1
00:00:00,150 --> 00:00:02,150
Rəhman və Rəhim Allahın adı ilə.

2
00:00:02,320 --> 00:00:04,500
الحمد لله ربّ العالمين

3
00:00:07,600 --> 00:00:13,370
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:20,250 --> 00:00:24,470
و علي آله الاطيبين الاطهرين المنتجبين

5
00:00:26,220 --> 00:00:29,400
سيّما بقيّةالله في الارضين

6
00:00:29,920 --> 00:00:40,770
Çox xoş gəlmisiniz, əziz qardaşlar və bacılar. Dəfələrlə qeyd etdiyimiz kimi,

7
00:00:41,420 --> 00:00:53,050
bu toplantı simvolik bir toplantıdır; yəni bizim elmə, universitet müəllimlərinə

8
00:00:54,470 --> 00:01:02,650
və elm ocaqlarına olanehtiramımızı nümayiş etdirir.

9
00:01:04,950 --> 00:01:17,520
Digər tərəfdən isə mənim üçün çox yaxşı bir fürsətdir ki, hörmətli məruzəçilərin çıxışlarını dinləməklə

10
00:01:19,050 --> 00:01:33,020
ölkə universitetlərində hökm sürən elmi və ideoloji atmosfer barədə ümumi bir təsəvvür əldə edirəm;

11
00:01:35,320 --> 00:01:45,750
yəni hörmətli məruzəçilərin toxunduğu məsələlər əhəmiyyətli olmaqla yanaşı,

12
00:01:46,120 --> 00:01:52,150
müəyyən dərəcədə ölkəmizin ali təhsil müəssisələrində mövcud olan atmosferi də əks etdirir;

13
00:01:52,750 --> 00:02:03,650
inşallah, biz bu məsələləri araşdıracaq və səlahiyyətli şəxslərə çatdıracağıq. Bir sözlə, bu toplantı mənim üçün çox faydalıdır.

14
00:02:06,020 --> 00:02:14,670
Yeri gəlmişkən, bir məsələni də qeyd edək. Eşitdiyimə görə, bəziləri soruşurlar ki,

15
00:02:16,520 --> 00:02:25,700
mən məlumatları hansı kanallardan əldə edirəm. Mən tez-tez universitetlər, elmi inkişaf

16
00:02:26,250 --> 00:02:36,070
və bu sahədə mövcud olan vəziyyət barədə danışdığıma görə bəzi insanlar mənim bu məlumatları hansı kanallar vasitəsilə əldə etdiyimlə maraqlanırlar.

17
00:02:36,900 --> 00:02:45,420
Bu sualın cavabında deməliyəm ki, mən bu məlumatları əsasən universitetlərin öz içindən alıram.

18
00:02:45,950 --> 00:02:53,070
Universitet müəllimləri, tələbələr, ölkənin elmi qurumlarının

19
00:02:54,050 --> 00:03:01,000
və universitetlərinin rəhbər işçiləri bizimlə əlaqə saxlayırlar;

20
00:03:01,470 --> 00:03:08,600
yəni mənim elmimiz, alimlərimiz və universitetlərimizlə bağlı reallıqlar barədə

21
00:03:08,770 --> 00:03:15,620
reallıqlar barədə məlumatlanmağıma geniş bir məlumat şəbəkəsi yardımçı olur.

22
00:03:16,150 --> 00:03:22,670
Bəzən hörmətli nazirlərimiz müxtəlif vaxtlarda

23
00:03:23,070 --> 00:03:31,500
müxtəlif münasibətlərlə, yaxud da elə bizim sorğumuza cavab olaraq rəsmi hesabatlar təqdim edirlər.

24
00:03:32,320 --> 00:03:41,370
Vaxtaşırı universitet müəllimləri, alimlər, tələbələr,

25
00:03:42,700 --> 00:03:49,350
universitetlərlə əlaqəli şəxslər bizə müəyyən məlumatlar çatdırır, biz də onlardan faydalanırıq.

26
00:03:49,550 --> 00:03:57,920
Bəzən də bir qədər əvvəl adı çəkilən elmi məlumat mənbələrindən məlumatlar götürülür və tərcümə olunaraq mənə çatdırılır.

27
00:03:58,870 --> 00:04:06,050
Məsələn, “UNESKO”nun, “İSİ”  və ya “Scopus”un  bizim barəmizdə yaydığı məlumatları mənə təqdim edirlər.

28
00:04:06,570 --> 00:04:18,270
Mənim məlumatları əldə etdiyim kanallar bunlardır.

29
00:04:18,520 --> 00:04:32,470
Bu kanallar vasitəsilə əldə olunan məlumatları qarşılaşdırıb müqayisə etməklə isə onların doğruluğuna əmin olmaq olur.

30
00:04:33,300 --> 00:04:47,770
Qeyd etmək istərdim ki, bir ölkənin alimlərinin, aydınlarının və görkəmli simalarının vəzifələrindən biri də bir qədər irəli – gələcəyə baxmaqdır.

31
00:04:50,120 --> 00:04:57,700
İyirmi ildən sonra biz necə bir İrana sahib olmaq istəyirik? Bu, mühüm bir məsələdir.

32
00:05:00,670 --> 00:05:08,520
Bu gün bizim iqtisadiyyat, elm, texnologiya,

33
00:05:09,200 --> 00:05:19,320
əxlaq və mərifət barədə danışmaqda hədəfimiz iyirmi ildən sonra

34
00:05:20,400 --> 00:05:27,250
necə bir İrana sahib olmaq istədiyimizi müəyyən etməkdir.

35
00:05:27,950 --> 00:05:38,970
Əlbəttə, biz “İyirmi illik perspektiv inkişaf proqramı”nı 10-11 il bundan öncə müzakirə etmişik.

36
00:05:41,050 --> 00:05:50,900
Geridə qoyduğumuz bu on ili isə müxtəlif cür dəyərləndirənlər var. Ötən bu on il ərzində biz on il qədərmi irəliləmişik,

37
00:05:51,670 --> 00:06:02,020
yoxsa 5, 10, 12, yaxud 15 il qədərmi irəliləmişik – bu barədə fikirlər müxtəlifdir.

38
00:06:03,400 --> 00:06:10,320
İyirmi ildən sonra biz necə bir İrana sahib olmaq istəyirik? İyirmi ildən sonra bugünkü tələbələr

39
00:06:10,500 --> 00:06:15,650
rəhbər vəzifələrdə çalışacaq, ölkəni idarə edəcəklər.

40
00:06:15,770 --> 00:06:20,920
Siz universitet müəllimlərinin və universitetlərdə çalışan rəhbər kadrların işinin əhəmiyyəti məhz burada özünü göstərir;

41
00:06:21,270 --> 00:06:31,050
yəni bu gün sizin tələbələriniz olan insanlar iyirmi il sonra prezident, nazir, millət vəkili,

42
00:06:31,050 --> 00:06:35,950
idarə müdiri olacaq; ölkənin gələcəyi onların əlindədir.

43
00:06:37,720 --> 00:06:46,620
yirmi ildən sonra siz nəyə sahib olmaq istəyirsiniz? Bu, çox mühüm bir məsələdir, çox mühüm bir sualdır.

44
00:06:47,450 --> 00:06:55,450
İnsanı düşündürən önəmli məsələlərdən biridir. Ölkənin alimləri –

45
00:06:55,800 --> 00:06:59,700
siz də onları təmsil edirsiniz – bu məsələyə diqqətsiz yanaşa bilməz.

46
00:06:59,920 --> 00:07:13,270
Əgər biz iyirmi il sonrası ilə bağlı təsəvvürümüzdə arzuolunan bir mənzərə canlandırırıqsa,

47
00:07:14,120 --> 00:07:24,400
bu mənzərəni reallaşdırmaq vəzifəsi təhsil sisteminin üzərinə düşür; aşağı pillədən tutmuş ali təhsilə qədər.

48
00:07:28,600 --> 00:07:37,670
Məsuliyyət onların öhdəsindədir. Onlar bu gün iyirmi il sonra ölkəni idərə edəcək

49
00:07:38,200 --> 00:07:39,870
nəsli yetişdirirlər.

50
00:07:40,770 --> 00:07:46,770
İndi mən bir neçə xüsusiyyət qeyd edəcəyəm; gəlin düşünək: iyirmi il sonra biz məhz bu xüsusiyyətlərə malik olan bir İran görmək istəyirikmi?!

51
00:07:46,920 --> 00:07:52,370
Birincisi, qüdrət, iqtidar! İyirmi il sonra biz qüdrətli bir İrana sahib olmaq istəyirikmi?

52
00:07:53,720 --> 00:08:03,820
Qüdrətli olmaq kiçikli-böyüklü düşmənlərin təhdidindən qorxub çəkinməmək,

53
00:08:03,950 --> 00:08:12,020
öz gücünə arxalanmaq deməkdir. Qüdrətli İran bu deməkdir. Müstəqillik!

54
00:08:13,570 --> 00:08:26,070
Bəzən bir ölkənin xarici düşmənlərdən qorxusu olmur, amma o, başqa bir gücə arxalanır.

55
00:08:27,650 --> 00:08:39,420
Eynilə atasına arxalanan bir uşaq kimi, özündən böyük bir gücə arxalanaraq özünü güclü və təhlükəsiz hiss edir.

56
00:08:40,750 --> 00:08:49,200
Biz də belə olmaq istəyirikmi?! Yoxsa, öz gücünə arxalanan, müstəqil bir İrana sahib olmaq istəyirik?

57
00:08:50,900 --> 00:09:12,420
Dindarlıq! Zənginlik! Ədalət! İqtisadi, sosial və hüquqi cəhətdən ədalətli bir İran!

58
00:09:16,900 --> 00:09:32,300
Xalqın hakimiyyətinin təmin olunduğu bir İran! Saf, çalışqan, canıyanan və təqvalı hökumət apparatına sahib olan bir İran!

59
00:09:32,570 --> 00:09:36,150
Biz belə bir İran istəyirikmi?! Söz yox ki, bunlar yaxşı istəklərdir.

60
00:09:36,850 --> 00:09:45,550
Bəlkə, biz bu sadalanan xüsusiyyətlərə, bu məsələlərə bir o qədər də əhəmiyyət vermirik?!

61
00:09:46,200 --> 00:09:53,700
Hətta onlardan bəzilərinin əleyhinəyik?! Yəni bəlkə, biz başqalarından asılı olsa da,

62
00:09:54,300 --> 00:10:03,320
iqtisadi cəhətdən inkişaf etmiş və rifah içində yaşayan bir İran istəyirik?!

63
00:10:06,420 --> 00:10:12,950
Qeyd edim ki, belə bir şey heç mümkün də deyil. Hələ bu mövzunun özü ətrafında ayrıca danışmaq lazımdır ki,

64
00:10:14,500 --> 00:10:18,300
iqtisadi baxımdan başqalarından asılı olan bir ölkənin

65
00:10:18,620 --> 00:10:25,320
rifahda olması mümkündür, ya yox. Bəli, həmin ölkələrdə nəhəng sərvətə sahib olan insanlar yaranır,

66
00:10:26,150 --> 00:10:34,520
amma bütövlükdə o ölkələrin rifah, ideoloji və iqtisadi cəhətdən rahatlıq içində olması qeyri-mümkündür.

67
00:10:34,600 --> 00:10:45,220
Fərz edin ki, biz xaricdən asılı bir ölkə olmaq istəyirik və asılı olmaqda siyasi baxımdan heç bir problem görmürük;

68
00:10:45,820 --> 00:10:57,050
necə ki hazırda bəziləri açıq şəkildə bu sözü deyirlər. Yaxud da bir məhsuldan asılı olan bir ölkə istəyirik;

69
00:10:58,620 --> 00:11:08,150
təxminən indiki kimi; xam neftin satışından asılı olan bir ölkə.

70
00:11:09,500 --> 00:11:15,420
Və ya qapıları mədəni işğala açıq olan,

71
00:11:16,770 --> 00:11:23,950
ictimai, dini, etnik və siyasi cəhətdən qopuqluqlar yaşayan bir ölkə;

72
00:11:24,400 --> 00:11:34,320
hökuməti varlı aristokratiya tərəfindən idarə olunan bir ölkə; Amerikada olduğu kimi; bir tərəfdə sərvəti ilə zirvədə olanlar –

73
00:11:35,120 --> 00:11:43,570
İranın “Wall street”i  – bir tərəfdə də yoxsulluq və məhrumluq içində olan əksəriyyət! Biz bu xüsusiyyətlərə malik olan belə bir ölkə istəyirikmi?!

74
00:11:43,870 --> 00:11:50,970
Açıq-aşkar deyilən xəbərlərə əsasən, Amerikada havalar çox isti olanda dünyasını dəyişənlər olur.

75
00:11:51,170 --> 00:11:57,150
Evin içində kimsə istidən ölmür ki?! Bu, evsizlik deməkdir.

76
00:11:57,350 --> 00:12:01,920
Yaxud soyuqdan bir çoxları dünyasını dəyişir.

77
00:12:02,900 --> 00:12:07,650
Bəzən isti və soyuğun qurbanı olmuş insanların sayı xəbərlərdə açıqlanır. Çox vaxt isə bu barədə məlumatlar yayımlanmır.

78
00:12:08,570 --> 00:12:14,300
Bütün bunlar evsiz insanların başına gəlir. Bu o deməkdir ki, varlı bir ölkədə –

79
00:12:14,700 --> 00:12:21,300
Amerika varlı bir ölkədir – sərvət zirvələri ilə yanaşı,

80
00:12:21,750 --> 00:12:25,070
bədbəxtlik və yoxsulluq dərələri də vardır.

81
00:12:26,100 --> 00:12:39,650
Yaxşı, bəs biz nə istəyirik? Qeyd edim ki, bu iki mənzərənin arasında yer alan cürbəcür mənzərələr də mövcuddur.

82
00:12:40,020 --> 00:12:47,550
Əgər qeyd etdiyimiz birinci mənzərədə olduğu kimi, iyirmi ildən sonra İranımızın

83
00:12:47,800 --> 00:12:55,570
maddi və mənəvi cəhətdən imkanlı, inkişaf etmiş, qüdrətli, nüfuzlu,

84
00:12:57,670 --> 00:13:03,650
daxili vəziyyəti baxımından maddi-mənəvi nemətlər içində yaşayan bir ölkə olmasını istəyiriksə

85
00:13:03,650 --> 00:13:09,020
(mənəvi nemət bayaq qeyd etdiyim o dindarlıqdır),

86
00:13:09,620 --> 00:13:17,800
bunun üçün müəyyən işlər görülməlidir.

87
00:13:18,470 --> 00:13:25,100
Bu işlərin ən əsası universitetlərdə görülür. Mənim universitetlərin, universitet müəllimlərinin

88
00:13:25,250 --> 00:13:34,000
və Təhsil Nazirliyinin fəaliyyəti üzərində bu qədər dayanmağımın və həssaslıq göstərməyimin səbəbi məhz budur.

89
00:13:34,770 --> 00:13:42,820
Bir qədər əvvəl məruzəçilərdən biri səmərəlilik, effektivlik barədə danışdı. Səmərəli işləri kim görməlidir?

90
00:13:43,070 --> 00:13:47,550
Bu qədər zəhməti ona görə çəkirik ki, səmərəli işlər görülsün.

91
00:13:47,750 --> 00:13:49,850
Səmərəli işi kim reallaşdırır?

92
00:13:50,350 --> 00:13:57,750
Elmli, səbirli, Allah yolunda çalışan, Allaha xatir iş görən,

93
00:13:58,020 --> 00:14:06,500
yalnız özü üçün gün ağlamağı düşünməyən, işbilən insanlar meydana atılaraq cəsarətlə işləyir və səmərəli işlər görür. Səmərəli işlər bu cür insanların əməyinin nəticəsi ola bilər.

94
00:14:06,750 --> 00:14:12,270
Biz buna nail olmaq istəyirik. Belə insanlar harada yetişdirilir? Əsasən universitetlərdə.

95
00:14:12,500 --> 00:14:19,920
Deməli, məsələ yenə də universitetlərə qayıdır. Universitetlərimiz

96
00:14:20,220 --> 00:14:28,370
ölkəmizin sabah,  iyirmi il sonra ehtiyac duyacağı kimi olmalıdır. Universitetlərin məsələsi bu qədər əhəmiyyətlidir.

97
00:14:29,050 --> 00:14:38,500
Amma qeyd etdiyim bütün bu məsələləri reallaşdırmaq üçün müəyyən şərtlər, tələblər var. Mən həmin tələbləri bir neçə başlıq altında xülasələşdirmişəm:

98
00:14:39,700 --> 00:14:49,720
universitetlərin elmi cəhətdən inkişaf etməsi zəruridir, ictimai əxlaq zəruridir, universitet mühitində dini təqva zəruridir,

99
00:14:50,970 --> 00:14:57,500
Bütün bunlar vacib məsələlərdir. Bu sadalananların reallaşmaası üçün hər birinə əməl olunmalıdır.

100
00:14:57,900 --> 00:15:02,170
Hansısa biri olmazsa iş axsayacaqdır.

101
00:15:04,600 --> 00:15:12,900
siyasi uzaqgörənlik zəruridir, öz heysiyyətini uca tutmaq, öz kimliyi ilə fəxr etmək zəruridir.

102
00:15:14,400 --> 00:15:22,250
Bizim tələbələrimiz özlərinin iranlı-müsəlman kimliyi ilə fəxr etməlidir. Bunlar zəruri məsələlərdir və istəklərimizin gerçəkləşməsi üçün bunlara riayət olunmalıdır. Bunlardan hansısa olmasa, bir ayağımız axsayacaq. Vaxtımız olsa, bunların hər biri barədə bir neçə kəlmə danışacağam. Mən tələbələrin qızlı-oğlanlı qarışıq ekskursiyaları və doğru olmayan bir sıra digər işlər barədə bəzi məqamları daim xatırladıram. Bu xatırlatmalar quru mühafizəkarlıq kimi başa düşülməsin. Belə işlər nöqsan və problemlər yaradır, universitetlərdə lazımi atmosferi pozur. Bu kimi məsələlərə laqeyd yanaşılması, əslində, bu gün bizim universitetlərdən olan gözləntilərimizə və universitetlərin ehtiyacına ziddir.

103
00:15:23,270 --> 00:15:28,300
Vaxtımız olsa, bunların hər biri barədə bir neçə kəlmə danışacağam.

104
00:15:29,750 --> 00:15:36,550
Mən tələbələrin qızlı-oğlanlı qarışıq ekskursiyaları

105
00:15:37,950 --> 00:15:42,900
və doğru olmayan bir sıra digər işlər barədə bəzi məqamları daim xatırladıram.

106
00:15:43,670 --> 00:15:50,050
Bu xatırlatmalar quru mühafizəkarlıq kimi başa düşülməsin. Belə işlər nöqsan

107
00:15:51,100 --> 00:16:00,620
və problemlər yaradır, universitetlərdə lazımi atmosferi pozur.

108
00:16:00,920 --> 00:16:09,720
Bu kimi məsələlərə laqeyd yanaşılması, əslində, bu gün bizim universitetlərdən olan

109
00:16:10,520 --> 00:16:15,820
gözləntilərimizə və universitetlərin ehtiyacına ziddir.

110
00:16:17,200 --> 00:16:21,450
Elmi inkişaf məsələsi barədə

111
00:16:21,920 --> 00:16:29,450
məruzəçilər yaxşı söhbətlər etdilər; yəni müxtəlif elm sahələri barədə açıqladıqları məsələlər

112
00:16:30,370 --> 00:16:34,950
olduqca əhəmiyyətli idi. Bu, elmi hərəkatın göstəricisidir.

113
00:16:36,470 --> 00:16:45,620
Təxminən 80-ci illərin əvvəllərində elm və elmi inkişaf məsələsi müzakirə olunmağa başladı –

114
00:16:46,570 --> 00:16:51,120
yanlış xatırlamıramsa, ilk dəfə mən bu məsələni

115
00:16:51,600 --> 00:16:54,970
Əmir Kəbir Universitetində qaldırmışdım –

116
00:16:55,750 --> 00:17:04,250
və o vaxtdan indiyədək sözün əsl mənasında bir elmi hərəkat meydana gəldi. Ölkəmizdə elmi inkişaf üçün zəmin və potensial olduğuna görə

117
00:17:05,950 --> 00:17:09,700
bu sahədə inkişafın göstəriciləri son dərəcə yüksək oldu.

118
00:17:12,700 --> 00:17:17,320
Hazırda isə mən elmi inkişafın sürəti məsələsi üzərində durmaq istəyirəm.

119
00:17:17,870 --> 00:17:24,700
Universitet müəllimləri və rəsmilərlə keçirdiyimiz başqa bir toplantıda

120
00:17:25,020 --> 00:17:30,600
mən elmi inkişafın sürəti barədə danışaraq qeyd etmişdim ki, hazırda bu sürət azalmışdır.

121
00:17:30,850 --> 00:17:33,670
Hörmətli təhsil naziri mənə məktub yazaraq bildirdi ki,

122
00:17:34,570 --> 00:17:42,270
“xeyr, bizim elmi inkişafımız davam edir”. Məktubunda o, bu barədə olan statistikanı da mənə təqdim etmişdi. Mən bilirəm ki, elmi inkişaf davam edir;

123
00:17:43,270 --> 00:17:48,800
mənim demək istədiyim bu deyil ki, elmimiz inkişaf etmir. Mən görürəm ki, bizim elmi nailiyyətlərimiz var.

124
00:17:49,350 --> 00:17:55,350
Mənim diqqət çəkmək istədiyim mövzu elmi inkişafın sürətidir. Bizim sürətimiz azalmışdır.

125
00:17:56,050 --> 00:18:00,170
Bu gün bizim elmi inkişafın sürətini artırmağa ehtiyacımız vardır.

126
00:18:00,920 --> 00:18:05,350
Diqqət edin, əgər avtomobil yarışında

127
00:18:06,000 --> 00:18:10,570
hamı saatda 250-300 km sürətlə hərəkət edirsə

128
00:18:10,950 --> 00:18:17,000
və siz ön sıradasınızsa, 250-300 km/saat sürəti sizin üçün kifayət edir.

129
00:18:18,370 --> 00:18:24,350
Amma əgər arxa sıradasınızsa,

130
00:18:24,570 --> 00:18:28,450
artıq bu sürət sizə bəs deyil.

131
00:18:29,100 --> 00:18:36,150
Əgər siz də ön sırada olanlar kimi 250-300 km/saat sürətlə hərəkət etsəniz, həmişə arxada qalacaqsınız.

132
00:18:36,950 --> 00:18:43,920
Önə keçmək üçün, mütləq, sürəti artırmalısınız. Önə çatandan sonra, istəsəniz, başqaları ilə eyni cərgədə hərəkət edə bilərsiniz.

133
00:18:45,750 --> 00:18:50,600
Məruzəçilərdən bir neçəsi qeyd etdi ki (əlbəttə, bu məlumatlar rəsmi məlumat mənbələrində də mövcuddur)

134
00:18:51,150 --> 00:18:59,950
bəzi Avropa ölkələrində elmi inkişafın sürəti azalmışdır. Bunu biz də bilirik.

135
00:19:00,600 --> 00:19:05,870
Bunun səbəbi odur ki, onlar artıq öz potensialından istifadə etmişlər.

136
00:19:07,050 --> 00:19:13,200
Potensial işləndikdən sonra, məlum məsələdir ki, artıq inkişaf dayanır;

137
00:19:13,470 --> 00:19:21,020
baxmayaraq ki, elmin inkişafı heç zaman dayanmır. Amma biz belə deyilik. Bizi geridə saxlayıblar.

138
00:19:22,100 --> 00:19:30,900
Biz azğın, xəyanətkar və cahil – ən azı cahil – hökumətlərin ucbatından

139
00:19:31,100 --> 00:19:36,320
minimum altmış-yetmiş il geridə qalmışıq. Biz geridəyik

140
00:19:37,050 --> 00:19:42,020
və əgər bu qlobal yarışda önə keçmək istəyiriksə,

141
00:19:42,150 --> 00:19:46,400
öndə gedənlərin inkişaf sürəti ilə hərəkət edə bilmərik.

142
00:19:46,770 --> 00:19:48,920
Elmi inkişafın sürətini artırmalıyıq.

143
00:19:49,070 --> 00:19:53,800
Mən bunu tələb edirəm; yoxsa ki, inkişafın olduğunu mən də bilirəm.

144
00:19:55,270 --> 00:20:06,300
İnkişafın sürəti artmalıdır. Qeyd edim ki, biz elmi inkişaf baxımından dünya üzrə dördüncü yerdəyik.

145
00:20:06,570 --> 00:20:09,250
Bu barədə hörmətli nazir də mənə məlumat verib,

146
00:20:09,250 --> 00:20:15,870
mötəbər mənbələrdən birindən əldə edilmiş hesabatda da oxumuşam.

147
00:20:16,170 --> 00:20:23,770
Bəli, biz dördüncü pillədəyik, amma bu, kifayət etmir. Biz sürətlənməliyik.

148
00:20:23,970 --> 00:20:27,800
Qürur və heysiyyət; qeyd etdik ki, tələbələr özlərində qürur və heysiyyət hiss etməlidir.

149
00:20:28,100 --> 00:20:33,920
Biz ölkəmizin reallıqlarından xəbərdar olmalıyıq. Bu gün burada deyilənlər reallıqların bir qismidir.

150
00:20:34,270 --> 00:20:44,300
Bu gün biz kosmos, nanotexnologiya, nüvə,

151
00:20:45,120 --> 00:20:52,150
biotexnologiya kimi sahələrdə bir çox işlər görmüşük, tibb sahəsində bu qədər inkişaf etmişik.

152
00:20:52,770 --> 00:21:03,470
Bu nailiyyətlər qeyd olunmalıdır. Özünü qürurlü, heysiyyətli hiss etmək məsələsində universitet müəllimləri tələbələrin psixologiyasına təsir göstərə bilər.

153
00:21:04,200 --> 00:21:10,720
Belə ki tələbələr dəyərli bir şəxsiyyətə sahib olduqlarını bilib bununla fəxr edə bilərlər.

154
00:21:11,820 --> 00:21:18,520
Əgər müəllim auditoriyada tələbələrini daim alçaldıb:

155
00:21:19,250 --> 00:21:27,450
“Siz acizsiniz, geridə qalmısınız,” – deyirsə, bu, xəyanətdir. Bu, sözün həqiqi mənasında xəyanətdir.

156
00:21:29,100 --> 00:21:35,620
Əgər müəllim bizim istedadlı tələbəmizi: “Burada niyə qalmısan?

157
00:21:36,320 --> 00:21:41,420
Xaricə get, oradakı imkanlardan istifadə et,” – deyə ölkəni tərk etməyə təşviq edirsə, bu, xəyanətdir.

158
00:21:41,970 --> 00:21:46,000
Çünki ölkənin ən yaxşı universitetləri böyük xərc çəkərək bu tələbəni yetişdirmişlər.

159
00:21:46,200 --> 00:21:55,050
Bu dəyərli fidanın bəhərindən istifadə etmək vaxtı çatanda isə gedib başqa yerdə meyvə verməlidir?! bu, xəyanətdir.

160
00:21:55,370 --> 00:22:02,000
Özündə qürur və heysiyyət hiss etmək budur: tələbə hiss etməlidir ki, iranlı olmaq, müsəlman olmaq

161
00:22:02,500 --> 00:22:09,720
və inqilabçı olmaq bir iftixardır! O, bununla fəxr etməlidir.

162
00:22:10,200 --> 00:22:18,800
Düşünməlidir ki, düzdür, biz geridəyik, amma gücümüz var, çalışırıq, enerjimiz var, cavanıq,

163
00:22:19,100 --> 00:22:25,170
hərəkət edirik, irəliyə gedirik və ön sıraya çatacağıq. Mən fars dili barədə danışanda –

164
00:22:26,100 --> 00:22:31,450
belə ki hörmətli aparıcı da bu məsələyə toxundu – məqsədim yalnız bir dil kimi fars dilinin əhəmiyyətini vurğulamaq deyil.

165
00:22:31,600 --> 00:22:37,800
Söz yox ki, fars dili dəyərlidir və biz yeri düşdükcə bu barədə söz açmışıq.

166
00:22:37,950 --> 00:22:41,920
Mənim demək istədiyim budur: gəlin biz elmi cəhətdən elə bir məqama çataq ki,

167
00:22:42,170 --> 00:22:50,870
bir başqası bizim elmi nailiyyətlərimizlə tanış olmaq və onları mənimsəmək istəyəndə fars dilini öyrənmək məcburiyyətində qalsın.

168
00:22:51,370 --> 00:23:01,820
Necə ki siz bu gün bəzi elmi nailiyyətləri mənimsəmək üçün ingilis və ya fransız dillərini öyrənmək məcburiyyətindəsiniz.

169
00:23:02,920 --> 00:23:10,250
Mənim sözüm budur. Biz ölkəni bu səviyyəyə çatdırmalıyıq. Bunun üçün bizim gücümüz var, potensialımız var.

170
00:23:11,020 --> 00:23:16,500
Geridəyik, amma özümüzü önə çatdıracağıq. Necə ki

171
00:23:16,720 --> 00:23:21,900
çox-çox geridə olduğumuz halda, bu gün olduğumuz yerə çatmışıq. Mənim demək istədiyim budur.

172
00:23:23,600 --> 00:23:32,920
Mən burada bəzi statistik rəqəmləri qeyd etmişdim, daha deməyə ehtiyac qalmadı, bəzilərini məruzəçilər qeyd etdilər.

173
00:23:35,720 --> 00:23:40,770
Dünya səviyyəli mərkəzlərin – o cümlədən, həmin elmi məlumat mənbələrinin;

174
00:23:40,950 --> 00:23:49,000
məsələn, “Science”  və “Nature”  kimi elmi jurnalların – İran barədə yazdıqları

175
00:23:50,170 --> 00:23:55,270
onların heyrət içində olduğunu göstərir. Məsələn,

176
00:23:56,270 --> 00:24:07,270
Kanadada fəaliyyət göstərən bir mötəbər elmi dəyərləndirmə müəssisəsi yazır:  “İranın elmi uğurları təəccübləndiricidir”.

177
00:24:07,800 --> 00:24:14,120
Daha maraqlısı isə odur ki, sonrakı cümlədə yazır: “Bu, Qərbi narahat edir”.

178
00:24:15,320 --> 00:24:23,450
Əgər siz yaxşı adamsınızsa, nə üçün narahat olursunuz? Hansısa xalq elmi cəhətdən inkişaf edirsə, siz narahat olmalısınız?

179
00:24:23,550 --> 00:24:28,600
Dünyanın başqa bir məşhur elmi jurnalı – “Science” – yazır:

180
00:24:29,000 --> 00:24:37,920
“İran elm arenasında yeni ərsəyə gələn bir gücdür”. Bunu yazırlar, qeyd edirlər, nəşr edirlər. Elm arenasında yeni ərsəyə gələn bir güc!

181
00:24:39,820 --> 00:24:53,600
Mənim aldığım və rəsmi surətdə dərc edilmiş məlumatlara görə, UNESCO 2015-ci ildə – yəni keçən il –

182
00:24:55,450 --> 00:25:01,770
elmi inkişafın 2030-cu ilə qədər olan mənzərəsi barədə bir məlumat yaymışdır.

183
00:25:02,800 --> 00:25:11,000
Həmin məlumatda deyilir ki, İran “təbii resurslara söykənən” iqtisadiyyatı “elmi innovasiyalara söykənən”

184
00:25:12,020 --> 00:25:19,820
iqtisadiyyata dəyişmək istiqamətində çalışır. Bu, mənim dəfələrlə vurğuladığım və bu gün də məruzəçilərdən bəzilərinin toxunduğu bir məsələdir.

185
00:25:20,220 --> 00:25:26,050
Məhz buna görə mən elmi innovasiyalara söykənən iqtisadiyyatı inkişaf etdirmək üzərində bu qədər təkid edirəm.

186
00:25:28,350 --> 00:25:34,870
Həmin nəşrdə yazır: “Sanksiyaların müsbət təsiri olmuşdur. Sanksiyalar öz iqtisadiyyatını

187
00:25:37,000 --> 00:25:41,220
elmi nailiyyətlər üzərində qurmaq fikrinə düşməsi üçün İrana qeyri-müstəqim surətdə kömək etmişdir”.

188
00:25:44,620 --> 00:25:52,270
UNESCO-nun yaydığı məlumatda qeyd olunur ki, İranda aparılan elmi araşdırmalarda

189
00:25:52,620 --> 00:25:59,850
prioritet istiqamətləri kök hüceyrələri, nüvə, aerokosmos, enerji mübadilələri, informasiya texnologiyaları kimi sahələr təşkil edir.

190
00:26:01,350 --> 00:26:06,270
Onlar bizim gördüyümüz işləri zərrəbinlə araşdırır, izləyirlər.

191
00:26:06,770 --> 00:26:11,400
Bizim gördüyümüz işlər mühüm işlərdir. Bizim tələbələr də

192
00:26:11,600 --> 00:26:17,300
bunlardan xəbərdar olmalıdır. Xəbərdar olduqda qürur və heysiyyət duyacaqlar.

193
00:26:18,320 --> 00:26:24,350
Özləri ilə, iranlı olmaları ilə, inqilabçı olmaları ilə fəxr edəcəklər.

194
00:26:25,200 --> 00:26:29,260
Biz yalnız elmi nailiyyətlərimizlə qürur duymuruq.

195
00:26:29,360 --> 00:26:38,260
Yeni söz deməkdə də öz şəxsiyyətimizi hiss edirik; şair demişkən: “Vaxtdır, yeni söz de!” Biz yeni söz demişik.

196
00:26:39,730 --> 00:26:48,230
Mənəviyyat və dinlə yanaşı olan xalq hakimiyyəti ideyası çağdaş dünyada yeni bir ideyadır.

197
00:26:49,660 --> 00:26:56,760
Elə düşünmək lazım deyil ki, mənəviyyata meyil köhnə, mürtəce

198
00:26:57,030 --> 00:27:01,530
və bəzilərinin ifadəsi ilə desək, “dəbdən düşmüş” bir məsələdir. Xeyr, belə deyil.

199
00:27:01,760 --> 00:27:09,030
Müasir dünya mənəvi boşluğa düşdüyü üçün təlatümdədir və bunu özləri də qəbul edirlər. Bunu deyirlər, təkrar edirlər.

200
00:27:10,000 --> 00:27:19,930
Amma nə etsinlər, mənəviyyatı haradan gətirsinlər? Mənəviyyatı insanlara iynə ilə yeridə bilməzlər ki!

201
00:27:20,530 --> 00:27:25,160
Yoxlarıdır, çətinlikdədirlər və günü-gündən çətinlikləri daha da artacaq.

202
00:27:27,760 --> 00:27:37,730
Bizim qurduğumuz din və mənəviyyatla yanaşı olan xalq hakimiyyəti sözün həqiqi mənasında xalqın hakimiyyətidir.

203
00:27:39,100 --> 00:27:43,430
Başqa yerlərdə xalq hakimiyyəti adı altında, əslində, bir partiyanın hakimiyyəti hökm sürür.

204
00:27:43,730 --> 00:27:50,500
Qərbdə partiya xalqın arasından baş qaldıran bir təşkilat, şəbəkə deyil;

205
00:27:50,730 --> 00:27:56,260
istər Amerikada olsun, istər İngiltərədə, istərsə də başqa yerlərdə. Buna diqqət yetirin. Qərb ölkələrində partiya klubdur,

206
00:27:56,430 --> 00:28:03,260
siyasi bir klub. Orada dir dəstə ağıllı insan bir araya gəlir

207
00:28:03,560 --> 00:28:11,300
və müəyyən şüarlarla, böyük maliyyə dəstəyi və müxtəlif təbliğat vasitələri ilə camaatı seçkilərə cəlb edir.

208
00:28:11,460 --> 00:28:18,360
Bu, həqiqi mənada xalq hakimiyyəti deyil. Burada – bizim ölkəmizdə isə sözün həqiqi mənasında xalq hakimiyyəti var

209
00:28:18,600 --> 00:28:23,630
və eyni zamanda dinlə, İslamla yanaşıdır. Bunlar insana öz şəxsiyyətini hiss etdirir.

210
00:28:23,760 --> 00:28:30,660
Əgər gənclərimiz öz şəxsiyyətini hiss etsə, heç bir konflikt və ziddiyyət yaranmayacaq.

211
00:28:30,930 --> 00:28:39,460
Xaricdə bizim minlərlə tələbəmiz təhsil alır. Əgər onlar bu sadaladıqlarımı özləri üçün iftixar hesab etsələr, İrana qayıdacaqlar. Söz yox ki, təhsillərini başa vurmalıdırlar.

212
00:28:39,860 --> 00:28:46,230
Mənim tələbələrin xarici ölkələrdə təhsil almasından heç bir qorxum yoxdur. Dəfələrlə demişəm ki, qoy tələbələrimiz getsinlər, təhsil alsınlar,

213
00:28:46,800 --> 00:28:52,630
öyrənsinlər və gəlib ölkəsinə faydalı olsunlar. Amma bu, nə zaman olar?

214
00:28:53,000 --> 00:28:59,730
Tələbə iranlı olması ilə fəxr edəndə, inqilabçı olması ilə fəxr edəndə. Öz şəxsiyyətini dərk və hiss etməyin mənası budur.

215
00:29:00,030 --> 00:29:07,560
Digər bir məsələ universitetlərdə siyasət məsələsidir. Mən bir neçə il bundan qabaq – illər öncə –

216
00:29:07,860 --> 00:29:13,100
universitetlərdə siyasət barədə bir cümlə işlətmişdim.

217
00:29:13,800 --> 00:29:21,230
O dönəmin dövlət rəsmiləri narahat olub bildirmişdilər ki, “siz nə üçün belə bir söz deyirsiniz?”

218
00:29:21,830 --> 00:29:31,300
O vaxt mən demişdim ki, universitetlərdən aktiv siyasi düşüncəni, siyasi fəaliyyəti yığışdıranlara Allah lənət etsin.

219
00:29:32,230 --> 00:29:36,560
Məndən gileyləndilər ki, siz gəncləri siyasi işlərə təşviq edirsiniz.

220
00:29:36,800 --> 00:29:43,630
O vaxt bu sözləri deyənlər indi bəzən universitetlər və tələbələr barədə riyakarcasına bəzi sözlər danışırlar,

221
00:29:43,900 --> 00:29:47,100
amma əsl əqidələri elə odur, o vaxtkıdır. Mənimsə əqidəm budur:

222
00:29:47,430 --> 00:29:54,200
universitet mühiti, təbii olaraq, müxtəlif düşüncə və görüşlərin toqquşduğu bir mühitdir. Bu, universitetin təbiətindədir.

223
00:29:54,430 --> 00:30:07,630
Səbəbi isə budur ki, bir tərəfdən gənclərin təfəkkürü, ideoloji düşüncəsi hələ onlara rahatlıq, sakitlik gətirəcək qədər püxtələşməyib –

224
00:30:08,100 --> 00:30:15,600
insan ideoloji cəhətdən püxtələşdikdə onda bir rahatlıq, sakitlik yaranır,

225
00:30:15,730 --> 00:30:19,100
daxilindəki təlatüm yatır;

226
00:30:19,700 --> 00:30:25,830
gənclər isə belə deyil – digər tərəfdən isə onlar enerji doludur, mübahisə etməyə və sair bu kimi şeylərə can atırlar.

227
00:30:26,000 --> 00:30:33,460
Mən öz xatirələrimi, cavanlıq dövrümü – əlli-altmış il bundan əvvəli – yada salıram.

228
00:30:34,860 --> 00:30:40,500
Bəzi adamlarla siyasi məsələlər, siyasi mübarizə barədə hay-küylü mübahisələr edirdik.

229
00:30:41,900 --> 00:30:45,430
Mübahisə etmək, qarşısındakının fikri ilə razılaşmamaq gənclərin xüsusiyyətidir;

230
00:30:45,900 --> 00:30:53,200
özəlliklə də tələbə gənclərin. Odur ki bunda heç bir problem yoxdur. Problem o zaman yaranar ki,

231
00:30:53,900 --> 00:31:04,360
bu xüsusiyyətdən inqilabi dəyərlərin əleyhinə istifadə edələr. Bax bu, pisdir.

232
00:31:05,730 --> 00:31:13,160
Universitetlərdə müxtəlif düşüncələrin, müxtəlif siyasi cərəyan və görüşlərin olmasının heç bir problemi yoxdur.

233
00:31:14,000 --> 00:31:16,260
Bir-biri ilə mübahisə edə, aralarında fikir ayrılıqları da ola bilər.

234
00:31:16,430 --> 00:31:25,660
Bəs universitet rəhbərliyinin vəzifəsi nədir? Onların vəzifəsi

235
00:31:26,100 --> 00:31:32,160
inqilabın əsaslarına zidd olan siyasi cərəyanları dəstəkləmək və onlarla əməkdaşlıq etməkdirmi?

236
00:31:33,060 --> 00:31:39,730
Xeyr, bu, mütləq şəkildə yanlışdır və əslində onların öhdəsinə düşən vəzifənin tam əksidir.

237
00:31:41,100 --> 00:31:48,860
Təhsil Nazirliyinin rəsmilərindən və rektorlardan tutmuş

238
00:31:49,100 --> 00:31:53,630
auditoriyada tələbələrlə yaxından təmasda olan müəllimlərə qədər hamının vəzifəsi budur ki,

239
00:31:53,960 --> 00:32:04,160
universitetlərin bu təlatümlü mühitini inqilabın əsaslarına və hədəflərinə doğru istiqamətləndirmək üçün

240
00:32:04,460 --> 00:32:12,100
səy göstərsinlər; yəni gəncləri inqilabçı kimi yetişdirsinlər.

241
00:32:12,400 --> 00:32:20,130
Bir cümlə ilə desək, universitetlər inqilabçı olmalıdır, tələbələr inqilabçı olmalıdır,

242
00:32:20,130 --> 00:32:28,860
hər bir tələbə Allah yolunda çalışan bir müsəlman olmalıdır. Tələbələri bu istiqamətə yönləndirməlidirlər.

243
00:32:29,400 --> 00:32:33,900
Lakin mən bəzən bunun ziddini əks etdirən məlumatlar alıram.

244
00:32:36,160 --> 00:32:43,930
Mən üzümü burada iştirak edən rəsmilərə – Təhsil Nazirliyinin rəsmilərinə – tutaraq deyirəm ki,

245
00:32:44,200 --> 00:32:49,760
sizin məsuliyyətiniz böyükdür, siz çox diqqətli olmalısınız. Diqqətli olmalısınız ki,

246
00:32:50,100 --> 00:32:56,960
universitetlərdə inqilaba, inqilabi şüarlara, inqilabi dəyərlərə,

247
00:32:57,060 --> 00:33:09,900
dinə, inqilabçılığa və əziz liderimiz İmam Xomeyninin xatirəsinə zidd olan bir mühit yaranmasın. Bu olduqca zəruri tələblərdəndir.

248
00:33:11,760 --> 00:33:20,460
Universitetlərdə kimlərsə və ya müəyyən qruplar elə bir siyasi cərəyana ardıcıllıq edə bilər ki, bu, ölkənin parçalanmasına gətirib çıxara bilər.

249
00:33:20,660 --> 00:33:28,900
Bu ola bilər; bu bir reallıqdır. Sizlər bilavasitə universitetlərdə olduğunuza görə, yəqin ki, bəzi universitetlərdə bu kimi məsələlərin mövcud olduğundan xəbəriniz var.

250
00:33:28,900 --> 00:33:36,130
Şəxsən mənə bu barədə məlumatlar gəlib çatır. Bu siyasi cərəyanlar məqbul deyildir. Bunları dəstəkləmək olmaz.

251
00:33:36,930 --> 00:33:46,700
Elə siyasi cərəyanlar var ki, ölkəni başqalarından asılılığa sövq edir. Bunlar qəbuledilməzdir.

252
00:33:47,930 --> 00:33:54,400
Biz demirik ki, zor tətbiq etməklə, təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə və sair bu kimi yollarla onların qarşısı alınsın. Bu problemləri ağıl

253
00:33:54,800 --> 00:34:02,960
və tədbirlə, maarifləndirici işlər aparmaqla həll etmək lazımdır.

254
00:34:03,930 --> 00:34:09,360
Odur ki inqilabçılıq və intizam mühüm məsələlərdir.

255
00:34:09,900 --> 00:34:15,530
Mənim bir neçə tövsiyəm var, vaxt az qaldığına görə onları qısaca söyləyirəm.

256
00:34:15,730 --> 00:34:24,160
Birinci tövsiyəm budur ki, ali təhsil rəsmiləri – istər Səhiyyə Nazirliyi olsun, istərsə də Elmlər Nazirliyi –

257
00:34:24,460 --> 00:34:30,930
tədqiqatçı və ixtiraçıların pessimizmə qapılmasına, işdən soyumasına şərait yaratmamalıdır. Bu bir təhlükədir.

258
00:34:32,030 --> 00:34:37,330
Özünüz gördünüz ki, elm adamları necə şövq və həvəslə məruzə etdilər.

259
00:34:37,430 --> 00:34:43,100
Bu şövq bizim bütün elmi tədqiqat mərkəzlərimizdə,

260
00:34:43,460 --> 00:34:50,530
universitetlərin nəzdindəki tədqiqat müəssisələrində müşahidə olunmalıdır.

261
00:34:50,860 --> 00:34:56,300
Hamı ümidvar olmalıdır. Onların məyus olmasına, işdən soyumasına imkan verməyin.

262
00:34:56,600 --> 00:35:04,100
Mənim tövsiyə etmək istədiyim məsələlərdən biri də təməl elmlərə əhəmiyyət verilməsidir; mən bu məqama əvvəllər də toxunmuşam,

263
00:35:04,400 --> 00:35:07,460
bu gün də mütəxəssislər mənim bu fikrimi təsdiqlədilər.

264
00:35:08,000 --> 00:35:17,930
Alim və tədqiqatçılardan bir qrupu ilə görüşlərimizdən birində mən sözügedən məsələ ilə bağlı bir bənzətmə apararaq demişdim:

265
00:35:18,100 --> 00:35:25,830
təməl elmlər banka qoyulan yatırıma bənzəyir, belə ki bu yatırım sizin həyatınızın zəmanətidir.

266
00:35:26,030 --> 00:35:33,630
Praktiki elmlər isə cibinizə qoyub xəclədiyiniz puldur. Bu da lazımdır. Praktiki elmlər kənara qoyula bilməz,

267
00:35:34,400 --> 00:35:38,630
onlara əhəmiyyət verilməlidir, lakin əsas təməl elmlərdir.

268
00:35:38,930 --> 00:35:47,630
Bu işi bilən alim və mütəxəssislərin dediyinə görə – belə ki biz də onlardan öyrənməliyik; yəni mən onlardan öyrənməliyəm –

269
00:35:47,960 --> 00:35:52,800
əgər təməl elmlər olmasa, praktiki elmlər də bir yana çıxa bilməz.

270
00:35:53,560 --> 00:35:59,960
Mənim növbəti tövsiyəm budur ki, elmi diplomatiya çox önəmlidir. Ümumiyyətlə, diplomatiya mühüm bir məsələdir:

271
00:36:00,200 --> 00:36:07,030
iqtisadi diplomatiya da mühümdür, mədəni diplomatiya da mühümdür, elmi diplomatiya da mühümdür;

272
00:36:07,300 --> 00:36:19,430
diplomatiya çox önəmli bir məsələdir. Lakin diqqətli olmaq lazımdır ki, elmi diplomatiyada, yəni elmi əlaqələr quran zaman (belə ki mən də bu əlaqələrin qurulmasının tərəfdarıyam) aldanmayasan.

273
00:36:19,830 --> 00:36:25,400
Baxın, biri gəlib iş adamı adı ilə bizim bir iqtisadçımız, yaxud iş adamımızla

274
00:36:25,830 --> 00:36:33,030
hansısa ölkənin hansısa restoran və ya otelində görüş təyin edir

275
00:36:33,400 --> 00:36:42,530
və söhbət edib sövdələşir. Amma araşdırdıqda məlum olur ki, o, İsrail rejiminin təhlükəsizlik xidmətinin əməkdaşıdır

276
00:36:43,230 --> 00:36:51,660
və iş adamı adı altında öz məqsədlərini həyata keçirmək iştəyir. Bu vəziyyət elm sahəsində də keçərlidir.

277
00:36:52,200 --> 00:36:57,360
Bəli, xarici ölkələrin alimlərindən faydalanın. Mən tələbələrlə görüşlərdə dəfələrlə demişəm ki,

278
00:36:57,700 --> 00:37:02,860
biz kiməsə şagirdlik etməkdən, kimdənsə öyrənməkdən utanmırıq. Biz başqalarından öyrənirik,

279
00:37:03,430 --> 00:37:14,630
amma diqqətli olmalıyıq ki, elmi əlaqələr qurub elmləri mənimsədiyimiz zaman

280
00:37:15,130 --> 00:37:20,200
ölkənin təhlükəsizliyinə müdaxilə olunmasına yol açmayaq.

281
00:37:20,900 --> 00:37:27,030
Onlar ölkəmizin təhlükəsizliyinə müdaxilə etmək üçün istənilən yoldan istifadə edirlər; hətta elmdən də.

282
00:37:27,260 --> 00:37:31,800
Belə şeylər əvvəllər də baş verib və təəssüflər olsun ki, bu gün də bəzi yerlərdə var.

283
00:37:36,560 --> 00:37:44,060
Daha bir tövsiyəm elmi məqalələr barəsindədir. Elmi məqalələrin statistikasını təqdim etdilər; mənim də bu barədə məlumatım var.

284
00:37:44,300 --> 00:37:50,500
Məqalələrin sayı artmışdır. Amma elmi məqalələr ölkənin ehtiyaclarına yönəlməlidir.

285
00:37:51,160 --> 00:37:56,060
Bu gün bizim neft sənayesi, kənd təsərrüfatı,

286
00:37:56,300 --> 00:38:01,700
müxtəlif sənaye sahələri, informasiya texnologiyaları ilə bağlı araşdırmalar aparmağa

287
00:38:03,560 --> 00:38:13,930
və elmi məqalələr yazmağa ehtiyacımız var. Yazılan məqalələr hansısa ölkənin ehtiyacına istiqamətlənməməlidir.

288
00:38:15,100 --> 00:38:21,230
Mənim xüsusilə vurğulamaq istədiyim məsələlərdən biri də budur: elmi məqalələrin ölkənin ehtiyaclarına yönəlməsi.

289
00:38:21,530 --> 00:38:29,260
Növbəti bir məsələ kompleks elmi plan məsələsidir.

290
00:38:29,430 --> 00:38:39,400
Belə bir ümumi, hərtərəfli planın hazırlanması yaxşı bir işdir, amma bu plan həm bütün universitetlər üçün açıqlanmalı, həm də bir proqrama çevrilməlidir.

291
00:38:40,400 --> 00:38:46,730
Digər bir mühüm məsələ isə müqavimət iqtisadiyyatıdır; Dr. Derəxşan  bu barədə, həqiqətən, yaxşı söhbət etdi.

292
00:38:47,830 --> 00:38:55,500
Müqavimət iqtisadiyyatı bizim üçün həm milli qürur mənbəyi, həm də hazırkı çətinliklərin həlli yoludur.

293
00:39:15,930 --> 00:39:25,630
Məndən soruşurlar ki, siz milli qürur məsələsi üzərində bu qədər dayanır və çıxışlarınızda daim bu məsələni vurğulayırsınız,

294
00:39:25,860 --> 00:39:31,660
bəs əhalinin nağd vəsaitə olan tələbatı barədə nə düşünürsünüz?

295
00:39:31,860 --> 00:39:38,000
Mənim cavabım budur: əgər müqavimət iqtisadiyyatı sözün həqiqi mənasında – deyildiyi və arzu olunduğu kimi –

296
00:39:38,200 --> 00:39:45,900
icra olunarsa, həm milli qürur təmin olunar, həm də ölkənin ehtiyacları qarşılanar.

297
00:39:46,200 --> 00:39:52,800
Çünki müqavimət iqtisadiyyatı daxili imkan və potensiala, milli istehsala söykənir.

298
00:39:53,600 --> 00:40:01,030
Mənim növbəti tövsiyəm budur ki, universitetlərdə mədəni işlərin aparılmasına əsas məsələ kimi yanaşılsın;

299
00:40:01,760 --> 00:40:07,700
yəni bu, əlavə bir iş deyil. Mədəni işlərə əhəmiyyət verilməlidir.

300
00:40:07,700 --> 00:40:17,830
Söz yox ki, mədəni işlər dedikdə, mən universitetlərdə, məsələn, konsertlərin və ya rəqs tədbirlərinin keçirilməsini nəzərdə tutmuram.

301
00:40:18,430 --> 00:40:23,560
Bunlar mədəni iş deyil, əksinə, mədəniyyətə zidd işlərdir. Rəhbər şəxslər

302
00:40:23,800 --> 00:40:29,860
meydanı dəyərləri uca tutan tələbə və müəllimlərə verməlidir.

303
00:40:31,330 --> 00:40:38,730
Qoy dəyərləri uca tutan müəllim və tələbələr

304
00:40:39,260 --> 00:40:48,400
universitet mühitində sözün həqiqi mənasında nəfəs alsınlar.

305
00:40:50,760 --> 00:40:58,560
Mənim dəyərləri uca tutan, inqilabçı tələbə və müəllimlərə tövsiyəm budur ki, ictimaiyyət içərisində təsirli rol oynamağa çalışsınlar.

306
00:40:59,230 --> 00:41:06,500
Mən gəncləri “yumşaq müharibənin zabitləri” adlandırmışam. Siz müəllimlər isə yumşaq müharibənin komandirlərisiniz.

307
00:41:07,100 --> 00:41:17,130
Elə isə komandirlik edin, komandir kimi rolunuzu ifa edin! Yumşaq müharibə davam edir.

308
00:41:17,130 --> 00:41:25,430
İki-üç il bundan əvvəl mən ilk dəfə “yumşaq müharibə” ifadəsini işlətdiyim gündən bu günədək bu müharibə bir neçə dəfə güclənmişdir.

309
00:41:27,260 --> 00:41:38,660
Düşmən bizimlə müharibə aparır. Xanım Qəhrəmaninin qeyd etdiyi fars dili məsələsi, əgər diqqət edilərsə,

310
00:41:38,960 --> 00:41:45,900
çox mühüm məsələdir. Bizimlə mədəniyyət arenasında hər cəhətdən müharibə aparırlar.

311
00:41:45,900 --> 00:41:50,700
Səbəbi də aydındır və mən bunu dəfələrlə demişəm. Belə olan halda biz də müharibəyə hazır vəziyyətdə olmalıyıq.

312
00:41:51,900 --> 00:41:58,930
Mən belə bir fikir işlətmişəm ki, etibarsız insanlar universitetlərdə təmsil olunmasın.

313
00:41:59,300 --> 00:42:06,060
Məndən soruşurlar ki, etibarsız insanlar kimlərdir? Etibarsız insanlar hansısa bir bəhanə ilə hakimiyyəti problem qarşısında qoyan insanlardır.

314
00:42:08,160 --> 00:42:14,030
Hansı ölkədə buna icazə verilir ki, mövcud hakimiyyət problemlə üzləşsin?

315
00:42:14,360 --> 00:42:20,260
Azadlığın mehvəri olduğunu iddia edən Amerika buna icazə verərmi?!

316
00:42:21,360 --> 00:42:27,700
Con Steynbek – “Qəzəb salxımları” romanının, eləcə də bir neçə başqa romanın müəllifidir –

317
00:42:28,160 --> 00:42:35,130
ən ağır təzyiqlərə məruz qaldı. Amerikada kim sosializm qoxusu gələn –

318
00:42:36,230 --> 00:42:45,030
sosializmin özünü demirəm, cüzi belə olsun sosializm qoxusu gələn – bir söz desəydi,

319
00:42:45,600 --> 00:42:53,860
o adamı müxtəlif şəkillərdə blokadaya alardılar: canını, namusunu və sairi terror edərdilər. Onlar belədir;

320
00:42:54,330 --> 00:43:00,400
onlar öz hakimiyyətlərinin problemlə üzləşməsinə icazə vermirlər. Biz isə seçki bəhanəsi ilə, filan-bəhman bəhanələrlə hakimiyyətimiz üçün problem yaradırıq.

321
00:43:00,730 --> 00:43:08,800
Müxtəlif bəhanələrlə hakimiyyəti problemlə üz-üzə qoyan insanlar etibarsız insanlardır.

322
00:43:12,400 --> 00:43:23,600
Sosial elmlər barədə də özüm üçün bir qeyd götürmüşdüm, bu barədə də danışacaqdım, amma artıq vaxt qurtarıb, zənnimcə, hələ vaxtdan bir qədər keçmişik də;

323
00:43:24,130 --> 00:43:31,200
ona görə də geniş açıqlama vermirəm.

324
00:43:31,630 --> 00:43:38,700
Demək istədiklərimin xülasəsi isə budur: Biz sosial elmlərin bütün nailiyyətlərini inkar etmirik,

325
00:43:39,200 --> 00:43:46,130
hansı mövzulardan istifadə etmək mümkündürsə, istifadə edirik, amma Qərbdən gələn

326
00:43:46,660 --> 00:43:55,430
sosial elmlərin ümumi quruluşu və mahiyyəti Qərbin insana olan baxışlarına və insanla bağlı dünyagörüşünə söykənir.

327
00:43:56,100 --> 00:44:05,930
Onlar insana bir cür yanaşır, biz isə bir başqa cür – Qərbin maddiyyatçı yanaşmasından fərqli yanaşırıq.

328
00:44:06,360 --> 00:44:09,960
Ona görə də biz İslam dininə əsaslanan sosial elmlərə dəyər verməliyik.

329
00:44:10,000 --> 00:44:17,830
İlahi! Dediklərimizi, göstərdiyimiz səyləri, düşündüklərimizi, eşitdiklərimizi

330
00:44:17,960 --> 00:44:20,930
Özün üçün və Öz yolunda qərar ver.

331
00:44:21,860 --> 00:44:23,660
Bunları bizdən qəbul et.

332
00:44:24,430 --> 00:44:29,260
Ramazan ayının səfasını qəlblərimizin üzərinə çək.

333
00:44:30,160 --> 00:44:36,760
İlahi! Məhəmməd və Ali-Məhəmməd xatirinə, ölkəmizi, cəmiyyətimizi, universitetlərimizi, müəllimlərimizi, tələbələrimizi,

334
00:44:37,100 --> 00:44:41,400
elmimizi günü-gündən Öz ali hədəflərinə doğru daha çox yönəlt.

335
00:44:42,560 --> 00:44:43,630
Allahın salamı və mərhəməti nəsibiniz olsun.