1
00:00:00,170 --> 00:00:02,510
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,970 --> 00:00:10,050
الحمدلله‌ ربّ العالمين و صلّي الله علي محمّد و آله الطّاهرين

3
00:00:15,310 --> 00:00:24,510
Daha bir ramazan ayında, bir daha bu nurlu tədbirdə iştirak edərək

4
00:00:25,250 --> 00:00:33,820
Quranın feyzindən mənəvi tutumumuz yetdiyi qədər bəhrələnə bilmək üçün

5
00:00:34,280 --> 00:00:42,220
bizə ömür və fürsət verdiyinə görə Allah-taalaya şükürlər edirik.

6
00:00:44,280 --> 00:01:02,110
Quran tilavət edən, proqramda çıxış edən, bu nurlu məclisin mənəvi tərtibatına yardımçı olan hər kəsə təşəkkürümü bildirirəm.

7
00:01:02,510 --> 00:01:17,200
Allaha şükürlər olsun ki, Quran, onun təlimləri, Quranın öyrənilməsinə, əzbərlənməsinə, Quranın mənaları barədə düşünməyə olan şövq və həvəs

8
00:01:18,000 --> 00:01:28,170
ölkəmizdə günbəgün daha da genişlənir; bunlar İslam İnqilabının bərəkətli nəticələridir.

9
00:01:31,250 --> 00:01:38,850
Lakin buna baxmayaraq, biz hələ Qurandan çox uzağıq, bizimlə Quran arasında hələ xeyli məsafə var.

10
00:01:42,000 --> 00:01:58,680
Quran bizim bütün həyatımızın, bütün zehniyyətimizin, hərəkətlərimizin, fikirlərimizin, niyyətlərimizin,

11
00:01:59,710 --> 00:02:15,650
davranışlarımızın indi olduğundan da çox bələdçisi, rəhbəri və pənah yeri olmalıdır. Və təəssüflər olsun ki, bu gün bu belə deyil; biz Qurana yaxınlaşmalıyıq.

12
00:02:17,310 --> 00:02:27,140
Əziz gənclər, Quranla ünsiyyətinizi genbəgün daha da artırın, Qurandakı mənalar haqda daha çox düşünməyə çalışın;

13
00:02:29,820 --> 00:02:35,310
Quranı tilavət etməyi, onun haqqında düşünməyi unutmayın.

14
00:02:36,510 --> 00:02:43,200
Bayaq Əmirəl-möminin Əlinin (ə) bir xütbəsi oxundu. Orada buyurulur:

15
00:02:43,480 --> 00:02:58,800
ما جالَسَ اَحَدٌ هذَا القُرآنَ اِلّا قامَ عَنهُ بِزيادَةٍ اَو نُقصانٍ زيادَةٍ في هُدًي وَ نُقصانٍ عَن عَمًي

16
00:02:59,880 --> 00:03:13,600
– Quranla bir müddət oturduqdan sonra ondan bəhrələnərək qalxıb yanından getdiyimiz zaman doğru yola daha çox istiqamətlənmiş olmalı,

17
00:03:15,020 --> 00:03:22,680
qəlbimizin korluğu azalmalıdır. Allah-taalanı bir qədər də artıq tanımalı,

18
00:03:23,200 --> 00:03:34,570
ilahi təlimlərlə ünsiyyətimiz daha da artmalı, Allaha daha da yaxınlaşmalı, ibadətə şövqümüz daha da çoxalmalıdır.

19
00:03:36,000 --> 00:03:40,970
Bu gün İslam dünyasının bəlası Qurandan uzaq olmağıdır;

20
00:03:42,800 --> 00:03:51,020
bəzi müsəlman toplumlarının düçar olduğu ziyan və müsibətlər Qurandan uzaq olmalarından qaynaqlanır. Fələstinin vəziyyətinə baxın!

21
00:03:52,680 --> 00:04:01,020
Bütöv bir xalq yurd-yuvasından didərgin düşüb, o torpaqlarda qalanlar isə

22
00:04:01,540 --> 00:04:09,420
min cür təzyiq və əzab-əziyyətə məruz qalır. Elə bir neçə gün bundan qabaq bunun daha bir nümunəsini müşahidə etdik;

23
00:04:12,110 --> 00:04:26,000
işğalçı, xəbis, qondarma bir rejimin əli ilə çoxlu sayda insan şəhid edildi, minlərlə adam yaralandı,

24
00:04:27,600 --> 00:04:31,420
müsəlmanlarsa baş verənləri sadəcə kənardan seyr edirlər.

25
00:04:32,110 --> 00:04:41,710
Bəziləri gileylənirlər ki, “Amerika nəyə görə bu hadisələrə mövqe bildirmədi?” Məgər Amerika mövqe bildirməlidir ki?! Amerika özü bu cinayətə şərikdir;

26
00:04:42,970 --> 00:04:49,940
Qərb dövlətlərinin əksəriyyəti bu cinayətə ortaqdırlar. Siz hələ gözləyirsiniz ki, onlar mövqe də bildirələr?!

27
00:04:51,020 --> 00:04:56,850
Mövqeni müsəlmanlar bildirməlidirlər! Mövqeni İslam ümməti bildirməlidir;

28
00:04:58,000 --> 00:05:08,570
ayağa qalxıb ortaya qəti mövqe qoymalı olanlar İslam ümməti, müsəlman dövlətləri, müsəlman ölkələrinin hökumətləridir; amma etmirlər.

29
00:05:08,800 --> 00:05:15,020
Nəyə görə? Çünki Qurandan uzaqdırlar; çünki Qurana etiqadları yoxdur.

30
00:05:16,680 --> 00:05:20,680
Az öncə “Fəth” surəsinin o şərif ayəsi tilavət olundu:

31
00:05:20,970 --> 00:05:25,250
“... kafirlərə qarşı sərt, öz aralarında (bir-birinə) mehribandırlar”. (“Fəth” surəsi, 29-cu ayədən)

32
00:05:26,970 --> 00:05:35,770
Biz din düşmənlərinin, kafirlərin qarşısında sərt, öz aramızda isə mehriban olmalıyıq;

33
00:05:35,770 --> 00:05:42,800
amma əksini edirlər; düşmənlər bizim aramızda müharibələr, konfliktlər, şiə-sünni davası,

34
00:05:43,310 --> 00:05:55,770
ərəb-fars söhbəti və sair bu kimi problemlər yaradırlar, Qurandan, sağlam ağıl və məntiqdən uzaq olan bəzi hökumət başçıları da

35
00:05:56,800 --> 00:06:06,740
kafirlərin oyununa düşərək onlara təslim olurlar. Biz Qurandan uzağıq; Quran bizim nə etməli, necə davranmalı olduğumuzu müəyyənləşdirib.

36
00:06:09,140 --> 00:06:14,620
Quran onları bizə tanıtdırıb:

37
00:06:14,620 --> 00:06:20,800
“Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür”. (“Ali-İmran” surəsi, 118-ci ayədən)

38
00:06:21,600 --> 00:06:30,910
Bu gün bu ayələr hamısı tilavət olundu; bunlar Quranın ayələridir. Onların İslama və müsəlmanlara qarşı olan düşmənçiliyi qurtaran deyil;

39
00:06:31,250 --> 00:06:35,140
Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar”. (“Buruc” surəsi, 8-ci ayə)

40
00:06:35,370 --> 00:06:43,140
Onların düşmənçiliyinin səbəbi bizim İslama üz tutmağımızdır. Biz Qurandan uzağıq; İslam ümməti Qurandan uzaqdır.

41
00:06:43,710 --> 00:06:51,820
Özümüzü Qurana yaxınlaşdırsaq, şübhəsiz ki, kimliyindən asılı olmayaraq, düşmənimizə qalib gələcəyik;

42
00:06:52,050 --> 00:07:05,820
“Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) əsla bir dəyişiklik görə bilməzsən! (Həmişə peyğəmbərlər və möminlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar)”.  (“Fəth” surəsi, 22-23-cü ayələr)

43
00:07:06,340 --> 00:07:09,710
İlahi vəddir, Quranın vədidir;

44
00:07:10,850 --> 00:07:14,170
“Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayədən)

45
00:07:15,420 --> 00:07:23,310
Bu şeyləri Qurandan öyrənməli, mənimsəməli, bu istiqamətdə işləməliyik. Bu tip tədbirlər müqəddimədir;

46
00:07:23,600 --> 00:07:30,000
bu cür məclislər, Quranın oxunuşunun, avazla tilavətinin öyrənilməsi müqəddimədir.

47
00:07:30,220 --> 00:07:37,140
Qurandakı mənalar üzərində dərindən düşünməyin, onları dərk etməyin, Quran təlimlərindən xəbərdar olmağın

48
00:07:38,280 --> 00:07:42,740
və onlara əməl etməyin müqəddiməsidir. Biz Qurana doğru irəliləyişimizi davam etdirməliyik.

49
00:07:42,910 --> 00:07:49,880
Mənim əzizlərim, mömin, inqilabçı İran gəncləri!

50
00:07:50,400 --> 00:07:58,800
Quranla tanışlığınızı, ünsiyyətinizi günbəgün daha da artırın, Qurandan daha çox bəhrələnməyə çalışın.

51
00:07:59,540 --> 00:08:06,340
Bu sizin üçün güc, iqtidar, nüfuz mənbəyi olacaq.

52
00:08:08,050 --> 00:08:13,370
Ümidvaram, inşallah, bizim hamımızda bir oyanış olacaq, bütün İslam dünyası oyanacaq

53
00:08:13,880 --> 00:08:25,540
və biz bu işləri həyata keçirə biləcəyik. Allahın köməyi və izni ilə, istənilən halda, Fələstin düşmənlərin əlindən xilas olacaq.

54
00:08:26,620 --> 00:08:37,650
Qüds Fələstinin paytaxtıdır, nə Amerika, nə ondan daha böyüyü, nə ondan daha kiçiyi, nə də Amerikanın əlaltıları

55
00:08:38,110 --> 00:08:45,370
həqiqətin və Allahın Fələstin üçün müəyyən etdiyi qaydanın qarşısında heç bir qələt edə bilməyəcəklər.

56
00:09:07,310 --> 00:09:18,800
Allah-taaladan bütün İslam və Fələstin şəhidləri, xüsusilə də son bir neçə gündə şəhid olanlar üçün bağışlanma,

57
00:09:19,080 --> 00:09:29,710
haqq yolunda, Allahın yolunda mübarizə aparan insanlar üçün bu yolda daha böyük mətanət və dözüm diləyirəm.

58
00:09:29,710 --> 00:09:33,020
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.