﻿1
00:00:08,770 --> 00:00:10,420
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:10,820 --> 00:00:18,910
Əziz qardaşlarımıza “Müsəlman Kürd Pişmərgə” şəhidlərinin

3
00:00:20,310 --> 00:00:27,820
əziz xatirəsini yaşatmaq,

4
00:00:27,820 --> 00:00:34,110
və onların göstərdikləri fədkarlığın unudulmaması üçün

5
00:00:35,710 --> 00:00:39,340
göstərdiyiniz səylərə, çəkdiyiniz zəhmətlərə görə öz təşəkkürümü bildirirəm.

6
00:00:40,940 --> 00:00:50,600
Eyni zamanda cənab Hüseyniyə, cənab komandir Rəcəbiyə,

7
00:00:50,600 --> 00:00:54,050
və köhnə dostum cənab Mollaqadirə etdikləri çıxışlarına görə də çox sağ ol deyirəm.

8
00:00:54,220 --> 00:00:58,800
Allah sizin hamınıza müvəffəqiyyət nəsib etsin, köməyiniz olsun.

9
00:01:00,110 --> 00:01:17,600
Bəli, qeyd etdiyiniz kimi, Kürdmənşəlli bölgələrdə ixlaslı və igid qardaşlar az deyildi

10
00:01:20,170 --> 00:01:28,170
və həqiqətən də Kürdlər yaşayan yerlərdə İnqilabın əsas mayası olmuş

11
00:01:29,940 --> 00:01:33,600
olmuş mömin və ixlaslı qardaşlar vardılar.

12
00:01:34,680 --> 00:01:46,450
Onların ən seçmələri, “Müsəlman Kürd Pişmərgələr” qruplarında birləşmiş cavanlar idilər.

13
00:01:46,710 --> 00:01:54,340
Həmin cavanlar əllərinə silah alıb döyüş meydanlarına getdilər; bunu edərkən də, onlar həm öz həyatlarını,

14
00:01:54,570 --> 00:01:58,850
həm də yaxınlarının həyatlarını təhlükəyə atırdılar. Bu önəmli bir məqamdır.

15
00:01:58,940 --> 00:02:04,400
Əgər Isfəhanda, Tehranda, Yəzddə, Məşhəddə, Təbrizdə

16
00:02:05,570 --> 00:02:12,880
hanısa bir ailənin övladı döyüş meydanına atılaraq şəhid olsaydı,

17
00:02:12,880 --> 00:02:21,220
həmin ailəyə qarşı insanlar öz sədaqətlərini göstərərdilər. Həmin ailələri təhdid etməyə nə kimsənin cürəti çatardı,

18
00:02:21,940 --> 00:02:25,420
nədəki ümumiyyətlə kimsə təhdid fikrinə düşməzdi.

19
00:02:25,420 --> 00:02:31,820
Amma Kürdüstanda durum belə deyildi; orada övladları şəhid olan

20
00:02:31,820 --> 00:02:40,400
yaxud müharibədə iştirak edən bəzi ailələr əksinqilabçı qrupların təhdidinə məruz qalırdılar.

21
00:02:41,420 --> 00:02:48,420
“Müsəlman Kürd Pişmərgələr” qrupunun üzvü olan, döyüş meydanına igidcəsinə atılan bir gənc –

22
00:02:48,420 --> 00:02:55,620
mənim yaxşı yadımdadır və bu qrupla yaxından tanış idim, özüm dəfələrlə oralara gedib şahid olmuşam,

23
00:02:55,710 --> 00:03:06,200
gənclər gəlirdilər – gedirdilər -  həm öz həyatını, həm də

24
00:03:06,850 --> 00:03:09,540
yaxınlarının həyatını təhlükəyə atırdı.

25
00:03:09,540 --> 00:03:11,910
Onlar belə olacağını bilmələrinə rəğmən yenə də döyüş meydanlarına gəlirdilər.

26
00:03:12,220 --> 00:03:18,140
Bu qeyd etdiklərim çox əhəmiyyətlidir. Onlar sınaqdan yaxşı çıxdılar; həqiqəti desək sınaqdan üzüağ çıxdıar.

27
00:03:18,820 --> 00:03:25,820
İlk gündən etibarən düşmən Kürdmənşəlli məntəqələri hədəfə aldı; iki səbəbə görə;

28
00:03:25,910 --> 00:03:34,800
biri etnik mənsubiyyət, digəri isə məzhəb. Bu iki cəhətə görə məsələyə təsir edə biləcəklərinə umid edirdilər;

29
00:03:36,600 --> 00:03:44,200
Bəluçestanda bir yolla, Türkmən səhrasında bir yolla, Kürdüstanda da başqa bir yolla.

30
00:03:44,650 --> 00:03:51,140
Kürdüstan məntəqəsində diktator rejimin

31
00:03:51,140 --> 00:03:57,910
Təhlükəsizlik organlarının arxivində gizli saxlanılan sənədlərin hamısı bizim əlimizə düşdü;

32
00:03:57,910 --> 00:04:02,110
beləcə biz onların kürdlərlə əlaqəli siyasətlərinin nədən ibarət olduğunu və orada hansı işləri gördüklərini anladıq.

33
00:04:03,220 --> 00:04:07,680
Onlar İslam İnqilabının qələbəsindən sonra bu siyasətdən istifadə etmək,

34
00:04:08,770 --> 00:04:14,340
Kürdüstan bölgəsini qeyri – sabit

35
00:04:14,340 --> 00:04:18,570
və inqilaba zərbə mərkəzinə çevirmək niyyətində idilər. Məqsəd bu idi.

36
00:04:20,200 --> 00:04:23,820
Bunun üçün də fərqli şüarlar - bəziləri solçu,

37
00:04:23,820 --> 00:04:26,050
bəziləri isə, hətta İslami şüarlar səsləndirirdilər.

38
00:04:26,510 --> 00:04:31,740
Elə həmin bu Kürdüstan bölgəsində – İslamın əleyhinə olan əksinqilabçılar

39
00:04:31,740 --> 00:04:33,740
Quran ayəsi oxuyurdular -

40
00:04:34,280 --> 00:04:38,510
hamısı yadımdadır, bu hadisədə iştirak edənlərin də hamısı bunu xatırlayır –

41
00:04:38,970 --> 00:04:46,250
amma əslində İnqilab əleyhinə, Amerikanın, sionist rejimin maraqları üçün çalışırdılar

42
00:04:46,250 --> 00:04:53,050
və həmin bölgənin sabitliyini pozmaq üçün bütün imkanlardan istifadə edirdilər.

43
00:04:53,820 --> 00:04:56,540
lakin bu bölgənin sabitliyi pozulmadı.

44
00:04:56,540 --> 00:05:05,140
Bəli, ölkənin müxtəlif yerlərindən olan gənclərimiz döyüşmək üçün Kürdüstana gedirdilər, amma əgər Kürd xalqının ürəyində inqilaba sevgi olmasaydı

45
00:05:05,220 --> 00:05:08,140
bu cavanlarımız yenə də orada bir iş görə bilərdilər? Aydın məsələdirki yox;

46
00:05:08,800 --> 00:05:13,820
Kürd xalqı onlarla olmasaydı oraya göndərdiyimiz insani qüvvədən

47
00:05:14,050 --> 00:05:19,250
on qat artığını göndərmiş olsaydıq belə cavanlarımız heç bir iş görə bilməzdilər;

48
00:05:19,800 --> 00:05:24,050
Kürd xalqı və bir çox din alimləri onların tərəfində idilər.

49
00:05:24,740 --> 00:05:29,140
Bəzi Kürd din alimləri elə əksinqilabçılar tərəfindən şəhid edilmişdi,

50
00:05:29,140 --> 00:05:32,250
buna misal olaraq bir neçə il bundan əvvəl şəhid edilmiş mərhum Şeyxulislamın adını çəkmək olar;

51
00:05:32,620 --> 00:05:39,050
bu ixlaslı və saf insanı Sənəndəcdə şəhid etdilər.

52
00:05:39,170 --> 00:05:46,510
Buna görə də həmin məntəqədə görülən işlər məhz bu qardaşlarımızın zəhməti nəticəsində baş verdi.

53
00:05:46,650 --> 00:05:51,850
Bu məntəqə ilə bağlı mənim çoxlu xatirələrim var; Pavə haqqında bir az əvvəl cənab Mollaqadir danışdı.

54
00:05:51,850 --> 00:05:59,080
Yadımdadır, Pavə hadisələrindən sonra birinci dəfə biz ora getmışdik, hava da soyuq idi,

55
00:05:59,340 --> 00:06:05,450
şəhərin mərkəzinə getdik, oraya toplanmış gəncləri gördük və onlarla birlikdə məscidlərinə getdik.

56
00:06:06,740 --> 00:06:14,910
Həqiqətən də, bu bölgədə insanlar öz evlərində keçirdikləri qəribçilik hissinə rəğmən

57
00:06:14,970 --> 00:06:21,340
İslam Respublikası üçün çalışırdılar, xidmət göstərirdilər və zəhmət çəkirdilər.

58
00:06:21,480 --> 00:06:23,020
Doğurdan da bu belə idi.

59
00:06:23,420 --> 00:06:28,080
Şükürlər olsun ki çəkilən zəhmətlər nəticəsiz qalmadı. Elə bu gün də bu ərazidə insanların İnqilaba olan münasibəti əvvəlki kimidir.

60
00:06:28,080 --> 00:06:33,800
Önəmli olan bizim, düşmənin əlini əlinin üzərinə qoyub oturmadığını bilməyimizdir.

61
00:06:34,540 --> 00:06:39,680
Əgər biz təsəvvür etsək ki, düşmən sakit otracaq, bu düzgün olmaz –

62
00:06:39,880 --> 00:06:50,600
düşmən bacardığı qədər düşmənçilik edəcək, plan çəkəcək, işini davam etdirəcəkdir,

63
00:06:51,080 --> 00:06:55,200
ixtiyarında maliyyə imkanları, geniş kəşfiyyat

64
00:06:55,910 --> 00:07:00,280
və təbliğat vəsaitləri vardır durmadan, çalışırlar;

65
00:07:00,280 --> 00:07:04,970
Biz ayıq-sayıq olmalıyıq.

66
00:07:05,170 --> 00:07:11,280
Qeyd etdiyim kimi, şiəlik və sünnülük məsələsi olduqca mühüm məsələdir.

67
00:07:12,540 --> 00:07:17,250
Ona görə də bu məsələnin üzərində israrla dayanıblar.

68
00:07:18,110 --> 00:07:23,450
Məzhəb təəssübkeşliyini hər iki tərəfdə,

69
00:07:24,600 --> 00:07:33,650
həm şiə həm də sünnü tərəfdə alovlandırmağa çalışırlar.

70
00:07:33,650 --> 00:07:40,880
Bəli, bu kimi məsələlərdə bir qrup insanlar da məlumatsızlıq ucbatından onların oyuncağına çevrilir.

71
00:07:41,680 --> 00:07:48,220
Ölkənin mənafeyini düşünən vətəndaşlar onların əsrinə çevrilməmək üçün diqqətli olmalıdılar.

72
00:07:50,370 --> 00:08:01,280
Reallıq budur ki, sünnü tərəfkeşliyi adı altında şiyələrə hüçüm edib

73
00:08:01,740 --> 00:08:14,310
və öz düşmənçiliyində həddini aşan bir sünnü məzhəbin əslində İslam və sünnülüklə heç bir əlaqəsi yoxdur.

74
00:08:14,820 --> 00:08:17,200
Eyni sözlər şiələr haqqında da keçərlidir;

75
00:08:17,710 --> 00:08:26,540
şiələr arasında da əhli sünnəyə qarşı təəssübkeşlik alovunu körükləyən qüvvələr vardır,

76
00:08:26,540 --> 00:08:33,110
halbuki onların heç biri dini ideyanın daşıyıcısı deyillər. Bəs bu kimi qarşıdurma yaradanlar məqsədlərinə çatmaq üçün

77
00:08:33,420 --> 00:08:41,170
kimlərdən istifadə edirlər? Ətrafdakı hadisələri düzgün və obyektiv şəkildə analiz edə bilməyən

78
00:08:41,280 --> 00:08:53,480
orta düşüncəli, dini marağı olan, düşmənin məqsədini anlamaq üçün yetərincə ağlı, diqqəti və müdrüklüyü olmayan qüvvələrdən faydalanırlar.

79
00:08:54,540 --> 00:08:56,620
Düşmən hər iki tərəfdən təxribata sövq edir,

80
00:08:56,880 --> 00:09:02,050
buna görə də hamımız ehtiyatlı davranmalı, bu fitnənin reallaşmasına yol verməməliyik.

81
00:09:02,340 --> 00:09:09,710
Şiə və sünnülük arasında konfilikt yaratmaqda ingilislərin

82
00:09:09,800 --> 00:09:12,050
amerikalılara nisbətən

83
00:09:12,280 --> 00:09:21,200
daha təcrübəli olduqlarını mən hələ çox əvvəllər demişdim.

84
00:09:21,250 --> 00:09:25,970
Bəli, onlar tərəfləri bir birinə qarşı qoymaq üçün nəyi necə edəcəklərini bilirlər.

85
00:09:26,650 --> 00:09:31,800
Birdə görürsən elə danışırlar ki, sanki sünnülüyün tərəfdarıdırlar –

86
00:09:31,800 --> 00:09:44,680
siz özünüz də gördünüz, Amerika konqressi Ərəb - İraq sünnülərini müdafiə etmək üçün necə plan hazırlayır!

87
00:09:45,020 --> 00:09:50,820
Yaxşı, indi doğurdanmı onlar əhli – sünnənin mənafeyini düşünürlər?

88
00:09:51,140 --> 00:09:58,200
Onlar İslamı xatırladan hər bir şeyin əleyhinədilər, ona görə də onlar üçün şiəlik və sünnülük arasında fərq yoxdur,

89
00:09:59,850 --> 00:10:01,850
bu məqama xüsusi diqqət edilməlidir.

90
00:10:02,220 --> 00:10:09,480
Buna görə də məzhəb faktoru önəmli bir məsələdir. O ki qaldı etnik mənsubiyyət məsələsinə - xoşbəxtlikdən kürdlərlə əlaqəli etnik mənsubiyyət problemi gündəmdə yoxdur

91
00:10:09,710 --> 00:10:12,570
və düşmən konfilikt yaratmaq üçün Kürd faktorundan istifadə edə bilməz.

92
00:10:12,570 --> 00:10:16,910
Halbuki bir sıra ölkələrdə Kürd amilindən yaxşıca yararlanırlar, amma İranda bu amildən istifadə edə billməyəcəklər. Etnik mənsubiyyət məsələsi ciddi problemdir.

93
00:10:17,080 --> 00:10:19,110
Ona görə də düşmənin əlinə hər hansısa bəhanə verilməməlidir.

94
00:10:20,480 --> 00:10:25,800
Cənab Mollaqadir mədəni tədbirlərlə əlaqəli yürütdüyü fikirlərində tamamilə haqlıdır. Mədəni tədbirlərin keçrilməsi çox yaxşıdır.

95
00:10:25,800 --> 00:10:33,080
“Müsəlman Kürd Pişmərgə” şəhidləri ilə bağlı keçirdiyiniz bu tədbirin özü də əslində

96
00:10:33,080 --> 00:10:38,510
mahiyyət etibarı ilə mədəni bir tədbirdir; əgər bu işi gələcəkdə də inşaallah yaxşı və hərtərəfli şəkildə həyata keçirsəniz,

97
00:10:38,970 --> 00:10:43,540
bunun özu də dəyərli mədəni bir tədbir olacaqdır, bu işi davam etdirin.

98
00:10:43,600 --> 00:10:49,200
Eyni zamanda iqtisadiyyat və xidməti sahədə də bir sıra işlər görülməlidir; həqiqətəndə bizim gənclər bekar qalmamalıdırlar.

99
00:10:49,740 --> 00:10:57,370
Bekarçılıq fəsad mənbəyidir, bu səbəbdən də gənclərə aid olan problemlər birinci dərəcəli məsələlərdir.

100
00:10:57,510 --> 00:11:01,370
Başladığınız bu işləri ən yaxşı şəkildə sona çatdırmaq üçün

101
00:11:01,480 --> 00:11:06,680
ümid edirəm, Allah taala sizin hamınıza uğur nəsib edəcək inşaallah.

102
00:11:07,250 --> 00:11:09,420
Allahın salamı və rəhməti üzərinizə olsun.