1 00:00:00,620 --> 00:00:02,740 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,480 --> 00:00:12,340 و الحمدلله‌ ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌‌القاسم المصطفي محمّد 3 00:00:23,250 --> 00:00:36,280 و علي آله الطّيّبين الطّاهرين المعصومين و علي صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين 4 00:00:40,850 --> 00:00:51,480 Çox sevinirik, Allaha sonsuz şükürlər edirik ki, bir daha, 5 00:00:52,850 --> 00:01:09,140 daha bir ildə bu möhtəşəm, mənalı və faydalı toplantını keçirmək bizə nəsib oldu. 6 00:01:11,200 --> 00:01:25,770 Vəqflərdə çalışan qardaşlarımıza, habelə bu tədbirin təşkil olunması üçün Vəqflər Təşkilatı ilə əməkdaşlıq etmiş hər kəsə təşəkkürümüzü bildiririk; 7 00:01:26,110 --> 00:01:36,280 bu Quran hadisəsində, Quran toplantısında, əslində isə Quran bayramında iştirak 8 00:01:38,970 --> 00:01:52,620 və həmkarlıq edən qonaqları da salamlayır, onlara: “Xoş gəlmisiniz” – deyirəm. 9 00:01:53,370 --> 00:01:56,740 Allah-taala hamınızın əcrini versin, inşallah. 10 00:01:58,680 --> 00:02:15,420 Quran məsələsi bizim çox önəmli məsələlərimizdən biridir; İslam dünyasının, İslam ümmətinin daimi məsələlərindəndir. 11 00:02:17,650 --> 00:02:31,600 Biz Qurandan möhkəm yapışmalıyıq. İslam ümməti Qurandan yararlanmazsa, Qurandan yayınıb uzaqlaşarsa 12 00:02:31,600 --> 00:02:39,820 (təəssüflər olsun ki, tariximizin bir çox mərhələlərində bu baş verib) 13 00:02:40,510 --> 00:02:46,970 zərbə alacaq; necə ki elə alıb da. 14 00:02:48,400 --> 00:03:04,620 Bu gün bizim Qurana ehtiyacımız var; İslam cəmiyyətinin, müsəlman toplumunun düzgün yaşayışının yolu Qurana əməl etməkdir; 15 00:03:06,170 --> 00:03:08,510 rəvayətlərdən birində buyurulur: 16 00:03:08,510 --> 00:03:11,310 “Quran Allahın ipi, açıq-aydın nur və şəfadır”. 17 00:03:12,740 --> 00:03:15,310 “Allahın ipi” məsələsi Qurandan gəlir: 18 00:03:15,310 --> 00:03:19,420 “Hamılıqla Allahın ipindən (dindən, Qurandan) möhkəm yapışın və (firqələrə bölünüb) bir-birinizdən ayrılmayın”. (“Ale-İmran” surəsi, 103-cü ayədən) 19 00:03:20,110 --> 00:03:22,170 Həmin o ip Qurandır. 20 00:03:22,850 --> 00:03:28,740 Nura gəlincə isə, 21 00:03:30,110 --> 00:03:40,450 nurun xüsusiyyəti nədir? Ətrafı aydınladır, gedəcəyi yolu insana göstərir, 22 00:03:41,650 --> 00:03:53,650 insan görmə qabiliyyəti əldə edir, gözü açılır. Nur olmasa, gözlər də heç yeri görə bilmədikləri üçün kara gəlməz, faydalı olmaz. 23 00:03:55,200 --> 00:04:03,770 Bizim ağlımız var, cürbəcür qabiliyyətlərimiz var, düşünmək bacarığımız var, 24 00:04:04,450 --> 00:04:12,110 amma nur olmasa, bunlar heç biri bizə kömək edə bilməz; nur lazımdır, həmin o nur da Qurandır. 25 00:04:12,400 --> 00:04:17,200 Və Quran şəfadır; 26 00:04:17,770 --> 00:04:24,220 biz xəstəyik, canımızda mərəz var. Müsəlman ölkələrinin geriliyinə nəzər salın; 27 00:04:25,420 --> 00:04:33,710 kafirlərin əksər müsəlman ölkələrində necə ağalıq etdiyinə diqqət yetirin. 28 00:04:34,850 --> 00:04:46,170 Amerika prezidentinin qalxıb oradan tam həyasızcasına: “Əgər biz olmasaq, 29 00:04:46,340 --> 00:04:57,710 bəzi ərəb ölkələri heç bir həftə də özlərini qoruyub saxlaya bilməzlər” – deməyi müsəlmanlar üçün zəlalətdir. 30 00:04:58,910 --> 00:05:09,540 Səbəb isə odur ki, bizim canımızda bu mərəz var; zillət mərəzindən daha betər bir mərəz ola bilməz. 31 00:05:09,540 --> 00:05:22,510 Bu zillətin səbəbi isə bizim Qurandan yapışmamağımızdır, bu şəfa qaynağını, dərdlərin dəvasını əldən verməyimizdir. 32 00:05:24,450 --> 00:05:32,510 “Quran ondan yapışanların qoruyucusu, arxasınca gedənlərin xilaskarıdır”; 33 00:05:32,850 --> 00:05:43,310 tamamilə realdır; Quran budur. Bu gün bizim Qurana ehtiyacımız var; həm şəxsi həyatımızda, 34 00:05:43,310 --> 00:05:52,680 həm sosial həyatımızda, həm də siyasətimizdə, siyasi davranışımızda. 35 00:05:54,220 --> 00:05:59,420 Quran bizə dərs öyrədir; bir qədər əvvəl tilavət olunan ayələrdə buyurulduğu kimi: 36 00:06:00,680 --> 00:06:15,600 “Muhəmməd (ə) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə qarşı (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görəsən. Onların əlaməti üzlərində olan səcdə izidir”. (“Fəth” surəsi, 29-cu ayədən”) 37 00:06:16,510 --> 00:06:21,480 Möminin xüsusiyyətləri budur, Quran bizə deyir ki, bu cür olmalıyıq. Əvvəla 38 00:06:21,480 --> 00:06:23,940 أَشِدّاءُ عَلَي الکُفّار – kafirlərə qarşı sərt olmaq. 39 00:06:24,570 --> 00:06:29,200 Kafirlərin qarşısında möhkəm bir duruşla durmaq, 40 00:06:30,570 --> 00:06:42,450 asanlıqla dağıdıla bilən yumşaq təpələr kimi olmamaq, kafirlərin önündə möhkəm bir sədd kimi dayanmaq. 41 00:06:43,770 --> 00:06:47,600 Müsəlmanlar imperializmin qarşısında durmalıdırlar; 42 00:06:48,510 --> 00:06:57,200 müsəlmanlar Amerikanın və yer üzünün digər hegemon qüvvələrinin zorakılığına qarşı çıxmalıdırlar; 43 00:07:21,600 --> 00:07:34,400 buna riayət etməsələr, bu qaydalara diqqət yetirməsələr, zəlil olacaq, 44 00:07:35,420 --> 00:07:44,000 fəsada və geriliyə düçar olacaqlar; təəssüflər olsun ki, hazırda bu baş verib. 45 00:07:46,220 --> 00:07:54,970 Mübarək “Ənfal” surəsinin son ayələrində möminlərin bir-biriləri üzərində olan dostluq və himayədarlığından söhbət açılarkən deyilir: 46 00:07:54,970 --> 00:07:57,420 “Onlar bir-birinə dostdurlar”. (“Ənfal” surəsi, 72-ci ayədən) 47 00:07:57,420 --> 00:08:05,880 Bu, möminlər haqdadır; sonrakı ayədə kafirlər haqqında da buyurur ki, 48 00:08:06,680 --> 00:08:09,250 onlardan da bəziləri digərlərinin yaxın dostu və hamisidir. 49 00:08:10,280 --> 00:08:23,080 Həm möminlərin arasında dostluq bağları mövcuddur, bəziləri digərlərinin himayədarıdır, həm də kafirlərin arasında. 50 00:08:24,850 --> 00:08:33,020 Burada təhkiyə, nəql etmə yolu ilə çatdırılan, əslində isə zərurət, vaciblik anlamı kəsb edən bir şəri vəzifə var; 51 00:08:33,600 --> 00:08:39,600 yəni sözügedən ayələrin mənası əslində budur ki, İslam dünyasının harasında olmalarından asılı olmayaraq, 52 00:08:40,970 --> 00:08:45,600 mömin möminin yaxın dostu və himayəçisi olmalıdır; bizim daim vurğuladığımız vəhdət də bax elə budur. 53 00:08:46,850 --> 00:08:54,850 Bunun əksinə olaraq, mömin qarşı cəbhədə gördüyü kafirlərlə öz arasında bağlılıq duymamalı, 54 00:08:55,940 --> 00:09:03,600 onlarla dostluq və himayədarlıq münasibətlərinə girməməlidir. Kafirlərin dostluğu müsəlmanları bədbəxt edir; 55 00:09:04,510 --> 00:09:11,940 eynilə bu gün müşahidə etdiyiniz kimi; hazırda bəzi müsəlman ölkələri ilə İsrail rejimi 56 00:09:12,570 --> 00:09:21,710 bir-birinə sevgi dolu mesajlar göndərir, cürbəcür siyasi, iqtisadi və sair əlaqələr yaradırlar. Daha sonra buyurur: 57 00:09:22,050 --> 00:09:27,140 “Əgər siz bunlara (yuxarıda sizə buyurulanlara) əməl etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar”. (“Ənfal” surəsi, 73-cü ayədən) 58 00:09:27,540 --> 00:09:36,570 Möminlər arasında bərqərar edilməsi, möminlərlə kafirlər arasında isə kəsilməsi əmr olunmuş bu dostluq və himayədarlığa əməl olunmazsa, 59 00:09:37,140 --> 00:09:44,280 yer üzündə çox böyük bir fitnə-fəsad yaranar. 60 00:09:45,770 --> 00:09:56,110 Bu gün bu baş verib; bu gün bizim müsəlman regionumuzda müharibə var, vətəndaş müharibəsi var, qanlar tökülür, geniş təzyiqlər mövcuddur. 61 00:09:58,510 --> 00:10:16,110 Bəzi ölkələrin ağılsız və mürtəce dövlətləri digər ölkələrin əleyhinə müharibəyə girir, cinayətlərə yol verir. 62 00:10:16,620 --> 00:10:27,310 Baxın görün bu gün Yəmən əhalisi necə böyük bir müsibətə düçar olub! Toyları yasa dönür; 63 00:10:28,910 --> 00:10:38,510 küçə və bazarlarda, məscidlərdə və sairdə dinc əhali bombalanaraq məhv edilir; Əfqanıstanda bir cür, Pakistanda bir cür, 64 00:10:39,140 --> 00:10:51,820 Suriyada bir başqa cür; bütün bunlar ona görədir ki, biz müsəlmanlar möminlər arasında vacib olan dostluq və himayədarlığı unutmuşuq! 65 00:10:52,340 --> 00:11:00,910 Yəni Qurana əməl etmirik; bu, Qurana əməl etməməkdir. Qurana əməl etsək, hörmət və nüfuz qazanarıq; 66 00:11:01,650 --> 00:11:07,080 müsəlmanlara səadət bəxş edəcək yol budur. 67 00:11:07,650 --> 00:11:21,540 İslam Respublikasında biz artıq 40 ildir ki, imperializmin zorakılığının qarşısında durmağı və eyni zamanda inkişaf etməyi bacarmışıq. 68 00:11:21,940 --> 00:11:29,480 İslam Respublikasını aradan götürmək istəyənlərə göz dağı olaraq, biz daha da dərinlərə kök salmışıq, 69 00:11:30,800 --> 00:11:39,310 güc və bacarığımız daha da artıb, daha böyük nailiyyətlər qazanmışıq. Qoy düşmənin gözü kor olsun! 70 00:12:04,110 --> 00:12:12,910 Bu Quran tilavəti, Quranın avazla, gözəl oxunuşu və sair – bunlar hamısı müqəddimədir; 71 00:12:15,080 --> 00:12:24,280 Quranın əzbərlənməsi, bu kimi tədbirlərdə Quran oxunması müqəddimədir; dərk etmənin müqəddiməsidir, 72 00:12:24,280 --> 00:12:35,250 dərk etmək isə əməl etməyin başlanğıcıdır. Əziz gənclər – əksəriyyətiniz gəncsiniz – 73 00:12:36,280 --> 00:12:46,740 Qurana məhz bu baxışla, bu duyumla yanaşın, daim yadda saxlayın ki, Quran təlimlərini öz həyatınız – 74 00:12:47,310 --> 00:12:56,510 şəxsi həyatınız, sosial həyatınız, siyasi həyatınız üçün öyrənməli və reallaşdırmalısınız; 75 00:12:57,200 --> 00:13:03,310 buna səy göstərin, bunun üçün çalışın. 76 00:13:03,540 --> 00:13:14,220 Qurana bu gözlə, bu hislə yanaşsanız, İslam dünyasının sabahı bu günündən qat-qat yaxşı olacaq; 77 00:13:14,740 --> 00:13:26,000 daha Amerika müsəlman ölkələrinin, İslam ümmətinin əleyhinə bu cür məhdudiyyətlər qoymağa, onları təhdid etməyə cürət etməyəcək. 78 00:13:28,570 --> 00:13:34,450 Biz Qurana söykənsək, Qurandan öyrənsək, 79 00:13:34,450 --> 00:13:39,710 Qurandan yapışsaq, bu, Quranda da qeyd olunduğu kimi, “Allahın ipi”ndən yapışmaq olacaq, 80 00:13:41,020 --> 00:13:46,680 Allahın ipindən yapışmaq isə buna səbəb olur ki, insan möhkəm dayana bilsin. 81 00:13:46,680 --> 00:13:57,140 Siz bir yerdən keçərkən möhkəm tutunmağınız üçün bir dəstək varsa, artıq yıxılmaq təhlükəsi qalmır; 82 00:13:57,880 --> 00:14:04,050 Allahın ipi də belədir, əgər ondan möhkəm yapışmısınızsa, yıxılmaq təhlükəsi ortadan qalxacaq. 83 00:14:06,740 --> 00:14:12,510 Ümidvaram ki, İslam dünyası günbəgün buna daha da yaxınlaşacaq, inşallah. 84 00:14:12,740 --> 00:14:21,880 Bir daha bu tədbirin təşkilatçılarına, iştirakçılarına və qonaqlarına təşəkkürümü bildirirəm. 85 00:14:22,170 --> 00:14:23,310 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.