﻿1
00:00:00,200 --> 00:00:02,000
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:04,400 --> 00:00:17,880
Vilayət  şəhidlərinizin xatirəsini yaşatmaq üçün gördüyünüz və inşaallah gələcəkdə də görəcəyiniz bu kimi işlər

3
00:00:18,440 --> 00:00:20,320
olduqca yaxşı və layiqli işlərdir.

4
00:00:22,480 --> 00:00:30,200
Təhrik olundugumuz müharibə və onu qoyduğu təsirlər -

5
00:00:31,760 --> 00:00:36,840
o cümlədən millətimizin göstərdiyi bu misilsiz isar və fədakarlıq, verdiyi bu qədər şəhidlər –

6
00:00:38,240 --> 00:00:45,840
sadə və adi bir hadisə deyil; görünməmiş, müstəsna bir hadisədir.

7
00:00:47,840 --> 00:00:56,240
Əgər bu illər ərzində baş vermiş bütün bu hadisələrə düzgün prizmadan baxsaq

8
00:00:56,480 --> 00:01:06,280
gənclərimizin göstərdiyi fədakarlığın inqilabın əbədiliyini təmin etmək  üçün daimi bir ehtiyat olduğunu görərik.

9
00:01:08,600 --> 00:01:14,720
Bu ehtiyatın istifadəsiz qalmasına imkan verməməliyik;

10
00:01:15,440 --> 00:01:21,360
yolu da budur ki, şəhidlərin xatirəsi yaşadılsın.

11
00:01:22,960 --> 00:01:31,040
Cənab Şahçeraği Simnan vilayətinin xalqımıza verdiyi töhfələri haqqında danışdı,

12
00:01:31,040 --> 00:01:34,240
onun sözləri ilə mən də həmfikrəm.

13
00:01:34,560 --> 00:01:42,640
Həqiqətən də sizin vilayət hər cəhətdən olduqca faydalı bir  vilayətdir;

14
00:01:44,640 --> 00:01:58,720
bu torpağın yetişdirdiyi inanclı insanları, elmi, ictimaii və siyasi xadimləri az deyildir.

15
00:02:00,640 --> 00:02:08,920
Bəli, həm hazırkı  həm də sabiq dövlət strukturlarında sizin vilayətdən olan ölkə başçıları vardır.

16
00:02:08,920 --> 00:02:16,080
Buna da diqqət etməyinizi istəyirəm.

17
00:02:16,760 --> 00:02:21,280
Bəzən digər vilayətlər:

18
00:02:21,400 --> 00:02:24,880
“Niyə heç kim bizim vilayətdən dövlət rəsmisi vəzifələrinə qədər yüksəlmir?” deyə qısqanclıqla söyləyirlər.

19
00:02:24,880 --> 00:02:32,720
Şükürlər olsun ki, Simnan vilayəti özünün görkəmli elmi,

20
00:02:33,600 --> 00:02:39,920
ictimai, siyasi xadimləri və şəhidləri ilə böyük  bir vilayətdir.

21
00:02:40,400 --> 00:02:43,480
Təşkil etdiyiniz bu mərasim təqdirə layiqdir;

22
00:02:43,760 --> 00:02:56,120
ümumiyyətlə günümzdə şəhidlərin anılması və bu əzizlərin xatirəsinin yaşadılması uğrunda hər hansısa bir işin görülməsi zəruridir.

23
00:02:56,480 --> 00:03:00,040
Amma bəziləri bu işi unutdurmaq istəyirlər;

24
00:03:02,160 --> 00:03:10,840
onlar İslam İnqilabının daşıdığı maarif, amal və məqsədləri ilə arası yaxşı olmayanlar,

25
00:03:11,360 --> 00:03:18,520
şəhidlərin xatirəsinin yaşadılmasını sevməyənlərdir.

26
00:03:20,200 --> 00:03:29,120
Amma bizim millətimiz şəhidləri sevir; fədakarlıq etdikləri üçün,

27
00:03:30,320 --> 00:03:34,640
öz həyat və rahatlıqlarından keçdikləri üçün,

28
00:03:35,680 --> 00:03:41,000
döyüş meydanlarına atılaraq canlarını qurban verdikləri üçün.

29
00:03:41,000 --> 00:03:43,280
Bu kiçik bir iş deyildi, böyük bir iş idi.

30
00:03:43,280 --> 00:03:53,880
Insan hər hansısa məsələ haqqında çox söz danışa bilər. Amma sıra iş görməyə, əməl etməyə çatanda, təbii ki hər kəs əməl sahibi ola bilmir.

31
00:03:54,360 --> 00:04:01,800
Əməl meydanına atılmaq üçün güclü iman,

32
00:04:01,800 --> 00:04:05,960
sarsılmaz və polad iradə lazımdır və şəhidlərimiz bunu göstərdilər.

33
00:04:07,240 --> 00:04:13,680
İndiyə kimi gördüyünüz işlər,  təqdim etdiyiniz məruzələr hamısı çox yaxşıdır. Bu işlər yaxşı işlərdir;

34
00:04:14,520 --> 00:04:24,000
Yəni onlar haqqındakı xatiələrinin qələmə alınması, adlarının anılması,

35
00:04:25,320 --> 00:04:36,520
onlara məxsus şəkil və sözlərin çoxaldılaraq yayılması bütün bunlar olduqca yaxşı işlərdir.

36
00:04:36,840 --> 00:04:43,400
Görülmüş işlər haqda təqdim etdiyiniz siyahı da olduqca təqdirə layiqdir,

37
00:04:44,280 --> 00:04:56,080
intəhası hədəfiniz bu olmalıdır ki, şəhidlik təfəkkürünə dair maarifləndirmə və o günlərin ifadə etdiyi fədakarlıq və  iman ruhiyyəsi

38
00:04:56,640 --> 00:05:02,200
sizin bugünki auditoriyanıza sözün həqiqi mənasında təsir qoysun.

39
00:05:03,400 --> 00:05:11,120
Auditoriya həmişə eyni səviyyədə olmur; mənim fikrimcə

40
00:05:11,360 --> 00:05:20,920
bugünki gəncliyin əzmi bacarığı, iradəsi, imanı, 60-cı illərin gəncliyindən heç də geri qalmır -

41
00:05:21,080 --> 00:05:31,720
bu mənim sosioloji araşdırmalar  və hesabatlara əsaslanaraq gəldiyim şəxsi qənaitimdir.

42
00:05:32,360 --> 00:05:45,640
Ancaq diqqət olunması gərəkən önəmli məsələ budur ki, bu gün ölkə gəncliyi ideoloji basqılara məruz qalır.

43
00:05:48,080 --> 00:05:58,240
60 – cı illərdə bu kimi təzyiqlər mövcud deyildi. Nəinki yox idi, var idi. Təxribat xarakterli ideoloji basqiların sadəcə 60-ci illərə, dünən  yaxud bu günə aidiyyatı yoxdur.

44
00:05:58,240 --> 00:06:04,840
həmişə olub olacaqdır. Ancaq aradakı fərq istifadə olunan üsul və vasitələrin çoxlugundadır. Bu gün vasitələr çoxdur.

45
00:06:05,040 --> 00:06:08,520
Günümüzdəki mövcud komunikasiya vasitələri ilə

46
00:06:09,520 --> 00:06:21,960
hər hansısa yanliş bir sözü, düşüncəni geniş miqyasda yaymaq mümkündür.

47
00:06:21,960 --> 00:06:29,240
Bu kimi vasitələr o günlər yox idi. Halhazırda isə hamının ixtiyarinda bu cür imkanlar var. Bunlara diqqət edin.

48
00:06:29,640 --> 00:06:36,680
Siz, məsələn cib telefonu vasitəsiylə gördüyünüz işlərə işarə etdiniz.

49
00:06:36,680 --> 00:06:39,640
Çox yaxşı, bunlar çox yaxşıdır; gördüyünüz bu işləri inkar etmirəm.

50
00:06:40,320 --> 00:06:48,760
Ancaq baxın görün bu gənclərin qəlbini iman, fədakarlıq, isar

51
00:06:48,960 --> 00:06:58,960
kimi məsələlərə necə cəlb edə, həmin keyfiyyətlərin zehinlərində güclənərək bağlılıqlarının möhkəmlənməsi üçün nə edə  bilərsiz.

52
00:06:58,960 --> 00:07:04,280
Bu məsələni arşdırın; Çünki bu insanın asanlıqla nəticə əldə edəcəyi bir məsələ deyildir.

53
00:07:07,760 --> 00:07:18,120
Bunun üçün – istər universitet, istər məktəb, istərsə də digər elm mərkəzlərində təhsil alan

54
00:07:19,760 --> 00:07:27,200
- sayı on milyonlarla olan, əksəriyyəti gənclərdən ibarət auditoriyanı tanımalısız.

55
00:07:27,200 --> 00:07:34,960
Onların hamısı bizim auditoriyamızdır, buna görə də onları həm tanımalı, həm potensiallarını bilməli,

56
00:07:35,800 --> 00:07:39,800
həm də onlarla necə ünsiyyətə girməyi öyrənməlisiz.

57
00:07:40,520 --> 00:07:45,320
Bu çox vacib məsələdir. Baxın görün nəyi necə deməlisiz.

58
00:07:45,560 --> 00:07:50,960
Sizin niyyətiniz olduqca yaxşıdır, buna şübhə yoxdur.

59
00:07:50,960 --> 00:07:56,800
Həm niyyətiniz, həm də çəkdiyiniz əziyyət diqqətə layiqdir. İntəhası

60
00:07:56,800 --> 00:08:04,560
bəzi işlərdə mütəxəssis və təcrübə sahibləri ilə məsləhətləşməyə ehtiyac vardır.

61
00:08:04,960 --> 00:08:17,280
Bu dediklərimi unutmayın və məsələni necə həll edəcəyiniz haqda düşünün. Bunun üçün isə mən sizə hələlik öz vilayətinizdən başlamağı məsləhət görərdim.

62
00:08:18,680 --> 00:08:25,200
Çıxış edənlər vilayətinizin kiçik olduğuna toxundular - əslində

63
00:08:25,200 --> 00:08:30,600
o qədər də kiçik deyildir, yəni coğrafı baxımdan sahəsi kiçik deyildir, əhalisi az ola bilər –

64
00:08:30,600 --> 00:08:33,440
ancaq kiçik bir vilayət deyildir.

65
00:08:33,440 --> 00:08:38,770
Bu vilayətin bölgələri özünün mövcud adət - ənənələri baxımından bir birindən fərqlənir.

66
00:08:39,450 --> 00:08:44,400
Məsələn Simnan və Şahrud rayonları arasında adət- ənənə oxşarlığı yoxdur.

67
00:08:44,600 --> 00:08:50,250
Siz ki özünüz vilayət camaatısız - mənim də vilayətiniz haqqında məlumatımın olmasına baxmayaraq – bu fərqi məndən daha yaxşı bilirsiz.

68
00:08:51,710 --> 00:09:00,540
Buna görə də vilayətinizə məxsus auditoriyanı və fərqli adət - ənənə mövcudluğunu nəzərə alaraq,

69
00:09:01,680 --> 00:09:09,140
baxın görün onlarla əlaqəyə necə girəcəksiniz, onlara təsir qoymaq üçün hansı sözü necə işlədəcəksiniz.

70
00:09:09,650 --> 00:09:14,340
bax, əgər konfransınız o vaxtı bu nəticələri əldə etmiş olarsa

71
00:09:14,340 --> 00:09:19,020
həqiqətən də misilsiz, böyük bir iş görülmüş olar.

72
00:09:20,740 --> 00:09:30,540
Bu iş üçün din alimlərindən, ictimaiyyətlə əlaqələr üzrə təcrübə sahiblərindən istifadə edin,

73
00:09:31,800 --> 00:09:37,850
və bu qədər aktual məsələlərin içərisindən həll etmək üçün birini seçin.

74
00:09:38,020 --> 00:09:45,650
Incəsənətin bütün sahələrindən maksimum dərəcədə yararlanın. Biraz əvvəl ifa edilən suruda işarə etdilər; bu kimi işlərin görülməsi çox önəmlidir.

75
00:09:46,220 --> 00:09:54,080
Əgər bu zəmində - məsələn, uşaqların xiyabandaykən, evdən məktəbə gedib – gələrkən

76
00:09:54,650 --> 00:09:58,820
yol boyu dodqaltı züm-zümə edəcək qədər - gözəl, təsir edici,

77
00:09:58,820 --> 00:10:04,650
mənalı surudlar hazırlaya bilsəniz çox böyük bir iş görmüş olarsız.

78
00:10:05,400 --> 00:10:13,080
Yəni əgər incəsənətin müxtəlif sahələrinin imkanlarından doğru – düzgün şəkildə istifadə etsəniz, bu sizin işinizi asanlaşdırar, yüngülləsdirər.

79
00:10:14,880 --> 00:10:17,340
Hərhalda işləmək, əziyyət çəkmək lazımdır.

80
00:10:17,970 --> 00:10:25,400
Xoşbəxtlikdən ölkədə bugün hərbi qarşıdurma hökm sürmür. Amma əvəzində ölkə siyasi,

81
00:10:25,540 --> 00:10:30,280
iqtisadi, təhlükəsizlik,

82
00:10:30,740 --> 00:10:35,110
daha da önəmlisi mədəni qarşıdurmalarla üz – üzədir. Elə bunun özü də

83
00:10:35,480 --> 00:10:46,280
bir növ müharibədir. Əgər bu haqda kimsə bilmirsə demək yatıb yuxuya qalıb. Bu həqiqətdən xəbərdar olmayan mütləq yatıb yuxuya qalacaqdır.

84
00:10:48,420 --> 00:10:56,740
Düşmənin hücuma hazırlaşdığını, haradan və nə şəkildə hücuma keçəcəyini bilməsəniz,

85
00:10:57,310 --> 00:11:02,710
əmin olun ki artıq məğlub olmusuz. Ona görədə düşmənin planından xəbərdar olmalısız.

86
00:11:02,710 --> 00:11:04,910
Bəli, ölkənin bugünki sferası bu qarşıdurmalardan ibarətdir.

87
00:11:06,000 --> 00:11:12,510
Qeyd etdiyim “mədəni qarşıdurma”, “iqtisadi qarşıdurma” ifadəsi ölkədə hökm sürən  mövcud stabillik,

88
00:11:12,510 --> 00:11:15,800
əmin – amanlıqla heç bir ziddiyyət təşkil etmir.

89
00:11:15,800 --> 00:11:20,280
Təbiiki, biz ölkədə təhlükəsizliyin tərəfdarıyıq, əmin – amanlığın hökm sürməsini istəyirik –

90
00:11:20,450 --> 00:11:25,910
yəni kütləvi həbslərin, represiyaların olmamasını, hamının təhlükəsizlik şəraitində yaşamasını istəyirik.

91
00:11:25,910 --> 00:11:30,650
Biz sözsüzki bunu istəyirik. Bunun da mənim biraz əvvəl qeyd etdiyim

92
00:11:31,000 --> 00:11:37,800
düşmən bizə qarşı xüsusi formada mümkün olduğu qədər mübarizə aparır cümləsiylə

93
00:11:37,800 --> 00:11:43,480
heç bir ziddiyəti yoxdur. Odur ki onların bu xüsusi metodlarını bilməli və mübarizə üçün çıxış yollar axtarılıb tapılmalıdır.

94
00:11:44,340 --> 00:11:49,820
Mübarizə üçün də çoxsaylı və müxtəlif yollar movcuddur. Sadəcə bəziləri anlamaq,

95
00:11:50,020 --> 00:11:55,910
yada buna inanmaq istəmir; çünki əgər inanarlarsa boyunlarına məsuliyyət götürmüş olacaqlar,

96
00:11:56,370 --> 00:11:59,480
bəzilərinin isə buna gücləri yetmir. Amma ölkənin bugünki arenasında vəziyyət bu cürdür.

97
00:12:00,000 --> 00:12:04,910
Yəni bugün ölkədə müxtəlif sahələrdə -

98
00:12:04,910 --> 00:12:15,220
qeyd etdiyim kimi iqtisadi, mədəni, siyasi sahələrdə - qarşıdurma ilə üz – üzəyik:

99
00:12:15,400 --> 00:12:18,140
و انّ اخا الحرب الا رق - Mübariz insan ayıq – sayıq olmalıdır. Yenə buyrulur:

100
00:12:19,050 --> 00:12:27,140
Əgər cəbhədəykən mürgüləsəniz, bu qarşı tərəfin də mügülməsi, səni unutması anlamına gəlmir.

101
00:12:27,140 --> 00:12:31,480
Sən düşmənini unutmusansa bu o demək deyilki düşmənin də səni unudub.

102
00:12:31,480 --> 00:12:35,200
Xeyr, sən mürgüləyə, yuxulaya bilərsən, ancaq o ayıqdır.

103
00:12:36,450 --> 00:12:41,340
Buna diqqət edin. Cünki bu olduqca mühum bir məsələdir.

104
00:12:41,340 --> 00:12:48,200
Beləliklə bu işdə səyi keçmiş, konfransın baş tutması üçün əziyyət çəkmiş

105
00:12:49,110 --> 00:12:55,400
hər birinizə öz təşəkkürümü bildirirəm.

106
00:12:55,400 --> 00:13:01,020
Bu kimi işlərin silsiləvari şəkildə görülməsi üçün on il az müddət deyildir.

107
00:13:02,310 --> 00:13:06,200
Cənab Şahçerağı qeyd etdiki  artıq on ildirki bu vəzifədədir.

108
00:13:06,310 --> 00:13:13,540
Mənim işlərini tələsmədən, səbr və hövsələ ilə görən insanlardan xoşum gəlir.

109
00:13:13,540 --> 00:13:19,650
Əgər biz bugün hansısa məslədə dərhal, tələm – tələsik qərar qəbul etsək, altı ay sonrada həmin qərarı icra etməyə başlasaq – bax o iş  alınmayacaq, heç bir nəticə verməyəcəkdir.

110
00:13:20,200 --> 00:13:25,850
Ona görə də səbr və hövsələ ilə işləmək lazımdır. Siz də işinizi təmkinlə görmüsüz.

111
00:13:26,650 --> 00:13:30,080
İnşaallah Allah taala çəkdiyiniz zəhməti qəbul edib sizə işlərinizdə uğur qazandırsın.

112
00:13:30,200 --> 00:13:32,450
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.