1
00:00:00,170 --> 00:00:02,800
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:04,400 --> 00:00:15,600
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:24,910 --> 00:00:37,420
و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين

4
00:00:37,880 --> 00:00:47,940
Hörmətli görüş iştirakçıları, İslami Vəhdət Konfransının qonaqları,

5
00:00:49,710 --> 00:01:05,540
möhtərəm səfirlər – hamınızı rəhmət elçisi, sonuncu peyğəmbər Həzrət Məhəmməd İbn Abdullahın (s)

6
00:01:06,910 --> 00:01:25,310
və böyük imamımız Həzrət Cəfər İbn Məhəmməd Sadiqin

7
00:01:27,020 --> 00:01:39,820
mübarək mövludları münasibətilə təbrik edirəm.

8
00:01:40,050 --> 00:01:54,740
Peyğəmbəri-Əkrəmin (s) mövludu münasibətilə həmçinin bütün İran xalqını, dünyanın bütün müsəlmanlarını və nəinki təkcə müsəlmanları, bəlkə müsəlman, yaxud qeyri-müsəlman olmasından asılı olmayaraq,

9
00:01:55,370 --> 00:02:15,710
bütün azadlıqsevər insanları da təbrik edirəm. İslam peyğəmbəri azdırıcı cahiliyyət və cəhalət dövründə doğaraq dünyayı aydınladan parlaq bir günəş olmuşdur;

10
00:02:16,450 --> 00:02:20,510
Əmirəl-möminin Əlinin (ə) təbiri ilə desək:

11
00:02:22,170 --> 00:02:27,940
“Dünyanın nuru, peyğəmbərlərin vəhyi gizlənmiş, yalanları, nadürüstlükləri aşkara çıxmışdı”.

12
00:02:28,910 --> 00:02:39,420
Doğrudan da, bu cürdür. Dünya cəhalət və azğınlığa qərq olmuşdu. Peyğəmbəri-Əkrəm

13
00:02:40,400 --> 00:02:49,880
bu nuru bəşəriyyətə töhfə gətirdiyi zaman dünya cəhalət və azğınlığın zülmətinə qərq olmuşdu.

14
00:02:50,280 --> 00:02:58,000
Bu gün Həzrət Peyğəmbərin (s) mübarək vücudu bizim aramızda deyil, lakin

15
00:02:58,510 --> 00:03:02,110
اَرسَلَهُ بِالهُديٰ وَ دينِ الحَقّ  –

16
00:03:03,710 --> 00:03:15,080
onun dini, onun istiqamət verdiyi doğru yol bizimlədir. Əgər bu nurun arxasınca gedib ona tabe olsaq, Qurani-Kərimdə də buyurulduğu kimi,

17
00:03:16,220 --> 00:03:19,880
“onunla endirilmiş nurun ardınca gedənlər”dən olsaq,

18
00:03:21,480 --> 00:03:30,050
o zaman nəticəsi bu olar ki, –

19
00:03:30,510 --> 00:03:32,800
“məhz onlar nicat tapanlardır” – nicat tapanlardan olarıq.

20
00:03:33,420 --> 00:03:42,110
İlahi hidayətə tabe olmaq, Peyğəmbərin (s) gətirdiyi nurun ardınca getmək – o nur isə Qurandır;

21
00:03:43,480 --> 00:03:55,820
Quran doğru yola istiqamətləndirmə və nur kitabıdır – Allahın Peyğəmbəri-Əkrəm vasitəsilə bəşəriyyətə göndərdiyi bu ərməğana təslim olmaq

22
00:03:57,420 --> 00:04:08,050
insanlığa qurtuluş, rahatlıq və nicat əta olunması, lütf göstərilməsi ilə nəticələnir.

23
00:04:09,540 --> 00:04:28,510
Bəşəriyyət rahatlıq, dinclik, qurtuluş axtarır. İnsanlığın əvvəldən bu günə qədər qayğısı, çətinliyi ədalətin,

24
00:04:29,710 --> 00:04:43,080
mərhəmətin, doğru yola istiqamətləndirmənin olmamağı olub. Cürbəcür azğınlıqlar həyatı onun üçün çətinləşdirib.

25
00:04:44,000 --> 00:04:49,940
Bu gün də bəşəriyyət həmin nur qaynağına möhtacdır.

26
00:04:52,400 --> 00:05:06,740
Bu gün də insanlıq Peyğəmbəri-Əkrəmin (s) dəvətinə cavab verməyə ehtiyac duyur;

27
00:05:07,020 --> 00:05:14,280
belə ki bu dəvət haqq dəvətdir, düzgün dəvətdir, rəhmət dəvətidir.

28
00:05:15,710 --> 00:05:30,340
Əgər bəşəriyyətin təfəkkürü Peyğəmbəri-Əkrəmin (s) dəvətinə cavab verəcək qədər yetişsə,

29
00:05:30,740 --> 00:05:50,220
bütün problem və qayğıları aradan gedər. Bu gün də müxtəlif güclərin varlığı, onların günah əməllər qarşısında qorxu

30
00:05:51,650 --> 00:05:58,510
və məsuliyyət hiss etməməyindən irəli gələn zülm dünyanın eynilə o dövrdə olduğu kimi,

31
00:05:58,510 --> 00:06:02,000
nuru gizlədib, yalan və nadürüstlükləri üzə çıxarmasına səbəb olub.

32
00:06:02,000 --> 00:06:08,400
Təəssülər olsun ki, bu gün də bəşəriyyət qayğı, üzüntü və əzab içərisindədir.

33
00:06:10,170 --> 00:06:16,400
Özü də bu təkcə öz dinindən uzaqlaşmış İslam dünyasına aid deyil,

34
00:06:16,910 --> 00:06:29,540
bu qayğı və əzabı bütün bəşəriyyət çəkir. Zahirən sivil cəhətdən inkişaf etmiş, dünyanın cah-calalından yararlanan ölkələr belə,

35
00:06:30,110 --> 00:06:37,650
kəskin şəkildə qayğı və problem içərisindədirlər. Bu problemlər cahliyyətdən, yalan və azğınlıqdan,

36
00:06:38,220 --> 00:06:44,910
ədalətin yoxluğundan irəli gəlir; İslam isə bunların hamısına cavab vermək iqtidarındadır.

37
00:06:46,340 --> 00:06:58,400
İslam dini xalqların qurtuluş və rahatlığına zəmanət verir. Biz müsəlmanlar bunu dərs almalıyıq.

38
00:07:00,450 --> 00:07:09,770
Əlbəttə, unutmaq olmaz ki, Allahın lütf və köməyi sayəsində

39
00:07:10,850 --> 00:07:24,450
bu gün dünyada zülm və zorakılıq qarşısında Allahın adına, İslama söykənən bir müqavimət cərəyanı mövcuddur.

40
00:07:26,680 --> 00:07:36,620
Bizim yaşadığımız region da bunun bir nümunəsidir. Bu gün regionumuzda ölkələrin və xalqların çoxuna

41
00:07:37,600 --> 00:07:41,600
islami oyanış ruhiyyəsi hakimdir.

42
00:07:43,310 --> 00:07:55,200
Gördüyünüz kimi, başda cinayətkar Amerika – Böyük Şeytan olmaqla dünyanın imperialist gücləri

43
00:07:55,540 --> 00:08:04,340
bu regiona həssaslıqla yanaşır. Bu ona görədir ki,

44
00:08:04,740 --> 00:08:14,400
regionumuzda İslama meyillilik, rəğbət və islami oyanış açıq-aşkar şəkildə müşahidə olunur.

45
00:08:14,740 --> 00:08:27,200
Onlar müsəlman xalqlarının oyanışına qarşıdırlar, onlar müsəlman xalqlarının oyanışından qorxurlar.

46
00:08:28,220 --> 00:08:39,880
İslamın xalqların canına-qanına hopmağa müvəffəq olduğu istənilən yerdə imperializm müqavimətlə üzləşib, sillə yeyib.

47
00:08:42,050 --> 00:08:55,080
Və biz tam ciddiyyətlə inanırıq ki, imperializm bu regionda islami oyanışın silləsini bir daha yeyəcək!

48
00:09:18,340 --> 00:09:28,970
Mənim öz müsəlman qardaşlarıma, müsəlman xalqlara, İslam dünyasının ziyalılarına,

49
00:09:29,370 --> 00:09:40,800
müsəlman ölkələrinin möhtərəm din alimlərinə demək istədiyim də elə budur; bu islami hərəkatı bacardığınız qədər gücləndirin;

50
00:09:41,200 --> 00:09:51,820
bu regionun qurtuluş yolu islami oyanışın, islami müqavimət hərəkatının gücləndirilməsidir.

51
00:09:53,140 --> 00:10:04,110
Bu vəzifə müsəlman xalqların hər bir nümayəndəsinin, xüsusilə də İslam alimlərinin, ziyalıların,

52
00:10:05,250 --> 00:10:16,050
yazarların, şairlərin, elm adamlarının, incəsənət xadimlərinin və siyasi liderlərin öhdəsinə düşür. Onlar hamısı bu işdə məsuliyyət daşıyır,

53
00:10:16,800 --> 00:10:22,740
İslam peyğəmbərinin dəvəti, İslam dininin göstərdiyi doğru yol onlara ünvanlanır.

54
00:10:24,280 --> 00:10:34,340
Bu gün İslam dünyasında bu şərait yaranıb; özəlliklə Qərbi Asiya regionunda

55
00:10:35,540 --> 00:10:44,910
islami oyanış üçün münbit zəmin mövcuddur. Bu oyanışın öz bəhrəsini verməyinə hamı yardımçı olmalıdır.

56
00:10:45,820 --> 00:10:55,480
Müsəlman ölkələrində hakimiyyətdə olan qüvvələrə isə öyüd-nəsihətimiz budur ki, İslam dininin rəhbərliyinə qayıtsınlar;

57
00:10:56,450 --> 00:11:07,540
Allahın rəhbərliyinə tabe olsunlar; Amerikanın, tağutun rəhbərliyi onlara xeyir gətirməyəcək.

58
00:11:10,220 --> 00:11:19,880
Təəssüflər olsun ki, bu gün regionumuzun bəzi müsəlman ölkələri Allahın rəhbərliyi əvəzinə,

59
00:11:20,340 --> 00:11:32,110
tağutun rəhbərliyi və bayrağı altında canfəşanlıq edir, İslama, Quranın nuruna tabe olmaq yerinə, Amerikaya boyun əyirlər.

60
00:11:32,510 --> 00:11:41,940
Amerika da özünün imperialist təbiətinə uyğun olaraq, onları alçaldır. Amerikanın o hədyan danışan prezidentinin

61
00:11:42,220 --> 00:11:57,650
Səudiyyə hökmdarlarını südverən inəyə bənzətdiyini, yəqin, hamınız eşitmisiniz. Bu, alçaltmadır, təhqirdir;

62
00:11:58,510 --> 00:12:11,080
o regionun və o ölkənin əhalisinə qarşı təhqirdir. Əgər təhqir olunmaq Ali-Səuda ağır gəlmirsə, Cəhənnəmə gəlsin,

63
00:12:11,310 --> 00:12:19,600
qoy təhqir olunsunlar! Amma bu, region əhalisinə, müsəlman xalqlarına qarşı təhqirdir.

64
00:12:20,800 --> 00:12:37,880
Bir müsəlman ölkəsinin hakim qüvvələri bu gün, təəssüflər olsun ki, regionumuzun qəlbində yara açmış iki cinayətkar hadisədə

65
00:12:38,510 --> 00:12:52,340
Amerikaya nəyə görə havadarlıq etməlidir? Biri önəmli bir məsələ olan Fələstin məsələsində fələstinlilərə qarşı yol verilən cinayətkar davranışlar,

66
00:12:53,820 --> 00:13:01,370
ikincisi də Yəməndə törədilən cinayətlər. Buna da arxayın olsunlar ki, hər iki məsələdə, heç şübhəsiz,

67
00:13:01,880 --> 00:13:10,970
qələbə Fələstin və Yəmən xalqlarının olacaq, Amerika və onun əlaltıları isə məğlubiyyətlə üzləşəcəklər.

68
00:13:33,770 --> 00:13:43,250
Bu gün bu regionda Amerikanın 10 il, 20 il bundan əvvəlkindən daha zəif olduğu açıq-aydın ortadadır.

69
00:13:43,250 --> 00:13:51,080
Xəbis İsrail rejimi bu gün keçmişdəkindən açıq-aşkar daha zəifdir.

70
00:13:51,820 --> 00:14:00,170
Sionist rejim bir neçə il bundan əvvəl Livan “Hizbullah”ına məğlub oldu;

71
00:14:00,510 --> 00:14:14,000
cəmi 33 gün müqavimət göstərə bildi, sonra məğlub oldu. Ondan 2 il sonra fələstinlilərin qarşısında 22 gün müqavimət göstərə bildi və məğlub oldu.

72
00:14:15,370 --> 00:14:24,450
Bundan bir neçə il sonra məzlum Qəzzə xalqı qarşısında da cəmi 8 gün müqavimət göstərə bildi və məğlub oldu.

73
00:14:25,200 --> 00:14:34,340
Elə bu son həftədə cəmi 2 gün müqavimət göstərdi və yenə də məğlub oldu. Bu, İsrail rejiminin zəifliyidir,

74
00:14:35,480 --> 00:14:39,080
günbəgün artan zəifliyidir.

75
00:14:40,110 --> 00:14:46,740
Öz fikri, mənliyi, stimulu olan,

76
00:14:47,480 --> 00:14:56,970
Allaha arxalanan xalqlar ayağa qalxıb müqavimət göstərir və Allah-taala da onlara yardım edəcək.

77
00:14:57,540 --> 00:15:14,170
“Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq, arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən! (Həmişə peyğəmbərlər və möminlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar)” (“Fəth” surəsi, 22-23-cü ayələr)

78
00:15:15,370 --> 00:15:27,820
Bu, Allahın müəyyən etdiyi qayda-qanundur; müsəlmanlar ayağa durub müqavimət göstərsələr, tağut xislətli, imperialist güclərin bütün silah və vasitələrinə qalib gələrlər.

79
00:15:28,510 --> 00:15:43,940
Bu gün Yəmən xalqı Səudiyyə dövlətindən, onun havadarlarından,

80
00:15:45,080 --> 00:15:56,620
arxa-dayağı olan Amerikadan ən ağır işgəncələrə dözür, lakin bilin ki, Yəmən xalqı və Allahın dininə yardım edən qüvvələr, mütləq, qalib gələcək!

81
00:16:02,740 --> 00:16:09,880
Onlar məğlub olmayacaqlar! Fələstin xalqı məğlub olmayacaq! Yeganə yol müqavimətdir.

82
00:16:10,340 --> 00:16:24,280
Bu gün Amerika və müttəfiqlərini çaş-baş salıb həyasız, ədəbsiz bəyanatlara,

83
00:16:24,570 --> 00:16:33,710
yanlış addımlara sövq edən də müsəlman xalqların müqavimətidir və bu müqavimət öz nəticəsini verəcək.

84
00:16:34,110 --> 00:16:43,710
Əziz qardaşlar, əziz bacılar! İran xalqı 40 ildir ki, müqavimət göstərir.

85
00:16:44,110 --> 00:16:52,740
İlk gün biz nazik bir fidan kimi kövrək idik;

86
00:16:53,140 --> 00:17:01,820
Peyğəmbərin (s) mübarək adının və dahi liderimiz İmam Xomeyninin (r.ə) göstərdiyi yolun bərəkəti sayəsində

87
00:17:02,680 --> 00:17:10,740
müqavimət göstərə bildik. Əlbəttə ki, şəhid verdik, əziyyət çəkdik, amma müqavimət göstərdik.

88
00:17:10,740 --> 00:17:16,450
Bu gün İran xalqı və İran ölkəsi köklü-köməcli bir ağacdır.

89
00:17:18,110 --> 00:17:25,600
Bu gün Amerika və İsrail qələt edib İran xalqını hədələyir!

90
00:17:48,050 --> 00:18:00,340
Onların bütün bu təhdidləri, hərəkətləri, xəbisliyi bu günə qədər məğlub olub, bundan sonra da məğlub olacaq.

91
00:18:01,600 --> 00:18:07,710
Sanksiyalar da məğlub olacaq, siyasətləri də məğlub olacaq; müqavimətin bərəkəti ilə.

92
00:18:07,710 --> 00:18:16,050
Müqavimət də yalnız Allaha iman, Allaha arxalanma,

93
00:18:17,140 --> 00:18:25,650
ilahi vədə inam sayəsində mümkündür. Allah-taala vəd edib, təkidlə vəd edib ki,

94
00:18:26,220 --> 00:18:33,250
“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayədən)

95
00:18:33,370 --> 00:18:45,310
Allah-taala təkidlə kömək vədi verib; bu vəd gerçəkləşəcək. Biz özümüzü islah edib,

96
00:18:45,820 --> 00:18:56,220
Allahın vədinə qarşı bədgüman yox, nikbin olsaq, qələbə qazanacağıq.

97
00:18:56,400 --> 00:18:59,540
Allahın vədinə qarşı bədgüman olmaq kafirlərin işidir:

98
00:19:00,740 --> 00:19:09,310
“(Cihad əmri həm də ona görədir ki) Allah (“Məhəmmədin Rəbbi nə Məhəmmədin özünə, nə də möminlərə kömək edəcəkdir”, – deyə) Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin”. (“Fəth” surəsi, 6-cı ayə)

99
00:19:11,480 --> 00:19:19,480
Məlum məsələdir ki, Allahın vədinə bədgüman olanlar o vəddən heç bir şəkildə yararlana bilməcəyəklər.

100
00:19:20,170 --> 00:19:27,650
İran xalqı Allahın vədinə nikbin yanaşdığını sübuta yetirib; müqavimət göstərib.

101
00:19:28,050 --> 00:19:37,880
Bizə hərbi hücum da oldu, sanksiyalara da məruz qaldıq, ölkəmizə xarici agentlər də nüfuz etdi, şəhid də verdik,

102
00:19:38,110 --> 00:19:46,910
amma İran xalqı dağ kimi möhkəm və sarsılmaz olmağı bacardı!

103
00:19:47,420 --> 00:19:54,110
Bu gün bu pak ağac – İslam Respublikası

104
00:19:54,340 --> 00:19:57,820
və İran xalqı elə bir pak ağacdır ki,

105
00:19:58,110 --> 00:20:00,850
Quranda da buyurulduğu kimi: اَصلُها ثابِتٌ وَ فَرعُها فِي السَّماء – kökü yerdə möhkəmdir, budaqları isə göyə ucalır.

106
00:20:01,310 --> 00:20:06,850
Allahın lütfü sayəsində biz günbəgün inkişaf edib daha da güclənmişik.

107
00:20:07,370 --> 00:20:17,080
Elə bundan sonra da belə olacaq! Və bu bütün İslam dünyasının müsəlmanları üçün bir inkişaf və irəliləyiş modelidir.

108
00:20:17,370 --> 00:20:25,880
Bu yolu bizə göstərmiş dahi liderimiz İmam Xomeyniyə

109
00:20:26,910 --> 00:20:35,600
və bu yolda canından keçərək İran xalqına bugünkü uğurlarını qazandırmış

110
00:20:36,170 --> 00:20:43,540
əziz şəhidlərimizə Allah rəhmət etsin! İnşallah, gələcəkdə də elə bu cür olacaq.

111
00:20:44,110 --> 00:20:51,080
Əgər İslam regionunda müsəlman qardaşlarımız vəhdəti rəhbər tutsalar, bir yumruqda birləşsələr,

112
00:20:52,110 --> 00:21:04,220
sözləri və ürəkləri bir olsa, Allahın köməyi ilə, bütün bu məkrli planlara qalib gələcəklər, inşallah!

113
00:21:04,570 --> 00:21:07,420
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.