1
00:00:00,680 --> 00:00:02,740
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,740 --> 00:00:09,370
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّيّبين

3
00:00:18,050 --> 00:00:24,050
و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين

4
00:00:24,740 --> 00:00:33,880
Əziz qonaqlar, çox xoş gəlmisiniz, bu elmi və ictimai hərəkatda iştirak etdiyinizə görə

5
00:00:34,910 --> 00:00:48,970
sizə öz təşəkkürümü bildirirəm,

6
00:00:51,540 --> 00:01:07,370
həmçinin bu faydalı və inşallah ki, gələcəyi uğurlu olacaq tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm.

7
00:01:08,280 --> 00:01:21,480
Həzrət Ayətullah Məkarimə də, həqiqətən, dəyərli bir təşəbbüs göstərərək bu böyük işə start verdiyinə görə şəxsən təşəkkürümü bildirirəm.

8
00:01:22,050 --> 00:01:30,570
Bu işi davam etdirib, inşallah, çox yaxşı nəticələr əldə etmək olar.

9
00:01:31,480 --> 00:01:50,110
Əziz qardaşlar, əziz bacılar, bu gün İslam ümmətinin birləşməsinə xidmət edən istənilən hərəkət bərəkətlidir, savabdır;

10
00:01:50,740 --> 00:01:56,340
İslam düşmənlərinin niyyəti ümmət içərisində konflikt yaratmaqdır;

11
00:01:58,050 --> 00:02:10,340
İslama iman gətirmiş bizlərin isə niyyəti İslam dünyasında, müsəlman ümməti içərisində vəhdət yaratmaq,

12
00:02:11,650 --> 00:02:19,200
ümmətin məzhəb və firqələrini bir-biri ilə tanış edib yaxınlaşdırmaq olmalıdır.

13
00:02:21,480 --> 00:02:37,080
Sizin başlatdığınız bu hərəkat, bu konfrans da İslam ümmətinin vəhdəti istiqamətində görülən işlərin bir nümunəsidir.

14
00:02:39,940 --> 00:02:50,570
Bizim daim bir problem kimi yanaşdığımız mövzulardan biri də budur ki,

15
00:02:51,420 --> 00:02:58,680
müsəlman firqələri bir-birini doğru-dürüst tanımır,

16
00:03:01,540 --> 00:03:07,200
bir-biri haqda düzgün və reallığa uyğun məlumatları yoxdur.

17
00:03:07,710 --> 00:03:20,680
Bir çox hallarda düşmənlər, xaricilər, yadellilər gəlib, düşmənçi yanaşma ilə,

18
00:03:20,850 --> 00:03:32,340
çirkin və qərəzli niyyətlərlə, ədavət yaratmaq məqsədilə bu firqələri bir-birinə öz istədikləri formada təqdim etmişlər.

19
00:03:32,800 --> 00:03:48,340
Son 100-150 illik tarixə nəzər salsaq, buna bir çox açıq-aşkar nümunələr görə bilərik.

20
00:03:49,880 --> 00:03:57,770
Elə bu son bir neçə ildə baş vermiş olaylarda İslam firqələrinin hansısa bir firqəyə

21
00:03:58,510 --> 00:04:11,480
və ya əksinə yanaşmasında hansı formada mühakimə yürüdüldüyünün çox şahidi olmuşuq.

22
00:04:13,820 --> 00:04:21,020
Düşmənlər gəlib bizi bir-birimizə çirkin simada tanıtdırır,

23
00:04:22,570 --> 00:04:31,480
bir-birimizin gözündən salırlar; bu, düşmənlərin işidir.

24
00:04:31,710 --> 00:04:38,970
Bizim bir-birimizi daha yaxşı, daha yaxından, daha düzgün tanımağımıza,

25
00:04:39,370 --> 00:04:49,250
bir-birinin güclü cəhətlərini öyrənməyimizə, bu cəhətləri bir istiqamətə yönəltməyimizə yol açan istənilən addım

26
00:04:49,250 --> 00:04:57,540
İslam ümmətinin birliyinə, bölünməzliyinə və yüksəlişinə xidmət edir. Sizin keçirdiyiniz bu konfrans da bu qəbildən olan işlərdəndir.

27
00:05:00,000 --> 00:05:12,970
Tarix boyu İslam və təbiət elmlərinin yüksəlişində şiə alimlərinin diqqətəlayiq dərəcədə böyük xidmətləri olub.

28
00:05:14,050 --> 00:05:24,510
Onların fiqh, hədis, fəlsəfə, özəlliklə də rasional elmlər,

29
00:05:24,910 --> 00:05:36,220
sxolastika kimi İslam elmləri sahəsində yazdığı, bu gün əlimizdə olan əsərlər,

30
00:05:36,510 --> 00:05:44,450
həqiqətən də, hər bir müsəlman üçün qürur mənbəyidir. Bunu bilməliyik,

31
00:05:45,250 --> 00:05:55,020
müsəlman ümməti bunu bilməli, bu barədə məlumatlı olmalı, bunu hiss etməlidir.

32
00:05:55,020 --> 00:06:01,480
Bu bizim bir-birimizə yaxınlaşmağımıza, bir-birimizi daha yaxşı tanımağımıza kömək edə bilər.

33
00:06:02,510 --> 00:06:11,600
Şiə alimləri arasında müxtəlif din elmləri sahəsində –

34
00:06:12,220 --> 00:06:19,080
fiqhdə, fəlsəfədə, sxolastikada, ricalda, hədisdə

35
00:06:19,420 --> 00:06:30,740
Əllamə Hilli, Şeyx Tusi və sair bu kimi öndə gələn alimlər çox olmuşdur. Sevindirici haldır ki, elə bizim öz dövrümüzdə də bu qəbildən olan şəxsiyyətlər olub.

36
00:06:32,800 --> 00:06:39,940
Onların Quran, Quran elmləri, Quran təfsiri barədə yazılmış kitabları

37
00:06:41,310 --> 00:06:48,570
çox önəmli, problemlərin həlli yolunu ortaya qoyan əsərlərdir. Bunlar təqdim olunsa, tanıtdırılsa,

38
00:06:49,140 --> 00:06:59,480
müxtəlif İslam firqələri bir-birinin əsərləri ilə tanış olsalar, çəkilən zəhməti hamı görsə,

39
00:06:59,880 --> 00:07:08,400
İslam ümməti bütün bu işlərdən iftixar duyar və bu, İslam ümmətinin birlik və bölünməzliyinə yol açar.

40
00:07:09,310 --> 00:07:16,450
Və gördüyümüz hər bir işdə – o cümlədən siz də həyata keçirdyiniz bu elmi hərəkatda –

41
00:07:17,200 --> 00:07:26,450
diqqətli olmalıyıq ki, müsəlman firqələri arasında ikitirəliyə,

42
00:07:27,080 --> 00:07:35,600
parçalanmaya, uzaqlaşmaya, giley-güzara səbəb ola biləcək heç bir boşluq, heç bir nöqsan olmasın;

43
00:07:36,000 --> 00:07:38,400
çünki bu, düşmənlərin arzuladığı bir şeydir.

44
00:07:39,600 --> 00:07:46,800
Deməli, əsas məsələlərdən biri İslam ümmətinin birliyidir.

45
00:07:47,600 --> 00:07:54,220
Düşünürəm ki, inşallah, sizin bu konfransınızla bu birliyin önəmli dərəcədə böyük bir qismi təmin olunacaq.

46
00:07:54,910 --> 00:08:00,220
Digər bir mühüm məsələ isə elmi inkişaf məsələsidir.

47
00:08:01,540 --> 00:08:11,370
İslam dünyası elmi cəhətdən inkişaf etmədiyi üçün geri qalıb, başqalarının ağalığı altında olub.

48
00:08:13,080 --> 00:08:26,280
Əsrlər boyu geridə qalmış, elmləri müsəlmanlardan öyrənmiş,

49
00:08:27,540 --> 00:08:38,510
müsəlmanların yazdığı kitabları əldə rəhbər tutaraq inkişafa doğru addımlamış Qərb dünyası

50
00:08:38,800 --> 00:08:47,600
elmi inkişaf baxımından İslam ölkələrindən və İslam dünyasından önə keçməyi bacarıb.

51
00:08:48,170 --> 00:08:54,620
Bu onların varlanmasına, hərbi cəhətdən güclənməsinə,

52
00:08:54,970 --> 00:09:02,170
siyasi iqtidarının və təbliğat gücünün artmasına səbəb olub.

53
00:09:03,080 --> 00:09:11,250
Bundansa müstəmləkəçilik yaranıb, bir təzahür kimi müstəmləkə ortaya çıxıb, müsəlman ölkələri

54
00:09:11,650 --> 00:09:23,880
müstəmləkəçilərin qanlı və amansız çəkmələrinin altında tapdağa çevrilib, müsəlmanlar geriliyi,

55
00:09:26,850 --> 00:09:35,880
inkişafdan məhrum qalmanı bütün varlıqları ilə, elmin bütün sferalarında hiss ediblər

56
00:09:36,110 --> 00:09:46,110
və sonda bu, hazırda müşahidə etdiyiniz vəziyyətlə sonlanıb: dünya, xüsusilə də Qərb dövlətləri,

57
00:09:46,800 --> 00:09:57,200
yer üzünün şeytanları müsəlman ölkələri, müsəlman xalqları üzərində hegemonluq edir, öz istəklərini onlara diktə edir

58
00:09:57,880 --> 00:10:06,110
və təəssüflər olsun ki, müsəlman ölkələrinin əksər hökumət başçıları da onların dediyi ilə oturub-dururlar. Bütün bunların səbəbi müsəlmanların elmi cəhətdən geridə qalmasıdır.

59
00:10:07,020 --> 00:10:16,400
Biz bu vəziyyəti dəyişməliyik; biz İslam dünyasında bütün elm sahələrində –

60
00:10:16,680 --> 00:10:26,970
rasional elmlərdən tutmuş humanitar və sosial elmlərə, təbiət elmlərinə qədər,

61
00:10:27,370 --> 00:10:39,140
sivilizasiyaya xidmət edən hər bir elm sahəsində inkişafa doğru ciddi bir hərəkata start verməliyik;

62
00:10:39,540 --> 00:10:46,400
və biz buna qadirik. İslam dünyası bir vaxtlar bəşər sivilizasiyanın zirvəsində olub;

63
00:10:47,080 --> 00:10:56,620
nəyə görə bu təkrarlanmasın, nəyə görə biz uyğun bir zamanda –

64
00:10:57,250 --> 00:11:05,650
40 il sonra, 50 il sonra – İslam ümmətinin insan sivilizasiyasının zirvəsində olması üçün bu gün işə başlamayaq? Buna nə mane olur?

65
00:11:06,620 --> 00:11:12,800
Hərəkət etməli, iş görməliyik. Bu, hökumətlərin, ziyalıların işidir;

66
00:11:13,540 --> 00:11:21,940
bu işdə həm müsəlman ölkələrində hakimiyyətdə olan dairələrin, həm də İslam dünyasının ziyalılarının öhdəsinə müəyyən vəzifələr düşür.

67
00:11:22,340 --> 00:11:30,510
İslam dünyasının alimləri, ziyalıları, yazarları, şairləri, incəsənət adamları

68
00:11:31,370 --> 00:11:38,170
elmi inkişafa nail olmaq, elmi biliklərin zirvəsinə yetişmək üçün

69
00:11:39,020 --> 00:11:48,450
böyük bir ideoloji hərəkata start verməli, ümumi bir istək ortaya qoymalıdırlar. Və bu gün bu mümkündür.

70
00:11:50,110 --> 00:11:56,620
Biz İslam Respublikasında bu məqsəd üçün çalışıb səy göstərdik və bizim səylərimiz uğurlu oldu.

71
00:11:57,140 --> 00:12:12,740
Bu gün biz İslam İnqilabından əvvəlki – şah diktaturası dövründəki vəziyyətlə müqayisədə elmi cəhətdən çox böyük irəliləyişlər əldə etmişik,

72
00:12:13,420 --> 00:12:26,450
bu sahədə inkişaf tempimiz çox yaxşı olub. Dünyanın mötəbər elmi təşkilatlarının təqdim etdiyi hesabatlara əsasən, ötən bir neçə il ərzində

73
00:12:26,740 --> 00:12:33,820
İslam Respublikasının elmi inkişaf tempi dünya ölkələri üzrə orta göstəricidən 13 dəfə çox olub.

74
00:12:34,510 --> 00:12:44,170
Bunu biz demirik, bu məlumatı dünyanın mərkəzi elmi qurumları öz rəsmi sənədlərində yayıb.

75
00:12:44,970 --> 00:12:55,940
Əlbəttə ki, biz çox geridə olduğumuza görə dünya ölkələri ilə müqayisədə 13 dəfə artıq olan bu inkişaf tempi

76
00:12:56,110 --> 00:13:06,170
hələ bizi arzulanan səviyyəyə gətirib çıxara bilməyib, amma diqqətəlayiq dərəcədə irəliləməyi bacarmışıq və bundan sonra daha da irəli gedəcəyik.

77
00:13:07,370 --> 00:13:20,450
Biz demişik ki, elmi hüdudları aşmalı, dünya elminin sərhədlərini keçməliyik.

78
00:13:20,740 --> 00:13:29,250
Bunun üçünsə hərəkət etməliyik. İnşallah, bunu edəcəyik, İslam Respublikası bunu edəcək. Əlbəttə ki, Qərbdən tam fərqli bir şəkildə.

79
00:13:29,880 --> 00:13:41,600
Qərblilər qısqancdırlar, yəni əllərində olanı, ən yaxşı elmi nailiyyətlərini

80
00:13:41,600 --> 00:13:44,510
heç kəslə bölüşmək istəmirlər.

81
00:13:45,600 --> 00:13:51,820
Düzdür, artıq uzun müddət istifadə olunmuş bəzi nailiyyətlərini dünyaya ötürürlər,

82
00:13:52,000 --> 00:14:01,020
ən son və parlaq nailiyyətlərini isə əsla heç kəsə açmırlar.

83
00:14:01,200 --> 00:14:06,510
Onlardan fərqli olaraq, biz isə demişik ki, əldə etdiyimiz istənilən uğuru

84
00:14:06,510 --> 00:14:12,850
müsəlman ölkələrindəki qardaşlarımıza ötürməyə hazırıq; bütün sferalarda.

85
00:14:13,250 --> 00:14:19,600
Bu hərəkatı davam etdirmək lazımdır. Biz İslam elmləri sahəsində də inkişaf edib irəli getməliyik.

86
00:14:19,880 --> 00:14:30,450
Fiqh sahəsində bizim fiqhi məsələlərə yeni bir tərzdə yanaşmağa ehtiyacımız var.

87
00:14:30,970 --> 00:14:36,740
Bir qədər əvvəl çıxış edən cənabların qeyd etdiyi ixtisaslaşmış fiqh məsələsi məhz bu problemə toxunurdu.

88
00:14:38,110 --> 00:14:44,000
Fiqh elmi ölkənin və bəşər cəmiyyətinin müxtəlif idarəetmə sferalarında

89
00:14:44,570 --> 00:14:54,910
yeni söz deyə bilər, İslam fiqhi yeni söz, yeni fikir ortaya qoya bilər.

90
00:14:55,650 --> 00:14:58,400
Bu sahələrdə işləmək lazımdır. Bu, fiqh barədə.

91
00:14:58,680 --> 00:15:03,940
Fələsəfə və rasional elmlərdə isə irəliləyişimizi sürətləndirməliyik.

92
00:15:04,110 --> 00:15:15,370
Sevindirici haldır ki, şiə toplumlarında, xüsusilə də İranda rasional elmlər çox yaxşı inkişaf edib.

93
00:15:15,600 --> 00:15:23,370
Keçmişdən bəri də bu cür olub; rasional elm sahələrində bizim ölkəmizdə,

94
00:15:23,600 --> 00:15:32,220
eləcə də ümumilikdə İslam dünyasında böyük alim və mütəfəkkirlər olub, onların əsərləri bu gün də əldədir,

95
00:15:33,140 --> 00:15:42,000
lakin yenə də rasional elmlərin inkişaf etdirilməsinə ehtiyac var. Qərblilər öz fəlsəfələrini tətbiq etməklə

96
00:15:43,200 --> 00:15:52,110
bir sıra siyasi, administrativ, sosial problemlərini həll ediblər.

97
00:15:52,850 --> 00:16:02,910
Dünən mən kitab sərgisində fəlsəfənin futbola təsiri barədə Qərb müəlliflərinin yazdığı kitabları gördüm.

98
00:16:03,820 --> 00:16:09,140
Fəlsəfəni futbola da tətbiq edirlər!

99
00:16:09,940 --> 00:16:18,170
Baxın, bu öz ideologiyasını həyatın bütün sferalarına tətbiq etmək deməkdir.

100
00:16:18,680 --> 00:16:27,600
Bunu biz də etməliyik. Fəlsəfə cəhətdən biz güclüyük; İslam fəlsəfəsi Qərb fəlsəfəsindən daha güclü,

101
00:16:28,000 --> 00:16:37,020
daha fundamental, daha əsaslıdır, lakin onun həyata, yaşama tətbiqi hiss olunmalıdır.

102
00:16:37,600 --> 00:16:44,280
Bizim fəlsəfəmizin hakimiyyətlə, sosial problemlərlə, iqtisadiyyatla,

103
00:16:44,970 --> 00:16:56,620
ümumilikdə sivilizasiyanın formalaşması ilə bağlı olan bütün məsələlərdə hansı mühakimələri yürütdüyü aydınlaşmalı, məlum olmalıdır. Bütün bu işləri həyata keçirmək lazımdır.

104
00:16:56,620 --> 00:17:02,970
Bu dediklərim İslam dininə aid elmlərlə bağlı idi, təbiət elmləri sahəsində də məsələ eynilə bu cürdür.

105
00:17:03,600 --> 00:17:14,400
Xoşbəxtlikdən, bu gün İslam dünyasında oyanış yaranıb; hərçənd qərblilər bu oyanışı inkar etmək üçün çox çalışdılar.

106
00:17:14,850 --> 00:17:26,050
Qərbi Asiya və Şimali Afrika regionlarında, ərəb ölkələrində baş verən proseslər məhz islami oyanış idi.

107
00:17:27,080 --> 00:17:32,110
Bu bir oyanışdır və bu oyanış İslam dünyasının hər yerində baş qaldırıb.

108
00:17:32,850 --> 00:17:44,050
Gənclərin aydınlaşdırmaq istədiyi məsələlər var, sualları var və onlar bu suallarına İslam dinindən cavab eşitmək istəyirlər;

109
00:17:44,340 --> 00:17:55,600
bunu İslamdan gözləyir, İslama üz tuturlar. Qərblilərin İslam dini, islami həyat tərzi əleyhinə apardığı bu qədər təbliğata rəğmən,

110
00:17:55,600 --> 00:18:01,250
bu gün İslama maraq getdikcə artır, axın böyükdür.

111
00:18:01,250 --> 00:18:09,940
Bu axın bizə onu müjdə verir ki, inşallah, İslam dünyasının sabahı bu günündən çox-çox yaxşı olacaq.

112
00:18:11,880 --> 00:18:19,770
İnşallah, İslam dünyası o günlərin şahidi olacaq ki, müsəlman ümməti

113
00:18:19,770 --> 00:18:27,540
İslama uyğun sivilizasiya və həyat tərzinin zirvəsində olacaq,

114
00:18:28,280 --> 00:18:35,020
İslamın düşmənləri, Amerika və onun kimi digər hegemonlar

115
00:18:35,200 --> 00:18:40,110
daha müsəlman ölkələrinin başçılarına “bunu etməlisiniz, onu etməlisiniz” deyib göstəriş verməyəcəklər.

116
00:18:41,080 --> 00:18:48,340
Bir vaxtlar belə olub, bu gün də, təəssüflər olsun ki, tək-tük hallarda bunu müşahidə etmək olur; inşallah, artacaq, genişlənəcək

117
00:18:48,340 --> 00:18:56,050
və İslam dünyası, Allahın izni və mərhəməti sayəsində özünün zirvə nöqtəsinə yetişəcək.

118
00:18:57,020 --> 00:19:08,340
Bir daha hamınıza təşəkkürümü bildirirəm və ümid edirəm ki, bu elmi hərəkat davam etdiriləcək.

119
00:19:09,020 --> 00:19:16,220
Konfransın ərsəyə gəlməsi üçün zəhmət çəkmiş hər kəsə, bütün təşkilatçılara

120
00:19:16,510 --> 00:19:27,020
şəxsən Həzrət Ayətullah Məkarimə bir daha təşəkkür edirəm. Ümidvaram, Allah onu qoruyacaq, uğurlarını bol edəcək,

121
00:19:27,600 --> 00:19:37,250
Allaha şükürlər olsun ki, onda həmişə var olmuş və bu gün də var olan enerji və stimulu

122
00:19:37,650 --> 00:19:42,850
günbəgün daha da artırıb davamlı edəcək, inşallah.

123
00:19:43,140 --> 00:19:45,080
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.