1
00:00:00,450 --> 00:00:03,250
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

2
00:00:03,820 --> 00:00:11,820
“Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan!

3
00:00:12,680 --> 00:00:21,310
Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!”

4
00:00:22,400 --> 00:00:31,370
Allaha şükürlər edirəm ki, bu il də möminlərin əmiri,

5
00:00:32,170 --> 00:00:43,540
müttəqilərin mövlası Həzrət Əlinin (ə) mübarək mövluduna təsadüf etmiş Novruz bayramı münasibətilə

6
00:00:44,050 --> 00:00:53,140
əziz İran xalqımı təbrik etmək mənə qismət oldu. Əziz həmvətənlər, bayramınız mübarək!

7
00:00:54,800 --> 00:01:04,340
Ümidvaram, hamınız bu yeni ili səadət və xoşbəxtlik içərisində, fiziki cəhətdən sağlam, könülləriniz şad,

8
00:01:04,800 --> 00:01:13,600
günbəgün artan maddi və mənəvi uğurlarla keçirəcəksiniz, inşallah.

9
00:01:14,510 --> 00:01:24,680
Mən bu bayram münasibətilə xüsusilə möhtərəm şəhid ailələrimizi, əlil və veteranlarımızı,

10
00:01:25,480 --> 00:01:38,170
onların ailə üzvlərini təbrik edir, dahi liderimiz İmam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhlarına sonsuz rəhmət diləyirəm.

11
00:01:39,200 --> 00:01:52,800
Olaylarla zəngin bir ili arxada qoyduq. Geridə qoyduğumuz ildə İran xalqı sözün həqiqi mənasında özünü parlaq surətdə göstərdi.

12
00:01:53,540 --> 00:02:01,600
Düşmənlər İran xalqı üçün planlar cızmışdılar, planları var idi,

13
00:02:02,220 --> 00:02:13,820
lakin xalqın mətinliyi, gözüaçıqlığı, gənclərimizin əzmi onların planlarını puç etdi.

14
00:02:14,510 --> 00:02:28,110
Amerika və Avropanın sərt, özləri demişkən “görünməmiş” sanksiyaları qarşısında İran xalqı istər siyasi,

15
00:02:29,020 --> 00:02:37,770
istərsə də iqtisadi arenada möhkəm və qüdrətli bir şəkildə reaksiya verdi.

16
00:02:39,140 --> 00:02:54,400
Siyasi arenada bu reaksiyanın göstəricisi möhtəşəm 22 bəhmən yürüşü və il boyu müxtəlif aylarda xalqın nümayiş etdirdiyi mövqe idi.

17
00:02:55,370 --> 00:03:07,080
Xalqın iqtisadi qarşıdurmada seçdiyi mövqenin göstəricisi isə elm və texnologiya sahəsində göstərilən təşəbbüslər,

18
00:03:07,600 --> 00:03:21,480
elmi innovasiyalara əsaslanan şirkətlərin sayının diqqətəlayiq dərəcədə artması, ölkə daxilində əsas infrastruktur məhsullarının istehsalının çoxalması,

19
00:03:22,450 --> 00:03:34,170
o cümlədən bir neçə gün əvvəl ölkənin cənubunda çoxsaylı qaz fazalarının açılışı,

20
00:03:34,510 --> 00:03:43,420
ondan öncə Bəndər-Abbasda böyük neft emalı zavodunun istifadəyə verilməsi, habelə bu qəbildən olan digər işlərdir.

21
00:03:43,770 --> 00:03:55,020
Odur ki xalqımız düşmənlərin ədavəti, xəbisliyi qarşısında öz qüdrətini,

22
00:03:55,650 --> 00:04:09,020
əzəmət və ehtişamını nümayiş etdirməyi bacarıb, xalqımızın, inqilabımızın, İslam Respublikamızın nüfuzu, əlhəmdulillah, artıb.

23
00:04:10,220 --> 00:04:19,140
Ölkənin əsas problemi hələ də iqtisadiyyatla bağlıdır. Xüsusilə bu son aylarda

24
00:04:20,110 --> 00:04:31,940
əhalinin dolanışığında çətinliklər bir qədər də artıb. Onların bir qismi iqtisadi sferada yarıtmaz idarəçiliyin nəticəsidir.

25
00:04:32,620 --> 00:04:42,800
Bu boşluqlar hökmən doldurulmalıdır. Hökumət proqramları var, lazımi tədbirlər düşünülüb.

26
00:04:43,200 --> 00:04:50,000
İnşallah, cari ildə – bu gün bu anlardan etibarən başlayan 1398-ci ildə

27
00:04:50,800 --> 00:05:00,340
xalq onların təsirini öz həyatında hiss etməlidir.

28
00:05:00,680 --> 00:05:14,340
Demək istədiyim odur ki, hazırda ölkənin təcili həllini gözləyən, ciddi və prioritet məsələsi iqtisadiyyatdır.

29
00:05:15,020 --> 00:05:23,420
İqtisadi sferada problemlərimiz çoxdur: milli valyutanın dəyərinin aşağı düşməsi mühüm bir problemdir,

30
00:05:24,170 --> 00:05:36,910
əhalinin alıcılıq qabiliyyətinin azalması, istehsalat müəssisələrinin tam gücü ilə işləməməsi, bəzi zavodların öz işini dayandırması da eynilə bu qəbildən olan problemlərdir.

31
00:05:37,140 --> 00:05:50,620
Bütün bunlar problemdir. Mənim mütəxəssislərin rəyini araşdıraraq gəldiyim nəticə budur ki, bütün bu problemlərin həllinin açarı milli istehsalı inkişaf etdirməkdən ibarətdir.

32
00:05:51,200 --> 00:05:56,740
1397-ci ili “İran məhsuluna dəstək ili” elan etmişdik.

33
00:05:57,250 --> 00:06:03,710
Bu şüarın il ərzində mükəmməl surətdə gerçəkləşdirildiyini deyə bilməsəm də,

34
00:06:04,170 --> 00:06:08,970
deyə bilərəm ki, şüara geniş surətdə diqqət yetirildi,

35
00:06:09,310 --> 00:06:18,970
əksər hallarda xalq tərəfindən müsbət qarşılandı, əməl olundu və bunun, mütləq, təsiri olacaq.

36
00:06:19,420 --> 00:06:27,420
Bu il isə istehsal məsələsi ön plandadır və mən istərdim ki, istehsalın rövnəqləndirilməsi bütün fəaliyyətlərin mehvərində dursun.

37
00:06:27,710 --> 00:06:36,340
“İstehsal” deyərkən konkret olaraq nəyi nəzərdə tutduğumu, inşallah, ilin ilk günü edəcəyim çıxışda ətraflı açıqlayacağam.

38
00:06:36,740 --> 00:06:43,250
İstehsalat işə düşsə, bu, əhalinin məişət problemlərini də həll edə bilər,

39
00:06:43,880 --> 00:06:54,220
ölkənin xaricilərdən, düşmənlərdən ehtiyacsızlığını da təmin edər, işsizlik probleminə də son qoyar,

40
00:06:54,740 --> 00:07:02,340
hətta milli valyutanın dəyəri problemini də önəmli dərəcədə aradan qaldıra bilər.

41
00:07:02,570 --> 00:07:13,600
Odur ki mən bu ilin başlıca məsələsinin istehsal olduğunu düşünür və elə bu baxımdan da 1398-ci ili “İstehsalın rövnəqləndirilməsi ili” elan edirəm.

42
00:07:14,280 --> 00:07:20,050
Hər kəs ölkədə istehsalın rövnəqləndirilməsinə səy göstərməlidir.

43
00:07:20,280 --> 00:07:29,880
İnşallah, ilin əvvəlindən sonuna qədər ölkədə bu prinsip diqqətəlayiq dərəcədə reallaşdırılmalıdır.

44
00:07:29,880 --> 00:07:36,450
Belə olsa, ümidvaram ki, inşallah, iqtisadi problemlərin həlli də yoluna düşər.

45
00:07:36,740 --> 00:07:46,000
Həzrət Mehdi Sahibəzzamana (Ruhlarımız ona fəda olsun!) salam və salavat deyir,

46
00:07:46,400 --> 00:07:55,020
o həzrətdən dualarını siz əziz xalqımdan əsirgəməməyini diləyir, Allah-taaladan

47
00:07:55,310 --> 00:08:02,110
İran xalqına və Novruzu bayram edən bütün xalqlara səadət və xoşbəxtlik arzulayıram.

48
00:08:02,280 --> 00:08:06,000
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.