1
00:00:00,620 --> 00:00:03,200
Mərhəmətli və bağışlayan Allahın adı ilə.

2
00:00:05,480 --> 00:00:14,570
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا ابي‌القاسم‌ المصطفيٰ محمّد

3
00:00:23,020 --> 00:00:32,970
و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين

4
00:00:33,940 --> 00:00:50,680
Peyğəmbəri-Əkrəmin (s) böyük və misilsiz besət bayramı münasibət ilə bu gün bu görüşdə iştirak edən hər kəsi,

5
00:00:51,250 --> 00:00:59,420
İslam Respublikasında olan əziz qonaqlarımızı, müsəlman ölkələrinin möhtərəm səfirlərini,

6
00:00:59,420 --> 00:01:08,050
bütün İran xalqını, yer üzündəki bütün müsəlmanları, dünyanın bütün azadlıqsevər insanlarını təbrik edirəm.

7
00:01:08,570 --> 00:01:21,600
Besət – Həzrət Məhəmmədin (s) peyğəmbərlik missiyası üçün yer üzünə göndərilməsi

8
00:01:22,910 --> 00:01:27,820
elə bir yeganə və misilsiz hadisədir ki, həqiqətən də, bəşər tarixində

9
00:01:29,480 --> 00:01:43,880
başqa heç bir hadisə onun qədər əhəmiyyətli və əzəmətli deyil.

10
00:01:44,280 --> 00:01:58,110
İnsanların doğru yola istiqamətləndirilməsi, kamilliyin zirvəsinə çatdırılması üçün yer üzünə peyğəmbərlərin göndərilməsi Yaradanın bəşər övladına qarşı mərhəmətinin zirvəsi idi,

11
00:01:59,250 --> 00:02:09,140
Yaradanın bəşəriyyətə nəsib etdiyi ən böyük rəhmətdir, bu prosesin zirvə nöqtəsi isə Peyğəmbəri-Əkrəmin (s) besətidir.

12
00:02:11,080 --> 00:02:19,710
Bu besətlə bəşəriyyətin üzünə onu dünyanın sonuna qədər irəli aparmaq,

13
00:02:20,620 --> 00:02:25,880
inkişaf etdirmək gücü və potensialına malik olan bir yol açılmışdır;

14
00:02:26,170 --> 00:02:36,620
gördüyümüz kimi, o gündən bu günə qədər bəşəriyyət elə inkişaf edib də. Səmavi dinlərin

15
00:02:37,770 --> 00:02:49,820
bəyan etməyə mükəlləf olduğu həqiqətlərin əksəriyyəti bu gün insanların düşüncəsində oturuşub, bəşər cəmiyyətinin ənənəvi prinsiplərinə çevrilib

16
00:02:51,820 --> 00:03:02,220
və Allaha həmd olsun ki, insanların qəlbi mənəviyyata doğru meyillənib.

17
00:03:03,710 --> 00:03:15,250
Besətdə məsələnin əsas mahiyyəti tövhiddən ibarətdir; tövhid dedikdə yalnız və yalnız Allah-taalaya bəndəlik etmək nəzərdə tutulur;

18
00:03:17,080 --> 00:03:27,200
yəni insanın həyatına nəfsin növbənöv həvəsləri, istəkləri, şəhvətləri və qəzəbləri hakim olmamalıdır;

19
00:03:28,680 --> 00:03:38,740
yəni insanın həyatını diktaturalar, istibdadlar, eqolar idarə etməməlidir.

20
00:03:39,080 --> 00:03:52,110
İnsanı idarə edən başlanğıc yalnız ilahi elm, ilahi qüdrət, ilahi rəhmət, ilahi feyz və hidayət olmalıdır; tövhidin mənası budur.

21
00:03:54,680 --> 00:04:03,650
Tövhid şüarı ilk növbədə öz eqosu, təkəbbürü,

22
00:04:04,680 --> 00:04:16,850
istibdadı və zülmü ilə bir və ya bir neçə bəşər cəmiyyətini idarə etmək istəyənləri

23
00:04:17,420 --> 00:04:25,710
rədd edir və elə buna görə də onlar tövhidə düşmən kəsilirlər.

24
00:04:26,000 --> 00:04:37,540
“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”. (“Ənam” surəsi, 112-ci ayədən)

25
00:04:38,280 --> 00:04:50,110
Bütün peyğəmbərlər güc və sərvət sahibləri ilə, yer üzündəki istibdadçılarla, hegemonlarla,

26
00:04:50,280 --> 00:04:59,020
fironlarla qarşı-qarşıya gəliblər və onlara qarşı mübazirə aparıblar.

27
00:04:59,940 --> 00:05:06,620
Haqqın mübarizəsi olmadan batil geri çəkilməyə məcbur olmur.

28
00:05:07,140 --> 00:05:20,620
Məhz mübarizə sayəsində insanlıq bəşər tarixinin əvvəlindən bu günə qədər ilahi təlimlərə günbəgün daha da yaxınlaşıb;

29
00:05:20,970 --> 00:05:24,340
çünki haqq mübarizə aparmalıdır.

30
00:05:24,680 --> 00:05:31,250
“İman gətirənlər Allah yolunda, kafir olanlar isə Tağut yolunda vuruşurlar”. (“Nisa” surəsi, 76-cı ayədən)

31
00:05:31,480 --> 00:05:42,340
Bəşəriyyətin istibdadçıları, hegemonları, bədxahları və zalımları ilə mübarizə aparmadan haqqı irəli aparmaq olmaz;

32
00:05:42,620 --> 00:05:54,620
mübarizə lazımdır və peyğəmbərlər bu mübarizəni aparıblar; tövhid isə bu mübarizənin ümumi məsələlərini, əsas prinsip və cizgilərini zəmanət altına alınır.

33
00:05:55,080 --> 00:06:07,600
“La ilahə illəllah” sırf ideoloji, fəlsəfi bir məsələ deyil; “La ilahə illəllah”dan təsir doğur, əməl doğur.

34
00:06:08,220 --> 00:06:16,970
Bir qədər əvvəl cənab prezident ilk İslam dövlətindən danışdı, onun Mədinədə yarandığını qeyd etdi; bax o dövlət də “La ilahə illəllah”dan qaynaqlanırdı;

35
00:06:17,600 --> 00:06:25,370
yəni ilahi dinlərdə hökumət Allah-taalanın və onun göndərdiyi peyğəmbərlərin əli ilə qurulmadığı təqdirdə heç bir məna kəsb etmir.

36
00:06:25,600 --> 00:06:28,970
Məhz elə buna görə də Peyğəmbər (s):

37
00:06:29,140 --> 00:06:32,110
“La ilahə illəllah” söyləyib qurtulun” – deyən kimi,

38
00:06:33,140 --> 00:06:41,310
Məkkənin dar, məhdud mühitində güc və sərvət sahibləri ona qarşı çıxdılar;

39
00:06:42,970 --> 00:06:54,280
sonradan Mədinədə İslam dövləti təşkil olunduqdan sonra isə dünyanın imperatorları, böyük gücləri İslama qarşı mübarizə aparmağa başladı.

40
00:06:54,280 --> 00:07:04,800
Bu cəbhələşmə ilk gündən bu günə qədər olub və ilk gündən bu günə qədər də bu qarşıdurmada məğlub olub geri çəkilmək

41
00:07:05,250 --> 00:07:10,000
batilin, irəliləmək isə haqqın müqəddəratı olub.

42
00:07:10,450 --> 00:07:16,110
O zaman Məkkədə böyük təzyiqlər altında yaşayan o azsaylı toplum

43
00:07:16,110 --> 00:07:20,800
bu gün saysız-hesabsız qürurverici nailiyyətlərə, imkanlara,

44
00:07:21,540 --> 00:07:26,110
sonsuz ümidə və işıqlı gələcəyə sahib olan əzəmətli bir insan cəmiyyətidir.

45
00:07:26,280 --> 00:07:35,140
Bir şeyi dərk etmək lazımdır ki, İslam ümməti bütün varlığı və səmimiyyəti ilə tövhidə qayıtmalıdır.

46
00:07:35,880 --> 00:07:46,170
Əgər bizim tövhidə etiqadımız varsa, zülmə və zorakılığa boyun əyə bilmərik,

47
00:07:46,740 --> 00:07:49,820
zalıma qarşı çıxmaya bilmərik; tövhidin təbiəti budur.

48
00:07:50,000 --> 00:08:01,250
Elə buna görə də İslam Respublikası elan edir ki, harada məzlum varsa və köməyə ehtiyac varsa, biz orada varıq, hazırıq; məhz buna görə

49
00:08:01,770 --> 00:08:08,850
biz Fələstin məsələsinin üzərində bu qədər israr edirik.

50
00:08:09,140 --> 00:08:21,200
Çünki tövhid zalımın məzluma etdiyi zorakılığa qarşı çıxmağı tələb edir; tövhidin həqiqəti budur,

51
00:08:21,540 --> 00:08:29,880
besət də bizə bunu xatırladır; və bu prinsip, heç şübhəsiz, uğur qazanaraq irəli gedir də.

52
00:08:30,170 --> 00:08:39,880
Əlbəttə, bu günlərdə və indiyə qədər – bu 70 ildə – Fələstin xalqına çox təzyiqlər edilib,

53
00:08:40,110 --> 00:08:53,250
amma baxın, bir vaxtlar sionistlərin asanlıqla məğlub edib, ölkəsində ağalığı ələ keçirə bildikləri

54
00:08:53,250 --> 00:09:01,080
vətənindən əlini üzüb didərgin saldıqları o zəif xalq,

55
00:09:01,420 --> 00:09:06,280
o kiçik və məzlum toplum, bu gün İsrail hökumətini təhdid edən

56
00:09:06,570 --> 00:09:20,450
güclü bir Fələstinə çevrilib  və sionist rejim onlarla qarşıdurmada özünü zəif, aciz hiss edir.

57
00:09:21,600 --> 00:09:30,050
Və heç şübhəsiz, fələstinlilər sionistlərə qalib gələcək, Fələstin fələstinlilərə geri qayıdacaq.

58
00:09:54,510 --> 00:10:03,370
Bizim Qərbi Asiya regionunda müqavimət dəstələrinin yanında olmağımızın səbəbi də elə budur.

59
00:10:03,650 --> 00:10:16,280
Suriyada – Amerika və onun əlaltılarının regionda yaratdığı terroristlərə qarşı mübarizədə iştirak etməyimiz də bu səbəbdəndir.

60
00:10:17,080 --> 00:10:25,600
“İran İslam Respublikası ərazisini genişləndirməyə çalışır, filan yeri işğal etmək niyyətindədir” və sair bu kimi deyilənlər

61
00:10:26,050 --> 00:10:39,420
puç, mənasız, reallığa zidd olan, yalan sözlərdir. Xeyr, bizim əsla belə bir məqsədimiz yoxdur və dünyanın heç bir nöqtəsinə öz ərazimizi genişləndirmək niyyəti ilə baxmırıq;

62
00:10:39,710 --> 00:10:48,000
buna heç ehtiyacımız da yoxdur; əlhəmdulillah, İran xalqının ixtiyarında böyük, abad, imkanlarla zəngin olan bir ölkə var.

63
00:10:48,340 --> 00:10:56,220
Bu iştirakımız isə ona görədir ki, Suriya və Qərbi Asiyada

64
00:10:56,680 --> 00:11:04,800
zülmə qarşı müqavimət var idi və bu gün də var; biz məhz bu səbəbdən həmin bölgələrdə iştirak etmişik.

65
00:11:05,200 --> 00:11:13,250
Elə buna görə də, gördüyünüz kimi, Allahın nəsib etdiyi uğur sayəsində, edilən yardımların

66
00:11:13,540 --> 00:11:23,770
və Suriya qüvvələrinin şücaətinin bərəkəti ilə müqavimət cəbhəsi Amerika və Qərbin,

67
00:11:24,050 --> 00:11:34,170
habelə onların regiondakı muzdurlarının (Səudiyyə hökuməti və sair kimi) himayə etdiyi, daha doğrusu,

68
00:11:34,450 --> 00:11:38,220
ərsəyə gətirdiyi terrorçulara qalib gələ bildi.

69
00:11:39,080 --> 00:11:52,110
Dünən İŞİD-i aşkar və gizli surətdə himayə edənlər bu gün o terrorçularla mübarizədə

70
00:11:52,620 --> 00:11:58,400
iştirak edib, onları məğlub etdiklərini iddia edirlər. Ağ yalandır! Belə bir şey yoxdur, onların bu işə heç bir dəxli olmayıb.

71
00:12:00,050 --> 00:12:06,800
Amerika prezidenti elə bir neçə saat bundan əvvəl etdiyi çıxışda söyləyir ki,

72
00:12:07,020 --> 00:12:14,740
“Biz Suriyada İŞİD-i məğlub edə bildik”. Açıq-aşkar və ağ yalandır!

73
00:12:16,110 --> 00:12:22,050
Onlar lazım bildikləri məqamda müdaxilə edib kömək göstərdilər;

74
00:12:22,220 --> 00:12:28,850
İŞİD-in əsas adamları mühasirədə olduğu zaman işə qoşulub onları xilas etdilər.

75
00:12:30,570 --> 00:12:38,570
Ona qədər İŞİD-in yaradılmasında da bunların rolu və təsiri olmuşdu; Səudiyyə hökumətinin və onlar kimilərin pulları ilə

76
00:12:38,910 --> 00:12:45,020
bu çirkin varlıqları yaradaraq İraq və Suriya camaatının canına salmışdılar,

77
00:12:45,370 --> 00:12:54,220
intəhası müqavimət qüvvələri Amerika və onun əlaltılarının qarşısında bu iki ölkəni xilas edə bildi; ondan sonra da bu cür.

78
00:12:55,480 --> 00:13:03,940
Suriyaya dünən səhər edilmiş o hücum cinayətdir!

79
00:13:04,740 --> 00:13:14,740
Mən açıq-aşkar elan edirəm: Amerika və Fransa prezidentləri, İngiltərənin baş naziri cinayətkardırlar, cinayət işləyiblər!

80
00:13:37,650 --> 00:13:50,400
Əlbəttə ki, bu əməllərindən heç bir xeyir də görməyəcəklər, heç bir mənfəət əldə edə bilməyəcəklər; necə ki ötən illər ərzində İraq,

81
00:13:51,250 --> 00:13:58,970
Suriya və Əfqanıstanda iştirak ediblər, bu cür cinayətlər törədiblər,

82
00:13:59,480 --> 00:14:08,910
amma heç bir mənfəət əldə edə bilməyiblər. Elə bundan bir neçə gün öncə Amerika prezidenti belə bir fikir səsləndirmişdi ki, Qərbi Asiya regionunda

83
00:14:09,140 --> 00:14:16,680
(onun təbiri ilə “Orta Şərqdə”) 7 trilyon dollar pul xərcləmişik, amma heç bir xeyrimiz olmayıb. Doğru da deyir, əllərinə heç nə keçməyib.

84
00:14:17,370 --> 00:14:27,020
Amerika bundan sonra da bilsin ki, nə qədər xərc çəksə, nə qədər çalışsa belə, bu regionda əlinə heç bir şey keçməyəcək.

85
00:14:50,400 --> 00:14:58,110
Bu hadisələrin qarşısında biz sayıq olmalı, diqqətimizi toplamalıyıq;

86
00:14:59,250 --> 00:15:10,050
müsəlman xalqları, müsəlman ölkələri, müsəlman dövlətləri baş verənlərdən təcrübə toplamalı, nə etdiklərini, hansı yolu tutduqlarını dərk etməlidirlər.

87
00:15:10,970 --> 00:15:15,080
Bunlar İslam ümmətinə zərbə vurmaq istəyirlər;

88
00:15:15,080 --> 00:15:21,310
hədəf təkcə Suriya, İraq və ya Əfqanıstan deyil;

89
00:15:22,110 --> 00:15:29,820
hədəf İslam dininin bu regiondakı varlığıdır; buna zərbə vurmaq istəyirlər. Müsəlman ölkələri bunu başa düşməlidir;

90
00:15:30,050 --> 00:15:43,370
müsəlman dövlətləri Amerikanın və bəzi təcavüzkar Qərb dövlətlərinin məqsədlərinə xidmət etməməlidir.

91
00:15:43,880 --> 00:15:50,170
Amerika prezidentinin hansısa müsəlman ölkəsi üçün:

92
00:15:50,400 --> 00:15:58,050
“Biz onlara südverən inək kimi baxırıq” – deməyi heç də başıucalıq deyil! Onlara südverən inək kimi yanaşırlar; bu, fəxrdir?

93
00:15:59,250 --> 00:16:11,310
Amerikanın hazırkı prezidenti elə ötən il son seçkiqabağı təbliğat çıxışında bu sözləri demişdi;

94
00:16:11,600 --> 00:16:24,970
söyləmişdi ki,  “biz Səudiyyə hökumətinə südverən inək gözü ilə baxırıq”. Bundan da böyük alçaqlıq olarmı? Bir ölkə üçün, bir xalq üçün

95
00:16:25,370 --> 00:16:36,800
bundan da o yana rəzalət ola bilərmi? Pulunu alalar, sonra da adına “südverən inək” deyələr, təhqir edələr;

96
00:16:39,140 --> 00:16:45,940
bir ölkə üçün, bir dövlət üçün bundan betər zillət ola bilməz. İslam bu cür rəzilliklərə qarşıdır.

97
00:16:45,940 --> 00:16:50,280
“Şərəf-şan yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur”. (“Munafiqun” surəsi, 8-ci ayədən)

98
00:16:50,510 --> 00:17:02,850
Mömindirlərsə, izzətli olmalıdırlar, heysiyyətli olmalıdırlar. Bu cür rəzil olmaları onu göstərir ki, imanları yoxdur, mömin deyillər,

99
00:17:04,170 --> 00:17:11,650
ağaları kimi, bunlar da yalan danışırlar. Amerika prezidenti deyir ki, “biz Suriyaya

100
00:17:12,000 --> 00:17:19,080
kimyəvi silahdan istifadə ilə mübarizə aparmaq üçün hücum etmişik”. Yalandır!

101
00:17:19,540 --> 00:17:28,800
Onlar kimyəvi silahdan istifadəyə heç bir şəkildə qarşı deyillər; nə kimyəvi silahdan istifadəyə, nə də bəşəriyyətə qarşı yol verilən istənilən başqa bir cinayətə;

102
00:17:29,140 --> 00:17:35,820
hazırda Yəmən hər gün bombalanır, onlarsa buna himayəçilik edirlər.

103
00:17:36,910 --> 00:17:48,280
Dünyanın müxtəlif bölgələrində müsəlmanlar təzyiqlərə məruz qalırlar, ABŞ hökuməti isə həmin zalımları himayə edir, onlara kömək göstərir.

104
00:17:50,000 --> 00:17:56,170
İnsanların əziyyət çəkməyi, dərd çəkməyi bunları narahat etmir.

105
00:17:58,680 --> 00:18:05,600
Bunlar cinayətkar Səddamın da arxasında durub onu himayə edirdilər;

106
00:18:05,880 --> 00:18:18,450
minlərlə iranlı və iraqlı Səddamın istifadə etdiyi kimyəvi silahın təsiri ilə məhv oldu, yaxud xəsarət aldı.

107
00:18:18,910 --> 00:18:28,910
Bizim camaatımızın arasında o vaxtlar sağlamlığına zərər dəymiş və əziyyət çəkən gənclər hələ də var.

108
00:18:29,940 --> 00:18:38,280
Bunlar kimyəvi silahın əleyhinə deyillər; bunlar öz müstəmləkəçilik və beynəlxalq diktatura hədəfləri naminə ortalığa düşüb,

109
00:18:39,200 --> 00:18:46,680
onu-bunu diktatorluqda ittiham edirlər, halbuki özləri transmilli diktatordurlar.

110
00:18:47,650 --> 00:18:56,510
Əlbəttə ki, diktator və istibdadçılar dünyanın heç bir yerində istədiklərinə çatmayacaqları kimi, bunların da arzuları ürəklərində qalacaq,

111
00:18:56,970 --> 00:19:06,680
Amerika regionumuzda, habelə zülmünü yürüdəcəyi istənilən regionda, heç şübhəsiz, uğursuzluqla üzləşəcək

112
00:19:07,420 --> 00:19:13,540
və sözsüz ki, xalqlar qalib olacaq; inşallah, elə regionumuzda da bu cür olacaq.

113
00:19:13,540 --> 00:19:23,140
Allaha həmd olsun ki, xalqımız ayağa qalxıb; İran xalqı özünün 40 illik təcrübəsi ilə

114
00:19:23,420 --> 00:19:32,620
mübarizə və müqavimətdə mətin və dönməzdir. Biz bunu sınaqdan çıxarmışıq: düşmənin qarşısında geri çəkilmək onu daha da cürətləndirir,

115
00:19:33,020 --> 00:19:38,050
müqavimət göstərmək isə onun geri çəkilməsinə səbəb olur.

116
00:19:38,280 --> 00:19:50,510
“Əgər o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq, arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. Allahın əvvəldən qoyduğu qayda-qanun belədir. Sən Allahın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən!” (“Fəth” surəsi, 22-23-cü ayələr)

117
00:19:50,510 --> 00:19:57,770
Bu, Allah-taalanın müəyyən etdiyi bir qaydadır; yer üzündəki cinayətkarların zülmü, istibdadı, hegemonluğu,

118
00:19:58,850 --> 00:20:08,110
xəbisliyi və cinayətləri qarşısında müqavimət göstərsiniz, mütləq, geri çəkilməyə məcbur olacaqlar; Qurani-Kərim bunu Allah-taalanın

119
00:20:08,450 --> 00:20:15,200
və tarixin mütləq qaydası kimi xatırladır

120
00:20:15,650 --> 00:20:24,910
və inşallah, bu qayda həyata keçəcək. Və ümidvaram, İran, Suriya, İraq, məzlum Fələstin,

121
00:20:25,250 --> 00:20:36,110
Kəşmir və Myanmar xalqları, habelə dünyanın müxtəlif regionlarında təzyiqlərə məruz qalan bütün müsəlmanlar,

122
00:20:36,110 --> 00:20:44,170
inşallah, yaxın gələcəkdə uğur qazanıb,

123
00:20:44,570 --> 00:20:52,570
düşmənlərini geri oturda biləcəklər. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə,

124
00:20:53,080 --> 00:21:01,310
şəhidlərin – haqq və həqiqət şəhidlərinin və dahi liderimiz İmam Xomeyninin (r.ə) pak ruhlarını öz lütf və feyzinlə sirab et.

125
00:21:02,220 --> 00:21:04,110
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.