1
00:00:00,000 --> 00:00:02,220
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,220 --> 00:00:18,510
Ağacəkmə günü həm baharın müjdəçisidir, həm də ölkədə bitki örtüyünün əhəmiyyətini bizə xatırladır.

3
00:00:22,680 --> 00:00:37,310
Əsas odur ki, ölkənin ümumi mədəniyyətində ağaclar, bitkilər, bitki örtüyü, meşə və tarlalar məsələsi öz həqiqi mövqeyini tutsun.

4
00:00:39,250 --> 00:00:59,480
Bu gün biz ölkənin hər yerində meşələrə, əkin sahələrinə, bitki örtüyünə göstərilən etinasız yanaşma, düzgün diqqətin olmaması ucbatından ziyanlar çəkirik

5
00:00:59,650 --> 00:01:17,820
və əgər ümumi mədəniyyətimizdə bitki örtüyünün, ağacların, yaşıllığın qorunması öz layiqli yerini tutsa,

6
00:01:18,340 --> 00:01:22,910
zənnimcə, bu, ölkəmiz üçün daha xeyirli olar.

7
00:01:24,170 --> 00:01:34,110
Bizim bu ağac əkməyimiz – tutalım, bu gün burada iki dənə meyvə ağacı əkdik –

8
00:01:34,450 --> 00:01:41,140
simvolik məna daşıyır. Bizim istədiyimiz budur ki, ağac əkimi, ağacların qorunması,

9
00:01:41,420 --> 00:01:55,020
ağacların, yaşıllığın, bitki örtüyünün qorunmasına önəm verilməsi ölkəmizdə ictimai mədəniyyət, ümumi vərdiş forması alsın.

10
00:01:56,400 --> 00:02:13,540
Bəzən eşidirik ki, ağacların sıx şəkildə bitdiyi ərazilərdə bina tikmək məqsədilə həmin ağacları kütləvi surətdə məhv edirlər.

11
00:02:13,770 --> 00:02:23,200
Ölkənin rəsmi qurumları belə hallarla ciddi surətdə mübarizə aparmalıdırlar. Həmçinin ölkənin bəzi bölgələrində

12
00:02:23,540 --> 00:02:36,800
zərərli ağacların əkilməsinə də diqqətsiz yanaşıldığı barədə eşidirik.

13
00:02:37,020 --> 00:02:52,800
Bu məsələyə çox önəm vermək lazımdır. Bizə məlumatlar çatır ki, ölkənin bəzi yerlərində səhralaşmanın yayılmasının qarşısını almaq üçün

14
00:02:54,340 --> 00:03:04,510
uyğun olmayan, zərərli ağaclar əkilir!

15
00:03:05,420 --> 00:03:09,420
Aidiyyətli qurumlar bu kimi halların baş verməməsinə son dərəcə diqqətli yanaşmalı,

16
00:03:09,770 --> 00:03:15,310
əksinə, meşə və otlaqların qorunması üçün isə ciddi səylər göstərməlidirlər.

17
00:03:15,480 --> 00:03:28,570
Rəsmi qurumlar, o cümlədən məhkəmələr də daxil olmaqla nəzarət strukturları meşələrin məhv edilməsinə qarşı mübarizədə bütün qüvvələrini ortaya qoymalıdır.

18
00:03:29,250 --> 00:03:38,680
Ümidvaram ki, ağaclara, yaşıllığa qayğı, diqqət və hörmət psixologiyasının yayğınlaşması nəticəsində

19
00:03:39,200 --> 00:03:49,200
ölkəmiz və xalqımız bu sarıdan daha çox xeyir görəcək,

20
00:03:49,200 --> 00:04:00,170
Allah-taala da insanlarımızın bu yanaşmasına bərəkət verəcək, ölkə üçün bitki örtüyünün, yaşıllığın bərəkəti daha bol olacaq, inşallah.

21
00:04:00,450 --> 00:04:02,000
Allahın salamı və rəhməti nəsibiniz olsun.