1
00:00:00,680 --> 00:00:02,800
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,140 --> 00:00:11,710
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:21,020 --> 00:00:29,880
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

4
00:00:30,450 --> 00:00:44,340
Mənim əzizlərim, çox xoş gəlmisiniz; bugünkü gəlişinizlə, sədaqətli, əsl möminə və inqilabçıya xas iştirakınızla,

5
00:00:45,200 --> 00:00:51,080
çıxışlarınızla, səsləndirdiyiniz fikirlərlə hüseyniyəmizi işıqlandırdınız,

6
00:00:52,400 --> 00:01:09,710
zəhmətkeş, imanlı və fədakar bir toplumun böyük bir kəsimi ilə görüşməyin şirinliyini bizə daddırdınız.

7
00:01:10,910 --> 00:01:18,220
Ölkəmizin fəhlə ictimaiyyəti – az öncə qeyd olundu, mən də bunu dönə-dönə demişəm – həqiqətən də,

8
00:01:18,620 --> 00:01:29,600
ixlaslı, mömin, sadiq, zəhmətkeş – nəinki təkcə zavodlarda,

9
00:01:31,310 --> 00:01:39,770
hətta inqilabın özü, müdafiəsi üçün inqilabi mübarizə meydanlarında, Müqəddəs Müdafiə dövründə böyük zəhmət çəkmiş bir ictimaiyyətdir.

10
00:01:40,510 --> 00:01:54,220
Bu gün “Nime-ye şəban”a yaxın olan bir gündür. Mən “Nime-ye şəban” bayramı barədə bir cümlə ilə bunu demək istəyirəm ki,

11
00:01:55,940 --> 00:02:03,020
“Nime-ye şəban” gələcəyə ümidin simvoludur;

12
00:02:05,200 --> 00:02:15,710
yəni bizim müxtəlif şeylərə bəslədiyimiz ümidlər gerçəkləşə və ya gerçəkləşməyə bilər,

13
00:02:16,970 --> 00:02:24,800
yer üzünün sonda Allah-taalanın göndərdiyi mütləq rəhbər –

14
00:02:26,340 --> 00:02:45,600
Həzrət Sahibəzzaman vasitəsilə (Allah onun zühurunu tezləşdirsin, ruhlarımız ona fəda olsun!) islah olunacağına olan ümid isə heç bir şübhə yeri qalmayan, gerçəkləşəcəyi danılmaz olan bir ümiddir.

15
00:02:47,200 --> 00:02:51,710
السَّلامُ عَلَيکَ يا وَعدَ اللهِ الَّذي ضَمِنَه

16
00:02:52,570 --> 00:02:55,540
Gerçəkləşəcəyinə Allah-taalanın zəmanət verdiyi bir vəddir.

17
00:02:58,620 --> 00:03:09,140
السَّلامُ‌ عَلَيکَ‌ اَيُّهَا العَلَمُ‌ المَنصُوبُ‌ وَ العِلمُ المَصبُوبُ وَ الغَوثُ وَ الرَّحمَةُ الوَاسِعَةُ وَعداً غَيرَ مَکذُوب‌

18
00:03:09,480 --> 00:03:12,800
Bu, heç bir vəchlə pozulmayacaq, möhkəm və toxunulmaz olan bir ilahi vəddir.

19
00:03:14,000 --> 00:03:24,570
Bunu təkcə biz – şiələr demirik, təkcə biz müsəlmanlar da demirik, yer üzündəki bütün dinlər elə bir günün gəlişinin intizarındadır.

20
00:03:24,970 --> 00:03:35,310
Bizim işimizin üstünlüyü ondadır ki, biz kimi gözlədiyimizi bilirik, varlığını hiss edirik, hazırda bizimlə bərabər olduğunu qəbul edirik,

21
00:03:36,970 --> 00:03:46,510
onunla söhbət edirik, ona müraciət edirik, ondan istəyirik, o da bizə cavab verir; fərq bundadır.

22
00:03:46,910 --> 00:03:57,370
Başqaları – şiə olmayan müsəlmanlar, qeyri-müsəlmanlar naməlum, qeyri-müəyyən bir şeyə etiqad bəsləyirlər.

23
00:03:57,650 --> 00:04:04,740
Biz şiələr isə yox; nə istədiyimiz, kimə üz tutub, kiminlə söhbət etdiyimiz məlumdur. “Nimeye-şəban” ümid günüdür.

24
00:04:05,480 --> 00:04:16,850
Mənim əzizlərim, əziz gənclər, əziz zəhmətkeşlər! Ümidin qədrini bilin, onu qəlbinizdə qoruyub saxlayın;

25
00:04:18,570 --> 00:04:33,880
bu gün böyük dövlətlərin ağalığı altında olan dünyanın zülmətlərə bürünmüş, qaranlıq, korlanmış simasının bir gün dəyişəcəyinə olan bu ümidi itirməməyə çalışın.

26
00:04:34,280 --> 00:04:40,170
Bilin və əmin olun ki, bu vəziyyət dəyişəcək;

27
00:04:43,540 --> 00:04:51,650
əmin olun ki, bu gün dünyada müşahidə etdiyiniz bu zülmlər, əzab-əziyyətlər,

28
00:04:52,570 --> 00:05:06,570
bu hegemonluq, bu iftiralar, bu xəbisliklər, rəzilliklər (hansıların ki ən bariz təzahürü Amerikanın və sionist İsrailin başçılarıdır; başqaları da aşağı-yuxarı elə onların tayıdır) – bütün bunlar,

29
00:05:07,540 --> 00:05:14,110
heç şübhəsiz, bir gün dəyişəcək. Bu ümid bizdə var.

30
00:05:14,110 --> 00:05:22,680
Biz, inşallah, o günün yaxınlaşması üçün kömək etməli, dualar edib bunu Allahdan istəməli və özümüz də əlimizdən gəldiyi qədər çalışmalıyıq.

31
00:05:23,880 --> 00:05:31,200
Şəban ayı barədə də bir neçə kəlmə demək istəyirəm; şəban ayının əhəmiyyətini diqqətdən qaçırmaq olmaz.

32
00:05:32,280 --> 00:05:42,910
Ramazan ayı kimi, şəban ayı da əvvəlindən axırına qədər bayramdır. Ramazan ayı başdan sona bayramdır; Allaha yaxın olan kəslərin bayramıdır.

33
00:05:43,820 --> 00:05:51,880
İnsanın öz nəfsini saflaşdırmaq, qəlbini nurlandırmaqla məşğul ola bilməsi üçün

34
00:05:52,110 --> 00:06:00,620
xüsusi bir mövqeyə malik olan hər bir gün bayramdır, o günü qənimət bilmək lazımdır.

35
00:06:00,970 --> 00:06:07,480
Şəban ayı da ilk günündən son gününə qədər bu cür fürsətlərlə bol olan bir aydır.

36
00:06:08,850 --> 00:06:14,340
Bu ayda bağışlanma diləmək, dua etmək, ziyarət etmək, göz yaşı və yalvarışlarla ilahi dərgaha üz tutmaq,

37
00:06:14,680 --> 00:06:19,820
Quran oxumaq, namaz qılmaq – bunlar hamısı fürsətdir.

38
00:06:20,220 --> 00:06:30,000
Biz öz dünyəvi həyatımızı abadlaşdırmaq, daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdən gəldiyi qədər çalışmalıyıq, buna əsla şübhə yoxdur, lakin qəlbimizi də abadlaşdırmağa, oranı da daha yaxşı vəziyyətə salmağa səy göstərməliyik;

39
00:06:30,450 --> 00:06:39,420
qəlbimizi abadlaşdırmalıyıq. Yalnız abad vəziyyətdə olan bir qəlblə yaxşı dünya qurmaq olar;

40
00:06:39,770 --> 00:06:46,740
qəlb abad olmazsa, qəlb çirkin, qara və günahkar olarsa,

41
00:06:47,480 --> 00:06:56,400
ola bilsin ki, insan texnologiyanı bu gün olduğu səviyyədə, bəlkə, ondan da yuxarı səviyyədə inkişaf etdirə bilər, amma dünya şirin, ürəkaçan bir dünya olmaz.

42
00:06:57,080 --> 00:07:04,170
Bu gün dünya acılarla, ədalətsizliklə dolu bir dünyadır. Dünya o zaman şirin və ürəkaçan olar ki,

43
00:07:04,800 --> 00:07:14,400
qərar qəbul edənlərin, addım atanların, hərəkət edənlərin və əgər alınarsa, ümimilikdə bütün insanların qəlbi abadlaşa, aydınlana.

44
00:07:14,800 --> 00:07:17,420
Şəban ayına diqqətsiz yanaşmayın.

45
00:07:18,110 --> 00:07:29,540
Mən bir neçə cümlə ilə fəhlə və zəhmətkeşlərimizin problemlərinə toxunacağam. Bir neçə cümlə ilə də – əlbəttə ki, qısaca olaraq – bu gün düçar olduğumuz qlobal problemlərdən söz açacağam.

46
00:07:30,220 --> 00:07:42,910
Fəhlələrin problemlərinə gəlincə, insan potensialı hər bir ölkənin ən böyük sərvətlərindən biridir;

47
00:07:43,880 --> 00:07:57,140
yəni fəhlələrin, layihəçilərin, mühəndislərin, ölkənin istənilən sferasında işlə məşğul olmağa hazır olan insanların varlığı

48
00:07:57,420 --> 00:08:06,050
ölkə üçün yeraltı sərvətlərdən – qızıl, neft, almaz və sairdən qat-qat dəyərlidir;

49
00:08:06,280 --> 00:08:13,940
bir ölkəni abad edə biləcək şey məhz budur. Baxın, bu gün yer üzündə elə ölkələr var ki,

50
00:08:14,510 --> 00:08:25,080
dünya bazarına çıxarılan almazın hamısı, yaxud böyük bir qismi həmin ölkələrdən əldə olunur, amma özləri yoxsulluq və bədbəxtlik içində yaşayırlar. Nəyə görə?

51
00:08:25,820 --> 00:08:35,880
Ona görə ki o ölkələrdə kifayət qədər insan potensialı yoxdur, fəal, ağıllı işçi qüvvəsi yoxdur.

52
00:08:36,280 --> 00:08:42,970
İnsan potensialı hər bir ölkənin ən böyük sərvətidir və ölkəmizdə də bu potensialı elə siz təşkil edirsiniz.

53
00:08:43,310 --> 00:08:53,880
Siz fəhlələr, sahibkarlar, mühəndislər, layihəçilər, müxtəlif sferalarda çalışan fəal kadrlar –

54
00:08:55,020 --> 00:09:07,600
insan potensialı sizsiniz. İnsan potensialı belə bir yüksək dəyərə malikdir və fəhlə ictimaiyyəti də bu yüksək dəyərin, bu nəhəng sərvətin bir parçasıdır.

55
00:09:08,400 --> 00:09:20,400
Dəyər yaratma baxımından bizim fəhlələrimiz dünya ölkələrinin orta və standart göstəricisindən qat-qat yüksək səy və əmək sərf edirlər.

56
00:09:22,110 --> 00:09:32,340
Mən bunu müxtəlif sferalarda çalışan insanlarımız, tələbələrimiz, elmi tədqiqatçılarımız barədə danışarkən dəfələrlə söyləmişəm,

57
00:09:32,800 --> 00:09:41,310
sonradan aparılan araşdırmaların hamısı mənim bu fikrimi tam olaraq təsdiqləyib. Mən ölkəmizin fəhlə və zəhmətkeşləri barədə də eyni düşüncədəyəm.

58
00:09:41,710 --> 00:09:48,740
İran fəhləsi dünyanın ən yaxşı fəhlələrindən biridir;

59
00:09:49,080 --> 00:10:01,540
yəni onun əlinin məharəti, yüksək düşüncə, intellekt və stimulu dünya üzrə ortalama göstəricidən yuxarıdır.

60
00:10:02,800 --> 00:10:16,910
Halbuki Pəhləvi zülmü və repressiyaları zamanında, ona qədər də daim qəflətdə olan, passiv Qacarlar hakimiyyəti dövründə

61
00:10:17,310 --> 00:10:24,400
əməyə, fəhləyə, fəhlə ictimaiyyətinə, istehsala, milli məsələlərə heç bir diqqət yetirilməyib;

62
00:10:24,400 --> 00:10:32,170
əlbəttə ki, Qacarlar dövründə hakim dairələrin axmaqlığı və geridüşüncəli olması, Pəhləvi dövründə isə xalqa xəyanəti ucbatından.

63
00:10:34,170 --> 00:10:43,200
İşçi qüvvəsinin, fəhlə və zəhmətkeşlərin hərəkətə gəldiyi, yeni bir nəfəs aldığı, kəmiyyət

64
00:10:43,710 --> 00:10:53,480
və keyfiyyət baxımından inkişaf etdiyi İslam İnqilabı dövründə isə, gördüyümüz kimi,

65
00:10:54,620 --> 00:10:58,800
orta qabiliyyət və bacarıq göstəricisinə görə İran fəhləsi dünya ölkələrinin fəhlələrindən yüksəkdə durur.

66
00:10:59,020 --> 00:11:07,820
Dünən burada mənim üçün ölkə daxilində istehsal olunan məhsulların kiçik bir sərgisini təşkil etmişdilər.

67
00:11:08,400 --> 00:11:16,620
Mən gedib bir neçə saat o sərgiyə baxdım, sizin gördüyünüz işlərlə tanış oldum.

68
00:11:19,140 --> 00:11:24,850
Həqiqətən də, İran fəhləsinin bacarıqlı əllərindən öpmək lazımdır,

69
00:11:26,510 --> 00:11:35,540
sizin əllərinizdən öpmək lazımdır! Bu qədər problem və çətinliklər içərisində,

70
00:11:37,880 --> 00:11:43,420
xammalın və müasir texnologiyaların qarşısını alan bir bu qədər sanksiyaların olmasına rəğmən,

71
00:11:44,850 --> 00:11:49,710
dünya imperialistləri qarşımızda növbənöv əngəllər yaratdığına baxmayaraq,

72
00:11:50,400 --> 00:11:56,340
keyfiyyət baxımından bu qədər dəyərli məhsullar istehsal etmək?!

73
00:11:56,510 --> 00:12:05,940
Sizin istehsal etdiyiniz məhsullara baxanda insan onların keyfiyyətinə heyran qalır. Hər şey də var idi!

74
00:12:06,220 --> 00:12:16,740
Dünən onlarla şirkət bura öz məhsullarını gətirmişdi; hamısı sizin əlinizin əməyidir; baxdıq.

75
00:12:16,910 --> 00:12:24,280
Parçadan, ayaqqabıdan, hazır paltarlardan, ev əşyalarından, çini və büllurdan tutmuş

76
00:12:25,020 --> 00:12:31,770
dərmanlara, kosmetik vasitələrə, məişət texnikasına, soyuducuya, nəşriyyat avadanlıqlarına qədər –

77
00:12:32,570 --> 00:12:44,050
dünən burada nümayiş olunan hər şey (hamısına baxmağımız elə bir neçə saat çəkdi) çox gözəl, keyfiyyətli və yüksək səviyyədə idi.

78
00:12:45,250 --> 00:12:54,450
Bunları görəndə ölkənin daxili işçi qüvvəsi qarşısında, həqiqətən də, baş əymək istəyirsən! Mən: “İran məhsuluna dəstək olmaq lazımdır”, – deyəndə

79
00:12:56,680 --> 00:13:05,020
bəziləri ya buna inanmır, ya təsdiqləmir, ya da əməl etmirlər!

80
00:13:05,600 --> 00:13:09,480
İran məhsuluna dəstək olmaq elə bu fəhlə və zəhmətkeşlərə,

81
00:13:10,740 --> 00:13:15,310
işçi qüvvəsinə, yəni istehsala dəstək olmaq deməkdir!

82
00:13:16,340 --> 00:13:24,910
Bu dəstək hərtərəfli olmalıdır; daxili istehsala həm xalq, həm də dövlət dəstək verməlidir; yerli məhsulu hamı dəstəkləməlidir.

83
00:13:27,820 --> 00:13:35,880
Müəyyən problemlər vurğulanır ki, bunlar həm müəssisə rəhbərləri, həm də fəhlələrlə bağlıdır;

84
00:13:36,170 --> 00:13:43,420
sığorta problemi, imkanların azlığı, nağd vəsait çatışmazlığı, vergi əngəlləri,

85
00:13:43,770 --> 00:13:52,970
banklar və İqtisadiyyat Nazirliyi sarıdan yaranan problemlər – müxtəlif problemlər var. Bütün bu problemlərin həll olunması,

86
00:13:53,650 --> 00:13:59,310
aradan qaldırılması üçün tam və qətiyyətli tədbirlər görülməlidir.

87
00:13:59,770 --> 00:14:06,340
Problemlər ortadan qalxandan, İran məhsuluna lazımi dəstək veriləndən,

88
00:14:07,540 --> 00:14:18,000
İran fəhləsinin qədr-qiyməti bilinəndən sonra daha hansısa zavodun: “Mən öz potensialımın üçdə biri ilə işləyirəm”, –

89
00:14:18,000 --> 00:14:24,740
dediyini görməyəcəyik. Dünən bəziləri bizə belə deyirdilər; söyləyirdilər ki,

90
00:14:26,400 --> 00:14:36,050
imkanları böyükdür, amma məhdud səviyyədə işləyirlər: potensialının üçdə biri ilə, yarısı ilə. Yaxşı, nəyə görə?

91
00:14:36,450 --> 00:14:45,140
Bəs onların fəhlələrinin yerdə qalan o üçdə ikisi haradadır? Ölkədə yaranmış işsizlik bax bundan irəli gəlir.

92
00:14:46,000 --> 00:14:53,540
“İran məhsuluna dəstək olmaq lazımdır” deyəndə mən bax bunu nəzərdə tuturam;

93
00:14:54,570 --> 00:15:05,540
məşğulluq təmin olunsun, yeni iş yerləri açılsın, işsiz qalan fəhləmiz olmasın; təhsil alan gənclərimiz təkcə rahat kabinetdə işləmək barədə düşünməsinlər,

94
00:15:06,000 --> 00:15:14,510
müxtəlif sferalarda öz şənlərinə uyğun bir işlə məşğul ola biləcəklərini bilsinlər. İran məhsullarına dəstək verilsə, bu olacaq.

95
00:15:15,020 --> 00:15:24,220
Nəyə görə bəziləri pullarını xarici şirkətlərin cibinə axıtmaqda bu qədər israrlıdırlar? Bu nə mərəzdir ki,

96
00:15:25,710 --> 00:15:32,570
hökmən xarici mallardan istifadə etmək lazımdır? Biri var analoji İran məhsulu olmaya, onda bəli, sözüm yoxdur;

97
00:15:33,310 --> 00:15:40,850
bəzi mallar var ki, onları ölkə daxilində istehsal etmək sərfəli deyil, xaricdən gətirmək daha ucuz başa gəlir; lap yaxşı!

98
00:15:42,340 --> 00:15:50,220
İdxal edilən malın yerli analoqu yoxdursa, o başqa, amma əgər hansısa malın daxildə analoqu varsa, istehsal olunursa

99
00:15:51,020 --> 00:16:00,220
və keyfiyyət baxımından da xarici analoquna bərabərdir və bəzən hətta onu üstələyirsə,

100
00:16:00,910 --> 00:16:08,850
nəyə görə bəziləri hökmən gedib xarici mal almaqda,

101
00:16:09,080 --> 00:16:18,280
hansısa xarici markanın məhsulundan istifadə etməkdə bu qədər israr edirlər? Bu nə mərəzdir? Bəzi insanlarda olan bu yanlış düşüncə və yanaşma nədir?

102
00:16:18,970 --> 00:16:29,420
Gəlin İran məhsullarını istehlak edək. Qəti qərar verək; böyük müəssisələr, hökumət idarələri özləri,

103
00:16:30,000 --> 00:16:36,170
başqaları qərar versinlər ki, İran məhsuluna dəstək olacaqlar. Bizim başqalarına qarşı heç bir təəssübümüz yoxdur, düşmənçilik etmək niyyətində deyilik;

104
00:16:36,400 --> 00:16:45,820
biz sadəcə bunu istəyirik ki, öz övladlarımızı, öz gənclərimizi, öz fəhlələrimizi işləməyə vadar edək, onları əmək fəaliyyətinə cəlb edək,

105
00:16:46,050 --> 00:16:50,800
işsizlikdən doğan fəsadlardan xilas edək.

106
00:16:51,650 --> 00:16:59,940
İşsizliyin bir sıra fəsadları var; sosial fəsadları, təhlükəsizlik baxımından fəsadları, əxlaqi fəsadları –

107
00:17:00,220 --> 00:17:03,370
cürbəcür fəsadları var. Bizim istədiyimiz budur; bunun yolu da elə İran məhsuluna dəstək olmaqdır.

108
00:17:03,940 --> 00:17:10,570
İran məhsulunu, ölkənin istehsalatını dəstəkləmək, himayə etmək lazımdır.

109
00:17:10,970 --> 00:17:21,480
Düşmənə qarşı mübarizə aparmağın ən yaxşı yolu da elə budur. Mənim əzizlərim, baxın, düşmənlərimiz dərk ediblər ki,

110
00:17:22,000 --> 00:17:27,080
top-tüfəngli savaşdan heç nə əldə edə bilməyəcəklər.

111
00:17:28,280 --> 00:17:36,680
Bir neçə il əvvəl Amerikanın başqa bir prezidenti – o da elə bunun kimi ədəbsiz,

112
00:17:37,770 --> 00:17:41,940
mənasız sözlər danışan, özgə bostanına daş atan biri idi – bizim əleyhimizə bəzi fikirlər səsləndirmişdi.

113
00:17:42,910 --> 00:17:51,940
Mən elə o zaman çıxışımda dedim ki, əzizim, artıq “gəl vur, çıx get” dövrü bitib; vuracaqsınız, cavabını alacaqsınız.

114
00:18:17,140 --> 00:18:26,800
Bunu bilirlər; bilirlər ki, bizimlə sərt savaşa, top-tüfəngli qarşıdurmaya girsələr, çətinə düşəcəklər.

115
00:18:27,140 --> 00:18:33,540
Düzdür, bizə zərbə vuracaqlar, amma ola bilsin ki, özləri ondan qat-qat ağır zərbə alacaqlar; bunu dərk ediblər.

116
00:18:34,620 --> 00:18:41,650
Axtarıb başqa bir yol tapıblar: iqtisadi savaş, mədəni savaş və sair. İndi mədəniyyət məsələsi bir kənara qalsın,

117
00:18:41,650 --> 00:18:46,740
bu gün bizim düşmənlərimizi əsas maraqlandıran iqtisadi savaşdır.

118
00:18:47,710 --> 00:18:58,450
Amerikanın bizə qarşı apardığı iqtisadi savaşın baş qərargahı da elə iqtisadiyyatlarını, sərvətlərini idarə edən ABŞ Maliyyə Nazirliyidir;

119
00:18:59,140 --> 00:19:04,000
baş qərargah oradır. Yaxşı, bəs gəlin görək iqtisadi savaşla mübarizə aparmağın yolu nədən ibarətdir?

120
00:19:06,340 --> 00:19:14,280
Yolu budur ki, biz ölkə daxilində iqtisadiyyatımızı qaydaya salaq.

121
00:19:14,680 --> 00:19:24,280
İqtisadiyyatımız başqalarına söykənirsə, xaricdən asılıdırsa, problemlər yaranacaq. Əlbəttə,

122
00:19:24,620 --> 00:19:32,740
mən dünya ilə iqtisadi əlaqələri kəsmək lazım olduğunu, yaxud belə bir şeyin mümkün olduğunu düşünmürəm; məlumdur ki, mümkün deyil; bu gün bütün dünya bir-birinə bağlı və bir-biri ilə əlaqələdir,

123
00:19:33,770 --> 00:19:40,340
amma ölkə sərhədlərindən kənara arxalanmaq da ikiqat yanlışdır; xaricə arxayın olmaq olmaz.

124
00:19:40,800 --> 00:19:49,940
Bəli, qoy gedib dünya ölkələri ilə ağılla, bacarıqla, düzgün siyasət yürütməklə, ciddi

125
00:19:50,220 --> 00:19:59,140
və ardıcıl bir şəkildə əlaqələr qursunlar. Dünya böyükdür; dünya təkcə Amerika və bir neçə Avropa ölkəsindən ibarət deyil ki; dünya çox genişdir;

126
00:19:59,820 --> 00:20:09,020
qoy gedib lazım olan qədər əlaqələr qursunlar, amma heç bir xarici qüvvəyə göz dikməsinlər.

127
00:20:09,200 --> 00:20:17,250
Gözlərini daxildəki subyektlərə, ölkənin böyük bir dəyər olan insan sərmayəsinə diksinlər.

128
00:20:20,000 --> 00:20:32,740
Xalq biz rəsmilərin problemləri ölkə daxilində həll etməkdə, daxili potensialdan istifadə etməkdə israrlı olduğumuzu görəndə,

129
00:20:33,200 --> 00:20:37,250
hansısa çətinliklə üzləşsə belə, dözəcək, bizə kömək edəcək.

130
00:20:37,940 --> 00:20:47,140
Möhtərəm ölkə rəsmiləri buna diqqət yetirməlidirlər: xaricə arxalanmaq olmaz.

131
00:20:47,770 --> 00:20:58,170
Amerikalıların azadlıqsevər, müstəqil İslam Respublikasına qarşı mübarizə yollarından biri

132
00:20:58,910 --> 00:21:07,200
(hansı ki onların da elə dövlətimizin bu azadlıqsevərliyini, müstəqilliyini gözləri götürmür; deyirlər ki, bizim bayrağımızın,

133
00:21:07,540 --> 00:21:15,820
bizim kölgəmizin altında yaşamalısınız, bizim göstərişlərimizə itaət etməlisiniz, bizim istəyimizə uyğun siyasət yürütməlisiniz, çünki bizim silahımız sizdən çoxdur,

134
00:21:16,110 --> 00:21:20,620
sizdən güclüyük, pulumuz daha çoxdur; bunu istəyirlər),

135
00:21:22,570 --> 00:21:34,110
qeyd etdiyim kimi, iqtisadiyyatla bağlı işlərdir, digər bir yolları isə – bunları məlumatınız olsun, bu şeylərə diqqət edəsiniz deyə deyirəm –

136
00:21:34,340 --> 00:21:45,710
bəzi düşüncəsiz dövlətləri – onları başqa necə adlandırasan ki – bizim əleyhimizə təhrik etməkdir.

137
00:21:47,540 --> 00:21:57,880
Elə bizim öz regionumuzda konfliktlərin, qarşıdurmaların, müharibə və dava-dalaşın yaranmasına etinasız qalan bəzi dövlətlər var.

138
00:22:00,050 --> 00:22:08,220
Amerikalılar gedib o səudiyyəlilərin yanında otururlar ki, onları İslam Respublikasına qarşı təhrik etsinlər;

139
00:22:08,220 --> 00:22:17,140
yaxşı, əgər kimisə bizə qarşı qaldırmaq istəyirsinizsə, nəyə görə öz nökəriniz – müəyyən mənada nökəriniz, müəyyən mənada isə ağanız olan –

140
00:22:17,540 --> 00:22:25,140
sionistləri qaldırmırsınız? O bədbəxtləri – səudiyyəliləri niyə təhrik edirsiniz? İstədikləri budur ki, müsəlmanla müsəlmanın arasına dava düşsün.

141
00:22:25,820 --> 00:22:34,050
Onların planlarından biri də bu qəbildən olan bəzi ölkələri – indi mən Səudiyyəni misal çəkdim –

142
00:22:34,050 --> 00:22:44,620
İslam Respublikası ilə qarşı-qarşıya durmağa, sinəbəsinə gəlməyə sövq etmək, konfliktə təhrik etməkdir.

143
00:22:45,250 --> 00:22:50,050
O dövlətlərin də əgər ağlı varsa, düşmənin bu kələyinə aldanmamalıdırlar;

144
00:22:50,800 --> 00:22:56,340
İslam Respublikası ilə sinəbəsinə gəlsələr, hökmən, zərbə alacaq, məğlub olacaqlar.

145
00:23:19,250 --> 00:23:29,710
Amerikalılar İslam Respublikası və qüdrətli İran xalqı ilə mübarizənin yükünə özləri qatlaşmaq yox,

146
00:23:30,510 --> 00:23:36,570
həmin yükü regionumuzdakı bu qəbildən olan ölkələrin boynuna qoymaq istəyirlər.

147
00:23:37,370 --> 00:23:47,020
Amerikanın işi-gücü asayiş və təhlükəsizliyi pozmaqdır; bu illər ərzində amerikalılar hara ayaq basıblarsa, o yerdə təhlükəsizliyi yox ediblər.

148
00:23:47,140 --> 00:23:55,880
Hər bir regionda – istər bizim olduğumuz Qərbi Asiya regionunda, istərsə də dünyanın digər bölgələrində; getdikləri hər yerdə – asayiş və təhlükəsizliyi pozublar;

149
00:23:56,450 --> 00:24:05,650
ya vətəndaş müharibəsi yaradıblar, ya qardaş qırğınına səbəb olublar – bir sözlə, getdikləri hər yerdə insanlara bədbəxtlik gətiriblər.

150
00:24:07,420 --> 00:24:17,310
Məhz elə buna görə də Qərbi Asiya regionundan Amerikanın ayağını kəsmək lazımdır;

151
00:24:17,770 --> 00:24:22,400
amerikalılar Qərbi Asiya regionundan çıxmalıdırlar;

152
00:24:44,970 --> 00:24:50,220
buradan ayağı kəsilməli olan İran İslam Respublikası yox, Amerikadır.

153
00:24:50,970 --> 00:25:02,850
İslam Respublikası bu regiona yad deyil, biz buralıyıq, Fars Körfəzi bizim öz evimizdir, Qərbi Asiya bizim öz evimizdir,

154
00:25:02,850 --> 00:25:11,310
bura bizim evimizdir; yad olan sizsiniz, uzaqdan durub bura gələn sizsiniz, çirkin məqsədlər güdən sizsiniz,

155
00:25:11,770 --> 00:25:15,020
fitnə yaratmaq istəyən sizsiniz, siz çıxıb getməlisiniz!

156
00:25:15,370 --> 00:25:23,940
Və bilin ki, amerikalıların və onlar kimilərin ayağı bu regiondan kəsiləcək!

157
00:25:45,770 --> 00:25:53,370
İran məhsuluna dəstək olmaq məsələsində mənim daim israrla vurğuladığım (bunu dəfələrlə demişəm;

158
00:25:53,770 --> 00:26:04,450
bu gün cənab nazir də buradadır), inşallah ki, hökumət tərəfindən və ümumilikdə bu sahədə ciddi diqqət yetirilməli olan məqamlardan biri də

159
00:26:04,450 --> 00:26:14,800
qaçaqmalçılığın və lüzumsuz idxalın qarşısının alınmasıdır.

160
00:26:15,200 --> 00:26:25,770
Belə ki rəsmilər və yerli sənayenin sahibkarlarından, investorlarından, məharətli ustalarından

161
00:26:26,000 --> 00:26:36,400
və sair bu kimi fəal subyektlərindən çoxu bundan gileylənirlər ki, əksər hallarda keyfiyyət baxımından

162
00:26:36,970 --> 00:26:57,140
daha aşağı olan xarici mallar gəlib bazarda daxili məhsullarla rəqabət aparır, özü də qeyri-bərabər rəqabət aparır və yerli malın genişlənməsini məhdudlaşdırır.

163
00:26:57,420 --> 00:27:01,310
Hökmən qarşısı alınmalı olan işlərdən biri də budur.

164
00:27:01,770 --> 00:27:10,620
Əlbəttə, cənab nazirin bu gün burada toxunduğu məsələlər, həyata keçirilmiş və ya keçirilməkdə olan işlər – bütün bunlar dəyərlidir;

165
00:27:10,800 --> 00:27:21,540
inşallah, davam etdirsinlər ki, reallaşsın, işlərin nəticəsi görünsün, yəni işlərin nəticəsi hiss olunsun;

166
00:27:21,820 --> 00:27:33,080
və mən arzu edirəm ki, inşallah, bu nəticələri hiss edən fəhlə ictimaiyyətimiz, xüsusilə də gənc zəhmətkeşlərimiz günbəgün gələcəyə daha da ürəklə və böyük ümidlə baxsınlar.

167
00:27:33,310 --> 00:27:35,420
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.