1
00:00:00,450 --> 00:00:03,600
بسم الله الرّحمن الرّحيم

2
00:00:05,200 --> 00:00:15,480
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:25,080 --> 00:00:32,620
و علي آله الاطيبين الاطهرين المنتجبين الهداة المهديّين المعصومين

4
00:00:35,250 --> 00:00:40,220
و السّلام علي شهدائنا الابرار المکرّمين

5
00:00:40,740 --> 00:00:51,370
Şəhidlərin pak ruhlarına Allahın, Onun saleh bəndələrinin və mələklərinin salamı olsun;

6
00:00:52,400 --> 00:01:04,800
tarixin bütün şəhidlərinə; İslam şəhidlərinə, İslam İnqilabı və müdafiə uğrunda – inqilabın, İslamın,

7
00:01:05,540 --> 00:01:14,340
müqəddəs Əhli-Beyt (ə) ziyarətgahlarının və bu günə qədər ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanlara.

8
00:01:14,910 --> 00:01:21,420
Möhtərəm şəhid ailələri, atalar, analar, şəhidlərin həyat yoldaşları, övladları, çox xoş gəlmisiniz!

9
00:01:23,880 --> 00:01:44,050
Allahın saleh bəndələri şəhid ailələrinin, ataların, anaların, şəhidlərin həyat yoldaşlarının, övladlarının, bacı və qardaşlarının qədrini yaxşı bilir.

10
00:01:46,680 --> 00:01:56,170
Ona görə ki, Allah-taala özü sizə salam və salavat göndərmişdir:

11
00:01:56,680 --> 00:02:01,020
“Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir”. (“Bəqərə” surəsi, 157-ci ayə)

12
00:02:02,000 --> 00:02:13,370
Allahın bir kəsə salam və salavat göndərməyi o şəxsin Haqq dərgahında çox yüksək və önəmli bir məqama sahib olması deməkdir.

13
00:02:13,880 --> 00:02:24,620
Səbəbi isə odur ki, siz səbir etmisiniz, dünyada əksər insanlar üçün böyük bir kədər sayılan övlad itkisi müsibətini

14
00:02:24,850 --> 00:02:31,250
bir bayrama, mübarək bir hadisəyə çevirmisinz.

15
00:02:32,740 --> 00:02:40,800
Allah-taalanın sizin gənc övladınızı öz yanında

16
00:02:41,420 --> 00:02:44,740
“Onlara Rəbbi yanında ruzi (Cənnət ruzisi) əta olunur”. (“Ali-İmran” surəsi,169-cu ayə) –

17
00:02:45,020 --> 00:02:57,820
yaşadıb nemətlərdən bəhrələndirməsindən təsəlli tapmısınız. Şəhid ailələrinin bu səbri bu cür yüksək dəyərə malikdir.

18
00:02:59,820 --> 00:03:14,740
Şəhidlərin mesajı, həqiqətən də, müjdəvericidir; biz bu mesajı eşidə bilmək üçün qulağımızı, eşitməmizi islah etməliyik.

19
00:03:15,480 --> 00:03:23,820
Bəziləri şəhidlərin mesajını eşitmir, amma bu, Qurani-Kərimin ayəsində də öz əksini tapıb:

20
00:03:23,820 --> 00:03:33,540
“... arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (“Ali-İmran” surəsi, 170-ci ayə)

21
00:03:34,910 --> 00:03:43,420
Şəhidlərin mesajı qorxu və kədəri inkar edir.

22
00:03:44,620 --> 00:03:50,450
Əlbəttə ki, qorxu və kədər bilməməyin ən mükəmməl nümunəsi elə şəhidlər özləridir.

23
00:03:51,820 --> 00:04:04,570
Hər kəsin öz canının hayında olduğu o qorxu və kədər dolu meydanda

24
00:04:05,200 --> 00:04:11,540
Allah yolunda şəhid olanların – yəni sizin gənc balalarınızın hamısının

25
00:04:11,940 --> 00:04:21,540
mesajı özləri və həmçinin başqaları üçün müjdədir; istər Müqədəs Müdafiədə,

26
00:04:22,110 --> 00:04:34,620
istər sərhədlərimizin qorunması, istər təhlükəsizliyin təmin olunması, istərsə də Əhli-Beyt (ə) ziyarətgahlarının toxunulmazlığı uğrunda

27
00:04:35,310 --> 00:04:45,310
şəhid olanlar olsun. Məhz elə buna görə də İmam Xomeyni  (r.ə) buyururdu ki,

28
00:04:46,220 --> 00:04:57,250
“Şəhadəti bilən xalq əsarət bilməz!”

29
00:04:58,570 --> 00:05:10,000
Siz Allah yolunda fəda olmağa böyük bir uğur kimi baxaraq

30
00:05:11,420 --> 00:05:29,080
şəhid olmaq üçün qorxu bilmədən təhlükənin üzərinə getdiyiniz zaman dünyada heç bir qüvvə sizin qarşınızı ala bilməz.

31
00:05:30,050 --> 00:05:36,510
Qüdrət və qələbə o xalqa, o topluma aiddir ki,

32
00:05:37,020 --> 00:05:48,850
onlar bu yolda qarşılarına hansısa təhlükə çıxacağı, ziyanla üzləşəcəkləri, şəhid olaraq dünyadan gedəcəkləri təqdirdə

33
00:05:49,940 --> 00:05:54,050
uduzmuş yox, udmuş olacaqlarına inanırlar.

34
00:05:54,850 --> 00:06:03,480
Bu ruhiyyənin, bu əqidənin daşıyıcısı olan bir xalq üçün məğlubiyyət yoxdur! O xalq daim irəli gedəcək;

35
00:06:04,050 --> 00:06:15,420
necə ki İran xalqı da bu günə qədər özünün olduqca təhlükəli və zəhmətli yolunda daim irəli gedib.

36
00:06:16,740 --> 00:06:24,800
Zarafat deyil, dünyanın zalım, xəbis və korrupsioner güclərinin hamısı

37
00:06:25,310 --> 00:06:33,880
əl-ələ verərək İran xalqının qarşısında dura, amma bu 40 ildə heç bir qələt də edə bilməyələr,

38
00:06:34,850 --> 00:06:43,820
o körpə fidan bugünkü pak, möhkəm, yerindən tərpədilməsi mümkün olmayan

39
00:06:45,420 --> 00:06:54,970
köklü-köməcli ağaca çevrilə! Buna nəyin sayəsində nail olunub?

40
00:06:56,220 --> 00:07:05,310
Ölkənin taleyinə bu qürur və iftixarı yazan xalqımızın, yəni bax elə sizin gənc övladlarınızın şəhadətə bəslədiyi etiqad olub;

41
00:07:06,570 --> 00:07:19,200
göz yaşı töküb Allah yolunda şəhid olmağı arzulayan, ata-anasına yalvarıb:

42
00:07:19,880 --> 00:07:28,970
“Siz cəbhəyə getməyimə razı olmadığınız üçün mən əməliyyata getsəm də, şəhid olmadım. Siz razılaşın ki, mən şəhid ola bilim”, – deyən cavanların etiqadı.

43
00:07:30,970 --> 00:07:43,480
Mən müqəddəs ziyarətgahların müdafiəsi uğrunda şəhid olmuş hərbçilərdən birinin bioqrafiyasında oxumuşdum ki, həyat yoldaşına belə deyirmiş: “Sən mənim şəhid olmağıma razı deyildin,

44
00:07:43,480 --> 00:07:52,510
sən imkan vermirsən ki, mən şəhid olam”. Həyat yoldaşına yalvarıb-yaxarır ki, razılaş, qoy mən də şəhid olum.

45
00:07:53,820 --> 00:08:05,820
Maddi dünya bu sözlərin mənasını anlamır, dərk etmir. Bizim mömin və inqilabçı gənclərimizə

46
00:08:07,020 --> 00:08:17,540
keşməkeşli hadisələrin qarşısında dağ kimi möhkəm dayanmaq gücü verən məhz bu ruhiyyə və etiqaddır.

47
00:08:18,680 --> 00:08:38,280
Bəli, dəfələrlə demişik ki, bəzi inqilabçılar yarıyoldan qayıdıblar; inqilabın itkiləri olub, bəzi adamların qəlbi dünyaya daha çox bağlı olub.

48
00:08:38,570 --> 00:08:52,620
İslamın yer üzünə gəldiyi ilk illərdə də belə olub; o zaman da başlanğıcda inqilabçı kimi çıxış edən bəzi insanlar ömürlərinin ortasında və axırında dünyanı seçiblər.

49
00:08:52,800 --> 00:09:01,650
Düzdür, bu var, amma bu itkilərlə yanaşı, bizim dəfələrlə artıq qazancımız da olub;

50
00:09:02,680 --> 00:09:14,910
inqilabın qazancı. Elə inqilabın möcüzəsi də budur. Aradan 40 il keçəndən sonra görürsən ki,

51
00:09:15,770 --> 00:09:25,600
nə İmam Xomeynini, nə inqilabı, nə də Müqəddəs Müdafiəni görmüş, o illərin tarixi qəhrəmanlıqlarının yaxından şahidi olmamış mömin

52
00:09:26,170 --> 00:09:33,310
və müsəlman bir gənc bu gün eynən inqilabın ilk illərinin gənclərində –

53
00:09:34,340 --> 00:09:47,650
Himmətdə, Xərrazidə və bu sıradan olan  digər şanlı şəhidlərdə olan güclü inqilabi ruhiyyə ilə döyüş meydanına yollanır, şövqlə, öhdəsinə düşən məsuliyyəti hiss edərək,

54
00:09:48,050 --> 00:09:56,340
şücaətlə düşmənin qarşısında durur. Bax buna görə mən həmişə deyirəm ki, bugünün mömin gəncləri

55
00:09:57,080 --> 00:10:07,200
inqilabın əvvəlindəki gənclərdən stimul baxımından irəli olmasalar belə, heç geri də qalmırlar.

56
00:10:08,570 --> 00:10:17,600
Bunlar inqilabın qazancıdır. İnqilabın və İslam Respublikasının möcüzəsi də elə budur ki,

57
00:10:18,000 --> 00:10:27,770
hər cür zəhmətə qatlaşmağa hazır olan o güclü, polad kimi əyilməz ruhiyyəni bu gün sizin verdiyiniz şəhidlərin timsalında

58
00:10:28,280 --> 00:10:39,480
təkrar-təkar yaratmağı bacarır. Onlar bizim üçün iftixar mənbəyidir, bu inqilabın və bu ölkənin daşıyıcı sütunlarıdır.

59
00:10:39,770 --> 00:10:52,110
Bu ölkəni qoruyub saxlayan məhz sizin gəncləriniz olub; sizin gəncləriniz! Dünyanın imperialist güclərinin, cinayətkar Amerikanın şah diktaturası dövründə olduğu kimi

60
00:10:52,620 --> 00:11:05,250
bu ölkədə ağalıq etməsinə əngəl olan məhz bu torpağa tökülən pak qanlar olub. Onlar imkan verməyiblər, sizin gənc övladlarınız buna imkan verməyiblər.

61
00:11:06,850 --> 00:11:17,140
Bu şəhadətlər, bu şücaətlər, ata-anaların, həyat yoldaşlarının bu səbri olmasaydı,

62
00:11:17,650 --> 00:11:29,650
bilmək olmaz, ölkənin vəziyyəti necə olardı, ölkəmiz bu genişmiqyaslı imperializm cəbhəsinin qarşısında dura bilərdi, ya yox.

63
00:11:30,280 --> 00:11:44,000
Dura bildik, çünki bu ölkənin sizin  balalarınız kimi gəncləri var idi; və elə gənclər yenə də var; xalq da onların qədrini bilir.

64
00:11:45,480 --> 00:11:57,020
Görün o pak nəşlərin – elə hazırda verdiyimiz şəhidlərin; sərhədlərimizi, müqəddəs ziyarətgahları,

65
00:11:57,710 --> 00:12:06,910
ölkədə asayiş və təhlükəsizliyi qoruyarkən şəhid olan insanların – dəfnində xalq hansı səviyyədə iştirak edir! Dünən Kohgəluyə və Boyerəhməddə

66
00:12:07,710 --> 00:12:21,020
böyük xalq kütləsinin şəhid bir əskərin pak nəşini son mənzilə necə yola saldığını gördünüzmü?! Belədir, bu xalq şəhidlərinin qədrini bilir.

67
00:12:22,740 --> 00:12:31,710
Qərbin maddi dünyası üçün ürəyi axan 3-4 nəfər düşüncəsiz adam

68
00:12:32,510 --> 00:12:41,250
mənasız təhlillər edir. Qoy etsinlər, amma reallıq onların dediyi kimi deyil.

69
00:12:42,570 --> 00:12:53,370
İslam Respublikası mənəviyyatı ilə, ideologiyası ilə, fədakar, imanlı insanları ilə,

70
00:12:54,970 --> 00:13:00,340
imanlı ata-anaları, həyat yoldaşları, gəncləri ilə güclüdür.

71
00:13:00,570 --> 00:13:13,650
Bu günə qədər bu ölkəni qoruyub saxlayan ailəsindən, sevdiyi həyat yoldaşından, şirindilli körpəsindən

72
00:13:14,000 --> 00:13:22,050
vaz keçərək gedib Allah yolunda mübarizə aparan, canını təhlükəyə atan gənclər olub;

73
00:13:22,050 --> 00:13:30,450
inqilabın gücü bu cür insanların, bu cür imanların varlığına bağlıdır. Düşmənsə bunu dərk etmir.

74
00:13:30,740 --> 00:13:43,650
Və sizə deyim ki, müsəlman İranının ən öndə gedən düşmənləri çirkab içindədir;

75
00:13:44,000 --> 00:13:58,400
əxlaqsızlıq, siyasi korrupsiya çirkabı; boğaza qədər bu çirkaba batıblar. Amerikanın dövlət adamlarına baxın;

76
00:13:59,310 --> 00:14:10,220
görün necə pulpərəst, haqsız, insanların, xalqların canına və malına qarşı necə etinasızdırlar! Yəmən bunun bariz nümunələrindən biridir.

77
00:14:10,800 --> 00:14:21,250
Yəməndə cinayəti törədən Səudiyyə hökumətidir, amma amerikalılar da bu cinayətə ortaqdır. Özləri də bunu dilə gətirib deyirlər.

78
00:14:21,600 --> 00:14:32,800
Xəstəxanaları vururlar, bazarları vururlar, insanların sıx toplaşdığı məkanları vururlar. Hərbi əməliyyatdan söhbət getmir, xalqlara düşməndirlər!

79
00:14:34,510 --> 00:14:40,740
Bunlar cinayətkardırlar, çirkaba qərq olublar! Amerikanın siması budur.

80
00:14:42,220 --> 00:14:52,400
İran xalqı Amerikanı və onun timsalında imperializmi düzgün tanımaq istəyirsə,

81
00:14:52,620 --> 00:15:02,280
bu günə baxsın, onların o prezidentinin  və hazırkı ABŞ rəsmilərinin əməllərinə baxsın. Özü də təkcə bunlar deyil, hamısı belədir.

82
00:15:03,600 --> 00:15:14,570
Sadəcə, bunlar o çirkin və nifrətəlayiq simalarını açıq-aşkar göstərdilər, yoxsa hamısı eynidir.

83
00:15:15,310 --> 00:15:24,110
İran İslam Respublikası bunların qarşısında durub. Müsəlman İranı bunların haqsızlığına, ədalətsizliyinə,

84
00:15:24,620 --> 00:15:32,970
əxlaqsızlığına və siyasi korrupsiyasına qarşıdır.

85
00:15:34,510 --> 00:15:42,910
Əlbəttə ki, özünün suverenliyi, mübarizliyi ilə İran İslam Respublikası dünyanın hegemonlarının düşmənçiliyini qazanır.

86
00:15:43,540 --> 00:15:53,020
Onlar ağalıq etmək, hamını öz hakimiyyətinə tabe etmək arzusundadırlar. Onlar istəyirlər ki, İran inqilabdan əvvəlki,

87
00:15:53,250 --> 00:16:01,020
hər işində ixtiyar sahibi olduqları İran olsun; eynilə bəzi digər zəif ölkələrin hazırda olduğu kimi.

88
00:16:01,370 --> 00:16:13,820
Özünüz də görürsünüz, hansısa ölkəyə, guya ki, dostluq əli uzadırlar, amma əvəzində sərvətini talayıb aparır, sonra da: “Bunlar bizim südverən inəyimizdir” – deyib istehza edirlər.

89
00:16:14,680 --> 00:16:30,170
Onlar istəyirlər ki, bizim əziz, böyük, iftixarlı İranımız və şücaətli İran xalqı da eynən həmin ölkələr kimi əllərinin altında olsun.

90
00:16:30,910 --> 00:16:35,080
Lakin bu günə qədər bu hədəflərinə çatmayıblar, bundan sonra da əsla çatmayacaqlar!

91
00:16:57,940 --> 00:17:13,020
Dahi liderimiz İmam Xomeyni (r.ə) Amerikanı “Böyük Şeytan” adlandırıb. Şeytan nədir? Şeytan elə bir varlıq, elə bir ünsürdür ki,

92
00:17:13,250 --> 00:17:19,770
dünyanın bütün dindar və təkallahlı insanları ona qarşı durmalıdırlar.

93
00:17:21,250 --> 00:17:32,970
İmam Amerikaya bu adı verməklə əslində yer üzündəki bütün dindar, təkallahlılıq inancında olan insanları,

94
00:17:33,370 --> 00:17:44,400
bütün vicdanlı xalqları Amerikaya qarşı səfərbər etmişdir. Bu hədəf indiyə qədər önəmli dərəcədə uğur qazanıb

95
00:17:44,740 --> 00:17:53,420
və inşallah, bundan sonra daha da çox uğur qazanaraq reallaşacaq. Düşmən də İran xalqını öz yolundan sapdırmaq üçün çalışır.

96
00:17:53,710 --> 00:18:07,540
Əlbəttə ki, Amerikanın İran xalqı ilə bağlı cızdığı planlar puça çıxıb. Artıq xalqımızın əleyhinə işlədib ona zərbə vura biləcəkləri bir planları qalmayıb,

97
00:18:07,540 --> 00:18:13,020
əllərindən gələni ediblər; gələcək planları da nəticəsiz olacaq.

98
00:18:13,420 --> 00:18:20,740
Son vaxtlar atdıqları addımlar (son bir neçə ildə gördükləri işləri nəzərdə tuturam;

99
00:18:20,740 --> 00:18:29,480
əsas ağırlıq verdikləri də hərtərəfli iqtisadi sanksiyalardır) gördükləri bütün bu məkrli işlər,

100
00:18:30,400 --> 00:18:41,480
İranla mübarizə aparmaq üçün xüsusi adamlar ayırmaları, İranın cürbəcür düşmənlərinə, münafiqlərə və sairə dəstək vermələri –

101
00:18:42,170 --> 00:18:51,710
bunlar hamısı o məqsədə xidmət edir ki, bəlkə, sanksiyaların, təhlükəsizliyə qarşı yönəlmiş addımların sayəsində

102
00:18:52,110 --> 00:19:01,310
İslam Respublikasında, bizim əziz müsəlman İranımızda ikitirəlik, konflikt, vətəndaş müharibəsi və problemlər yarada bilələr.

103
00:19:01,310 --> 00:19:08,970
Hədəfləri budur, bu yolda əllərindən gələni ediblər.

104
00:19:09,140 --> 00:19:25,310
Bunlar cari 1397-ci ilin əvvəlində (ya bundan bir az qabaq; cari miladi ilinin əvvəlində) elan etmişdilər ki,

105
00:19:25,310 --> 00:19:35,080
İranı qızmar bir yay gözləyir. Demək istəyirdilər ki, yayda İranla məşğul olacağıq,

106
00:19:35,310 --> 00:19:46,570
İranda reallaşdıracağımız planlar var; yəni konfliktlər olacaq, dava-dalaş olacaq, onu-bunu meydanlara çəkib çıxaracağıq,

107
00:19:46,850 --> 00:19:52,680
ayrı-ayrı qrupları bir-biri ilə vuruşduracağıq və sair. Hədəfləri bu idi.

108
00:19:53,250 --> 00:20:00,400
Amma onlara göz dağı olaraq, builki yayımız ən gözəl yaylardan biri oldu.

109
00:20:01,820 --> 00:20:12,680
Sonra da dedilər ki, İslam Respublikası 40 illiyini görməyəcək; yəni həmin məkrli planı builin payızında və qışında yerinə yetirmək arzusunda idilər.

110
00:20:12,910 --> 00:20:22,910
İran xalqı tam səbatla onların qarşısındadır; Allahın köməyi ilə, bəhmən ayının 22-də bu xalq

111
00:20:23,420 --> 00:20:32,740
İslam İnqilabının 40-cı ildönümünü əvvəlki illərdən də çox-çox böyük bir ehtişamla qeyd edəcək.

112
00:20:55,370 --> 00:21:10,050
Xalqımız sayıqdır. Rəsmilərimiz də daim işləyir, çalışırlar; əlbəttə ki, bundan da artıq səy göstərməlidirlər.

113
00:21:11,480 --> 00:21:16,850
Mən də öz növbəmdə əziz xalqımıza demək istəyirəm ki, bu sayıqlığınızı qoruyun.

114
00:21:19,080 --> 00:21:31,940
Bunların “1397-ci ildə elə edəcəyik, belə edəcəyik” demələri, İran İslam Respublikası ilə bağlı hansısa planları olduğunu bildirmələri –

115
00:21:32,170 --> 00:21:36,910
yəni əslində, planları puça çıxıb – yalan ola bilər.

116
00:21:38,170 --> 00:21:48,340
Ola bilsin ki, hay-küyü 1397-ci ildə salıb, planlarını 1398-ə çəkələr; misal üçün deyirəm.

117
00:21:49,600 --> 00:21:58,510
Hamı diqqətli olmalıdır; bunu bütün xalqımıza müraciətlə deyirəm.

118
00:21:59,200 --> 00:22:08,450
Amerika xəbis, hiyləgər bir düşməndir, sionistlərlə və regionumuzun mürtəce hökumətləri ilə əlbirdir,

119
00:22:08,680 --> 00:22:15,880
onlar da hamısı müsəlman İranına və İran xalqına düşmən kəsilib. Biz ayıq-sayıq olmalıyıq.

120
00:22:16,220 --> 00:22:29,140
Əlbəttə ki, biz onlardan güclüyük. İran İslam Respublikası əleyhinə bu qədər güclü stimula malik olduqlarına baxmayaraq, bu günə qədər onlar heç bir qələt edə bilməyiblər,

121
00:22:29,310 --> 00:22:33,770
bundan sonra da edə bilməyəcəklər; buna əsla şübhə yoxdur.

122
00:22:52,340 --> 00:22:54,620
Düşmən zəifdir;

123
00:22:54,620 --> 00:22:57,540
“Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!” (“Nisa surəsi, 76-cı ayədən)  –

124
00:22:57,820 --> 00:23:08,510
Quran ayəsidir, amma biz də qəflətə dalmamalı, yuxuya getməməliyik.

125
00:23:08,740 --> 00:23:19,420
Mənim ölkəmizin gənclərinə, ictimaiyyətimizin müxtəlif təbəqələrinə,

126
00:23:20,050 --> 00:23:29,600
ölkədəki bütün siyasi cərəyanlara tövsiyəm budur ki,

127
00:23:31,250 --> 00:23:38,280
düşmənin dəyirmanına su tökməkdən, düşmən üçün meydan açmaqdan ehtiyatlı olsunlar; sayıq olsunlar.

128
00:23:39,310 --> 00:23:49,940
Biz qəflətə dalsaq, yuxuya getsək, həmin o zəif düşmən öz zəhərini yeridəcək; hamımız sayıq olmalıyıq;

129
00:23:50,170 --> 00:24:01,540
necə ki, əlhəmdulillah, bu gün bütün xalqımız sayıqdır və bu illər ərzində də həmişə sayıq olub. Bu sayıqlığımızı qoruyub saxlamalıyıq.

130
00:24:03,200 --> 00:24:11,080
Mənim gənclərimizə tövsiyəm budur; harada olmalarından asılı olmayaraq, hamısı ölkə üçün nə isə bir iş görməyə çalışsınlar;

131
00:24:12,450 --> 00:24:26,340
hər kəs öz olduğu yerdə ölkəmizin, iqtisadiyyatımızın, daxili istehsalımızın güclənməsi üçün əlindən gələni etsin; bildiyiniz kimi, bu ilin şüarı da daxili istehsalla bağlıdır.

132
00:24:26,570 --> 00:24:35,250
Bildiyiniz kimi, bu ilin şüarı da daxili istehsalla bağlıdır. İstehsalçılar, istehlakçılar,

133
00:24:35,710 --> 00:24:42,970
qərar qəbul edənlər, qanunları tənzimləyənlər, icraçılar, hökumət, parlament,

134
00:24:43,420 --> 00:24:55,250
məhkəmələrimiz – hər biri öz öhdəsinə düşən vəzifələri tam sayıqlıqla yerinə yetirsin. Mənim xalqımıza tövsiyəm budur.

135
00:24:55,480 --> 00:25:02,110
Ölkəmizin rəsmilərinə də bunu tövsiyə etmək istəyirəm ki, səylərini ikiqat artırsınlar.

136
00:25:03,080 --> 00:25:11,250
Ehtiyatlı olsunlar, düşmənin söz oyununa, gözdən pərdə asmağına aldanmasınlar.

137
00:25:12,620 --> 00:25:22,570
Diqqətli olsunlar ki, qapıdan qovduqları xəbis düşmən qayıdıb yenidən pəncərədən girməsin.

138
00:25:24,340 --> 00:25:36,910
Düşmən neştərini sancıb zəhərini buraxa bilmək üçün növbənöv hiyləgər metoddan istifadə edir.

139
00:25:36,910 --> 00:25:45,420
Rəsmilər etiyatlı olmalıdırlar. Mənim iqtisadi məsələlər, xalqın iqtisadi çətinliklərinin həlli ilə bağlı

140
00:25:45,820 --> 00:25:56,110
ilk növbədə zəruri hesab etdiyim iş daxili istehsalın gücləndirilməsidir. Mən bu barədə rəsmilərə də öz tapşırıqlarımı vermişəm.

141
00:25:56,740 --> 00:26:07,140
Milli istehsala diqqət və qayğı göstərmək lazımdır. Bu istiqamətdə ciddi

142
00:26:07,820 --> 00:26:14,740
və müsbət addımlar atılsa, inşallah, camaatımızın iqtisadi problemləri azalacaq.

143
00:26:17,480 --> 00:26:24,220
İslam dünyasında bəzi qüvvələr düşmənlə dost olub.

144
00:26:24,800 --> 00:26:37,310
Ali-Səudun hərəkətləri, onların əli ilə Yəməndə bu ölkənin işğalı məqsədilə məzlum Yəmən xalqına qarşı törədilən o cinayətlər

145
00:26:38,170 --> 00:26:48,510
Səudiyyə hökumətinin öz ziyanına tamamlanacaq; bunu dərk etsinlər; bütün bunlar özlərinin ziyanına olacaq.

146
00:26:49,540 --> 00:26:56,910
4 ilə yaxındır, təxminən 4 ildir ki, bunlar Yəməndə cinayətlər törədir.

147
00:26:56,910 --> 00:27:06,850
Bunlar elə bilirdilər ki, bir neçə gün, yaxud maksimum bir neçə həftə ərzində Yəməni işğal edib

148
00:27:07,140 --> 00:27:14,970
işlərin idarəçiliyini tamamilə ələ keçirə biləcəklər, amma 4 ildir, buna müvəffəq olmayıblar. İrəli getdikcə də

149
00:27:15,140 --> 00:27:23,420
süqutları daha ağır, üzləşəcəkləri zərbə daha ağrılı olacaq.

150
00:27:24,000 --> 00:27:36,910
Necə ola bilər ki, müsəlman bir xalqa, müsəlman ölkəsinə başçılıq edən bir hökumət  İslamın düşmənlərinə,

151
00:27:36,910 --> 00:27:44,970
Amerikaya əlaltılıq edə, Amerikanın “südverən inəyi” ola? Nəyə görə belə olmalıdır? Hərəmeyni-Şərifeynin – Məkkə və Mədinənin xidmətçisi

152
00:27:44,970 --> 00:27:47,080
–  kafirlərə qarşı sərt olmalıdır,

153
00:27:47,250 --> 00:27:49,880
– möminlərə qarşı sərt yox.

154
00:27:50,740 --> 00:27:57,940
Bunlar “اشدّاء علي المؤمنين” – möminlərə qarşı sərt və aqressivdirlər, “اشدّاء علي اليمن” – Yəmənə qarşı aqressivdirlər, “اشدّاء علي البحرين” – Bəhreynə qarşı aqressivdirlər;

155
00:28:00,170 --> 00:28:10,850
mömin insanlara təzyiq göstərirlər. Bu, Allahın qəzəbinə səbəb olan alçaq bir siyasətdir.

156
00:28:11,820 --> 00:28:19,250
İran xalqı gözüaçıqlıq və uzaqgörənliklə bütün bu prosesləri nəzərə almalı,

157
00:28:20,000 --> 00:28:29,650
öz möhkəm mövqeyini qoruyub saxlamalı və bilməlidir ki, dünya və regionun

158
00:28:29,650 --> 00:28:39,250
bu təlatümlü dəryasında – bu gün bu tufan Avropaya da çatıb; Fransaya baxın; Avropa ölkələri də bu tufana yaxalanıb –

159
00:28:39,600 --> 00:28:48,220
dünyanı, xüsusilə də regionumuzu bürümüş bu tufanda İslamın bərəkəti sayəsində

160
00:28:48,450 --> 00:28:57,710
Əhli-Beytə (ə) və İslama sevginin rahat və təhlükəsiz gəmisindədir. Bu uzaqgörənliyinizi qoruyun, bu yanaşmanı qoruyun,

161
00:28:58,220 --> 00:29:04,400
bu yola, inşallah ki, qüdrətlə davam edin. Qələbə İran xalqının olacaq!

162
00:29:04,620 --> 00:29:10,850
Allahın salamı, rəhməti və salavatı şəhidlərin və şəhid ailələrinin üzərindən heç vaxt əskik olmasın!

163
00:29:11,250 --> 00:29:23,480
Mən bir daha şəhidlərin atalarına, analarına, həyat yoldaşlarına, bacı və qardaşlarına öz səmimi sevgi və ehtiramımı bildirirəm.

164
00:29:23,650 --> 00:29:26,450
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.