﻿1
00:00:09,240 --> 00:00:11,520
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

2
00:00:11,580 --> 00:00:13,680
Həmd olsun Allaha – aləmlərin rəbbinə!

3
00:00:14,180 --> 00:00:18,300
Məhəmmədə, onun pak ailəsinə,

4
00:00:20,040 --> 00:00:22,940
həmçinin Allahın yer üzündə qalan sonuncu xəlifəsinə (İmam Zamana) salam və salavat göndəririk!

5
00:00:23,160 --> 00:00:27,220
Möhtərəm cənablar, xoş gəlmisiniz.

6
00:00:29,160 --> 00:00:34,680
Xubriqan Məclisinin möhtərəm sədri cənab Yəzdinin

7
00:00:34,660 --> 00:00:38,780
qeyd etdiyi üstünlüklərdən əlavə,

8
00:00:39,360 --> 00:00:43,240
bu iclasların daha bir üstün cəhəti də var ki, şəxsən mənə aiddir.

9
00:00:44,580 --> 00:00:53,240
Bu iclaslarda mən fürsət tapıb əziz qardaşlarımızla,

10
00:00:53,980 --> 00:00:56,160
möhtərəm cənablarla yaxından görüşürəm.

11
00:00:57,900 --> 00:01:06,540
Uca Yaradandan diləyim budur ki, öhdəmizə düşən bu ağır vəzifəni,

12
00:01:07,840 --> 00:01:11,100
ən gözəl surətdə, layiqincə yerinə yetirməkdə

13
00:01:11,280 --> 00:01:14,420
sizin hamınıza, dostlarımıza uğurlar nəsib etsin.

14
00:01:17,320 --> 00:01:21,960
Əvvəla, mən Xubriqan Məclisinə sədrlik etmək məsuliyyətini öhdəsinə götürdüyü üçün

15
00:01:22,680 --> 00:01:27,760
cənab Yəzdini təbrik edirəm.

16
00:01:28,920 --> 00:01:33,360
Onun şəxsiyyəti, keçmişi, şəxsi keyfiyyətləri

17
00:01:34,100 --> 00:01:41,960
bütün bunlar bu seçimin münasib və layiqli bir seçim olduğunu göstərir.

18
00:01:42,180 --> 00:01:47,280
İnşallah ki, can sağlığı və digər müxtəlif hazırlıqlar baxımından da

19
00:01:49,020 --> 00:01:52,540
Allah-Taala ona öhdəsinə düşən vəzifələri yerinə yetirməkdə kömək edər.

20
00:01:55,220 --> 00:02:00,820
Mərhum cənab Mehdəvinin də xatirəsini ehtiramla yad edirik.

21
00:02:02,560 --> 00:02:05,540
O, görkəmli bir şəxsiyyət idi.

22
00:02:06,960 --> 00:02:17,020
Doğrudan da, inqilabın qələbəsindən əvvəlki mücahidələrindən əlavə, mərhum cənab Mehdəvinin varlığı

23
00:02:17,360 --> 00:02:20,320
İslam İnqilabının qələbəsindən sonra uzunillik bir dövr ərzində də çox effektli oldu.

24
00:02:20,940 --> 00:02:32,140
O, fəal bir ruhaninin, elminə əməl edən bir alimin bariz təzahürü idi.

25
00:02:33,520 --> 00:02:40,300
Ümidvarıq ki, Uca Yaradan onu ən layiqli şəkildə mükafatlandıracaq,

26
00:02:40,340 --> 00:02:44,900
onu Öz rəhmət və bağışlamasının kölgəsi altına alacaq.

27
00:02:45,060 --> 00:02:53,960
Aldığım məlumata görə, daxili seçki keçirdiyiniz iclas, əlhəmdulillah, çox qətiyyətli,

28
00:02:54,780 --> 00:02:58,960
bu tip seçkilərin keçirildiyi qurumlar üçün örnək ola biləcək bir şəraitdə baş tutmuşdur;

29
00:02:59,740 --> 00:03:06,840
əlhəmdulillah, tam səbat və mətinliklə,

30
00:03:06,980 --> 00:03:16,240
səsvermələrin keçirildiyi iclaslarda adətən rast gəlinən o söz-söhbətlərdən,

31
00:03:16,900 --> 00:03:21,500
xoşagəlməz hallardan uzaq bir atmosferdə böyük bir işi həyata keçirmisiniz.

32
00:03:24,120 --> 00:03:29,040
Mən regionumuza

33
00:03:30,880 --> 00:03:36,160
və ola bilsin ki, dünyaya hakim olan vəziyyəti,

34
00:03:37,920 --> 00:03:45,380
İslam Respublikası ilə bir neçə hegemon, imperialiast dövlət arasında müxtəlif məsələlər-

35
00:03:46,660 --> 00:03:52,740
istər nüvə məsələsi, istərsə də digər mövzularla bağlı mövcud olan problemləri,

36
00:03:55,180 --> 00:04:01,280
həmçinin ölkə daxilindəki iqtisadi vəziyyəti,

37
00:04:03,000 --> 00:04:08,580
müxtəlif strukturların rəsmilərinin İslam dininin məqsədlərini reallaşdırmaq, xalqın mənafeyini təmin etmək üçün

38
00:04:08,780 --> 00:04:15,460
hər birinin özünəməxsus surətdə həyata keçirdiyi tədbirləri və göstərdikləri səyləri,

39
00:04:15,880 --> 00:04:21,640
ən nəhayət, bu gün Qərb və imperializm dünyasında

40
00:04:21,740 --> 00:04:30,180
yayğın bir təzahür olan islamafobiyanı-

41
00:04:30,280 --> 00:04:38,000
bütün bunları nəzərə alaraq düşündüm ki, bu gün bir məsələnin üzərində xüsusilə dayanmaq yerinə düşər;

42
00:04:38,000 --> 00:04:47,040
Qurana bütövlükdə nəzər saldıqda və dini təlimlərdən ümumilikdə yararlandıqda biz bir şeyi anlayırıq ki,

43
00:04:47,040 --> 00:04:58,460
İslamın müsəlmanlardan istədiyi şey mükəmməl bir islami sistemin yaradılmasıdır.

44
00:05:01,360 --> 00:05:06,460
İslam bu dinin mükəmməl şəkildə reallaşdırılmasını tələb edir.

45
00:05:08,680 --> 00:05:13,280
Qurana və dini təlimlərə nəzər salqdıqda insan ümumilikdə bunu hiss edir.

46
00:05:13,280 --> 00:05:22,040
Minimal din, minimumlarla kifayətlənmək – İslam nöqteyi-nəzərindən bunlar qəbuledilməzdir.

47
00:05:23,560 --> 00:05:30,440
Bizim dini maarifimizdə minimal din deyə bir şey yoxdur.

48
00:05:30,440 --> 00:05:35,380
Əksinə, Qurani-Kərimin bir çox yerində

49
00:05:36,000 --> 00:05:41,260
bəzi dini təlimlərə etinasız yanaşaraq digərləri ilə kifayətlənmək məzəmmət olunmuşdur.

50
00:05:43,280 --> 00:05:47,900
Məsələn: “O kəslər ki, Quranı hissələrə böldülər (onun bir hissəsinə əməl etdilər, bir hissəsinə isə yox)” (“Hicr” surəsi, ayə 91) – ayəsində,

51
00:05:49,500 --> 00:05:54,560
yaxud münafiqlərlə bağlı

52
00:05:55,360 --> 00:05:59,060
““Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, – deyənlər...” (“Nisa” surəsi, 150-ci ayədən)  ayəsində buna işarə olunur.

53
00:06:01,780 --> 00:06:08,880
Hətta dinin ədalətin bərqərar edilməsi kimi

54
00:06:10,300 --> 00:06:16,520
müstəsna əhəmiyyət daşıyan hissələri belə kifayət deyil ki,

55
00:06:16,780 --> 00:06:24,060
insan bununla özünü sakitləşdirib belə düşünsün: “Biz ədalətin bərqərar edilməsi üçün çalışırıq, ədaləti bərqərar edəcəyik,

56
00:06:24,060 --> 00:06:26,780
İslamı gerçəkləşdirmiş oluruq”. Xeyr, belə deyil.

57
00:06:26,780 --> 00:06:33,540
Doğrudur, cəmiyyətdə ədalətin bərqərar edilməsi mühüm bir məsələdir.

58
00:06:34,560 --> 00:06:36,500
“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik.

59
00:06:36,840 --> 00:06:46,400
Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər”. (“Hədid” surəsi, 25-ci ayədən)

60
00:06:47,720 --> 00:06:51,080
“Hədid” surəsinin bu mübarək ayəsinə nəzər saldıqda ilk baxışdan belə görünür ki,

61
00:06:51,760 --> 00:06:58,580
peyğəmbərin göndərilməsində, kitabın və dini təlimlərin nazil edilməsində məqsəd ədaləti bərqərar etməkdir.

62
00:07:00,060 --> 00:07:06,740
لِيَقومَ النّاسُ بِالقِسط cümləsini istənilən formada mənalandırsaq belə,

63
00:07:07,820 --> 00:07:13,520
yenə də cəmiyyətdə ədalətin bərqərar edilməsinin əhəmiyyətini çatdırır;

64
00:07:13,520 --> 00:07:19,240
istər لِيَقومَ النّاسُ بِالقِسط yəni لِيُقيمَ النّاسُ القِسطَ mənasında, yəni “ba” hərfini təsirsiz feli təsirli felə çevirən önqoşma kimi götürək

65
00:07:20,100 --> 00:07:26,220
və deyək ki, yaşadıqları mühitdə ədaləti bərqərar etmək camaatın vəzifəsidir,

66
00:07:27,100 --> 00:07:32,080
istərsə də لِيَقومَ النّاسُ بِسَبَبِ القِسط kimi, yəni “ba” hərfini vasitəçilik mənası verən önqoşma kimi götürüb

67
00:07:32,420 --> 00:07:38,800
deyək ki, xalqla ədalətli davranmaq lazımdır –

68
00:07:38,800 --> 00:07:45,240
hər iki halda cəmiyyətdə ədalətin əhəmiyyəti açıqlanır.

69
00:07:45,240 --> 00:07:51,820
Lakin bu o demək deyil ki, müqəddəs dinimiz

70
00:07:51,820 --> 00:07:55,280
bizdən yalnız ədaləti bərqərar etməklə kifayətlənməyimizi,

71
00:07:55,740 --> 00:07:59,840
məsələn, İslamın digər hökmlərinə etinasızlıq göstərilsə belə,

72
00:08:00,380 --> 00:08:07,100
bütün əzm və gücümüzü ədalətin bərpasına yönəltməyimizi qəbul edir.

73
00:08:07,100 --> 00:08:09,960
Xeyr. Şərif ayədə buyurulur ki:

74
00:08:09,880 --> 00:08:17,340
“O kəslər ki, əgər onlara yer üzündə güc və imkan versək, namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər”. (“Həcc” surəsi, 41-ci ayədən)

75
00:08:19,240 --> 00:08:26,160
– yəni Allah-taalanın yer üzündə güc-qüdrət verdiyi kəslərdən gözləntisi budur ki,

76
00:08:26,160 --> 00:08:28,200
əvvəla, اَقامُوا الصّلوة – namaz qılsınlar, daha sonra isə

77
00:08:30,180 --> 00:08:36,460
– zəkat versinlər, insanları yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirsinlər; bütün işlərin sonu Allaha aiddir.

78
00:08:37,180 --> 00:08:41,840
Belə deyil ki, əgər biz ədalətin bərpasına önəm veririksə,

79
00:08:41,840 --> 00:08:46,260
namaz qılmamağa, namaza əhəmiyyət verməməyə, yaxud zəkat verməməyə,

80
00:08:46,260 --> 00:08:52,240
“əmr be məruf və nəhy əz münkər”ə etinasız yanaşmağa haqqımız var.

81
00:08:52,520 --> 00:08:58,740
Əksinə, “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin” – deyə peyğəmbərlər göndərmişik”. (“Nəhl” surəsi, 36-cı ayədən)

82
00:08:58,800 --> 00:09:04,640
– bu söz, bu məzmun Quranda bir neçə dəfə təkrar olunub

83
00:09:04,740 --> 00:09:10,940
və onu göstərir ki, Uca Yaradan peyğəmbərləri tövhid üçün,

84
00:09:11,460 --> 00:09:19,220
insanları Tağutdan çəkindirmək, Allaha ibadətə dəvət etmək üçün göndərmişdir. İşin əsasında bu durur.

85
00:09:19,820 --> 00:09:26,660
Yaxud Allah-Taalanın “Şura” surəsinin şərif ayəsində

86
00:09:27,020 --> 00:09:33,420
Nuha, İbrahimə, Musaya və digərlərinə verdiyi öyüd-nəsihətdən: “Dini doğru-dürüst tutun (qoruyub-saxlayın)” (“Şura” surəsi, 13-cü ayədən)

87
00:09:34,080 --> 00:09:37,580
ifadəsindən görünür ki, məqsəd dini bərpa etməkdir.

88
00:09:38,620 --> 00:09:41,200
Yəni dini bütövlüklə bərqərar etmək lazımdır.

89
00:09:41,320 --> 00:09:52,160
“... onda (dində) ayrılığa düşməyin...Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!” (“Şura” surəsi, 13-cü ayə)

90
00:09:52,700 --> 00:10:01,540
– yəni dinə bütövlükdə, bütün tərkib hissələri və başlıca prinsipləri ilə birgə diqqət yetirilməlidir.

91
00:10:02,160 --> 00:10:09,680
Bu yanaşmanın, yəni dinin bütünlüklə, bütün tərkib hissələri ilə birgə

92
00:10:09,800 --> 00:10:15,520
bərqərar olunmasının başlıca əleyhdarları isə

93
00:10:17,300 --> 00:10:24,100
dünyanın quldur dövlətləri, imperialistləridir:

94
00:10:24,740 --> 00:10:28,480
“Sənin dəvət etdiyin şey müşriklərə ağır gəlir”.

95
00:10:28,720 --> 00:10:33,440
Yaxud da mübarək “Əhzab” surəsinin əvvəlindəki şərif ayədə:

96
00:10:33,860 --> 00:10:42,340
“Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (“Əhzab” surəsi, 1-ci ayə)

97
00:10:42,460 --> 00:10:51,560
yəni aləmin bütün zərrələrini və onların həyatı üçün vacib olanları bilən Allah-taala

98
00:10:51,560 --> 00:10:55,240
həm alimdir, elmlidir, həm də hikmətli.

99
00:10:55,700 --> 00:11:01,400
Bu məcmunun tərkibində sənin yolunu hikmətlə müəyyənləşdirib və sən o yolla getməlisən.

100
00:11:01,400 --> 00:11:11,160
“Rəbbindən sənə vəhy olunana tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır! Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər”. (“Əhzab” surəsi, 2, 3-cü ayələr)

101
00:11:11,560 --> 00:11:22,080
Sənin bu hərəkətinə qarşı düşmənçilik edənlər olacaq. Odur ki əsas məsələ budur.

102
00:11:22,560 --> 00:11:28,620
Bizim iddiasında olduğumuz, bərqərar etməyə çalışdığımız islami quruluş, İslam dövləti –

103
00:11:29,400 --> 00:11:36,100
İslami quruluş deyəndə ölkədə xalqın və rəsmilərin ümumi fəaliyyətini təşkil edən

104
00:11:36,800 --> 00:11:43,740
potensialın məcmusu nəzərdə tutulur; buna biz hökumət quruluşu deyirik, dövlət deyirik;

105
00:11:44,700 --> 00:11:49,520
xalqın və rəsmilərin ümumi hərəkatını stimullaşdıran

106
00:11:49,520 --> 00:11:52,500
güc və potensialın məcmusu islami quruluşdur, İslam dövlətidir –

107
00:11:52,840 --> 00:11:57,400
bu dövlət yalnız o zaman həqiqətən islami mahiyyətli olar ki,

108
00:11:57,760 --> 00:12:01,040
onda İslamın bütün komponentləri qorunsun,

109
00:12:02,020 --> 00:12:06,500
siması və mahiyyəti özünü göstərsin.

110
00:12:07,180 --> 00:12:12,320
İslamın siması bizim danışdıqlarımız, səsləndirdiyimiz fikirlər, gördüyümüz işlər

111
00:12:12,540 --> 00:12:17,770
və sair zahiri məsələlərdir. İslami mahiyyət isə odur ki,

112
00:12:18,000 --> 00:12:24,670
biz qarşımıza bir məqsəd qoyaq, özümüz üçün bir hədəf, ideal nəzərdə tutaq

113
00:12:24,750 --> 00:12:31,850
və o ideala çatmaq üçün əməlli-başlı fəaliyyət proqramları quraq,

114
00:12:32,150 --> 00:12:39,020
bu yolda iş görək, irəliləyək, bütün varlığımızla çalışıb-vuruşaq.

115
00:12:39,500 --> 00:12:47,900
Belə olan halda İslamın mahiyyəti həm qorunacaq, həm də mükəmməlləşməyə doğru gedəcək.

116
00:12:48,150 --> 00:12:51,300
Yəni hansısa etapda dayanıb qalmayacaq.

117
00:12:51,620 --> 00:12:59,200
Qarşıya qoyduğumuz hədəfə çatmaq üçün bizim ehtiyacımız olan şey həmin o mükəmməl fəaliyyət proqramıdır.

118
00:12:59,750 --> 00:13:08,220
Bu gün islami hakimiyyət quruluşunun,

119
00:13:09,350 --> 00:13:14,000
konkret olaraq İslam Respublikasının düşməni olan imperialistlər

120
00:13:14,650 --> 00:13:21,250
davranış dəyişikliyindən danışırlar,

121
00:13:21,400 --> 00:13:25,670
bəzən deyirlər ki, İslam Respublikasında hakimiyyətin dəyişməsini yox, İslam dövlətinin öz davranışını dəyişməsini istəyirlər

122
00:13:25,700 --> 00:13:29,650
– bu da elə həmin şeydir. Davranışın dəyişməsi ilə dövlətin dəyişməsinin heç bir fərqi yoxdur,

123
00:13:30,020 --> 00:13:38,120
eyni şeydir; yəni İslamın mahiyyətinin dəyişməsidir. Davranışın dəyişməsi bu deməkdir.

124
00:13:39,150 --> 00:13:45,820
İslam dövlətinin öz davranışlarını dəyişməsi o deməkdir ki, siz qarşıya qoyduğunuz hədəfə aparan yolun

125
00:13:45,950 --> 00:13:50,100
mütləq və vacib tələblərindən əl çəkəsiniz,

126
00:13:50,570 --> 00:13:57,470
onlara ciddi yanaşmayasınız, əzm və qətiyyətinizi əldən verəsiniz.

127
00:13:57,470 --> 00:14:00,520
Davranışları dəyişməyin mənası budur;

128
00:14:00,520 --> 00:14:08,550
yəni bəzən müəyyən adamların çıxışlarında və yazılarında rast gəldiyimiz, “minimal din” adlandırılan şey

129
00:14:09,100 --> 00:14:16,720
– idealları azaltmaq və dolayısı ilə, əslində, elə dinin mahiyyətinin məhv olması.

130
00:14:17,650 --> 00:14:23,500
Bu minimal din, əslində, elə dinin aradan getməsi deməkdir.

131
00:14:25,950 --> 00:14:31,000
Belə olan halda bizim əsas hədəfimiz

132
00:14:31,000 --> 00:14:36,900
və mütləq hərəkət kursumuz

133
00:14:36,900 --> 00:14:41,900
İslamı bütünlüklə, tam olaraq bərqərar etmək olmalıdır.

134
00:14:42,050 --> 00:14:48,000
Yəni biz əlimizdən gəldiyi, gücümüz yetdiyi qədər çalışmalıyıq ki,

135
00:14:48,170 --> 00:14:53,670
– düzdür, Allah-taala bizdən gücümüz, imkanlarımız xaricində olan bir şeyi gözləmir,

136
00:14:54,170 --> 00:14:57,620
amma yenə də məqsədimiz, çalışdığımız bu olmalıdır ki,

137
00:14:58,020 --> 00:15:06,700
– İslam dini bizim cəmiyyətimizdə bütövlüklə, tam olaraq reallaşsın.

138
00:15:07,520 --> 00:15:12,970
Hədəfimiz bu olanda dərhal ortaya bir problem çıxır – islamafobiya.

139
00:15:13,150 --> 00:15:23,250
İslamafobiya bu gün dünyada geniş yayılmış bir təzahürdür. Mənim fikrimcə, islamafobiya qarşısında əsla passiv mövqe seçmək olmaz.

140
00:15:23,920 --> 00:15:28,820
İslamafobiya var,

141
00:15:28,820 --> 00:15:37,850
müəyyən qüvvələr xalqları, cəmiyyətləri, gəncləri, beyinləri İslamdan qorxutmağa çalışır.

142
00:15:37,850 --> 00:15:45,950
Bunlar kimlərdir? Məsələni düzgün araşdırıb təhlil etdikdə

143
00:15:46,270 --> 00:15:59,600
görürük ki, bunlar elə İslamın hakimiyyətə gəlməsindən qorxan, hegemonluq iddiasında olan bir ovuc soyğunçu dövlətdir.

144
00:15:59,600 --> 00:16:01,600
Onlar siyasiləşmiş İslamdan qorxurlar,

145
00:16:01,850 --> 00:16:08,220
İslamın cəmiyyətin yaşamında əks olunmasından qorxurlar.

146
00:16:08,220 --> 00:16:12,700
Bu qorxularının səbəbi isə mənafelərinə zərbə dəyə biləcəyini ehtimal etmələridir.

147
00:16:12,700 --> 00:16:21,170
İslamafobiya, əslində, super güclərin İslam qarşısında qorxusunun, çaşqınlığının təzahür formasıdır.

148
00:16:21,450 --> 00:16:28,300
Məsələ bundan ibarətdir. Yəni siz burada zəhmət çəkmisiniz, İran xalqı çalışıb,

149
00:16:28,300 --> 00:16:36,300
zəhmət çəkib, əzab-əziyyətə qatlaşıb, İslam dövlətini hakimiyyətə gətirib, bu hakimiyyət quruluşunu təsbit edib,

150
00:16:36,300 --> 00:16:43,970
əsaslarını möhkəmləndirib, cürbəcür olaylar qarşısında ona toxunulmazlıq və təhlükəsizlik qazandırıb,

151
00:16:44,100 --> 00:16:50,000
bunlar elə İslamın hakimiyyətə gəlməsindən qorxan, hegemonluq iddiasında olan bir ovuc soyğunçu dövlətdir.

152
00:16:50,100 --> 00:16:57,820
Bu gün dünyada mövcud olan islamafobiya, əslində, onların narahatlığının,

153
00:16:57,820 --> 00:17:01,620
çaşqınlığının inikasıdır; onu göstərir ki, siz irəli getmisiniz;

154
00:17:02,020 --> 00:17:08,450
onu göstərir ki, bu yerə qədər İslam uğurla irəliləyə bilib.

155
00:17:09,000 --> 00:17:18,870
Əlbəttə ki, onların İslamın əleyhinə apardığı bütün bu işlər,

156
00:17:18,870 --> 00:17:23,270
islamafobiya üçün göstərdikləri səylər əks nəticə verəcək.

157
00:17:23,270 --> 00:17:27,500
Bu mənada ki, gənclərdə İslamla bağlı saysız-hesabsız suallar doğuracaq.

158
00:17:28,820 --> 00:17:35,450
Yəni dünya ölkələrində yaşayan adi insanlara tək bir işarə olunsa,

159
00:17:35,900 --> 00:17:38,250
bu məsələyə diqqətlərini çəkmək mümkün olsa

160
00:17:38,720 --> 00:17:45,250
birdən-birə düşünəcəklər ki, sionist mediasında,

161
00:17:45,250 --> 00:17:50,200
güclü maliyyə dairələrindən asılı olan bu televiziya şəbəkələrində

162
00:17:50,550 --> 00:17:54,870
İslama qarşı bu qədər hücumlar edilməsinin səbəbi nədir?

163
00:17:55,500 --> 00:18:03,100
Bunun özü sual doğurur və mənə elə gəlir ki, bu sual bərəkətli olub,

164
00:18:03,100 --> 00:18:07,500
bu təhdidi fürsətə çevirməyə qadirdir.

165
00:18:07,770 --> 00:18:16,770
Biz İslam Respublikasında yaşayan insanlar hamımız çalışmalıyıq ki –

166
00:18:16,970 --> 00:18:23,320
yəni bizim öhdəmizə düşən böyük və mühüm bir iş odur ki –

167
00:18:23,320 --> 00:18:27,220
əsl İslamı dünyaya təqdim edək,

168
00:18:28,100 --> 00:18:36,520
məzlumun havadarı, zalımın düşməni olan İslamı dünyaya tanıdaq.

169
00:18:37,850 --> 00:18:43,900
Avropada, Amerikada və ya dünyanın digər uzaq bir yerində yaşayan gənclər

170
00:18:44,450 --> 00:18:49,920
İslamın zalımın əleyhinə, məzlumun isə tərəfində olan bir qüvvə,

171
00:18:50,770 --> 00:18:53,650
stimul və hərəkatdan ibarət olduğunu,

172
00:18:53,820 --> 00:19:06,850
bunu öz vəzifəsi hesab etdiyini və bu istiqamətdə çalışmağa qərarlı olduğunu öyrənəndə

173
00:19:07,250 --> 00:19:08,800
bu xüsusiyyətlər onları həyəcanlandıracaq.

174
00:19:09,100 --> 00:19:18,750
Rasionallığın tərəfdarı olan, özündə dərin fəlsəfələri ehtiva edən,

175
00:19:18,750 --> 00:19:28,620
Quranda ağıl, məntiq və düşüncəyə bu qədər önəm vermiş İslamı dünyaya tanıtmalıyıq.

176
00:19:28,620 --> 00:19:39,920
Sağlam düşüncənin tərəfdarı olan, hər cür ayrı-seçkiliyin, mürtəceliyin, öz təxəyyül və fantaziyalarının əsirinə çevrilməyin –

177
00:19:40,120 --> 00:19:43,120
belə ki müəyyən insanlar İslam adı altında bu şeyləri təbliğ edirlər –

178
00:19:43,120 --> 00:19:45,850
bu kimi şeylərin əleyhinə olan, əsl, qatqısız İslamı dünyaya təqdim edib: “İslam budur!” – deməliyik;

179
00:19:46,500 --> 00:19:51,250
məsuliyyətli, bivecliyi, etinasızlığı qəbul etməyən İslamı tanıtmalıyıq.

180
00:19:52,500 --> 00:19:57,950
Bəli, bu gün bir çox qurumlar gəncləri vecsizliyə,

181
00:19:58,150 --> 00:20:06,050
cürbəcür hadisələrə qarşı laqeydliyə, laübalılığa sövq edir.

182
00:20:06,220 --> 00:20:09,920
İnsanı məsuliyyətli bir varlıq bilən İslam dini isə

183
00:20:09,920 --> 00:20:13,650
onu məsuliyyətli görmək istəyir, ondan bunu tələb edir.

184
00:20:14,250 --> 00:20:20,000
Sekulyar İslama qarşı insanların həyatında əks olunan İslam!

185
00:20:20,320 --> 00:20:24,100
Sekulyar İslam kilsənin küncünə çəkilmiş,

186
00:20:24,720 --> 00:20:28,770
özünü həbs etmiş,

187
00:20:29,700 --> 00:20:34,520
real həyatda heç bir iştirakı olmayan sekulyar xristianlıq kimidir;

188
00:20:34,900 --> 00:20:36,550
sekulyar İslam da belədir.

189
00:20:36,550 --> 00:20:40,800
Bu gün bəziləri insanları təcrid olunmuş, inzivaya çəkilmiş İslama dəvət edirlər;

190
00:20:40,800 --> 00:20:43,770
camaatın yaşamı ilə heç bir əlaqəsi olmayan,

191
00:20:43,920 --> 00:20:49,770
insanları yalnız ibadətə, məscidlərin, evlərin küncündə sıxılıb qalan bir şeyə çağıran İslama.

192
00:20:51,320 --> 00:20:58,300
Biz isə insanların həyatına daxil olan İslamı tanıtdırmalıyıq; zəiflərə qarşı mərhəmətli olan,

193
00:20:58,920 --> 00:21:04,870
imperialistlərə qarşı cihad edib mübarizə aparan İslamı. Məncə, bu, hamının öhdəsinə düşən bir vəzifədir.

194
00:21:04,870 --> 00:21:14,150
Bizim təbliğat qurumlarımız, elmi mərkəzlərimiz, teoloji mərkəzlərimiz bu hədəfi izləməlidirlər.

195
00:21:14,150 --> 00:21:19,950
Bu gün onların İslamı hədəfə almalarının,

196
00:21:20,320 --> 00:21:23,800
İslama qarşı hücumlar etməyinin səbəbi budur. Hədəfə alanların kimliyi

197
00:21:23,800 --> 00:21:29,020
hansı strukturlar, hansı cərəyanlar olduğu da bəllidir; aydındır.

198
00:21:29,400 --> 00:21:36,320
Bunlar əksəriyyət etibarilə yəhudi sionistlərə,

199
00:21:36,520 --> 00:21:45,050
yəhudi sionistlərə olmasa da, sionistlərə aid olan siyasi və iqtisadi güc və maliyyə mərkəzlərindən asılı qüvvələrdir;

200
00:21:45,050 --> 00:21:49,300
dediyim kimi, bu gün dünyada yəhudi olmayan sionistlər də var.

201
00:21:50,200 --> 00:21:55,020
Onlara cavab olaraq biz fürsətdən istifadə edib

202
00:21:55,450 --> 00:22:02,370
dünya ictimaiyyətinə, gənclərə bu sualı təlqin etməliyik:

203
00:22:02,520 --> 00:22:05,050
fikirləşin, görün İslama nəyə görə bu qədər hücumlar olunur?

204
00:22:05,050 --> 00:22:08,920
Daha sonra isə əsl, gerçək İslamı onlara təqdim etməliyik.

205
00:22:08,920 --> 00:22:16,850
Məncə, əgər biz ruhanilər, elm əhli,

206
00:22:16,850 --> 00:22:20,970
din problemləri ilə məşğul olan insanlar

207
00:22:22,150 --> 00:22:29,050
bütün işlərimizdə bunu – yəni İslamın tam şəkildə reallaşmasını,

208
00:22:29,700 --> 00:22:37,220
buna düşmən olanlarla mübarizəni qarşıya məqsəd qoysaq, çoxlu uğurlar əldə edə bilərik.

209
00:22:38,020 --> 00:22:40,500
Biz dünya miqyasında da bir çox problemlərlə üz-üzəyik.

210
00:22:40,500 --> 00:22:45,600
Düşünürəm ki, dünyada məruz qaldığımız problem və qarşıdurmalara səthi yanaşmaq lazım deyil.

211
00:22:49,870 --> 00:22:49,900
Bu gün biz Amerika,

212
00:22:50,320 --> 00:22:53,170
eləcə də bəzi Avropa dövlətləri ilə problemlər yaşayırıq.

213
00:22:53,770 --> 00:23:00,220
Doğrudur, bu gün açıq-aşkar mübahisə doğuran mövzu nüvə məsələsidir,

214
00:23:00,320 --> 00:23:05,320
amma bizimlə onlar arasında problemlərə yol açan digər cürbəcür məsələlər də var.

215
00:23:05,320 --> 00:23:10,420
Gəlin baxaq görək bu problemlər, qarşıdurmalar nədən doğur?

216
00:23:10,700 --> 00:23:16,970
Yəni kökləri araşdıraq və səthi yanaşmadan çəkinək.

217
00:23:17,350 --> 00:23:22,900
Bir də onu deyim ki, biz qarşılaşdığımız problemləri düzgün araşdırmalıyıq.

218
00:23:23,250 --> 00:23:29,970
Məsələn, sanksiyalara məruz qalmışıq

219
00:23:29,970 --> 00:23:36,720
və bundan iqtisadiyyatımıza, həyatımızın cürbəcür sferalarına zərbə dəyib.

220
00:23:37,100 --> 00:23:42,120
Bu zərbələr nədən qaynaqlanır? Diqqətlə incələyəndə görürsən ki,

221
00:23:42,520 --> 00:23:49,270
məsələn, bu zərbələr bizim neftdən asılılığımızdan qaynaqlanır.

222
00:23:50,820 --> 00:23:59,370
Yaxud daha çox əhalinin iqtisadiyyatda iştirakının zəif olmasından,

223
00:23:59,370 --> 00:24:03,000
yəni dövlət sektorunun üstünlük təşkil etməsindən irəli gəlir; daha çox bunlardan qaynaqlanır.

224
00:24:03,950 --> 00:24:13,450
Əgər biz əsas amili tapıb üzə çıxarsaq və ona bu və ya digər şəkildə əlac etsək,

225
00:24:13,870 --> 00:24:16,800
sanksiyalar neytrallaşar və ya təsiri azalar.

226
00:24:17,420 --> 00:24:20,100
Düşmən ona görə bizə sanksiyalar tətbiq edə bilir,

227
00:24:20,100 --> 00:24:26,020
məsələn, neftimizə əl qoyub bununla bizə əziyyət verə bilir ki,

228
00:24:26,120 --> 00:24:31,720
biz yaşamımızda və iqtisadiyyatımızda neftə başlıca yer ayırmışıq.

229
00:24:32,720 --> 00:24:36,570
Bu sanksiyalar ona görə birbaşa dövlətə yönəlir,

230
00:24:36,700 --> 00:24:41,300
cürbəcür hökumət strukturlarına təsir göstərir ki,

231
00:24:41,450 --> 00:24:44,070
bu qurumlar dövlətə aiddir.

232
00:24:44,570 --> 00:24:52,150
Biz iqtisadi sferaya cürbəcür ictimai qurumları cəlb edə bilərdik.

233
00:24:52,670 --> 00:25:00,070
İnqilabın əvvəllərində bizim yol verdiyimiz səhv odur ki,

234
00:25:00,200 --> 00:25:03,270
hər bir şeyin dövlətin mülkiyyətində, dövlətə aid olmalı olduğuna israr edirdik.

235
00:25:04,150 --> 00:25:09,450
Biz həyatın hətta xırda, elementar sferalarını belə dövlətə həvalə etmişik,

236
00:25:09,450 --> 00:25:13,600
nəticəsi də bu olub; bunların çarəsini tapmaq lazımdır.

237
00:25:15,870 --> 00:25:21,520
Məncə, əgər biz bu cür düşünüb bu cür hərəkət etsək, problemlər həllini tapar.

238
00:25:21,750 --> 00:25:29,670
Yəni biz problemlərimizin həllində qarşı tərəfin yaxşı və ya pis münasibətindən asılı olmarıq.

239
00:25:30,020 --> 00:25:33,500
Bizimlə düşmənlərimiz,

240
00:25:34,020 --> 00:25:40,220
imperialistlər arasında olan qarşıdurma atmosferinə,

241
00:25:40,220 --> 00:25:43,870
o cümlədən hazırda gedən danışıqlara, doğrudan da, özümüz təsir göstərə bilərik.

242
00:25:44,370 --> 00:25:58,300
Hazırda bizim diplomatik fəaliyyətimizdə, xarici siyasətlə bağlı fəaliyyətimizdə

243
00:25:58,300 --> 00:26:01,070
daha çox önə keçən məsələ nüvə ətrafında gedən danışıqlardır.

244
00:26:01,350 --> 00:26:11,420
Düşünürəm ki, o dediklərim, həmin meyar, həmin məntiq bu danışıqlarda da tam effektiv ola bilər.

245
00:26:12,050 --> 00:26:14,620
Əlbəttə ki, bu yerdə mən bir şeyi də demək istəyirəm:

246
00:26:15,900 --> 00:26:22,970
möhtərəm ölkə başçımızın nüvə danışıqları üçün təyin etdiyi komandada

247
00:26:23,500 --> 00:26:27,520
yaxşı və etibarlı insanlar təmsil olunur.

248
00:26:27,870 --> 00:26:33,550
Onlardan bəzilərini mən yaxından tanıyıram, doğrudan da, layiqli olduqlarını bilirəm,

249
00:26:33,550 --> 00:26:38,500
bəziləri haqda isə məndə uzaqdan – gördükləri işlərdən, səsləndirdikləri bəyanatlardan müəyyən fikir yaranıb;

250
00:26:38,770 --> 00:26:43,920
həm etibarlıdırlar, həm də canıyanan; işləyirlər, çalışırlar;

251
00:26:44,050 --> 00:26:47,670
bunu insafla etiraf etməliyik.

252
00:26:47,670 --> 00:26:50,620
Amma mən

253
00:26:51,370 --> 00:26:59,950
bu dostlarımızın, qardaşlarımızın yaxşı, etibarlı insanlar olduğunu,

254
00:27:00,470 --> 00:27:04,800
ölkənin mənafeyi üçün çalışdıqlarını bilsəm də, yenə nigaranam;

255
00:27:04,800 --> 00:27:09,750
çünki qarşı tərəf çox hiyləgər biridir.

256
00:27:10,500 --> 00:27:14,600
Adətən zahirən böyük, möhtəşəm olan şəxslərin

257
00:27:15,100 --> 00:27:24,470
və ya tərəflərin hiyləgərliyi diqqətdən yayınır.

258
00:27:24,470 --> 00:27:26,570
İnsan bunların da hiyləgərlik edə biləcəyini düşünmür.

259
00:27:28,120 --> 00:27:32,900
Bəli, bu gün Amerika zahirən möhtəşəmdir,

260
00:27:33,050 --> 00:27:39,070
maliyyə, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik baxımından güclüdür

261
00:27:40,470 --> 00:27:45,120
və belə qüdrətli bir dövlətin

262
00:27:45,520 --> 00:27:49,670
zəiflərə qarşı da hiylə işlədə biləcəyi ağıla gəlmir; amma o, bunu edir.

263
00:27:51,200 --> 00:27:59,270
Hiyləgərdir, ikiüzlüdür, arxadan zərbə vurandır;

264
00:28:00,050 --> 00:28:05,350
belədir. Biz elə düşünməməliyik ki, onların nüvə silahı,

265
00:28:05,350 --> 00:28:14,920
güclü ordusu var deyə hiyləyə, məkrli planlara əl atmağa ehtiyacları yoxdur.

266
00:28:15,650 --> 00:28:19,470
Xeyr, məhz elə onların ehtiyacı daha çoxdur və bunu edirlər də;

267
00:28:19,570 --> 00:28:23,770
doğrudan da, hiyləgərlik edirlər. Məni narahat edən budur.

268
00:28:23,920 --> 00:28:28,170
Düşmənin hiylələrindən ehtiyatlı olmalıyıq.

269
00:28:28,170 --> 00:28:32,920
Hər dəfə danışıqların yekunlaşması üçün konkret vaxt təyin olunanda

270
00:28:33,150 --> 00:28:37,020
və o vaxt yaxınlaşanda qarşı tərəf,

271
00:28:37,120 --> 00:28:42,350
xüsusilə də Amerika daha kəskin, daha aqressiv, daha acıqlı tonla danışmağa başlayır.

272
00:28:42,500 --> 00:28:49,220
Bu da onların hiylələrindən, məkrli planlarından biridir.

273
00:28:49,770 --> 00:28:54,070
Görürsünüz ki, səsləndirdikləri bəyanatlar da, həqiqətən,

274
00:28:54,070 --> 00:28:55,920
necə alçaq, nifrətamizdir.

275
00:28:56,120 --> 00:28:59,150
Bu günlərdə Amerika rəsmiləri

276
00:28:59,950 --> 00:29:07,150
bir sionist təlxək ora gedib nələrsə danışıb deyə,

277
00:29:08,200 --> 00:29:12,220
yaxalarını kənara çəkmək üçün müəyyən fikirlər səsləndiriblər,

278
00:29:12,220 --> 00:29:17,070
amma İranı da ittiham ediblər ki, İran terrorizmin tərəfdarıdır.

279
00:29:17,150 --> 00:29:19,670
Bu, gülünc bir sözdür.

280
00:29:19,670 --> 00:29:23,620
Bu gün dünyada hamı açıq-aydın görür ki,

281
00:29:23,970 --> 00:29:29,470
İŞİD və bu kimi ən murdar terroristlərə

282
00:29:29,470 --> 00:29:34,420
himayədarlıq edən, bunları ortaya çıxaran,

283
00:29:34,900 --> 00:29:38,670
hələ də üzdə onlarla mübarizə apardığını dediyinə baxmayaraq,

284
00:29:39,100 --> 00:29:44,450
onları dəstəkləməkdən əl çəkməyən dövlətlər Amerika və onun müttəfiqləridir.

285
00:29:44,550 --> 00:29:50,050
Terrorizmin, murdar və qəddar terroristlərin tərəfdarları bu gün regionda

286
00:29:50,050 --> 00:29:51,820
Amerika ilə əl-ələ verib

287
00:29:51,900 --> 00:30:00,270
onu dəstəkləyənlər, ona kömək edənlər, əməkdaşlıq edənlərdir.

288
00:30:01,020 --> 00:30:09,470
Amerikalılar terrorçu olduğunu rəsmən etiraf edən bir dövləti,

289
00:30:09,470 --> 00:30:13,850
yəni qondarma İsrail rejimini himayə edirlər;

290
00:30:13,850 --> 00:30:17,420
açıq-aşkar himayə edirlər. Terrorizmi himayə etmək əslində budur.

291
00:30:18,120 --> 00:30:22,720
Onlar terrorizmi ən çirkin formada himayə edir,

292
00:30:22,720 --> 00:30:28,950
bununla belə, sonra da İslam Respublikasını

293
00:30:28,950 --> 00:30:34,700
terrorun tərəfdarı olmaqda ittiham edirlər. Bütün bunlara diqqət yetirmək lazımdır.

294
00:30:34,700 --> 00:30:38,650
Senatorların yazdığı o məktubda da –

295
00:30:39,570 --> 00:30:46,320
hansında ki, doğrudan da, müəyyən məqamları müşahidə etmək olurdu –

296
00:30:46,370 --> 00:30:51,500
Amerika dövlətində siyasi əxlaqın tənəzzülə uğramasının əlamətlərini görmək olurdu;

297
00:30:51,800 --> 00:30:54,700
bu, açıq-aydın göz önündədir, onlar, həqiqətən də, iflasa uğramaqdadır.

298
00:30:54,700 --> 00:31:06,200
Çünki dünyadakı bütün dövlətlər qəbul edilmiş beynəlxalq qərarlara əsasən öhdələrinə düşən vəzifələrə əməl edirlər.

299
00:31:06,650 --> 00:31:11,100
Hökumət administrasiyaları dəyişilsə də,

300
00:31:11,470 --> 00:31:15,520
o öhdəçiliklər yerində qalır və əməl olunur;

301
00:31:15,770 --> 00:31:17,400
pozulmur.

302
00:31:17,720 --> 00:31:27,070
Cənab senatorlar isə götürüb açıq-aşkar elan ediblər ki, əgər Amerikada hazırkı hökumət hakimiyyətdən getsə,

303
00:31:27,620 --> 00:31:32,470
sizinlə bağlanan bu müqavilə, qəbul olunan öhdəçilik elə bil ki heç olmayıb!

304
00:31:32,850 --> 00:31:36,650
Bu, siyasi əxlaqın tənəzzülünün ən son həddidir

305
00:31:37,350 --> 00:31:42,470
və onu göstərir ki, o administrasiyanın hakimiyyətini davam etdirməsi, həqiqətən də, mümkün deyil.

306
00:31:42,670 --> 00:31:48,270
Yəni əgər bir administrasiyada belə şeylər müşahidə olunursa,

307
00:31:48,470 --> 00:31:54,270
o artıq daxildən çürümüş bir administrasiyadır.

308
00:31:54,270 --> 00:32:01,520
Sonra da deyirlər ki, biz iranlılara qanunlarımızın nə olduğunu başa salmaq, öyrətmək istəyirik.

309
00:32:01,800 --> 00:32:06,470
Bizim onların dərsinə ehtiyacımız yoxdur; biz hansısa razılaşma əldə etsək belə,

310
00:32:06,670 --> 00:32:13,420
bilirik necə etmək lazımdır ki, sonradan onlar İslam Respublikasını qapı arxasında qoya bilməsinlər.

311
00:32:13,700 --> 00:32:18,020
İslam Respublikasının rəsmiləri necə hərəkət etmək lazım olduğunu yaxşı bilirlər,

312
00:32:18,270 --> 00:32:22,170
onların dərsinə ehtiyacları yoxdur, amma onlar bunu edirlər.

313
00:32:22,170 --> 00:32:24,800
Bu, doğrudan da, iflasın, tənəzzülün əlamətidir.

314
00:32:25,950 --> 00:32:29,100
Hər halda, bizim bütün işlərimiz,

315
00:32:29,170 --> 00:32:31,050
bütün səylərimiz,

316
00:32:31,050 --> 00:32:35,320
istər iqtisadi, istərsə də mədəni məsələlərlə bağlı

317
00:32:35,320 --> 00:32:42,270
qəbul etdiyimiz qərarlar – əgər yeni ilin əvvəlinə sağ-salamat çıxsaq,

318
00:32:42,470 --> 00:32:47,200
bu barədə deyiləsi bəzi məqamlar var ki, inşallah, qeyd edəcəyik

319
00:32:47,420 --> 00:32:57,970
– bütün bunlarda bir başlıca prinsipi yaddan çıxarmamalıyıq ki, bizim vəzifəmiz İslamı tam, mükəmməl şəkildə reallaşdırmaqdır.

320
00:32:58,500 --> 00:33:02,350
Məqsədimiz kamil İslam olmalıdır.

321
00:33:02,520 --> 00:33:08,100
Belə olmasın ki, məsələn,

322
00:33:09,520 --> 00:33:13,550
filan işdə uğur qazanmaq üçün İslamın ideallarından azaldaq; yox,

323
00:33:13,650 --> 00:33:18,150
bizim uğurumuz, bizim inkişafımız İslamı mükəmməl surətdə reallaşdırmağımızdan asılıdır.

324
00:33:18,150 --> 00:33:21,900
Belə olsa, Uca Yaradan da bizə yardım edəcək.

325
00:33:22,770 --> 00:33:31,700
İlahi yardım, sözsüz və heç şübhəsiz, bizim Allahın dininə nə dərəcədə yardım etməyimizə bağlıdır.

326
00:33:32,400 --> 00:33:35,700
“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım etsəniz, O da sizə yardım edər”. (“Muhəmməd” surəsi, 7-ci ayədən)

327
00:33:35,870 --> 00:33:40,400
Daha bundan açıq, bundan aydın söz ola bilməz.

328
00:33:40,600 --> 00:33:43,820
اِن تَنصُرُوا الله – Yəni Allahın dininə yardım etməlisiniz.

329
00:33:44,270 --> 00:33:47,900
“Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər və sizi sabitqədəm edər”.

330
00:33:48,650 --> 00:33:51,150
“Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cə ayədən)

331
00:33:51,270 --> 00:33:57,920
Bunlar Allah-taalanın təkidlə, qətiyyətlə verdiyi vədlərdir. Allahın bu vədlərinə etinasız yanaşmaq olmaz.

332
00:33:58,550 --> 00:34:01,100
“...Allah barədə bədgüman olanlar ...” (“Fəth” surəsi, 6-cı ayədən)

333
00:34:02,750 --> 00:34:12,670
– insanın Allahın verdiyi vədlərin reallaşa bilməyəcəyini düşünməsi Uca Yaradana qarşı bədgümanlığın ən pis formasıdır.

334
00:34:12,670 --> 00:34:16,600
Allah-taala mübarək “Fəth” surəsində

335
00:34:17,420 --> 00:34:22,370
belələrinə qəzəbi tutduğunu bildirmişdir.

336
00:34:22,370 --> 00:34:26,050
Ümidvaram ki, Allah-taala bu sahədə öhdəmizə düşən

337
00:34:26,520 --> 00:34:31,450
hər bir vəzifəni yerinə yetirməkdə sizə və bizə mənəvi dəstək olacaq

338
00:34:32,170 --> 00:34:37,000
və inşallah, bu işlərdən qaynaqlanan bərəkətlər bizə,

339
00:34:37,000 --> 00:34:42,220
ölkəmizə və xalqımıza şamil olunacaq.

340
00:34:42,220 --> 00:34:47,620
Ümid edirəm ki, Allah-taala dahi İmam Xomeyninin (r.ə) pak ruhunu şad edəcək,

341
00:34:48,170 --> 00:34:53,320
bizə bu yolu göstərmiş, bu yolu bizim üzümüzə açmış, bizi bu yolda irəliləməyə ruhlandırmış

342
00:34:53,470 --> 00:34:56,770
şəhidlərimizin də pak ruhlarını, inşallah, şad edəcək.

343
00:34:57,320 --> 00:35:00,020
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.