1
00:00:00,710 --> 00:00:02,880
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,200 --> 00:00:12,130
الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفيٰ محمّد

3
00:00:21,820 --> 00:00:30,620
و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان اليٰ يوم الدّين

4
00:00:31,110 --> 00:00:35,770
Əziz qardaşlar, əziz bacılar, həcc fərizəsinin təşkilinə, həccə getmək uğuruna nail olmuş əziz hacılarımıza

5
00:00:37,910 --> 00:00:56,800
xidmət göstərən dəyərli insanlar, hamımız xoş gəlmisiniz. Sizin bu xidmətinizin özü böyük bir iftixardır.

6
00:00:57,420 --> 00:01:07,060
Həcc çox əzəmətli bir fərizədir; onun miqyası,

7
00:01:08,400 --> 00:01:14,620
həqiqətən də, bizim vəsf etdiyimizdən çox-çox genişdir.

8
00:01:14,930 --> 00:01:27,330
Belə bir vacib əməlin yerinə yetirilməsi üçün hazırlıq işləri görmək, onun təşkilinə yardımçı olmaq, bu işə xidmət göstərmək özü böyük bir savab, böyük bir iş, dəyərli bir xidmət hesab olunur.

9
00:01:28,710 --> 00:01:38,000
Mən müxtəlif sahələrdə – istər bizim Məkkədəki nümayəndəliyimizdə,

10
00:01:38,260 --> 00:01:46,040
stər təşkilatda, istər həcc karvanlarında, istərsə də digər aidiyyətli qurumlarda xalqa xidmətlə məşğul olan,

11
00:01:47,150 --> 00:02:00,660
çalışıb-vuruşan, hər biri işin bir küncündən yapışan insanlara tövsiyə edirəm ki, bu mənəvi uğurun qədrini bilsinlər, buna görə Allaha şükürlər etsinlər

12
00:02:01,950 --> 00:02:10,130
və bu işi mümkün qədər daha yüksək səviyyədə həyata keçirməyə səy göstərsinlər.

13
00:02:10,620 --> 00:02:20,130
Cənab Qaziəsgərin, həmçinin Həcc Təşkilatının çox möhtərəm sədrinin təqdim etdiyi hesabatlar çox gözəl idi;

14
00:02:20,130 --> 00:02:30,040
indi fərz edək ki, bu tədbirlərin bir qismi işin ortasında axsadılsa, yaxud dayandırılsa belə, ümumilikdə bu hesabatlarda əksini tapan

15
00:02:30,660 --> 00:02:38,170
və həyata keçirilmiş işlər olduqca diqqətəlayiqdir. Lakin mən onu da qeyd etmək istəyirəm ki,

16
00:02:38,620 --> 00:02:47,370
bütün bu deyilənlər İbrahim (ə) həccinin,

17
00:02:47,860 --> 00:03:00,080
Peyğəmbər (s) həccinin, Quranda əmr olunmuş həccin layiqincə yerinə yetirilməsi üçün kifayət deyil və hələ bir çox işlər görmək olar.

18
00:03:02,800 --> 00:03:16,570
Qeyd etmək istərdim ki, bütün müxtəlif aspektlərindən əlavə, həccin – bu böyük fərizənin

19
00:03:17,420 --> 00:03:27,330
bir xüsusiyyəti də var ki, həcc mənəviyyatla siyasətin,

20
00:03:28,570 --> 00:03:38,130
mənəviyyatla maddiyyatın, dünya ilə axirətin çulğaşmasının təzahürüdür.

21
00:03:39,280 --> 00:03:47,950
“(Amma) insanların bəziləri deyirlər: “Pərvərdigara! Bizə dünyada da, axirətdə də yaxşılıq mərhəmət buyur və bizi odun əzabından qoru”. (“Bəqərə” surəsi, 201-ci ayə)

22
00:03:49,460 --> 00:03:54,660
Quran həcdə bu cür dua edib,

23
00:03:55,600 --> 00:04:02,000
Allah-taaladan dünya və axirətdə xeyir diləyənləri

24
00:04:02,530 --> 00:04:15,020
təqdir və qəbul edir; yəni həcdə dünya və axirət birlikdə cəmləşib; həcc belə bir çulğaşmanı təzahür etdirir.

25
00:04:15,910 --> 00:04:29,020
Bəzi qüvvələr illər boyu və elə indinin özündə də əlləşib-vuruşaraq

26
00:04:29,550 --> 00:04:38,660
İslamda mənəviyyatı gündəlik həyatın işlərindən, cəmiyyətin idarəçiliyi ilə bağlı məsələlərdən ayırmağa çalışıblar;

27
00:04:38,970 --> 00:04:50,660
“Dinin siyasətdən ayrı olması” iddiasını ediblər. Uzun illər boyu – demək olar, onilliklərlə, yüz il ərzində, bəlkə, ondan da artıq –

28
00:04:52,350 --> 00:05:06,080
İslamın düşmənləri və İslamın nə olduğundan xəbəri olmayan nadanlar bunun üzərində işləyiblər.

29
00:05:06,080 --> 00:05:12,660
İslam İnqilabı qələbə çaldıqdan və İslam Respublikası yarandıqdan sonra bu iddialar hamısı puç oldu.

30
00:05:13,280 --> 00:05:23,950
Məlum oldu ki, xeyr, İslam dini xalqı bütün bacarıq və potensialı ilə irəli verib,

31
00:05:24,310 --> 00:05:34,350
siyasət meydanını, gündəlik həyatı, ölkənin idarəçiliyi ilə bağlı işləri ən gözəl tərzdə idarə edə bilər.

32
00:05:34,570 --> 00:05:41,460
İslam dini kommunistlərdən tutmuş Qərbin liberallarına qədər

33
00:05:41,730 --> 00:05:46,660
hər kəsin bu sahədə irəli sürdüyü şüar və iddialardan daha uğurlu oldu.

34
00:05:47,420 --> 00:05:56,080
Odur ki artıq uzun müddətdir göstərdikləri səylər puça çıxdı; amma yenidən başladılar;

35
00:05:57,510 --> 00:06:11,060
müəyyən qüvvələr təzədən fəaliyyətə keçdilər ki, yeni nəsilləri dinlə syasətin, dinlə həyatın,

36
00:06:11,060 --> 00:06:27,640
dinlə elmin, dünya ilə axirətin, mənəviyyatla maddiyyatın çulğaşmasından – hərçənd İslamda bütün bunlar var – yayındırsınlar;

37
00:06:27,640 --> 00:06:37,420
yəni zehinləri bu çulğaşmadan yayındırsınlar, uzaqlaşdırsınlar. Həcc isə bu çulğaşmanı əməli surətdə nümayiş etdirən bir meydandır.

38
00:06:37,680 --> 00:06:51,550
Həcc bunu hansı şəkildə edir? Siz həcdə həm dua edib Allaha yalvarırsınız, həm təvəssül edirsiniz, həm göz yaşı axıdırsınız, həm təvaf edirsiniz,

39
00:06:51,550 --> 00:07:00,480
həm “səy” adlanan ayini yerinə yetirirsiniz, həm namaz qılırsınız, həm də digər insanlarla bir arada olursunuz; bu, çox önəmlidir.

40
00:07:00,620 --> 00:07:13,910
İndi gəlin düşünək; əgər camaatı həccə çağırmaqda Allah-taala yalnız onların o məkana gəlib,

41
00:07:14,570 --> 00:07:23,600
bir neçə günü mənəviyyat içərisində başa vurmasını nəzərdə tutmuş olsaydı, bunun üçün konkret vaxt müəyyən etmək lazım deyildi;

42
00:07:24,000 --> 00:07:34,570
il boyu kimin nə vaxt ürəyi istəsə, gedərdi; həccin isə müəyyən olunmuş, konkret vaxtı var.

43
00:07:35,770 --> 00:07:42,970
Bütün İslam dünyasından müsəlmanlar məhz o vaxt həccə gəlməlidirlər;

44
00:07:42,970 --> 00:07:48,080
bir il, iki il yox, bütün tarix boyunca;

45
00:07:49,330 --> 00:07:56,170
konkret günlərdə bütün İslam dünyasından gücü çatan,

46
00:07:56,400 --> 00:08:00,880
taqəti çatan, imkanı olan hər kəs bir nöqtədə toplaşmalıdır. Bu nə deməkdir?

47
00:08:01,820 --> 00:08:08,260
Bu o deməkdir ki, bu birliyin, bu toplaşmanın özü Allah-taalanın diqqətindədir;

48
00:08:08,800 --> 00:08:14,710
Allah-taala bunu istəyir. Bu elə İslam ümmətinin formalaşdırılmasıdır,

49
00:08:14,710 --> 00:08:23,240
müsəlmanların bir araya gəlməsinə, toplaşmasına olan yanaşmadır; həcc bunun təzahürüdür.

50
00:08:24,040 --> 00:08:26,350
Ora çatandan sonra da:

51
00:08:27,370 --> 00:08:30,400
“Sonra camaatın döndüyü yerdən siz də dönün”. (“Bəqərə” surəsi, 199-cu ayədən) – deyə əmr olunur.

52
00:08:30,710 --> 00:08:32,660
Burada da insanlardan, camaatdan söhbət gedir;

53
00:08:34,310 --> 00:08:38,040
“... həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidül-həram ...” (“Həcc” surəsi, 25-ci ayədən)  –

54
00:08:39,330 --> 00:08:44,800
istər məkkəlilər olsun, istər qeyri-məkkəlilər, fərqi yoxdur, bura hamınındır,

55
00:08:45,860 --> 00:08:50,440
bu diyar bütün müsəlmanlarındır.

56
00:08:50,880 --> 00:08:59,240
Kimlərsə elə təsəvvür etməməlidir ki, o torpaq onlarındır və onların orada istədikləri kimi hərəkət etməyə haqqı var;

57
00:08:59,550 --> 00:09:06,480
xeyr, Kəbeyi-Şərifə, Məscidül-hərama,

58
00:09:06,710 --> 00:09:16,750
bu şərəfli diyara, Hərəmeyni-şərifin müqəddəs atmosefrinə münasibətdə bütün müsəlmanlar bərabərhüquqludur.

59
00:09:16,930 --> 00:09:23,150
Düzdür, ayədə Məkkə haqda danışılır, amma Mədinənin də statusu eynidir,

60
00:09:23,150 --> 00:09:28,130
ora da bütün müsəlmanlarındır. Çünki Peyğəmbər (s) hamınındır.

61
00:09:29,860 --> 00:09:35,060
Baxın, müsəlmanların bu şəkildə bir yerə toplaşması, bu həmrəyliyi,

62
00:09:35,640 --> 00:09:44,350
koordinasiyası həccin hədəflərindən biridir və buna, mütləq, diqqət yetirilməlidir.

63
00:09:44,750 --> 00:09:53,510
Aidiyyətli qurumların rəsmiləri möhtərəm hacılarımız üçün hazırlanan bütün proqramlarda bu hədəfləri hökmən nəzərdə tutmalıdırlar:

64
00:09:54,930 --> 00:10:00,440
qarşılıqlı əlaqə, birlik, anlaşma və uyğunlaşma.

65
00:10:00,880 --> 00:10:10,530
Əlbəttə, o bölgədə hakimiyyətdə olan qüvvələr bunu istəmir, mümkün olduğu qədər əngəl törədirlər,

66
00:10:10,840 --> 00:10:19,600
hazırda bunun üçün vasitələr də çoxdur, lakin müsəlmanlar arasında əlaqələr yaradılmalı, İslam ümmətinin birliyi təşkil olunmalıdır.

67
00:10:21,770 --> 00:10:30,710
Odur ki İslamı siyasətdən ayıranlar, İslamı siyasət meydanından inkar edənlər İslamı,

68
00:10:31,860 --> 00:10:39,730
Quranın ayələrini dərk etmirlər. Quranın ayələri – istər həcc, istər cihad,

69
00:10:40,400 --> 00:10:49,640
istər fərdlərarası münasibətlər, istərsə də cəmiyyətdə dini hakimin hakimiyyətindən bəhs edən ayələr

70
00:10:49,820 --> 00:10:54,710
hamısı İslamın siyasətləridir.

71
00:10:55,150 --> 00:11:02,710
Bizim haqqında danışdığımız, dinə əsaslanan xalq hakimiyyəti də İslamın özündən, Quran təlimlərindən əxz olunub.

72
00:11:04,220 --> 00:11:06,310
“... işləri barədə öz aralarında məşvərət edərlər ...” (“Şura” surəsi, 38-ci ayədən) –

73
00:11:06,800 --> 00:11:11,020
həcc məsələsində əsas məqam bundan ibarətdir.

74
00:11:11,310 --> 00:11:32,130
Digər bir məqam budur ki, heç kəs həccin təlimlərinin, həccin özündə ehtiva etdiyi mənaların qarşısını almağa çalışmamalı, onlar üçün maneələr törətməməlidir.

75
00:11:32,510 --> 00:11:38,280
Quran buyurur:“Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidül-həramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyil etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!” (“Həcc” surəsi, 25-ci ayədən)

76
00:11:39,420 --> 00:11:46,910
Allahın yoluna, Məscidül-hərama gedən yollara sədd çəkmək –

77
00:11:47,310 --> 00:11:58,740
əngəl olmaq, maneə yaratmaq – təkcə bu deyil ki, Məkkəyə getməyinizə imkan verməsinlər; ola bilsin ki, Məkkəyə getməyinizə icazə verələr,

78
00:11:59,200 --> 00:12:06,910
amma həccin məna və təlimlərindən istifadə etməyinizə imkan verməyələr. Bu da Allahın yoluna, Məscidül-hərama çəkilən səddir.

79
00:12:07,480 --> 00:12:19,480
Bu hərəkəti edənlər, bu böyük yanlışa yol verən dövlət və hökumət Allahın yoluna sədd çəkir.

80
00:12:20,340 --> 00:12:27,020
Həcdə gizlənən mənaları bilmək, dərk etmək və onlara uyğun hərəkət etmək lazımdır.

81
00:12:27,540 --> 00:12:37,880
Qısası, Kəbə hamınındır. Mən düşünürəm ki,

82
00:12:39,250 --> 00:12:49,310
İran xalqı İslam İnqilabının qələbəsindən sonra dahi İmam Xomeyninin (r.ə) göstərdiyi yolun bərəkəti sayəsində həcdə yeni bir məna kəşf etmiş,

83
00:12:49,540 --> 00:12:59,600
yeni bir anlam tapmış, həcci başqa bir mahiyyətlə dərk etmişdir. İnqilabın qələbə çaldığı ilk ildəcə

84
00:13:00,570 --> 00:13:11,820
İmam Xomeyni o zaman həcc ziyarətinə yollanan zəvvarlara müraciət ünvanladı. Həmin müraciətdə İran xalqına həccin mahiyyəti yeni bir aspektdən açıqlandı,

85
00:13:11,820 --> 00:13:19,200
yeni mənalar izah olundu və xalq həmin mənaları rəhbər tutaraq hərəkət etməyə başladı.

86
00:13:20,450 --> 00:13:31,250
Həccə gedən zəvvarlara bu ziyarətin müsəlmanlarla qarşılıqlı anlaşmaya diqqət və önəm vermək,

87
00:13:32,740 --> 00:13:36,680
“اَشِدّاءُ عَلَي الکُفّار” – kafirlərə qarşı sərt və “رُحَماءُ بَينَهُم” – öz aralarında mehriban, mülayim olmaq şərtilə yerinə yetirilməli olduğu aşılandı.

88
00:13:37,080 --> 00:13:44,340
Bunun əksi qardaşlar arasında konflikt, uzaqlıq yaratmaq,

89
00:13:44,340 --> 00:13:55,600
özünü isə gedib dünya imperializminə, Amerikaya calamaqdır. Bu, həccin insanlardan istədiyinə,

90
00:13:56,850 --> 00:14:05,940
həccin insanlar üçün istədiyinə və müqəddəs şəriətin bəşəriyyətin xeyri üçün tənzimlədiyi qanuna ziddir.

91
00:14:06,400 --> 00:14:12,400
Həcc ziyarətini bu psixologiya ilə, bu mənəvi halətlə yerinə yetirmək lazımdır.

92
00:14:13,250 --> 00:14:21,310
İndi əlbəttə ki, Ərəbistan dövləti müəyyən problemlər yaradır,

93
00:14:22,680 --> 00:14:32,570
əslində yerinə yetirilməli olan bəzi vacib şəri vəzifələrin yerinə yetirilməsinə əngəllər törədir.

94
00:14:33,600 --> 00:14:43,880
Bunları müsəlmanların, möminlərin tələbləri kimi daim diqqətdə saxlamaq lazımdır.

95
00:14:46,050 --> 00:14:57,770
Ola bilsin ki, əngəl törədəcəklər – əngəl törənəndə isə, təbii ki, çətinlik yaranır – amma o istəyi,

96
00:14:58,220 --> 00:15:07,710
o tələbi heç vaxt yaddan çıxarmaq olmaz. Cənab rəsmilərin də az öncə qeyd etdiyi kimi,

97
00:15:08,000 --> 00:15:15,770
1394-cü ildə baş vermiş Məscidül-həram və Mina faciələrini əsla unutmaq olmaz.

98
00:15:16,000 --> 00:15:24,400
Bu məsələni hökmən araşdırmaq lazımdır. Əsas iddiaçı olan

99
00:15:24,850 --> 00:15:31,140
İslam Respublikasının da iştirakı ilə faktaraşdırıcı missiya təşkil olunmalı,

100
00:15:31,420 --> 00:15:40,850
beynəlxalq ictimaiyyətə müraciət edilməli, həqiqətin üzə çıxarılması üçün mümkün olan hər yerdən kömək alınmalıdır.

101
00:15:40,850 --> 00:15:53,080
O olaylarda insanlara böyük bir zülm edilmişdi. Hacıların təhlükəsizliyi onların o bölgədə hakimiyyətdə olan dövlətin üzərinə düşən böyük bir haqqıdır;

102
00:15:54,050 --> 00:16:05,820
həcc ziyarətinə gedən insanların əsas tələbi budur. Təhlükəsizlik, əmin-amanlıq Allah-taalanın Quranda öz evi,

103
00:16:06,910 --> 00:16:15,250
Məkkə şəhəri və Kəbənin hərəmi üçün müəyyən etdiyi xüsusiyyətlərdən biridir.

104
00:16:16,400 --> 00:16:20,340
Hamı orada toplaşmalı, o məkan isə təhlükəsiz, əmin-amanlıq içində olmalıdır.

105
00:16:21,310 --> 00:16:27,820
İnsanların təhlükəsizliyi əsas işlərdən biridir. Həmin hadisələrdə bu təhlükəsizliyə riayət olunmamışdı.

106
00:16:29,540 --> 00:16:35,200
Bunu bir tələb kimi ortaya qoymaq, bu məsələnin bərkini tutub arxasına düşmək lazımdır.

107
00:16:36,050 --> 00:16:45,420
Baş vermiş hadisənin arxasınca düşüb onu araşdırmaqdan yorulmayın, usanmayın; kökünə gedin, tələb edin. Möhtərəm rəsmilər – istər Məkkədəki nümayəndəliyimizdə, istər Həcc Təşkilatında,

108
00:16:45,600 --> 00:16:55,370
istər digər aidiyyətli qurumlarda, Xarici İşlər Nazirliyində, məhkəmə hakimiyyətində və sairdə – bu faciələrin araşdırılması işi ilə məşğul olmalıdırlar.

109
00:16:57,080 --> 00:17:07,540
Məndə olan məlumata görə, orada şəhid olmuş insanlardan bəzilərinin ailə üzvlərinə hətta ora gedib

110
00:17:08,170 --> 00:17:14,280
öz əzizlərinin, öz şəhidlərinin məzarını ziyarət etməyə belə icazə verilmir! Belə olmaz;

111
00:17:14,620 --> 00:17:25,310
bu hadisələrlə bağlı iş görmək lazımdır. Qətlə yetirilmiş insanların qanbahası da ayrıca bir məsələdir.

112
00:17:26,570 --> 00:17:33,370
Əziz qardaşlar, əziz bacılar! Bu gün İslam dünyasının söz birliyinə, bir səs olmağa ehtiyacı var.

113
00:17:33,820 --> 00:17:44,340
Konfliktə səbəb olacaq, müsəlmanlar arasına təfriqə salacaq istənilən səs və söz müqəddəs şəriətimiz tərəfindən mütləq surətdə nifrətlə qarşılanır.

114
00:17:44,740 --> 00:17:53,140
İstənilən istiqamətdən, istənilən formada, istənilən cür konflikt və ikitirəlik qadağandır. Nəyə görə? Ona görə ki düşmən bütün səy və diqqətini

115
00:17:53,140 --> 00:18:01,940
İslam dünyası üzərində cəmləyib. Görün İslam dünyasında nələr baş verir?! Bir yandan Yəmənə göstərilən təzyiqlər;

116
00:18:01,940 --> 00:18:08,970
məzlum bir xalq neçə ildir ki, mütəmadi olaraq hücumlara məruz qalır;

117
00:18:09,310 --> 00:18:15,140
əlbəttə ki, Yəmən xalqı şücaətlidir, güclüdür, müqavimət göstərir, amma çətinlik çəkir.

118
00:18:16,110 --> 00:18:28,400
Bir yandan Fələstin məsələsi, Amerikanın Fələstinlə bağlı “Əsrin sazişi” adı ilə

119
00:18:29,020 --> 00:18:40,680
yürütdüyü o xəbis və şeytani siyasət; əlbəttə, qoy bilsinlər ki, onların düşündüyü o “əsrin sazişi”, Allahın köməyi ilə, heç bir zaman reallaşmayacaq.

120
00:19:04,800 --> 00:19:15,080
Fələstinlə bağlı nə isə bir iş görə bilmək üçün özünü öldürən Amerika rəsmilərinə göz dağı olaraq,

121
00:19:15,650 --> 00:19:28,400
Fələstin məsələsi unudulmayacaq, Beytül-müqəddəs şəhəri Fələstinin paytaxtı olaraq qalmaqda davam edəcək,

122
00:19:28,400 --> 00:19:34,280
müsəlmanların ilk qibləsi müsəlmanlarda qalacaq.

123
00:19:34,680 --> 00:19:41,420
Onlar Beytül-müqəddəsi alacaqları ilə bağlı xam xəyallar qururlar;

124
00:19:41,420 --> 00:19:50,800
deyirlər, şəhərin üstü də, altı da, içəriləri də – şərqi, qərbi, hər yeri – yəhudilərin olmalıdır;

125
00:19:51,310 --> 00:20:01,420
bunlar hamısı puç və yanlış xəyallardır. Belə bir şey heç vaxt olmayacaq, Fələstin xalqı, heç şübhəsiz, buna qarşı çıxış edəcək

126
00:20:01,420 --> 00:20:08,680
və digər müsəlman xalqları da hamısı Fələstin xalqının arxasında duraraq, Allahın köməyi ilə, bunun baş verməsinə imkan verməyəcəklər.

127
00:20:09,080 --> 00:20:17,420
Əlbəttə, təəssüflər olsun ki, bəzi müsəlman dövlətləri nəinki Fələstin məsələsinə,

128
00:20:17,770 --> 00:20:24,570
hətta İslam dininin özünə belə etiqad bəsləmədiklərinə görə amerikalıların qarşısında özlərini fəda ediblər;

129
00:20:25,420 --> 00:20:35,310
yalnız dedikləri ilə oturub-durmaq deyil, özlərini onlara qurban edirlər. Səbəb isə ağılsızlıqları, cahillikləri,

130
00:20:35,940 --> 00:20:44,510
dünyəvi tamah və həvəsləridir. Bəzi dövlətlər – təəssüf ki, ərəb dövlətləri – belə bir vəziyyətdədir.

131
00:20:45,020 --> 00:20:51,480
Bunun da heç bir faydası yoxdur, heç bir təsiri olmayacaq, onların da arzusu ürəklərində qalacaq, Allahın köməyi ilə,

132
00:20:51,880 --> 00:21:00,510
İslam ümməti, müsəlman Fələstin xalqı öz düşmənlərinə, mütləq, qalib gələcək

133
00:21:01,020 --> 00:21:15,480
və Fələstin diyarında qondarma İsrail rejiminin kökünün kəsiləcəyi günə şahidlik edəcək.

134
00:21:36,680 --> 00:21:40,340
İnşallah, həcciniz qəbul olunsun;

135
00:21:41,020 --> 00:21:50,680
inşallah, əziz hacılarımız sağ-salamat gedib, əlidolu qayıtsınlar və biz də Allaha şükürlər edək.

136
00:21:50,680 --> 00:21:52,050
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.