1
00:00:00,000 --> 00:00:02,330
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,800 --> 00:00:16,530
Mərhum Əllamə Cəfəri ilə bağlı belə bir tədbirin keçiriləcəyini eşidəndə mən çox sevindim.

3
00:00:18,130 --> 00:00:27,800
Çünki elm, din, dini təbliğat və sənət sahəsində

4
00:00:28,400 --> 00:00:35,260
olduqca dəyərli fəalliyyət göstərmiş o böyük insanın ölümündən sonra

5
00:00:35,260 --> 00:00:44,060
bu günə qədər hələ onun şəxsiyyətinə layiq səviyyədə bir iş həyata keçirilməyib.

6
00:00:46,730 --> 00:00:56,200
Bir qayda olaraq hər bir cəmiyyətdə böyük şəxsiyyətlərin vəfatından sonra onların adı, xatirəsi uca tutulur ki,

7
00:00:56,330 --> 00:01:04,060
başqaları bu insanların elmi kimliyindən, varlıqlarının fiziki ölümlə yox olub aradan getməyən həqiqi mahiyyətindən bəhrələnə bilsin;

8
00:01:04,460 --> 00:01:16,660
doğrudur, yaxşı olar ki, bu işlər elə onlar həyatda ikən görülsün, amma ən azından dünyadan köçəndən sonra yad olunurlar.

9
00:01:18,330 --> 00:01:26,060
Allaha həmd olsun ki, bu ənənə bizim cəmiyyətimizdə də geniş yayılıb, amma bilmirəm nəyə görəsə,

10
00:01:26,400 --> 00:01:36,600
Əllamə Cəfəriyə münasibətdə (Allah ona Behişti nəsib etsin!) biz bu geniş surətdə rəvac tapmış, həmişəki adətimizi yerinə yetirməmişik.

11
00:01:37,200 --> 00:01:44,930
Elə buna görə də Əllamə Cəfəri ilə bağlı ayrıca bir konfrans keçiriləcəyini

12
00:01:45,460 --> 00:01:54,530
və bu işin başında bir yandan təbrizlilərin, bir yandan Qumun din alimlərinin, bir yandan da yaradıcılığı

13
00:01:55,400 --> 00:02:02,730
Əllamə Cəfərinin yaradıcılığı ilə əlaqəli olan teoloqların duracağını eşidəndə çox sevindim; həqiqətən də, lazımlı və yerində görülən bir işdir.

14
00:02:03,660 --> 00:02:14,000
Əllamə Cəfərinin ən qabarıq xüsusiyyətlərindən biri onun kompleks şəkildə fəaliyyət göstərməsi idi;

15
00:02:15,730 --> 00:02:31,660
yəni onun fəaliyyəti xüsusi bir sahə ilə məhdudlaşmırdı. Biz dini təhsil aldığımız dövrdə o həm fiqh, həm də fəlsəfə sahəsində işləyirdi.

16
00:02:32,260 --> 00:02:44,530
Fiqh sahəsində Təbrizdə mərhum Amirza Rəzi Təbrizinin şagirdi idi. Mərhum Amirza Rəzi də Axundun  şagirdi idi; mən Amirza Rəzini görmüşdüm;

17
00:02:44,800 --> 00:02:54,530
Təbrizin bir nömrəli din alimi idi; müəyyən etapda Təbrizin bir nömrəli ruhanisi idi də.

18
00:02:54,730 --> 00:03:03,800
Cənab Cəfəri gəncliyində onunla yaxınlıq edirdi, onun şagirdi idi, ondan dərs alırdı; özü bizə

19
00:03:04,130 --> 00:03:11,200
mərhum Amirza Rəzi ilə bağlı başına gələn hadisələrdən danışırdı. Daha sonra isə Nəcəfə getmişdi.

20
00:03:11,530 --> 00:03:20,060
Nəcəfdə də bir neçə il cənab Xoyidən, digər böyük din alimlərindən və səhv etmirəmsə, mərhum Şeyx Kazim Şirazidən dərs almışdı.

21
00:03:21,200 --> 00:03:30,400
Bütün bunlar adamı fəqih edər dəə! Yəni bu səviyyədə alınan dərslərdən sonra elmi və dini məsələlərdə mütəxəssis olan insanlar

22
00:03:30,730 --> 00:03:37,600
onun fəqih olduğunu hiss etmişdilər. Sonradan isə o, fəlsəfə sahəsində də işləməyə başlamışdı

23
00:03:38,060 --> 00:03:46,930
və onun bir filosof kimi gözəçarpan cəhətlərindən biri də Qərb fəlsəfəsindəki görüşlərə diqqət yetirməsi idi.

24
00:03:46,930 --> 00:03:54,730
Hələ gənc ikən biz Məşhəddə onunla görüşdüyümüz zaman Əllamə Cəfəri

25
00:03:54,730 --> 00:04:02,330
o məsələlər – Hegel və sairin fikirləri barədə məlumatlı idi, onlardan danışırdı.

26
00:04:02,330 --> 00:04:09,200
Halbuki o vaxt hələ bu şeylər bir o qədər də geniş yayılmamışdı, teoloji mərkəzlərdə

27
00:04:09,200 --> 00:04:12,930
bunları yada salan, bilən, yaxud da maraqlanan yox idi.

28
00:04:13,130 --> 00:04:22,860
1333, ya 34-cü il idi, Əllamə Cəfərini Məşhəddə gördüm; o vaxt biz yeniyetmə idik,

29
00:04:23,530 --> 00:04:32,000
o isə Nəcəfdən yenicə qayıtmışdı. Məşhəddə bir qohumları var idi;

30
00:04:32,260 --> 00:04:42,660
əmiləri Məşhəddə yaşayırdı və bəzi məsələlərlə əlaqədar (indi xırdalıqlarına varmağa lüzum yoxdur)

31
00:04:42,930 --> 00:04:52,600
onun və qardaşlarının Məşhəddə, necə deyərlər, bir ayaq yeri, mülkiyyət hüququ var idi.

32
00:04:53,060 --> 00:04:59,060
O, həmin məsələ ilə bağlı Məşhədə gəlmişdi və bir müddət idi ki (dəqiq yadımda deyil nə qədər) Məşhəddə idi.

33
00:04:59,260 --> 00:05:06,260
Əllamə Cəfəri bizim oxuduğumuz Nəvvab mədrəsəsinə həmişə gəlib-gedər, oturub söhbət edərdi;

34
00:05:06,400 --> 00:05:14,860
o şirin, ürəyəyatan nitqi, gözəl ləhcəsi ilə; onun hər işi bizim üçün cəlbedici idi.

35
00:05:14,860 --> 00:05:21,330
Onun insan – dünya münasibətlərindən bəhs edən (və elə bu cür də adlanan) kitabının birinci cildi yenicə çapdan çıxmışdı

36
00:05:21,530 --> 00:05:30,200
(Əllamə Cəfəri israrla tələb edirdi ki, o kitabın adına “İnsan və dünya” deyilməsin, “İnsan – dünya” deyilsin;

37
00:05:30,460 --> 00:05:38,000
bunu xüsusilə vurğulayırdı; mən şəxsən özüm ondan eşitmişdim, deyirdi ki, “İnsan və dünya” deyil), həmin kitabı Nəvvab mədrəsəsinə gətirirdi, tələbələrdən bir qrupu toplaşırdı,

38
00:05:38,000 --> 00:05:41,260
o da kitabdakı fikirlərini, nələri demək, hansı işləri həyata keçirmək istədiyini onlar üçün şərh edirdi.

39
00:05:41,660 --> 00:05:49,460
Əlbəttə, onun şifahi elmi dili heç də asan deyildi; necə ki yazılı elmi nitqini də anlamaq bir o qədər asan deyildi.

40
00:05:50,060 --> 00:05:57,060
Doğrudur, mən onun fəlsəfi görüşləri ilə bağlı nə isə deyə, fikir bildirə bilmərəm,

41
00:05:57,060 --> 00:06:05,400
bunu onun elmi yaradıcılığı ilə daha yaxından tanış olan dostlarımız etsə, daha yaxşı olar, lakin onu deyə bilərəm ki, Əllamə Cəfəri fəlsəfə elmini çox gözəl bilirdi.

42
00:06:06,000 --> 00:06:19,930
O, çox çalışqan bir insan idi. Cənab Cəfəri (Allah ona rəhmət etsin!) həqiqətən də, elə bir insan idi ki, geniş əhatə dairəsinə malik olan elm və fəlsəfənin heç bir sahəsi

43
00:06:19,930 --> 00:06:28,130
onu digər sahələrdən uzaq salmırdı və bu, onun şəxsiyyətinin ən qabarıq cəhətlərindən biri idi. Təsəvvür edin ki, onun həm “Məsnəvi”yə şərhi var, həm də “Nəhcül-bəlağə”yə;

44
00:06:28,930 --> 00:06:38,000
halbuki “Məsnəvi” ilə “Nəhcül-bəlağə” mahiyyətcə bir-birindən əsaslı surətdə fərqlənir. O əvvəlcə “Məsnəvi”yə,

45
00:06:38,400 --> 00:06:45,800
sonra isə “Nəhcül-bəlağə”yə müfəssəl bir şərh yazaraq geniş ictimaiyyətə təqdim etmişdi.

46
00:06:46,930 --> 00:06:58,330
Əllamə Cəfəri ədəbi cəhətdən, sənət baxımından da bu cür idi; o, ruhən bir sənət adamı idi, bir sənətkar idi.

47
00:07:00,130 --> 00:07:05,530
Yadımdadır, inqilabın əvvəllərində həftədə bir dəfə, iki həftədən bir kiçik bir toplantı təşkil olunurdu,

48
00:07:06,060 --> 00:07:15,200
mən də çoxsaylı problemlərim olduğuna baxmayaraq, həmin toplantılarda iştirak etməyə çalışırdım.

49
00:07:15,530 --> 00:07:21,530
Əllamə Cəfəri Tehranda təşkil olunan o toplantılarda daim iştirak edirdi; orada şeirlər oxunurdu,

50
00:07:21,530 --> 00:07:26,130
bəzən çətin başa düşülən şeirlər də oxunurdu, amma Əllamə Cəfəri çətin anlaşılan şeirlərin dilinə

51
00:07:26,460 --> 00:07:32,660
o qədər yaxşı bələd idi, poeziyadan o qədər yaxşı başı çıxırdı ki, mən ona təəccüblənirdim.

52
00:07:33,800 --> 00:07:42,930
Adətən yaxşı hafizəsi olan insanlar dərin düşüncəyə sahib olmur; düşüncəsi dərin olanların da hafizəsi yaxşı olmur;

53
00:07:43,130 --> 00:07:49,530
deyilənə görə, bu iki şey bir-biri ilə uyğun gəlmir. Cənab Cəfəri bu fikrin yanlış olduğunu sübut etmişdi;

54
00:07:49,860 --> 00:08:00,330
yəni güclü zəkaya sahib olan, mütəfəkkir bir insan idi, eyni zamanda qeyri-adi bir hafizəyə malik idi; yəni onun, doğrudan da, heyrətamiz bir hafizəsi var idi.

55
00:08:01,460 --> 00:08:09,060
Bir dəfə mərhum Əllamə Cəfəri və başqa 3 dostumuzla

56
00:08:09,060 --> 00:08:16,200
Məşhədin yaylaqlarında piyada gəzintiyə çıxmışdıq (5 nəfər idik;

57
00:08:16,530 --> 00:08:24,200
o dostlarımızdan biri sağdır, qalan 3 nəfər, o cümlədən mərhum Əllamə Cəfəri dünyadan köçüb),

58
00:08:25,000 --> 00:08:32,400
Məşhədin yaylaqlarında, o dağlarda piyada gəzişib söhbət edirdik; cənab Cəfəri o qədər xoşsöhbət,

59
00:08:32,400 --> 00:08:37,060
maraqlı bir müsahib, hər bir sahədə məlumatlı bir insan idi ki,

60
00:08:37,060 --> 00:08:43,000
yolun uzunluğunu hiss etməyə imkan vermirdi;

61
00:08:43,530 --> 00:08:48,660
o cümlədən hafizəsi də heyrət doğururdu. Hansısa şeirdən misal gətirirdin, ardını o deyirdi.

62
00:08:50,000 --> 00:08:57,930
Yadımdadır, söhbət Mənuçehridən düşdü, mən onun qəsidəsindən bir misra misal gətirib dedim:

63
00:08:57,930 --> 00:09:03,660
“Hanı mənim yelqanadlı dəvəm?” O, qəsidəni əvvəldən axıra qədər oxumağa başladı; əzbərdən!

64
00:09:04,060 --> 00:09:12,660
Yəni o, bu cür idi; xariqüladə hafizəsi var idi. Yəni o, bu cür idi; xariqüladə hafizəsi var idi.

65
00:09:13,130 --> 00:09:17,930
Əllamə Cəfərinin özünəməxsus cəhətlərindən biri də İslam təlimlərinin təbliği

66
00:09:18,260 --> 00:09:23,330
və genişləndirilməsi işində böyük məsuliyyət hiss etməsi idi. O, bacarıqlı bir natiq idi,

67
00:09:24,260 --> 00:09:31,460
şirin danışıq tərzi, bəlağətli də dili var idi.

68
00:09:32,930 --> 00:09:40,260
Yadımdadır, hələ inqilabdan əvvəl onu məclislərə dəvət edirdilər; o zaman biz Məşhəddə idik. Bəzən Məşhəddə xüsusi məclislərə dəvət olunanda

69
00:09:40,460 --> 00:09:47,130
Tehrandan gəlirdi. İnqilabdan sonra da həm Tehranın özündə, həm də başqa yerlərdə

70
00:09:47,930 --> 00:09:55,400
onu gənclər, tələbə və müəllimlər, alimlər, ümumi kütlə qarşısında çıxış etmək üçün

71
00:09:55,730 --> 00:10:05,200
saysız-hesabsız görüşlərə dəvət edirdilər; dini təlimlərin təbliği sahəsində geniş şəkildə fəaliyyət göstərirdi.

72
00:10:05,530 --> 00:10:19,530
Yəni Əllamə Cəfərinin elmi səviyyəsi, elmi və intellektual baxımdan tutduğu yüksək mövqe onun sadə auditoriyanın düşüncə və dərki səviyyəsində çıxışlar etməsinə mane olmurdu.

73
00:10:19,800 --> 00:10:26,130
Əllamə Cəfəriyə xas xüsusiyyətlərdən biri də (o insanda müsbət keyfiyyətlər, həqiqətən də, çox idi)

74
00:10:26,730 --> 00:10:33,130
onun dini təəssübkeşliyi idi. O, dini məsələlərə

75
00:10:34,000 --> 00:10:53,600
çox böyük təəssübkeşliklə yanaşırdı, dini prinsiplərə həddən artıq bağlı idi və bəzilərinin danışığında və fikirlərində özünü büruzə verən sapmalara qarşı son dərəcə həssas idi, bu kimi hallara açıq şəkildə reaksiya verirdi.

76
00:10:54,000 --> 00:11:02,000
Onunla düşmənçilik edənlər çox idi, hətta ona xəyanət də etdilər, amma buna baxmayaraq, Əllamə Cəfəri bu meydanda

77
00:11:02,460 --> 00:11:13,800
möhkəm dayanmışdı. Cənab Cəfəri (Yeri Behişt olsun!) həqiqətən də, görkəmli bir şəxsiyyət idi.

78
00:11:14,060 --> 00:11:19,330
O həm də səbirli bir insan idi. Bütün bu zərif mənəvi keyfiyyətləri ilə

79
00:11:19,530 --> 00:11:26,330
səbirli bir xarakterə malik idi. Başına müsibətlər gəldi, qız övladı, həmçinin xanımı vəfat etdi;

80
00:11:26,330 --> 00:11:35,930
yəni həyatında bu cür çətinliklərlə də üzləşdi, amma yenə də möhkəm durdu. Güclü, səbirli və mübariz bir insan idi.

81
00:11:35,930 --> 00:11:42,330
Ümidvaram ki, Allah-taala sizə onun fikir və görüşləri üzərində işləmək üçün

82
00:11:43,400 --> 00:11:53,660
mənəvi dəstək olacaq, inşallah. Qərblilər öz görkəmli şəxsiyyətlərini, mütəfəkkirlərini

83
00:11:54,130 --> 00:12:02,530
heç vaxt diqqətdən kənar qoymurlar, biz bunu onlardan öyrənməliyik. Özü də təkcə həmin şəxslərin bioqrafiyasını yazmaqla kifayətlənmirlər,

84
00:12:02,800 --> 00:12:12,260
onların görüşlərinə müxtəlif aspektlərdən yanaşaraq daim diqqətdə saxlayırlar;

85
00:12:12,460 --> 00:12:20,200
onlar haqda çoxsaylı kitablar yazır, tədqiq edirlər; bəziləri tənqid edir, qarşı çıxır,

86
00:12:20,400 --> 00:12:30,000
bəziləri isə dəstəkləyir, istinad edirlər. Biz də öz böyük mütəfəkkirlərimiz, o cümlədən mərhum Əllamə Cəfəri ilə bağlı bu səpkidə işlər görməliyik.

87
00:12:30,000 --> 00:12:36,060
Ümidvaram ki, inşallah, sizin təşkil etdiyiniz bu anım tədbiri

88
00:12:36,330 --> 00:12:48,400
bu işə, bu hərəkata start verməyə, cənab Cəfərinin özünə və görüşlərinə qarşı diqqət və marağı artırmağa müvəffəq olacaq.

89
00:12:48,860 --> 00:12:55,530
Hər halda, mən həm konfransın təşkilatçıları olan siz möhtərəm cənablara,

90
00:12:55,530 --> 00:13:00,930
həm təbrizlilərə, həm də Qum və Tehranın görkəmli ruhanilərinə təşəkkürümü bildirirəm.

91
00:13:01,330 --> 00:13:05,130
Bu işin təşkilinə əmək verən hər kəsə təşəkkür edirəm.

92
00:13:05,330 --> 00:13:07,530
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.