1
00:00:00,400 --> 00:00:02,570
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,570 --> 00:00:11,140
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّيّبين

3
00:00:16,510 --> 00:00:19,420
سيّما بقيّةالله في الارضين

4
00:00:20,000 --> 00:00:29,600
Əziz və hörmətli görüş iştirakçıları, müsəlman ölkələrinin səfirləri!

5
00:00:31,080 --> 00:00:44,800
Sizi, eləcə də bütün böyük və mömin İran xalqını, İslam ümmətini bu böyük və mübarək bayram münasibətilə təbrik edirəm.

6
00:00:47,020 --> 00:01:02,680
Allah-taaladan diləyim budur ki, bu bayramı İslam ümməti üçün sözün həqiqi mənasında bərəkətli, əsl bayram etsin.

7
00:01:03,540 --> 00:01:12,570
Fitr bayramı namazının qunutunda oxuduğumuz duada da qeyd olunduğu kimi:

8
00:01:12,910 --> 00:01:16,400
وَ لِمُحَمَّدٍ صَلَّي‌ اللهُ ‌عَلَيهِ ‌وَ آلِهِ

9
00:01:22,800 --> 00:01:28,620
ذُخراً وَ شَرفاً وَ کَرامَةً وَ مَزيدا–

10
00:01:29,650 --> 00:01:44,740
Peyğəmbəri-Əkrəmin (s) müqəddəs varlığı, yəni İslam dini və İslam toplumu üçün şərəf və hörmət mənbəyi, böyük bir ehtiyatdır.

11
00:01:46,170 --> 00:01:54,110
Zənnimcə, əziz İslam Peyğəmbəri (s), müsəlman xalqları,

12
00:01:54,570 --> 00:02:04,400
İslam cəmiyyəti və müsəlman ümməti üçün şərəf və ehtiram mənbəyi ola biləcək ən mühüm amillərdən biri də

13
00:02:04,680 --> 00:02:11,310
İslam ümmətinin birliyi, konfliktlərin aradan qaldırılmasıdır.

14
00:02:11,710 --> 00:02:30,800
Əziz qardaşlar, əziz bacılar! Bu gün imperializmin siyasəti müsəlman xalqları arasında, hətta həmin xalqların öz içində,

15
00:02:31,200 --> 00:02:39,650
öz vətəndaşları arasında ixtilaf və uçurumlar yaratmaqdan ibarətdir; hazırda yürüdülən siyasət budur.

16
00:02:40,220 --> 00:02:55,080
Və bu, cinayətkar Amerika və İsrailin məkrli plancızanlarının ən mühüm müsəlman regionlarından biri olan

17
00:02:55,880 --> 00:03:05,200
regionumuz üçün qurduğu br plandır. Əlamətlərini də özünüz müşahidə edirsiniz:

18
00:03:05,880 --> 00:03:15,940
Yəməndə baş verən ürəkağrıdan hadisələr, Suriya hadisələri, İraqda və digər müsəlman ölkələrində baş verənlər.

19
00:03:17,080 --> 00:03:25,370
Bu vəziyyətdən çıxış yolu tapmaq üçün müsəlman xalqları bir əsas məqamı dərk etməlidirlər;

20
00:03:25,820 --> 00:03:36,510
həmin əsas məqam isə bundan ibarətdir ki, imperializm müsəlman toplumu və İslam ümməti ilə düşmənçilik edir; məsələnin əsasında bu durur.

21
00:03:39,310 --> 00:03:49,080
İmperializmin siyasətlərinə müqavimət göstərmək lazımdır; bu bütün İslam dünyasında dövlətlərin, siyasi rəsmilərin,

22
00:03:49,080 --> 00:03:59,370
din, mədəniyyət və siyasət arenasında fəaliyyət göstərən ziyalıların öhdəsinə düşən vacib bir vəzifədir.

23
00:04:00,800 --> 00:04:12,570
Digər bir əsas məqam isə İsrail rejimi məsələsidir. Ümumiyyətlə o dövləti bu regionda –

24
00:04:12,850 --> 00:04:26,970
İslam dünyasının göbəyində yerləşdirməkdə məqsədləri konflikt törətmək, araya fitnə salmaq, problem yaratmaqdır.

25
00:04:28,570 --> 00:04:48,000
Lakin İsrail rejimi qalıcı olmayacaq; tarixin ortaya qoyduğu bütün təcrübələr bunu bizə qəti surətdə diktə edərək anladır.

26
00:04:48,450 --> 00:05:00,740
İsrail rejiminin əsaslı bir problemi var. Amerikalılar, İsrailin öz siyasətçiləri və Amerikanın dediyi ilə oturub-duran

27
00:05:01,310 --> 00:05:11,770
bəzi iradəsiz dövlətlər bu gün elə bilirlər ki, İsraillə gizli və aşkar diplomatik münasibətlər qurmaqla

28
00:05:12,340 --> 00:05:19,540
onun problemini həll edə biləcəklər. Xeyr, İsrail rejiminin problemi

29
00:05:20,110 --> 00:05:29,820
başqa dövlətlərlə diplomatik əlaqələrinin olub-olmamağında deyil ki, aşağı-yuxarı iki-üç dövlətin

30
00:05:30,910 --> 00:05:39,420
onunla əlaqə qurması ilə, diplomatik baryeri aşaraq ona dost əli uzatması ilə

31
00:05:39,600 --> 00:05:49,480
İsrailin problemi həll oluna. İsrailin problemi bu rejimin kökündən qeyri-legitim, qanunsuz olmasıdır.

32
00:05:50,740 --> 00:06:01,310
İsrail qeyri-legitim bir dövlətdir! Bu rejim yanlış və qanunsuz əsaslar üzərində qurulmuşdur.

33
00:06:01,940 --> 00:06:19,250
Bir xalqı zorla, qətlə yetirməklə, təhdid etməklə, silahlı qüvvələrin gücünə öz ölkəsindən çıxarıblar. Özü də dərin tarixi kökləri olan bir xalqı!

34
00:06:19,250 --> 00:06:28,110
Fəlsətin xalqı yenicə ortaya çıxmış, qondarma bir xalq deyildi ki! Fələstin ölkəsi də eynilə;

35
00:06:28,970 --> 00:06:41,940
Fələstinin xəritəsini dünya coğrafiyasının tarixi yaddaşından silə bilərlərmi? Bu mümkündürmü?

36
00:06:43,200 --> 00:06:51,940
Gəlib regionda 3-4 iradəsiz dövləti İsraillə diplomatik münasibətlər qurmağa vadar etməklə

37
00:06:52,340 --> 00:06:59,820
onun problemini həll edə bilməyəcəklər. Onların problemi qanunsuz, qeyri-legitim olmalarındadır.

38
00:07:00,680 --> 00:07:10,910
İsrail rejiminin bu regionda əsasları zəif, dayanıqsız və yanlışdır;

39
00:07:12,110 --> 00:07:18,450
bu da elə bir problem deyil ki, həllinin açarı dövlətlərin əlində ola, hansısa tədbirlərlə əlac edə bilələr.

40
00:07:19,370 --> 00:07:31,020
Yeri gəlmişkən, İsrail rejimi ilə nisbətən uzun zamandır əlaqədə olan bəzi region ölkələrində – mən ad çəkmək istəmirəm –

41
00:07:31,540 --> 00:07:41,540
xalqın İsrailə qarşı emosiyaları digər ölkələrdən daha kəskindir.

42
00:07:42,220 --> 00:07:54,850
Problem xalqların münasibətindədir. İsrailin qanunsuz bir rejim olması İslam ümmətinin qəlbinə həkk olunmuş bir həqiqətdir və onu oradan heç cür qazıyıb silmək mümkün deyil.

43
00:07:55,140 --> 00:08:07,370
Ağ evin səyləri ilə, səfirliyi Qüdsə köçürməklə və sair söz-söhbətlərlə bu problemi həll edə bilməyəcəklər; bu problemi həll etmək mümkün deyil.

44
00:08:08,000 --> 00:08:15,820
Çürük, əsassız dayaqlar üzərində qurulmuş bu rejim, heç şübhəsiz, Allahın köməyi

45
00:08:16,450 --> 00:08:22,510
və müsəlman xalqlarının əzmi sayəsində məhv olub aradan gedəcək.

46
00:08:45,650 --> 00:08:54,280
Dünyanın bütün azad ölkələrində olduğu kimi, Fələstin xalqının –  əsl fələstinlilərin fikri soruşulmalıdır;

47
00:08:54,280 --> 00:09:05,250
istər müsəlmanının, istər xristianının, istərsə də yəhudisinin; Fələstinə kənardan gələnlərin yox, köklü fələstinlilərin.

48
00:09:05,650 --> 00:09:23,020
Fələstinlilər arasında referendum keçirilməli, onların rəyi soruşulmalı, Fələstin ölkəsinin hökumət quruluşunu məhz onlar müəyyənləşdirməli,

49
00:09:23,540 --> 00:09:29,880
həmin hökumət də bu bölgəyə kənardan gəlmiş şəxslər,

50
00:09:29,880 --> 00:09:34,510
yəni sionistlər, onların başçıları və digərləri ilə bağlı qərar verməlidir.

51
00:09:34,850 --> 00:09:46,340
Fələstin problemini həll etməyin bundan başqa yolu yoxdur, bu isə elə hazırda hakimiyyətdə olan qondarma və əsassız İsrail rejiminin

52
00:09:46,340 --> 00:09:57,140
məhv olub aradan getməsi deməkdir. Allahın köməyi ilə, bir o qədər də uzaq olmayacaq gələcəkdə (dəqiq vaxt demək olmaz,

53
00:09:57,480 --> 00:10:05,310
amma yaxın gələcəkdə olacaq) bu məsələ mütləq surətdə reallaşacaq.

54
00:10:05,540 --> 00:10:16,280
Əgər bu olsa, inşallah, bu regionda müsəlman xalqları öz aralarında vəhdətə nail ola biləcəklər.

55
00:10:16,510 --> 00:10:26,510
Regionumuzdakı konfliktlərin səbəbkarı bu düşmənin varlığıdır. Adətən müştərək düşmənin varlığı birlik yaradır, burada isə əksinə olub.

56
00:10:26,910 --> 00:10:42,220
Bu düşmən ixtilaflara, konfliktlərə, bəzi müsəlman ölkələrinin rəsmilərində xəyanətkarlıq xarakterinin yaranmasına yol açıb.

57
00:10:42,970 --> 00:10:51,080
Bu düşmən aradan qalxsa, ölkələr bir-birinə yaxınlaşa, öz birlik və həmrəyliyini qoruya bilər.

58
00:10:51,310 --> 00:11:01,600
İslam dininin izzət və nüfuzu isə İslam ümmətinin birliyindədir. İslam ümməti, inşallah, vəhdət sayəsində inkişaf və yüksəlişin zirvəsinə yetişməlidir və elə yetişəcək də.

59
00:11:01,820 --> 00:11:09,770
Ümidvaram, Allah-taala bu Fitr bayramında, eləcə də bütün digər mübarək günlərdə

60
00:11:10,110 --> 00:11:18,910
İslam ümmətinin müqəddəratını xeyirli edəcək, İslam ümmətinin bütün nümayəndələrinə və bütün müsəlman xalqlarına

61
00:11:19,200 --> 00:11:23,600
bu yolda qətiyyətli addımlarla irəliləməkdə yardımçı olacaq.

62
00:11:23,820 --> 00:11:25,770
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.