1
00:00:00,740 --> 00:00:03,020
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,710 --> 00:00:13,080
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفيٰ محمّد

3
00:00:20,680 --> 00:00:30,110
و علي آله الطّيّبين الطّاهرين المعصومين و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين

4
00:00:32,220 --> 00:00:41,420
Əziz qardaş və bacılar, ölkənin müxtəlif sferalarının möhtərəm rəsmiləri, İran İslam Respublikası hökumətində təmsil olunan tanınmış siyasətçilər

5
00:00:41,420 --> 00:00:52,570
və dövlət xadimləri! Hamınızı salamlayır, “Xoş gəlmisiniz”,  –  deyirəm. Bugünkü toplantımız çox önəmli bir toplantıdır.

6
00:00:53,540 --> 00:01:06,510
Müxtəlif mövzuları əhatə edən gözəl və dəyərli çıxışına görə cənab prezidentə də öz təşəkkürümü bildirirəm.

7
00:01:08,970 --> 00:01:24,220
Ramazan ayı içimizdəki iman, saflıq və mənəviyyat ruhunu yeniləmək üçün xüsusi bir fürsətdir.

8
00:01:28,220 --> 00:01:34,170
Oruc, Quran tilavəti, dua, minacat, dinlənən moizələr –

9
00:01:36,570 --> 00:01:47,200
ramazan ayında bu şeylər hamısı birlikdə xüsusi bir atmosfer yaradır və qəlblərimiz bu mənəvi-ruhani mühitdən

10
00:01:47,880 --> 00:01:52,800
bacardığı, tutumu çatan qədər bəhrələnir.

11
00:01:53,420 --> 00:02:00,910
Belə demək mümkünsə, sutka ərzində şəfəqdən öncəki 2-3 saat feyz və mənəvi dəyəri baxımından

12
00:02:01,940 --> 00:02:09,940
hansı əhəmiyyəti kəsb edirsə, ilin 12 ayı ərzində də bu 1 ay eyni əhəmiyyətə malikdir.

13
00:02:12,110 --> 00:02:20,050
Sübh azanından əvvəlki 2-3 saat özünəməxsus xüsusiyyətlərə malikdir

14
00:02:21,540 --> 00:02:34,450
və insan o saatlarda daha saf, daha yüksək bir mənəviyyata sahib olur; o saatlarda oyaq qalmağın nə qədər dəyərli olması

15
00:02:35,310 --> 00:02:43,880
Quranda da açıqlanır, hədislərdə də buna həddən artıq çox təkid olunur; bu onu göstərir ki, sutkanın 24 saatı içərisində

16
00:02:44,620 --> 00:02:55,200
o saatlar başqa saatlarda olmayan hansısa özəlliklərə malikdir. Ramazan ayı da ilin 12 ayı içərisində başqa ayların sahib olmadığı özünəməxsus cəhətləri ilə seçilir.

17
00:02:55,820 --> 00:03:09,420
Düzdür, bu ayın yaratdığı fürsətlər hamıya açıqdır, hər kəs onlardan yararlana bilər, amma siyasətçilər və hökumət adamları

18
00:03:12,970 --> 00:03:18,000
bu xüsusiyyətlərdən faydalanmaq baxımından daha böyük üstünlüyə malikdirlər,

19
00:03:20,170 --> 00:03:25,880
belə ki bizim – mənim və sizin çiyinlərimizdə çox ağır bir məsuliyyət düşür.

20
00:03:27,080 --> 00:03:36,850
Adi insanlar öz gündəlik məişət həyatının işləri ilə məşğuldurlar, belə ağır bir məsuliyyət daşımırlar,

21
00:03:39,710 --> 00:03:48,850
onların mənəvi-psixoloji gücü hərəkət etmək, öz işlərini görmək üçün kifayət edir. Biz isə məsuliyyət daşıdığımıza görə

22
00:03:49,710 --> 00:03:55,940
öz mənəviyyatımızı gücləndirməsək, lazımi işləri görə bilmərik,

23
00:03:57,250 --> 00:04:04,050
o ağır məsuliyyəti layiqincə yerinə yetirə bilmərik.

24
00:04:06,110 --> 00:04:21,200
Baxın, “Müzəmmil” surəsində Allah-taala öz peyğəmbərinə, Rəsulullah kimi ali bir insana belə buyurur:

25
00:04:21,200 --> 00:04:33,020
“Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Ey örtünüb-bürünən (əbasına bürünüb yatan Peyğəmbər)! Gecə - az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl! (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az; və ya bir qədər ondan çox! Həm də aramla Quran oxu!” (“Müzəmmil” surəsi, 1-4-cü ayələr)

26
00:04:33,820 --> 00:04:41,710
Gecənin yarısı qədər müddəti – ondan bir qədər az və ya çox – qalx, ibadət et, dua et, minacat et, Quran oxu,

27
00:04:42,050 --> 00:04:44,680
o saatları oyaq və məşğul ol. Nəyə görə?

28
00:04:45,310 --> 00:04:49,370
“Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik”. (“Müzəmmil” surəsi, 5-ci ayə)

29
00:04:49,940 --> 00:05:03,370
Sənin işin çətindir, çiyinlərinə ağır bir iş düşür, sənə ağır bir kəlam vəhy edəcəyik; ona dözə bilməlisən.

30
00:05:05,080 --> 00:05:13,020
Gecələri bu şəkildə oyaq qalıb dua və yalvarışla keçirməyi bacarsan,

31
00:05:14,620 --> 00:05:23,940
onda bu yükə də dözüb, onu daşıyıb, mənzil başına çatdıra biləcəksən. Yox əgər onu bacarmasan, bunun da öhdəsindən gəlməyəcəksən. Bizim də vəziyyətimiz bu cürdür.

32
00:05:25,140 --> 00:05:36,400
Mənim əzizlərim! Biz öz mənəviyyatımızı möhkəmləndirməsək, öhdəmizə düşən vəzifəni yerinə yetirə biməyəcəyik. Hansı postda olmağımızdan asılı olmayaraq – məsuliyyəti hamıdan ağır olan məndən başlayaraq

33
00:05:37,370 --> 00:05:44,620
müxtəlif ranqlı rəsmilərə qədər – bu ayə hamımıza aiddir:

34
00:05:45,600 --> 00:05:48,620
اِنّا سَنُلقي عَلَيکَ قَولًا ثَقيلا

35
00:05:49,020 --> 00:05:51,600
Özümüzü hazırlamalıyıq.

36
00:05:54,340 --> 00:06:03,940
Günün aktual məsələlərinə gəlincə, cənab prezident çox yaxşı söhbət etdi,

37
00:06:03,940 --> 00:06:13,020
mənim də həmin mövzularla bağlı deyiləsi sözüm var. Hazırda biz mühüm bir mərhələdən keçməkdəyik;

38
00:06:13,540 --> 00:06:21,480
İslam Respublikası ilk gündən bu günə qədər müxtəlif mərhələləri qət edib,

39
00:06:21,940 --> 00:06:30,220
hər mərhələdə də bir təcrübə ilə, bir sınaqla, mühüm bir imtahanla üzləşib.

40
00:06:31,540 --> 00:06:42,570
Dövlətimiz bütün bu mərhələlərdə qarşısına çıxan hadisələri qüdrətlə, mətinliklə qarşılayaraq irəli gedib.

41
00:06:42,850 --> 00:06:53,080
Bu da bir mərhələdir; inşallah, İslam Respublikası bu mərhələni də qüdrətlə, bacarıqla, müdrik və tədbirli bir şəkildə adlayıb irəli gedəcək.

42
00:06:54,000 --> 00:06:59,020
Eyni zamanda bizim müəyyən təcrübələrimiz də var ki, onlardan istifadə etməli, yararlanmalıyıq.

43
00:07:01,200 --> 00:07:18,680
Bu özünəməxsus prosesdə əsas məsələ isə bundan ibarətdir ki, inqilabın əvvəlindən bu günə qədər biz qarşımızda bir düşmən görmüşük;

44
00:07:18,680 --> 00:07:33,250
o düşmən inqilabın ilk saatlarından etibarən ortaya çıxıb, varlığını büruzə verib və əleyhimizə iş aparmağa başlayıb. Həmin düşmən Amerika Birləşmiş Ştatlarıdır.

45
00:07:35,770 --> 00:07:47,770
Elə əvvəldən (əlbəttə ki, inqilabın qələbəsi ilə düşdükləri nokaut vəziyyətindən çıxdıqdan, nə baş verdiyini anlaya bilmədikləri günlər geridə qaldıqdan sonra)

46
00:07:47,770 --> 00:07:56,620
bizə müxaliflik etməyə, qarşı durmağa başladılar. Bu günə, bax elə burada oturub söhbət etdiyimiz bu anlara qədər də amerikalılar

47
00:07:56,970 --> 00:08:08,620
İslam Respublikasına zərbə vurmaq üçün cürbəcür düşmənçilik metodlarına, məkrli plan və hiylələrə əl atıblar;

48
00:08:08,910 --> 00:08:20,170
yəni həqiqətən də, elə bir qarşıdurma metodu yoxdur ki, amerikanlar İslam Respublikasına qarşı ondan istifadə etməmiş olsunlar.

49
00:08:20,970 --> 00:08:31,880
Hərbi çevriliş planı qurdular, etnik azlıqları ayağa qaldırdılar, Səddamı İranla müharibəyə, İrana hücum etməyə təhrik etdilər;

50
00:08:32,220 --> 00:08:40,850
sonra da müharibədə cürbəcür yollarla ona dəstək oldular, himayə etdilər. Bizə qarşı sanksiyalar tətbiq etdilər,

51
00:08:41,650 --> 00:08:49,650
BMT-də bizə təzyiq götərdilər, gecə-gündüz əleyhimizə təbliğat apardılar,

52
00:08:51,250 --> 00:09:01,600
incəsənətin gücündən yararlandılar, əleyhimizə filmlər çəkmək üçün “Holivud”dan istifadə etdilər; bir-iki dənə yox, çoxsaylı filmlər çəkdirdilər.

53
00:09:02,000 --> 00:09:08,740
Müxtəlif etaplarda hərbi əməliyyatlar həyata keçirdilər, təyyarəmizi vurub yerə saldılar,

54
00:09:09,540 --> 00:09:18,340
Fars Körfəzindəki bəzi obyektlərimizə hücum etdilər. İslam Respublikasının əleyhinə hər cür işə əl atdılar;

55
00:09:21,940 --> 00:09:29,140
təhlükəsizlik, siyasi, iqtisadi, təbliğat, mədəni xarakterli hər cür işə.

56
00:09:29,370 --> 00:09:41,020
Bütün bu səylərinin məqsədi də İslam dövlətini yıxmaq idi; hazırda Amerika rəsmiləri bu fikri öz çıxışlarında təkrar-təkrar səsləndirirlər

57
00:09:41,200 --> 00:09:46,050
və bu, yeni bir şey deyil; elə ilk gündən də hədəfləri bu olub.

58
00:09:46,800 --> 00:09:55,250
Hətta İranda İslam hökumətini yıxmaq niyyətində olmadıqlarını dönə-dönə və israrla vurğulayan o prezidentlərinin də məqsədi

59
00:09:55,250 --> 00:09:59,820
yalnız bu idi; sonradan bu, tam aydın oldu.

60
00:10:00,110 --> 00:10:10,340
Bütün bu proseslərin içərisində mühüm və maraqlı olanı budur ki, İslam Respublikasının əleyhinə

61
00:10:11,820 --> 00:10:18,570
bu qədər zərbələr, hücumlar, məkrli planlar həyata keçirildi, amma hamısı uğursuz oldu.

62
00:10:19,310 --> 00:10:29,820
Özünüz baxın: aradan 40 ilə yaxın vaxt ötdükdən sonra bu gün İslam Respublikası qüdrətlə, möhkəm addımlarla,

63
00:10:30,680 --> 00:10:40,910
cürbəcür imkanlarla – ola bilsin, onlardan bəziləri haqda bir azdan danışaram, bəzilərini də cənab prezident qeyd etdi –

64
00:10:40,910 --> 00:10:47,200
böyük potensialla irəli addımlayır, inkişaf edir. Yəni onlar var güclərini sərf etsələr də,

65
00:10:47,650 --> 00:10:54,400
hər cür yola əl atsalar da, bütün səyləri boşa çıxdı.

66
00:10:54,800 --> 00:11:09,710
“Tom və Cerri” adlanan o məşhur cizgi filmində olduğu kimi,  bütün bu genişmiqyaslı tədbirlərinə baxmayaraq, sonda uğursuzluqla, məğlubiyyətlə üzləşdilər.

67
00:11:10,340 --> 00:11:15,200
Bəli, bu gün də başqa bir etapdır və onlar bu etapda da məğlub olacaqlar.

68
00:11:16,000 --> 00:11:25,140
Tam əminliklə bilin ki, Amerika bu məsələdə də məğlub olacaq, İslam Respublikası isə

69
00:11:25,600 --> 00:11:29,770
işin içindən köksünü gərərək, başını dik tutaraq çıxacaq.

70
00:11:30,620 --> 00:11:34,680
Bizim düşmənin məğlub olacağına zərrə qədər də olsun şübhəmiz yoxdur; şəxsən mən buna qətiyyən şübhə etmirəm.

71
00:11:36,450 --> 00:11:41,310
İslam təlimləri ilə tanışlığı olan hər kəs bilir ki,

72
00:11:41,310 --> 00:11:45,140
“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər...” (“Muhəmməd” surəsi, 7-ci ayə), “Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayə)

73
00:11:45,540 --> 00:11:47,140
Yaxud elə bayaq tilavət olunan ayə:

74
00:11:47,370 --> 00:11:49,370
“Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır”. (“Ali-İmran” surəsi, 126-cı ayə)

75
00:11:50,110 --> 00:11:53,770
Bunlar heç bir şübhə yeri olmayan, danılmaz hökmlərdir.

76
00:11:56,000 --> 00:12:08,170
Bilirik ki, məğlub olacaqlar; bilirik ki, ABŞ-ın hazırkı prezidentinin də aqibəti sələflərinin –

77
00:12:08,970 --> 00:12:20,400
Buşun, neokonların, Reyqan və digərlərinin, habelə onların ətrafındakıların aqibətindən yaxşı olmayacaq.

78
00:12:20,740 --> 00:12:30,970
Bu da onlar kimi tarixdə itib-batacaq, İslam Respublikası isə başını dik tutaraq varlığını davam etdirəcək; buna bizim heç bir şübhəmiz yoxdur.

79
00:12:31,250 --> 00:12:36,340
Lakin Allahın müəyyən etdiyi qayda-qanuna görə, bizim öhdəmizə müəyyən vəzifələr düşür.

80
00:12:37,880 --> 00:12:49,770
İnkişaf və qələbənin sonda İslam Respublikasına nəsib olacağı barədə əminliyimiz bizdə öz vəzifələrimizə qarşı əsla etinasızlıq yaratmamalıdır.

81
00:12:50,170 --> 00:12:57,940
Bizim çiyinlərimizə düşən bəzi vəzifələr var ki, əgər onlara əməl etməsək, o nəticənin alınacağına əmin ola bilmərik;

82
00:12:58,620 --> 00:13:07,540
vəzifələrimizi yerinə yetirməliyik. Bu gün mən burada bir qədər həmin vəzifələr haqda danışmaq istəyirəm ki,

83
00:13:07,770 --> 00:13:20,740
bu söhbətimiz müxtəlif sferalarda bu sahədə müəyyən dərəcədə yekdilliyin əldə edilməsinə yardımçı olsun;

84
00:13:21,480 --> 00:13:32,220
Mövzunu iki hissədə nəzərdən keçirəcəyik: birincisi, biz Amerikanın, nüvə anlaşmasının,

85
00:13:33,940 --> 00:13:40,170
bizə qarşı iddialarla çıxış edənlərin qarşısında necə davranmalıyıq – bu bir mövzudur;

86
00:13:41,370 --> 00:13:49,940
digər bir mövzu isə budur ki, addımlarımızı yerə möhkəm basa bilmək,

87
00:13:50,910 --> 00:13:58,740
nəzərdə tutduğumuz nəticələri əldə etmək üçün ölkə daxilində necə hərəkət etməli, nələri etməliyik? Mövzumuzun iki hissəsi bunlardır.

88
00:14:01,370 --> 00:14:11,940
Çalışacağam ki, bizə ayrılan vaxtdan və fürsətdən istifadə edərək, inşallah, bu iki mövzunu bacardığım qədər açıqlayım.

89
00:14:12,170 --> 00:14:23,540
Birinci mövzuya gəlincə, bizim istənilən qərarı verməyimiz üçün vacib olan ilk şərt keçmiş təcrübələrimizə müraciət etməyimizdir.

90
00:14:24,110 --> 00:14:27,820
من جرّب المجرّب حلّت به النّدامة

91
00:14:28,680 --> 00:14:34,680
Təcrübəmizdən dərs götürməsək, heç şübhəsiz, ziyan çəkəcəyik.

92
00:14:34,680 --> 00:14:42,000
Bütün keçmiş təcrübələrimizi gözümüzün önünə gətirib, nəzərdən keçirib, onlardan dərs götürməliyik.

93
00:14:43,480 --> 00:14:56,450
Bizim qarşımızda indiyə qədər yaşadığımız bir neçə təcrübə var. Mən indi bir neçəsini qeyd edəcəyəm, siz özünüz də onların hamısının açıq-aydın və danılmaz olduğunu təsdiqləyəcəksiniz; hamısı gözümüzün qarşısındadır.

94
00:14:56,450 --> 00:15:02,680
Bu təcrübələr həm bu gün bizim, həm də irəlidə cürbəcür proseslərlə üzləşəcək,

95
00:15:03,080 --> 00:15:09,250
inşallah ki, İslam Respublikasını qüdrətlə irəli aparacaq

96
00:15:09,600 --> 00:15:13,540
gələcək nəsillərimizin qəbul edəcəyi qərarlar baxımından əhəmiyyətlidir.

97
00:15:13,710 --> 00:15:23,650
Birinci təcrübəmiz budur ki, İslam Respublikası Amerika ilə heç bir şəkildə əməkdaşlıq edə bilmir.

98
00:15:24,680 --> 00:15:35,140
Nəyə görə? Ona görə ki Amerika üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Heç də deməyin ki, bunlar hazırkı administrasiyanın işləridir, Trampın əməlləridir; xeyr,

99
00:15:35,420 --> 00:15:50,570
əvvəlki administrasiyaları da bizimlə oturub söhbət etmişdi, Xarici İşlər Nazirləri Avropada 10-15 günə yaxın toplantılara qatılmışdı,

100
00:15:50,740 --> 00:15:57,650
amma onlar da, demək olar ki, elə bunun kimi idilər. Düzdür, bir başqa cür hərəkət etsələr də, nəticə etibarilə, verdikləri sözün üstündə durmamışdılar. Onlar da sanksiyalar qoymuşdu,

101
00:15:57,820 --> 00:16:08,110
götürdükləri öhdəlikləri yerinə yetirməmişdilər. Bu, birinci dəfə də deyil;

102
00:16:08,340 --> 00:16:19,820
daha əvvəl baş vermiş cürbəcür olaylar da bunu təsdiqləyir. Əldə edilmiş nüvə razılaşmasına qarşı ümumilikdə münasibətləri elə ilk gündən,

103
00:16:19,820 --> 00:16:28,050
möhtərəm diplomatlarımız demişkən, onun cismini və ruhunu pozmaqdan ibarət olub.

104
00:16:28,340 --> 00:16:37,600
Bunu bizim diplomatlarımız hazırkı və öncəki ABŞ administrasiyaları dövründə dəfələrlə deyiblər;

105
00:16:37,600 --> 00:16:52,570
bu anlaşma üçün o qədər zəhmət çəkən, həqiqətən də, gecə-gündüz çalışan İran diplomatları özləri deyirdilər ki, nüvə anlaşması amerikalılar tərəfindən pozulub.

106
00:16:52,570 --> 00:17:02,620
Amerikalıların davranışları bəzən bu müqavilənin cismi – yəni müddəaları, gah da ruhu – yəni ideyası ilə ziddiyyət təşkil edib. Yaxşı, elə isə beynəlxalq miqyaslı bir müqaviləni

107
00:17:03,080 --> 00:17:13,540
bu cür rahatlıqla pozan, sonra da bir su içimi kimi altda imzasını çəkib: “Mən anlaşmadan çıxdım” – deyən

108
00:17:14,450 --> 00:17:20,740
(hələ bir bunu telekanallarda şouya da çevirirlər; imzasını göstərib deyir ki, “mən filan dövlətlə anlaşmadan çıxdım”),

109
00:17:20,970 --> 00:17:25,710
belə bir xüsusiyyətlərə sahib olan bir dövlətlə, ən azından, İslam Respublikası əməkdaşlıq edə bilməz. Bu, gün kimi aydındır.

110
00:17:26,000 --> 00:17:35,940
Bu da indiyə qədər dəfələrlə bizə: “Nəyə görə Amerika ilə danışıqlara getmirsiniz?”, “Nəyə görə Amerika ilə əməkdaşlıq etmək istəmirsiniz?” – deyənlərin cavabı; onların cavabı budur.

111
00:17:37,480 --> 00:17:49,940
Əlbəttə ki, Amerika başqa ölkələrin də əksəriyyəti ilə eyni şəkildə davranır; cürbəcür ölkələrlə rəftarı eynən belədir, amma bizim söhbətimizin mövzusu bu deyil;

112
00:17:50,850 --> 00:17:56,220
ən azından, İslam Respublikasının Amerika ilə əməkdaşlıq etməyi, iş görməyi mümkün deyil. Bu, birinci təcrübə.

113
00:17:56,850 --> 00:18:07,420
İran bu öhdəliyə sadiq idi; yəni bunların heç bir bəhanəsi ola bilməz. Beynəlxalq Atom Enerjisi Agentliyi də,

114
00:18:07,770 --> 00:18:11,480
başqaları da bunu dəfələrlə təsdiqləyiblər, odur ki bunların heç bir bəhanəsi yoxdur.

115
00:18:11,480 --> 00:18:18,910
Buna baxmayaraq, özünüz də görürsünüz ki, bu anlaşmanı necə rahatlıqla pozurlar, özləri pozduqlarını özləri də öz imzaları ilə təsdiqləyirlər,

116
00:18:19,480 --> 00:18:26,740
sözlərini geri götürüb: “Yox, qəbul etmirik”, – deyirlər.  Bəli, belə bir dövlətlə oturub danışıqlar aparmaq, ona etimad etmək,

117
00:18:26,740 --> 00:18:32,220
müqavilə imzalamaq, işləmək mümkün deyil; bütün bu olaydan alınan nəticə budur.

118
00:18:33,020 --> 00:18:42,850
Bizimlə münasibətdə etimada layiq olmamaları, əlbəttə ki, sözsüz və danılmazdır, amma mən

119
00:18:43,020 --> 00:18:49,940
regionda və elə öz ölkəmizdə baş vermiş proseslərə nəzər salanda görürəm ki, başqalarına qarşı da eyni cür olublar.

120
00:18:50,970 --> 00:19:00,510
Məhəmmədrza Pəhləvi 1332-ci ildən 1357-ci ilə qədər, yəni 25 il bunların müti qulu olub.

121
00:19:01,880 --> 00:19:08,110
Şahın yaxın dostu olmuş Ələmin xatirələrinə nəzər salsanız,

122
00:19:08,570 --> 00:19:20,620
şah onunla görüşlərində dəfələrlə amerikalılardan şikayətlənib, “bunu elədilər”, “onu elədilər” deyib (əlbəttə ki, bunu adam arasında açıb-ağartmağa

123
00:19:20,850 --> 00:19:26,850
və ya amerikalıların özlərinə deməyə cürət etməyib), amma nəticə etibarilə yenə də onların qarısında təslim olub.

124
00:19:27,770 --> 00:19:34,620
O üzüqara bədbəxt İrandan qaçıb getməyə məcbur olandan sonra isə

125
00:19:35,020 --> 00:19:40,170
onu heç Amerikaya buraxmayıblar da. Daha doğrusu, əvvəl gedib, bir müddət Amerikada qalıb, amma sonra ölkədən çıxarıblar;

126
00:19:41,310 --> 00:19:48,850
yəni 25 il boyunca canla-başla onlara nökərçilik etmiş biri ilə də bu şəkildə davranıblar.

127
00:19:49,200 --> 00:19:59,370
Eyni aqibətlə Hüsnimübarək də üzləşdi. Misirdə inqilabın start götürüb pik səviyyəyə çatdığı,

128
00:19:59,600 --> 00:20:06,850
hər an bir hadisənin baş verə biləcəyi o həssas günlərdə ilk saatda Hüsnimübarəki dəstəklədilər,

129
00:20:07,370 --> 00:20:14,050
sonrakı saatlarda rədd etdilər, sonrakı bir neçə saat ərzində bir başqa cür danışdılar, axırda da boşladılar getdi, hər şey qurtardı;

130
00:20:14,280 --> 00:20:24,800
30 il ərzində tamamilə bunların ixtiyarında olmuş, Fələstin məsələsində və qeyri proseslərdə hər dediklərinə əməl etmiş Hüsnimübarəki.

131
00:20:25,140 --> 00:20:33,310
Bunlar bu cürdür də; amerikalılar bu cürdür; ABŞ dövləti, ABŞ administrasiyası bu cürdür; bu bizim birinci təcrübəmiz.

132
00:20:33,820 --> 00:20:43,540
İkinci təcrübə; bizim indiyə qədər təcrübədən keçirib şahidi olduğumuz ikinci bir məsələ isə Amerikanın İrana və İslam Respublikasına qarşı dərin düşmənçilik bəsləməsidir.

133
00:20:44,220 --> 00:20:48,970
Bu, səthi bir düşmənçilik deyil, çox dərin bir ədavətdir.

134
00:20:49,200 --> 00:21:02,620
Onların bizimlə yola getməməyi, bizə qarşı çıxmaları nüvə məsələsi kimi hər hansı bir məsələ ucbatından deyil, bunu artıq hər kəs anlayır; söhbət daha böyük bir məsələdən gedir.

135
00:21:02,970 --> 00:21:14,220
Söhbət bundan gedir ki, onlar bu regionda baş qaldırmış, qəddini dikəldib öz ayaqları üzərində möhkəm duraraq inkişaf etmiş,

136
00:21:15,710 --> 00:21:23,080
Amerikanın zülmlərinə qarşı çıxan, öz mövqeyində və davranışlarında Amerikanı heç bir şəkildə nəzərə almayan,

137
00:21:24,620 --> 00:21:40,170
regionda müqavimət əhval-ruhiyyəsini genişləndirən, İslamın bayrağını göylərə ucaldan bir dövlətin var olmasının əleyhinədirlər; çox dərin bir nifrət və etirazla buna qarşıdırlar.

138
00:21:42,450 --> 00:21:51,710
Onların problemi budur ki, bu İslam dövləti və İslam Respublikası olmamalıdır; Amerika hökumətinin başında duran insanların

139
00:21:51,880 --> 00:22:02,510
nəinki bu dövləti, hətta onu dəstəkləyən insanları, yəni İran xalqını da görməyə gözü yoxdur.

140
00:22:02,680 --> 00:22:11,940
Amerika prezidentinin köməkçilərindən biri – hazırkı prezidentin yox, əvvəlkilərdən birinin – açıq-aşkar demişdi ki,

141
00:22:12,400 --> 00:22:21,940
biz İran xalqının – İslam Respublikasının yox ha, İran xalqının – kökünü kəsməliyik.

142
00:22:36,680 --> 00:22:48,110
Bir sözlə, Amerikanın İslam Respublikası ilə problemi

143
00:22:48,620 --> 00:22:55,820
nüvə, yaxud raket məsələləri və ya bu qəbildən olan başqa bir məsələ deyil; yox,

144
00:22:56,450 --> 00:23:06,620
bunlar da başqa bir mövzudur və ola bilsin, bugünkü söhbətimdə bu barədə də danışdım;

145
00:23:07,420 --> 00:23:15,140
yəni bu məsələlərin üstünə getməkdə məqsədləri İslam Respublikasına güc-qüdrət qazandıran amilləri yox etməkdir.

146
00:23:15,480 --> 00:23:24,910
Bunlar İslam Respublikası və İran xalqını qüdrətli edən amillər olduğuna görə onların üzərində bu qədər dururlar.

147
00:23:26,800 --> 00:23:38,680
Bu da bir təcrübə; bu təcrübəni nəzərə almamaq olmaz. Unutmayaq ki, Amerika İran xalqının

148
00:23:38,910 --> 00:23:43,200
və İslam Respublikasının düşmənidir; özü də qatı düşməni.

149
00:23:44,110 --> 00:23:52,000
Söhbət nüvədən, raketdən və sairdən getmir; söhbət İslam Respublikasının özünün varlığından gedir.

150
00:23:52,970 --> 00:24:06,970
Üçüncü təcrübə; üçüncü təcrübə odur ki, bu düşmənin qarşısında yumşaqlıq göstərib güzəşt etməklə (müəyyən hallarda məsləhət bildiyimiz üçün buna gedirik)

151
00:24:07,420 --> 00:24:17,080
onun qəlbindəki ədavətin alovu səngiməyəcək, əksinə, daha da həyasızlaşacaq; bu da bir təcrübədir.

152
00:24:17,370 --> 00:24:24,850
Unutmayaq ki, harada azacıq güzəştə getmişiksə, onlar daha da aqressivləşiblər.

153
00:24:26,400 --> 00:24:33,420
Onların o özü şər mücəssəməsi olan mənhus prezidenti – ikinci Buş  –

154
00:24:34,110 --> 00:24:42,050
o vaxtkı hökumətimizin ona qarşı göstərdiyi yumşaq münasibətin müqabilində İranı “şər dağarcığı” adlandırmış,

155
00:24:42,510 --> 00:24:52,400
fəxrlə ölkəmizə bu adı qoymuşdu. Çünki özünə qarşı güzəşt və yumşaqlıq görmüşdü.

156
00:24:53,200 --> 00:25:03,370
Baxın, bu gün də biz onların bu sanksiyalarından çoxuna, əməllərinə, verdikləri sözün üstündə durmamalarına

157
00:25:03,650 --> 00:25:12,570
bu və ya digər şəkildə etiraz bildirsək də, praktik olaraq heç bir güclü addım atmamışıq; bu, əslində, bizim bir növ güzəşt və yumşaqlıq göstərməyimiz idi.

158
00:25:12,970 --> 00:25:23,310
Və gördüyünüz kimi, bu yumşaqlığımızın qarşılığında bu gün ABŞ prezidenti  və Xarici İşlər Naziri  həyasızcasına, tələbkarlıqla,

159
00:25:23,820 --> 00:25:36,400
heç nədən utanıb-çəkinmədən ortaya çıxıb qarşımıza tələblər qoyurlar. Onların qarşısında geri çəkilməklə, güzəştə getməklə düşmənçilikləri əsla artıb-azalmır.

160
00:25:37,020 --> 00:25:44,910
Əgər kimsə, misal üçün: “Belə bir düşməni başımızdan etsək yaxşıdır; yaxşısı budur, düşmənçilik etməsinə imkan verməyək”, –deyə düşünürsə,

161
00:25:45,140 --> 00:25:50,570
bilsin ki, onların düşmənçiliyinin qarşısını almağın yolu qarşılarında geri çəkilib güzəştə getmək deyil.

162
00:25:51,020 --> 00:26:01,370
Əgər Amerikanın düşmənçiliyinə son qoymaq üçün nə isə etmək istəyirsinizsə, lap yaxşı, yolunu tapın, amma yolu bu deyil ki, biz onun qarşısında yumşaqlıq göstərib geri çəkilək.

163
00:26:03,540 --> 00:26:09,020
Əlbəttə ki, bu təkcə Amerikaya da aid deyil; Qərb dövlətlərinin əksəriyyəti bir qayda olaraq bu cürdür.

164
00:26:09,250 --> 00:26:15,770
Heç vaxt yadımızdan çıxmaz ki (yəni bu, tariximizin heç bir zaman unudulmayacaq fraqmentlərindən biridir)

165
00:26:16,050 --> 00:26:26,680
vaxtilə ölkəmizin Qərbə yumşaq münasibətin və sairin tərəfdarı olan bir prezidenti

166
00:26:27,420 --> 00:26:36,000
Qərb dövlətlərindən biri tərəfindən məntiqsiz və əsassız bir bəhanə ilə məhkəməyə verilmişdi; Almaniya idi; “Mikonos” məsələsində.

167
00:26:36,000 --> 00:26:41,540
Yəni bunlar bu qədər həyasız, üzlü və özbaşınadırlar.

168
00:26:43,600 --> 00:26:53,420
Belə hadisələr də olub. Bu da bir təcrübə.

169
00:26:53,600 --> 00:27:03,080
Yadımızda olsun ki, bu düşmənlərin düşmənçiliyinə əngəl olmağın yolu güzəştə getmək, geri çəkilmək və sair bu kimi davranışlar deyil.

170
00:27:04,570 --> 00:27:14,050
Digər bir təcrübəmiz isə bu dediyimin tam əksini etməyin effektiv olmasıdır; yəni onların qarşısında möhkəm durub

171
00:27:14,850 --> 00:27:26,340
müqavimət göstərməklə çox böyük uğurla onları geri çəkilməyə məcbur etmək olar. Elə nüvə məsələsində biz bunun çox gözəl şahidi olduq;

172
00:27:26,680 --> 00:27:40,970
1383-84-cü illərdə bizim bütün nüvə mərkəzlərimiz işini dayandırmışdı; bildiyiniz kimi, o dövrdə aparılan danışıqlara,

173
00:27:41,820 --> 00:27:50,800
İranın nüvə proqramının təsdiqlənməsinə görə İsfahandakı “UCF” zavodunu möhürləmişdik;

174
00:27:51,940 --> 00:28:01,650
biz geri çəkildikcə onlar irəli gəldilər; biz yumşaqlıq etdikcə onlar davranışlarını sərtləşdirdilər;

175
00:28:01,820 --> 00:28:12,570
o yerə qədər ki, axırda İranın diplomatik heyətinə: “Sizin verdiyiniz zəmanət yalnız bu ola bilər ki,

176
00:28:12,740 --> 00:28:20,850
bütün nüvə obyektlərinizi yığışdırasınız”, – dedilər; hamısını yığışdırmağımızı istəyirdilər! Liviyanın etdiyi kimi.

177
00:28:22,510 --> 00:28:33,480
Əsl zəmanət budur; bundan qeyri halda sizin nüvə fəaliyyətinizin sülhməramlı olmasını zəmanət altına almaq mümkün deyil; yalnız belə ola bilər ki,

178
00:28:33,710 --> 00:28:37,370
siz bütün obyektlərinizi ləğv edəsiniz; yəni onlar bu cür başlamışdılar.

179
00:28:37,650 --> 00:28:51,480
Hərçənd İsfahan zavodu – primitiv bir zavod olsa da – işini dayandırmışdı, uranın sözün həqiqi mənasında zənginləşdirilməsi isə ümumiyyətlə yox idi;

180
00:28:51,770 --> 00:29:01,880
biz hətta 1, yaxud 2-3 sentrifuqa üçün də danışıqlar aparmalı idik və “yox” cavabı alırdıq.

181
00:29:02,400 --> 00:29:06,450
Bizim hətta bu qədər az sayda sentrifuqa işlətməyimizə belə razılıq vermirdilər!

182
00:29:07,600 --> 00:29:15,540
Sonra biz gördük ki, bunlar çox danışır, həddən artıq üzlülük edir, həqiqətən də, özlərini utanmazlığa qoyurlar,

183
00:29:15,880 --> 00:29:23,020
dedik, daha bəsdir, oyun qurtardı. Möhürləri qopardıq, “UCF” zavodunu işə saldıq,

184
00:29:23,420 --> 00:29:28,110
Nətənzdə və ardınca digər yerlərdə yenidən uranın zənginləşdirilməsini davam etdirməyə başlayıb, bir müddət sonra 20 faizə çatdıq.

185
00:29:28,510 --> 00:29:38,340
Yəni biz onların icazə vermədiyi 3.5 faizdən başladıq və mömin gənclərimiz uranın 20 faiz zənginləşdirilməsini,

186
00:29:38,620 --> 00:29:43,600
habelə haqqında bildiyiniz digər işləri həyata keçirməyə müvəffəq oldular. Bu yerə çatanda isə

187
00:29:52,970 --> 00:29:54,450
onlar gəlib israrla və müəyyən mənada yalvararaq dedilər ki, lap yaxşı,

188
00:29:54,450 --> 00:30:00,970
indi siz gəlin 20 faiz zənginləşdirməni həyata keçirməyəcəyinizi qəbul edin, qoy tutalım, 5, yaxud 6 min sentrifuqanız olsun,

189
00:30:01,370 --> 00:30:07,020
eybi yoxdur (bunu deyənlər vaxtilə 2-3 sentrifuqaya da icazə vermirdilər);

190
00:30:07,710 --> 00:30:18,050
uranı zənginləşdirin, misal üçün, 6 min sentrifuqanız olsun və ya 3.5 faizlik zənginləşdirməni filan həcmdə həyata keçirin.

191
00:30:18,850 --> 00:30:31,600
Bunlar o adamlardır. Bayaq cənab Ruhani dedi; bunlar – BMT və dünyanın müxtəlif siyasi qurumları –

192
00:30:33,080 --> 00:30:38,110
öz aləmlərində, guya ki, İranın nüvəni zənginləşdirmə hüququnu tanıyıblar. Bəli, tanıyıblar,

193
00:30:38,510 --> 00:30:44,110
amma bu, aparılan danışıqlardan qaynaqlanmır; gəlin çaşmayaq; bu, bizim inkişafımızdan qaynaqlanır.

194
00:30:45,080 --> 00:30:52,570
Biz inkişaf etdiyimizə görə, irəli gedib 20 faizə çatdığımıza görə, təbii olaraq, razılaşıblar.

195
00:30:53,140 --> 00:31:00,400
Yoxsa əgər danışıqlara qalsaydı, bu işlərin razılığını danışıqlarla almalı olsaydıq, nə indiyə qədər, nə də bundan sonra heç vaxt buna nail ola bilməzdik.

196
00:31:00,400 --> 00:31:08,800
Qarşı tərəfin, qarşı cəbhənin haqsız tələbkarlığının qarşısında bu da bir davranış təcrübəsidir ki,

197
00:31:09,370 --> 00:31:15,820
öz mənafeyini əsas tutaraq addım atıb irəliləmək lazımdır.

198
00:31:18,570 --> 00:31:29,480
Digər bir mühüm təcrübə isə ən önəmli məsələlərdə Avropanın Amerikanı dəstəkləməsidir.

199
00:31:30,000 --> 00:31:41,710
Bizim avropalılarla dava eləmək niyyətimiz yoxdur; o 3 Avropa ölkəsi ilə qarşıdurmaya girmək, onların əleyhinə çıxmaq, onlarla söz güləşdirmək niyyətində deyilik,

200
00:31:42,170 --> 00:31:54,970
amma reallıqları bilməliyik. O 3 ölkə ən həssas məqamlarda Amerikanı dəstəkləyərək onun ardınca getdiyini göstərib.

201
00:31:55,540 --> 00:32:05,650
Nüvə danışıqlarının gedişatı zamanı Fransa XİN - nin nümayiş etdirdiyi çirkin davranışları hamımız xatırlayırıq;

202
00:32:06,000 --> 00:32:14,910
necə deyərlər, “yaxşı polis, pis polis” oynayırdılar, o da “pis polis” rolunu ifa edirdi. Əlbəttə, sözsüz ki, bunu Amerika ilə razılaşdırılmış şəkildə edirdilər.

203
00:32:15,820 --> 00:32:28,450
Və ya İngiltərənin “sarı keks” – uran oksidi məsələsində etdiyi hərəkət; bu məsələ Birgə Kompleks Tədbirlər Planında açıq-aydın əksini tapmışdı, qəti şəkildə razılığa gəlinmişdi ki,

204
00:32:28,680 --> 00:32:35,480
biz müəyyən olunmuş obyektdən bu maddəni alıb gətirəcəyik, amma ingilislər buna əngəl oldular.

205
00:32:36,110 --> 00:32:45,310
Yəni bunlar Amerika ilə əlbirdirlər, ona havadarlıq edirlər. İndiyə qədər bu cür olub. Bu da bir təcrübədir; bunu unutmayaq.

206
00:32:45,600 --> 00:32:52,800
Bunlar danışanda bir şey deyirlər, əməl etməyə gələndə isə indiyə qədər görməmişik ki,

207
00:32:52,800 --> 00:33:00,740
Amerikanın qarşısında sözün əsl mənasında ayağa qalxıb haqqın tərəfini tutalar; yəni mənim fikrimcə belədir;

208
00:33:01,020 --> 00:33:06,570
indiyə qədər bunun əksinə şahid olduğumuzu mən xatırlamıram.

209
00:33:07,020 --> 00:33:14,740
Nüvə razılaşması məsələsində bizim qazandığımız digər bir önəmli təcrübə bundan ibarətdir ki,

210
00:33:15,310 --> 00:33:25,650
ölkədəki problemlərin həllini Birgə Kompleks Tədbirlər Planına, bu kimi hansısa digər xarici proseslərə bağlamaq böyük bir səhvdir.

211
00:33:25,710 --> 00:33:34,570
Biz ölkənin problemlərini, iqtisadiyyat və digər müxtəlif sahələrdə mövcud olan çətinlikləri öz ixtiyarımızdan xaric olan,

212
00:33:34,970 --> 00:33:43,020
ölkədən kənarda tədbir görülüb qərara alınan işlərə bağlamamalıyıq.

213
00:33:43,820 --> 00:33:52,740
Biz ölkənin iqtisadiyyatı, gəlirləri ilə bağlı problemlərin həllini BKTP-dən asılı vəziyyətə gətirəndə nəticəsi bu olur ki,

214
00:33:53,020 --> 00:34:02,110
investor və sahibkarlar aylarla oturub xaricilərin BKTP ilə bağlı hansı qərarı verəcəyini gözləməli olurlar.

215
00:34:02,680 --> 00:34:13,310
Bir neçə ay dözüb, səbir edib gözləməli olurlar ki, görsünlər, onlar müqavilədə qalacaqlar, ya çıxacaqlar;

216
00:34:14,400 --> 00:34:19,770
imzalayacaqlar, ya imzalamayacaqlar; imzalayandan sonra da atdıqları imzaya sadiq qalacaqlar, ya qalmayacaqlar!

217
00:34:20,220 --> 00:34:30,280
Ölkənin fəaliyyətdə olan özəl iqtisadi sektoru daim xaricilərin hansı addımı atacağını gözləməli olur.

218
00:34:31,420 --> 00:34:36,170
Biz ölkənin potensialını BKTP-dən asılı, passiv bir vəziyyətdə saxlaya bilmərik;

219
00:34:36,400 --> 00:34:44,510
belə ki bir müddət onun icrasını gözləyərək passiv qala, bir müddət də müqavilədən çıxıb-çıxmayacağına tərəddüd edərək boş-bikar dura;

220
00:34:44,680 --> 00:34:51,480
özü də Amerika kimi bir düşmənin qarşısında. Bunlar bizim təcrübələrimizin bir qismidir;

221
00:34:51,820 --> 00:35:01,020
bu təcrübələri daim diqqətdə saxlamalıyıq ki, bir daha təkrarlanmasınlar, eyni dəlikdən iki dəfə sancılmış olmayaq

222
00:35:01,370 --> 00:35:06,340
və sonrakı proseslərdə onları tam şəkildə nəzərə alaq.

223
00:35:06,340 --> 00:35:17,020
Bu təcrübələrdən yararlanmasaq, az əhəmiyyətli şeylərlə özümüzü sevindirsək, ziyan çəkəcəyik.

224
00:35:18,400 --> 00:35:23,370
Cənab prezidentin də qeyd etdiyi kimi, amerikalılar bu məsələdə, doğrudan da,

225
00:35:23,650 --> 00:35:31,140
etik, hüquqi və diplomatik nüfuz baxımından məğlub olublar.

226
00:35:31,600 --> 00:35:36,570
Bəli, Amerika nüfuzdan düşüb; bu bir reallıqdır və buna qətiyyən şübhə ola bilməz, amma mənim diqqət çəkmək istədiyim məqam budur ki,

227
00:35:36,570 --> 00:35:44,620
məgər biz danışıqlara Amerikanın nüfuzdan düşməsi üçün başlamışdıq? Danışıqlar aparmaqda məqsədimiz bu idi?

228
00:35:45,370 --> 00:35:54,740
Biz danışıqlara onun üçün başlamışdıq ki, sanksiyalar götürülsün (amma gördüyünüz kimi, sanksiyaların çoxu götürülməyib,

229
00:35:55,420 --> 00:36:00,680
üstəlik hazırda da bizi müxtəlif sanksiyalar tətbiq etməklə hədələyirlər;

230
00:36:00,970 --> 00:36:17,370
BKTP-nin qəbul olunması və BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə ilə aradan qaldırılmış həmin o ikincili sanksiyaları yenidən geri qaytarmaq istəyirlər);

231
00:36:17,820 --> 00:36:31,140
hədəf bu idi. Yaxud belə bir fikir səslənir ki, Avropa ilə Amerika arasında soyuqluq yaranıb.

232
00:36:31,140 --> 00:36:37,310
Bəli, ola bilsin ki, ilk baxışdan onların arasında əhəmiyyətsiz dərəcədə soyuqluq yaranıb, amma biz danışıqlar masasına bundan ötrü oturmamışdıq.

233
00:36:37,600 --> 00:36:44,450
Məgər biz danışıqları ona görə aparırdıq ki, Avropa ilə Amerikanın arası dəysin? Biz danışıq aparırdıq ki, sanksiyalar ortadan qalxsın;

234
00:36:45,370 --> 00:36:50,340
danışıqlar buna görə başladılmışdı, buna görə davam etdirilirdi; və bu, təmin edilməlidir;

235
00:36:50,740 --> 00:36:57,420
əgər bu təmin olunmasa, əldə edilmiş qalan məsələlər bir o qədər də dəyərli olmayacaq.

236
00:36:58,110 --> 00:37:08,220
Və qeyd etdiyim kimi, avropalılar heç Amerikanın əleyhinə çıxış etmirlər də; avropalılar Amerikanın arxasınca gedir, üstəlik onunla bir-birinə qarşılıqlı kömək də edirlər;

237
00:37:08,510 --> 00:37:20,570
“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”. (“Ənam” surəsi, 112-ci ayədən)

238
00:37:20,570 --> 00:37:29,940
Bunlar bir-birinə kömək də edirlər, mesajlar da göndərirlər, yardımlaşırlar da, psixoloji cəhətdən dəstək də olurlar.

239
00:37:30,400 --> 00:37:41,020
Xülasə, BKTP ilə bağlı bizim daim diqqətdə saxlamalı olduğumuz təcrübələr bunlardır.

240
00:37:41,020 --> 00:37:49,250
Mən burada önəmli olan bir məqama da toxunmaq istəyirəm; BKTP məsələsində, bu problemə münasibətdə

241
00:37:49,650 --> 00:38:02,850
siyasətçilər, hökumət adamları, mətbuat və mədəniyyət nümayəndələri bir-birini məzəmmət etməkdən çəkinsinlər; bunu etməyin.

242
00:38:03,420 --> 00:38:14,110
Tənqidin – düzgün, vicdanlı, ağılla edilən tənqidin heç bir iradı yoxdur, tənqidə rəsmilər də qulaq asmalıdır,

243
00:38:14,340 --> 00:38:21,080
amma bir-birini məzəmmət etmək, ittiham etmək, təhqir etmək – belə şeyləri aradan qaldırmaq lazımdır.

244
00:38:21,080 --> 00:38:28,280
BKTP-yə görə ölkədə ikitirəlik, qütbləşmə yaranmamalıdır.

245
00:38:28,740 --> 00:38:37,650
Düzdür, hərəkət etmək, müəyyən işlər görmək, mövqe sərgiləmək lazımdır (bayaq mən bu mövzuya toxundum və bu barədə hələ danışacağam),

246
00:38:38,570 --> 00:38:45,020
bu öz yerində, amma çalışmalıyıq ki, bu məsələnin ucbatından xalqımızın birliyinə, həmrəyliyinə,

247
00:38:45,480 --> 00:38:49,770
cəmiyyətimizdəki konsensusa xələl gəlməsin. Əsas məqamlardan biri də budur.

248
00:38:49,940 --> 00:39:05,140
İndi gəlin görək, bütün bu dediklərimizi nəzərə alaraq bundan sonra BKTP-yə münasibətimiz necə olmalıdır? Mən burada bir neçə məqamı özüm üçün qeyd etmişəm.

249
00:39:05,140 --> 00:39:13,140
Birincisi, bu məsələ ilə bağlı mövqe seçərkən biz prosesləri real dəyərləndirməliyik.

250
00:39:13,420 --> 00:39:23,540
Ehtimallarla, arxasında hansısa reallığın durub-durmadığı məlum olmayan fikirlər,

251
00:39:24,570 --> 00:39:29,250
danışılan cürbəcür sözlərlə könlümüzü xoş etməməliyik.

252
00:39:31,250 --> 00:39:41,370
Prosesləri realistcəsinə dəyərləndirməli, realistcəsinə də xalqa məlumat ötürməliyik. Danışıqlar yenicə başladığı zaman biz belə güman etdik,

253
00:39:41,940 --> 00:39:51,600
belə düşündük və başqalarına da belə dedik ki, bəli, əgər biz danışıqlar aparsaq, ölkəyə 100 milyard dollar pul gələcək, bu bizim üçün çox önəmlidir,

254
00:39:52,340 --> 00:40:08,970
ölkəmiz üçün 100 milyard dollar diqqətəlayiq bir məbləğdir, önəmli bir məbləğdir, ölkənin bir çox problemlərini həll edə bilər;

255
00:40:08,970 --> 00:40:21,540
amma bu, real deyildi. İndi ABŞ prezidenti utanmadan deyir ki, biz İrana 100 milyard dollar (bəzən də 150 milyard deyir) pul vermişik.

256
00:40:21,880 --> 00:40:29,310
Qələt eləmisiniz! Siz İrana nə vaxt pul vermisiniz? Siz İrana bir dollar da verməmisiniz.

257
00:40:29,600 --> 00:40:39,480
Biz özümüz də o 100 milyard dollar söhbətinə, bir növ, inanmışdıq; amma bu, bir güman idi, təsəvvür idi, fantaziya idi, reallığı yox idi.

258
00:40:41,140 --> 00:40:48,680
Diqqət etməliyik ki, öz gələcəyimiz və mənafeyimiz üçün,

259
00:40:48,910 --> 00:40:56,280
bu gün ödədiyimiz ödənclərin əvəzi olaraq nəzərdə tutduqlarımız reallığa uyğun olsun,

260
00:40:56,740 --> 00:41:03,710
o reallığı dərk edək və xalqımıza da açıq-aşkar açıqlayaq.

261
00:41:06,000 --> 00:41:19,370
Sizə onu da deyim ki, bu gün ölkəmizin iqtisadiyyatını Avropa ilə nüvə anlaşması əldə etməklə yoluna qoymaq mümkün deyil;

262
00:41:20,740 --> 00:41:28,450
ölkə iqtisadiyyatının problemləri bu yolla düzəlməyəcək. Bunun elə indidən göz önündə olan çoxsaylı sübutları var:

263
00:41:29,370 --> 00:41:42,570
Qərbin nüfuzlu şirkətlərindən bəziləri hələ indidən ölkəni tərk edəcəklərini elan edirlər, bəziləri artıq tərk ediblər, bəziləri isə hansı addımı atacaqlarının hələ məlum olmadığını deyirlər.

264
00:41:44,220 --> 00:41:52,340
Qərb dövlətlərinin prezidentləri və dövlət rəsmiləri də eynən belə danışırlar; Fransa bir cür, Almaniya bir cür, o biri bir başqa cür.

265
00:41:53,420 --> 00:42:01,650
Ölkə iqtisadiyyatındakı problemlər Avropa dövlətləri ilə əldə ediləcək nüvə anlaşması sayəsində həllini tapmayacaq.

266
00:42:01,650 --> 00:42:09,370
İndi bu söhbət var, bu mövzu danışılır, amma iqtisadiyyatın yoluna qoyulması üçün ona bel bağlamaq olmaz.

267
00:42:09,600 --> 00:42:14,050
Bunun başqa yolları var; bir azdan mən bu barədə danışacağam. Bu, bir məqam.

268
00:42:14,280 --> 00:42:26,280
Digər bir məqam budur ki, 13-14 il bundan öncə 3 Avropa ölkəsi elə bu nüvə məsələsi ilə bağlı

269
00:42:26,680 --> 00:42:42,050
bizə qarşı çox böyük bir etibarsızlığa yol verdi; 1383-84-cü illərdə bizə çox böyük bir sədaqətsizlik etdilər. Bir söz verdilər, amma vədlərinə xilaf çıxdılar, əksini etdilər.

270
00:42:44,280 --> 00:42:50,680
Onlar sübut etməlidirlər ki, daha o cür olmayacaq; bu, onların öhdəsinə düşən bir işdir.

271
00:42:51,480 --> 00:43:01,710
Avropa dövlətləri İslam Respublikasına sübut etməlidirlər ki, o vaxt etdikləri sədaqətsizliyi, etibarsızlığı bu gün etməyəcəklər.

272
00:43:02,280 --> 00:43:06,800
O davranışlarını kompensasiya etməlidirlər. Bu da növbəti bir məqam.

273
00:43:08,110 --> 00:43:23,540
Digər bir məqam budur ki, ötən iki il ərzində Amerika Birgə Kompleks Tədbirlər Planını təkrar-təkrar pozdu; cürbəcür hərəkətlərlə;

274
00:43:23,540 --> 00:43:32,400
bayaq qeyd etdiyim kimi, diplomatlarımız demişkən, müqavilənin cisminə və ruhuna xələl gətirdi. Avropalılar da Amerikanın bu davranışları qarşısında susdular;

275
00:43:33,140 --> 00:43:41,480
gərək qarşı çıxaydılar, etiraz edəydilər. Onlar etiraz etsəydilər, ola bilsin, iş bu yerə gəlib çatmazdı ki,

276
00:43:42,000 --> 00:43:46,850
Amerika öz atdığı imzanı bir su içimində kənara qoyub: “Mən müqavilədən çıxıram”, – deyə.

277
00:43:48,050 --> 00:43:52,970
Onlar bu iki ildə yol verdikləri fəaliyyətsizliyi kompensasiya etməlidirlər.

278
00:43:54,280 --> 00:43:59,940
Növbəti məqam: Amerika 2231 saylı qətnaməni pozub;

279
00:44:00,570 --> 00:44:15,540
BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlər Amerikanın bu hərəkəti qarşısında şuranın gündəliyinə onun əleyhinə bir qətnamə çıxarıb,

280
00:44:15,820 --> 00:44:23,820
“Bu dövlət Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozub”, – deməli idilər. Avropa dövlətlərinin görməli olduğu işlərdən biri də budur.

281
00:44:25,140 --> 00:44:36,620
Avropa öhdəlik götürməlidir ki, raket mövzusunu və İslam Respublikasının regiondakı iştirakı məsələsini ortaya atmayacaq; bunu söz verməlidirlər.

282
00:44:38,620 --> 00:44:50,450
Hər mərhələdə bir söz deyib, raket məsələsini fərqli formalarda ortaya atmaları tamamilə qəbuledilməzdir.

283
00:44:51,020 --> 00:45:01,880
O 3 ölkənin başçıları söz verib qəbul etməlidirlər ki, raket məsələsini əsla gündəmə gətirməyəcəklər.

284
00:45:24,620 --> 00:45:29,710
Bundan başqa, İslam Respublikasına qarşı hər cür sanksiya ilə də mübarizə aparmalıdırlar;

285
00:45:30,680 --> 00:45:38,510
yəni hazırda ABŞ: “İrana sanksiya qoyacağam”, – deyirsə, onlar açıq şəkildə və qətiyyətlə buna qarşı çıxmalıdırlar.

286
00:45:39,540 --> 00:45:46,280
Əgər bizimlə avropalılar arasında hər hansı bir anlaşma əldə olunacaqsa, həmin anlaşmanın şərtləri sırasında bu dediklərim də olmalıdır.

287
00:45:46,850 --> 00:45:51,540
Mən: “Raket məsələsini ortaya atmasınlar”, – dedim, amma bunu da bilsinlər ki,

288
00:45:51,940 --> 00:46:05,940
İslam Respublikası onu qüdrətli edən amillərdən heç birindən əsla əl çəkməyəcək.

289
00:46:26,050 --> 00:46:33,940
Bizi qüdrətli edən amillərdən biri müdafiə gücümüz, digər biri isə strateji dərinliyimizdir.

290
00:46:34,510 --> 00:46:44,340
Region ölkələrindəki iştirakı və region xalqlarının ona verdiyi dəstək İslam Respublikasının strateji dərinliyidir.

291
00:46:45,880 --> 00:46:51,480
İslam Respublikası bundan keçə bilməz; ağlı başında olan heç bir dövlət də keçməz.

292
00:46:52,340 --> 00:46:58,850
Və ya xalqın ictimai sərmayəsi; xalqın İslam bayrağı altında bu cür bir yumruqda birləşməyi;

293
00:46:59,940 --> 00:47:08,220
İslam Respublikasının öz islami mahiyyəti və müsəlman olması ilə iftixar duyaraq bu şüarlarla irəliləməsi.

294
00:47:08,450 --> 00:47:19,250
İslam Respublikasını formalaşdıran əsas tərkib komponentləri bunlardır. Hamı bilsin ki, bunlardan heç kim əl çəkməyəcək.

295
00:47:20,280 --> 00:47:30,050
Digər bir məqam budur ki, Avropa İran neftinin tam həcmdə satışını zəmanət altına almalıdır.

296
00:47:31,080 --> 00:47:41,820
Yəni amerikalılar hazırda olduğu kimi, İran neftinin satışına zərbə vurmağa müvəffəq olduqda

297
00:47:41,820 --> 00:47:45,140
avropalılar İslam Respublikasından onun istədiyi qədər neft almalıdırlar.

298
00:47:45,940 --> 00:47:53,710
Ola bilsin ki, biz özümüz daha az neft satmağı məsləhət bilək (bu, dövlət siyasətindən asılıdır;

299
00:47:54,450 --> 00:47:59,600
ola bilsin, dövlətimiz belə bir nəticəyə gələcək ki, nə qədər az neft satıb

300
00:48:00,280 --> 00:48:08,280
iqtisadiyyatımızı neftdən asılılıqdan uzaqlaşdırsaq, öz xeyrimizədir; ola bilər, nə vaxtsa bu nəticəyə gələk), amma əgər bu olmasa

301
00:48:09,420 --> 00:48:13,880
və bugünkü həcmdə neft satmaq qərarımız qüvvədə qalmaqda davam etsə,

302
00:48:14,340 --> 00:48:22,340
amerikalılar bu sahədə bizim yolumuzda əngəllər törətdiyi təqdirdə avropalılar mütləq surətdə bizə dəyən ziyanı kompensasiya etməli

303
00:48:23,140 --> 00:48:26,620
və həmin nefti zəmanət əsasında bizdən almalıdırlar.

304
00:48:27,080 --> 00:48:41,710
Növbəti məqam: Avropa bankları İran İslam Respublikasının özəl və dövlət biznes müəssisələrinə məxsus maliyyə vəsaitlərinin qəbulu, ödənişi və transferini zəmanətə götürməlidir.

305
00:48:42,220 --> 00:48:46,400
Az öncə mən zəmanət haqda danışarkən məhz bu şeyləri nəzərdə tuturdum; bunları zəmanət altına almalıdırlar.

306
00:48:47,250 --> 00:48:54,050
Qeyd etdiyim kimi, o 3 ölkə ilə bizim heç bir davamız yoxdur, amma onlara inanmırıq da.

307
00:48:54,910 --> 00:49:04,850
Bizi maraqlandıran kiminləsə dava eləmək, intriqa yaratmaq deyil; məsələ inam və etibarın olmamasıdır; bizim bu ölkələrə etibarımız yoxdur

308
00:49:05,310 --> 00:49:12,680
və bu da keçmişdə baş vermiş müəyyən olayların nəticəsidir. Elə ona görə də dediyim o zəmanətlər real şəkildə təmin olunmalıdır.

309
00:49:14,170 --> 00:49:21,250
Növbəti bir məqam budur ki, avropalılar bu tələbləri qarşılamaqdan boyun qaçıracaqları təqdirdə

310
00:49:21,250 --> 00:49:29,020
bizim müvəqqəti olaraq dayandırdığımız nüvə fəaliyyətimizi bərpa etmək hüququmuz var.

311
00:49:51,860 --> 00:50:02,750
Ölkəmizin Nüvə Təşkilatının rəsmiləri hazır olmalıdırlar. Əlbəttə, mən demirəm ki, elə bu saat gedib 20 faiz zənginləşdirməyə start verin;

312
00:50:03,330 --> 00:50:09,680
deyirəm, hazır olun. Müvəqqəti olaraq dayandırılmış nüvə fəaliyyətləri

313
00:50:10,400 --> 00:50:18,530
İslam Respublikası lazım və məsləhət bildiyi zaman yenidən bərpa olunacaq. İşlərə nüvə anlaşmasına görə ara verilmişdi; bu bizim BKTP - ına görə ödədiyimiz qarşılıq idi;

314
00:50:19,640 --> 00:50:25,680
BKTP-nın heç bir faydası olmadığını, bundan belə o qarşılığı ödəmək istəmədiyimizi görsək,

315
00:50:25,910 --> 00:50:41,910
təbii ki, həmin şeyləri yenidən əldə etmək, dayandırılmış işləri yenidən bərpa etmək yolunu tutacağıq. Nüvə anlaşması ilə bağlı bu qədər.

316
00:50:43,150 --> 00:50:52,930
Söhbətimizin ikinci hissəsi bizim öz daxili məsələlərimizə, ölkədaxili problemlərlə bağlı öhdəmizə düşən vəzifələrə həsr olunacaq. Bunlarsa iqtisadi problemlərdir;

317
00:50:53,680 --> 00:50:58,350
hazırda ölkənin bir nömrəli problemi iqtisadiyyat məsələsidir.

318
00:50:58,880 --> 00:51:08,220
Hökumətin gördüyü bu işləri, inşallah, tam gücü ilə davam etdirmək lazımdır;

319
00:51:08,220 --> 00:51:14,310
xidmətlərin genişləndirilməsi, habelə dövlətin həyata keçirdiyi digər tədbirlər davam etdirilməlidir.

320
00:51:14,620 --> 00:51:19,820
Əlbəttə, reallıq budur ki, ölkənin iqtisadi vəziyyətini sözlə təsvir etmək mümkün deyil;

321
00:51:21,370 --> 00:51:29,460
göstərilən bütün səylərə rəğmən, ölkə iqtisadiyyatı arzulanan bir vəziyyətdə deyil.

322
00:51:29,680 --> 00:51:36,930
Əhalinin böyük bir qismi iqtisadi cəhətdən sıxıntı içərisindədir. Bahalıq və digər bu kimi məsələlər barədə

323
00:51:37,420 --> 00:51:48,620
siz özünüz də az-çox bilirsiniz, camaatın əksəriyyəti bu problemləri bilavasitə öz həyatında hiss edir, bütün varlığı ilə yaşayır. Bu, ölkənin başlıca problemidir.

324
00:51:49,020 --> 00:51:57,240
Bu problemləri aradan qaldırmaq üçün

325
00:51:57,680 --> 00:52:06,170
biz ilk növbədə bir neçə şeyi qəlbən təsdiqləməliyik: birincisi, bilməliyik ki, ölkənin iqtisadi problemini

326
00:52:06,570 --> 00:52:13,550
daxildəki geniş imkan və potensiala söykənərək həll etmək mümkündür; buna inanmalıyıq.

327
00:52:14,310 --> 00:52:22,170
Bu bir reallıqdır; bəziləri bu reallığı qəbul etmir, bəzilərininsə ondan xəbəri yoxdur.

328
00:52:23,860 --> 00:52:29,110
Bizim ölkəmizdə hələ istifadə olunmamış geniş potensial mövcuddur;

329
00:52:29,460 --> 00:52:39,200
bir qədər sonra mən qeyri-iranlı ekspertlərin bu barədə bir fikrini qeyd edəcəyəm.

330
00:52:40,080 --> 00:52:49,240
Bizim özlüyümüzdə inanmalı olduğumuz digər bir məqamsa bundan ibarətdir ki, biz Qərbə məxsus modellərin bizim üçün etimada layiq olmadığını bilməliyik.

331
00:52:49,460 --> 00:52:53,770
Mən demirəm ki, tamamilə rədd edək; yox, götür-qoy edək, ölçüb-biçək.

332
00:52:55,020 --> 00:53:06,040
Qərb modellərinə sorğu-sualsız təslim olmaq yaramaz; nə iqtisadiyyat məsələsində, nə də demoqrafiya kimi digər məsələlərdə.

333
00:53:06,570 --> 00:53:10,750
Qərbə xas modellərdən biri kimi elə demoqrafiya olayını qeyd etmək olar.

334
00:53:11,330 --> 00:53:25,600
Bu yaxınlarda xəbis İngilis hökumətinin təbliğat qurumu rəsmi bir model də təqdim edib ki, İranın 30 milyon əhalisi olsa, ölkədə vəziyyət çox yaxşı olar!

335
00:53:26,970 --> 00:53:34,260
Gözünüzü dörd açın! İnşallah, bu ölkənin əhalisi 150 milyona da çatacaq.

336
00:53:36,040 --> 00:53:42,530
Ölkənin demoqrafik siyasətləri – indiyə qədər izlədiklərimiz – yanlış idi.

337
00:53:42,840 --> 00:53:52,040
Mən bunu daha öncə demişəm;  əlbəttə, əvvəldə düzgün idi, düzgün başlamışdı, amma davamı səhv istiqamətə yönəldi,

338
00:53:52,040 --> 00:53:57,510
yanlış getdi və biz bu sahədə işləri məqsədəuyğun şəkildə qura bilmədik; indi isə itirdiklərimizin yerini doldurmalıyıq.

339
00:53:57,770 --> 00:54:04,660
Ölkənin iqtisadi problemi də eynilə bu cürdür; Qərbə aid modellərlə yoluna qoyulmayacaq.

340
00:54:04,970 --> 00:54:11,420
İndiyə qədər də müxtəlif illərdə nə vaxt Qərb modellərindən istifadə etmişiksə,

341
00:54:11,730 --> 00:54:16,930
xeyir tapmamışıq, əksinə, müəyyən yerlərdən ziyan çəkmişik. 70-ci illərdə tənzimləmə məsələsi ortaya çıxanda

342
00:54:17,200 --> 00:54:22,040
ölkəmizdə sosial ədalətə sözün həqiqi mənasında zərbə dəydi,

343
00:54:22,220 --> 00:54:31,150
kəskin təbəqələşmə yarandı. Ola bilsin ki, müəyyən faydaları da oldu, amma belə ciddi ziyanlarına da qatlaşmaq məcburiyyətində qaldıq.

344
00:54:31,680 --> 00:54:40,440
Diqqət yetirib inanmalı olduğumuz 3-cü məqam budur ki, xaricilərdən indiyə qədər gördüyümüz etibarsızlıqları nəzərə alaraq,

345
00:54:41,370 --> 00:54:45,510
yalnız çıxılmaz vəziyyətdə qaldığımız zaman işlərimizi onlara həvalə etməliyik;

346
00:54:46,710 --> 00:54:56,310
yəni yalnız və yalnız daxili imkanlardan tamamilə əlimizi üzdüyümüz zaman

347
00:54:57,330 --> 00:55:08,400
onlara müraciət emək barədə düşünməliyik. Öncə daxili imkanlardan istifadə etməyə çalışmalıyıq və mən düşünürəm ki, ölkəmizin daxili imkan və potensialı kifayət qədər genişdir.

348
00:55:08,660 --> 00:55:17,110
Qeyd etmək istədiyim növbəti məqam da elə bu imkan və potensialdır. Bizim daxili potensialımız çox zəngindir.

349
00:55:17,640 --> 00:55:28,800
Dünya bankı bir ekspert araşdırması aparıb (bizim mütəxəssislərin işi deyil, Dünya Bankının

350
00:55:29,370 --> 00:55:34,530
öz ekspertlərinin apardığı bir araşdırmadır), deyiblər ki,

351
00:55:35,860 --> 00:55:46,710
İran istifadə olunmamış insan potensialının və coğrafi resursların xəzinəsidir. Diqqət edin!

352
00:55:49,600 --> 00:55:59,600
Ölkəmizin istifadə olunmamış insan potensialına və coğrafi imkanlarına görə dünyada birinci olduğunu deyirlər.

353
00:56:02,000 --> 00:56:10,800
Yəni bizim qarşımızda indiyə qədər bəhrələnmədiyimiz, səhlənkar yanaşdığımız çox zəngin, geniş imkan və potensial mövcuddur.

354
00:56:11,240 --> 00:56:23,020
İnsan resurslarımız, əmək qabiliyyətli, xüsusilə də gənc və savadlı kadrlarımızın sayının çoxluğu:

355
00:56:24,040 --> 00:56:32,260
10 milyon universitet məzunumuz var, 4 milyondan çox tələbə isə hazırda ali məktəblərdə təhsil alır.

356
00:56:34,260 --> 00:56:43,640
Hökumət nümayəndələrindən olan mütəxəssis dostlarımızın dediyinə görə, mühəndislərin sayına görə

357
00:56:43,860 --> 00:56:49,110
ölkəmiz dünya üzrə ön sıralardan birini tutur.

358
00:56:50,130 --> 00:56:57,510
Nisbətdə götürüldüyü zaman bizim mühəndislərimizin sayı dünyanın bir çox böyük və tanınmış ölkələrindən çoxdur; bunlar potensialdır.

359
00:56:57,820 --> 00:57:03,680
Coğrafi resurslarımız: ərazimizin genişliyi, Neytral sulara çıxışımızın olması,

360
00:57:03,950 --> 00:57:12,530
qonşularımızın sayı, regional bazarlar, xarici nəqliyyat marşrutu. Bütün bunları Dünya Bankının mütəxəssisləri də qeyd edib.

361
00:57:14,080 --> 00:57:19,950
Biz bu coğrafi resurslardan düzgün istifadə etməmişik.

362
00:57:20,350 --> 00:57:28,970
İnsan potensialı, əməkqabiliyyətli əhalinin sayı, təhsil səviyyəsi və sair;

363
00:57:29,510 --> 00:57:38,750
həmin mütəxəssislər qeyd ediblər ki, əgər İran bu imkanlarından düzgün istifadə etsə,

364
00:57:39,020 --> 00:57:49,060
dünyanın iqtisadi cəhətdən ən öndə gedən ölkələrindən biri ola bilər. Bütün bu imkanlar bizə aiddir, bizim ixtiyarımızda nəhəng bir sərvət var.

365
00:57:49,060 --> 00:58:04,440
Əlbəttə ki, həmin araşdırmada təbii sərvətlər qeyd olunmayıb; yalnız sosial və coğrafi resurslar öz əksini tapıb.

366
00:58:04,620 --> 00:58:10,130
Təbii sərvətlər isə fövəqladə dərəcədə ciddi əhəmiyyət kəsb edən bir məsələdir.

367
00:58:10,880 --> 00:58:18,130
Ötən illərdə mən elə bu görüşlərimizdən birində demişdim ki, bizim əhalimiz dünya əhalisinin 1/100-ni təşkil edir

368
00:58:19,770 --> 00:58:32,840
və əgər ehtiyac duyulan sənaye üçün əsas və lazımlı faydalı qazıntıların 1/100-i bizdə olsa, bəsimizdir, amma bizim yeraltı sərvətlərimizin həcmi 1/100-dən artıqdır.

369
00:58:33,110 --> 00:58:39,510
Bəzi yataqlarımız dünya üzrə 3/100, bəziləri 4/100, bəziləri isə 5/100 faizi təşkil edir.

370
00:58:40,480 --> 00:58:45,600
Neft və qazın göstəricisi lap yüksəkdir; dünya üzrə birinci yerdəyik;

371
00:58:45,600 --> 00:58:53,200
neftə görə 4-cü, qaza görə 1-ci, ikisinin birlikdə həcminə görə isə dünya üzrə birinci yerdəyik.

372
00:58:53,820 --> 00:59:00,930
Bütün bunlar bizim ixtiyarımızda olan imkanlardır; bizim potensialımız bunlardır; bu potensialdan istifadə etmək lazımdır və istifadə etmək olar da.

373
00:59:01,240 --> 00:59:07,370
Oturub fikirləşmək, tədbir tökmək, fəaliyyət planı hazırlamaq olar.

374
00:59:08,660 --> 00:59:16,040
Əlbəttə ki, bunlar tez bir zamanda başa gələn şeylər deyil, sözsüz ki, bir az vaxt aparacaq,

375
00:59:16,310 --> 00:59:24,170
amma başlasaq, sonda bir nəticə əldə etmiş olarıq. 2-3 həftə bundan əvvəl

376
00:59:25,020 --> 00:59:30,570
bizim burada ölkənin iqtisadi problemlərinə həsr olunmuş bir iclasımız oldu.

377
00:59:30,880 --> 00:59:38,220
Hakimiyyətin 3 qolunun çox hörmətli sədrləri, hökumətdə, parlamentdə və Ali Məhkəmədə iqtisadiyyatla əlaqəli sahələrdə təmsil olunan rəsmilər iştirak etdi.

378
00:59:38,660 --> 00:59:46,220
Həmin iclasda yaxşı müzakirələr az-çox oldu, dəyərli fikirlər səsləndi. Əlbəttə ki, mən iqtisadçı deyiləm;

379
00:59:46,570 --> 00:59:50,620
deyilənlər mütəxəssislərin fikirlərinə əsaslanırdı. Müəyyən məqamlara toxunduq,

380
00:59:50,970 --> 00:59:55,110
bəzi formal tənzimləmələrin həyata keçirilməsi qərara alındı.

381
00:59:55,730 --> 01:00:02,000
Dostlarımız həmin qərarları ardıcıl surətdə həyata keçirməyə çalışmalıdırlar; bu günsə mən tövsiyə edirəm ki – hakimiyyətin 3 qolunun rəsmiləri burdadır,

382
01:00:02,220 --> 01:00:06,350
o gün o iclasda olan cənablar hamısı iştirak edir –

383
01:00:07,860 --> 01:00:14,750
o axşam vurğulanan, qərara alınan məsələləri ciddi surətdə izləyəsiniz;

384
01:00:14,930 --> 01:00:19,330
o zaman iqtisadi məsələlərdə, sözsüz, irəliləyiş müşahidə olunacaq.  Buna mənim əsla şübhəm yoxdur.

385
01:00:21,550 --> 01:00:32,350
Daha sonra mənə məlumat çatdı ki, həmin gün burada danışılan, deyilən və iclasın çıxardığı qərarlar kimi elan olunan məsələləri

386
01:00:32,970 --> 01:00:37,200
nazirlər kabinetindəki iqtisadçı dostlarımız da təsdiqləyib.

387
01:00:38,970 --> 01:00:45,280
Mən deyirəm ki, düşmənimiz özünün döyüş qərargahını Maliyyə Nazirliyinə köçürüb;

388
01:00:45,730 --> 01:00:56,970
bizə qarşı apardıqları müharibənin baş qərargahı Müdafiə Nazirlikləri yox, Maliyyə Nazirlikləridir, çox fəal şəkildə də işləyirlər. Əvvəllər də belə idi;

389
01:00:59,060 --> 01:01:05,330
90-91-ci illərdə o sanksiyalara başladıqları dövrdə də bu cür gərgin fəaliyyətə keçmişdilər (öz aləmlərində, guya iflicedici sanksiyalar idi,

390
01:01:06,130 --> 01:01:11,020
amma İslam Respublikasını iflic etmək əvəzinə, öz gözlərinə dağ oldu).

391
01:01:13,330 --> 01:01:23,240
Hətta amerikalı nazir gedib müxtəlif ölkələrdə müxtəlif bankların rəhbərləri ilə bir-bir görüşürdü;

392
01:01:23,510 --> 01:01:33,240
yəni bu cür aktiv fəaliyyətdə idilər; gecə-gündüz işləyirdilər. Mən deyərdim ki, bizim iqtisadi qurumlarımızda da düşmənin o şər əməllərinə qarşı

393
01:01:33,460 --> 01:01:42,930
mübarizə üçün bir qərargah yaradılmalıdır. Xarici İşlər Nazirliyi bu işə dəstək verməli, əməkdaşlıq etməlidir,

394
01:01:43,060 --> 01:01:51,020
lakin konkret olaraq İqtisadiyyat Nazirliyində belə bir qərargah təşkil olunmalı və bu iş ardıcıl görülməlidir.

395
01:01:51,240 --> 01:01:55,240
Əlbəttə ki, bütün bu çətinliklərin əlacı müqavimət iqtisadiyyatıdır

396
01:01:56,220 --> 01:02:02,800
və ciddi şəkildə həyata keçirilməlidir, lakin bu gün düşmənin atdığı addımları nəzərə alaraq

397
01:02:02,800 --> 01:02:10,530
müqavimət iqtisadiyyatının xüsusi sahələri prioritet əhəmiyyət kəsb edə və bəzi məsələlərin daha ciddi surətdə izlənməsinə ehtiyac ola bilər.

398
01:02:11,730 --> 01:02:19,370
qtisadiyyatla bağlı digər bir məqam budur ki, dövlət iqtisadiyyatı cavab vermir; xalqı işə qoşmaq,

399
01:02:19,860 --> 01:02:22,930
Konstitusiyanın 44-cü maddəsinin siyasətlərini ciddiyə almaq lazımdır.

400
01:02:23,950 --> 01:02:33,110
Mən bunu əvvəlki hökumətə də deyirdim, cənab Ruhaninin komandasına da dəfələrlə demişəm, yenə də deyirəm.

401
01:02:33,550 --> 01:02:40,970
44-cü maddənin siyasətlərini ciddiyə almalısınız, özəl sektoru işə qoşmalısınız,

402
01:02:41,240 --> 01:02:45,910
özəl sektora dəstək olmalısınız; o Milli İnkişaf Fondu elə bunun üçündür.

403
01:02:46,170 --> 01:02:56,570
Cənab Ruhani qeyd etdi ki, valyuta gəlirlərinin müəyyən hissəsi dövlətə verilmir;

404
01:02:56,840 --> 01:03:03,240
bax o hissə Milli İnkişaf Fonduna gedir. Milli İnkişaf Fondu da dövlətin ixtiyarındadır,

405
01:03:03,820 --> 01:03:12,310
heç bir sahəsi dövlətin nəzarətindən kənar deyil. Fond özü də dövlətin ixtiyarındadır, rəsmilərini də dövlət təyin edir, siyasətləri də,

406
01:03:12,530 --> 01:03:26,260
ayrılan vəsaitlər də – hər şey dövlətin əlindədir, intəhası qanunda nəzərdə tutulmamış müəyyən hallarda dövlətə fonddan vəsait götürmək lazım olanda

407
01:03:26,710 --> 01:03:36,970
və gedib parlamentdən icazə almaq imkanları olmayanda gəlib məndən icazə alırlar ki, misal üçün, filan iş üçün filan qədər vəsait götürməliyik;

408
01:03:37,110 --> 01:03:45,280
yoxsa ki Milli İnkişaf Fondu dövlətin ixtiyarındadır. Bu fond çox önəmlidir və mən təkidlə tövsiyə edirəm ki,

409
01:03:45,370 --> 01:03:56,260
fondun vəsaitləri ölkənin cari xərclərinə sərf olunmamalıdır. Bu vəsaitlər yalnız özəl sektorun fəal subyektlərinin ixtiyarına verilməlidir ki,

410
01:03:56,260 --> 01:04:03,420
iş görə bilsinlər. Məsələyə bu cür baxmaq, bu cür yanaşmaq lazımdır.

411
01:04:04,000 --> 01:04:11,640
İqtisadiyyatla bağlı növbəti bir məqam: neft iqtisadiyyatı – yəni əsasən xam neftin satışına arxalanmaq

412
01:04:11,860 --> 01:04:21,510
bizim iqtisadiyyatımızın başlıca nöqsanlarından biridir. 20 il bundan əvvəl də mən bunu dedim,

413
01:04:22,220 --> 01:04:30,570
o vaxtkı hökumətlərin bəzi rəsmiləri mənə birtəhər baxdılar! O vaxt mən demişdim: “Biz o yerə çatmalıyıq ki,

414
01:04:30,750 --> 01:04:38,930
istədiyimiz vaxt neft quyularımızın ağzını bağlayıb: “Biz 3 ay neft satmaq istəmirik”, – deyə bilək,

415
01:04:39,460 --> 01:04:50,440
bu addımı atıb-atmamaq bizim ixtiyarımızda olsun”; mənim bu sözümə təbəssüm edib keçdilər; amma kaş bunu edə biləydik; və bu mümkündür, bunu qeyri-mümkün hesab etmək lazım deyil.

416
01:04:50,750 --> 01:04:55,910
Hazırda deyirlər ki, alıcılar əldən çıxır və sair; xeyr, bütün bu işlərin yolları var.

417
01:04:56,080 --> 01:05:06,530
Biz neftin əsiri olmamalıyıq; bu gün biz neftin əsiriyik, neftin ovcunun içindəyik; neft isə bizim əlimizdə deyil.

418
01:05:06,660 --> 01:05:14,570
Hasilatı bizim əlimizdədir, amma qiymətini başqaları təyin edir, satış imkanları başqalarının əlindədir, üstünə sanksiya qoymaq başqalarının səlahiyyətindədir.

419
01:05:15,820 --> 01:05:21,770
Biz əslində neftin əsiriyik, amma əksinə olmalıdır, neft bizim əsirimiz olmalıdır, neft bizim ixtiyarımızda olmalıdır;

420
01:05:23,020 --> 01:05:30,620
bu, qəti bir siyasətdir. Neft milli sərmayədir.

421
01:05:31,200 --> 01:05:36,310
Əlbəttə, bu sərmayənin tükənməsi üçün uzun illər lazımdır,

422
01:05:37,200 --> 01:05:47,550
amma nə vaxtsa tükənəcək. Biz adət etmişik ki, nefti – yəni xalqın bu ehtiyatını yerin altından çıxarıb, heç bir əlavə dəyər yaratmadan sataq.

423
01:05:48,040 --> 01:05:52,350
Yaxşı, heç olmasa bir iş görək, neftə əlavə dəyər qazandıraq.

424
01:05:52,750 --> 01:06:00,080
Neftə də, qaza da; doğrudur, qaza neft-kimya sektorunda müəyyən qədər əlavə dəyər qazandırılır, amma neft eləcə xam şəkildə gedir.

425
01:06:01,640 --> 01:06:12,260
Bunlar bizim əsas problemlərimizdir. Neftdən asılılığı günbəgün azaltmaq lazımdır. Bu da bir məqam.

426
01:06:14,530 --> 01:06:19,280
Növbəti məqam budur ki, elm əsaslı iqtisadiyyata önəm verməliyik.

427
01:06:20,130 --> 01:06:27,240
İqtisadiyyatımızın sürətli templə inkişafı yalnız innovasiya əsaslı iqtisadiyyat sayəsində mümkün ola bilər.

428
01:06:27,820 --> 01:06:36,260
Bu gün bizim bunun üçün imkanımız da var; iş görə biləcək hazırlıqlı, təhsilli, savadlı gənclərimiz çoxdur.

429
01:06:37,820 --> 01:06:48,440
Hərdən gənc və uğurlu biznesmenlər haqqında eşidəndə, yaxud telekanallar vasitəsilə onları görəndə, insana, həqiqətən də, ləzzət edir;

430
01:06:49,370 --> 01:06:59,680
o insanların əllərində olan az sərmayə ilə hansısa sferada – kənd təsərrüfatında, maldarlıqda, sənayedə, yüngül sənayedə, xidmət sektorunda və sairdə

431
01:06:59,820 --> 01:07:13,420
işə başladığını və çəkdikləri gərgin, ardıcıl zəhmət sayəsində müəyyən bir yerə gəlib çatdığını müşahidə etməkdən həzz alırsan. İnnovativ ideyalar, elmi işlər vasitəsilə sərvət istehsal etmək də mühüm bir məsələdir.

432
01:07:14,080 --> 01:07:20,220
Digər bir mühüm məqam isə daxili istehsala, İran məhsullarına dəstək olmağımızdır.

433
01:07:21,110 --> 01:07:26,880
Biz yerli məhsula dəstək olmaq məsələsinə, həqiqətən, ciddi əhəmiyyət verməliyik;

434
01:07:28,000 --> 01:07:32,310
bu, çox ciddi, zəruri və danılmaz bir məsələdir.

435
01:07:33,600 --> 01:07:40,620
Dövlət rəsmiləri, müxtəlif sferalarda çalışan rəhbər kadrlar, silahlı qüvvələr

436
01:07:41,060 --> 01:07:47,950
(belə ki bu növ məhsulların istehlakında onların önəmli dərəcədə böyük bir payı var) çalışsınlar ki,

437
01:07:48,530 --> 01:07:54,350
yerli məhsul olan yerdə xarici maldan istifadə etməsinlər.

438
01:07:55,200 --> 01:07:59,020
Bir də ki, az əvvəl qeyd etdiyim kimi, iqtisadi problemlərin həllini

439
01:07:59,420 --> 01:08:05,110
nüvə anlaşmasından və sair bu kimi şeylərdən asılı bilməməliyik. “Nüvə anlaşması olsa, camaatın iqtisadi vəziyyəti yaxşı olacaq,

440
01:08:05,280 --> 01:08:11,550
olmasa, pis”, – demək doğru deyil; nüvə anlaşması söhbəti var, bu, gündəmdə olan bir mövzudur, qeyd olunduğu kimi,

441
01:08:12,040 --> 01:08:22,040
bu mövzunu bu və ya digər şəkildə qarşılayıb həll etmək lazımdır; qüdrətlə, ağılla, tədbirli bir şəkildə həll etmək lazımdır, amma iqtisadiyyatı buna qatmayın,

442
01:08:22,310 --> 01:08:28,660
“Bu olmasa, iqtisadiyyatımız pis vəziyyətə qalacaq, olsa, düzələcək”, – deməyin.

443
01:08:28,660 --> 01:08:33,550
Axı özünüz də gördünüz ki, oldu, nüvə anlaşması əldə edildi, amma iqtisadiyyatımızın vəziyyəti düzəlmədi.

444
01:08:34,530 --> 01:08:42,260
İqtisadiyyatın başqa amillərə, başqa komponentlərə ehtiyacı var. Bu şeylərlə yoluna düşən deyil.

445
01:08:42,570 --> 01:08:55,950
Burada çox mühüm bir məqam bundan ibarətdir ki, ölkədə pessimizm ruhunun, işlərin çıxmaza dirəndiyi barədə illüziyaların yayılmasına qarşı mübarizə aparmaq lazımdır.

446
01:08:56,130 --> 01:09:06,440
Bu, Amerika və Qərbin yürütdüyü məqsədli və düşmən niyyətli bir siyasətdir.

447
01:09:06,750 --> 01:09:11,950
Bu məqsədlərinə çatmaq üçün cürbəcür işlər də görürlər.

448
01:09:12,840 --> 01:09:19,950
Bu siyasətə qarşı ciddi mübarizə aparmaq lazımdır. İctimaiyyətimizə bacarıqsızlıq, gücsüzlük, ümidsizlik, çarəsizlik ruhu aşılamaq

449
01:09:20,130 --> 01:09:22,840
düşmənin danılmaz siyasətidir.

450
01:09:24,400 --> 01:09:34,710
Düşmənin məqsədi İran xalqını onda olan iftixar hissindən məhrum etməkdir. Yalan və şayiələr yaymaqla,

451
01:09:35,370 --> 01:09:43,550
nöqsanları şişirtməklə, uğur və qələbələri kiçiltməklə camaatımızda bu hissi məhv etmək istəyirlər.

452
01:09:43,550 --> 01:09:53,330
Bu gün İran xalqında bir iftixar hissi var; müstəqil olduğunu, öz ayaqları üzərində durduğunu, hörmətli olduğunu, dünyada

453
01:09:54,000 --> 01:10:04,170
və regionda nüfuz sahibi olduğunu, keçmişdə və indi mühüm işlər həyata keçirdiyini, gələcəkdə də bu işləri davam etdirəcəyini hiss edir. Xalq qürur hissi keçirir,

454
01:10:04,440 --> 01:10:13,460
bu hissi ondan almaq, yox etmək, qələbələrini ona məğlubiyyət kimi göstərmək istəyirlər.

455
01:10:13,820 --> 01:10:23,370
Lakin xalqımız və rəsmilərimiz İslam İnqilabının, bu inqilabdan qaynaqlanan özünəinamın bərəkəti sayəsində, həqiqətən, özlərini parlaq surətdə nümayiş etdiriblər.

456
01:10:23,600 --> 01:10:31,860
Bu illər ərzində mühüm işlər həyata keçirilib; bizim bir bu qədər problemlərimiz olub,

457
01:10:32,130 --> 01:10:38,570
müharibə olub, sanksiyalar olub; bu qədər çətinliklər olub, amma bütün bunlara baxmayaraq, görün,

458
01:10:38,840 --> 01:10:44,880
kənd təsərrüfatı, elm, texnologiya, səhiyyə,

459
01:10:46,310 --> 01:10:52,840
ümumi maarifləndirmə səviyyəsinin artırılması, beynəlxalq nüfuz,

460
01:10:53,370 --> 01:10:59,060
gerçək, düzgün və inama layiq xalq hakimiyyətinin bərqərar edilməsi,

461
01:10:59,280 --> 01:11:05,950
ölkənin hər yerində ümumi xidmətlərin genişləndirilməsi baxımından nə qədər işlər görülüb!

462
01:11:06,660 --> 01:11:16,880
Həyata keçirilmiş işlər, həqiqətən də, sözün əsl mənasında diqqətəlayiqdir.

463
01:11:17,370 --> 01:11:21,640
Düşmən bizim qələbələrimizi də ona görə məğlubiyyət kimi qələmə vermək istəyir ki,

464
01:11:22,170 --> 01:11:31,680
ölkədəki problemlərin həllinin açarı olan optimist ruhlu əzm və dinamika yox olsun, xalq bunlardan məhrum olsun.

465
01:11:31,680 --> 01:11:40,220
Allaha şükürlər olsun ki, ölkəmiz güclüdür; əlhəmdulillah, İslam Respublikası güclüdür. Əgər biz zəif olsaydıq,

466
01:11:40,530 --> 01:11:48,170
onların bizim qarşımızda bu qədər yaraqlanıb-yasaqlanmasına ehtiyac olmazdı. Özünüz görürsünüz: düşmən bizə qarşı bütöv bir cəbhə qurub,

467
01:11:49,060 --> 01:11:57,770
mübarizə meydanına cürbəcür vasitələrlə girib. Bütün bunlar nə üçündür? Əgər biz zəif olsaydıq, düşmənin bu qədər təchizata,

468
01:11:57,950 --> 01:12:08,880
özünü öldürüb bir bu qədər, növbənöv silah və vasitələrlə bizim əleyhimizə mübarizə aparmasına lüzum olmazdı; hərbi silah, təbliğat silahı, iqtisadi silah və sair, və sair...hamısından istifadə edirlər.

469
01:12:08,880 --> 01:12:15,150
Aydındır ki, biz güclüyük. Bəli, biz güclüyük, o da əlləşib-vuruşur, lakin əlbəttə ki, əlindən heç nə gəlmir;

470
01:12:15,370 --> 01:12:25,200
bayaq misal çəkdiyim və daha öncə də qeyd etdiyim kimi. Hər dəfə də məğlub olub, bu dəfə də, Allahın izni ilə, məğlub olacaq.

471
01:12:26,660 --> 01:12:39,860
İqtisadiyyat məsələsi ilə bağlı demək istədiklərimin xülasəsi budur ki, ölkəmiz sahib olduğu imkan və potensialın bərəkəti sayəsində, yaşadığı iqtisadi problemlərə tamamilə üstün gəlməyə qadirdir.

472
01:12:40,170 --> 01:12:52,840
Həmin imkanları araşdırıb üzə çıxarmalı, hesaba almalı, keçmiş təcrübələri daim nəzərdə saxlamalı və bunların hamısından daha vacibi, Allahın köməyini unutmamalıyıq.

473
01:12:53,680 --> 01:13:02,750
Biz Allahın əmrinin uca tutulması üçün çalışırıq,

474
01:13:03,770 --> 01:13:12,040
maddi güc və sair marağında deyilik. Biz İslamın yüksəlişini,

475
01:13:12,800 --> 01:13:24,310
İslam şəriətinin cəmiyyətdə reallaşdırılmasını istəyirik. Biz maddiyyatçılığın, fəsadın,

476
01:13:24,800 --> 01:13:36,040
insan instinktlərindən doğan cürbəcür günahların bürüdüyü dünyada dini hökmlər əsasında idarə olunan bir hökumət, cəmiyyət

477
01:13:36,260 --> 01:13:41,640
və ölkə qurmaq istəyirik. Bizim məqsədimiz budur. Öz məqsədimizə müəyyən qədər nail də olmuşuq,

478
01:13:42,040 --> 01:13:50,080
müəyyən məqamlarda uğursuzluqlarımız da olub ki, onları aradan qaldırıb, həmin sahələrdə də uğur əldə etməyə çalışırıq; hədəfimiz budur.

479
01:13:51,680 --> 01:13:59,110
Bu hədəflə isə Allahın köməyi mütləqdir. Allah-taala öz köməyini vəd edib və O öz vədinə heç vaxt xilaf çıxmaz.

480
01:13:59,370 --> 01:14:04,280
Son olaraq mən BMT ilə bağlı bir məqama toxunmaq istəyirəm.

481
01:14:04,450 --> 01:14:16,050
Obyektiv danışsaq, bu illər ərzində BMT-nin fəaliyyəti heç də təqdirəlayiq olmayıb; daim Amerikanın təsiri altında danışıb, iş görüb, addım atıb.

482
01:14:16,620 --> 01:14:26,680
Özünüz müşahidə etmisiniz, görmüsünüz. Katiblərindən biri Səudiyyə hökumətinin Yəməndəki hərəkətlərini qınamışdı,

483
01:14:27,080 --> 01:14:31,480
ertəsi gün öz qınağını qınayıb geri götürmüşdü,

484
01:14:32,340 --> 01:14:39,650
ondan nə üçün belə etdiyini soruşanda da cavab vermişdi ki, təzyiq var idi, nə bilim, nə var idi. Təzyiq də iki cürdür: pulla təzyiq və qüvvə ilə təzyiq.

485
01:14:40,170 --> 01:14:50,050
Pulu Fars Körfəzinin Harunları neftdən gələn gəlir hesabına təmin edirlər, gücü də Amerika təmin edir.

486
01:14:50,340 --> 01:14:58,110
Təəssüflər olsun ki, BMT Amerikanın təsiri altındadır. İslam Respublikasına münasibətdə də, həqiqətən,

487
01:14:58,620 --> 01:15:01,370
səhlənkarlıqları çox olub, gərək hamısının yerini doldursunlar.

488
01:15:02,110 --> 01:15:12,850
Mənim demək istədiyim budur; insan haqları sahəsində Amerika ilə bağlı bir neçə məsələ var ki, BMT onlarla ciddi surətdə məşğul olmalıdır.

489
01:15:13,310 --> 01:15:20,970
Bu dosyelər işlənməyib, tamamlanmayıb, yarımçıq qalıb, bəzilərinə ümumiyyətlə heç əvvəldən baxılmayıb.

490
01:15:21,420 --> 01:15:29,020
O bir neçə məsələdən biri Klinton dövründə davudilərin mərkəzinin yandırılmasıdır. Həmin olay nəyə görə araşdırılmır?

491
01:15:31,420 --> 01:15:40,110
Xristianlığa bağlı bir sektanın üzvləri olan bir qrup insan bir evdə toplaşmış imiş;

492
01:15:40,510 --> 01:15:48,170
hökumət müəyyən səbəblərdən onlara qarşı imiş; bunlar haqlı səbəblər də ola bilər, haqsız da; tutalım, elə haqlı səbəblər olub.

493
01:15:48,400 --> 01:15:56,800
Bu kimi situasiyalarda nə edirlər? Adətən belə adamları ya tuturlar, ya da götürüb aparırlar. ABŞ-ın hökumət qüvvələri isə bunların heç birini etməyiblər, həmin evə od vurub yandırıblar,

494
01:15:57,370 --> 01:16:07,600
onlarla kişi, qadın və azyaşlı o yanğının içində diri-diri yanaraq qətlə yetirilib. Bu hadisə nəyə görə araşdırılmır?

495
01:16:09,940 --> 01:16:16,450
Keçmişində belə bir ləkə olan Amerikanın ona-buna insan haqları ilə bağlı irad tutmağa səlahiyyəti çatırmı?

496
01:16:19,710 --> 01:16:26,450
BMT bu işi araşdırmalıdır. Bu, qəti və çox önəmli bir cinayət işidir;  bununla hökmən məşğul olmaq lazımdır.

497
01:16:26,740 --> 01:16:34,680
İkinci məsələ Quantanamo həbsxanasıdır; Quantanamo həbsaxanası dünyanın gözü önündədir.

498
01:16:35,370 --> 01:16:44,570
Amerikalılar nəyə görə insanları tutub, məhkəmə hökmü olmadan illərlə orada çətin şəraitdə saxladılar?

499
01:16:45,650 --> 01:16:57,140
Obamanın qələbəsinin səbəblərindən biri bu olmuşdu ki, o öz seçkiqabağı təbliğat kompaniyasında Quantanamo həbsxanasını bağlayacağı barədə vəd vermişdi, amma bağlamadı.

500
01:16:58,000 --> 01:17:04,680
Həmin həbsxana Obamanın hakimiyyətdə olduğu 8 il ərzində də fəaliyyət göstərdi, bu gün də var.

501
01:17:07,600 --> 01:17:12,400
Tutalım, Quantanamo bu gün də qapadılsa, onun keçmişi

502
01:17:12,800 --> 01:17:20,570
və orada törədilmiş cinayətlər araşdırılmalıdır. BMT bu dosyeni araşdırmalıdır.

503
01:17:22,000 --> 01:17:28,280
İnsanları – əsasən Əfqanıstandan və bəzi digər yerlərdən –

504
01:17:28,910 --> 01:17:36,510
götürüb ora aparsınlar, əlibağlı, ayağıbağlı, gözübağlı,

505
01:17:38,110 --> 01:17:44,220
həddən artıq keyfiyyətsiz qidalanma və ağır həyat şəraitində

506
01:17:44,800 --> 01:17:51,880
illərlə saxlasınlar! Zarafatdır? BMT hökmən bu işi araşdırmalıdır.

507
01:17:51,880 --> 01:17:58,510
Həmçinin İraqdakı Əbu-Qureyb həbsxanası da;

508
01:17:59,020 --> 01:18:08,340
Əbu Qureyb həbsxanasında məhbuslara qarşı dünyanın ən qəddar işgəncə maşınlarının belə nadir törətdiyi işgəncələrə yol verilib;

509
01:18:08,800 --> 01:18:19,080
misal üçün İsrail rejimi tərəfindən törədilmiş işgəncələr, yaxud Pəhləvi rejiminin həbsxanalarında törədilən işgəncələr;

510
01:18:19,880 --> 01:18:24,680
hərçənd onlar da elə israillilərdən qaynaqlanırdı.

511
01:18:27,140 --> 01:18:32,400
Əbu Qureybdəki işgəncələr onlardan da betər və ağır idi.

512
01:18:32,620 --> 01:18:42,110
Düzdür, hazırda amerikalılar oradan çıxıb və Əbu Qureyb həbsxanası iraqlıların öz əlindədir, amma dosye dosyedir, araşdırılmalıdır;

513
01:18:42,800 --> 01:18:49,540
çox mühüm bir məsələdir. Əfqanıstanda da Əbu Qureyb həbsxanasına bənzər,

514
01:18:49,820 --> 01:18:58,910
Amerikaya məxsus bir həbsxana var idi. Amerikanların idi, amma Əfqanıstanda yerləşirdi. Əfqan hökumətinin yox, Amerikanın ixtiyarında idi.

515
01:18:58,910 --> 01:19:06,400
Əfqanlar şikayət edirdilər, Əfqanıstan rəsmiləri narahat idilər, bizə də demişdilər, hamının da bundan xəbəri var idi.

516
01:19:07,020 --> 01:19:14,000
Quantanamo və Əbu Qureyb həbsxanalarında baş verənlər Əfqanıstandakı o həbsxanada da baş verirdi.

517
01:19:14,280 --> 01:19:18,740
Avropada da bu tip həbsxanaları olub, amma onlardan bir o qədər də geniş məlumatımız yoxdur.

518
01:19:18,970 --> 01:19:27,200
BMT-nin araşdırmalı olduğu məsələlərdən biri də Amerikada odlu silahların sərbəst şəkildə satışıdır.

519
01:19:27,600 --> 01:19:37,370
Həmin silahlarla bu qədər cinayətlər törədilir. Eşidirik, görürük; hər gün orta məktəbdə, universitetdə, marketdə, küçədə

520
01:19:38,170 --> 01:19:48,220
hansısa yeniyetmə, gənc, kişi, yaxud da qadın müəyyən səbəbdən – əsəbləri yerində olmayanı var, ruhi xəstəsi var, şəxsi həyatında problemlər yaşayanı var –

521
01:19:48,220 --> 01:19:56,220
bir qrup adama atəş açır, 10 nəfəri, 20 nəfəri, 80 nəfəri qətlə yetirir, ailələrinin ürəyini dağlayır.

522
01:19:56,450 --> 01:20:07,710
Bunun qarşısını nəyə görə almırlar? Səbəbi odur ki, silah satışı ilə məşğul olan şirkətlər buna mane olur, hakimiyyətdə olan administrasiyalar isə həmin şirkətlərin təsiri altındadır.

523
01:20:08,170 --> 01:20:16,620
Bu, çox önəmli bir mövzudur və BMT bu işə qarışıb lazımi tədbirlər görməlidir. Bu da bir məsələ.

524
01:20:16,800 --> 01:20:26,220
Digər bir məsələ isə ABŞ dövləti və Amerika polisinin qaradərililərə qarşı cinayətkarcasına rəftarıdır.

525
01:20:26,570 --> 01:20:34,850
Qaradərili müttəhim və şübhəlilər cürbəcür əziyyətlərə məruz qalır, hətta qətlə yetirilir

526
01:20:35,250 --> 01:20:44,970
və bundan heç kim narahat olmur. Sonra da hansısa məhkəmədə başdansovdu bir araşdırma aparıb qatili sərbəst buraxırlar,

527
01:20:45,200 --> 01:20:48,850
o yazığın da qanı yerdə qalır. Bu məsələni də araşdırmağa dəyər.

528
01:20:49,250 --> 01:20:58,680
Amerika ilə bağlı digər bir məqam isə İŞİD-in məhz bu dövlət tərəfindən yaradılmasıdır. ABŞ-ın hazırkı prezidenti seçkiqabağı təbliğat kompaniyası zamanı özü bunu açıq-aşkar dilə gətirib demişdi.

529
01:20:59,020 --> 01:21:09,080
Əlbəttə ki, bizim bundan daha əvvəl də xəbərimiz var idi, amerikalıların İŞİD-in meydana çıxmasında rolu olduğunu, bu məsələni məhz onların təhrik etdiklərini bizə söyləmişdilər;

530
01:21:09,370 --> 01:21:17,940
sözsüz ki, onlar bunu müəyyən məqamlarda dolayısı ilə, müəyyən məqamlarda isə birbaşa surətdə ediblər. Bizim məlumatımız var idi ki,

531
01:21:18,110 --> 01:21:29,370
İraqda müxtəlif situasiyalarda bunlar İŞİD-ə yardım göstəriblər; neft satışında,

532
01:21:29,600 --> 01:21:35,770
mühasirəyə düşən İŞİD başçılarının qaçırılmasında – bütün bu işlərdə amerikanlar İŞİD-ə dəstək veriblər.

533
01:21:36,000 --> 01:21:44,910
Sionistlərə də törətdikləri qırğınlarda çox kömək göstəriblər; bu yaxınlarda Qəzzada törədilən qırğında da o cümlədən.

534
01:21:45,820 --> 01:21:57,250
Bunlar elə məsələlərdir ki, BMT hökmən işə qarışıb tədbir görməlidir. BMT əgər “millətlər” təşkilatıdırsa, Amerika rejimindən asılı bir təşkilat deyilsə, bu proseslərə müdaxilə etməlidir.

535
01:21:58,050 --> 01:22:08,850
Bu siyahıya ABŞ-ın Yəməndə qırğınlar törədən Səudiyyə dövlətinə və ölkəsində xalqa qarşı cinayətlərə yol verən Bəhreyn hakimiyyətinə göstərdiyi köməyi də əlavə etmək olar.

536
01:22:08,850 --> 01:22:15,020
Bunlar BMT-nin, mütləq, həyata keçirməli olduğu işlərdir. Bu məsələlərin araşdırılmasını tələb etmək çox şeymi istəmək deməkdir?

537
01:22:16,280 --> 01:22:25,310
İslam Respublikasının sözü və mövqeyi möhkəmdir, dəlillərə əsaslanır, sübuta yetirilə bilər.

538
01:22:25,600 --> 01:22:34,510
Sadaladığım bütün bu məsələlərdə Amerikanı ittiham ediriksə, güclü sübut və arqumentlərimiz var;

539
01:22:34,740 --> 01:22:42,970
Avropaya etimad etmiriksə, ciddi dəlillərimiz var. Əgər ölkədəki iqtisadi problemlərin həllindən danışarkən

540
01:22:43,310 --> 01:22:51,480
daxili imkan və potensiala arxalanmaq lazım olduğunu deyir və buna inanırıqsa, bunun da arxasında güclü bir arqument var.

541
01:22:51,480 --> 01:23:00,570
BMT-yə yönəltdiyimiz bu istək və gözləntilər də hamısı möhkəm dəlillərə əsaslanır.

542
01:23:00,850 --> 01:23:13,140
Bu günə qədər İslam Respublikasını, Allahın lütfü sayəsində, qüdrətli və möhkəm bir şəkildə qoruyub saxlayan, günbəgün daha da möhkəmləndirən, 20-30 il bundan öncəki ilə müqayisədə

543
01:23:13,710 --> 01:23:20,450
qat-qat daha güclü edən də məhz dövlətimizin sözü və mövqeyində müşahidə olunan bu güclü arqumentlər olmuşdur.

544
01:23:20,620 --> 01:23:30,050
İslam Respublikasının iqtidara doğru aparan bu hərəkatı, inşallah, bundan sonra da inkişaf edəcək; bu hərəkat eyni zamanda dövlətin daxili strukturunun möhkəmləndirilməsi,

545
01:23:30,340 --> 01:23:38,910
rəsmilərin iqtisadi, mədəni və qeyri sferalarda xalqla davranışlarını düzgün qurması ilə müşayiət olunmuşdur.

546
01:23:39,200 --> 01:23:48,000
Ümidvaram, Allah-taala dilə gətirib dediyimiz və ürəyimizdə arzuladığımız istiqamətdə hərəkət edə bilməyimizə yardımçı olacaq.

547
01:23:48,000 --> 01:23:55,540
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, İslam Respubikası və İran xalqının başını günbəgün daha da uca et.

548
01:23:57,420 --> 01:24:03,600
Pərvərdigara! İşinə can yandıran, xalqın vəziyyəti ilə maraqlanan və ona yorulmadan xidmət edən rəsmilərimizə qüvvət ver.

549
01:24:04,740 --> 01:24:11,880
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, dahi liderimiz İmam Xomeyninin ruhunu məhşərə övliyalarınla birgə gətir!

550
01:24:12,970 --> 01:24:18,910
Bu yolun əziz şəhidlərini məhşərə ilk İslam şəhidləri ilə birgə gətir.

551
01:24:19,480 --> 01:24:21,710
Aqibətimizi xeyirli et.

552
01:24:22,280 --> 01:24:28,340
Ramazan ayını bizim üçün mənəvi yüksəliş, mənən və ruhən saflaşma ayı et.

553
01:24:29,140 --> 01:24:36,450
Pərvərdigara! Deyib-eşitdiklərimizin Sənin üçün və Sənin yolunda olmasını bizə nəsib et və onları bizdən bərəkətlə qəbul et

554
01:24:37,020 --> 01:24:38,280
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.