1
00:00:00,570 --> 00:00:03,540
بسم الله الرّحمن الرّحيم

2
00:00:05,200 --> 00:00:12,800
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:22,170 --> 00:00:25,200
سيّما بقيّةالله في الارضين

4
00:00:26,570 --> 00:00:38,000
Gənc alimlərlə keçirilən görüşlər, doğrudan da, insanda sevinc və ümid hisləri yaradır.

5
00:00:40,280 --> 00:00:49,650
Əlbəttə ki, sizi üz-üzə, göz-gözə görməsəm belə, bu sevinc hissi məndə həmişə var, çünki bilirəm;

6
00:00:51,020 --> 00:01:00,680
sizin varlığınızdan, fəaliyyətinizdən, ölkədə istedadlı elm adamlarının yetişdirilməsi məqsədilə start verilmiş möhtəşəm hərəkatdan xəbərim var.

7
00:01:01,020 --> 00:01:10,740
Amma əlbəttə ki, sizinlə görüşmək bizi daha çox sevindirir. Bu gün bura gəldiyiniz üçün hamınıza çox təşəkkür edirəm

8
00:01:11,940 --> 00:01:26,850
və bugünkü görüşü bizə nəsib etdiyinə görə Allaha da şükürlər edirəm. Dediyim kimi, bu görüşlər insanda böyük ümid də yaradır.

9
00:01:26,850 --> 00:01:34,170
Ümid cəhətdən mən həmişə beləyəm; heç vaxt ümidsiz olmamışam, olmuram və inşallah, olmayacağam da,

10
00:01:34,400 --> 00:01:40,220
amma sizi yaxından görəndə, bu gün burada səslənən çıxışlarda olduğu kimi

11
00:01:41,140 --> 00:01:46,510
gözəl fikirlərinizi eşidəndə, təbii ki, adamın ümidi daha da çoxalır.

12
00:01:47,710 --> 00:01:58,400
Mən burada bir neçə məqamı qeyd etmişəm ki, söhbətimdə onlara toxunum: birincisi, elm adamları mövzusudur,

13
00:01:58,740 --> 00:02:09,370
ikincisi, universitetlər mövzusudur və əgər vaxtımız qalsa, ölkədəki ümumi vəziyyətlə də bağlı söhbət edəcəyəm.

14
00:02:11,370 --> 00:02:22,220
Bəri başdan deyim ki, burada səsləndirilən bəzi fikirləri yüzdə yüz qəbul edir və təsdiqləyirəm.

15
00:02:23,420 --> 00:02:30,910
Əlbəttə, bəzi fikirlər ixtisaslaşmış sahələrlə bağlı idi, mənim onlar haqda məlumatım yoxdur,

16
00:02:31,250 --> 00:02:42,340
amma dostlarımızın – çıxış edən xanım və cənabların burada toxunduğu bəzi məqamlar çox  düzgün və əsaslı idi.

17
00:02:43,020 --> 00:02:49,650
Onlardan bəziləri elə bizim özümüzə aiddir; inşallah, maraqlanarıq, məşğul olarıq;

18
00:02:49,940 --> 00:02:57,020
bəziləri də elə bugünkü görüşdə iştirak edən möhtərəm rəsmilərimizə – nazirlərə, ölkə başçısının elmi məsələlər üzrə müavininə ünvanlanır.

19
00:02:57,420 --> 00:03:08,050
Xüsusən də o gəncimizin sonda bildirdiyi şikayətlər çox önəmlidir;

20
00:03:08,050 --> 00:03:17,310
onlara ciddi yanaşmaq lazımdır. Həmin gənc dostumuz məsələni ümumiləşdirib hamıya aid etsə də, mən bunu etmək istəməzdim,

21
00:03:17,820 --> 00:03:22,570
amma reallıq budur ki, belə şeylər var

22
00:03:22,800 --> 00:03:28,740
və dəyərli rəsmilərimiz, inşallah, bu problemlərlə ciddi surətdə məşğul olmalıdırlar.

23
00:03:29,200 --> 00:03:38,340
Elm adamlarına gəlincə; elm adamlarına bir neçə aspektdən yanaşmaq lazımdır;

24
00:03:38,340 --> 00:03:50,110
birincisi, sevinc, qürur, ümid və sair aspektindən;

25
00:03:51,420 --> 00:03:59,940
bu əslində elə ölkədəki mənzərənin düzgün təsviri deməkdir;

26
00:04:00,850 --> 00:04:08,740
yəni insan ölkəyə nəzər salıb, dörd bir yanda, müxtəlif sahələrdə elmi fəaliyyətlə məşğul olan on minlərlə gənc və istedadlı elm adamını görəndə

27
00:04:09,200 --> 00:04:15,250
bu onun ölkədəki mənzərəni düzgün qiymətləndirməsi üçün imkan yaradır.

28
00:04:16,340 --> 00:04:26,280
Deməli, elm adamlarına olan yanaşmanın aspektlərindən biri budur ki, onların varlığını müşahidə etmək insana ölkədəki sevindirici reallıqları nümayiş etdirir.

29
00:04:27,940 --> 00:04:34,340
Digər bir yanaşma aspekti isə ölkədəki problemlərin həlli üçün fəaliyyət proqramlarının hazırlanmasıdır;

30
00:04:34,340 --> 00:04:48,050
belə ki ölkədə fəal və düşünən beyinlər olmadığı zaman ölkədəki problemlərin həlli istiqamətində bir cür plan qurursan,

31
00:04:49,310 --> 00:05:00,910
minlərlə gənc, istedadlı, yüksək intellektli

32
00:05:00,910 --> 00:05:16,000
və heç şübhəsiz, aralarından bir qrupu idarəçilik qabiliyyətinə malik (axı yüksək intellekt heç də həmişə idarəçilik qabiliyyəti ilə müşayiət olunmur) gənc elm adamları olduğu zaman isə

33
00:05:16,620 --> 00:05:24,740
ölkə üçün bir başqa cür fəaliyyət proqramları qurmaq istəyirsən. Odur ki gənc alimlərə olan yanaşma bu baxımdan –

34
00:05:25,420 --> 00:05:31,820
onların ölkədəki problemlərin həlli istiqamətində

35
00:05:32,170 --> 00:05:39,480
aparılan planlamaya təsiri baxımından da ciddi əhəmiyyət daşıyır. Hətta misal üçün,

36
00:05:40,220 --> 00:05:53,650
neft iqtisadiyyatının müstəqil, elmi innovasiyalara əsaslanan müqavimət iqtisadiyyatına çevrilməsində də;

37
00:05:54,970 --> 00:06:02,970
əgər bizim fəal, dinamik və canıyanan elm adamlarımız olmasa,

38
00:06:03,710 --> 00:06:13,480
iqtisadiyyatımızdakı vəziyyəti dəyişmək üçün heç bir addım atmarıq. Hökumətin ixtiyarında işləməyə hazır olan,

39
00:06:14,110 --> 00:06:21,880
ölkəsinə can yandıran mütəxəssislər olduğu zamansa, təbii ki, qərar verən qurumlar ürəkli addım atır.

40
00:06:24,050 --> 00:06:35,250
Biri var ki, bizim, misal üçün, neft mühəndisliyi sahəsində nəzəri bilikləri olan mütəxəssislərimiz yoxdur,

41
00:06:35,650 --> 00:06:45,250
onda deyərik, lap yaxşı, indiyə qədər neft quyularımızdan hansı formada istifadə etmişiksə, qoy bundan sonra da o cür istifadə edək. Biri də var ki, yox, biz mühəndislik,

42
00:06:46,340 --> 00:06:57,880
o cümlədən neft mühəndisliyi sferasında fövqəladə inkişafa nail olmuşuq və neftdən istifadə məsələsində yeni bir layihəyə imza ata bilərik.

43
00:06:57,880 --> 00:07:06,800
Ötən il neft əməliyyatları ilə bağlı o yeni layihə gündəmə gətirildiyi zaman

44
00:07:07,370 --> 00:07:15,480
mən dedim ki, gəlin məsələni öz gənclərimizlə, öz mütəxəssislərimizlə müzakirə edin,

45
00:07:16,050 --> 00:07:23,250
deyin ki, neft quyularından hasilatımız, misal üçün, 30 faizi təşkil edir,

46
00:07:23,540 --> 00:07:30,570
bunu, məsələn, 60 faizə çatdırmaq istəyirik. Deyin, qoy işləsinlər; 2 il, 3 il vaxt da verin;

47
00:07:30,850 --> 00:07:41,250
heç şübhəsiz, buna nail olacağıq da. Odur ki gənc və istedadlı alimlərin varlığı bizim nəzərdə tutduğumuz fəaliyyət proqramlarına təsir göstərir. Bu da ikinci aspekt.

48
00:07:41,650 --> 00:07:48,170
Üçüncü yanaşma, üçüncü aspekt isə ölkənin elmi inkişafı məsələsidir.

49
00:07:48,570 --> 00:07:55,140
Bizim elmi cəhətdən inkişaf etməyə ehtiyacımız var; bu bizim mütləq ehtiyacımızdır.

50
00:07:55,770 --> 00:08:09,770
Əgər biz elmi cəhətdən inkişaf etməsək, sivilizasiyamıza düşmən olan mədəni və siyasi düşmənlərimizin təhdidləri daim davam edəcək.

51
00:08:10,170 --> 00:08:17,480
Bu düşmənçilik o zaman dayanacaq, yaxud azalacaq ki, biz elmi baxımdan inkişaf edək.

52
00:08:18,050 --> 00:08:27,370
Mən bu məsələni dəfələrlə vurğulamışam. 40 ilə yaxındır ki, mən bu məsələnin üzərində israr edirəm və bu hədisi-şərifi də dönə-dönə qeyd etmişəm ki,

53
00:08:27,600 --> 00:08:29,420
اَلعِلمُ سُلطان –

54
00:08:29,940 --> 00:08:39,310
elm gücdür, qüdrətdir. Elm adamlarına olan yanaşma bu baxımdan da əhəmiyyətlidir.

55
00:08:39,310 --> 00:08:47,310
Elm adamları ölkə elmini inkişaf etdirə, ölkəni risk və təhlükələrin azalacağı bir qüdrət

56
00:08:48,000 --> 00:08:53,650
və nüfuz məqamına çatdıra bilərlər. Bu da üçüncü aspekt.

57
00:08:53,650 --> 00:09:06,450
Və dördüncü aspekt: elmin sərhədlərini aşmaq. Bu gün dünya miqyasında – ölkə miqyasında yox, dünya miqyasında –

58
00:09:07,770 --> 00:09:19,420
elm konkret sərhədlərlə məhdudlaşdırılıb. Bu sərhədləri qırıb aşmaqda, genişləndirməkdə bizim də payımız olmalıdır.

59
00:09:19,650 --> 00:09:27,940
Son yüzilliklərdə bu pay çox cüzi olub, amma biz onu artırmağa qadirik.

60
00:09:29,880 --> 00:09:39,710
Buxar mühərrikini, elektrik mühərrikini başqaları kəşf ediblər, yeni-yeni ixtiralara başqaları imza atıblar;

61
00:09:40,620 --> 00:09:48,450
bizim də payımız olmalıdır; biz ölkəmizin qarşısına çəkilmiş elmi sərhədləri açıb irəli getməliyik.

62
00:09:48,910 --> 00:09:57,600
Allahın bizə bəxş etdiyi bu təbiətin güc və imkanları həddən artıq çoxdur. Qoy alimlərimiz oturub düşünsünlər,

63
00:09:58,620 --> 00:10:09,200
təbiətimizin yeni-yeni güc və imkanlarını kəşf etsinlər. Dünya yaranandan bəri elektrik mövcud olub,

64
00:10:10,800 --> 00:10:25,820
amma bilməmişik, insanların bundan xəbəri olmayıb, istifadə etməyiblər. Sonradan üstün bir beyin, yüksək bir intellekt bu kəşfi edib

65
00:10:26,000 --> 00:10:39,310
və hazırda elektrik bütün bəşər sivilizasiyasının mehvərinə çevrilib. Təbiətdə bəşəriyyətin həyatına, tərəqqisinə

66
00:10:39,540 --> 00:10:47,080
və səadətinə təsir göstərə biləcək onlarla belə qüvvə mövcuddur. Siz də düşünün;

67
00:10:47,080 --> 00:10:54,570
qoy həmin o gizli qüvvələrdən, imkanlardan bəzilərini də bizim alimlərimiz kəşf etsinlər.

68
00:10:54,800 --> 00:11:03,940
Biz elmi kəşflərin, ixtiraların sərhədlərini genişləndirməliyik. Odur ki elm adamlarına bu aspektdən də yanaşmaq lazımdır. Baxın, mən də məhz bütün bu aspektləri nəzərə alaraq

69
00:11:04,170 --> 00:11:09,420
alimlərə yüksək dəyər verir, sonsuz ehtiramla yanaşıram.

70
00:11:10,110 --> 00:11:15,820
Alimlərimiz həm həyatımıza, həm hökumətin proqramlarına, həm ölkənin,

71
00:11:16,170 --> 00:11:22,800
həm də ümumilikdə bəşəriyyətin inkişafına təsir göstərə bilərlər.

72
00:11:23,420 --> 00:11:33,820
Bəli, bir məqam da var ki, burada onu qeyd etmədən üstündən ötə bilmərəm: ölkəmizin ötən 200 ildə olan acınacaqlı vəziyyəti.

73
00:11:34,280 --> 00:11:42,170
Siz gənclərin – xüsusilə də müxtəlif sahələrdə elmi işlə məşğul olanların bu barədə məlumatı azdır.

74
00:11:42,620 --> 00:11:46,740
Çünki siz, təəssüflər olsun ki, bir qayda olaraq tarixi oxumursunuz.

75
00:11:48,110 --> 00:11:58,280
Biz dünya elminin karvanından 200 il geri qalmışıq; bu geriliyimizin səbəbi isə ölkəmizin elm adamlarına,

76
00:11:58,620 --> 00:12:08,220
istedadlı insanlarına göstərilən laqeyd münasibət olub. Bu gün ölkədə gördüyünüz bu istedadlar

77
00:12:08,800 --> 00:12:19,710
birdən-birə, öz-özünə yaranmayıb ki! Bu, tarix boyu olub; sübutu da Farabi, İbn Sina, Xarəzmi

78
00:12:20,170 --> 00:12:29,310
və təkcə bizdə yox, bütün dünyada məşhur olan yüzlərlə digər böyük İran alimləridir.

79
00:12:30,220 --> 00:12:39,540
Deməli, bu istedad həmişə olub; onda bəs elmin sürətlə inkişaf etdiyi bu son 200 ildə

80
00:12:39,770 --> 00:12:50,800
biz nəyə görə bu qədər geridə qalmalı, Qacar dövrünün sonlarında və Pəhləvi dövründə müasir elmlərin inkişafı baxımından

81
00:12:51,370 --> 00:13:00,450
ən geridə qalmış ölkələrdən biri kimi tanınmalı idik? Keçmişimizin bu səhifələri çox qəribə və acınacaqlıdır.

82
00:13:00,970 --> 00:13:07,710
Biz dünya əhalisinin təxminən yüzdə birini təşkil edirik –

83
00:13:08,680 --> 00:13:13,770
ölkəmizin əhalisi dünya əhalisinin təqribən yüzdə biri qədərdir;

84
00:13:14,400 --> 00:13:24,450
inqilabdan öncəki onilliklərdə də, demək olar, ki, bu cür olub; ola bilsin, bir qədər az, yaxud çox; yüzdə biri qədərik –

85
00:13:25,370 --> 00:13:34,050
elə isə dünyanın ümumi elmi fəaliyyətində də heç olmasa yüzdə bir faiz rolumuz olmalıdır.

86
00:13:35,770 --> 00:13:43,650
Pəhləvi dövrünün sonlarında – yəni 1357-ci ildə,

87
00:13:44,220 --> 00:13:55,420
mübarək İslam İnqilabının ortaya çıxması ilə sonuclanan o 200 illik mərhələnin axırlarında elmin inkişafı 0.1 faiz təşkil etmişdir;

88
00:13:56,170 --> 00:14:08,110
inqilab ili olan 1357-ci ildə elmi biliklərin inkişafının statistikası 0.1 faizdir; görün, biz nə qədər geri olmuşuq!

89
00:14:08,850 --> 00:14:17,480
Bunun səbəbi hakim qüvvələrin yetərsizliyi olub; başqa səbəbi yoxdur. Ölkəmizə yetərsiz,

90
00:14:18,000 --> 00:14:26,850
dünyapərəst, maddiyyatçı, asılı, səmərəsiz insanlar hökmranlıq edib;

91
00:14:27,310 --> 00:14:34,000
təkəbbürləri, ədaları yerə-göyə sığmayıb, yadların qarşısında isə ikiqat əyiliblər,

92
00:14:34,680 --> 00:14:42,970
öz xalqının mənafeyini düşünməyiblər. Ölkəmiz belə bir vəziyyətdə olub; o dövrün statistikası belə bir acınacaqlı vəziyyəti əks etdirir.

93
00:14:43,250 --> 00:14:54,110
Əlbəttə ki, Allahın lütfü sayəsində bu gün biz dünya elminin inkişafında öz payımıza düşəndən də artıq iştirak edirik;

94
00:14:54,110 --> 00:15:01,080
yəni təxminən öz payımıza düşəndən ikiqat artıq fəaliyyətimiz var. 1 faiz olmalıdır,

95
00:15:01,540 --> 00:15:07,650
hazırda isə təxminən 2 faizdir; 1.9 faiz elmi inkişafımız var ki, bu da müsbət bir haldır.

96
00:15:08,050 --> 00:15:13,140
Əlbəttə ki, bununla qane olmuruq, bundan da artıq olmalıdır, amma payımıza düşəni edirik.

97
00:15:14,000 --> 00:15:20,340
Bayaq cənab Dr. Qulami də, başqa çıxış edənlər də bəzi statistik rəqəmləri qeyd etdilər,

98
00:15:20,340 --> 00:15:24,280
vaxtımız olsa, mən də bəzi məqamlara toxunacağam.

99
00:15:25,600 --> 00:15:33,370
1313-cü ilin bəhmən ayında – siz bu şeylərə diqqət yetirməlisiniz; gözəl, mömin,

100
00:15:33,880 --> 00:15:39,250
düşünən, zəkalı və intellektli gənclər olaraq, siz ölkəniz haqda bunları bilməlisiniz –

101
00:15:39,480 --> 00:15:47,140
ölkənin ilk universiteti olan Tehran Universiteti təsis olunub.

102
00:15:48,450 --> 00:16:01,080
44 il sonra, yəni inqilabdan öncəki 1357-ci ildə

103
00:16:01,310 --> 00:16:10,280
ölkədə ümumilikdə ali məktəb tələbələrinin sayı 150 min nəfər olub. Əlbəttə ki, bir o qədər də məzun olub,

104
00:16:10,620 --> 00:16:22,910
amma ökədə 44 il ərzində universitet fəaliyyət göstərəndən sonra tələbələrin sayı cəmi 150 min nəfər ola?!

105
00:16:23,820 --> 00:16:34,570
Bu gün İslam İnqilabının qələbəsindən 40 il ötür, ölkəmizdə 4 milyondan çox tələbə var; bir neçə milyon nəfər də məzunumuz var.

106
00:16:35,080 --> 00:16:44,050
Yəni baxın: iki cür hökumətdir, iki cür dövlət quruluşudur; fərq özünü bu məqamlarda büruzə verir.

107
00:16:44,620 --> 00:16:53,650
Ölkəmizdə elmin, elm xadimlərinin qaranlıq və acı keçmişi belə olub;

108
00:16:53,940 --> 00:17:00,800
elm xadimləri yetişdirilməyib. Əmir Kəbir kimi bir adam ortaya çıxanda da o şəkildə atasına od vurublar.

109
00:17:01,480 --> 00:17:08,050
Pəhləvilərin dövründə vəziyyət bundan da betər olub, intəhası üzdə özlərini başqa cür göstəriblər;

110
00:17:09,480 --> 00:17:15,310
elmi, mədəni, əxlaqi, siyasi cəhətdən gerilik olub.

111
00:17:15,600 --> 00:17:24,280
Bu möhtəşəm elmi hərəkata görə İslam Respublikasına, İslam İnqilabına və dahi İmam Xomeyniyə (r.ə) təşəkkür etmək lazımdır.

112
00:17:24,280 --> 00:17:31,600
Yaxşı, mənim gənc alimlərlə bağlı bir neçə tapşırığım var;

113
00:17:31,880 --> 00:17:43,370
bir məsələ budur ki, elm adamları ilə ölkənin hakim dairələri arasında qarşılıqlı əməkdaşlıq olmalıdır;

114
00:17:43,710 --> 00:17:59,310
onlar ikitərəfli surətdə əməkdaşlıq etməlidirlər. Əlbəttə ki, bunu etmək istəyirlər, niyyətləri var, cənab Dr. Səttarinin çıxışında da bu mövzuya toxunuldu,

115
00:17:59,820 --> 00:18:15,820
lakin bu məsələyə daha ciddi yanaşmağımız lazımdır. Mən yenidən bu mövzuya qayıdıb, bu barədə daha ətraflı danışmaq istəyirəm. İkitərəfli əməkdaşlıq olmalıdır.

116
00:18:16,050 --> 00:18:25,820
Alimlər sarıdan bu ikitərəfli əməkdaşlıq özünü bu şəkildə göstərməlidir ki, onlar ölkənin inkişafı uğrunda bütün imkanlarını ortaya qoymalıdırlar.

117
00:18:26,340 --> 00:18:34,170
Əlbəttə ki, onlar bəzən bunu şəxsi səviyyədə edə bilərlər, bəzən isə dövlət qurumlarının köməyinə ehtiyac duyula bilər,

118
00:18:34,400 --> 00:18:39,820
lakin hər halda, elm adamlarının rolu öz ölkəsini irəli aparmaqdan,

119
00:18:39,820 --> 00:18:45,140
öz imkanlarını, potensialını və istedadını ölkəsinə xidmətə sərf etməkdən ibarətdir.

120
00:18:45,370 --> 00:18:55,080
Hökumətin və dövlət qurumlarının rolu isə xidmət etmək, əngəlləri ortadan qaldırmaq,

121
00:18:55,370 --> 00:19:04,910
elm adamlarının öz rolunu oynamaqdan geri qalmasına imkan verməməkdir. Belə ki əgər elm adamlarımız öz öhdələrinə düşən rolu oynaya bilməyib geri qasalar,

122
00:19:04,910 --> 00:19:13,200
ölkəmiz geri qalacaq. Elm adamları dinamik olmalı, özlərini inkişaf etdirməlidirlər, yoxsa sırf elm adamı olmaqla iş bitmir.

123
00:19:13,200 --> 00:19:24,450
Dinamik, inkişaf edən, fəal elm adamları ölkə üçün böyük bir sərvətdir. Bu, bir məqam.

124
00:19:24,910 --> 00:19:33,540
Diqqət yetirilməli olan digər bir məqam da var: bu gün dünyada müəyyən olunub ki,

125
00:19:33,540 --> 00:19:42,050
ölkələrin inkişafına insan resursları qədər heç bir şey təsir göstərmir; bu artıq dəqiq məlumdur.

126
00:19:42,510 --> 00:19:51,420
Bir ölkənin yaxşı və diqqətəlayiq insan resursları varsa, o ölkə irəli gedir, inkişaf edir, yoxsa, yox.

127
00:19:51,650 --> 00:20:02,000
Demək, insan resursları hər bir ölkə, o cümlədən bizim ölkəmiz üçün böyük bir sərvət, dəyərli bir xəzinədir.

128
00:20:02,340 --> 00:20:15,200
Bu sərvət, bu xəzinə mövcud olduğu təqdirdə də, istənilən başqa sərvət kimi, qarət və yağmalanma təhlükəsi altındadır,

129
00:20:17,770 --> 00:20:25,540
düşmən daim onu ölkənin əlindən qoparıb almaq məqsədi güdür. Əlbəttə ki, bu təkcə bizə aid deyil –

130
00:20:26,000 --> 00:20:32,000
hərçənd əziz ölkəmizə qarşı daha kəskin formada özünü göstərsə belə –

131
00:20:32,620 --> 00:20:43,770
imperializm sistemi bu sərvəti bütün dünya xalqlarının əllərindən almaq niyyətindədir.

132
00:20:43,940 --> 00:20:50,170
Bunu nə məqsədlə etmək istəyir? Özü istifadə etmək üçün? Xeyr, məsələ təkcə bununla bitmir.

133
00:20:50,170 --> 00:21:02,400
Əlbəttə ki, əgər özü istifadə edə bilsə, edəcək, amma digər əsas hədəfi inhisar yaratmaqdır.

134
00:21:02,740 --> 00:21:12,620
İmperializm sisteminin məqsədi monopoliya qurmaqdır: elmi monopoliya, texnoloji monopoliya,

135
00:21:12,850 --> 00:21:21,540
sərvət və güc yaradan bütün aktivlərin monopoliyasını; hədəfi budur.

136
00:21:22,110 --> 00:21:31,310
Elə buna görə də, gördüyünüz kimi, gəlib bir ölkədə alimləri terror edirlər; bizim nüvə alimlərimizi terrorla aradan götürdülər.

137
00:21:31,820 --> 00:21:41,540
Bu sərvətin bu ölkədə olmasını istəmirlər. Dediyim kimi, təkcə bizə də aid deyil; İraqda –

138
00:21:42,450 --> 00:21:56,740
Səddam gedəndən sonra amerikalılar bütün məsələləri birbaşa öz öhdələrinə götürdükləri 3-4 il müddətində

139
00:21:56,970 --> 00:22:03,080
onlarla iraqlı alim terror edildi.

140
00:22:04,340 --> 00:22:12,110
Amerikalılar bilirdilər k, Səddam olmaya-olmaya bu alimlər olsa, ölkəni hərəkətə gətirəcək, irəli aparacaqlar.

141
00:22:12,910 --> 00:22:19,480
Elə ona görə də araşdırıb, bir-bir o alimləri terror etdilər. Başqa yerlərdə də eynilə;

142
00:22:20,680 --> 00:22:29,540
monopoliya qurmaq istəyirlər; diqqətli olun! Deməli, elm adamları risk qrupundadır. Mən sizi qorxutmaq istəmirəm,

143
00:22:30,400 --> 00:22:39,370
sadəcə buna diqqətinizi çəkmək istəyirəm ki, imperializm sistemi

144
00:22:39,940 --> 00:22:49,940
hansısa ölkədə istedadlı elm adamlarının olmasının əleyhinədir; çünki məhz elm adamları hər bir ölkə üçün inkişaf mənbəyi, ən böyük sərvət hesab olunur.

145
00:22:50,400 --> 00:23:02,800
Hansı yolla mümkün olsa, o elm adamlarını həmin ölkənin əlindən almağa çalışırlar: ya fiziki cəhətdən aradan götürməklə, ya mədəni

146
00:23:03,200 --> 00:23:11,820
və ideoloji cəhətdən məhv etməklə, ya başlarını ölkə ilə əlaqəsi olmayan, şəxsi işlərə qatıb

147
00:23:12,510 --> 00:23:18,170
elmi işdən uzaqlaşdırmaqla və sair və ilaxır...Buna diqqət yetirməlisiniz.

148
00:23:18,450 --> 00:23:28,970
“İmperializm” sistemi deyəndə nə başa düşülür? Bizim siyasi və beynəlxalq leksikonumuza artıq illərdir daxil olmuş,

149
00:23:29,250 --> 00:23:42,170
çox güclü və tutarlı bir ifadə olan “imperializm sistemi” ifadəsi ilə nəzərdə tutduğumuz sistemin başında elə qüvvələr durur ki, onların əlində güc vasitələri var,

150
00:23:42,400 --> 00:23:53,710
amma bu gücü kontrol etmək üçün vasitələr yoxdur. Güc vasitələri bunlardır: siyasət, media, silah, pul, həyasızlıq –

151
00:23:54,170 --> 00:24:03,200
bunlar hamısı güc vasitələridir, gücü kontrol etməyin vasitələri isə din, əxlaq və şərəfdən ibarətdir; bunlar da ki, onlarda yoxdur!

152
00:24:04,450 --> 00:24:12,910
Ona görə də ağıllarına gələni edirlər. “İmperializm sistemi” dünyanın “müstəmləkəçilər”ə və “müstəmləkə altında yaşayanlar”a bölünməsi deməkdir;

153
00:24:13,250 --> 00:24:19,250
başçıları da bayaq dediklərimdir. İmperializm sistemindən ehtiyatlı olun.

154
00:24:20,000 --> 00:24:33,140
Sözümün davamı olaraq demək istəyirəm ki, ölkədə elmin inkişafına düşmən olan qüvvələrin

155
00:24:33,310 --> 00:24:41,600
elm adamlarını tovlayıb aldatmasının qarşısını almağın yolu elmi ictimaiyyət arasında milli kimliyi, milli ideologiyanı gücləndirməkdir.

156
00:24:42,340 --> 00:24:47,200
Ölkənin elmi ictimaiyyətində milli kimlik hissi gücləndirilməlidir.

157
00:24:48,800 --> 00:25:00,510
Elm adamlarımız iranlı və müsəlman olduqlarını hiss etməli, bundan qürur duymalıdırlar; bu hiss onlarda güclənməlidir;

158
00:25:02,570 --> 00:25:13,370
onlar çox şərafətli və dəyərli bir tarixin davamçısı olduqlarını bilməlidirlər.

159
00:25:14,570 --> 00:25:24,280
Bir vaxtlar bizim elmimiz bütün dünyada nüfuza malik olub, fəlsəfəmiz bütün dünyada ən üstün fəlsəfə olub;

160
00:25:24,570 --> 00:25:32,220
alimlərimiz, hüququmuz, fiqhimiz də eynilə. Biz o tarixin davamçılarıyıq. Əlbəttə, arada bir qırılma, durğunluq olub –

161
00:25:32,220 --> 00:25:39,420
dediyim kimi, minimum 200 il durğunluq yaşamışıq – amma İslam İnqilabının qələbəsindən sonra

162
00:25:40,050 --> 00:25:50,050
o möhtəşəm tarixi hərəkat yenidən davam edib və biz bütün çətinliklərə, qəsdən yaradılan bütün əngəllərə baxmayaraq, irəliləmişik.

163
00:25:50,050 --> 00:25:54,970
Biz bununla fəxr etməliyik; milli kimlik və ideologiya çox önəmlidir.

164
00:25:55,600 --> 00:26:11,480
Elm adamları olaraq sizin çiyinlərinizə ağır bir yük düşür. Sizin elmi istedadınız sizin üzərinizə bir məsuliyyət qoyur;

165
00:26:12,570 --> 00:26:22,280
əlbəttə, bütün məsuliyyətlər kimi, bu məsuliyyət də dünya və axirətdə şərəf, iftixar və nüfuz mənbəyidir.

166
00:26:22,620 --> 00:26:31,600
İnşallah ki, siz həm bu dünyada, həm də axirətdə başıuca olacaqsınız. Bilin ki, düşmənin planlarından biri də ideologiyanı,

167
00:26:31,940 --> 00:26:40,050
kimliyi məhv etməkdir; düşmənin can atdığı işlərdən biri də budur; düşmənin bu hücumlarına mühüm bir məqam kimi diqqət yetirin.

168
00:26:41,310 --> 00:26:55,770
Növbəti bir məqam: elm adamı olmağın göstəricisi, əlbəttə ki, insanın konkret ixtisas sahəsində gördüyü işlərdir. Çox da dəyərlidir, ölkənin və bəşər cəmiyyətinin idarəçiliyi üçün lazım olan müxtəlif ixtisaslar

169
00:26:57,020 --> 00:27:06,850
hamısı əhəmiyyətlidir; heç şübhəsiz, bu, çox yüksək bir dəyərdir.

170
00:27:07,020 --> 00:27:17,370
Lakin ölkəmizin elmi ictimaiyyəti bununla kifayətlənməməlidir. Alimlərimiz daha yüksək hədəflərə də diqqət yönəltməlidir;

171
00:27:18,340 --> 00:27:27,200
daha yüksək hədəflər də var: elm adamı öz ixtisasının atmosferinə o dərəcədə qərq olmamalıdır ki,

172
00:27:28,170 --> 00:27:39,770
ətrafında, cəmiyyətdə baş verənlərdən, camaatdan xəbəri olmaya. Bu olmamalıdır.

173
00:27:40,510 --> 00:27:56,970
Elm adamı insanların yaşamı ilə bağlı məsələləri unutmamalıdır; mənsub olduğu xalqın əsas və mühüm məsələlərini, müstəqilliyi, ədaləti, tərəqqini,

174
00:27:59,820 --> 00:28:05,250
sosial bəlalarla bağlı önəmli məsələləri yaddan çıxarmamalıdır.

175
00:28:05,650 --> 00:28:11,710
Elm adamı yalnız ixtisası olan elm sahəsi ilə məşğul olmamalıdır.

176
00:28:11,940 --> 00:28:19,650
Siz öz elmi fəaliyyətinizi ədalət bayrağı altında həyata keçirsəniz, dəyəri ikiqat artıq olar;

177
00:28:20,800 --> 00:28:27,480
milli istiqlal və milli kimlik bayrağı altında işləsəniz, işiniz daha da dəyərli olar.

178
00:28:28,170 --> 00:28:41,820
Hazırda biz məcburi surətdə iqtisadi, siyasi və təhlükəsizlik xarakterli bir savaşa cəlb olunmuşuq. Siz bu savaşa qarşı etinasız qala bilməzsiniz; bunu edə bilməzsiniz.

179
00:28:42,050 --> 00:28:54,570
İnsanlar Əmirəlmöminin (ə) Əlinin ətrafına toplaşıb, ondan hökmən xilafəti qəbul etməyini istədikləri zaman o həzrət belə buyurmuşdu:

180
00:28:54,800 --> 00:29:08,400
لَو لا حُضورُ الحاضِرِ وَ قيامُ الحُجَّةِ بِوُجودِ النّاصِرِ وَ ما اَخَذَ اللهُ عَلَي العُلَماءِ اَلَّا يُقارُّوا عَلي کِظَّةِ ظالِمٍ وَ لا سَغَبِ مَظلوم‌

181
00:29:09,710 --> 00:29:17,020
– bu məsuliyyət olmasaydı, qəbul etməzdim; amma bu məsuliyyət var. Bu məsuliyyət nədən ibarətdir?

182
00:29:17,200 --> 00:29:21,250
اَلّا يُقارُّوا عَلي کِظَّةِ ظالِم “کِظَّة

183
00:29:21,540 --> 00:29:30,910
“کِظَّة” kəlməsi ərəb dilində acgözlüklə,

184
00:29:31,820 --> 00:29:43,200
yerindən tərpənə bilməyəcək qədər çox yeməyə deyilir; əlbəttə ki, burada qida qəbulu nəzərdə tutulmur;

185
00:29:44,910 --> 00:29:50,740
büdcədən olan o qanunsuz mənimsəmələr, astronomik maaşlar və sair nəzərdə tutulur; bunlar olmamalıdır.

186
00:29:52,050 --> 00:29:54,170
وَ لا سَغَبِ مَظلوم

187
00:29:54,400 --> 00:30:01,940
“سَغَب” – aclıq mənasındadır. Əmirəl-möminin (ə) buyurur ki,

188
00:30:02,400 --> 00:30:12,570
əgər bir tərəfdən acgöz, tutduğu vəzifədən sui-istifadə edən hakimlər,

189
00:30:12,800 --> 00:30:18,340
o biri tərəfdən də yoxsul və binəsib camaat qarşısında daşıdığım məsuliyyət sarıdan nigarançılığım olmasaydı, xilafəti qəbul etməzdim.

190
00:30:18,340 --> 00:30:20,620
Daha sonra isə buyurur: وَ ما اَخَذَ اللهُ عَلَي العُلَماء

191
00:30:20,850 --> 00:30:30,910
yəni siz alimlərin vəzifəsi təkcə dərs demək, elm öyrənmək və tədqiqat aparmaq deyil.

192
00:30:31,600 --> 00:30:33,880
Sizin öhdənizə düşən vəzifələrdən biri də:

193
00:30:34,280 --> 00:30:38,570
– başda oturanların tamahkarlığı və camaatın hüquqlarının pozulması qarşısında susmamaqdır.

194
00:30:39,480 --> 00:30:44,400
Diqqət yetirdinizmi? Bu da bir məqam.

195
00:30:44,680 --> 00:30:58,220
Bir məsələ də var: düşmənin ölkədəki vəziyyətlə bağlı yanlış təsəvvür yaratması. Bu gün bizim əleyhimizə çox kəskin bir şəkildə media təbliğatı aparılır;

196
00:30:58,340 --> 00:31:09,600
bu eynilə bir vaxtlar təhrik olunduğumuz məcburi savaşa bənzəyir. O müharibədə ilk vaxtlar bizim heç RPG-miz yox idi; RPG!

197
00:31:10,110 --> 00:31:18,970
Qarşımızda isə böyük zirehli birləşmələr səf çəkib durmuşdular. O zaman mən Əhvazda idim,

198
00:31:20,510 --> 00:31:29,250
düşmənin zirehli qoşunlarının, zirehli birləşmələrinin bir-birinin ardınca necə gəldiyini öz gözlərimlə görmüşdüm. Onların hamısı ilə döyüşmək üçün tank əleyhinə silah və texnika lazım idi;

199
00:31:29,250 --> 00:31:37,140
tank əleyhinə ümumi istifadədə olan, istənilən ordunun daim əlinin altında olan silah növü isə RPG-dir. Bizim RPG-miz yox idi!

200
00:31:38,050 --> 00:31:50,050
Ordumuzun taktiki silahı da yox idi; əlimizdə hətta bu da yox idi. Düşməninsə növbənöv silah və texnikası var idi. Bu gün də eyni vəziyyətdir.

201
00:31:50,850 --> 00:31:59,250
Bu gün düşmən qarşısında bizim media və təbliğat imkanlarımız eynən o vaxtkına bənzəyir.

202
00:31:59,480 --> 00:32:08,220
Əlbəttə, o vaxt biz düşmənə qalib gəldik, bu gün də gələcəyik; heç şübhəsiz, qalib gələcəyik, amma real vəziyyət budur.

203
00:32:09,140 --> 00:32:18,450
Əlindəki o geniş imkanlarla düşmənin həyata keçirmək istədiyi ən önəmli iş ölkəmizdəki vəziyyət barədə yanlış təsəvvür yaratmaqdır;

204
00:32:19,820 --> 00:32:29,480
düşmən bu yanlış mənzərə ilə nəinki təkcə dünya ictimaiyyətini, hətta ölkənin öz ictimaiyyətini də çaşdırmağa çalışır.

205
00:32:30,850 --> 00:32:39,600
Hətta ölkənin öz içində də ictimai fikri yanlış istiqamətə yönəltmək istəyir. Yəni bu ölkədə yaşayan, bu abu-hava ilə nəfəs alan bizi

206
00:32:39,940 --> 00:32:47,940
– məni və sizləri çaşdırmaq, mövcud reallıqdan fərqli düşünməyə sövq etmək üçün danışırlar. Bəli, hazırda bu müharibə var;

207
00:32:48,800 --> 00:32:56,450
əgər bu müharibədə rol oynaya bilməsək, elm adamları öz rollarını ifa edə bilməsələr, bu o deməkdir ki, öhdələrinə düşən vəzifəni yerinə yetirməyiblər.

208
00:32:56,450 --> 00:33:04,850
Odur ki qeyd etdiyim bu sonuncu məqam, habelə sizin öz elmi fəaliyyətinizi ədalət, inhisarın dağıdılması,

209
00:33:05,420 --> 00:33:14,740
zülmə qarşı mübarizə bayrağı altında həyata keçirməyiniz, ətrafınızdakı insanların yaşayışı ilə bağlı

210
00:33:15,600 --> 00:33:20,740
müxtəlif məsələlərə diqqət yetirməyiniz də zəruri işlərdəndir. Elm xadimləri barədə bu qədər.

211
00:33:20,740 --> 00:33:28,570
Əlbəttə, Elm Xadimləri Fondu da başqa bir söhbətin mövzusudur. Mən o fonda öz təşəkkürümü bildirməliyəm.

212
00:33:29,420 --> 00:33:36,620
Gecə-gündüz işləməliyik. Bayaq cənab Səttari burada “Vəl-fəcr 8” əməliyyatını misal çəkib dedi ki,

213
00:33:37,310 --> 00:33:46,110
həmin əməliyyatda bir neçə gün ərzində dövlətimiz, hərbçilərimiz düşmənin ən son modelli 80 hərbi təyyarəsini vuraraq

214
00:33:46,680 --> 00:33:53,820
yerə endirməyə müvəffəq olub. Bütün bu işləri həyata keçirən isə onun öz atası olub;

215
00:33:54,800 --> 00:34:04,220
mərhum briqada komandiri Şəhid Səttari. O insanlar yuxu yatmırdılar; şəxsən mən bunu bilirəm, hər şey gözlərim önündə baş verib.

216
00:34:04,970 --> 00:34:11,940
Elə olurdu ki, 48 saat keçirdi, onlar yatıb dincəlməyə macal tapmırdılar.

217
00:34:13,420 --> 00:34:23,420
O “HAG”- ı iki hissəyə bölmüşdülər ki, düşmən izləyib, havadan müdafiə sistemimizi vura bilməsin. “HAG”-ı burda işə salırdılar,

218
00:34:23,880 --> 00:34:31,600
raketi atırdı, dərhal yığışdırıb bir neçə kilometr o yana aparırdılar ki, düşmən qarşılıq verə bilməsin;

219
00:34:32,000 --> 00:34:41,080
yəni belə bir ağır işi həyata keçirirdilər. Onlar gecə-gündüz çalışdıqları üçün biz,

220
00:34:41,540 --> 00:34:49,540
az öncə cənab Səttarinin qeyd etdiyi kimi – və elə o cür də var – düşmənin 80-90 ədəd ən son modelli hərbi təyyarəsini endirə bildik.

221
00:34:50,570 --> 00:34:59,650
İndi də o cür işləmək lazımdır; bu gün də cənab Surna Səttari – o şəhidin oğlu –

222
00:35:00,000 --> 00:35:09,140
habelə onun dostları və həmkarları gecə-gündüz bilməməlidirlər. Gecə-gündüz bilmədən işləməlisiniz;

223
00:35:09,600 --> 00:35:19,820
işləyib istedadlı adamları üzə çıxarmalı, işə cəlb etməli, istiqamətləndirməli, təşkilatlandırmalı,

224
00:35:21,020 --> 00:35:33,420
sözlərini eşitməli, dərdlərinə çarə etməlisiniz ki, o gənc taekvandoçu oğlan kimi

225
00:35:33,770 --> 00:35:44,850
gəlib burda gileylənməsinlər, şikayət etməsinlər; yəni inşallah, gecə-gündüz bilmədən işləməlisiniz.

226
00:35:45,200 --> 00:35:55,310
Digər bir mühüm məqam: elm adamlarının istiqamətləndirilməsi ilə məşğul olan qurumların,

227
00:35:56,110 --> 00:36:05,250
əsasən də Elm Xadimləri Fondunun rəsmiləri diqqət yetirməlidirlər ki, gördükləri iş adət halını almış, gündəlik işə çevrilməsin.

228
00:36:05,480 --> 00:36:12,400
Adam bir işi əvvəlcə həvəslə, maraqla başlayır, sonradan – bir müddət keçəndən sonra o iş onun üçün adiləşir,

229
00:36:12,400 --> 00:36:22,170
adi, gündəlik bir işə çevrilir. Belə bir hal yaranmamalıdır. Daim yeni işlər

230
00:36:22,570 --> 00:36:31,420
və təşəbbüslər olmalıdır; metodları, üslubları, işləri, lazım gəlsə, elə qurumu da yeniləmək lazımdır.

231
00:36:34,280 --> 00:36:44,000
Elm Xadimləri Fondu az öncə qeyd etdiyim milli kimlik məsələsi ilə də bağlı, mütləq, proqramlar həyata keçirməli,

232
00:36:44,400 --> 00:36:53,710
Ali Rəhbərliyin universitetlərdəki nümayəndəliklərindən də istifadə edərək bu işdə kömək almalıdır.

233
00:36:53,940 --> 00:37:01,820
Elmi innovasiyalar əsasında çalışan şirkətlərə də əhəmiyyət vermək lazımdır. Eşitdiyimə görə, bu şirkətlər üçün müəyyənləşdirilmiş kriterilər aşağı düşüb.

234
00:37:02,170 --> 00:37:15,480
Halbuki mən daha əvvəl tapşırmışdım ki, buna imkan verməsinlər.  Əlbəttə, bu sadəcə bir məlumatdır;

235
00:37:16,510 --> 00:37:21,770
hökmən araşdırın, bu məsələ ilə məşğul olun, elmi əsaslı şirkətlərin kriterilərinin aşağı enməsinə imkan verməyin.

236
00:37:22,000 --> 00:37:31,200
Rəqəmlərlə kifayətlənib məmnun olmayın; sözsüz ki, 3 min əvəzinə, 30 min elmi əsaslı şirkətimiz olsa, daha yaxşıdır,

237
00:37:31,480 --> 00:37:39,370
amma bir şərtlə: həqiqətən də, elmi innovasiyalar əsasında çalışan, zəruri kriterilərə cavab verən şirkətlər olsun.

238
00:37:39,600 --> 00:37:52,620
Və elm xadimləri ilə bağlı sonuncu məqam: çalışın, ölkənin idarə olunmasında elm adamlarından istifadə edəsiniz.

239
00:37:54,400 --> 00:38:02,220
Administrasiyanın orta bəndlərində belə gənclərə ehtiyac var. İndi siz, misal üçün,

240
00:38:02,570 --> 00:38:11,310
deyə bilərsiniz ki, o gənclərin yüksək səviyyəli idarəetmə postlarında iş təcrübəsi yoxdur. Olsun,

241
00:38:11,600 --> 00:38:18,000
orta səviyyəli idarəçilik işlərinin ki öhdəsindən gələ bilərlər; onlardan istifadə edin; xüsusilə də dindar olanlarından,

242
00:38:18,570 --> 00:38:26,910
dini, islami məsələlərə maraq göstərənlərindən. Əlhəmdulillah, sayları da az deyil, kifayət qədər çoxdur; demək olar, əksəriyyəti elə bu cürdür.

243
00:38:27,250 --> 00:38:32,280
Universitetlər barədə də bir neçə cümlə deyim; artıq vaxtımız da daralır.

244
00:38:32,910 --> 00:38:38,970
Son 40 ildə universitetlərimiz ölkəmizə xidmət edib.

245
00:38:39,600 --> 00:38:46,340
Bəziləri universitetlərimizə irad tutur ki, işləri-gücləri yalnız ISI – Elmi Məlumatlar İnstitutu üçün məqalələr və sair yazmaqdır.

246
00:38:46,510 --> 00:38:54,910
Bəli, bu iradı mən də bildirirəm; mən də dəfələrlə demişəm ki, sizdən məqalə istəyənlərin

247
00:38:54,910 --> 00:39:04,220
və ya 1 faiz artığını tələb edənlərin nə istədiyinə baxmayın. Baxın görün, öz ölkəniz nə istəyir!

248
00:39:04,220 --> 00:39:13,710
Mən bunu dönə-dönə demişəm, indi də vurğulayıram, amma bunu da demək və düşünmək olmaz ki, indiyə qədər universitetlərimiz

249
00:39:14,220 --> 00:39:24,800
ölkədəki problemlərə xidmət etməyiblər. Niyə ki?! Ölkədə bir bu qədər quruculuq işi həyata keçirilib. Bunları edən kim olub?

250
00:39:25,420 --> 00:39:30,970
Universitetlərin yetirmələri, əksəriyyət etibarilə gənclər! Mən burada qeyd etmişəm:

251
00:39:31,200 --> 00:39:41,940
bəndlər, elektrik stansiyaları, körpülər, yollar – bunlar hamısı ölkədə müşahidə olunan müsbət təzahürlərdir. Bu işləri kim həyata keçirib?

252
00:39:44,340 --> 00:39:51,650
Müharibənin əvvəllərində mən döyüşçülərə baş çəkmək üçün cəbhə bölgəsinə getmişdim.

253
00:39:51,820 --> 00:40:01,080
Orada cihad edən uşaqlar gəlib mənə söylədilər ki, biz bunker düzəltmək istəyirik.

254
00:40:01,080 --> 00:40:09,880
Bunker isə zahirən baxdıqda nə qədər sadə, bircə sütün kimi görünsə də,

255
00:40:09,880 --> 00:40:19,200
əslində texnologiyası çox mürəkkəb və önəmli olan bir konstruksiyadır - dedilər biz bunker düzəltmək istəyirik. Soruşdum, bacararsınız? Dedilər, bəli.

256
00:40:19,200 --> 00:40:29,650
Dedim, onda gedin düzəldin. Biz də bu işdə sizə nə kömək lazım olsa, edəcəyik. Və biz bunkerlərin qurulması sahəsində regionun aparıcı dövətlərindən birinə çevrildik!

257
00:40:30,740 --> 00:40:35,200
Fikir verirsiniz? Tələbə gənclər idi.

258
00:40:36,280 --> 00:40:44,000
Halbuki inqilaba qədər biz buğdamızı Amerikadan alırdıq, bunkerlərimizi də bizim üçün Sovet İttifaqı tikirdi.

259
00:40:45,540 --> 00:40:54,740
İnqilabdan əvvəl biz hökuməti həmişə buna görə qınayırdıq; amerikan buğdası, sovet bunkeri.

260
00:40:55,710 --> 00:40:59,480
Bizim bunu etməyə əsla gücümüz yox idi, amma o uşaqlar ürəklənib getdilər və bu işi həyata keçirdilər.

261
00:41:00,570 --> 00:41:09,200
Bu qədər iş görülüb, müasir standartlara cavab verən bu qədər yollar salınıb, son dərəcə gözəl və möhkəm körpülər tikilib;

262
00:41:09,540 --> 00:41:15,370
Tehranda bir cür, bölgələrdə bir cür, bəzi prospektlərdə bir cür! Bütün bunları kim edib?

263
00:41:15,650 --> 00:41:17,940
Universitetlərimizin məzunu olan uşaqlar.

264
00:41:18,850 --> 00:41:24,050
Müdafiə sənayesi; bizim müdafiə sənayemiz diqqətəlayiq səviyyədədir.

265
00:41:25,080 --> 00:41:35,250
Sevindirici haldır ki, ölkəmizdə universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığı çox yaxşı səviyyədə təmin edən sahələrdən biri də müdafiə sənayesidir; yəni onlar universitetlərlə əməkdaşlıq edir.

266
00:41:35,880 --> 00:41:42,170
Təəssüflər olsun ki, digər dövlət strukturlarının fəaliyyətində bu daha az müşahidə olunur. Müdafiə sənayesi isə bu əməkdaşlığı uğurla həyata keçirir;

267
00:41:43,020 --> 00:41:52,910
müxtəlif hərbi sənaye sahələri, raketlərin, pilotsuz uçuş aparatlarının istehsalı və sair bu kimi sahələr. Mühüm və çoxşaxəli bir sahə olan nüvə sənayesi;

268
00:41:53,200 --> 00:42:02,740
bundan bir neçə il əvvəl – hələ nüvə enerjisi bizim danılmaz hüququmuz olduğu dövrlərdə

269
00:42:03,480 --> 00:42:11,770
burada – bu hüseyniyədə geniş bir sərgi keçirmişdilər. Əksəriyyəti gənclər idi!

270
00:42:12,170 --> 00:42:17,820
Mən, bəlkə, 2-3 saat o sərgini gəzib stendlərə baxdım; hamısı cavan uşaqlar idi! Sizin yaşıdlarınız.

271
00:42:17,820 --> 00:42:24,510
O şeylərin hamısını universitetlərin uşaqları, tələbələr, məzunlar düzəltmişdilər;

272
00:42:24,680 --> 00:42:31,250
radar texnologiyası, aerokosmos sənayesi, bioelmlər, biotexnologiya,

273
00:42:31,880 --> 00:42:41,310
onlarla yeni rekombinant dərman preparatı, bioloji məhsullar,

274
00:42:41,540 --> 00:42:52,680
son dərəcə vacib əhəmiyyətli bir elm sahəsi olan kök hüceyrələri ilə bağlı əldə edilmiş nailiyyətlər.

275
00:42:53,140 --> 00:43:03,880
Kök hüceyrələri sahəsində rəhmətlik Şəhid Kaziminin övladları dünya miqyasında çox yüksək kəşflərə imza atıblar,

276
00:43:04,400 --> 00:43:13,250
həmin elmi kəşflərini texnologiyaya çeviriblər, o texnologiyadan da müalicə məqsədilə istifadə edirlər.

277
00:43:13,770 --> 00:43:21,250
Bu gün bu sahədə görülən işlər ölkədə mühüm əhəmiyyət kəsb edir; kifayət qədər böyük işlər həyata keçirilib,

278
00:43:21,540 --> 00:43:27,600
alimlərimiz də dünyanın ən tanınmış alimləri sırasındadır.

279
00:43:28,280 --> 00:43:33,770
Bu və bu qəbildən olan nailiyyətlər hamısı universitetlərin xidmətidir.

280
00:43:34,280 --> 00:43:44,850
Odur ki universitetləri ölkəyə xidmət etməməkdə günahlandırmaq olmaz. İnsafla demək lazımdır ki, universitetlərimiz bu günə qədər ölkəyə mühüm xidmətlər göstərib.

281
00:43:45,080 --> 00:43:54,400
Əlbəttə ki, işlərində nöqsanlar çoxdur; az öncə çıxış edən qardaş və bacılarımız da

282
00:43:54,620 --> 00:43:59,020
söhbət əsnasında onlardan bəzilərini qeyd etdilər.

283
00:43:59,250 --> 00:44:05,080
Mənim sizə tövsiyəm budur ki, bütün sferalarda

284
00:44:06,000 --> 00:44:19,140
elmi tədqiqatlar aparmağa çalışın; tədqiqatlara önəm verin. Sənaye müəssisələri ilə əlaqələr qurmağa ciddi yanaşın; universitetlərlə sənayenin –

285
00:44:19,600 --> 00:44:25,020
kənd təsərrüfatı da daxil olmaqla bütün sənaye sahələrinin – əlaqədə olması çox önəmli bir mövzudur.

286
00:44:25,310 --> 00:44:31,940
Universitetlər üçün də böyük bir uğurdur, sənaye müəssisələri üçün də.

287
00:44:32,170 --> 00:44:37,820
Elə etmək lazımdır ki, müxtəlif elm sahələrində

288
00:44:38,280 --> 00:44:47,140
dissertasiya yazan tələbələr elə mövzu götürən kimi

289
00:44:47,370 --> 00:44:54,510
özəl, yaxud dövlət sektorundan hansısa bir müəssisəyə təhkim olunsunlar. Biz bu səviyyəyə çatmalıyıq;

290
00:44:54,970 --> 00:45:02,400
bu gün dünyanın bir çox ölkələrində məhz bu cürdür. Tələbələrin müdafiəsində

291
00:45:02,620 --> 00:45:10,970
həmin dissertasiyanın mövzusu ilə əlaqəli olan müəssisənin sahibi gəlib oturur, elə oradaca

292
00:45:11,140 --> 00:45:19,370
öz elmi işini müdafiə edən tələbəni, necə deyərlər, ovlayır, elə oradaca müqavilə imzalayır və gələcəkdə ondan istifadə edir.

293
00:45:19,820 --> 00:45:26,620
Sənaye müəssisələri universitetlərdən və əksinə – universitetlər sənaye müəssisələrindən kifayət qədər yararlana bilər.

294
00:45:27,020 --> 00:45:31,480
Lakin indiyə qədər bu əməkdaşlıq hələ bizim dediyimiz və istədiyimiz səviyyədə olmayıb.

295
00:45:31,710 --> 00:45:39,140
Aradan 9 il keçəndən sonra “Kompleks elmi plan”ı yeniləmək lazımdır.

296
00:45:39,480 --> 00:45:45,600
Əlbəttə, bu sənəd çox yaxşı hazırlanıb, lakin hazırda üstündən 9 il keçib.

297
00:45:45,820 --> 00:45:54,400
Həmin sənədə bir daha nəzər salmaq, yeniləmək, bəzi məsələlər var ki, onları ora əlavə etmək lazımdır.

298
00:45:54,400 --> 00:45:57,370
Və əlbəttə ki, bu sənədə hamı ciddi əhəmiyyət verməlidir.

299
00:45:57,600 --> 00:46:03,940
Sıçrayışlı inkişaf yolu tutmuş ölkələrlə –

300
00:46:04,280 --> 00:46:13,420
yəni Asiya ölkələri ilə elmi əlaqələrin qurulması. Nəzərimizi əsasən Şərqə yönəltməliyik. Gözümüzü Qərbə, Avropaya və sairə dikmək

301
00:46:13,710 --> 00:46:21,880
bizə durğunluqdan, başağrısından, minnətdən, alçalmaqdan başqa heç bir şey gətirməyəcək.

302
00:46:22,340 --> 00:46:26,970
Şərqə tərəf baxmalıyıq. Bizə kömək edə biləcək,

303
00:46:26,970 --> 00:46:38,450
bərabər statusla üz-üzə gəlib bizim də onlara kömək edə biləcəyimiz ölkələr var. Onlarla elmi nailiyyətlərin mübadiləsini edə bilərik.

304
00:46:39,080 --> 00:46:49,940
Ehtiyac və prioritetlərin müəyyənləşdirilməsində hökumətlə əməkdaşlıq; yəni universitetlər dövlətlə bu formada əməkdaşlıq etməli

305
00:46:50,620 --> 00:46:56,910
və dövlətin ehtiyacı olan işləri həyata keçirməlidir. Bu yaxınlarda bir qrup universitet müəlliminin

306
00:46:57,370 --> 00:47:03,710
iqtisadi problemlərin həlli ilə bağlı atdığı o addım məni, həqiqətən də, çox sevindirdi. Çox yaxşı bir iş idi.

307
00:47:03,710 --> 00:47:10,450
Düzdür, mən hökumətin o tövsiyələrə nə dərəcədə əməl edib-etmədiyini bilmirəm – o başqa söhbətdir –

308
00:47:10,800 --> 00:47:17,140
amma ölkənin professorlarının, iqtisadçılarının özlərində bu cür məsuliyyət hiss etməsi çox yaxşı bir şeydir.

309
00:47:17,600 --> 00:47:21,200
Müxtəlif kollektivlər, xüsusilə də bəsici universitet müəllimləri

310
00:47:21,540 --> 00:47:29,370
bizə çoxsaylı məktublar yazır; əlbəttə, biz də onları hökumətə göndəririk ki, müvafiq tədbirlər görsünlər.

311
00:47:29,650 --> 00:47:37,770
Hökumət nümayəndələrinin özlərinə, möhtərəm ölkə başçısına da istər kollektivlər, istərsə də ayrı-ayrı insanlar tərəfindən ölkədə mövcud olan banklar, likvidlik,

312
00:47:38,050 --> 00:47:44,050
valyuta və sair bu kimi problemlərlə bağlı bu cür məktublar çox ünvanlanır.

313
00:47:44,970 --> 00:47:52,220
Gözəl ideyaları olan gənc mütəxəssislərimizdən bir neçəsi fərdi surətdə

314
00:47:52,740 --> 00:48:01,020
bizə müraciət edərək bütün bu problemlərin həlli yolları ilə bağlı öz tövsiyələrini təqdim ediblər. Əlbəttə, mən də baş idarədə göstəriş vermişəm ki, onlar hamısı araşdırılsın, icmal halına gətirilsin

315
00:48:02,000 --> 00:48:11,250
və istifadə edə bilmələri üçün ölkənin icraedici rəsmilərinə göndərilsin. Bütün bunlar çox yaxşıdır, universitetlərlə hökumət arasında əlaqənin təmin olunması mövzusunun gündəmə gətirilməsi

316
00:48:11,540 --> 00:48:16,050
mühüm məsələlərdən biridir. Bununla da söhbətimin bu hissəsini tamamlamaq istəyirəm.

317
00:48:16,220 --> 00:48:21,200
Məncə, vaxtımız da qurtarır; elə bilirəm, artıq azandır.

318
00:48:21,480 --> 00:48:31,710
Mən ölkədəki məsələlərlə bağlı toxunmaq istədiyim məqamları burada özüm üçün qeyd etmişdim. Onları bir cümlə ilə xülasələndirmək istəsəm, deməliyəm ki,

319
00:48:32,050 --> 00:48:40,110
düşmən ölkəmiz haqqında yanlış və çirkin bir təsəvvür yaratmaq istəyir. Onun yaratdığı mənzərə reallığın tam əksinədir.

320
00:48:41,310 --> 00:48:50,510
Əslində müxtəlif aspektlərdən baxdığımız zaman ölkəmizdə ürəkaçan və gözəl bir mənzərə olduğunu müşahidə edirik;

321
00:48:51,420 --> 00:49:01,140
müxtəlif aspektlərdən; indi ola bilsin ki, 3-5 gün valyutanın dəyəri qalxıb-enir, əhali dolanışıq problemləri ilə üzləşir; bunlar var, bunları bilirik,

322
00:49:01,540 --> 00:49:10,280
amma düşmənin qələmə vermək, məcburən boynumuza qoymaq istədiyi o mənzərə –

323
00:49:10,280 --> 00:49:15,770
elə onun özünə göz dağı olaraq – yoxdur, bəlkə onun tam əksi var.

324
00:49:16,570 --> 00:49:22,510
Azan verildi və təbii ki, biz də söhbətimizi yekunlaşdırırıq.

325
00:49:24,170 --> 00:49:32,050
Azandan sonra namaz və nahardır.

326
00:49:32,340 --> 00:49:39,370
Əgər istəsəniz, biz də ölməyib sağ qalsaq,

327
00:49:39,770 --> 00:49:43,480
sizlərlə bir daha görüşə bilsək, ola bilsin, ölkədəki problemlərlə bağlı yenə də söhbət edərik.

328
00:49:43,770 --> 00:49:46,970
Allah hamınıza qüvvət versin, Allah sizi qorusun.

329
00:49:47,200 --> 00:49:54,740
Bu gün siz hamınız gözəl, yamyaşıl fidanlarsınız. Arzu edirəm ki, inşallah,

330
00:49:55,370 --> 00:49:59,540
barlı-bəhərli, pak ağaclara çevrilib, ölkəniz üçün faydalı olasınız.

331
00:49:59,710 --> 00:50:00,910
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.