1
00:00:00,450 --> 00:00:03,020
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,770 --> 00:00:16,450
الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:25,880 --> 00:00:37,820
و علي آله الاطيبين الاطهرين المنتجبين الهداة المعصومين المکرّمين

4
00:00:39,540 --> 00:00:43,770
سيّما بقيّةالله في الارضين

5
00:00:44,510 --> 00:00:56,850
السّلام عليک يا اباعبدالله و علي الارواح الّتي حلّت بفنائک عليک منّي سلام الله

6
00:00:57,250 --> 00:01:02,510
ابداً ما بقيت و بقي اللّيل و النّهار

7
00:01:03,420 --> 00:01:15,650
و لا جعله الله آخر العهد منّي لزيارتک السّلام علي الحسين و علي عليّ بن الحسين

8
00:01:16,850 --> 00:01:22,740
و علي اولاد الحسين و علي اصحاب الحسين

9
00:01:23,600 --> 00:01:34,620
Seyyidüs-sacidin Həzrət Əli İbn Hüseynin (ə) şəhadət gecəsidir.

10
00:01:35,250 --> 00:01:50,450
Aşuradan sonra çox önəmli günlərdir; əslində Zeynəbin qəhrəmanlıq salnaməsinin yazıldığı günlərdir.

11
00:01:51,080 --> 00:02:04,620
Bu günlərdə Zeynəbi-Kübra, Həzrət İmam Səccad və digər Aşura əsirləri

12
00:02:05,370 --> 00:02:21,310
Kərbəla, Kufə, Şam, ondan sonra isə Mədinə yolunda sonsuz nuraniyyət, ehtişam və qəhrəmanlıqla irəliləmiş

13
00:02:21,820 --> 00:02:39,650
və özlərinin bu hərəkatı ilə Aşura hadisəsinə əbədiyyət bəxş etməyi, onu daimiləşdirməyi, üzərinə kölgə salınmasından qorumağı bacarmışlar.

14
00:02:44,220 --> 00:02:59,940
Biz də bu gün, belə günlərdə özümüzdə o əzəmətli və şanlı şəhidlərə qarşı daha çox mənəvi bağlılıq hiss edirik.

15
00:03:00,970 --> 00:03:20,450
Qarşıda da Ərbəin gəlir. Bizim xalqımız, İraq xalqı, digər xalqların bir çox nümayəndələri böyük Ərbəin qəhrəmanlığına qatılmaq üçün hazırlıq görür.

16
00:03:20,740 --> 00:03:27,310
Ərbəin qəhrəmanlığı qeyri-adi bir fenomendir.

17
00:03:27,820 --> 00:03:42,970
Bu fenomen, Allahın yardımı və dəstəyi sayəsində, məhz İslam dünyasının belə bir qəhrəmanlığa sonsuz ehtiyac duyduğu bir vaxtda yaranmışdır.

18
00:03:43,540 --> 00:03:54,400
Şəhidlər sərvərinin xatirəsini öz qəlblərimizdə, düşüncələrimizdə böyük dəyər verərək yaşadırıq.

19
00:03:54,800 --> 00:04:10,620
O böyük imama, onunla birgə olan o böyük şəxsiyyətlərə, şəhidlərin pak torpağına ixlaslı və səmimi salamımızı çatdıraraq deyirik:

20
00:04:10,850 --> 00:04:21,370
“Ey səba, ey uzaq düşənlərin çaparı, bizim göz yaşlarımızı onların pak torpağına çatdır”.

21
00:04:22,510 --> 00:04:32,000
Bu gün bura toplaşmış, gənc və dinamik bəsicilərdən ibarət olan bu böyük izdiham

22
00:04:33,370 --> 00:04:44,910
eynilə 60-cı illərdə bu stadionda toplaşan bəsicilərin möhtəşəm kütləsinə bənzəyir.

23
00:04:46,110 --> 00:04:52,050
O zaman gənclərimiz gedib qələbə çalmışdılar.

24
00:04:52,740 --> 00:05:01,080
İnşallah, siz də qarşıya məqsəd qoyduğunuz sferalarda tam qələbəyə nail olacaqsınız!

25
00:05:25,370 --> 00:05:41,820
Bu böyük tədbir çox həssas bir mərhələdə təşkil olunub; hazırda ölkəmizdə, regionumuzda və dünyada

26
00:05:43,480 --> 00:05:51,140
olduqca həssas bir vəziyyət hökm sürür; xüsusilə də biz İran xalqı üçün.

27
00:05:52,340 --> 00:06:07,080
Bu həssaslıq o baxımdandır ki, bir yandan imperializmin başında duranlar, Amerikanın istismarçı siyasətçiləri meydanda toz-duman qoparır,

28
00:06:09,080 --> 00:06:21,540
digər tərəfdən mömin gənclər öz gücünü nümayiş etdirərək müxtəlif meydanlarda ardıcıl qələbələr qazanır,

29
00:06:23,200 --> 00:06:38,450
digər tərəfdən ölkədəki iqtisadi problemlər aztəminatlı əhalinin böyük əksəriyyətinə məişət sıxıntıları yaşadır,

30
00:06:38,800 --> 00:06:52,850
bir tərəfdən də bütün bu proseslərin təsiri ilə həssaslaşmış ziyalılarımızda yaranan gərginlik və narahatlıq

31
00:06:53,140 --> 00:07:01,820
onları nəzəri və əməli cəhətdən hərəkətə keçməyə vadar edir.

32
00:07:02,170 --> 00:07:14,910
Ölkə problem yaşadığına görə passivlik və ətalətdən çıxıb;

33
00:07:15,140 --> 00:07:28,570
indiyə qədər sadəcə seyirçi olanların bir çoxu bu gün özündə məsuliyyət hiss edərək hərəkətə gəlib. Bütün bunlar ölkəmiz üçün

34
00:07:30,110 --> 00:07:39,250
müxtəlif aspektlərdən spesifik bir vəziyyətin hökm sürdüyünün göstəriciləridir və bu tədbir məhz belə bir şəraitdə təşkil olunub.

35
00:07:39,770 --> 00:07:50,510
Bugünkü söhbətimin canı, birincisi, İranın əzəmətindən,

36
00:07:51,600 --> 00:08:06,910
ikincisi, İslam Respublikasının iqtidarından, üçüncüsü isə İran xalqının məğlubedilməzliyindən ibarət olacaq. Deyəcəklərim öyünmək üçün deyil,

37
00:08:30,280 --> 00:08:41,600
sırf şüar deyil, bəzi başqa adamların gəlişigözəl çıxışlar, şüarçılıq xatirinə danışdığı içiboş sözlərdən deyil.

38
00:08:41,940 --> 00:08:54,400
Bunlar bir reallıqdır və İran xalqının düşmənləri bizim bunları bilməməyimizi,

39
00:08:55,370 --> 00:09:06,570
bunlardan bixəbər qalmağımızı, özümüz, ölkəmiz və xalqımız haqqında başqa təsəvvürdə olmağımızı arzulayır.

40
00:09:08,400 --> 00:09:18,970
Lakin bu həqiqətlər o qədər aydın, o qədər aşkardır ki, heç kim onları inkar edə bilməz.

41
00:09:19,820 --> 00:09:30,910
“İranın əzəməti” dedik; bu təkcə indiyə, müasir dövrə aid deyil. İranın əzəməti tarixi bir məsələdir.

42
00:09:31,600 --> 00:09:42,400
Tarix boyu bizim əziz ölkəmiz müsəlman xalqları və müəyyən mərhələdə isə

43
00:09:43,080 --> 00:09:52,400
bütün dünya xalqları arasında elm, fəlsəfə, siyasət, incəsənət kimi sahələrdə

44
00:09:52,740 --> 00:10:01,820
vüqarla ön sıralarda duraraq varlığını nümayiş etdirmiş,

45
00:10:02,220 --> 00:10:09,880
İslam elmlərinin bayraqdarı olmuşdur.

46
00:10:10,280 --> 00:10:21,370
İranın əzəməti insafla mühakimə yürüdən hər bir kəsin təsdiq etməyə məcbur qalacağı açıq-aydın bir həqiqətdir.

47
00:10:21,370 --> 00:10:30,680
Əlbəttə ki, bu həm bizim dövrümüzə, həm də tarixin keçmiş səhifələrinə aiddir.

48
00:10:31,250 --> 00:10:39,080
İslam İnqilabından əvvəlki 200 il isə istisnadır:

49
00:10:39,650 --> 00:10:47,020
Qacarlar hakimiyyətinin ortalarından bu yana və mənhus Pəhləvi hakimiyyəti dövrü.

50
00:10:47,820 --> 00:11:01,820
Təəssüflər olsun ki, bu 200 ildə İranın əzəməti ayaqlar altına atılmışdır; hərçənd indi mövzumuz bu deyil.

51
00:11:02,680 --> 00:11:18,970
İslam Respublikasının iqtidarı barədə isə təkcə bunu demək kifayətdir ki, İslam Respublikası İran ölkəsini Amerika və İngiltərənin müstəmləkəsi altından çıxardı.

52
00:11:19,710 --> 00:11:29,080
Bu müstəmləkə təxminən miladi təqvimlə 19-cu əsrin əvvəllərindən başlamışdı.

53
00:11:29,310 --> 00:11:37,650
Bu ölkənin bütün işlərinə amansız və imperialist yadellilər ağalıq edirdilər.

54
00:11:37,880 --> 00:11:49,310
İslam Respublikasının iqtidarını sübuta yetirmək üçün təkcə bu kifayətdir ki, dövlətimiz ölkəni və xalqı bu zülmkar ağalıqdan xilas etməyi bacarıb.

55
00:11:50,450 --> 00:12:08,000
Həmçinin İslam Respublikasının iqtidarının təzahürlərindən biri də ölkəni istibdadçı monarxiya hökumətinin şərindən xilas etməsidir.

56
00:12:10,110 --> 00:12:25,250
Eləcə də İslam Respublikası var olduğu bu 40 il ərzində ölkəyə uzanan düşmən əllər qarşısında sinəsini sipər etmiş

57
00:12:26,620 --> 00:12:44,910
və son əsrlərdə ilk dəfə olaraq bir müharibədə ölkənin bölünməsinin qarşısını ala bilmişdir.

58
00:12:45,480 --> 00:13:00,570
İslam Respublikasından əvvəl Qacar və Pəhləvi hakimiyyəti dövründə baş vermiş hər müharibədə düşmənlər ya ölkənin torpaqlarından bir hissəsini qoparmağa,

59
00:13:00,910 --> 00:13:09,140
ya da özləri ölkədə hərbi iştiraka nail olaraq xalqı təhqir etməyə müvəffəq olmuşlar.

60
00:13:09,540 --> 00:13:23,370
İlk dəfə olaraq İran xalqı 8 il davam edən Məcburi Savaşda geniş düşmən cəbhəsini tamamilə məğlubiyyətə uğratmağa,

61
00:13:24,400 --> 00:13:33,820
onları ölkədən qovmağa, ölkənin ərazi bütövlüyünü qorumağa nail olmuşdur. İqtidar bu deməkdir.

62
00:13:34,110 --> 00:13:43,820
İqtidar odur ki, İslam Respublikası regionda və bütün dünyada bu ölkənin nüfuz və ehtiramını yüksəldə,

63
00:13:44,280 --> 00:13:56,620
genişmiqyaslı imperializm cəbhəsi qarşısında bir yumruq kimi birləşərək dura bilmişdir.

64
00:14:20,170 --> 00:14:28,620
“İran xalqının sarsılmazlığı” dedik; əlbəttə ki, bu, İslam dininin bərəkəti sayəsindədir.

65
00:14:28,850 --> 00:14:42,970
Bu sarsılmazlığın sübutunu və nişanəsini İran xalqının böyük İslam İnqilabında əldə etdiyi uğurda,

66
00:14:43,540 --> 00:14:56,850
Məcburi Savaşda qazandığı qələbədə, bu xalqın 40 il ərzində düşmənlərin məkrli planları qarşısında göstərdiyi müqavimətdə müşahidə etmək olar.

67
00:14:57,250 --> 00:15:12,970
Xalqımız geri çəkilmədi, əldən-ayaqdan düşmədi, düşmən qarşısında zəiflik və məğlubiyyət hiss etmədi; bu, İran xalqının qələbəsidir.

68
00:15:12,970 --> 00:15:23,880
Ölkəmizin vəziyyəti budur. Əlbəttə ki, bu barədə daha geniş izah verəcəyəm, inşallah. Bu gün bizim vəziyyətimiz belədir.

69
00:15:24,220 --> 00:15:40,280
Əziz qardaşlar, əziz bacılar, böyük İran xalqı! Bir şey var ki, eynilə hərbi savaş meydanında olduğu kimi,

70
00:15:41,480 --> 00:15:58,340
siyasi və iqtisadi savaş meydanında da qalibiyyət hiss edən tərəf özü ilə qürrələnəndə qalibiyyət yolu onun üzünə bağlanır.

71
00:15:59,600 --> 00:16:10,280
Qazandığı qələbə ilə öyünüb arxayınlaşmaq, qələbələri davam etdirmək üçün sonrakı hərəkət planı,

72
00:16:10,450 --> 00:16:26,220
hərəkət əzmi olmamaq mütləq surətdə düşmənin qarşısında geriləməyə, düşmənin irəliləməsinə səbəb olur.

73
00:16:27,020 --> 00:16:39,370
Əldə etdiklərimizlə öyünüb dursaq, passivlik, hərəkətsizlik azarına düçar olsaq, təşəbbüs göstərməsək, arzumuza çata bilməyəcəyik.

74
00:16:39,770 --> 00:16:55,770
Səylərimizi, fədakarlığımızı, təşəbbüskarlığımızı, mövcud imkanlardan istifadə etmək əzmimizi ən yüksək səviyyədə davam etdirməliyik.

75
00:16:56,000 --> 00:17:08,620
Biz hələ yolun ortasındayıq, yolun başlanğıcındayıq və hələ bir xeyli yol qət edib İslam İnqilabının nəzərdə tutduğu zirvələrə çatmalıyıq.

76
00:17:08,910 --> 00:17:20,850
Bunun üçün həm çalışıb-vuruşmaq, həm yola bələd olmaq, həm cəsarətli, həm də tədbirli olmaq lazımdır,

77
00:17:21,940 --> 00:17:38,850
lakin siz gənclərin diqqət yetirməli olduğunuz önəmli məqam bundan ibarətdir ki, bu əzəmətli milli hərəkatın avanqardları siz gənclərsiniz.

78
00:17:39,370 --> 00:17:51,770
İrəlidə gedib yolu açan sizsiniz! Yaşlı və təcrübəli insanlar əgər yorulub taqətlərini itirməzlərsə,

79
00:17:52,220 --> 00:18:02,800
bu yolda sizə bələdçilik edə bilərlər, lakin bu qatarın mühərriki, onu irəli aparan hərəkətverici qüvvə məhz siz gənclərsiniz.

80
00:18:03,140 --> 00:18:13,200
Keçmişdə də bu cür olub; bütün cihad sferalarında belə olub.

81
00:18:13,600 --> 00:18:25,310
Bu 40 il ərzində biz bir çox sferalarda cihad etmişik və onların hamısında gənclər öndə olub,

82
00:18:25,940 --> 00:18:30,970
yolu açan gənclər olub, gənclər avanqard olub.

83
00:18:31,770 --> 00:18:45,140
İnqilabın qələbəsindən öncə şah diktaturasına qarşı cihadda – inqilabi mübarizə dövründə – inqilabın əvvəllərində

84
00:18:45,480 --> 00:18:54,340
ölkənin şərqində, qərbində, şimalında ortaya çıxmış separatçılara qarşı cihadda

85
00:18:55,200 --> 00:19:04,800
o böyük hərəkatların öncülləri gənclər oldu.

86
00:19:05,020 --> 00:19:12,970
İnqilabın əvvəllərində onun ilk cücərtilərindən olan quruculuq cihadında da

87
00:19:13,310 --> 00:19:21,880
gənclər öndə idi. Quruculuq cihadı kimi möhtəşəm bir hərəkata start verən məhz elə onlar olmuşdu.

88
00:19:22,280 --> 00:19:38,450
60-cı illərin əvvəllərində xain və münafiq terrorizmə qarşı cihadda, 8 illik Müqəddəs Müdafiə Savaşında ölkəmizə təcavüz edən qüvvələrə qarşı cihadda,

89
00:19:38,680 --> 00:19:52,910
1367-ci ildən sonra müharibənin ardından qalan dağıntı və xarabalıqları aradan qaldırmaq, müharibə bölgələrini abadlaşdırmaq üçün həyata keçirilən cihadda,

90
00:19:52,910 --> 00:20:07,770
70-ci illərdə mədəni hücumlar qarşısında aparılan mədəni cihadda o ağır atmosferi İslam dininin, İslam İnqilabının xeyrinə dəyişməyi bacaran məhz gənclər oldu.

91
00:20:08,340 --> 00:20:18,740
80-ci illərdən başlayan elmi cihadda

92
00:20:19,080 --> 00:20:24,110
müxtəlif universitetlərdə, elmi tədqiqat mərkəzlərində

93
00:20:24,850 --> 00:20:40,680
dövlətin elmi inkişaf çağırışına: “Ləbbeyk!” – deyib cavab verərək ölkədə elm və texnologiyanın yolunu sıçrayışlı bir şəkildə açan məhz gənclər oldu.

94
00:20:40,910 --> 00:20:51,140
Və son olaraq bu yaxınlarda – 90-cı illərdə təkfirçi terroruna qarşı cihadda.

95
00:20:51,420 --> 00:21:04,170
Bu gün də ölkədəki iqtisadi problemlərin düyününü açmaq üçün ideoloji və əməli cihad həyata keçirilir və yenə də gənclərimiz öndədir.

96
00:21:04,740 --> 00:21:15,250
Ölkənin iqtisadi problemlərinin həlli ilə bağlı bizə təkliflər gəlir; biz də onları rəsmilərə təqdim edib:

97
00:21:15,540 --> 00:21:29,310
“Araşdırın”, – deyirik; o təkliflərin çoxu gənclərə aiddir, hamısı da kifayət qədər sanballı, ölçülüb-biçilmiş, problemlərin həlli yolu ola biləcək fikirlərdir.

98
00:21:30,050 --> 00:21:41,940
Allaha həmd olsun ki, bu gün ölkəmizin üz-üzə qaldığı problemlərlə bağlı gənclərimizin həm öz fikri, həm də onları aradan qaldırmaq üçün stimulu var.

99
00:21:42,170 --> 00:21:48,740
Və qeyd olunduğu kimi, problemlər hamını hərəkətə keçirib,

100
00:21:48,910 --> 00:21:55,650
gənclərimiz öhdələrinə düşən vəzifələri hiss edirlər, öz məsuliyyətini dərk edirlər.

101
00:21:55,940 --> 00:22:10,110
Bu gün ölkənin dörd bir yanında 10 minə yaxın cihad qrupu fəaliyyət göstərir.

102
00:22:10,800 --> 00:22:23,420
Onlar əslində ölkənin gələcəyi ilə bağlı verilən müjdədir, ölkənin gələcəyi üçün böyük bir yatırımdır.

103
00:22:24,400 --> 00:22:33,880
İşləyirlər, çalışırlar; indiyə qədər onlar

104
00:22:34,510 --> 00:22:48,620
ölkənin ucqar bölgələrində əhalinin aztəminatlı təbəqəsi üçün 100 minlərlə önəmli layihə həyata keçiriblər və bu gün də keçirməkdədirlər;

105
00:22:48,910 --> 00:22:58,450
əhalinin ehtiyacına uyğun olaraq irili-xırdalı xeyli iş görüblər. Bu, ölkə üçün nəhəng bir sərmayədir.

106
00:22:58,740 --> 00:23:07,310
Demək ki, ölkənin daha yaxşı gələcəyi ilə bağlı bizə müjdə verən də yenə gənclərimizin rolu və iştirakıdır.

107
00:23:07,710 --> 00:23:18,910
Ölkənin yiyəsi siz gənclərsiniz! Mən öz söhbətlərimdə gəncləri tərifləyəndə

108
00:23:19,370 --> 00:23:29,250
bəziləri deyirlər ki, deyəsən, filankəsin bəzi yolunu azmız gənclərdən,

109
00:23:29,540 --> 00:23:39,200
onların dinə, əxlaqa və mənəviyyata zidd əməllərindən xəbəri yoxdur. Xeyr, mənim onlar haqqında da məlumatım var.

110
00:23:39,770 --> 00:23:53,420
Sözsüz ki, ölkədə sadaladığım bu müsbət, parlaq keyfiyyətləri özündə əks etdirməyən gənclər də var; onlar bizim üçün itki sayılır.

111
00:23:53,710 --> 00:24:03,080
Mənim demək istədiyim budur ki, qazancımız olan, cəmiyyətə qazandıra bildiyimiz gənclər itkilərimizdən daha çoxdur.

112
00:24:03,420 --> 00:24:13,420
Öz dini məsuliyyətini dərk edən, hədəflərə aparan yolda düşünüb hərəkət etməyi bacaran gənclərimizin sayı

113
00:24:13,770 --> 00:24:22,340
mənəviyyatsızlığa meyillənənlərdən çoxdur və bu, gələcəyin müjdəsidir.

114
00:24:22,740 --> 00:24:35,250
Bəziləri bunu dərk etmirlər, gənclərin ölkənin gələcəyində və bəlkə də, elə bu günündə malik olduğu rolu

115
00:24:35,710 --> 00:24:46,400
düzgün şəkildə diqqətə ala bilmirlər. Bəziləri hətta vəziyyəti belə qələmə verməyə çalışırlar ki, guya gənclər ölkə üçün problemdir.

116
00:24:46,970 --> 00:25:00,910
Belələri hətta gəncləri ölkə üçün problemə çevirməyə cəhd də göstərirlər. Mən isə əksinə, bu fikirdəyəm ki, gənclər ölkə üçün problem yox, ölkənin problemlərinin həlli yoludurlar.

117
00:25:23,770 --> 00:25:39,140
Əziz gənclər, siz mənim öz balalarım sayılırsınız; indi mənim sizə demək istədiyim bəzi məsələlər var; onlara diqqət yetirməlisiniz.

118
00:25:39,540 --> 00:25:48,050
Əsas odur ki, siz gənclər bizim qarşımızda duran yolun

119
00:25:48,510 --> 00:26:02,850
güzgü kimi hamar, əngəlsiz bir avtomagistral olduğunu güman etməyəsiniz. Düzdür, inkişafın yolu bizim üzümüzə açıqdır, amma bu, eniş-yoxuşlu,

120
00:26:03,540 --> 00:26:17,600
dolanbac bir yoldur, bu yolda çoxlu maneələr var, düşmən bizə qarşı var gücü ilə fəaliyyətdədir.

121
00:26:18,910 --> 00:26:29,140
Biz əngəllərə qarşı mübarizə apararaq bu yolu qət etməliyik, bunun isə öz şərtləri var.

122
00:26:29,820 --> 00:26:44,220
Bu yolu düzgün qət edə bilməyimiz üçün ilk addım düşmənin varlığını və iştirakını hiss etməyimizdir.

123
00:26:44,740 --> 00:26:58,910
Amerikanın düşmənçiliyini kökündən inkar edən, bu düşmənçiliyi dərk etməyən,

124
00:26:59,420 --> 00:27:14,680
dövlətə və xalqa Amerikanın qarşısında təslim olmaq modelini çıxış yolu kimi məsləhət görən, rahatlıq düşkünü, münafiq və riyakar psevdo-ziyalılar bu meydanın adamı deyil;

125
00:27:15,710 --> 00:27:24,680
belələri düşmən agenti də olmasalar, ən azından, mühüm bir meydan olan ölkəni inkişaf etdirmə meydanının adamı deyillər.

126
00:27:40,620 --> 00:27:49,420
Odur ki ilk addım düşmənin varlığını və iştirakını hiss etməkdir.

127
00:27:50,050 --> 00:28:02,620
İnsan qarşısında bir düşmən olduğunu bilməyincə, özü üçün bir səngər, bir sığınacaq, bir qoruyucu divar yaratmır,

128
00:28:02,970 --> 00:28:06,800
lazım olan silahı əlinə almır.

129
00:28:07,140 --> 00:28:14,400
İkinci addım isə özünəinamlı olmaq və əzmlə müqavimət göstərməkdir.

130
00:28:14,970 --> 00:28:23,370
Ruhsuz, daim tərəddüd edən, qorxaq, fürsət axtaran, öz güc və potensialını dəyərləndirməyən insanlar

131
00:28:23,370 --> 00:28:35,880
ən yaxşı halda bu meydanda başqalarına əngəl olmasalar belə, heç bir hünər göstərə bilməzlər.

132
00:28:36,400 --> 00:28:46,050
Özləri ki, heç bir iş görə bilmirlər, üstəlik bəzən başqalarının da qarşısına maneələr çıxarırlar.

133
00:28:46,280 --> 00:28:56,400
Özləri pessimistdirlər, başqalarını da həvəsdən salırlar; tənbəldirlər, başqalarını da tənbəlliyə sövq edirlər.

134
00:28:56,680 --> 00:29:05,250
Qurani-Kərim o dövrdə yaşamış bir qrup şəxs haqqında belə buyurur:

135
00:29:05,250 --> 00:29:13,250
“Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar”. (“Tövbə” surəsi, 47-ci ayədən)

136
00:29:13,940 --> 00:29:24,680
Yəni bunlar sizinlə cihad meydanına da gəlsələr, sizi fəsada sürükləyəcəklər;

137
00:29:25,140 --> 00:29:37,310
hətta sizinlə birgə cihada da yollansalar, aranızda ikitirəlik yaradacaqlar. Kömək etməyəcəklər, üstəlik yolunuzun üstündə əngəl olacaqlar.

138
00:29:37,820 --> 00:29:52,910
Əlbəttə ki, az öncə sadaladığım cihad meydanlarının heç birində bizim gənclərimiz bu kimi bəlalara düçar olmayıblar.

139
00:29:52,910 --> 00:30:01,880
Özlərinə inanıblar, şücaətli olublar, tərəddüd etməyiblər, qorxaqlıq göstərməyiblər;

140
00:30:02,510 --> 00:30:08,340
halbuki əgər bu şeylər olsaydı, işlər irəli getməzdi. Bu da ikinci addım.

141
00:30:08,340 --> 00:30:16,510
Üçüncü addım düşmənin hücum arealı haqqında məlumatlı olmaqdır.

142
00:30:17,880 --> 00:30:27,820
Biz bilməliyik ki, düşmənlə müharibəmiz, düşmənin bizə qarşı hücumları hansı sferalarda gedir? Bunu düzgün müəyyən etməliyik.

143
00:30:28,280 --> 00:30:41,820
Düşmənin təhdidlərini düzgün anlamalı, bu təhdidlərin nə dərəcədə real olduğunu bilməli, hücum arealının hansı sahələri əhatə etdiyini özümüz üçün dəqiqləşdirməliyik.

144
00:30:42,340 --> 00:30:56,850
Düşmən şərq sərhədlərindən hücum etdiyi halda, siz qüvvələrinizi qərb sərhədlərinə çəkib aparırsınızsa, bununla heç nəyə nail ola bilməyəcək,

145
00:30:57,540 --> 00:31:04,680
silahlı qüvvələrinizin varlığından heç bir şəkildə faydalana bilməyəcəksiniz. Düşmənin haradan hücum etdiyini bilməlisiniz.

146
00:31:04,680 --> 00:31:16,970
Bütün hökumət, bütün ölkə, bütün əhali düşmənin müharibə sferalarını düzgün dərk etməlidir.

147
00:31:16,970 --> 00:31:25,200
Yaxşı, bəs gəlin görək bu müharibənin getdiyi sferalar hansılardır? Mən onlardan ikisini-üçünü qeyd edəcəyəm.

148
00:31:25,600 --> 00:31:36,000
Birincisi, İslam dini və insanlarımızın bu dinə olan inancıdır. Amerika İslamdan zərbə alıb,

149
00:31:36,450 --> 00:31:49,420
ürəyində İslama qarşı kin var. Amerika İslam İnqilabından zərbə alıb, ürəyində bu inqilaba kin və nifrət bəsləyir.

150
00:31:49,880 --> 00:32:02,910
Bunlar İranda hər şeyin sahibi idilər, hər şey öz ixtiyarlarında idi, ölkənin rəsmiləri qarşılarında müti nökər idi,

151
00:32:03,480 --> 00:32:11,650
ölkənin resursları ixtiyarlarında idi, sərmayəsi onların istədiyi kimi yerbəyer edilirdi,

152
00:32:12,050 --> 00:32:27,600
iqtisadi, sosial və mədəni siyasətləri onların istəyinə uyğun planlaşdırılırdı. İndi əlləri bütün bunlardan kəsilib.

153
00:32:27,600 --> 00:32:35,420
O əli kəsən kim olub? İslam dini, İslam İnqilabı; ona görə də bu dinə və bu inqilaba düşmən olublar.

154
00:32:35,710 --> 00:32:45,600
Bəziləri mızıldanıb deyirlər ki, Amerikanın əleyhinə danışmayın, o da sizinlə düşmənçilik etməsin.

155
00:32:46,220 --> 00:32:53,540
Onların düşmənçiliyi təkcə bizim bu cür danışıqlarımıza, sizin: “Amerikaya ölüm!” – deməyinizə görə deyil ki!

156
00:32:53,540 --> 00:33:02,280
Onların ürəyində inqilabın, İran xalqının bu möhtəşəm hərəkatının özünə qarşı kin və nifrət var,

157
00:33:02,740 --> 00:33:10,680
bütün hiylə və məkrləri buna görədir. Birinci müharibə sferası budur. Qorxurlar ki,

158
00:33:11,020 --> 00:33:17,940
regionda böyük bir islami dövlət baş qaldırar

159
00:33:18,340 --> 00:33:23,820
və onların bura qarşı tamah və acgözlüyünün tamamilə qarşısını alar; bunun baş verməyini istəmirlər;

160
00:33:24,170 --> 00:33:30,620
bundan qorxurlar, buna qarşı səf çəkib cəbhə qurublar.

161
00:33:47,480 --> 00:33:55,020
İslamın və inqilabın gücündən qorxduqlarına görə də

162
00:33:55,540 --> 00:34:01,650
bu gücün qaynağı olan amillərə zərbə vurub onları məhv etmək istəyirlər.

163
00:34:02,000 --> 00:34:10,680
Bizim güc qaynağımız olan amillər hansılardır? Siyasi sabitlik, sosial təhlükəsizlik, milli birlik,

164
00:34:10,970 --> 00:34:15,770
inqilabın təməl prinsiplərinə bağlılıq,

165
00:34:17,310 --> 00:34:28,740
günbəgün genişlənməkdə olan elmi inkişaf hərəkatı, dini-inqilabi mədəniyyətin cəmiyyətimizdə genişlənməsi və dərinə kök atması.

166
00:34:28,970 --> 00:34:37,710
Bizi güclü edən amillər bunlardır; bunların əleyhinədirlər. Əlbəttə, bizim hərbi cəhətdən inkişafımızın da əleyhinədirlər,

167
00:34:37,880 --> 00:34:47,600
raketimizin də əleyhinədirlər, regiondakı iştirakımızın da əleyhinədirlər. Çünki bunlar da bizi güclü, qüdrətli edən amillər sırasına daxildir.

168
00:34:47,940 --> 00:34:56,620
Deməli, müharibə bütün bu sferalarda gedir. İmperializmin müsəlman İranına qarşı müharibə

169
00:34:56,850 --> 00:35:08,050
və qarşıdurma sferalarına İran İslam dövlətinə güc-qüdrət qazandıran hər bir şey daxildir.

170
00:35:08,400 --> 00:35:21,880
Bunu imperializmlə qarşıdurmanın mərkəzlərindən biri kimi qəbul etmək lazımdır. Müharibənin getdiyi bölgələrdən biri budur.

171
00:35:22,400 --> 00:35:32,910
Qarşıdurma sferalarından digər biri isə İranın və dünyanın reallıqlarını düzgün dərk etməkdir.

172
00:35:33,600 --> 00:35:42,510
Sizin öz ölkənizdəki reallıqları düzgün dərk edə bilməyiniz onların ziyanınadır.

173
00:35:43,600 --> 00:35:57,250
Bunun əleyhinədirlər, buna qarşı mübarizə aparırlar. Hansı vasitələrlə? Olduqca təhlükəli bir vasitə olan media vasitəsilə; xüsusilə də müasir dövrdə yeni yaranmış media vasitələri ilə.

174
00:35:58,340 --> 00:36:07,710
Yanlış təsəvvür yaratmaqla İran xalqının fikrini çaşdırmağa çalışırlar.

175
00:36:07,940 --> 00:36:16,340
Həm İran haqqında, həm özləri haqqında,

176
00:36:16,340 --> 00:36:30,280
həm də regiondakı vəziyyət haqqında yanlış təsəvvür yaratmağa səy göstərirlər. Onların yaratdığı yanlış təsəvvürlərdən biri budur ki, özlərini effektiv bir güc kimi qələmə verirlər,

177
00:36:31,080 --> 00:36:41,820
halbuki bir güc kimi heç bir statusa malik deyillər. Doğrudur, maddi-texniki gücləri danılmaz və diqqətəlayiqdir;

178
00:36:42,000 --> 00:36:50,850
yəni pulları var, hərbi texnikaları var, media imkanları var; bütün bunlar güc vasitələridir,

179
00:36:51,080 --> 00:37:03,140
lakin qlobal münasibətlərdə ilk sözü ideoloji güc söyləyir.

180
00:37:04,000 --> 00:37:12,850
İdeoloji güc deyərkən mən məntiqli, tutarlı arqumentləri, yeni fikir və söz ortaya qoymağı nəzərdə tuturam;

181
00:37:13,370 --> 00:37:23,540
həyat əhəmiyyətli yeni söz; ortaya yeni söz qoymaq lazımdır.

182
00:37:23,820 --> 00:37:35,080
Onlarınsa yeni bir sözü, məntiqi yoxdur. İdeoloji güc baxımından Amerika həddən artıq zəifdir.

183
00:37:35,420 --> 00:37:44,620
Hegemon kimi danışır, amma məntiqi zəifdir, liberal demokratiyası müasir dünyada bədnam olub.

184
00:37:45,140 --> 00:37:52,280
Bir vaxtlar metod və davranışlarını tətbiq etmələri ilə fəxr etdikləri liberal demokratiya

185
00:37:52,970 --> 00:38:00,740
bu gün dünyada ekspert və mütəxəssislər tərəfindən rüsvayedici bir formada tənqid olunur.

186
00:38:01,200 --> 00:38:10,800
Məhz elə buna görə də, gördüyünüz kimi,

187
00:38:11,310 --> 00:38:25,310
nüvə silahına, ən son texnologiyaya, kifayət qədər pula sahib olan Amerika bu gün dünyanın əksər bölgələrində məğlubiyyətə uğrayıb.

188
00:38:25,540 --> 00:38:34,170
İraqda məğlub olub, Suriyada məğlub olub, Livanda məğlub olub, Pakistanda məğlub olub, Əfqanıstanda məğlub olub,

189
00:38:34,400 --> 00:38:40,400
qlobal güclərlə qarşıdurmada məğlub olub və hazırda da məğlub olmaqdadır.

190
00:38:40,680 --> 00:38:47,770
Və belə görünür ki, hələ bundan sonra da Amerikanı bir çox məğlubiyyətlər gözləyir.

191
00:39:10,000 --> 00:39:18,170
Onların özləri haqqında yaratdığı bu təsəvvür yanlış və yalançı bir təsəvvürdür.

192
00:39:18,910 --> 00:39:31,420
Məkrli niyyətlə yaratdıqları daha bir yanlış təsəvvür isə İran İslam dövləti ilə bağlıdır.

193
00:39:32,000 --> 00:39:45,310
Ciddi-cəhdlə bu təsəvvürü dünya ictimaiyyəti arasında yaymaq, hətta bizim özümüzə –

194
00:39:45,770 --> 00:39:55,770
İran xalqına da sırıyıb, özlərinin ölkəmizlə bağlı puç və yalan düşüncələrini bizə də aşılamaq istəyirlər.

195
00:39:56,000 --> 00:40:06,510
Hazırda ölkəmizdə yaşanan iqtisadi problemlərə, bəzi reallıqlara əsaslanaraq

196
00:40:06,910 --> 00:40:13,420
tədbirsiz, cılız beyinlərində bəzi xəyallar qururlar.

197
00:40:13,420 --> 00:40:24,050
Bu yaxınlarda eşitdiyimə görə, Amerika prezidenti bəzi Avropa dövlətlərinin başçılarına deyib ki, 2-3 ay səbir edin,

198
00:40:24,050 --> 00:40:29,710
2-3 aydan sonra İslam Respublikasının kələyi kəsiləcək.

199
00:40:39,600 --> 00:40:49,140
Onlara bu cür deyib! Bunu eşidəndə mənim yadıma 40 il bundan əvvəl

200
00:40:49,710 --> 00:40:58,970
ölkədə Amerikanın əlaltısı olan insanların bir-birinə dediyi sözlər düşdü; onlar da bir-birini muştuluqlayıb deyirdilər ki,

201
00:40:58,970 --> 00:41:03,200
altıca ay səbir edin, bu dövlətin kələyi kəsiləcək.

202
00:41:03,200 --> 00:41:10,510
6 ay oldu, İslam dövlətinin kələyi-filanı kəsilmədi, onda dedilər, 1 il də səbir edin, bu məsələ biryolluq qurtaracaq. O vaxtdan 40 il ötüb

203
00:41:10,910 --> 00:41:19,820
və nazik gövdəli o körpə fidan bugünkü köklü-köməcli ağaca çevrilib. İndi bu yazıq da özünün

204
00:41:20,340 --> 00:41:27,420
və avropalı əməkdaşlarının könlünü sevindirib deyir ki, 2-3 ay səbir edin.

205
00:41:27,600 --> 00:41:30,220
Atalar yaxşı deyib:

206
00:41:41,140 --> 00:41:44,740
“Ac toyuq yuxuda darı görər.”

207
00:42:37,310 --> 00:42:52,620
Düşmən indiyə qədər sizi tanımayıb, İran xalqını tanımayıb, İslam İnqilabını, bu inqilabdan və dini imandan baş qaldıran ruhiyyəni tanımayıb.

208
00:42:53,250 --> 00:43:01,140
Hadisələri bu cür yanlış analiz etməsi isə bütün bu illər boyu onu çaşdırıb, azdırıb,

209
00:43:01,650 --> 00:43:08,400
hələ də azdırmaqdadır və məsumlardan (ə) birinə aid olan bu duada da deyildiyi kimi,

210
00:43:08,400 --> 00:43:14,170
– Allaha həmd olsun ki, O, (İran xalqının) düşmənini nadanlardan edib.

211
00:43:14,850 --> 00:43:27,940
İran xalqının düşmənləri axmaqdırlar.

212
00:43:27,940 --> 00:43:40,680
Əlbəttə, bizim problemimiz var; iqtisadi problemimiz var. İstərdim ki, əziz gənclərimiz,

213
00:43:41,250 --> 00:43:49,370
mömin və stimullu xalqımız bu məqama düzgün diqqət yetirsin; bizim iqtisadi problemlərimiz var,

214
00:43:50,170 --> 00:44:00,570
iqtisadiyyatımız neft iqtisadiyyatıdır ki, bunun özü böyük bir nöqsandır; bizdə qənaət mədəniyyəti yoxdur,

215
00:44:00,970 --> 00:44:09,250
cəmiyyətimiz içərisində qənaət mədəniyyəti çox zəifdir; bu, nöqsandır, israfçılıq nöqsandır;

216
00:44:09,880 --> 00:44:25,250
bu kimi eyib və nöqsanlar bizdə var, amma əsl eyib bunlar deyil. Əsl eyib və nöqsan işlərin çıxmaza dirənməsidir ki, Allaha şükürlər olsun, bizdə belə bir şey yoxdur. Bizim çıxmaza dirənmiş bir işimiz yoxdur.

217
00:44:42,510 --> 00:45:01,420
Əsl eyib odur ki, ölkənin gəncləri düşmənə sığınmaqdan başqa çarə olmadığını düşünələr. Eyib bax budur.

218
00:45:02,740 --> 00:45:14,220
Bəziləri bizim gənclərimizə bunu təlqin etməyə çalışırlar. Düşmən bunu istəyir.

219
00:45:15,310 --> 00:45:20,910
Düşmən İran xalqının belə bir nəticəyə gəlməsini istəyir ki,

220
00:45:22,000 --> 00:45:34,680
guya bizim qarşımızda bir çıxmaz var, Amerikaya pənah aparmaqdan, Amerikanın qarşısında diz çöküb ona təslim olmaqdan savayı heç bir çıxış yolumuz yoxdur.

221
00:45:56,110 --> 00:46:07,080
Mən açıq-aşkar elan edirəm; mən açıq-aşkar elan edirəm ki,

222
00:46:07,940 --> 00:46:23,420
düşmənin ürəyincə olan, düşmənin arzuladığı bu fikri ölkə daxilində yayanlar xəyanət edirlər! Bu, ölkəyə xəyanətdir!

223
00:46:24,000 --> 00:46:39,480
Düşmənə sığınmaqdan başqa yol olmadığı fikrini cəmiyyət içərisində yayıb, düşmənin dəyirmanına su tökmək xalqa qarşı ən böyük xəyanətdir.

224
00:46:39,480 --> 00:46:45,880
Əlbəttə ki, bu baş verməyəcək; nə qədər ki mən sağam, taqətim çatır,

225
00:46:46,220 --> 00:46:53,140
Allahın köməyi və sizin dəstəyiniz sayəsində, ölkədə bunun baş verməsinə imkan verməyəcəyəm!

226
00:47:16,280 --> 00:47:32,170
Düşmən bax bu cür yanlış təsəvvürlər yaradır; özünün və bizim vəziyyətimiz haqda düşmənin hiyləgərcəsinə formalaşdırdığı təsəvvürlər bunlardır.

227
00:47:32,400 --> 00:47:44,620
Bu gün bu yanlış, aldadıcı təsəvvürlər minlərlə televiziya, radio və internet kanalı vasitəsilə

228
00:47:45,480 --> 00:47:52,910
İran xalqına, ictimaiyyətimizə doğru axın edir.

229
00:47:52,910 --> 00:48:00,050
Dedik ki, bunlar yanlış təsəvvürlərdir, yaxşı, bəs real təsəvvür nədən ibarət olmalıdır? Real təsəvvür bu olmaldır ki,

230
00:48:00,280 --> 00:48:09,020
siz və eləcə də ölkəmizin bütün gəncləri öz ölkənizin və xalqınızın bugünkü statusundan xəbərdar olmalısınız;

231
00:48:09,250 --> 00:48:19,770
bu sizin təsir gücünə malik olmanız üçün ilk şərtdir. Əvvəla, bu gün dünyanın böyük siyasətçiləri,

232
00:48:20,220 --> 00:48:36,400
sanballı və püxtələşmiş siyasi beyinləri göstərdiyi 40 illik müqavimətə görə İran xalqını təqdir edirlər.

233
00:48:36,910 --> 00:48:51,310
Mənim bu dediyim bir reallıqdır, bizim aydın və konkret surətdə müşahidə etdiyimiz, dəqiq bildiyimiz bir faktdır.

234
00:48:51,880 --> 00:49:02,000
Başqa ölkələr bir kənara qalsın, hətta bizimlə arası yaxşı olmayan Amerikanın özündə, Qərbdə, Avropa ölkələrində belə

235
00:49:02,510 --> 00:49:10,450
sanballı siyasətçilər 40 il müddətində düşmənin təzyiqləri qarşısında geri çəkilmədiyinə,

236
00:49:11,480 --> 00:49:23,020
əksinə böyük irəliləyişlər əldə edərək özünü böyük bir gücə çevirməyi bacardığına görə

237
00:49:23,820 --> 00:49:28,050
İran xalqını təqdir edirlər. Bu, təqdirəlayiqir.

238
00:49:28,400 --> 00:49:40,450
Bir neçə il bundan əvvəl mən yüksək rütbəli bir İsrail zabitinin xalqımız haqqında söylədiyi fikirləri qeyd etmişdim.

239
00:49:40,910 --> 00:49:55,250
O söyləmişdi ki, mənim İrandan acığım gəlir, amma bu raketi ərsəyə gətirən insana

240
00:49:55,710 --> 00:50:06,910
sonsuz ehtiramımı ifadə edirəm;

241
00:50:06,910 --> 00:50:16,110
Dünyanın siyasi beyinləri bu ölkənin, bu xalqın, onun müqavimətinin, inkişafının qarşısında

242
00:50:16,280 --> 00:50:21,540
bu cür təqdir və ehtiram hissi keçirirlər.

243
00:50:22,000 --> 00:50:31,200
İkincisi, digər bir reallıq budur ki, bizim ölkəmiz

244
00:50:31,770 --> 00:50:39,940
dünyanın çox az ölkələrində rast gəlinən böyük bir potensiala malikdir;

245
00:50:40,220 --> 00:50:49,770
həm əlverişli coğrafi mövqedədir, həm iqlim şəraiti var, həm insan potensialı var, zəngin yeraltı

246
00:50:50,340 --> 00:51:03,940
və yerüstü sərvətlərə sahibdir. Ölkənin iqtisadiyyatı və inkişafı üçün fövqəladə dərəcədə əhəmiyyətli olan imkan və resurslarımız çox genişdir.

247
00:51:03,940 --> 00:51:15,880
Əlbəttə, biz bu imkanlardan düzgün istifadə etməmişik; mən bir statistikaya rast gəlmişdim – bunu bir dəfə iclaslardan birində də demişəm, yayımlanıb da  –

248
00:51:16,220 --> 00:51:25,540
orada deyilirdi ki, biz ölkəmizin imkan və resurslarından istifadə etməmək baxımından dünya üzrə birinciyik!

249
00:51:26,850 --> 00:51:35,020
İmkanlardan istifadə etməmək baxımından! Mən rəsmilərə də həmişə bunu tövsiyə edirəm ki,

250
00:51:35,370 --> 00:51:48,910
istifadə olunmamış potensialları araşdırıb üzə çıxarsınlar, ölkə üçün, milli sərvətin istehsalı üçün onlardan istifadə etsinlər. Bu da ikincisi.

251
00:51:48,910 --> 00:52:00,800
Üçüncüsü, ölkənin potensial imkanlarından biri də siz mömin gənclərsiniz; bu, real bir təsəvvürdür.

252
00:52:01,310 --> 00:52:09,770
Ölkədə həm müdafiə, həm elm, həm mədəniyyət,

253
00:52:09,770 --> 00:52:16,680
həm də sosial məsələlər sahəsində kifayət qədər yüksək bacarıqlara malik olan

254
00:52:16,800 --> 00:52:25,310
və bir çox sferalarda bu bacarıqlarını üzə çıxarmış mömin gənclərimiz var; bu, ölkəmizlə bağlı tam real bir təsəvvürdür.

255
00:52:25,880 --> 00:52:38,000
İran İslam Respublikası haqqında o fikirdə olan düşmən mömin gənclərin ölkəmizdəki bu nəhəng toplumunu görmür.

256
00:52:38,620 --> 00:52:50,170
Dördüncüsü, uzun-uzadı məsləhət-məşvərətdən sonra düşmən İslam Respublikasına qarşı mübarizə aparmaq üçün sanksiyaları ən məsləhətli yol olaraq seçib;

257
00:52:50,680 --> 00:53:05,420
yəni digər yollar onun üçün artıq bağlanıb. İqtisadi sanksiyalar tətbiq etməkdən başqa yolu yoxdur, qalan bütün yollar üzünə bağlıdır.

258
00:53:05,650 --> 00:53:15,080
Lakin sizə deyim ki, iqtisadi sanksiyalar bizim milli iqtisadiyyatımızdan daha kövrəkdir.

259
00:53:16,050 --> 00:53:27,600
Bizim milli iqtisadiyyatımız sanksiyaları qıra bilər və Allahın köməyi ilə, Allahın mənəvi dəstəyi sayəsində

260
00:53:27,600 --> 00:53:33,880
biz bütün bu sanksiyaları qıracaq, onlara qalib gələcəyik. Sanksiyaların məğlubiyyəti isə Amerikanın məğlubiyyətidir

261
00:53:33,880 --> 00:53:39,880
və Amerika sanksiyaların məğlubiyyəti ilə İran xalqından daha bir sillə almalıdır.

262
00:54:02,850 --> 00:54:15,370
Beşincisi – ölkədəki real vəziyyətin düzgün təsəvvürü ilə bağlı beşinci məqam – elə bəsicdir. Bəsic –

263
00:54:16,450 --> 00:54:29,200
yoxsul və zəif təbəqənin səfərbərliyi; ölkənin dörd bir yanını əhatə edən bu böyük təşkilat;

264
00:54:30,220 --> 00:54:44,680
öz problemlərini həll etmək üçün gənclərindən yararlanmaqda bir sıra digər ölkələrə nümunə olmuş bu genişmiqyaslı xalq kollektivi.

265
00:54:45,370 --> 00:54:49,940
Bəsic Quranın bu şərif ayəsinin göstəricisidir:

266
00:54:50,800 --> 00:54:57,420
“O kəslər ki, xalq onlara:

267
00:54:57,650 --> 00:55:19,420
Uhud döyüşündən sonra şayiə yaymışdılar ki, Mədinəyə hücum olunacaq, düşməndən qorxun.

268
00:55:19,710 --> 00:55:22,170
“(bu söz) onların imanını daha da artırdı...”

269
00:55:23,020 --> 00:55:30,170
Möminlərinsə bu təhdidlərin, bu hədə-qorxuların qarşısında imanı daha da artdı -

270
00:55:30,620 --> 00:55:39,370
və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər”. (“Ali-İmran” surəsi, 173-cü ayədən)

271
00:55:39,600 --> 00:55:55,770
Bəsic budur. Bəsic düşmənin hədə-qorxuları qarşısında möminlərin nəinki geri çəkilmədiyini,

272
00:55:55,770 --> 00:55:58,340
hətta imanlarının daha da artdığını bəyan edən

273
00:55:58,340 --> 00:56:02,680
bu şərif ayənin göstəricisidir. Bu bizim güclü cəhətlərimizdən biridir.

274
00:56:02,680 --> 00:56:11,020
Bəsic əziz ölkəmizin real təsvirini yaradan mənzərədə parlaq nüanslardan biridir.

275
00:56:12,000 --> 00:56:22,680
Düşmən də, onun ölkədəki agentləri də bəsicin kəskin şəkildə əleyhinədirlər.

276
00:56:22,970 --> 00:56:37,540
Altıncı məqam il boyu ölkədə müşahidə olunan parlaq və diqqətəlayiq tədbirlərdir.

277
00:56:37,820 --> 00:56:50,800
Bura cihad qrupları – qeyd olunduğu kimi, təxminən 10 minə yaxın cihad qrupu özəyi fəaliyyət göstərir – quruculuq cihadı,

278
00:56:51,200 --> 00:57:05,020
“Nur yolçuları” ekspedisiyaları, İslam İnqilabına həsr olunan yürüşlər, itikaflar, günbəgün daha da rövnəqlənən Aşura mərasimləri və Həzrət Hüseynə (ə) həsr olunan məclislər daxildir.

279
00:57:05,650 --> 00:57:16,680
Ölkədəki vəziyyətlə bağlı real təsəvvürlər, real mənzərə budur. Bu şeylərə diqqət yetirərək İran xalqını düzgün tanımaq olar.

280
00:57:16,680 --> 00:57:26,340
Əlbəttə ki, həm bəsicə, həm o cihad qüvvələrinə, cihad ruhlu layihələrə, həm də “Nur yolçuları”na

281
00:57:26,970 --> 00:57:30,910
əllərindən gələn köməyi göstərmək bütün dövlət qurumlarının vəzifəsidir.

282
00:57:31,370 --> 00:57:44,680
Əzizlərim, mən yavaş-yavaş çıxışımı yekunlaşdırmaq istəyirəm. Sonda 3-4 məqama da toxunacağam.

283
00:57:45,770 --> 00:57:59,310
Birinci məqam budur ki, hazırda düşmən ictimaiyyətimizin rəyinə təsir göstərmək üçün mediadan bir vasitə kimi istifadə edir.

284
00:57:59,710 --> 00:58:12,400
Diqqət edin! Media mühüm, düşmənin əlində olduğu zaman isə çox təhlükəli bir vasitədir.

285
00:58:13,310 --> 00:58:23,140
Medianı müharibələrdə istifadə olunan kimyəvi silaha bənzədirlər;

286
00:58:24,280 --> 00:58:31,650
kimyəvi silah atıldığı zaman tank və silah-sursatı sıradan çıxarmır.

287
00:58:31,880 --> 00:58:44,800
Top-tüfəng, texnika yerində qalır, amma onları işə salacaq insanlar sıradan çıxır.

288
00:58:46,000 --> 00:58:53,940
Müharibədə kimyəvi silah bu effekti verir. Media da eynilə bu cürdür.

289
00:58:54,450 --> 00:59:08,850
Bu gün televiziyadan, radiodan, internetdən, sosial şəbəkələrdən, virtual məkanın növbənöv vasitələrindən

290
00:59:09,710 --> 00:59:22,050
ictimaiyyətimizin rəyinə qarşı istifadə edirlər. Ölkədə bu sferaya –

291
00:59:22,050 --> 00:59:33,250
yəni rabitə və kommunikasiya sferasına görə məsuliyyət daşıyan insanlar buna düzgün diqqət yetirməlidirlər. Mən bunu üzbəüz iclaslarda da onlara demişəm, vurğulamışam,

292
00:59:33,710 --> 00:59:43,940
indi də deyirəm. Diqqətli olsunlar ki, düşmənin öz kimyəvi silahını

293
00:59:44,400 --> 00:59:53,940
bu xalqa qarşı asanlıqla işə salması üçün alətə çevrilməsinlər. Öhdələrinə düşən vəzifələri bilsinlər və onlara ciddiyyətlə əməl etsinlər.

294
00:59:54,170 --> 01:00:03,770
İkinci məqam; mənim əzizlərim! Düşmən bizi bir yumruqda birləşmiş görsə,

295
01:00:05,200 --> 01:00:11,140
bizim özümüzü güclü hiss etdiyimizi bilsə – axı biz öz gücümüzü hiss edirik –

296
01:00:12,110 --> 01:00:17,480
bizdəki qırılmaz əzmi müşahidə etsə, geri çəkiləcək.

297
01:00:19,250 --> 01:00:33,020
Düşmən İran xalqının, mömin İran gənclərinin ictimai-siyasi meydanlarda öz varlığını nümayiş etdirdiyini, öhdələrinə düşən vəzifələri dərk etdiyini,

298
01:00:33,650 --> 01:00:45,020
meydanlarda qüdrətlə sinəsini qabağa verdiyini görsə, geri çəkiləcək. Yox əgər zəiflik,

299
01:00:45,480 --> 01:00:58,740
ikitirəlik olduğunu, ölkənin rəsmiləri arasında söz və fikir birliyi olmadığını

300
01:00:59,710 --> 01:01:09,710
və ya rəsmilərlə xalq arasında məsafə yarandığını hiss etsə, öz aqressiv davranışlarını artırmağa həvəslənəcək.

301
01:01:10,340 --> 01:01:20,220
Buna hamı diqqət yetirsin; həm ölkə rəsmiləri, həm xalqın nümayəndələri, xüsusilə də əziz gənclərimiz.

302
01:01:21,020 --> 01:01:31,140
Biz düşmənə zəiflik yox, güc mesajları verməliyik. Düşmən bizim danışığımızdan, davranışımızdan,

303
01:01:32,400 --> 01:01:42,510
həyat tərzimizdən güclü bir toplumla, güclü bir dövlətlə qarşı-qarşıya olduğunu hiss etməlidir.

304
01:01:43,370 --> 01:01:51,080
Əgər bizdə zəiflik hiss etsə, ürəklənib, daha da aqressiv addımlar atmağa səy göstərəcək.

305
01:01:51,600 --> 01:01:54,680
Diqqətli olun! Bu da ikinci məqam.

306
01:01:54,910 --> 01:02:05,880
Üçüncü məqam; mən qəti şəkildə, ölkədəki vəziyyətlə bağlı məndə olan dəqiq məlumatlara əsaslanaraq qətiyyətlə deyirəm:

307
01:02:05,880 --> 01:02:15,140
bu xalq, bu gənc və yeni nəsil artıq heç vaxt təhqir olunmamağı,

308
01:02:36,570 --> 01:02:46,800
yad və düşmən dövlətlərin arxasınca getməməyi,

309
01:02:47,710 --> 01:02:59,080
əziz İranını nüfuz və iftixarın zirvəsinə çatdırmağı qərara alıb və buna qadirdir.

310
01:02:59,310 --> 01:03:09,310
Bunun üçün həm qərarlıdır, həm sonsuz əzmə sahibdir, həm də kifayət qədər gücü və bacarığı var. İnşallah, bu məqama yetişəcək də.

311
01:03:09,880 --> 01:03:18,510
Bu gün bu stadionda toplaşmış bu yüzminlik izdiham

312
01:03:19,250 --> 01:03:29,200
mənə 60-cı illərin sonunda elə burada toplaşmış yüzminləri xatırladır. O vaxt mən həmin insanların qarşısında çıxış etmişdim

313
01:03:30,110 --> 01:03:44,910
və onlar burdan yola düşərək cəbhələrə getmiş, ölkəyə böyük qələbələr ərməğan etmişdilər.

314
01:03:45,770 --> 01:03:53,020
Əziz gənclər, inşallah, siz də elm,

315
01:03:53,480 --> 01:04:02,220
iqtisadi dinamika, sahibkarlıq, fərdi və ictimai əmək,

316
01:04:02,510 --> 01:04:07,080
sosial və mədəni şəbəkələşmə sferalarında,

317
01:04:07,650 --> 01:04:16,910
sərbəst atışa ehtiyac hiss olunan istənilən meydanda uğur əldə edəcək, qələbə qazanacaqsınız.

318
01:04:17,600 --> 01:04:21,940
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.