90
00:15:28,570 --> 00:15:36,450
israfçılığı, lüzumsuz yerə sağa-sola pul xərcləməyi bir kənara qoysunlar.

91
00:15:36,680 --> 00:15:48,400
İran xalqı bilsin ki, bu gün ölkədə likvidlik kifayət qədər yüksəkdir; maliyyə imkanları olan,

92
00:15:48,680 --> 00:15:58,970
həmin likvidlərə sahib olan şəxslər öz sərəncamında olan vəsaiti istehsala yönəltsinlər ki, iş getsin.

93
00:15:58,970 --> 00:16:06,970
Xalqın dolanışığı istehsal sayəsində təmin olunur; bu, camaatın öhdəsinə düşən bir işdir.

94
00:16:07,250 --> 00:16:15,250
Xarici ölkələrlə ticarətlə məşğul olan şəxslər

95
00:16:15,420 --> 00:16:23,200
diqqətli olsunlar, daxildə istehsal olunan malların analoqunu ölkəyə idxal etməsinlər.

96
00:16:23,200 --> 00:16:31,820
Xalqın ehtiyacından uzaq olan malları, lazımsız məhsulları ölkəyə gətirməsinlər.

97
00:16:31,820 --> 00:16:40,000
Bunlar camaatın özünün görə biləcəyi işlərdir; bu işlər xalqın hər bir nümayəndəsinin öhdəsinə düşür.

98
00:16:40,450 --> 00:16:54,000
Və bu sahədə ölkənin müstəqil iqtisadi inkişafına yardım edə biləcək bütün işlər hesaba alınmalıdır.

99
00:16:54,280 --> 00:17:01,770
Xarici ölkələrə səfərə getməyə adət etmiş insanlar bu adətlərindən əl çəksinlər.

100
00:17:02,050 --> 00:17:07,370
Əyləncə xatirinə cürbəcür xarici ölkələrə getməyi –

101
00:17:07,600 --> 00:17:13,420
əlbəttə ki, müqəddəs ziyarətgahlara edilən səfərlər, yaxud Həcc ziyarəti bura aid deyil;

102
00:17:13,710 --> 00:17:22,340
bunlar həm ölkənin üzərinə bir o qədər böyük xərc qoymur, həm də bərəkəti çoxdur –

103
00:17:22,400 --> 00:17:29,540
əyləncə məqsədilə, cürbəcür bəhanələrlə edilən lüzumsuz səfərləri bir kənara qoysunlar.

104
00:17:29,770 --> 00:17:39,480
Deyildi, eşitdik ki, İqtisadiyyat Nazirliyi ölkədə biznes mühitinin rövnəqlənməsi üçün bir sıra qərarlar qəbul edib,

105
00:17:40,000 --> 00:17:49,710
buna mane olan bəzi işləri aradan qaldırıb. Müsbət bir addımdır, davam etdirmək lazımdır.

106
00:17:50,000 --> 00:17:56,570
Korrupsiya ilə mübarizə işini ciddi surətdə davam etdirmək lazımdır;

107
00:17:56,910 --> 00:18:06,220
eynilə israfçılıqla mübarizəni də. İstehsal və quruculuq sahələrində fəal olan gəncləri

108
00:18:06,450 --> 00:18:17,880
həvəsləndirmək, təşviq etmək lazımdır; əlhəmdulillah, ölkəmizdə bu, geniş yayılıb, gənclər istehsal işlərində fəallıq göstərirlər,

109
00:18:18,050 --> 00:18:22,570
işləyirlər, çalışırlar, faydalı məhsullar istehsal edirlər.

110
00:18:22,910 --> 00:18:34,110
Digər bir mühüm məsələ isə xalqın vəhdəti – milli və ictimai birlik məsələsidir.

111
00:18:34,450 --> 00:18:43,940
Təəssüflər olsun ki, bu gün ümumi mühitdə, virtual məkanda bir qrup şəxs arasında bir-birini alçaltmaq, ittiham etmək,

112
00:18:44,110 --> 00:18:53,020
bir-birinə böhtan atmaq və sair bu kimi davranışlar geniş hal alıb. Əlbəttə ki, bu qəbildən olan insanların sayı çox deyil,

113
00:18:53,310 --> 00:19:00,970
amma onların bu əməlləri ölkəyə, ölkənin ümumi atmosferinə ziyan vurur. Bu işlərdən bəziləri böyük günahdır.

114
00:19:01,370 --> 00:19:09,540
Vəhdət və qarşılıqlı hörmət ruhu olmalıdır; bir-biri ilə məşğul olmağı başqa vaxta saxlasınlar;

115
00:19:09,710 --> 00:19:17,020
hazırda ölkənin qarşısında düşmən olduğu bir vaxtda hamı əl-ələ verib birləşməli,

116
00:19:17,200 --> 00:19:23,020
ölkənin müstəqilliyi və əzəməti naminə bir istiqamətdə iş görməlidir.

117
00:19:23,370 --> 00:19:33,420
Mən xahiş edirəm, bəziləri düşmənin təbliğatında gedən söz-söhbətləri də

118
00:19:33,710 --> 00:19:41,540
(əslində, bu, xalqın ruhiyyəsini zəiflətməyə hesablanmış psixoloji müharibədir) mətbuatda və mediada təkrarlamasınlar.

119
00:19:41,540 --> 00:19:48,800
Düşmən İran xalqının ruhiyyəsini zəiflətmək üçün nə isə deyir, bir də görürsən ki, ölkə daxilində də

120
00:19:49,020 --> 00:19:55,250
biri qalxıb onun dediklərini təkrarlayır; düşmənə xoş gəlmək xatirinə

121
00:19:55,250 --> 00:20:03,820
və ya prosesləri düzgün təhlil edə bilmədiyinə görə eyni yalanı, reallığa zidd olan eyni iddianı səsləndirir. Belə şeyləri bir kənara qoyaq.

122
00:20:04,050 --> 00:20:12,220
İnşallah, bu ruhiyyə ilə, bu hərəkatla, bu xalqla, bu mənəviyyatla,

123
00:20:12,450 --> 00:20:19,250
xalqda olan bu müstəqillik hissi ilə, Allahın lütfü

124
00:20:19,540 --> 00:20:24,620
və köməyi  sayəsində, ölkəmizin gələcəyi bu günündən qat-qat yaxşı olacaq.

125
00:20:25,370 --> 00:20:34,050
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, İmam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhlarını Məhşərə öz övliyalarınla birgə gətir.

126
00:20:34,050 --> 00:20:37,140
Bu bayramı İran xalqı üçün bol bərəkətli et.

127
00:20:37,420 --> 00:20:42,570
Mehriban və bağışlayan Allahın adı ilə. “And olsun axşam çağına ki, insan ziyan içindədir.

128
00:20:42,740 --> 00:20:49,770
Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi)

129
00:20:50,170 --> 00:20:52,970
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.