﻿1
00:00:08,490 --> 00:00:11,020
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:12,430 --> 00:00:15,880
Peyğəmbərimiz və mövlamız Əbülqasim Mustafa Muhəmmədə və onun pak ailəsinə salam və salavat göndəririk.

3
00:00:25,120 --> 00:00:35,210
Hörmətli görüş iştirakçıları, əziz qonaqlar,

4
00:00:37,310 --> 00:00:45,560
bu böyük, tarixi və misilsiz bayram münasibətilə sizi, İran xalqını

5
00:00:48,350 --> 00:00:52,750
və yer üzünün bütün müsəlmanlarını,

6
00:00:56,480 --> 00:01:08,170
habelə qəlbi ədalət, insanlıq və azadlıq uğrunda döyünən bütün insanları təbrik edirəm.

7
00:01:11,150 --> 00:01:19,020
Besət təkcə müsəlmanların yox, hamının bayramıdır.

8
00:01:24,310 --> 00:01:42,350
Besət bayramı, besət gününün bayram edilməsi, əslində, daha çox bunun üçündür ki,

9
00:01:43,420 --> 00:01:53,680
biz besətin mahiyyətini bir daha nəzərdən keçirib ondan ibrət dərsi götürək; məqsəd budur.

10
00:01:54,400 --> 00:02:00,750
Besətin ibrətverici dərslərinə bizim həmişə ehtiyacımız var.

11
00:02:02,400 --> 00:02:09,910
Besət yalnız müəyyən bir etap üçün əhəmiyyət kəsb edən tarixi bir hadisə deyil;

12
00:02:10,710 --> 00:02:13,280
tarixin bütün dövrləri üçündür.

13
00:02:14,530 --> 00:02:26,000
Bu gün mən besətin böyük bir çoxluq təşkil edən dərsləri içərisindən

14
00:02:26,000 --> 00:02:36,440
qısaca olaraq bunu qeyd etmək istəyirəm ki, besət cahiliyyətlə mübarizə aparmaq üçün gəlmişdi.

15
00:02:37,020 --> 00:02:49,110
İslam ədəbiyyatında Peyğəmbəri-Əkrəmin (s) gəlişindən əvvəlki dövr cahiliyyət adlanır.

16
00:02:50,750 --> 00:03:08,840
Elə güman etmək lazım deyil ki, bu cahiliyyət təkcə Ərəbistan yarımadasına, Məkkə, Hicaz və digər məntəqələrin ərəblərinə aid idi.

17
00:03:09,280 --> 00:03:18,750
Xeyr, bu cahiliyyət ümumi xarakter daşıyırdı. O dövrün İranı da,

18
00:03:18,970 --> 00:03:23,820
Roma imperatorluğu da cahiliyyətə qərq olmuşdu.

19
00:03:28,080 --> 00:03:36,620
İslam dini və Peyğəmbərin besəti ümumilikdə bu cahiliyyətlə mübarizə aparmaq üçün təzahür etmişdi.

20
00:03:37,460 --> 00:03:43,460
Cahiliyyət təkcə elmsizlik demək deyil.

21
00:03:45,510 --> 00:03:54,840
İslam dini ilə bağlı ədəbiyyatda cahiliyyət daha geniş şəkildə mənalandırılır.

22
00:03:55,020 --> 00:04:02,040
Elmsizlik, elmin yoxluğu cahiliyyətin bir hissəsidir,

23
00:04:04,170 --> 00:04:12,040
amma geniş mənada cahiliyyət

24
00:04:12,350 --> 00:04:24,130
şəhvət və qəzəbin insan həyatına hakim kəsilməsindən ibarətdir. Cahiliyyət bax budur.

25
00:04:27,060 --> 00:04:47,950
Cahiliyyət o deməkdir ki, cəmiyyət əksəriyyət etibarilə öz hakim dairələrinin şəhvət və qəzəb meyillərinin elə bir formada təsiri altına düşür ki,

26
00:04:48,130 --> 00:04:56,570
gözəl keyfiyyətlər onda itib-batır, rəzilliklər isə qabarıq surətdə üzə çıxır. Cahiliyyət budur.

27
00:04:59,600 --> 00:05:09,110
Cahiliyyət dövrünün insanlarının həyatında müxtəlif cür azğınlıqlar geniş bir şəkildə özünü göstərirdi:

28
00:05:10,710 --> 00:05:21,680
bir yandan cinsi və nəfsani və s. bu kimi ehtiraslar cilovlanmaz bir şəkildə tüğyan edirdi –

29
00:05:22,400 --> 00:05:28,880
həmin dövrdə Ərəbsitan yarımadasının vəziyyətinə baxın; o biri məntəqələr də eynilə o cür idi;

30
00:05:29,510 --> 00:05:39,150
ipə-sapa yatmayacaq bir şəkildə şəhvətlərə qərq olmuşdular, imkanı olan hər kəs şəhvətbazlıq edirdi –

31
00:05:40,170 --> 00:05:57,680
digər tərəfdən də şəhvətinə tabe olmuş həmin insanların qəddarlığı, dağıdıb viran etmək, qan tökmək həvəsi

32
00:05:58,220 --> 00:06:08,220
o qədər təsəvvürəgəlməz dərəcəyə çatmışdı ki, onlar hətta öz övladlarını belə öldürürdülər.

33
00:06:10,750 --> 00:06:13,950
قَد خَسِرَ الَّذينَ قَتَلوا اَولادَهُم

34
00:06:16,170 --> 00:06:20,620
–“öz övladını öldürən şəxslər”.

35
00:06:21,730 --> 00:06:24,260
– “səfehlik üzündən”;

36
00:06:25,370 --> 00:06:29,150
səfehliyin nəticəsi idi. Bu səfehlik də elə cahiliyyətdir.

37
00:06:30,530 --> 00:06:39,060
İnsanın qəddarlığı o həddə çatır ki, başqalarının uşaqları, günahsız qadınları və körpələri bir yana qalsın,

38
00:06:40,310 --> 00:06:46,750
öz övladına da rəhm etmir! Cahiliyyət budur.

39
00:06:49,420 --> 00:06:55,510
Bir yandan şəhvət, bir yandan qəzəb. O zaman həyat

40
00:06:56,350 --> 00:07:03,110
bu iki ipə-sapa yatmayan, özbaşına hissin əsirinə çevrilmişdi.

41
00:07:05,240 --> 00:07:08,660
İslam dini bu vəziyyəti dəyişmək üçün gəldi.

42
00:07:08,930 --> 00:07:14,880
Əlbəttə ki, eyni vəziyyət İran Sasani saraylarında da,

43
00:07:15,730 --> 00:07:20,840
Roma imperatorluğunun saraylarında da,

44
00:07:21,860 --> 00:07:32,480
zalım və müstəbid  hökmdarların idarə etdiyi digər saray və imperatorluqlarda da mövcud idi.

45
00:07:32,970 --> 00:07:40,440
İslam dini bütün bu çirkin reallıqlar qarşısında baş qaldırdı.

46
00:07:40,710 --> 00:07:43,150
لِلعلَمينَ نَذيرًا

47
00:07:45,640 --> 00:07:54,880
- Bütün dünyaya xəbərdarlığını etdi. İslam dininin mesajı budur.

48
00:07:57,240 --> 00:08:09,460
Bu gün də dünyamızda cahiliyyət var. Biz gözümüzü yaxşı açıb bu cahiliyyətin nədən ibarət olduğunu bilməliyik.

49
00:08:09,910 --> 00:08:23,110
Eynilə həmin şey bu gün də var – cilovlanması mümkün olmayan, haqq-hesab tanımayan, məntiqsiz şəhvətpərəstlik.

50
00:08:24,970 --> 00:08:31,240
Bu gün Qərb dünyasında şəhvətpərəstliyi meyilliliklə əsaslandırırlar.

51
00:08:31,910 --> 00:08:39,020
Deyirik, homoseksualizmə, eynicinsli münasibətlərə nəyə görə rəvac verirsiniz?

52
00:08:39,420 --> 00:08:43,510
Deyirlər ki, bu, insanlara xas olan bir meyillilikdir. Məntiqləri budur!

53
00:08:46,350 --> 00:08:56,570
Şəhvətpərəstlikdə heç bir qırmızı xətt, hədd-hüdud tanımayanlar,

54
00:08:57,060 --> 00:09:07,150
cinsi və cürbəcür insani ehtiraslarına durmadan rəvac verib irəli gedənlər

55
00:09:07,730 --> 00:09:16,220
növbə gəlib qəddarlığa çatanda da eyni vəziyyəti yaradırlar:

56
00:09:16,930 --> 00:09:29,370
insanları qətlə yetirirlər, günahsızları öldürürlər, heç bir günahı olmayan xalqları əzirlər.

57
00:09:30,040 --> 00:09:34,170
Bu gün mövcud olan cahiliyyət budur – modern cahiliyyət.

58
00:09:35,910 --> 00:09:45,600
Bu cahiliyyətlə İslamın ilkin dövrlərindəki cahiliyyətin – Quran təbiri ilə desək,

59
00:09:46,310 --> 00:09:57,950
ilkin cahiliyyətin – fərqi budur ki, bu gün cahiliyyət elm, bilik silahı ilə silahlanıb.

60
00:09:58,880 --> 00:10:05,330
Yəni insanın rahatlığı üçün şərait yaratmalı olan elm

61
00:10:06,880 --> 00:10:16,040
insanların gününü qara etmək, bəşər cəmiyyətini bədbəxt etmək üçün bir vasitəyə çevrilib.

62
00:10:16,800 --> 00:10:20,750
Bu gün dünyada hegemonluq edənlər

63
00:10:21,600 --> 00:10:28,040
məhz öz elmi nailiyyətlərinə söykənərək zorakılıq edirlər.

64
00:10:29,600 --> 00:10:36,130
Əllərindəki silahlar elmin nailiyyətidir, biliyin məhsuludur,

65
00:10:36,570 --> 00:10:45,240
ixtiyarlarında olan informasiya, təhlükəsizlik, nəhəng təbliğat imkanları –

66
00:10:46,400 --> 00:10:53,820
bütün bunlar elmin nailiyyətləridir. Bütün bunlar o şəhvət və qəzəbə xidmət edir.

67
00:10:54,880 --> 00:11:02,350
Bu gün dünya bu vəziyyətdədir. İslam cəmiyyəti belə bir reallıqla üz-üzədir

68
00:11:02,840 --> 00:11:07,150
və İslam dünyası bunu hiss etməli, dərk etməlidir.

69
00:11:11,460 --> 00:11:14,710
Bu gün cahiliyyət yenidən meydana gəlib;

70
00:11:15,680 --> 00:11:32,710
özü də daha böyük güc və imkanlarla, İslamın gəldiyi ilk günlərdə olan cahiliyyətdən yüz, bəlkə də, min dəfələrlə təhlükəli bir formada.

71
00:11:34,350 --> 00:11:40,260
Əlbəttə, Allaha şükürlər olsun ki, bu gün İslamın da imkanları daha genişdir.

72
00:11:40,400 --> 00:11:50,880
Bu gün müxtəlif imkan və vasitələrin köməyi ilə İslamın möhtəşəm gücü dünyada geniş yayılıb.

73
00:11:52,440 --> 00:12:02,840
Uğura, düşmənin məkrli planlarına qələbə çalmağa olan ümid heç də az deyil;

74
00:12:02,840 --> 00:12:11,640
çox böyük ümid var. Lazım olan isə ilk növbədə gözüaçıqlıq,

75
00:12:12,930 --> 00:12:22,000
ikinci növbədə isə əzm və təpərdir. Biz müsəlman xalqlarının ehtiyacı olan şey budur.

76
00:12:22,260 --> 00:12:26,710
Doğrudur, bu gün İslam dünyası böyük problem və çətinliklərə düçar olub.

77
00:12:27,240 --> 00:12:34,040
Öz regionunuzdakı müsəlman ölkələrinin vəziyyətinə baxın:

78
00:12:35,020 --> 00:12:43,820
Pakistan və Əfqanıstandan tutmuş Suriya, Livan və Fələstinə,

79
00:12:44,800 --> 00:12:55,510
Yəməndən tutmuş Liviyaya qədər. Bu gün Qərbi Asiya və Şimali Afrika regionundakı ölkələrin

80
00:12:56,400 --> 00:13:04,660
çoxlu problemləri var: təhlükəsizliklə bağlı problemləri var, ərazilərində qardaş qırğını gedir,

81
00:13:05,150 --> 00:13:12,480
Allahdan bixəbər qruplaşmaların işğalı altındadırlar. Bütün bunların pərdəarxasında isə

82
00:13:12,480 --> 00:13:20,530
başda Amerika olmaqla super-dövlətlərin imperialist planlarının hədəfindədirlər.

83
00:13:21,510 --> 00:13:27,600
İmperialistlər öz mənafeyini qorumaq adı ilə ortaya düşüb

84
00:13:28,040 --> 00:13:34,970
bu ölkələrdə ürəkləri istəyəni edirlər – həmin şəhvət və qəzəbin atını oynadırlar;

85
00:13:35,910 --> 00:13:43,460
yəni günahsız insanları qətlə yetirir, dinsiz qruplaşmaları himayə edirlər.

86
00:13:44,350 --> 00:13:51,550
Təbliğatları da, həqiqətən, çox genişdir, bütün bu əməllərinə cürbəcür donlar geydirirlər.

87
00:13:53,420 --> 00:14:07,550
Əvvəlki nəslin məşhur ingilis siyasətçisi olan Çörçilin – Çörçil adı biz iranlılara çox tanışdır

88
00:14:08,800 --> 00:14:15,200
–  özündə çox qəribə ironiya gizlədən bir sözü var.

89
00:14:15,200 --> 00:14:22,130
O deyir: “Həqiqət o qədər dəyərlidir ki,

90
00:14:22,800 --> 00:14:29,460
onu, mütləq, bir yalana büküb qorumaq lazımdır!”

91
00:14:29,950 --> 00:14:42,170
Məntiqə baxın! Yalan, reallığın əksinə aparılan təbliğat, həqiqətin tam tərsini demək

92
00:14:43,240 --> 00:14:48,220
– qərblilərin siyasətində insan bunları müşahidə edir.

93
00:14:48,220 --> 00:14:54,850
Bu gün amerikalılar terrorizmə qarşı mübarizə aparmaq istədiklərini iddia edirlər,

94
00:14:55,540 --> 00:15:03,480
halbuki ən təhlükəli və ən qəddar terror qruplaşmalarını onlar özləri yaradıblar.

95
00:15:03,940 --> 00:15:05,940
İŞİD-i kim yaradıb?

96
00:15:08,310 --> 00:15:17,450
İŞİD-in meydana gəlməsində başlıca rol və paya malik olduqlarını özləri etiraf ediblər.

97
00:15:20,170 --> 00:15:32,050
İŞİD kimi irili-xırdalı digər terror qruplaşmalarını Suriya, İraq və digər məntəqələrin canına kim salıb?

98
00:15:33,020 --> 00:15:48,880
İnsan qatili olan bu cinayətkarların cibinə axan dollarlar, onların istifadə etdiyi silah və texnika haradan gəlir?

99
00:15:48,880 --> 00:15:53,650
Bütün bu pullar haradan gəlir?

100
00:15:55,480 --> 00:16:07,480
Amerika siyasətinin göstərişi ilə regionun qəddar və təhlükəli terror qruplarını dəstəkləyənlər kimlərdir?

101
00:16:08,400 --> 00:16:23,370
Regionumuzda terrorizmin meydana gəlib genişlənməsində, terrorçulara yardım

102
00:16:23,420 --> 00:16:28,710
və dəstək göstərilməsində imperialzimin ən böyük rola malik olduğuna şübhə ola bilərmi?

103
00:16:30,250 --> 00:16:34,370
Bu regionun hansı nöqtəsinə baxsan,

104
00:16:34,370 --> 00:16:46,710
terror təzahürünün ortaya çıxmasında düşmənlərin xəbis barmağını müşahidə etmək olur.

105
00:16:48,020 --> 00:16:56,680
Qəzzada və İordan çayının qərb sahilində

106
00:16:56,680 --> 00:17:03,770
Fələstinə o cür təzyiqlər göstərən qondarma İsrail rejimini kim himayə edir?

107
00:17:06,140 --> 00:17:12,540
Onlara havadarlıq edən kimdir?

108
00:17:14,280 --> 00:17:19,110
Onlar üçün yolu kim açır? Onların arxasında kim durur?

109
00:17:20,140 --> 00:17:23,710
Başda Amerika olmaqla Qərb dövlətləri!

110
00:17:24,770 --> 00:17:32,620
Sonra da çıxıb şüarlar verirlər ki, “biz terrorizmə qarşıyıq”, “biz İŞİD-ə qarşıyıq”.

111
00:17:32,620 --> 00:17:40,620
Yalan deyirlər, reallığın əksini deyirlər. Cahiliyyət budur.

112
00:17:40,940 --> 00:17:47,110
Bu gün dünyada mövcud olan cahiliyyət bax budur.  Biz sayıq olmalıyıq.

113
00:17:48,600 --> 00:17:57,970
Əziz qardaşlar, əziz İran xalqı, böyük İslam ümməti, ölkələrin başında duran insanlar! Bilin ki,

114
00:17:58,680 --> 00:18:02,450
biz bu cahiliyyətin qarşısında dura bilərik.

115
00:18:24,820 --> 00:18:35,000
Bu gün imperialistlər regionumuzda vasitəli müharibələr yaratmaq kimi çirkin bir siyasət aparır.

116
00:18:36,910 --> 00:18:48,480
Öz mənafeləri xatirinə region ölkələrini, yaxud bu ölkələrdəki müyyən qrupları bir-biri ilə vuruşmağa təhrik

117
00:18:48,480 --> 00:18:54,880
və vadar edir, öz mənafelərini təmin etmək istəyirlər.

118
00:18:57,080 --> 00:19:02,140
Silah istehsal edən şirkətlərin cibini doldursunlar,

119
00:19:03,080 --> 00:19:09,620
məhv olmaq üzrə olan iqtisadiyyatlarının siyasətləri düzəlsin

120
00:19:10,050 --> 00:19:12,510
– onların məqsədi budur. Sayıq olmalıyıq.

121
00:19:13,080 --> 00:19:17,170
Fars Körfəzi regionu haqda danışırlar.

122
00:19:18,510 --> 00:19:28,310
Fars Körfəzi regionunun təhlükəsizliyi buradakı ölkələrin müştərək mənafeyidir.

123
00:19:29,310 --> 00:19:36,740
Bizim – Fars Körfəzi regionunda yerləşən ölkələrin mənafeyi müştərəkdir, biz qonşuyuq,


124 --> 
buranın təhlükəsizliyi bizim hamımızın xeyrinədir. Fars Körfəzində sabitlik və təhlükəsizlik hökm sürərsə, biz hamımız bu təhlükəsizlikdən bəhrələnəcəyik.

125
00:19:47,740 --> 00:19:57,170
Yox əgər burada təhlükəsizlik olmasa, hamımızın təhlükəsizliyi pozulacaq.

126
00:19:57,480 --> 00:20:04,110
Qeyri-sabit, təhlükəli bir Fars Körfəzi hamı üçün təhlükəli olacaq. Bu təhlükəsizliyi qorumalı olanlar isə o kəslərdir ki, Fars Körfəzi onlarındır,

127
00:20:04,250 --> 00:20:07,080
onlara aiddir, onların evidir.

128
00:20:08,510 --> 00:20:18,310
Amerika nəkarədir ki, gəlib burada Fars Körfəzinin problemləri ilə bağlı fikir bildirsin, özünə müttəfiqlər yığsın?

129
00:20:19,850 --> 00:20:24,170
Onları bu regionun təhlükəsizliyi yox, öz mənafeləri maraqlandırır

130
00:20:24,450 --> 00:20:31,170
və əgər hansısa nöqtədə təhlükəsizliyin pozulmasını lazım bilsələr, bunu edəcək və edənləri dəstəkləyəcəklər.

131
00:20:31,420 --> 00:20:42,710
Bu gün Yəməndə sabitlik pozulub; Yəmən qadın və uşaqların qətlə yetirildiyi bir meydana çevrilib.

132
00:20:43,110 --> 00:20:46,680
Bu, təhlükəsizliyin pozulması deyilmi? Bu proseslərin arxasında kim durur? Amerika.

133
00:20:48,220 --> 00:20:55,540
Təəssüflər olsun ki, bütün bunları həyata keçirənlər adı müsəlman olanlardır,

134
00:20:55,540 --> 00:21:03,220
region ölkələridir, amma onlar aldanıblar. Layihəni hazırlayan ABŞ-dır, işin arxasında duran odur;

135
00:21:06,000 --> 00:21:08,850
terrorizmə rəvac verən onlardır.

136
00:21:08,850 --> 00:21:15,200
Sonra da deyirlər ki, İran terrorizmi himayə edir. Biz terrorizmə qarşı mübarizə aparmışıq,

137
00:21:16,170 --> 00:21:18,850
terrorçulara silləmizi vurmuşuq.

138
00:21:20,570 --> 00:21:31,110
Bizim ölkəmizin daxilində düşmənin pulu və Amerikanın planı ilə terrorizm baş qaldırmışdı,

139
00:21:31,110 --> 00:21:37,850
amma İran xalqı ölkə daxilindəki bu terrorçuların başını yumruğu ilə əzdi; bundan sonra da eynilə bu cür olacaq.

140
00:21:59,710 --> 00:22:05,910
Biz öz ölkəmizdə, habelə İraqda, Suriyada, Livanda

141
00:22:06,770 --> 00:22:10,970
terrorizmə qarşı vuruşanlarla əməkdaşlıq etmişik,

142
00:22:10,970 --> 00:22:15,680
onlara öz köməyimizi göstərmişik, yenə də göstəririk; biz terrorizmə qarşıyıq.

143
00:22:17,280 --> 00:22:23,020
Bu regionun ən təhlükəli və ən murdar terrorçuları sionistlərdir.

144
00:22:24,250 --> 00:22:27,570
Biz sionistlərlə üz-üzə durub onlara qarşı mübarizə aparırıq.

145
00:22:28,740 --> 00:22:33,880
Bizim haqqımızda deyirlər ki, İran terrorizmi himayə edir! Terrorizmi himayə edən sizsiniz!

146
00:22:34,770 --> 00:22:39,850
Amerika terrorçu İsrail dövlətinin himayəçisidir.

147
00:22:41,770 --> 00:22:47,170
Amerika İŞİD-i meydana gətirib, Amerika İŞİD-i dəstəkləyib.

148
00:22:47,940 --> 00:22:56,080
Siz Suriyada insanları qətlə yetirən, insanlara diri-diri od vuran,

149
00:22:57,800 --> 00:23:02,770
ölülərin sinəsindən ürəyini çıxarıb çeynəyən terrorçuları himayə etmisiniz;

150
00:23:03,970 --> 00:23:12,200
siz bunlara havadarlıq etmisiniz, bunları ürəkləndirib ortaya salmısınız.

151
00:23:16,000 --> 00:23:24,740
Sizin pilotsuz təyyarələriniz Əfqanıstan və Pakistanda insanların evlərini viran qoyub,

152
00:23:24,940 --> 00:23:31,820
toy məclisini yasa çevirib; eyni hadisələr İraqda da baş verib.

153
00:23:32,220 --> 00:23:40,110
Bu işləri görən sizsiniz. Terrorizm sizə aiddir, terrorçu sizsiniz.

154
00:23:42,770 --> 00:23:49,080
Biz terrora qarşıyıq və istənilən terrorçu ilə mübarizə aparacağıq.

155
00:24:11,800 --> 00:24:19,910
Biz hər bir məzlumu müdafiə edəcəyik. Bu gün Yəmən xalqı məzlumdur.

156
00:24:20,020 --> 00:24:27,420
Bundan böyük zülm ola bilməz ki, haram ayda – rəcəb ayı haram aydır – müsəlmanları qətlə yetirirsiniz.

157
00:24:29,140 --> 00:24:34,450
Hətta Məkkə müşrikləri belə, rəcəb ayı çatanda müharibəni dayandırırdılar.

158
00:24:36,820 --> 00:24:45,480
Bu gün haram ayda – rəcəb ayında – yəmənli ailələri yasa oturdanlar

159
00:24:48,050 --> 00:24:51,510
o vaxtın məkkəlilərindən daha pis və çirkindirlər.

160
00:24:52,420 --> 00:25:01,170
Uydurma bəhanələrlə, yanlış arqumentlərlə, yalan iddialarla

161
00:25:01,570 --> 00:25:09,080
eyni nöqtəyə sutkada 100, 200 dəfə təyyarə ilə hücum edirlər.

162
00:25:11,080 --> 00:25:16,200
Bu xalq məzlum bir xalqdır. Yəmən xalqı məzlumdur,

163
00:25:16,200 --> 00:25:25,800
Bəhreyn xalqı məzlumdur, Fələstin xalqı xroniki şəkildə məzlumluğa düçar olub,

164
00:25:28,220 --> 00:25:32,540
bu xalq artıq uzun illərdir ki, davamlı olaraq təzyiqlərə məruz qalır.

165
00:25:33,020 --> 00:25:37,140
Biz bacardığımız qədər məzlumları müdafiə edəcəyik

166
00:25:37,420 --> 00:25:46,110
və nə qədər ki, gücümüz, imkanımız çatır, bunu etmək bizim vəzifəmizdir.

167
00:25:47,200 --> 00:25:52,680
– “Zalımın düşməni, məzlumun dostu ol”.

168
00:25:53,220 --> 00:25:58,650
Bu, Əmirəlmöminin Əlinin tapşırığıdır. Biz:

169
00:25:59,820 --> 00:26:03,570
“Zalım da, məzlum da olsa, qardaşına yardım et” – demirik.

170
00:26:03,570 --> 00:26:11,450
Bu, cahil bir şüardır ki, “Qardaşın zalım da olsa, məzlum da olsa,

171
00:26:11,450 --> 00:26:20,820
onu müdafiə və himayə etməlisən” – deyirlər. Quran isə bunu demir. İslam maarifi bunu qadağan edir.

172
00:26:20,940 --> 00:26:28,680
Zalım hər kim olsa da, ona qarşı mübarizə aparmaq və zülmünün qarşısını almaq lazımdır.

173
00:26:29,570 --> 00:26:33,310
Məzlum hər kim olsa da, onu  himayə etmək lazımdır.

174
00:26:35,740 --> 00:26:38,850
Region ölkələri ehtiyatlı olmalıdır;

175
00:26:39,450 --> 00:26:46,540
bu regionun, müsəlmanların kompakt şəkildə yaşadığı bu kompleksin düşmənləri

176
00:26:47,080 --> 00:26:53,220
bu ölkələrdə biri-birinə qarşı qorxu yaratmaq siyasəti güdürlər. Uydurma bir düşmən düzəldib

177
00:26:54,740 --> 00:27:04,800
əsas düşməni – imperializmi, təcavüzkar və zalım şirkətləri, onlardan asılı olanları,

178
00:27:05,400 --> 00:27:13,850
sionistləri diqqətdən yayındırmaq istəyirlər. Uydurma düşmən düzəltmək istəyirlər:

179
00:27:16,450 --> 00:27:22,340
ərəb ölkələrinə qarşı İran, filan etnosa qarşı filan etnos,

180
00:27:22,510 --> 00:27:31,850
şiələrə qarşı sünnilər– bütün bunlar düşmənin siyasətidir, buna qarşı mübarizə aparmaq lazımdır.

181
00:27:31,850 --> 00:27:37,140
Bu tip siyasətlərə qarşı mübarizə elə cahiliyyətlə mübarizədir.

182
00:27:38,140 --> 00:27:46,370
Bu günün modern cahiliyyəti qəddar, rəhimsiz, daşürəkli, cürbəcür,

183
00:27:47,710 --> 00:27:51,220
növbənöv alət və vasitələrlə təchiz olunmuş bir cahiliyyətdir.

184
00:27:51,910 --> 00:28:00,770
Onunla sayıqlıqla mübarizə aparmaq lazımdır və İran xalqı bu mübarizəni aparıb, bundan sonra da aparacaq.

185
00:28:02,770 --> 00:28:05,820
Sevindirici haldır ki, region xalqları artıq oyanıblar.

186
00:28:05,820 --> 00:28:15,740
Doğrudur, islami oyanışı müvəqqəti olaraq əzib sıxışdırıblar, amma bu, əzilib məhv ediləsi bir oyanış deyil.

187
00:28:17,770 --> 00:28:20,910
Gözüaçıqlıq sıxışdırılmaqla yox olan bir şey deyil.

188
00:28:22,940 --> 00:28:30,510
İran xalqı oyanıb, regionun əksər xalqları məlumatlı və oyaqdırlar.

189
00:28:30,620 --> 00:28:37,680
İslam ümməti də, Allaha həmd olsun ki, oyanış halındadır.

190
00:28:37,940 --> 00:28:39,940
Əlbəttə ki, düşmənlər müəyyən qədər irəli gedir, uğurlar əldə edir.

191
00:28:39,940 --> 00:28:41,570
لِلباطِلِ جَولَة

192
00:28:43,600 --> 00:28:46,200
– batil cövlan edər, toz-duman qaldırar.

193
00:28:47,310 --> 00:28:57,650
Bu gün Peyğəmbərin (s) besətinin yada salınması baxımından bizim öhdəmizə düşən vəzifələr bunlardır. Biz diqqətli olmalı,

194
00:28:58,800 --> 00:29:07,310
İslam ümmətinin üzərinə düşən missiyanı unutmamalı, İslam ümmətinin gücünü gözardına vurmamalıyıq.

195
00:29:07,480 --> 00:29:11,370
Xoşbəxtlikdən, İslam ümməti çox böyük bir gücə sahibdir.

196
00:29:13,110 --> 00:29:20,570
Bunun açıq-aydın sübutu da var: illərdir ardıcıl olaraq,

197
00:29:21,170 --> 00:29:27,200
var qüvvələri ilə regiondakı oyanış və müqaviməti əzməyə çalışırlar, amma buna müvəffəq ola bilməyiblər.

198
00:29:28,880 --> 00:29:35,820
Bu oyanışın mehvəri olan İslam Respublikasına qarşı 35 ildir ki, mübarizə aparırlar;

199
00:29:36,480 --> 00:29:40,250
əlhəmdulillah, məğlub olublar, bundan sonra da məğlub olacaqlar.

200
00:29:40,910 --> 00:29:53,800
Pərvərdigara, bu yolda şəhid olmuş və cihad edərək əzab-əziyyət çəkmiş bütün insanlara öz rəhmət və bağışlanmanı yağdır!

201
00:29:53,800 --> 00:30:02,050
Pərvərdigara, bizə bütün bu dərsləri öyrətmiş, bu yolu bizim üzümüzə açmış  İmam Xomeynini (r.ə)

202
00:30:02,850 --> 00:30:10,250
məhşərə övliyalarınla birgə gətir! Əziz şəhidlərimizi məhşərə Peyğəmbərlə (s) birgə gətir.

203
00:30:10,250 --> 00:30:14,200
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.