﻿1
00:00:07,350 --> 00:00:09,420
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:13,070 --> 00:00:15,700
والحمدلله ربّ العالمين

3
00:00:18,770 --> 00:00:23,250
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا

4
00:00:25,670 --> 00:00:31,400
و حبيب قلوبنا ابي‌القاسم المصطفي محمّد

5
00:00:43,660 --> 00:00:48,800
و علي ءاله الأطيبين الأطهرين المنتجبين

6
00:00:52,530 --> 00:00:56,800
سيّما بقيّةالله في الأرضين

7
00:01:01,260 --> 00:01:05,400
اللّهمّ کن لوليّک الحجّة بن الحسن

8
00:01:07,730 --> 00:01:20,800
صلواتک عليه و علي ءابائه في هذه السّاعة و في کلّساعة وليّاً و حافظاً

9
00:01:22,800 --> 00:01:30,200
و قائداً و ناصراً و دليلاً و عيناً

10
00:01:33,260 --> 00:01:42,330
حتّي تسکنه ارضک طوعاً و تمتّعه فيها طويلاً

11
00:01:46,660 --> 00:01:56,860
اللّهمّ اعطه في نفسه و ذريّته و شيعته و رعيّته

12
00:01:59,660 --> 00:02:09,660
و خاصّته و عامّته و عدوّه و جميع اهل الدّني

13
00:02:11,660 --> 00:02:17,060
ما تقرّ به عينه و تسرّ به نفسه

14
00:02:20,800 --> 00:02:27,860
Sözümün əvvəlində İmam Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!)

15
00:02:30,260 --> 00:02:43,000
müqəddəs hüzuruna ona olan bağlılığımızı ifadə etməyi lazım bilirəm.

16
00:02:48,000 --> 00:02:59,660
Bütün təkallahlı dinlərdə dünyanın sonuna doğru yer üzünə bir xilaskarın gələcəyi ilə bağlı inanc və etiqad var.

17
00:03:06,840 --> 00:03:21,570
Təkallahlılıq əqidəsinə söykənən dinlər yer üzünə dünyanı zülm və haqsızlıq çirkabından xilas edəcək bir nəfərin gələcəyini hamılıqla qəbul edirlər.

18
00:03:24,840 --> 00:03:33,570
Təkallahlılıq əqidəsinə söykənən dinlər bir nəfərin gələcəyini hamılıqla qəbul edirlər.l

19
00:03:34,000 --> 00:03:42,840
İslam dinində bu xilaskarın adı da dəqiqləşdirilib;

20
00:03:45,890 --> 00:03:54,730
bütün İslam məzhəbləri bu ilahi varlığı, bu böyük

21
00:03:56,100 --> 00:04:04,210
və qeyri-adi insanı Mehdi adı ilə tanıyırlar.

22
00:04:15,400 --> 00:04:26,530
İslam firqələri arasında, demək olar, elə birini tapmaq olmaz ki,

23
00:04:28,530 --> 00:04:45,330
Mehdinin (ə.f) zühur edəcəyinə və onun Peyğəmbərin nəslindən olacağına etiqad bəsləməsin.

24
00:04:48,330 --> 00:04:55,330
Hətta o Həzrətin adını və künyəsini də dəqiqliklə deyirlər.

25
00:04:59,200 --> 00:05:08,860
Şiə etiqadının özünəməxsus cəhəti isə budur ki,

26
00:05:09,660 --> 00:05:17,330
burada həmin şəxsiyyət haqda dəqiqliklə məlumat verilir,

27
00:05:20,330 --> 00:05:29,530
onun Əhli-Beyt imamlarından olan 11-ci imamın

28
00:05:31,000 --> 00:05:36,730
– İmam Həsən Əskərinin (ə) övladı olduğu bildirilir.

29
00:05:39,730 --> 00:05:57,200
Şiə əqidəli tarix və kəlam (sxolastika) alimləri bu şəxsin doğum tarixi haqda da dəqiqliklə, açıq-aydın məlumat verirlər.

30
00:06:00,930 --> 00:06:16,330
Digər İslam firqələri əksəriyyət etibarilə bu fikri qeyd etməmiş və ya qəbul etməmişlər,

31
00:06:16,460 --> 00:06:35,600
lakin şiələr qəti və danılmaz arqumentlərlə o böyük insanın dünyaya gəlişini, varlığını və bu gün yaşadığını sübuta yetirirlər.

32
00:06:41,930 --> 00:06:48,530
Bəziləri belə bir şeyin inanılmaz olduğunu bildirmiş, “Necə ola bilər ki,

33
00:06:50,200 --> 00:07:02,330
bir insan doğulsun və bu qədər uzun müddət sağ qalsın” – demişlər.

34
00:07:04,930 --> 00:07:23,060
Müxaliflərin Həzrət Mehdi mövzusunda irəli sürərək təkrarladıqları yeganə şübhə və irad bundan ibarətdir.

35
00:07:25,800 --> 00:07:39,200
Lakin Qurani-Kərim öz “nəs” – açıq-aydın ayəsi ilə bu iradı rədd etmişdir.

36
00:07:41,200 --> 00:07:51,130
Quranda Həzrət Nuh peyğəmbər (ə) haqda buyurulur:

37
00:07:51,130 --> 00:07:57,600
فَلَبِثَ فيهِم اَلفَ سَنَةٍ اِلّا خَمسينَ عامًا

38
00:07:59,930 --> 00:08:09,530
– yəni Nuh öz qövmü arasında 950 il yaşadı.

39
00:08:13,060 --> 00:08:16,330
Bu o demək deyil ki, onun ömrü bu qədər olub,

40
00:08:17,200 --> 00:08:25,330
mövzunun zahirindən belə anlaşılır ki, onun dəvəti 950 il sürüb.

41
00:08:26,200 --> 00:08:29,930
Odur ki bu iradın yeri yoxdur.

42
00:08:32,800 --> 00:08:46,600
Bu inancın şiələr arasında buraxdığı ən böyük təsir ümid yaratmaqdır.

43
00:08:49,400 --> 00:09:07,000
Şiə toplumu təkcə keçmişdəki parlaq tarixinə söykənmir,  gözünü gələcəyə dikib.

44
00:09:10,060 --> 00:09:25,730
Şiə etiqadına əsasən Həzrət Mehdinin gəlişinə inanan bir insan ən çətin anlarda belə,

45
00:09:28,130 --> 00:09:38,200
ümidini itirmir, qəlbində daim ümid şöləsi olur; bilir ki,

46
00:09:38,530 --> 00:09:49,800
bu qaranlıq, zülm dolu, haqsızlıq

47
00:09:52,060 --> 00:10:00,930
və batilin ağalıq etdiyi dövran, heç şübhəsiz, geridə qalacaq.

48
00:10:00,930 --> 00:10:09,930
Bu etiqadın ən mühüm təsir və nəticələrindən biri budur.

49
00:10:11,200 --> 00:10:24,260
Əlbəttə ki, şiəliyin Həzrət Mehdi ilə bağlı etiqadı təkcə bununla məhdudlaşmır.

50
00:10:25,400 --> 00:10:33,460
بِيُمنِهِ رُزِقَ الوَري‌ وَ بِوُجُودِهِ ثَبَتَتِالأرضُ و السَّماء

51
00:10:35,260 --> 00:10:40,530
Mehdəviyyət məsələsi belə bir əqidədir.

52
00:10:42,200 --> 00:10:49,330
Əsrlərdir ki, bu parlaq şölə, bu nur saçan işıq

53
00:10:51,060 --> 00:10:59,800
şiə toplumu içərisindədir, bundan sonra da olacaq

54
00:11:01,600 --> 00:11:13,200
və inşallah, Mehdinin intizarında olanların intizarı sona çatacaq.

55
00:11:16,400 --> 00:11:21,600
Əziz qardaş və bacılar, dünən o böyük insanın dünyaya gəlişinin ildönümü idi,

56
00:11:23,200 --> 00:11:32,930
ona görə də sizin qarşınızda sözə başlayarkən Həzrət Mehdiyə

57
00:11:33,200 --> 00:11:40,800
qısaca olaraq sevgi və bağlılıq ifadə etməyi lazım bildim.

58
00:11:44,000 --> 00:11:50,260
Bu möhtəşəm və böyük məclisdə toplaşmış

59
00:11:53,800 --> 00:12:03,260
əziz qardaş və bacılarım, həmçinin bütün İran xalqı üçün

60
00:12:04,730 --> 00:12:09,330
4 xordad münasibətilə qeyd edəcəyim məsələlər isə

61
00:12:10,800 --> 00:12:18,530
həmişəki kimi dahi liderimiz İmam Xomeyni (r.ə) ilə bağlıdır.

62
00:12:19,860 --> 00:12:34,130
Bu barədə çox danışmışıq, amma bu böyük insan haqda hələ deyiləsi sözlər var.

63
00:12:37,530 --> 00:12:57,400
Bu gün sizə İmamın şəxsiyyətinin təhrif olunması barədə danışmaq istəyirəm.

64
00:13:00,060 --> 00:13:06,000
Şəxsiyyətləri də təhrif etmək mümkündürmü?

65
00:13:08,330 --> 00:13:20,930
Adətən təhrif anlayışını, təhrif sözünü hansısa mətnlər haqda işlədirik.

66
00:13:22,800 --> 00:13:29,330
Bəs görəsən şəxsiyyətləri də təhrif etmək olarmı? Bəli.

67
00:13:31,530 --> 00:13:45,330
Şəxsiyyətin təhrif olunması budur ki, böyük bir insanın şəxsiyyətinin əsas cizgiləri,

68
00:13:46,660 --> 00:14:00,400
onun başlıca həyat prinsipləri ya öyrənilmədən qalır, ya yanlış surətdə mənalandırılır, ya da təhrif olunmuş şəkildə, səthi formada dəyərləndirilir.

69
00:14:02,730 --> 00:14:09,130
Bütün bunlar sonda şəxsiyyətin təhrif olunması ilə nəticələnir.

70
00:14:11,130 --> 00:14:19,130
Cəmiyyət üçün örnək olan, rəhbər və lider olan,

71
00:14:20,730 --> 00:14:33,460
davranışı, söylədiyi fikirlər özündən sonrakı nəsl üçün bələdçi yolgöstərən olan bir şəxsiyyət

72
00:14:33,730 --> 00:14:41,730
təhrif olunduğu zaman  bunun zərəri böyük olur.

73
00:14:46,130 --> 00:14:59,930
İmam Xomeyniyə sırf çox hörmətli bir tarixi şəxsiyyət kimi yanaşmaq lazım deyil.

74
00:15:01,460 --> 00:15:09,730
Bəziləri məhz belə olmasını istəyirlər. İmam bu ölkənin tarixində

75
00:15:10,330 --> 00:15:17,660
öz dövrü üçün fəal, faydalı və çox hörmətli bir şəxsiyyət olub,

76
00:15:18,060 --> 00:15:25,730
sonra isə dünyadan gedib və onun dövrü bitib;

77
00:15:26,530 --> 00:15:33,060
hörmətini saxlayırıq, adını hörmətlə anırıq, vəssalam

78
00:15:34,130 --> 00:15:46,330
– bəziləri İmamı bu şəkildə tanımaq və tanıtdırmaq, bu formada qələmə vermək istəyirlər. Amma bu, yanlışdır.

79
00:15:46,460 --> 00:15:59,930
İmam Xomeyni İran xalqının başlatdığı və öz tarixində dönüş nöqtəsinə çevirdiyi möhtəşəm hərəkatın obyektiv təzahürüdür;

80
00:16:02,460 --> 00:16:12,200
İmam siyasi, ideoloji və ictimai bir məktəbin banisidir.

81
00:16:14,400 --> 00:16:29,400
İran xalqı bu məktəbi, bu yolu, bu yol xəritəsini qəbul edərək ona əsasən hərəkət etməyə başlayıb.

82
00:16:31,130 --> 00:16:41,460
Xalqımızın tutduğu bu yolun davam etdirilməsi bu yol xəritəsinin düzgün oxunmasından, öyrənilməsindən asılıdır.

83
00:16:43,530 --> 00:16:53,000
İmamı doğru-dürüst tanımadan – onun başlıca prinsiplərini bilmək mənasında deyirəm

84
00:16:54,330 --> 00:16:58,130
– bu yol xəritəsini öyrənmək mümkün deyil.

85
00:17:00,000 --> 00:17:08,330
Aydındır ki, bu gün biz İmamın əsas ideoloji prinsipləri haqda danışacağıq,

86
00:17:08,930 --> 00:17:19,000
konkret zaman və ya məkana, müəyyən etapa aid olan qərarları haqda danışmayacağıq.

87
00:17:20,130 --> 00:17:27,660
Dahi İmam Xomeyninin ideologiyasının əsas sxemindən danışacağıq;

88
00:17:28,060 --> 00:17:31,330
bax bunu doğru-dürüst bilmək istəyirik.

89
00:17:33,730 --> 00:17:43,260
Əlbəttə ki, İmam böyük bir fəqih idi; həm böyük və görkəmli bir fəqih idi,

90
00:17:44,660 --> 00:17:52,530
həm filosof idi, həm nəzəri irfan sahəsinin bilicisi idi,

91
00:17:54,460 --> 00:18:05,130
bu elm sahələrində, bu məsələlərdə mütəxəssis hesab olunurdu,

92
00:18:06,000 --> 00:18:16,860
amma İmamın şəxsiyyətinin böyüklüyü bunların heç biri ilə əlaqəli deyil.

93
00:18:17,800 --> 00:18:29,060
İmamın əsl şəxsiyyəti bax bu ayənin məzmununun gerçəkləşməsindən ibarət idi:

94
00:18:29,060 --> 00:18:32,600
“(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin”.

95
00:18:35,060 --> 00:18:43,730
Elmin müxtəlif sahələrində görkəmli alim olan İmam Xomeyni

96
00:18:45,400 --> 00:18:49,730
Allah yolunda cihad meydanına qədəm qoymuşdu.

97
00:18:51,800 --> 00:19:08,130
O, bu  cihadı ömrünün sonuna qədər davam etdirdi və əzəmətli bir hərəkatın əsasını qoydu;

98
00:19:08,130 --> 00:19:20,000
nəinki təkcə öz ölkəsində, bəlkə bütövlükdə regionumuzda, İslam dünyasında

99
00:19:20,530 --> 00:19:30,800
və müəyyən mənada elə bütün dünyada. Bu hərəkatın səmərəsi misilsiz oldu.

100
00:19:33,200 --> 00:19:44,860
İmamın vasitəsi ilə ölkəmizin tarixində iki böyük və misilsiz iş reallaşdı.

101
00:19:46,800 --> 00:20:00,060
Bunlardan biri ölkəmizdə min illərlə keçmişi olan qeyri-rasional

102
00:20:01,130 --> 00:20:08,130
və müstəbid monarxiya rejiminin hakimiyyətinə son qoyulması idi.

103
00:20:09,660 --> 00:20:27,000
Ona qədər bir neçə minillik ərzində ölkəmizdə hakimiyyət çürük və yanlış monarxiya rejiminə məxsus idi,

104
00:20:27,460 --> 00:20:31,800
ölkənin idarəçiliyi hakimiyyəti atasından  miras olaraq qəbul edən,

105
00:20:33,200 --> 00:20:41,200
yaxud qılınc və hərbi güc sayəsində ələ keçirərək

106
00:20:42,600 --> 00:20:50,800
sonradan  yenə də nəsildən-nəslə miras kimi bir-birinə ötürən insanların əlində idi;

107
00:20:51,600 --> 00:21:01,460
minilliklər boyu ölkəmizdə belə bir yanlış və məntiqsiz ənənə hökm sürmüşdü.

108
00:21:01,460 --> 00:21:15,130
İmamın ilk işi bu yanlış qurulmuş binanı uçurmaq və ölkənin idarəçiliyini  onun əhalisinə həvalə etmək oldu.

109
00:21:18,330 --> 00:21:24,330
Dahi İmam Xomeyninin həyata keçirdiyi ikinci böyük iş

110
00:21:25,000 --> 00:21:34,130
İslam dininə əsaslanan bir dövlət quruluşu və hökumət yaratmaq olmuşdu.

111
00:21:35,600 --> 00:21:48,460
Bu həm ölkəmizin tarixində, həm də ilkin İslam dövründən sonra bütövlükdə İslam tarixində görünməmiş bir hadisə idi.

112
00:21:50,930 --> 00:22:00,130
Dahi İmamımızın böyük cihadının belə qiymətli nəticələri olmuşdu

113
00:22:01,860 --> 00:22:06,260
və elə buna görə də onun haqqında danışarkən

114
00:22:06,260 --> 00:22:09,460
– “O, Allah yolunda layiqincə cihad edib” – demək yerinə düşər.

115
00:22:10,200 --> 00:22:14,200
Necə ki Quranda buyurur:

116
00:22:14,200 --> 00:22:16,800
“(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin”.

117
00:22:18,200 --> 00:22:22,600
Eynilə dinin böyük övliyaları haqda deyildiyi kimi,

118
00:22:23,330 --> 00:22:30,860
bu böyük insan da  “جاهَدَ فِي اللهِ حَقَّ جِهادِه” – “O, Allah yolunda layiqincə cihad edib” – cümləsinin bariz nümunəsidir.

119
00:22:32,600 --> 00:22:40,330
Əlbəttə, söhbətdən haşiyəyə çıxaraq demək istəyirəm ki,

120
00:22:40,330 --> 00:22:53,460
bu böyük insanın cihadı sırf siyasi, ictimai və ya ideoloji cihad deyildi.

121
00:22:54,600 --> 00:23:03,000
Bütün bu cihadlarla yanaşı onda daxili bir cihad, nəfslə cihad,

122
00:23:05,600 --> 00:23:12,860
Allah-taala ilə ardıcıl və qırılmaz rabitəyə, bağlılığa sadiqlik var idi.

123
00:23:13,600 --> 00:23:24,130
Bunun özü də öyrədici əhəmiyyət kəsb edir. O demək deyil ki, əgər biz ideoloji, siyasi,

124
00:23:24,600 --> 00:23:37,130
elmi və ya hərbi  cihad meydanında fəaliyyət göstəririksə, cihadın bu sferasını diqqətdən yayındırmağa haqqımız var.

125
00:23:37,800 --> 00:23:48,330
Dahi İmam Xomeyni  Allah-taala qarşısında həddən ziyadə təslimkar, daim dua edən, Rəbbinə və Onun övliyalarına təvəssül edən, göz yaşları və yalvarışlarla Allah dərgahına üz tutan bir insan idi.

126
00:23:50,060 --> 00:24:03,400
Elə bu mübarək şəban ayında söhbətlərində həmişə şəbaniyyə minacatından olan bu fraqmenti təkrarlayırdı:

127
00:24:03,930 --> 00:24:16,200
اِلهي هَب لي کَمالَ الِانقِطاعِ اِليکَ وَ اَنِر اَبصارَ قُلوبِنا بِضِياءِ نَظَرِها اِلَيکَ

128
00:24:17,730 --> 00:24:25,600
حَتَّي تَخرِقَ اَبصارُ القُلوبِ حُجُبَ النّورِ فَتَصِلَ اِلي‌ مَعدِنِ العَظَمَة

129
00:24:27,600 --> 00:24:36,730
Bu, onun həmişəki davranışları idi: sübh çağı ağlamaq, dua və minacat etmək,

130
00:24:38,000 --> 00:24:55,730
daim Allah-taala ilə rabitədə olmaq. Bu böyük insanın ardıcıl cihadının mənəvi dayağını onun bu halları təşkil edirdi.

131
00:24:56,260 --> 00:25:06,400
Dahi liderimizin Allah yolunda cihadından danışarkən bunu da unutmayaq.

132
00:25:08,930 --> 00:25:25,460
İmam Xomeyninin ideoloji sistemi ictimai, siyasi və ideoloji bir məktəbə xas bütün xüsusiyyətləri tam şəkildə ehtiva edir.

133
00:25:25,930 --> 00:25:37,000
Əvvəla, müəyyən dünyagörüşünə söykənir və əsaslanır ki, həmin dünyagörüşü də tövhiddən ibarətdir.

134
00:25:37,860 --> 00:25:53,200
Onun başdan-başa bütün fəaliyyəti, məntiqi bütün islami məfkurələrin əsas bazasını təşkil edən tövhidə əsaslanır.

135
00:25:56,460 --> 00:26:08,930
Bu ideoloji sistemin onu sözün əsl mənasında bir məktəb halına gətirən digər bir xüsusiyyəti

136
00:26:10,130 --> 00:26:17,200
günün tələblərinə cavab verməyidir.

137
00:26:17,460 --> 00:26:26,000
O, bəşər cəmiyyətlərinin və İran cəmiyyətinin problemli məsələlərinə toxunurdu

138
00:26:27,130 --> 00:26:31,800
və auditoriya da bunu hiss edirdi.

139
00:26:33,000 --> 00:26:43,260
İmamın ideoloji məktəbində ilk sözü anti-imeprializm və anti-despotizm söyləyirdi.

140
00:26:44,530 --> 00:26:51,530
Bunu İran xalqı da, digər müsəlman

141
00:26:51,800 --> 00:27:01,400
və hətta qeyri-müsəlman xalqları da hiss edirdi.

142
00:27:01,730 --> 00:27:05,860
Məhz elə buna görə də bu dəvət genişləndi.

143
00:27:08,530 --> 00:27:22,600
Bu ideoloji məktəbin digər bir xüsusiyyəti onun canlılığı, dinamikliyi, uyğunlaşma qabiliyyəti və praktik olması idi;

144
00:27:24,130 --> 00:27:34,200
dildə gözəl və cəlbedici sözlərdən ibarət olan, əməli işə keçəndə isə heç bir effekti olmayan

145
00:27:35,200 --> 00:27:45,730
bəzi intellektual nəzəriyyə və fikir sistemləri kimi deyildi.

146
00:27:47,930 --> 00:27:53,730
İmamın məntiqi, düşüncəsi, yolu əməli xarakter daşıyırdı,

147
00:27:55,260 --> 00:27:59,330
praktikada reallaşmağa qabil idi.

148
00:28:00,130 --> 00:28:05,060
Elə buna görə də qələbə çalaraq irəli getdi

149
00:28:05,860 --> 00:28:12,530
və bu irəliləyiş ölkəmizin tarixi kursunu dəyişdi.

150
00:28:13,600 --> 00:28:24,060
Biz İran xalqı yadlara tabeçilik edən, məqsədsizlik və ümidsizlik içində qərq olmuş bir xalq idik,

151
00:28:26,730 --> 00:28:35,930
asılı bir xalq idik. Bizi qəsdən geridə saxlayırdılar.

152
00:28:37,660 --> 00:28:44,860
Həm öz fikirlərini bizə diktə edirdilər, həm də mədəniyyətlərini.

153
00:28:45,600 --> 00:28:49,600
Həm iqtisadi resurslarımızı sovurub aparırdılar,

154
00:28:50,530 --> 00:29:02,000
həm də ardı-arası kəsilmədən ölkəmizə öz çirkin adətlərinin bataqlığını çəkib gətirirdilər.

155
00:29:02,460 --> 00:29:10,730
Biz belə bir xalq idik. İmam Xomeyni bizi stimul dolu,

156
00:29:11,130 --> 00:29:22,060
ümid dolu, dinamik, qarşısına böyük hədəflər qoymuş bir xalqa çevirdi.

157
00:29:22,400 --> 00:29:27,800
Bu gün İran xalqı dinamikdir, stimula malikdir,

158
00:29:27,800 --> 00:29:33,730
sabaha ümidlə baxır və böyük hədəflərə doğru irəliləyir.

159
00:29:35,130 --> 00:29:41,260
Əlbəttə ki, bizim öz hədəflərimizə çatmağımıza hələ var,

160
00:29:41,930 --> 00:29:45,060
amma əsas odur ki, hərəkətdəyik.

161
00:29:45,660 --> 00:29:53,260
Mühüm olan odur ki, xalqımız özündə inkişaf etmək, irəli getmək üçün güc və təpər tapıb.

162
00:29:54,260 --> 00:30:03,660
Əsas odur ki, gənclərimiz bu hədəflərə çatmağa,

163
00:30:03,930 --> 00:30:10,000
sosial ədaləti tam olaraq təmin etməyə,

164
00:30:10,200 --> 00:30:16,530
bu ölkəyə sərvət və inkişaf qazandırmağa,

165
00:30:16,860 --> 00:30:29,530
bizi mütərəqqi,  öz tarixi kimliyinə uyğun gücə sahib olan bir ölkəyə çevirməyə qadir olduqlarına inanırlar.

166
00:30:30,130 --> 00:30:41,060
Bu gün ölkəmiz bu ümidlərlə dalğalanır və gənclərimiz bu istiqamətdə hərəkət edir.

167
00:30:41,600 --> 00:30:50,600
Biz süstlük, yuxululuq halından çıxmışıq.

168
00:30:50,600 --> 00:30:58,400
Bu işi dahi liderimiz İmam Xomeyninin hərəkatı və o böyük insan həyata keçirib.

169
00:30:59,060 --> 00:31:11,260
Əgər İran xalqı o hədəfə çatmaq, bu yolu davam etdirmək istəyirsə,

170
00:31:12,130 --> 00:31:19,860
İmam Xomeyninin yolunu doğru-düzgün öyrənməli, onun prinsiplərini dürüst bilməli,

171
00:31:20,600 --> 00:31:27,530
İmam Xomeyni şəxsiyyətinin təhrif olunmasına imkan verməməlidir.

172
00:31:28,200 --> 00:31:40,800
Belə ki İmamın şəxsiyyətinin təhrif olunması onun yolunun təhrif olunması, İran xalqının öz düzgün kursundan yayındırılması deməkdir.

173
00:32:00,220 --> 00:32:14,570
Əgər biz İmamın qoyub getdiyi yolu itirsək, yaddan çıxarsaq və ya Allah eləməmiş, qəsdən ondan kənara çıxsaq,

174
00:32:14,570 --> 00:32:17,420
İran xalqına zərbə dəyəcək.

175
00:32:31,330 --> 00:32:47,290
Hər kəs bilməlidir ki, imperializmin doymaq bilməyən mədəsi hələ ölkəmizdən gözünü çəkməyib.

176
00:32:48,080 --> 00:33:01,440
Böyük, zəngin, Yer kürəsinin strateji əhəmiyyətli yolayrıcında yerləşən bir ölkə

177
00:33:02,400 --> 00:33:09,200
dünyanın hiyləgər və məkrli gücləri üçün olduqca əhəmiyyətlidir.

178
00:33:10,080 --> 00:33:17,360
Onlar öz tamahlarından əl çəkməyiblər, gözlərini yığmayıblar.

179
00:33:18,160 --> 00:33:28,800
Yalnız bir halda geri çəkiləcəklər: siz İran xalqı o qədər güclənəsiniz,

180
00:33:29,040 --> 00:33:34,560
o qədər inkişaf edəsiniz ki, ümidləri kəsilsin.

181
00:34:03,200 --> 00:34:14,720
İmamın təhrif olunması məhz bu məqamda əhəmiyyət kəsb etməyə başlayır.

182
00:34:16,400 --> 00:34:25,040
İmamın şəxsiyyəti təhrif olunsa, pis tanıtdırılsa, yanlış təqdim olunsa,

183
00:34:26,960 --> 00:34:32,160
İran xalqı bütün bu böyük təhlükələrlə üz-üzə qalacaq.

184
00:34:33,760 --> 00:34:47,120
Məhz bu baxımdan İmamın təhrif olunmasının yaratdığı təhlükə ilə bağlı ölkə rəsmilərinə,

185
00:34:47,920 --> 00:35:00,160
inqilabi ideologiyanın nəzəriyyəçilərinə, İmamın köhnə şagirdlərinə, bu yola mənən bağlı olan şəxslərə

186
00:35:01,040 --> 00:35:15,360
və ümumilikdə gənclərə, ziyalılara, dini və dünyəvi təhsil alan tələbələrə xəbərdarlıq etmək vacibdir.

187
00:35:16,480 --> 00:35:20,880
Bəli, sözümün müqəddiməsi bu idi.

188
00:35:22,240 --> 00:35:30,560
İmamın həyatda olduğu dövrdə də onun şəxsiyyətinin təhrif olunmasına səy göstərilirdi.

189
00:35:31,920 --> 00:35:40,800
Bir yandan düşmən inqilabın ilk günündən  İmamı

190
00:35:41,760 --> 00:35:47,840
quru və kobud bir inqilabçı kimi qələmə verməyə çalışırdı

191
00:35:49,440 --> 00:35:56,960
– necə ki dünya tarixinin Fransa İnqilabı, Sovetlərin marksist inqilabı

192
00:35:56,960 --> 00:36:06,880
və bəzi digər inqilablar kimi böyük və məşhur inqilablarında bu xüsusiyyətləri müşahidə edirik.

193
00:36:08,320 --> 00:36:16,480
İmamı quru, qaba, qaşının düyünü açılmayan,

194
00:36:17,600 --> 00:36:31,280
sırf düşmənlə mübarizəyə köklənmiş, heç bir emosiya və hissiyatı olmayan

195
00:36:31,280 --> 00:36:38,160
bir insan kimi təqdim edirdilər və bu, yanlış idi.

196
00:36:38,800 --> 00:36:49,280
Doğrudur, İmam qətiyyətli idi, mətin idi, verdiyi qərarlarda – az sonra qeyd edəcəyim kimi – möhkəm və sarsılmaz idi,

197
00:36:50,480 --> 00:36:58,560
amma bir emosionallıq, həssaslıq, incəlik, mehribanlıq,

198
00:36:59,280 --> 00:37:11,120
Allah-taalaya və Onun yaratdıqlarına, xüsusilə də cəmiyyətin məzlum

199
00:37:11,450 --> 00:37:18,160
və zəif təbəqələrinə qarşı sevgi mücəssəməsi idi.

200
00:37:18,850 --> 00:37:24,050
Düşmən isə ilk gündən bəri dünyada apardığı təbliğatda bizim inqilabımız

201
00:37:24,550 --> 00:37:28,500
və İmamımız haqda bu cür fikir formalaşdırmağa çalışırdı.

202
00:37:29,900 --> 00:37:38,930
Ölkənin daxilində də bəziləri bilmədən, bəziləri isə bilə-bilə İmamın şəxsiyyətini təhrif edirdilər;

203
00:37:38,930 --> 00:37:47,150
hətta İmamın özü həyatda olduğu zaman belə. İmam haqda istədikləri hər sözü danışırdılar;

204
00:37:47,150 --> 00:37:52,050
halbuki bütün bunların ona heç bir aidiyyəti yox idi.

205
00:37:54,600 --> 00:38:00,450
Bu hal İmamın vəfatından sonra da davam edib;

206
00:38:00,650 --> 00:38:07,950
hətta iş o yerə gəlib çatıb ki,

207
00:38:08,650 --> 00:38:20,750
bəziləri İmamı siyasət, hətta ideologiya və mədəniyyət sferalarındakı davranışlarında

208
00:38:21,300 --> 00:38:27,150
heç bir qeyd-şərt bilməyən, liberal bir insan kimi təqdim edirlər.

209
00:38:27,150 --> 00:38:31,000
Bu da həddən artıq yanlış və reallığa zidd olan bir şeydir.

210
00:38:32,050 --> 00:38:42,850
Əgər biz İmamın şəxsiyyətini sözün əsl mənasında araşdırıb öyrənmək istəyiriksə, bunun yolu var.

211
00:38:44,750 --> 00:38:51,650
Bu yolla getsək – bu barədə danışacağam – məsələ həll olunacaq,

212
00:38:51,650 --> 00:39:02,300
əks təqdirdə, bu gün kimlərsə gəlib İmamı öz istədikləri, öz siyasi əqidələrinə uyğun şəkildə təqdim etdikləri kimi,

213
00:39:02,550 --> 00:39:11,650
ola bilsin, sabah da bir başqaları gələcək və başqa siyasi əqidələrə,

214
00:39:12,450 --> 00:39:16,700
dünyada gedən başqa proseslərə uyğun olaraq,

215
00:39:17,800 --> 00:39:23,500
İmamı başqa bir şəkildə təqdim etməyi məsləhət biləcəklər; amma belə olmaz.

216
00:39:24,600 --> 00:39:31,200
İmam xalq arasında sevilir və bu, qalıcı bir sevgidir.

217
00:39:32,200 --> 00:39:35,150
Düşmən onu yox edə bilməyib.

218
00:39:36,500 --> 00:39:49,600
Elə buna görə də böyük bir xalq kütləsinin qəlbində özünə yer etməyi bacarmış İmamın şəxsiyyətinin təhrif olunması məsələsi

219
00:39:49,600 --> 00:39:54,700
– istər ölkədə, istərsə də ölkədən kənarda – böyük bir təhlükə hesab olunur.

220
00:39:54,700 --> 00:40:05,400
Bu təhrifin qarşısını almağın yolu isə İmamın prinsiplərini dönə-dönə nəzərdən keçirib araşdırmaqdır.

221
00:40:07,300 --> 00:40:12,500
İmamın müəyyən prinsipləri, əsas ideyaları var.

222
00:40:12,850 --> 00:40:21,150
Bu prinsip və ideyalar İmamın ölkədə İslam dövlətinin qurulmasından sonrakı 10 il ərzində,

223
00:40:22,600 --> 00:40:32,850
eləcə də ondan əvvəl – inqilabi hərəkatın getdiyi 15 il ərzində etdiyi müxtəlif çıxışlarda, bəyanatlarda öz əksini tapmışdır.

224
00:40:34,000 --> 00:40:39,100
İmamın əsas prinsiplərini bu bəyanatlarda görmək olar.

225
00:40:39,950 --> 00:40:45,650
Bu prinsipləri, bu xətləri paralel surətdə nəzərdən keçirdikdə

226
00:40:46,350 --> 00:40:55,000
dahi İmam Xomeyni şəxsiyyətinin portretini bütövlüyü ilə müşahidə etmək olar; İmamın şəxsiyyəti budur.

227
00:40:56,050 --> 00:41:00,600
Mən demirəm ki, bütün təfərrüatlara diqqət yetirmək vacibdir.

228
00:41:00,600 --> 00:41:06,950
Bütün başqa insanlar kimi, İmam Xomeyninin də həyatında eniş-yoxuşlar olub,

229
00:41:07,250 --> 00:41:12,850
cürbəcür hadisələr baş verib, hər birinin də öz tələbləri olub.

230
00:41:13,750 --> 00:41:19,850
Mən başlıca məqamları nəzərdə tuturam, o şeyləri ki, inkaredilməzdir,

231
00:41:20,650 --> 00:41:26,600
İmamın danılmaz ideyalarındandır, İmam onları uzun illər boyu

232
00:41:27,100 --> 00:41:34,050
– istər İslam hökuməti qurulmamışdan əvvəl, istər bu hökumətin qurulduğu dövrdə,

233
00:41:34,550 --> 00:41:41,200
istər 8 illik məcburi savaş zamanı, istər ondan əvvəl və ondan sonra

234
00:41:41,650 --> 00:41:45,500
– ardıcıl olaraq öz bəyanatlarında dönə-dönə səsləndirib.

235
00:41:46,100 --> 00:41:49,600
Özü də bu prinsip və ideyalar arasında seçim etmək lazım deyil.

236
00:41:50,150 --> 00:41:54,600
Doğrudur, bu gün mən onlar arasından 5-6-sını qeyd edəcəyəm,

237
00:41:55,150 --> 00:42:00,850
amma elə buradaca deyirəm ki, İmamın əsas prinsipləri təkcə bunlar olmaya bilər.

238
00:42:01,400 --> 00:42:07,750
Qoy mütəxəssislər, bu işin öhdəsindən gələ biləcək insanlar

239
00:42:08,300 --> 00:42:13,900
bununla məşğul olsunlar, İmamın bəyanatlarını nəzərdən keçirsinlər və onlardan İmamın əsas prinsip və ideyalarını

240
00:42:13,900 --> 00:42:19,750
əxz etsinlər – əlhəmdulillah, hamısı yazıya alınıb, var, hər kəs üçün əlçatandır.

241
00:42:19,750 --> 00:42:28,350
Bu gün mən  İmamın onun bəyanatlarından çıxarıla biləcək bütün prinsiplərini qeyd edə bilmərəm,

242
00:42:28,350 --> 00:42:33,650
onlardan 5-6-sını vurğulayacağam,  amma onlar arasında seçim edilməsini də istəmirəm

243
00:42:34,050 --> 00:42:38,750
və elə buna görə də deyirəm ki, qoy bu sahənin adamları araşdırma aparsınlar, müəyyən məqamları üzə çıxarsınlar.

244
00:42:38,900 --> 00:42:48,700
Mənim bu gün qeyd edəcəklərim isə İmamın məntiqinin, İmamın məktəbinin, İmamın yolunun və İmamın kursunun açıq-aydın, danılmaz cəhətləridir.

245
00:42:49,750 --> 00:42:57,050
İmam Xomeyni məktəbində öz əksini tapan birinci məsələ

246
00:42:57,500 --> 00:43:17,400
Məhəmməd peyğəmbərin (s) yer üzünə gətirdiyi əsl İslamın təsbit, amerikasayağı İslamın isə inkar edilməsidir.

247
00:43:19,750 --> 00:43:28,100
İmam əsl İslamı amerikasayağı İslamla qarşı-qarşıya qoyurdu.

248
00:43:28,800 --> 00:43:30,750
Amerikasayağı İslam nədir?

249
00:43:30,750 --> 00:43:38,230
İstər bu dövrdə, istər İmamın yaşadığı dövrdə, istərsə də bütün dövrlərdə

250
00:43:38,360 --> 00:43:42,400
– bizim bildiyimiz qədər; ola bilsin ki,hələ gələcəkdə də belə olacaq

251
00:43:43,130 --> 00:43:52,600
– amerikasayağı İslamın yalnız 2 qolu olub: biri sekulyar İslam, ikincisi isə mürtəce İslam.

252
00:43:53,860 --> 00:43:59,300
Elə buna görə də İmam Xomeyni sekulyar təfəkkürə malik,

253
00:44:00,100 --> 00:44:09,300
yəni dini, cəmiyyəti, insanların sosial davranışlarını İslamdan ayrı görmək istəyən insanları

254
00:44:10,130 --> 00:44:18,500
dinə mürtəce yanaşmanın daşıyıcısı olan insanlara bərabər tutur, eyni sırada görürdü;

255
00:44:19,130 --> 00:44:30,760
dinə mürtəce yanaşma dedikdə yeni fikirli insanların dərk edə bilmədiyi,

256
00:44:31,630 --> 00:44:38,130
yanlış əsaslara və fanatizmə söykənən gerilikçi yanaşma nəzərdə tutulur.

257
00:44:38,930 --> 00:44:43,330
İmam bunların hər ikisini həmişə birgə qeyd edirdi.

258
00:44:44,460 --> 00:44:53,530
Bu gün diqqət yetirsəniz, görərsiniz ki, İslam dünyasında amerikasayağı İslamın bu iki nümunəsindən ikisi də var,

259
00:44:54,530 --> 00:45:02,900
özü də hər ikisi dünyanın soyğunçu super-dövlətləri tərəfindən, Amerika tərəfindən himayə olunur.

260
00:45:16,600 --> 00:45:30,560
Bu gün həm azğın İŞİD, “Əlqaidə” və onlar kimilər Amerika və İsrail tərəfindən himayə olunur,

261
00:45:31,630 --> 00:45:41,830
həm də İslam adı altında fəaliyyət göstərən, əslində isə İslamın bəyəndiyi davranış tərzinə,

262
00:45:42,260 --> 00:45:48,800
İslam şəriətinə və İslam fiqhinə yad olan bəzi cərəyanlar Amerikadan dəstək alır.

263
00:45:49,230 --> 00:45:58,430
Dahi İmam Xomeyninin nəzərində əsl İslam aydın düşüncəli,

264
00:45:59,600 --> 00:46:11,600
zamana və məkana bələd olan insanlar tərəfindən teoloji mərkəzlərdə işlənib püxtələşmiş

265
00:46:12,360 --> 00:46:18,300
və oturuşmuş elmi metodlarla tədqiq olunaraq əldə edilmiş, Kitaba və sünnəyə əsaslanan İslamdır.

266
00:46:19,130 --> 00:46:25,530
Mənbələrdən dini təlimlərin çıxarılma metodu diqqət tələb edən, mühüm bir məsələdir.

267
00:46:26,800 --> 00:46:35,930
Mənbələrdən dini təlimlərin çıxarılma metodu diqqət tələb edən, mühüm bir məsələdir.

268
00:46:35,930 --> 00:46:44,300
Bunun bir metodu, üsulu var. Bu, elmi əsaslara malik, işlənmiş bir metoddur,

269
00:46:45,130 --> 00:46:49,030
ondan istifadə edə bilən insanlar var.

270
00:46:49,500 --> 00:46:54,360
İmam Xomeyninin nəzərində əsl, saf İslam bax budur.

271
00:46:54,500 --> 00:47:01,800
Əlbəttə ki, həmin metodu, həmin üsulu bilən hər kəs də bu işi uğurla həyata keçirməyə qadir deyil;

272
00:47:01,960 --> 00:47:06,930
aydın düşüncəsi olmalıdır, zamana və məkana bələd olmalıdır,

273
00:47:08,260 --> 00:47:16,130
bəşər və İslam cəmiyyətinin faktiki ehtiyaclarının hansılar olduğunu bilməlidir,

274
00:47:16,930 --> 00:47:21,660
düşməni tanımalı, onun işlətdiyi düşmənçilik üsullarına bələd olmalıdır.

275
00:47:22,460 --> 00:47:32,060
Yalnız bu zaman o, əsl İslamı müəyyən edə, tanıya və tanıtdıra bilər.

276
00:47:32,900 --> 00:47:41,330
Saray axundlarının İslamı – İmam onları dəfələrlə bu ifadə ilə adlandırmışdı

277
00:47:41,760 --> 00:47:52,900
– İŞİD-in İslamı; digər tərəfdən sionistlərin,

278
00:47:53,400 --> 00:48:04,910
Amerikanın cinayətlərinə etinasız qalan İslam, gözünü Amerikaya, böyük dövlətlərə dikmiş, Amerikanın işarəsini gözləyən İslam

279
00:48:04,930 --> 00:48:10,730
– bunlar hamısı bir bezin qırağıdır, bir-birindən geri qalan deyil.

280
00:48:11,400 --> 00:48:14,150
İmamın nəzərində bunlar hamısı qəbuledilməzdir.

281
00:48:14,880 --> 00:48:20,020
İmamın tanıtdığı İslam bütün bunlara qarşıdır.

282
00:48:20,800 --> 00:48:29,220
İmamın ardıcılı olan, onun yolu ilə gedən insan sərhədlərini müəyyən etməlidir

283
00:48:30,140 --> 00:48:44,510
– həm mürtəce İslamla, həm də sekulyar İslamla.

284
00:48:45,050 --> 00:48:51,110
Əsl İslamın nə olduğunu bilməli və o yolla getməlidir. İmamın əsas prisniplərindən biri budur.

285
00:48:52,000 --> 00:48:56,970
Bu, İmamın bir dəfə dilə gətirib dediyi bir fikir deyil. Onun əsərlərində, bəyanatlarında bu ideyalar başdan-başa, geniş şəkildə öz əksini tapır.

286
00:48:57,310 --> 00:49:05,310
İkincisi: İmamın prinsiplərindən biri də Allahın köməyinə təvəkkül etmək,

287
00:49:05,740 --> 00:49:10,200
ilahi vədlərin doğruluğuna inanmaq

288
00:49:11,280 --> 00:49:19,820
və bunun əksi – yəni dünyanın hegemon və imperialist dövlətlərinə etimadsızlıqdır.

289
00:49:20,940 --> 00:49:23,600
İmam Xomeyni məktəbinin elementlərindən biri budur;

290
00:49:25,600 --> 00:49:32,740
Allahın qüdrətinə təvəkkül etmək. Allah-taala möminlərə vəd verib

291
00:49:33,650 --> 00:49:41,480
və bu vədə inanmayan şəxslər Yaradanın öz kəlamında lənətlənib:

292
00:49:41,650 --> 00:49:48,170
وَ لَعنَهُمُ الله، وَ غَضِبَ اللهُ عَلَيهِم

293
00:49:48,400 --> 00:49:49,480
“Allah onlara lənət etmişdir”. (“Tövbə” surəsi, 68-ci ayə) “Allah onlara qəzəblənmişdir”. (“Mücadilə” surəsi, 14-cü ayədən)

294
00:49:49,910 --> 00:49:55,340
– Ona qarşı bədgüman olan kəsləri əzaba düçar etsin.

295
00:49:55,510 --> 00:50:02,420
Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir. Allah Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!

296
00:50:03,620 --> 00:50:10,600
Allah-taala buyurmuşdur:

297
00:50:10,600 --> 00:50:12,600
“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər”. “Muhəmməd” surəsi, 7-ci ayə.

298
00:50:13,310 --> 00:50:18,080
Bu ilahi vədə, onun doğruluğuna inam dahi İmamımızın məfkurəsinin əsas dayaqlarından biridir.

299
00:50:19,050 --> 00:50:22,310
Bu vədə inanmaq və təvəkkül etmək lazımdır.

300
00:50:23,140 --> 00:50:29,600
Və bunun tam əksi olaraq, düşmənin,

301
00:50:29,600 --> 00:50:35,940
imperialistlərin, dünyanın super güclərinin aldadıcı vədlərinə mütləq surətdə etimad göstərməmək lazımdır.

302
00:50:36,940 --> 00:50:45,800
İmamın atdığı addımlarda, onun davranışında, bəyanatlarında bu  da tam olaraq müşahidə olunur.

303
00:50:46,510 --> 00:50:52,200
Allahın qüdrətinə olan bu təvəkkül və inamı

304
00:50:53,050 --> 00:51:02,710
İmamın öz inqilabi mövqeyi üzərində qətiyyətlə durmasına səbəb olurdu.

305
00:51:03,420 --> 00:51:12,820
İmam çəkinmədən danışırdı; inandığı şeyləri açıq-aydın söyləyirdi, çünki Allaha arxalınırdı.

306
00:51:12,970 --> 00:51:18,970
O demək deyil ki, bu fikirlərin hansısa güclü dövlətlərə xoş gəlməyəcəyini,

307
00:51:19,820 --> 00:51:22,510
onları qəzəbləndirəcəyini bilmirdi, bilirdi,

308
00:51:23,050 --> 00:51:30,910
amma Allahın gücünə, Allahın yardımına, Allahın köməyinə inamı var idi.

309
00:51:33,420 --> 00:51:39,480
Müxtəlif olaylarla qarşılaşdığı zaman kimi, ya nəyisə nəzərə alıb üzgörənlik etmirdi.

310
00:51:41,480 --> 00:51:54,150
Ona ünvanlanmış məktublardan birinə tam qətiyyətlə, açıq-aşkar cavab vermişdi

311
00:51:54,750 --> 00:52:00,800
(səhv etmirəmsə, İmam imperialist dövlətlərin başçılarının və ya onlardan asılı olan şəxslərin

312
00:52:01,450 --> 00:52:05,200
ona ünvanladığı məktublar arasından ikisini cavablandırmışdı);

313
00:52:05,800 --> 00:52:08,850
o zaman həmin cavab məktubu “Səda və sima” Dövlət Teleradiosu vasitəsilə də yayımlanmışdı.

314
00:52:08,850 --> 00:52:22,950
Əlbəttə ki, İmam etik qaydalar çərçivəsində danışırdı, amma həmin məktublarda öz qəti və aydın mövqeyini ortaya qoymuşdu.

315
00:52:23,450 --> 00:52:31,850
İmam özündə olan bu təvəkkülü İran xalqının da canına yeritdi.

316
00:52:32,750 --> 00:52:42,950
Xalq da Allah-taalaya təvəkkül etməyə, Allahın yardımına inanmağa başlayıb bu yola qədəm qoydu.

317
00:52:43,950 --> 00:52:52,150
İmamın imperialistlərə qarşı heç bir etimad və inam hiss etməməsi

318
00:52:52,950 --> 00:52:58,650
onların vədlərinə etinasız yanaşmasına səbəb olurdu.

319
00:52:59,600 --> 00:53:05,750
Amerika prezidenti – Reyqan, hansı ki güclü bir prezident idi

320
00:53:06,550 --> 00:53:11,800
– İmama məktub yazmış, adam göndərmiş, xəbər yollamışdı,

321
00:53:12,050 --> 00:53:17,150
amma İmam ona heç bir əhəmiyyət vermədi, cavab vermədi,

322
00:53:17,150 --> 00:53:20,400
verdiyi vədi heç saydı.

323
00:53:21,650 --> 00:53:29,050
Başqa bir epizodda məcburi savaşın sona çatdırılmasının qarşılığında İmama müəyyən vədlər verilmişdi;

324
00:53:29,950 --> 00:53:33,500
bu vədləri Amerikadan asılı olan dövlətlərdən biri vermişdi,

325
00:53:34,150 --> 00:53:40,200
söhbət yüz milyardalardan, trilyondan gedirdi.

326
00:53:40,200 --> 00:53:43,750
İmam buna heç bir əhəmiyət verməmişdi, inanmamışdı.

327
00:53:44,800 --> 00:53:52,050
İndi biz öz başımıza gələn hadisələrdə bunun yaxından şahidi olur,

328
00:53:52,850 --> 00:53:58,400
görürük ki, imperialistlərin vədlərinə, doğrudan da, inanmaq olmaz,

329
00:53:59,300 --> 00:54:05,000
onların təkbətək görüşlərdə verdiyi vədlərə etimad etmək olmaz;

330
00:54:05,000 --> 00:54:06,650
bu gün biz özümüz bunun şahidi oluruq.

331
00:54:07,050 --> 00:54:15,700
Allaha etimad, imperialistlərə inamsızlıq – İmam bunu öz fəaliyyəti üçün ana xətlərdən biri kimi seçmişdi.

332
00:54:39,550 --> 00:54:45,000
Əlbəttə ki, bu yanaşmanın mənası dünya ilə əlaqələri kəsmək deyildi,

333
00:54:45,900 --> 00:54:53,700
belə ki ölkə başçıları müxtəlif əlamətdar hadisələr münasibəti ilə İmama təbrik mesajları ünvanlayırdılar,

334
00:54:53,700 --> 00:54:57,850
İmam da onların təbrikinə cavab verirdi.

335
00:54:58,150 --> 00:55:04,950
Bu tərzdə, normal həddə, hörmət və etika çərçivəsində əlaqələr var idi,

336
00:55:05,700 --> 00:55:15,300
amma imperialistlərə, soyğunçu dövlətlərə və onlara tabeçilik edən, onlardan asılı olan dövlətlərə heç bir şəkildə inam yox idi.

337
00:55:16,050 --> 00:55:33,300
Üçüncüsü: xalqın güc və iradəsinə inam, bütün proseslərdə hökumətin aparıcı rolu üzərində təmərküzləşməyə qarşı olmaq.

338
00:55:34,000 --> 00:55:39,450
Bu da İmamın davranışının əsas cizgilərindən biri idi.

339
00:55:40,800 --> 00:55:47,600
O zaman yanlış bir başlanğıc ucbatından

340
00:55:48,650 --> 00:55:55,400
ölkənin bütün iqtisadi məsələlərinin dövlətə həvalə olunmasına, dövlətdən asılı olmasına səy göstərilirdi.

341
00:55:55,750 --> 00:55:59,450
İmam dönə-dönə xatırladırdı ki,

342
00:55:59,450 --> 00:56:04,300
bu məsələləri xalqın öhdəsinə buraxmaq lazımdır;

343
00:56:04,850 --> 00:56:07,550
bu xatırlatmalar onun bəyanatlarında açıq-aydın öz əksini tapır.

344
00:56:08,000 --> 00:56:11,550
İmam iqtisadi məsələlərdə,

345
00:56:12,150 --> 00:56:15,750
hərbi məsələlərdə xalqın gücünə inanırdı.

346
00:56:16,450 --> 00:56:24,650
Bir məqama diqqət yetirmək lazımdır: İmam ilk gündən ölkədə güclü ordunun qurulmasını dəstəkləmişdi.

347
00:56:25,400 --> 00:56:30,950
Ölkədə ordunun buraxılmasına şəxsən o özü mane olmuşdu,

348
00:56:31,450 --> 00:56:35,700
buna baxmayaraq, Keşikçi Korpusu yaratdı,

349
00:56:36,850 --> 00:56:40,500
daha sonra isə Bəsic Təşkilatının əsasını qoydu.

350
00:56:42,050 --> 00:56:47,250
Hərbi fəaliyyətləri xalqa aid bir prosesə çevirdi.

351
00:56:49,250 --> 00:56:57,200
İqtisadi məsələlərdə xalqa arxalanırdı, hərbi məsələlərdə xalqa arxalanırdı,

352
00:56:57,950 --> 00:57:04,400
ölkənin quruculuğu ilə bağlı məsələlərdə xalqa arxalanırdı – və elə buna görə də quruculuq cihadına start vermişdi

353
00:57:05,150 --> 00:57:14,450
– təbliğatla bağlı məsələlərdə xalqa arxalanırdı və bütün bunlardan daha önəmlisi seçki məsələsində

354
00:57:15,150 --> 00:57:22,050
– xalqın səs verərək ölkənin idarəçiliyində, siyasi rejimin təşkilində son sözü deyə biləcəyinə inanırdı.

355
00:57:22,800 --> 00:57:32,200
İmam Xomeyninin hakimiyyətdə olduğu müddət ərzində – dahi İmamımız 10 il hakimiyyətdə oldu ki,

356
00:57:32,800 --> 00:57:37,500
bunun da 8 ili ərzində ölkədə müharibə oldu,

357
00:57:39,050 --> 00:57:43,800
şəhərlər bombalanırdı, cəbhələrdə döyüşlər gedirdi

358
00:57:44,450 --> 00:57:52,550
– bütün bu illər ərzində ölkədə 10-a yaxın seçki keçirildi,

359
00:57:53,700 --> 00:58:00,050
amma bu müxtəlif seçkilər müəyyən olunduğu tarixdən 1 gün belə təxirə salınmadı.

360
00:58:00,050 --> 00:58:05,050
İstənilən etapda, istənilən halda, istənilən şəraitdə

361
00:58:05,900 --> 00:58:12,300
İmam seçkilərin müəyyən olunmuş tarixdə baş tutmasına israr edirdi.

362
00:58:12,750 --> 00:58:17,750
Bəzi ölkələrdə qaydadır, fövqəladə hal elan edib seçkinin vaxtını dəyişirlər,

363
00:58:17,850 --> 00:58:23,700
İmam isə bircə gün də fövqəladə hal elan etmədi; seçkiyə bu dərəcədə əhəmiyyət verirdi.

364
00:58:24,750 --> 00:58:31,400
Seçki günü məntəqəyə ilk ayaq basan insanlar sırasında

365
00:58:32,200 --> 00:58:34,550
böyük liderimiz özü də olurdu.

366
00:58:35,250 --> 00:58:45,250
Xalqa inanırdı, xalqın seçiminə, xalqın fikrinə,

367
00:58:46,850 --> 00:58:52,500
xalqın rəyinə sözün əsl mənasında hörmət bəsləyirdi.

368
00:58:53,000 --> 00:58:56,950
Ola bilsin, xalqın seçdiyi bir şey müəyyən cəhətdən

369
00:58:57,550 --> 00:59:00,350
onun fikri ilə üst-üstə düşməsəydi belə,

370
00:59:01,550 --> 00:59:05,550
yenə də əhalinin rəyinə hörmətlə yanaşır,

371
00:59:06,200 --> 00:59:15,000
xalqı möhtərəm, mötəbər sayırdı. Bu da önəmli məqamlardan biridir.

372
00:59:15,000 --> 00:59:23,050
İmam Xomeyni xalqa münasibətdə bununla da kifayətlənməyərək deyirdi ki, xalq rəsmilərin əlindəki nemətin sahibidir.

373
00:59:23,650 --> 00:59:29,950
İmam dəfələrlə demişdi ki, bu xalq bizim əlimizdə olan nemətin sahibidir.

374
00:59:30,450 --> 00:59:38,150
Elə olurdu ki, özünü xalqın xidmətçisi adlandırırdı;

375
00:59:38,250 --> 00:59:43,700
deyirdi ki, “mənə xalqın rəhbəri deməkdənsə, xidmətçisi desələr, daha yaxşı olar”.

376
00:59:43,700 --> 00:59:53,150
Bu, böyük bir fikirdir, xalqın, onun rəyinin, seçiminin, iştirakının

377
00:59:53,150 --> 00:59:59,900
İmamın nəzərində nə qədər dəyərli və önəmli olduğunu göstərir.

378
00:59:59,900 --> 01:00:08,650
Xalq da öz rəhbərinə adekvat cavab verərək meydanlarda hazır oldu.

379
01:00:09,300 --> 01:00:17,400
Onun bircə işarəsi bəs idi ki, insanlar cani-dildən o yerdə hazır olsunlar.

380
01:00:17,800 --> 01:00:23,550
Bu, qarşılıqlı bir şey idi. İmam xalqa, xalq da İmama inanırdı.

381
01:00:24,250 --> 01:00:28,100
İmam xalqı, xalqa da İmamı sevirdi.

382
01:00:28,100 --> 01:00:30,700
Bu qarşılıqlı rabitə təbii bir işdir.

383
01:00:32,700 --> 01:00:38,150
İmamın əsas prinsipləri haqda danışarkən vurğulamaq istədiyim dördüncü məqam ölkənin daxili məsələləri ilə bağlıdır.

384
01:00:38,880 --> 01:00:48,880
İmam xalqın yoxsul, zəif təbəqəsinin himayə edilməsinin ciddi surətdə tərəfdarı idi.

385
01:01:12,370 --> 01:01:19,370
O, iqtisadi bərabərsizliyi çox kəskin şəkildə və hiddətlə rədd edirdi;

386
01:01:19,800 --> 01:01:25,020
dəbdəbəli, aristokratik həyat tərzini çox sərt, barışmaz formada rədd edirdi.

387
01:01:25,550 --> 01:01:32,120
İmam sözün əsl mənasında sosial ədalətin tərəfdarı idi.

388
01:01:32,520 --> 01:01:38,020
Böyük ldierimizin, demək olar ki, öz bəyanatlarında ən çox təkrarladığı mövzulardan biri

389
01:01:38,020 --> 01:01:44,020
yoxsul, zəif təbəqənin himayə edilməsinin vacibliyidir. Bu, İmamın müəyyən etdiyi aydın xətlərdən,

390
01:01:44,850 --> 01:01:47,450
onun qəti, danılmaz prinsiplərindən biridir.

391
01:01:48,220 --> 01:01:55,900
O bildirirdi ki, hamı yoxsulluğun kökünün kəsilməsi,

392
01:01:56,220 --> 01:02:01,870
kasıbların məhrumiyyətdən qurtulması,

393
01:02:03,020 --> 01:02:08,570
ölkənin imkanları daxilində onlara yardım edilməsi üçün çalışmalıdır.

394
01:02:09,270 --> 01:02:16,700
Digər tərəfdənsə o, rəsmilərə də saray həyatına rəğbət bəsləmək xasiyyətindən çəkinmələri ilə bağlı xəbərdarlıqlar edir, hamını bu xüsusiyyətdən uzaq olmağa çağırırdı.

395
01:02:17,250 --> 01:02:20,550
Bu məsələyə Quranda da toxunulur:

396
01:02:20,550 --> 01:02:23,550
“Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz”. (“İbrahim” surəsi, 45)

397
01:02:24,320 --> 01:02:30,920
İmam rəsmilərə xitabən dönə-dönə vurğulayırdı ki,

398
01:02:31,650 --> 01:02:39,970
yoxsul təbəqənin sədaqətinə inansınlar.

399
01:02:40,600 --> 01:02:47,850
İmam dönə-dönə deyirdi ki, məhz daxmalarda, yoxsulluq içində yaşayanlar

400
01:02:48,870 --> 01:02:56,750
bütün məhrumiyyətlərə baxmayaraq, bu meydanları doldurublar; heç bir etiraz da etmirlər,

401
01:02:56,870 --> 01:02:59,720
təhlükəli meydanlara atılan da onlardır.

402
01:03:05,800 --> 01:03:09,950
Maddi nemətlərdən daha çox yararlananlar isə

403
01:03:10,720 --> 01:03:19,850
müxtəlif situasiyalarda çətinliklə qarşılaşdıqda daha çox elə onlar etirazlarını bildirirlər.

404
01:03:20,470 --> 01:03:26,600
İmamın nəzərində əhalinin orta və yoxsul təbəqəsinin bu sədaqəti

405
01:03:27,320 --> 01:03:32,850
çox diqqətəlayiq və önəmli bir məsələ idi və o, bunu dəfələrlə vurğulayırdı.

406
01:03:33,200 --> 01:03:42,350
İmam beytülmalın düzgün xərclənməsini, israfdan çəkinməyin vacibliyini də vurğulayırdı.

407
01:03:43,350 --> 01:03:45,870
Bunlar da onun əsas prinsiplərindən idi:

408
01:03:46,270 --> 01:03:50,970
sosial ədalət, yoxsulların müdafiəsi,

409
01:03:51,700 --> 01:04:01,120
cah-calala, aristokrat həyat tərzinə pərəstiş xarakterindən uzaq olmaq və bu məcrada davranmaq.

410
01:04:02,720 --> 01:04:06,950
5-ci məqam İmamın xarici siyasəti ilə bağlıdır.

411
01:04:07,650 --> 01:04:17,850
O, beynəlxalq arenadakı quldur dövlətlər, imperialistlər qarşısında açıq-aşkar müxalif mövqe tutur,

412
01:04:18,150 --> 01:04:19,950
bu məsələdə heç kimi və heç nəyi nəzərə almırdı.

413
01:04:36,070 --> 01:04:45,130
Məhz elə buna görə də İmam dünyanın soyğunçu, imperialist,

414
01:04:45,130 --> 01:04:52,900
hegemon dövlətləri ilə məzlumların qarşıdurmasında məzlumlarn cəbhəsində yer alırdı;

415
01:04:54,300 --> 01:04:58,930
bunu birbaşa, heç kimi və heç nəyi nəzərə almadan, çəkinmədən, açıq-aşkar deyirdi.

416
01:05:00,000 --> 01:05:09,030
O, bütün dünyadakı məzlumların ciddi tərəfdarı idi. İmam imperiaslitlərlə heç cür barışığa getmək niyyətində deyildi.

417
01:05:09,560 --> 01:05:19,100
Amerikanın ünvanına deyilmiş “böyük şeytan” ifadəsi ilk dəfə İmamın işlətdiyi heyrətamiz bir bənzətmə idi.

418
01:05:41,600 --> 01:05:50,460
Bu ifadənin daşıdığı məna yükü və onun əməli dəyəri çox böyükdür.

419
01:05:51,600 --> 01:05:57,600
İnsan hansısa şəxsi, hansısa qurumu şeytan hesab edirsə,

420
01:05:58,330 --> 01:06:01,900
aydındır ki, ona qarşı davranışı,

421
01:06:03,160 --> 01:06:06,430
hiss və emosiyaları necə olmalıdır.

422
01:06:07,260 --> 01:06:13,760
O, Amerika haqda “böyük şeytan” ifadəsini

423
01:06:14,630 --> 01:06:25,260
həm dildə işlədir, həm də buna bütün qəlbi ilə inanırdı.

424
01:07:12,200 --> 01:07:26,000
Ondan fərqli olaraq, inqilabın ilk illərindən bəri elə insanlar var idi ki,

425
01:07:26,600 --> 01:07:37,530
İran xalqının əli ilə devrilmiş şah diktaturasının arxasında Amerikanın durduğunun, bu zalım rejimin Amerikanın əlindən yemləndiyinin fərqinə varmırdılar.

426
01:07:38,400 --> 01:07:42,200
İran xalqı şah diktaturasını devirmişdi,

427
01:07:43,130 --> 01:07:51,660
buna baxmayaraq, o dövrdə elə insanlar var idi ki, ölkə daxilində Amerikanın iştirakına, fəaliyyətinə

428
01:07:52,600 --> 01:07:59,400
– hətta bəzi ABŞ qurumlarının fəaliyyətinə razı idilər.

429
01:07:59,860 --> 01:08:08,060
Müvəqqəti dövlətin İmamla fikir ayrılığı da əsasən məhz bu mövzu ilə bağlı idi. Biz bunun yaxından şahidi olurduq.

430
01:08:09,130 --> 01:08:18,330
Onlar despot rejimin yemini Amerikanın verdiyinə diqqət etmirdilər.

431
01:08:19,130 --> 01:08:27,600
Bu gün həmin rejimin hakimiyyətinə son qoyulub, amma onu yemləyən maşın hələ durur, fəaliyyətdədir.

432
01:08:28,130 --> 01:08:35,260
Ona meydan verilsə, macal verilsə, yenə də öz işi ilə məşğul olacaq,

433
01:08:35,860 --> 01:08:41,860
zərbə vuracaq, zəif nöqtələri axtarıb tapıb,

434
01:08:41,860 --> 01:08:45,550
onların köməyi ilə təsirini göstərəcək; bax buna diqqət yetirmirdilər.

435
01:08:46,570 --> 01:08:53,550
İmam isə bunu görürdü, casus yuvası məsələsi ilə bağlı tutduğu mövqe də

436
01:08:54,170 --> 01:08:57,730
məhz onun bu yanaşmasından, bu baxışlarından irəli gəlirdi.

437
01:08:58,570 --> 01:09:05,450
Dünyada da kimlərsə bu məqama diqqət yetirmədilər və buna görə onlara zərbə dəydi;

438
01:09:05,450 --> 01:09:09,900
mən kiməsə rişxənd etmək, kimisə qınamaq istəmirəm,

439
01:09:10,550 --> 01:09:13,450
amma bu, bir reallıqdır ki, bəziləri

440
01:09:13,450 --> 01:09:20,170
mürtəce və diktator dövlətləri yıxdıqları halda, və buna görə də zərbə aldılar.

441
01:09:20,450 --> 01:09:28,920
İmam Xomeyni isə həmin qüvvəni ilk gündən sezmişdi və ona qarşı mübarizə aparırdı.

442
01:09:29,200 --> 01:09:41,770
Elə buna görə də o, son günə qədər Amerikanın, bu ölkənin siyasi və təhlükəsizlik aparatının əleyhinə çıxış edirdi.

443
01:09:41,770 --> 01:09:51,570
Qarşılığında dahi liderimiz İmam Xomeyni bu uzun illər ərzində Fələstini dəstəklədi, müdafiə etdi.

444
01:09:52,250 --> 01:09:55,400
O, Fələstini, Əfqanıstanı müdafiə edirdi.

445
01:09:56,720 --> 01:10:00,420
Sovet İttifaqının Əfqanıstana daxil olduğu gündən,

446
01:10:01,700 --> 01:10:05,820
Amerikanın düşmənçiliyi bizə problem yaratdığına baxmayaraq

447
01:10:06,900 --> 01:10:14,250
– halbuki belə hallarda adətən dövlətlər tərəflərdən biri ilə problem yaşadıqları zaman digər tərəflə ittifaqa girirlər

448
01:10:15,450 --> 01:10:22,250
–  İmam Sovet hökumətinə qarşı qəti mövqe tutdu.

449
01:10:23,470 --> 01:10:31,350
Hətta bəzi qərbmeyilli dövlətlər də Sovet İttifaqına qarşı belə qətiyyətli mövqedən çıxış etməmişdilər.

450
01:10:32,400 --> 01:10:37,720
Dahi liderimiz isə heç kimi və heç nəyi nəzərə almadan əfqan xalqını dəstəklədi,

451
01:10:37,870 --> 01:10:50,020
Livan xalqını dəstəklədi, fələstinlilərə tam səmimiyyətlə dəstək verdi.

452
01:10:50,750 --> 01:10:54,300
İmperializmə qarşı mübarizədə İmamın məntiqi bu idi.

453
01:10:54,370 --> 01:11:04,620
Bu gün dünyada gedən prosesləri də bu məntiqlə araşdırıb düzgün mövqeyin hansı olduğunu anlamaq olar.

454
01:11:04,720 --> 01:11:12,200
Bu gün biz İŞİD-in Suriya və İraqdakı zülmkar

455
01:11:12,900 --> 01:11:18,150
və vəhşi davranışlarının nə dərəcədə əleyhinəyiksə,

456
01:11:18,320 --> 01:11:26,120
Amerika federal polisinin öz ölkəsindəki zülmkar davranışlarının da həmin dərəcədə əleyhinəyik

457
01:11:26,900 --> 01:11:28,420
– bunlar ikisi də birdir;

458
01:11:49,720 --> 01:11:57,100
eynilə həmin dərəcədə Qəzzanın blokadasının da əleyhinəyik

459
01:11:57,170 --> 01:12:00,950
– hansı ki bu, Qəzza əhalisinə qarşı tətbiq olunan zülmkar bir blokadadır

460
01:12:01,420 --> 01:12:08,370
heç bir pənah yeri olmayan məzlum Yəmən əhalisinin bombalanmasının da əleyhinəyik,

461
01:12:08,920 --> 01:12:16,020
Bəhreyn xalqına qarşı yol verilən aqresiv davranışların da əleyhinəyik,

462
01:12:16,820 --> 01:12:24,300
Amerikanın pilotsuz təyyarələrinin

463
01:12:24,820 --> 01:12:30,170
Əfqanıstan və Pakistanda əhaliyə etdiyi hücumların da əleyhinəyik.

464
01:12:30,700 --> 01:12:38,600
Bu, İmamın məntiqidir. Zülmün mövcud olduğu hər bir yerdə iki tərəf var: zalım və məzlum.

465
01:12:38,770 --> 01:12:42,470
Biz məzlumun tərəfində, zalımınsa əleyhinəyik.

466
01:12:42,470 --> 01:12:51,770
Bu, İmamın açıq-aşkar tutduğu mövqedir, onun rəhbər tutduğu əsas prinsiplərdən biridir.

467
01:12:51,900 --> 01:12:59,070
Elə buna görə də Fələstin məsələsi bu gün də bizim üçün  əsas əhəmiyyət daşıyan məsələlərdən biridir;

468
01:12:59,650 --> 01:13:08,800
bunu hamı bilsin. Fələstin məsələsi İran İslam Respublikasının gündəliyindən çıxmayacaq.

469
01:13:30,700 --> 01:13:38,900
Fələstin məsələsi İslamın vacib və lazımlı cihad meydanlarından biridir,

470
01:13:39,070 --> 01:13:43,250
heç bir olay bizi bu məsələdən ayıra, uzaqlaşdıra bilməz.

471
01:13:44,600 --> 01:13:51,650
Fələstin meydanında öhdəsinə düşən vəzifəyə əməl etməyən müəyyən şəxslər ola bilər,

472
01:13:51,650 --> 01:13:55,350
onların haqq-hesabı başqadır,

473
01:13:55,350 --> 01:14:01,070
amma  Fələstin əhalisini, Fələstin xalqını, Fələstinin cihadını biz təsdiqləyir və dəstəkləyirik.

474
01:14:01,500 --> 01:14:08,700
İmamın məfkurəsində əsas məqamlardan və prinsiplərdən biri də

475
01:14:08,700 --> 01:14:15,920
ölkənin müstəqilliyi, xaricilərin ağalığının inkarıdır.

476
01:14:17,850 --> 01:14:20,450
Bu da mühüm müddəalardan biridir.

477
01:14:21,000 --> 01:14:27,870
Ötən il mən elə bu görüşdə iştirak edənlərin qarşısında demişdim ki,

478
01:14:28,070 --> 01:14:36,300
istiqlaliyyət bütöv bir xalq miqyasında azadlıq deməkdir; istiqlaliyyətin mənası budur.

479
01:14:37,970 --> 01:14:47,270
Kiminsə dildə, şüarlarda fərdi azadlıqlar istəməsi,

480
01:14:47,570 --> 01:14:52,370
amma ölkənin müstəqilliyinin əleyhiə çıxış etməsi ziddiyyətdir.

481
01:14:53,970 --> 01:15:01,020
Necə ola bilər ki, insanların fərdi azadlığına hörmətlə yanaşılsın,

482
01:15:02,100 --> 01:15:07,200
amma bir xalqın azadlığı, müxaliflərin, yadellilərin sanksiya

483
01:15:08,920 --> 01:15:14,500
və təzyiqləri qarşısında ölkə miqyasında azadlıq hörmətə layiq olmasın?!

484
01:15:14,500 --> 01:15:17,470
Bu əsla başa düşüləcək, məqbul sayıla biləcək bir şey deyil.

485
01:15:17,850 --> 01:15:31,970
Təəssüflər olsun, elə insanlar var ki, ölkənin müstəqilliyini inkar etmək üçün nəzəriyyələr hazırlayır,

486
01:15:33,020 --> 01:15:36,150
müstəqilliyi gah təcrid olunmaq kimi mənalandırır,

487
01:15:37,400 --> 01:15:43,920
gah da bu gün ölkələrin müstəqilliyinin dəyər hesab olunmadığını əsas gətirərək

488
01:15:45,050 --> 01:15:50,970
cürbəcür yazılar yazır, çıxışlar edirlər və bu sözlər cəmiyyət arasında yayılır.

489
01:15:52,670 --> 01:15:54,850
Belə hərəkətlərə yol verənlər var.

490
01:15:55,520 --> 01:16:02,100
Bu, böyük bir səhv, olduqca əhəmiyyətli və təhlükəli bir xətadır.

491
01:16:02,320 --> 01:16:10,820
İmam ölkənin müstəqilliyinə, xarici ağalığın rədd edilməsinə mütləq surətdə inanırdı.

492
01:16:12,770 --> 01:16:21,120
Bu illər ərzində düşmənin ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi fəaliyyətlərin

493
01:16:21,120 --> 01:16:27,170
önəmli bir hissəsinin məqsədi müstəqilliyimizə zərbə vurmaq olub;

494
01:16:27,920 --> 01:16:34,100
istər sanksiyaları, istərsə də təhdidləri ilə onlar müstəqilliyimiz hədəfə alıblar.

495
01:16:35,150 --> 01:16:39,620
Hamı sayıq olmalı, düşmənin hədəflərinin hansılar olduğunu bilməlidir.

496
01:16:40,120 --> 01:16:42,170
Bu  da əsas xətlərdən biridir.

497
01:16:42,920 --> 01:16:51,550
İmamın təfəkkürünün, İmamın yolunun, İmamın kursunun ana xətlərindən daha biri

498
01:16:52,870 --> 01:16:59,050
milli birlik məsələsidir, xalq arasında təfriqə salmağa çalışanların

499
01:17:00,120 --> 01:17:11,920
məkrli planlarına qarşı diqqətli olmaqdır – bu, qeyd edəcəyim sonuncu məqamdır – istər bu, sünni və şiələr arasında məzhəb zəminində təfriqələr olsun,

500
01:17:13,170 --> 01:17:23,150
istərsə də fars, ərəb, türk, kürd, lor, bəluc və bu kimi etnoslar arasında etnik mənsubiyyət zəminində təfriqələr.

501
01:17:24,820 --> 01:17:29,470
Təfriqə salmaq düşmənin qəti siyasətlərindən biri idi

502
01:17:30,870 --> 01:17:39,700
və dahi liderimiz İmam Xomeyni ilk gündən milli birliyin, xalqın nümayəndləri arasında vəhdətin əhəmiyyətini inanılmaz bir səylə vurğulayırdı.

503
01:17:40,920 --> 01:17:48,020
Bu, onun əsas prinsiplərindən biridir. Bu gün biz bu prinsipi də ciddi surətdə izləməliyik.

504
01:17:49,000 --> 01:17:55,750
Özünüz görürsünüz ki, bu gün dünya arenasında imperialistlərin başlıca siyasətlərindən biri

505
01:17:56,600 --> 01:17:59,870
İslam dünyasının içərisinə konfliktlər salmaqdır.

506
01:18:01,020 --> 01:18:08,270
Amerikalılar işi o yerə çatdırıblar ki, artıq  şiə-sünni adı çəkirlər:

507
01:18:08,800 --> 01:18:16,050
şiələrin İslamı, sünnilərin İslamı. Birini müdafiə, digərinə hücum edirlər.

508
01:18:16,450 --> 01:18:25,750
Halbuki İran İslam Respublikasının ilk gündən bəri məzhəb ixtilafı məsələsinə yanaşması

509
01:18:26,470 --> 01:18:30,350
tam olaraq birmənalı olub.

510
01:18:31,000 --> 01:18:37,000
Biz sünni məzhbəli fələstinli qardaşlarımızla

511
01:18:37,700 --> 01:18:43,800
eynilə şiə məzhəbli livanlı hizbullahçı qardaşlarımızla davrandığımız kimi davranmışıq. Biz hər yerdə eyni münasibət sərgiləmişik.

512
01:19:35,820 --> 01:19:43,450
Dahi liderimizin ölkə daxilində məzhəblərə yanaşması bu idi. İslam Respublikasının da İslam dünyasına yanaşması

513
01:19:44,600 --> 01:19:53,770
vahid ümmət prinsipi üzərində qurulub; biz bütöv İslam ümməti ideyasını rəhbər tuturuq.

514
01:19:55,620 --> 01:20:06,270
Bu gün Amerikanın ikinci əl nökərlərinin ortaya atdığı şiə hilalı məsələsi

515
01:20:07,770 --> 01:20:11,620
təfriqəçi siyasətlərin göstəricisidir.

516
01:20:13,770 --> 01:20:19,870
Amerikalıların, apardığı geniş təbliğata baxmayaraq,

517
01:20:20,670 --> 01:20:33,150
elə İraq və Suriyadakı həmin təkfirçi qruplaşmaları dəstəkləmələri də onu göstərir ki,

518
01:20:34,800 --> 01:20:43,400
İslamın, müsəlmanların, İslam Respublikasının düşmənləri üçün İslam dünyasında konfliktlərin qızışdırılması

519
01:20:45,650 --> 01:20:49,120
olduqca böyük rola malikdir (yəqin ki hələ müəyyən məqamlarda özləri onlara gizli şəkildə yardımlar edirlər,əlaltıları isə açıq-açığına bu qruplaşmaları dəstəkləyir).

520
01:20:49,120 --> 01:20:59,100
Buna hamı diqqət yetirsin – şiələr də, sünnilər də. Düşmənin oyununa düşməsinlər.

521
01:20:59,420 --> 01:21:04,400
İslam Respublikasının düşmənləri üçün İslam dünyasında konfliktlərin qızışdırılması olduqca böyük rola malikdir

522
01:21:04,400 --> 01:21:13,220
(yəqin ki hələ müəyyən məqamlarda özləri onlara gizli şəkildə yardımlar edirlər, əlaltıları isə açıq-açığına bu qruplaşmaları dəstəkləyir).Buna hamı diqqət yetirsin – şiələr də, sünnilər də. Düşmənin oyununa düşməsinlər.

523
01:21:15,150 --> 01:21:20,700
Amerikanın himayə etdiyi sünnilik də,

524
01:21:21,950 --> 01:21:30,420
Londonun mərkəzindən dünyaya ixrac olunan şiəlik də

525
01:21:30,500 --> 01:21:34,900
bir-birinin tayıdır. Hər ikisi şeytanın qardaşlarıdır,

526
01:21:35,570 --> 01:21:39,700
hər ikisi Amerikanın, Qərbin və imperializmin əlaltısıdır.

527
01:21:58,820 --> 01:22:08,750
Mənim bu ilin əvvəlində haqqında söz açdığım, sonradan da

528
01:22:10,050 --> 01:22:16,200
dəfələrlə vurğuladığım söz və ürək birliyi məhz bu baxımdan əhəmiyyətlidir.

529
01:22:17,570 --> 01:22:24,920
Ölkənin daxilində müxtəlif məzhəblərdən, müxtəlif etnoslardan olan

530
01:22:25,270 --> 01:22:33,020
qardaş və bacılarımız əl-ələ verib yumruq kimi birləşməlidirlər

531
01:22:34,050 --> 01:22:36,700
– necə ki, əlhəmdulillah, bu günə qədər elə bu cür də olub

532
01:22:37,020 --> 01:22:44,570
– düşmənin İslam dünyasının ərazisinə nüfuz etməsinə imkan verməməlidirlər.

533
01:22:44,570 --> 01:22:54,750
Daha böyük və geniş miqyasda da sünni və şiə qardaşlar bir olmalı

534
01:22:54,920 --> 01:23:01,370
və bilməlidirlər ki, ortada İslamın bilavasitə varlığını təhdid edən bir düşmənçilik var.

535
01:23:01,370 --> 01:23:04,020
Bu da İmamın izlədiyi əsas sərhədlərdən biridir.

536
01:23:04,020 --> 01:23:10,570
Mən İmamın əsas prinsiplərindən 7-sini qeyd etdim

537
01:23:12,300 --> 01:23:17,520
və sözsüz ki, İmamın başlıca ideya və prinsipləri bunlarla məhdudlaşmır.

538
01:23:19,420 --> 01:23:28,200
Qoy başqaları da bu mövzuda araşdırma aparsınlar, intəhası hərə öz xoşuna gələn fikri İmama aid etməsin.

539
01:23:29,620 --> 01:23:39,600
İmama aid etdiyimiz hər bir şeyə onunla bağlı mənbələrdə rast gəlinməlidir;

540
01:23:39,600 --> 01:23:47,000
özü də bir yox, bir neçə dəfə, dönə-dönə, ardıcıl olaraq. Mənim qeyd etdiyim bu 7 məqam kimi.

541
01:23:48,030 --> 01:23:55,130
İmamın illər boyu etdiyi çıxışlara müraciət etsəniz, görərsiniz ki,

542
01:23:55,700 --> 01:24:02,000
əvvəldən axıra qədər bütün bəyanatlarda həmin fikirlərə rast gəlinir;

543
01:24:02,000 --> 01:24:08,830
əsas prinsiplər bax belə olmalıdır. Qoy başqaları da bu metod əsasında araşdırma aparıb İmamın digər prinsip və ideyalarını üzə çıxarsınlar.

544
01:24:09,430 --> 01:24:13,930
İmamın şəxsiyyətinin eyni dərəcədə həm həddən artıq simpatiya, həm də həddən artıq antipatiya yaratmasının səbəbi bu prinsip və ideyalar idi.

545
01:24:15,000 --> 01:24:18,530
Biz də istəyirik ki, kimlərdəsə simpatiya, kimlərdəsə antipatiya

546
01:24:19,660 --> 01:24:24,260
yaratmağımızın səbəbi həmin prinsiplər olsun.

547
01:24:26,800 --> 01:24:35,730
Bunu da hamı bilsin ki, düşmənin cürbəcür sifətə düşməkdə

548
01:24:36,430 --> 01:24:40,060
və dona girməkdə məqsədi ölkədə ağalığı ələ keçirməkdir;

549
01:24:40,960 --> 01:24:44,030
görürsünüz, gah qaş-qabaq tökürlər,

550
01:24:45,530 --> 01:24:52,260
gah üzümüzə gülürlər, gah vəd verir, gah da təhdid edirlər.

551
01:24:53,160 --> 01:25:04,130
Düşmən bu ölkədə qeyd-şərtsiz ağalıq etdiyi dövrana qayıtmaq istəyir.

552
01:25:05,200 --> 01:25:12,900
İslam dini  bu qayıdışın qəti əleyhinə olduğu üçün,

553
01:25:13,860 --> 01:25:22,960
düşmənin bu məkrli planı qarşısında müqavimət göstərən qüvvə İslam dini olduğu üçün, bu dinin əleyhinədirlər.

554
01:25:23,930 --> 01:25:28,560
Düşmən ona görə islama qarsi çıxırkı,

555
01:25:29,330 --> 01:25:38,960
islam təlimlərinin, bu dinin hökmlərinin, onun  qarsısında keçilməz səd qurduğunu bilir.

556
01:25:40,060 --> 01:25:48,560
Bizim xalqımızın əleyhinədilər, çünki xalq onların qarşısında dağ kimi durub.

557
01:25:49,130 --> 01:26:02,260
Xalq arasında da düşmənə daha güclu müqavimət göstərənlərin daha çox əleyhinədirlər.

558
01:26:03,360 --> 01:26:06,530
Daha çox isə mömin, ruhani insanların,

559
01:26:07,300 --> 01:26:12,230
inqilabi qurum və təşkilatların,

560
01:26:13,230 --> 01:26:17,030
Allah yolunda çalışıb-vuruşan qüvvələrin əleyhinədirlər.

561
01:26:17,760 --> 01:26:26,200
Çünki bunların düşmənlərin qarşısında möhkəm və keçilməz sədd olduğunu bilirlər.

562
01:26:26,360 --> 01:26:34,000
Düşmən müstəmləkəçilik dərdindədir və onun bütün səyləri

563
01:26:34,730 --> 01:26:40,660
İslam Respublikasının bu xalqın inkişaf, tərəqqi

564
01:26:41,560 --> 01:26:48,900
və yüksəlişinin mayası olmuş dini hərəkatının qarşısını almağa yönəlib.

565
01:26:49,500 --> 01:26:58,800
Amerikanın keçmiş siyasət adamlarından biri belə bir fikir səsləndirmişdi ki, “təkfirçi terror qruplaşmaları

566
01:26:59,660 --> 01:27:04,100
biz qərblilər üçün heç bir əhəmiyyət kəsb etmir, qoy olsunlar, eybi yoxdur,

567
01:27:04,930 --> 01:27:08,330
bizim üçün mühüm olan İran İslam dövlətidir.

568
01:27:09,130 --> 01:27:14,100
Çünki İranda hakimiyyətdə olan İslam dövləti  möhtəşəm bir İslam sivilizasiyası formalaşdırmaq niyyətindədir

569
01:27:14,730 --> 01:27:23,960
(əlbəttə ki, o, “imperatorluq” ifadəsini işlətmişdi ki, bu, yanlışdır).

570
01:27:24,830 --> 01:27:32,460
Odur ki biz İran İslam dövlətini özümüzə əks cəbhədə görməli və mühüm düşmənimiz bilməliyik”.

571
01:27:33,130 --> 01:27:37,830
Bu fikirlər bizə vahid ümmət yaratmağın əhəmiyyətini də çatdırır.

572
01:27:38,530 --> 01:27:42,630
Sizin üçün qeyd etmək istədiklərim bunlar idi.

573
01:27:43,000 --> 01:27:48,160
Əziz qardaşlar, bu gün siz uzaq yollar qət edib müxtəlif şəhərlərdən bura təşrif gətirmisiniz.

574
01:27:48,760 --> 01:27:51,430
Hamınızı salamlayır, yorulmayasınız deyirəm.

575
01:27:51,930 --> 01:27:54,560
Allah-taala hamınızı qorusun, inşallah.

576
01:27:54,620 --> 01:28:00,050
Pərvərdigara! Səni and veririk Məhəmmədə (s) və onun ailəsinə,

577
01:28:00,450 --> 01:28:08,260
bu böyük və nəcib xalqa Öz rəhmət və bərəkətini nazil et.

578
01:28:09,640 --> 01:28:16,220
Pərvərdigara! Bu nurlu yolu bizim üzümüzə açmış

579
01:28:16,420 --> 01:28:24,000
o dahi insana, o böyük liderə Öz rəhmət və bərəkətini nazil et.

580
01:28:25,510 --> 01:28:32,130
Pərvərdigara! Bizi bu yolun sadiq yolçularından et

581
01:28:32,640 --> 01:28:37,280
və bizə bu yolda şəhid olaraq ölməyi nəsib et.

582
01:28:38,820 --> 01:28:48,640
Pərvərdigara! İmam Mehdi Sahibəzzamanın (Ruhumuz ona fəda olsun!) müqəddəs qəlbini bizdən razı və məmnun et.

583
01:28:50,280 --> 01:28:53,420
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.