1
00:00:00,110 --> 00:00:02,450
بسم الله الرّحمن الرّحيم

2
00:00:03,480 --> 00:00:13,940
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:24,340 --> 00:00:30,850
و علي آله الاطيبين الاطهرين المنتجبين المعصومين المطهّرين

4
00:00:32,340 --> 00:00:40,740
سيّما بقيّةالله في الارضين و لعنةالله علي اعدائهم اجمعين

5
00:00:41,540 --> 00:00:55,480
Əziz qardaşlar, əziz bacılar, vüqarlı Qum camaatı, Qum Teoloji Mərkəzinin möhtərəm din alimləri, çox xoş gəlmisiniz!

6
00:00:56,000 --> 00:01:13,020
Bütün bu illər ərzində sizin varlığınız, sizinlə keçirdiyimiz bu görüşlər, sizin adınızla bağlı olan bu gün, həqiqətən də, ictimaiyyətimizə ümid, ruh yüksəkliyi, hərəkətə keçmək üçün stimul bəxş etmiş, xalqımız üçün ibrət olmuşdur.

7
00:01:13,480 --> 00:01:32,740
19 dey günü təkcə Qum camaatının qürur yeri deyil; hərçənd belə də desək, qətiyyən yanılmamış olarıq;

8
00:01:33,020 --> 00:01:45,940
bu möhtəşəm hərəkata start verdiklərinə, tarixdə heç bir zaman yaddaşlardan silinməyəcək belə bir böyük dönüş nöqtəsi yaratdıqlarına görə

9
00:01:45,940 --> 00:01:56,110
Qum camaatını, Qum gənclərini öyüb tərifləmək, həqiqətən də, yerinə düşər. Buna əsla şübhə ola bilməz.

10
00:01:56,340 --> 00:02:08,570
Qum coşğun bir çaya bənzəyən inqilabi hərəkatın mənbəyi,

11
00:02:09,820 --> 00:02:18,680
təlatümlərlə dolu inqilab dəryasının başlanğıcı oldu, bu isə balaca bir iş deyildi.

12
00:02:19,310 --> 00:02:26,970
Qum inqilab şəhəridir, inqilabın mərkəzidir, inqilabın anasıdır!

13
00:02:27,600 --> 00:02:40,170
Əlbəttə, bu yerdə kiçik bir haşiyəyə çıxaraq bunu da qeyd edim ki, Qumun inqilabi atmosferini dəyişməkdə,

14
00:02:41,250 --> 00:02:52,340
dini-inqilabi ruhiyyəsini zəiflətməkdə maraqlı olan qüvvələr də var; buna nail olmağa çalışırlar.

15
00:02:52,570 --> 00:03:00,970
Düşmənin məkrli planlarından qəflətdə qalmaq olmaz; heç bir sferada və heç bir aspektdən;

16
00:03:02,340 --> 00:03:17,200
iqtisadiyyat sahəsində etdiyi hiyləgərliklər göz qabağındadır, amma mədəniyyət sahəsində qurduğu məkrli planlara qarşı da sayıq olmaq lazımdır.

17
00:03:17,770 --> 00:03:27,370
Daim çalışırlar, məqsədləri var, agentlərini göndərirlər; buna diqqət yetirmək lazımdır.

18
00:03:29,020 --> 00:03:45,420
Qumun ağsaqqalları və gəncləri xain əllərin Qumu inqilabın mərkəzi,

19
00:03:46,110 --> 00:03:53,600
ocağı olmaqdan uzaqlaşdırmasına, Qumda bu cəhətləri arxa plana keçirmələrinə imkan verməməlidirlər.

20
00:03:54,620 --> 00:04:12,450
Hər halda, Qum bütün dünyanı dəyişmiş, dünyanı silkələmiş bu hərəkatın əsas mənbəyi, Qum Teoloji Mərkəzi isə onun mənəvi dayağıdır.

21
00:04:14,000 --> 00:04:23,940
Bu hərəkat bu gün də davam edir. Biz hələ yolun başlanğıcındayıq.

22
00:04:26,800 --> 00:04:38,050
19 dey günü Qum əhalisini öymək, mədh və vəsf etmək üçün münasib bir gün, əlverişli bir fürsətdir, amma təkcə bu deyil;

23
00:04:38,570 --> 00:04:49,250
19 dey bu günümüz üçün də bizə nələrsə öyrədə bilər. Mən bu hərəkatın mahiyyətində önə çıxan,

24
00:04:49,650 --> 00:04:59,710
diqqətəlayiq hesab etdiyim bəzi cəhətləri qısaca qeyd etmək istəyirəm. Gənclər diqqət yetirsinlər;

25
00:05:00,050 --> 00:05:09,650
bu həqiqətlərə özəlliklə də bizim gənclərimiz diqqət yetirməlidirlər,

26
00:05:09,940 --> 00:05:16,220
çünki bundan sonra işlər siz gənclərin öhdəsinə düşür, gələcək də sizindir.

27
00:05:16,570 --> 00:05:36,050
1356-cı ilin 10 dey günü Amerika prezidenti Tehrana gələrək fəsahətli bir nitq söylədi

28
00:05:36,970 --> 00:05:43,710
və Məhəmmədrzanı tərifləyib dağ başına qoydu.

29
00:05:46,000 --> 00:06:02,170
Həmin nitqində o, İranı “sabitlik adası” adlandırmışdı. Bu nə demək idi? Bu o demək idi ki, Amerika ondan asılı olan

30
00:06:02,970 --> 00:06:13,420
İran ölkəsi və buranın nökər xislətli rəsmiləri sarıdan tam xatircəmdir. “Bura sabitlik adasıdır” – bu sözlər dey ayının 10-u deyilmişdi,

31
00:06:14,510 --> 00:06:26,570
üstündən heç 10 gün keçməmiş Qum hadisələri baş verdi, 19 dey günü Qum əhalisi qiyama qalxdı, hərəkata başladı,

32
00:06:27,250 --> 00:06:49,420
o zalım, asılı və çürük rejimin əleyhinə öz canı, fiziki bədəni ilə mübarizə aparmaq üçün meydanlara çıxdı. Amerika və Qərbin “hesablama maşını” bax budur; buna diqqət yetirin.

33
00:06:50,680 --> 00:07:06,510
Qərblilər, amerikalılar özləri öz analiz qabiliyyətləri, proqnoz vermə, hesablama bacarıqları ilə öyünürlər,

34
00:07:07,370 --> 00:07:16,800
burda da bir para qərbmeyilli, amerikameyilli adamlar

35
00:07:17,200 --> 00:07:24,620
“amerikalılar belə dedilər, Amerikanın filan elm adamı, filan araşdırma mərkəzi bunu dedi,

36
00:07:24,620 --> 00:07:34,000
dünyanı belə tanıdılar, gələcəyi belə təsvir etdilər” deyə onların proqnoz vermə, prosesləri öncədən hesablama gücünü şişirdirlər. Amerikanın hesablama gücü budur: “bura sabitlik adasıdır” deyir,

37
00:07:35,420 --> 00:07:40,110
aradan heç 10 gün keçməmiş buranın necə bir “sabitlik adası” olduğu məlum olur;

38
00:07:40,680 --> 00:07:52,050
Qum qiyamı, ardınca Təbriz qiyamı baş verir, ardınca əzəmətli bir hərəkat start götürür, hər şeyin altını üstünə çevirən bir tufan kimi İslam İnqilabı qələbə çalır,

39
00:07:52,510 --> 00:07:58,910
tağut xislətli, xaricdən asılı Pəhləvi diktaturasına son qoyulur.

40
00:07:59,310 --> 00:08:06,170
Onların hesablama qabiliyyəti, hesablama gücü elə bu günün özündə də eyni səviyyədədir;

41
00:08:06,170 --> 00:08:15,940
elə bu yaxınlarda Amerika rəsmilərindən

42
00:08:16,510 --> 00:08:34,740
biri bir ovuc bandit və terrorçunu başına yığaraq deyib ki, 2019-cu ilin Milad bayramını Tehranda keçirməyə ümid edir; və ya arzu edir.

43
00:08:34,740 --> 00:08:45,020
2019-cu ilin Milad bayramı bir neçə gün bundan əvvəl idi; bax onların hesablama qabiliyyəti budur, bunlar belə adamlardır.

44
00:08:45,770 --> 00:08:52,170
Bunların hesablamaları bu cür ümidlərlə yaşamalarına səbəb olur;

45
00:08:52,800 --> 00:08:58,170
eynilə bir həftəyə Tehrana gəlməyi arzulayan Səddam Hüseyn kimi;

46
00:08:59,420 --> 00:09:11,140
eynilə digər bir muzdurları olan və Kirmanşahdan yola çıxıb 3 günə özlərini birbaş Tehrana çatdıracaqlarına ümid edən “münafiqlər” kimi;

47
00:09:11,710 --> 00:09:17,080
bunlar hamısı hesablamalardır! Düşmənin hesablama qabiliyyəti budur!

48
00:09:18,740 --> 00:09:32,050
Amerika rəsmilərindən bəziləri özlərini dəliliyə qoyublar; əlbəttə ki, mən onların dəli olduğunu qəbul etmirəm, amma həqiqətən də, bir nömrəli səfehdirlər.

49
00:09:55,650 --> 00:10:04,220
Qum əhalisinin qiyamı özündə iki hesablama sisteminin,

50
00:10:05,710 --> 00:10:20,050
iki dünyagörüşünün, iki analitik meyarın qarşı-qarşıya duruşunu əks etdirirdi:

51
00:10:21,770 --> 00:10:39,480
biri poblemlərin məngənəsində çabalayan yalançı Qərb liberal-demokratiyasının dünyagörüşü, o biri isə tövhidə, təkallahlılığa əsaslanan İslam dininin dünyagörüşü.

52
00:10:40,050 --> 00:10:49,770
Qum qiyamı iki proqnozlaşdırma, iki hesablama sisteminin qarşı-qarşıya durmasını nümayiş etdirirdi:

53
00:10:50,680 --> 00:11:05,020
biri Amerikanın hesablama sistemi idi ki, İranı o cür görürdü; elə inqilabın qələbəsinin ilk aylarında da həmin hesablama meyarlarları ilə

54
00:11:05,710 --> 00:11:15,540
Amerika Senatı İrana qarşı sanksiyalar tətbiq etdi, fikirləri də bu idi ki, uzağı 5-6 aya

55
00:11:15,540 --> 00:11:25,200
İslam İnqilabı məhv olub aradan gedəcək; onların hesablamaları bu cürdür; o biri də İslam dövlətinin hesablama sistemi; İmam Xomeyni:

56
00:11:25,940 --> 00:11:31,650
“Marksizmin qırılıb ovxalanan sümüklərinin səsini eşidirəm” – demişdi,

57
00:11:32,680 --> 00:11:41,820
1-2 il sonra bütün dünya o sümüklərin necə sınıb dağıldığını eşitdi. Bax məsələ budur.

58
00:11:42,110 --> 00:11:48,620
Qərb belə bir fenomenlə üz-üzə qalıb; İslam İnqilabı fenomeni ilə.

59
00:11:49,310 --> 00:12:01,480
Bir yanda bir yığın göz aldadan maddi vasitə – hərbi texnika, siyasi nüfuz imkanları, pul və sair,

60
00:12:02,400 --> 00:12:17,140
o biri tərəfdə isə yenicə ortaya çıxmış, konkret dünyagörüşünə və mədəniyyətə əsaslanan bir güc; stimullu, dinamik, gələcəyə baxan,

61
00:12:17,820 --> 00:12:28,110
nə etmək istədiyini, nə etməli olduğunu, hansı nöqtəyə çatmaq istədiyini bilən bir güc. Bu ikisi üz-üzə durublar.

62
00:12:28,680 --> 00:12:39,710
Qərb və Amerika imperializm sisteminin yenicə yaranmış və getdikcə inkişaf etməkdə olan bu fenomenə qarşı düşmənçilik etməsi təbii bir şeydir.

63
00:12:40,050 --> 00:12:47,710
Bəziləri buna heç də təəccüblənməsin. Məncə, bəziləri özlərini bilməzliyə vurub – hələ bəlkə də, başqa cürdür –

64
00:12:49,250 --> 00:13:01,480
deyirlər ki, “siz filan sözü nə üçün dediniz ki, Amerika da sizinlə düşmən ola?!” Elə bilirlər ki, Amerikanın düşmənçiliyi İmam Xomeyninin hansısa sözünə, yaxud Amerika haqda mənfi rəy bildirmiş

65
00:13:01,880 --> 00:13:07,710
hansısa dövlət rəsmimizin dediklərinə görədir. Amma məsələ belə deyil;

66
00:13:16,680 --> 00:13:17,480
məsələ başqa cürdür; məsələnin mahiyyəti bundan daha dərindir. 40 ildir ki, bu gənc dövlət irəli addımlayır,

67
00:13:17,710 --> 00:13:33,370
günbəgün daha da inkişaf edir, qol-budaq atıb böyüyür, güclənir. Bu onların gözləri önündə baş verir, bunu görürlər.

68
00:13:36,110 --> 00:13:54,800
Yeni yaranmış bu çalışıb-vuruşan, stimullu mənəvi gücün, dünyaya məlum olmayan bu heyrətamiz mənəvi fenomenin təzahürü ilə

69
00:13:55,370 --> 00:14:04,800
imperializmin zahiri gücü çat verdi. Və bu 40 ildə bu çat getdikcə dərinləşir.

70
00:14:07,370 --> 00:14:17,200
Bu gün dünyanın ən zəngin ölkələri ən çox borcu və problemi olan ölkələrdir.

71
00:14:18,000 --> 00:14:25,820
Bunlar zarafat deyil. Gənclərimiz bu məqamlara ciddi diqqət yetirməlidirlər.

72
00:14:27,420 --> 00:14:41,370
Burada söhbət hansısa rəsmilərin sözlə qarşıdurmasından getmir; söhbət mahiyyətlərin, kimliklərin, hərəkatların, idealların, gələcəklərin qarşıdurmasından gedir.

73
00:14:41,940 --> 00:14:52,570
Əlbəttə ki, onlar zərbə alıblar; birinci növbədə ona görə ki, yağlı tikə olan İran əllərindən çıxıb.

74
00:14:52,970 --> 00:15:00,620
İran hansısa uzaq Afrika, yaxud Latın Amerikası ölkəsi deyil ki;

75
00:15:01,020 --> 00:15:12,510
İran dünyada strateji mövqeyi baxımından ən həssas yerdədir. Olduqca mühüm bir mərkəzdir;

76
00:15:14,110 --> 00:15:22,570
Qərbi Asiyada, bu regionda İran qədər əhəmiyyətli ikinci bir coğrafi nöqtə yoxdur.

77
00:15:23,600 --> 00:15:35,710
İran qədər maddi sərvətə və müxtəlif imkanlara sahib olan ölkələr çox azdır. Bunu özləri də etiraf edirlər.

78
00:15:36,110 --> 00:15:44,450
Elə bir neçə gün bundan əvvəl Qərb təşkilatlarından biri mənim haqqımda mənfi fikir söyləmək üçün bir şey demişdi,

79
00:15:44,800 --> 00:15:51,880
etiraf etmişdi ki, İran dünyanın 5-ci zəngin ölkəsidir. Düz deyirlər,

80
00:15:52,510 --> 00:15:58,220
belədir. Bizim imkanlarımız fövqəladə dərəcədə böyükdür. Bu yağlı tikəni əldən buraxıblar,

81
00:15:58,740 --> 00:16:03,710
ilk növbədə buna hirslənmişdilər, hirsləri hələ də soyumayıb.

82
00:16:04,220 --> 00:16:13,020
Əsas məsələ isə iki hərəkatın qarşıdurmasıdır; haqq və batilin qarşıdurması:

83
00:16:13,480 --> 00:16:17,310
“De: “Haqq (İslam dini) gəldi. Batil (küfr, şirk) bir də nə gözə görünər (nə ortaya bir şey çıxarar), nə də geri qayıdar!” (“Səba” surəsi, 49-cu ayədən)

84
00:16:17,310 --> 00:16:29,880
Bayaq hörmətli qaremiz də bu ayəni oxudu. Haqq ortaya gələndə batil, təbii olaraq, sarsılır.

85
00:16:30,510 --> 00:16:40,110
Bunlar imperialistdirlər, istismarçıdırlar və əlbəttə ki, xalqların qanı ilə nəfəs alıb qidalanırlar.

86
00:16:40,910 --> 00:16:49,420
İndi təsəvvür edin ki, dünyada bir güc, bir dövlət peyda olub bu zülmkar təzahürün əleyhinə çıxır,

87
00:16:49,650 --> 00:16:59,200
onlara qarşı mübarizə aparır, hegemonluqlarına boyun əymir, bacardığı qədər səsini xalqlara çatdırır və bu günə qədər də uğur qazanıb.

88
00:17:00,170 --> 00:17:10,570
Biz bu günə qədər – bu 40 ildə uğur qazanmışıq. Baxın görün xalqlar arasında hansı ölkədə “Amerikaya ölüm!” sədaları ucalır? İndiyə qədər belə bir şey olmayıb.

89
00:17:13,420 --> 00:17:23,710
İran xalqının möhtəşəm hərəkatı bunları qorxudur, zalım və hegemon dövlətləri qorxuya salır,

90
00:17:24,400 --> 00:17:36,340
xalqların qanını soran nəhəng beynəlxalq kompaniyaları qorxuya salır; yolun sonuna gəlib çatdıqlarını görürlər.

91
00:17:36,850 --> 00:17:43,710
Bəli, mədəniyyətlərdə olan mənəvi uçurumlar özünü tez bir zamanda göstərmir.

92
00:17:44,510 --> 00:17:53,250
Doğrudur, Qərb dünyası müəyyən irəliləyişə nail olub, sənayesini inkişaf etdirib, elmdə öndədir, sərvət əldə edib, dünyanı tutub, səs-küy salıb,

93
00:17:53,420 --> 00:17:59,310
amma əsas və ən önəmli boşluq – mənəvi boşluq

94
00:17:59,540 --> 00:18:07,770
onun içində termit kimi öz işini görür. İntəhası bu özünü tez göstərmir; bəzən bunun üçün yüzilliklər tələb olunur;

95
00:18:08,510 --> 00:18:17,600
bu boşluq indi-indi özünü göstərməyə başlayır. Qərb dünyasına nəzər salın: Amerika bir cür, Avropa bir cür, onlara tabe olan ölkələr bir cür.

96
00:18:18,340 --> 00:18:29,420
Və belə bir vəziyyətdə olan dünyada İslam dini, İslama əsaslanan xalq hakimiyyəti, islami hərəkat, İslam sivilizasiyası

97
00:18:30,910 --> 00:18:40,000
müasir imkanlardan, dünyada mövcud olan vasitələrdən istifadə edərək günbəgün inkişaf etməkdədir.

98
00:18:40,400 --> 00:18:46,110
Bu onlarda qorxu və dəhşət hisləri yaradır. Təbii ki, düşmənçilik edəcəklər.

99
00:18:47,600 --> 00:18:55,770
Burada iki vacib məqam var: birincisi, elə bu düşmənçiliyin səbəbi məsələsi.

100
00:18:56,970 --> 00:19:11,650
Səhlənkarlıq etmək, səthi düşünmək lazım deyil; düşmənçiliyin səbəbi bu möhtəşəm hərəkatın mahiyyəti və həqiqətidir; düşmənçiliyin səbəbi məhz budur.

101
00:19:12,680 --> 00:19:23,370
Düşmənçiliyin səbəbi İran xalqının şücaət və fədakarlığı, sədaqətidir; düşmənçiliyin səbəbi bunlardır.

102
00:19:24,910 --> 00:19:36,050
Düşmənçiliyin səbəbi İslam Respublikasının inqilabın əsas prinsip və dayaqlarına sadiq qalması, bu sədaqətini bu günə qədər

103
00:19:36,740 --> 00:19:50,620
necə lazımsa qoruyub saxlamasıdır; düşmənçiliyin səbəbi bunlardır. Düşmənçiliyin səbəbi odur ki, İslam Respublikası

104
00:19:51,140 --> 00:20:03,140
yeni bir sivilizasiyanın rövnəqlənməkdə olduğunu və Allahın köməyi ilə, öz nəticəsini verdiyi təqdirdə

105
00:20:03,480 --> 00:20:13,820
zülmkar, imperialist və istismarçı Qərb dövlətlərinin büsatına son qoyulacağını nümayiş etdirir; düşmənçiliyin səbəbi bunlardır.

106
00:20:15,480 --> 00:20:26,620
Xalqların İranla düşmənçiliyi yoxdur; heç Qərb xalqlarının da bizimlə heç bir düşmənçiliyi yoxdur. Düzdür, ola bilsin ki, müəyyən təbliğat aparırlar,

107
00:20:27,020 --> 00:20:39,770
ayrı-ayrı ölkələrdə islamafobiya, iranafobiya, şiəfobiya yayırlar, lakin həqiqət harada xalqa açıqlanırsa,

108
00:20:40,220 --> 00:20:51,940
o yerdə xalqlar nəinki İslam Respublikasına qarşı düşmənçilik hiss etmir, əksinə, hətta belə bir hərəkatı alqışlayır, sevir və dəstəkləyirlər də.

109
00:20:52,970 --> 00:21:05,650
Düşmən olanlar zalım dövlət başçıları, yer üzündə fironluq edənlərdir. Firon Həzrət Musaya qarşı düşmənçilik etdiyi kimi;

110
00:21:06,340 --> 00:21:14,510
halbuki onun haqlı olduğunu bilirdi; Quran ayələrindən açıq-aydın görünür ki, Firon Musanın haqlı olduğunu bilmiş, lakin bunu bilə-bilə yenə də onunla düşmənçilik etmişdir.

111
00:21:15,650 --> 00:21:18,110
Allah-taala Musaya belə buyurur:

112
00:21:18,400 --> 00:21:22,280
“(Allah) buyurdu:

113
00:21:22,450 --> 00:21:31,650
mən sizinləyəm, gedin hərəkatınıza başlayın və davam etdirin. Bəli, Firon hakimiyyət taxtında oturub,

114
00:21:32,000 --> 00:21:35,710
güclüdür, qorxuludur, amma siz gedin öz işinizi görün;

115
00:21:35,710 --> 00:21:38,620
– mən də sizinləyəm, hər şeyi eşidir və görürəm.

116
00:21:38,620 --> 00:21:45,080
Bu gün bu xitab eynilə İran xalqına ünvanlanır. Odur ki düşmənçiliyin səbəbi budur.

117
00:21:45,770 --> 00:21:54,800
İkinci önəmli məqam budur ki, bu düşmənçiliyin nəticəsi necə olacaq? Nəticəsi belə olacaq ki, Allah kiminlədirsə, o da qalib olacaq,

118
00:21:56,570 --> 00:22:08,740
çünki güc-qüdrət Allahın müqəddəs zatına məxsusdur. Biz Allahla olsaq, Allahın yolunda olsaq, qələbəmiz mütləqdir, 100 faizdir,

119
00:22:09,650 --> 00:22:20,450
buna heç bir şübhə ola bilməz. Harada səhlənkarlıq etmişiksə, qələbə qazana bilməmişik. Uğursuzluğumuz səhlənkarlığımızdan olub,

120
00:22:21,250 --> 00:22:29,480
düzgün davranmamağımızdan olub. Düzgün davransaq, lazımınca hərəkət etsək –

121
00:22:30,570 --> 00:22:39,140
rəsmilərimiz də, xalqımız da – və hərəkatımız doğru bir hərəkat olsa, o yerdə Allah-taala, heç şübhəsiz, yardımçımız olacaq.

122
00:22:39,600 --> 00:22:41,820
“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayə)

123
00:22:42,050 --> 00:22:44,170
Bunda heç bir şübhə və tərəddüd ola bilməz.

124
00:22:44,970 --> 00:23:01,140
Bəli, inqilabın qələbəsindən 40 il ötüb. 40 il o qədər də çox deyil. Bir sivilizasiyanın həyatı üçün 40 il insan ömrünün həddi-büluğ, düşüncə baxımından yetkinləşmə dövrünə uyğundur.

125
00:23:02,450 --> 00:23:14,280
Sivilizasiyalar üçün 40 yaş qocalıq yox, çiçəklənmə dövrüdür və inşallah, bu çiçəklənmə olacaq.

126
00:23:15,200 --> 00:23:25,020
Bunun üçün zəruri olan münbit zəmini ölkəmizdə müşahidə etmək olur. Allaha şükürlər olsun ki, bu gün ölkəmizdə insanların dini inancı kifayət qədər yaxşı səviyyədədir,

127
00:23:25,420 --> 00:23:34,170
xalqımızda möhkəm əzm, ictimai-siyasi proseslərdə iştiraka hazırlıq var,

128
00:23:34,620 --> 00:23:42,510
imanlı, əzmkar gənclərimiz heç də az deyil, çoxdur –

129
00:23:43,880 --> 00:23:57,770
mən şəxsən tanıyıram; əlbəttə ki, hamısını yox, amma bilirəm ki, ölkənin dörd bir yanında minlərlə gəncimiz dərin intellektual işlər həyata keçirir –

130
00:23:59,940 --> 00:24:16,400
gənc alimlər, əzmli gənclər qurub-yaratmaqla, istehsalla məşğuldur, təşəbbüs göstərir, novatorluq edirlər.

131
00:24:17,600 --> 00:24:30,170
Bu insanlar gələcəyi qururlar; qəlblərində iman yaxşı və güclü, təvəkkül hissi yüksək, Allaha etimad çox, gələcəyə ümid parlaqdır,

132
00:24:31,140 --> 00:24:39,250
gözüaçıqdırlar. Xalqın arasında bunlar var və az da deyillər – mən “minlərlə” deyərkən

133
00:24:39,650 --> 00:24:48,680
tanıdığım, münasibətdə olduğum insanları nəzərdə tuturdum, amma bundan da on dəfə çoxdurlar – gənclərimiz hazırlıqlıdır.

134
00:24:49,250 --> 00:24:56,510
Bütün bunların əsasında isə Allahın lütf və feyzi durur. Əgər Allah-taala

135
00:24:57,250 --> 00:25:04,110
bu işin irəli getməsini istəməsəydi, bu zəmini, bu müqəddimələri hazırlamazdı.

136
00:25:04,510 --> 00:25:18,050
Bir vaxtlar dahi liderimiz İmam Xomeyni hansısa işin asanlıqla başa gəlməyindən – təəssüf ki, detallar yadımda deyil –

137
00:25:18,340 --> 00:25:24,050
belə nəticəyə gəlmişdi ki, Allah-taala bu işin həyata keçməyini istəyir:

138
00:25:26,680 --> 00:25:30,280
اِذا اَرادَ اللهُ شَيئاً هَيَّاَ اَسبابَه

139
00:25:31,080 --> 00:25:37,020
İşin başlaması üçün münasib imkan və şərait asanlıqla yaranırsa, aydındır ki, Allah-taala o işin həyata keçməsini istəyir.

140
00:25:37,480 --> 00:25:43,710
İşin başlanğıcı inqilabın ortaya çıxması, İslam Respublikasının qurulması, İslam dövlətinin yaradılmasıdır.

141
00:25:44,570 --> 00:25:52,510
Bunlar hazırkı zəmanəyə, yaşadığımız əsrə uyğun İslam sivilizasiyasının yaranması üçün müqəddimə rolunu oynayırdı.

142
00:25:52,970 --> 00:25:58,110
Allah-taala başlanğıc olaraq bu imkan və şəraiti yaratdı ki, biz o sivilizasiyaya çataq; inşallah, çatacağıq da.

143
00:25:58,340 --> 00:26:08,050
Bu gün mənim iki müraciətim var; onlardan biri rəsmilərə, hökumət nümayəndələrinə və sairə, ikincisi isə əziz xalqımıza aiddir.

144
00:26:10,000 --> 00:26:17,880
Rəsmilərə demək istəyirəm ki, əvvəla, tutduğunuz mövqeyin qədrini bilin.

145
00:26:18,850 --> 00:26:24,220
Sizin hansısa vəzifə postu tutmağınız Allahın böyük bir nemətidir.

146
00:26:25,310 --> 00:26:35,940
Vəzifədə olub, bu cür ideallar uğrunda, belə bir xalq, belə bir ölkə üçün işləmək

147
00:26:36,620 --> 00:26:43,480
Uca Yaradanın insana bəxş etdiyi böyük bir nemətdir. Rəsmilər bunun qədrini bilməli və buna görə Allaha şükür etməlidirlər.

148
00:26:44,740 --> 00:26:52,280
İkincisi isə, bu böyük nemətin tələblərinə əməl etməlidirlər.

149
00:26:53,140 --> 00:27:00,280
Özlərinə qarşı diqqətli və tələbkar olmalıdırlar ki, yanlış davranışlara, dəbdəbəli həyata, israfçılığa,

150
00:27:00,850 --> 00:27:13,420
zalım rejimlərin hökumət nümayəndələri arasında geniş yayılmış hərəkətlərə meyillənməsinlər. Bu, hökumət adamlarımızın öhdəsinə düşən bir vəzifədir.

151
00:27:15,250 --> 00:27:21,940
Bizim yolumuz İslam yoludur; hökumətimiz İslam hökumətidir. Biz Əmirəlmöminin Əli (ə) kimi hərəkət edə bilmərik,

152
00:27:21,940 --> 00:27:30,800
amma onun yolunu özümüz üçün rəhbər tutub, o cür davranmağın mümkün olduğunu,

153
00:27:31,370 --> 00:27:34,740
o yolla getməli olduğumuzu daim diqqətdə saxlaya bilərik.

154
00:27:35,250 --> 00:27:42,570
Cəsarət və rasionallıq – bu da rəsmilərimizin üzərinə düşən digər vəzifələrdir.

155
00:27:42,570 --> 00:27:54,680
Rəsmilərimiz cəsarətli olmalı, onun-bunun top-tüfəngindən, hərbə-zorbasından qorxub geri çəkilməməli,

156
00:27:55,370 --> 00:28:03,310
Amerika və Avropa rəsmilərinin, habelə digərlərinin o ədəbsiz danışıqları qarşısında doğru olanı deməli, necə lazımsa davranmalı,

157
00:28:03,480 --> 00:28:10,170
çəkinməməlidirlər. Özünüz görürsünüz, necə əsassız, əlaqəsiz sözlər danışırlar. Bəzən, həqiqətən də, özlərini təlxək yerinə qoyurlar.

158
00:28:10,910 --> 00:28:26,680
Amerika rəsmisi – misal üçün, hay-küy salıb bizi dünyada bədnam etmək istəyəndə – qalxıb deyir ki, İran insan haqlarını Səudiyyə Ərəbistanından öyrənsin!

159
00:28:28,910 --> 00:28:37,200
Beləsinə nə deyəsən?! Beləsinə “təlxək”dən başqa nə demək, nə ad vermək olar?!

160
00:28:38,220 --> 00:28:50,220
Bu və buna bənzər adamların nə hədə-qorxusuna, nə vədlərinə, nə verdikləri sözə, nə də atdıqları imzaya etibar etmək olar.

161
00:28:51,650 --> 00:29:01,650
Onlara əhəmiyyət vermədən doğru yolda cəsarətlə irəliləmək lazımdır. Eynilə rasionallıq da;

162
00:29:02,170 --> 00:29:12,000
emosional davranmaq olmaz, bir ölkəni hislərlə idarə etmək mümkün deyil. Emosionallıq lazımdır,

163
00:29:12,220 --> 00:29:22,510
amma rasionallığa dəstək olaraq. Yolumuzu ağılla seçərək stimul və emosionallıqla irəli getməliyik.

164
00:29:26,220 --> 00:29:31,420
Rəsmilərimizin diqqət yetirməli olduğu digər bir vəzifə isə

165
00:29:32,400 --> 00:29:40,570
ölkənin daxili imkan və potensialının dəyərini bilmək və onları üzə çıxarmaqdır.

166
00:29:41,600 --> 00:29:51,370
Nə qədər ki biz bu imkan və potensialdan xəbərsizik, onun böyük bir qismi durğun vəziyyətdə qalır; təəssüflər olsun ki, bizdə bu da olub;

167
00:29:52,340 --> 00:29:58,280
öz imkan və potensialımızın xeyli hissəsindən, o cümlədən bu gözəl gənclərimizdən bixəbər olmuşuq.

168
00:29:59,650 --> 00:30:11,710
Böyük bir məcmu olan dövlətin bəzi sferalarında bəzi rəsmilərin işində elə çətin, düyünlü məqamlar var ki,

169
00:30:13,310 --> 00:30:24,170
bu gənclər onları həll etmək iqtidarındadır. Onlar bu problemli məsələləri həm gənclik dövrünə xas parlaq ideyaları,

170
00:30:24,400 --> 00:30:30,340
həm də əməli işləri ilə yoluna qoya bilərlər.

171
00:30:31,200 --> 00:30:39,420
Gənclərin qədrini bilsinlər, onlara müraciət etsinlər, onların fikirlərindən istifadə etsinlər.

172
00:30:39,650 --> 00:30:50,110
Gənclərin fikirlərindən bəhrələndiyimiz əksər sahələrdə uğur qazanmışıq.

173
00:30:50,970 --> 00:31:01,600
Gənclərin qədrini bilsinlər, onların zirvələrə can atmaq həvəsinin qədrini bilsinlər. Gənclər yüksək hədəflərə, zirvələrə can atır, bunun heç bir eybi yoxdur.

174
00:31:02,050 --> 00:31:12,970
Bir xalqı irəli aparan, ətalətə uğramasına imkan verməyən də məhz gənclərdəki bu zirvələrə can atma şövqü olur. Qərblilərin hay-küyündən də əsla ürəyinizə qorxunu yaxın buraxmayın.

175
00:31:13,600 --> 00:31:23,820
Rəsmilər xalqın məişət rifahı məsələsinə də xüsusi diqqət və qayğı ilə yanaşmalıdırlar.

176
00:31:24,340 --> 00:31:32,170
Bu gün düşmən diqqətini əsasən bunun üzərində cəmlədiyi üçün ən vacib və prioritet məsələ budur; aztəminatlı təbəqənin məişət rifahının yaxşılaşdırılması.

177
00:31:33,940 --> 00:31:42,680
Aztəminatlı ailələrin üzləşdiyi məişət poblemlərinin həlli ölkə rəsmilərinin,

178
00:31:43,310 --> 00:31:52,910
xüsusilə də hökumət nümayəndələrinin qarşısında duran ən başlıca işlərdəndir; ən əsas iş budur.

179
00:31:54,510 --> 00:32:04,450
Ola bilsin ki, resurslarımız məhduddur, amma ölkə daxilində bəzi şəxslərin,

180
00:32:05,140 --> 00:32:11,540
bəzi cərəyanların bu resursları necə insafsızcasına, zülmkarcasına yeyib-dağıtdığını da görməmək mümkün deyil.

181
00:32:11,820 --> 00:32:20,680
Maliyyə məsələlərində, ticarətdə və sairdə mövcud olan o dəllallıq halları, monopoliyalar

182
00:32:22,170 --> 00:32:33,880
ölkənin inkişafına əngəl olur. Biz daim daxili istehsalı rövnəqləndirmək lazım olduğunu vurğulayırıq, amma idxalla məşğul olan hansısa dəllallar mənafelərinə uyğun olmadığına görə

183
00:32:33,880 --> 00:32:39,310
gedib müxtəlif yollarla özləri üçün sərfəli olanı edirlər və görürsən ki, işlər arzulanan nəticəni vermir.

184
00:32:40,680 --> 00:32:45,880
Xalqın məişət rifahını yaxşılaşdırmaq təkcə elə bu deyil ki, pul paylayaq;

185
00:32:46,740 --> 00:32:56,110
zərərli və təhlükəli olan bu kimi məsələlərə diqqət yetirib onların qarşısını almaq

186
00:32:56,340 --> 00:33:09,480
mühüm işlərdən biridir. Mən bu məsələni işgüzar iclaslarımızda ölkə rəsmiləri üçün bəzən detalları ilə qeyd etmişəm,

187
00:33:09,480 --> 00:33:15,540
vurğulamışam, yenə də vurğulayıram. Mənim rəsmilərə demək istədiklərim bunlardır.

188
00:33:15,540 --> 00:33:22,570
Xalqımıza gəlincə isə, əvvəla, dəyərli xalqımız rəsmilərə kömək etməlidir; hamı kömək etməlidir.

189
00:33:23,080 --> 00:33:33,140
Daxili istesahsalın rövnəqləndirilməsindən, milli məhsula dəstək olmaqdan danışırıqsa, burada işin önəmli bir qismi məhz camaatın üzərinə düşür.

190
00:33:33,600 --> 00:33:44,570
Burada daxili məhsulu istehsal və istehlak edən, satan,

191
00:33:44,850 --> 00:33:54,280
alan hər kəsin təsiri ola bilər. İstehsalın keyfiyyəti, məhsulların distribyusiyası – bunlar önəmli məsələlərdir.

192
00:33:54,280 --> 00:34:04,850
Biz cari ili “İran məhsulunun istehsalı ili” elan etmişik, əsas diqqəti İran məhsuluna çəkməyə çalışmışıq; hazırda ilimiz sona çatır;

193
00:34:06,000 --> 00:34:13,940
gəlin görək, bu sahədə nə qədər iş görülüb? Əlbəttə, müəyyən işlər həyata keçirilib, amma nə qədər irəli gedə bilmişik? Biz bu sahədə irəli getməliyik.

194
00:34:13,940 --> 00:34:20,450
Xalqımız bu məsələdə dövlətimizə kömək edə, xeyir işlərdə hökumətlə əməkdaşlıq edə bilər.

195
00:34:20,570 --> 00:34:30,970
Xalqın ölkəyə xidmət naminə görə biləcəyi işlərdən biri də inqilabi meydanlarda iştirak etməkdir;

196
00:34:32,280 --> 00:34:40,220
misal üçün, düşmənin şayiə yaymaq planına qarşı mübarizədə.

197
00:34:40,450 --> 00:34:49,370
Bu gün düşmənin aktiv surətdə həyata keçirməyə çalışdığı məkrli planlardan biri də xalqı təşvişə salmaq, üz-üzə qoymaq,

198
00:34:49,600 --> 00:35:00,450
ayrı-ayrı şəxsləri bir-birinin əleyhinə ittihamlar səsləndirməyə sövq etmək, camaatı bir-birinin canına salmaqdır. Əlbəttə ki, Allahın köməyi ilə, belə bir şey baş verməyəcək,

199
00:35:00,910 --> 00:35:05,880
amma onların məqsədi budur. Xalqımız sayıq, diqqətli olmalıdır.

200
00:35:08,170 --> 00:35:19,080
Utanmadan camaatımızı inqilaba, dövlətə qarşı çıxmağa çağırırlar; o xalqı ki, dövlətimiz məhz ona arxalanır.

201
00:35:20,110 --> 00:35:30,110
Əgər bu xalq dövlətin arxa-dayağı olmasaydı, İslam İnqilabı və İslam Respublikası bu qədər diqqətəlayiq bir səviyyədə irəli getməzdi.

202
00:35:30,620 --> 00:35:39,540
O qədər utanmazdırlar ki, belə bir xalqı öz dövlətinə qarşı çıxmağa vadar edir, yəni təşviq və təhrik edirlər.

203
00:35:39,880 --> 00:35:47,200
Qoy xalqımız bu təbliğata müqavimət göstərsin, onun əleyhinə davransın.

204
00:35:47,480 --> 00:36:01,020
Bu gün gənclər virtual məkanda fəallıq göstərirlər; düşmənin ağzından vurmaq üçün internetdən gözəl bir vasitə kimi istifadə etmək olar.

205
00:36:24,400 --> 00:36:31,820
Sanksiyalara gəlincə; bəli, sanksiyalar hər bir xalqa, hər bir ölkəyə təzyiq göstərir, çətinliklər yaradır.

206
00:36:32,800 --> 00:36:44,110
İran xalqına qarşı tətbiq edilən sanksiyaların isə, amerikalıların özlərinin də məmnunluqla bildirdiyi kimi, “tarixdə misli-bərabəri olmayıb!” Bəli,

207
00:36:44,620 --> 00:36:52,450
tarixdə bu cür sanksiyalar olmayıb və inşallah, Amerikanın bu məsələdə üzləşəcəyi məğlubiyyətin də tarixdə misli-bərabəri olmayacaq!

208
00:37:17,420 --> 00:37:31,080
Xalqımız, dövlətimiz, rəsmilərimiz – hamısı bu sanksiyaların yüzdə-yüz ölkənin xeyrinə nəticə verməsində rol oynaya bilər.

209
00:37:34,510 --> 00:37:43,650
Necə ki müharibə dövründə də bizə qarşı sanksiyalar qoyulmuşdu, bizə heç fərdi silah da satmırdılar;

210
00:37:43,650 --> 00:37:50,510
mən bir dəfə də qeyd etmişdim  ki, bizə heç tikanlı məftilin də satılmağına icazə vermirdilər; amma elə həmin məhrumiyyətlər

211
00:37:50,800 --> 00:37:59,820
daxili imkanların işə düşməsinə və müdafiə sənayemizin inkişafına səbəb oldu. Bu gün ölkəmizin müdafiə sənayesi elə bir səviyyəyə gəlib çatıb ki, Allaha şükür, regionda birinci yerdəyik,

212
00:38:00,400 --> 00:38:07,250
hamıdan öndəyik. Və bu, sanksiyaların bərəkəti sayəsində olub.

213
00:38:08,280 --> 00:38:16,510
Yoxsa əgər ilk gündən lazım olan hər şeyi gedib satın alsaydıq, pulumuzu alıb o şeyləri bizə versəydilər,

214
00:38:16,970 --> 00:38:21,650
özümüz onları istehsal etmək fikrinə düşməz və bu səviyyəyə gəlib çata bilməzdik.

215
00:38:22,280 --> 00:38:30,220
Hər işdə belədir; gənclərimiz ölkənin ehtiyac duyduğu istənilən vəsaiti düzəltmək iqtidarında olduqlarını mənə söylərirlər;

216
00:38:30,620 --> 00:38:42,450
və bunu sübut da edirlər, sırf iddia deyil; istər hansısa detal olsun, istərsə də qeyri şeylər. “Hər şey düzəldə bilərik”, –

217
00:38:42,850 --> 00:38:51,140
deyirlər. Düz də deyirlər; olub ki, sınamışıq, görmüşük, elə dedikləri kimi də var.

218
00:38:52,050 --> 00:39:02,510
Bizim belə bir insan potensialımız var. Elə etməliyik ki, bu sanksiyalar iqtisadiyyatımızın çiçəklənməsi,

219
00:39:02,800 --> 00:39:10,000
sahibkarlıq və məşğulluğun pik nöqtəsinə çatmağımız üçün bir vasitə olsun.

220
00:39:11,650 --> 00:39:18,800
Başqalarının məhsullarına olan ehtiyacımıza son qoyub, onları öz məhsulumuza ehtiyaclı bir vəziyyətə gətirməliyik.

221
00:39:19,200 --> 00:39:21,770
Bunu etmək mümkündür.

222
00:39:22,170 --> 00:39:31,310
Allahın köməyi ilə, biz bu sanksiyaları və iqtisadi çətinlikləri geridə qoyacağıq; əlbəttə ki, sanksiyalar müəyyən problemlər yaradır, problemlər var,

223
00:39:31,540 --> 00:39:40,570
hazırda da mövcuddur, amma bu problemlər işin başlanğıcına aiddir. Əgər xalqımız və dövlətimiz müqavimət göstərsə,

224
00:39:40,910 --> 00:39:48,680
sayıq olsa, əzmkarlıq nümayiş etdirərək çalışıb-vuruşsa, heç şübhəsiz,

225
00:39:48,910 --> 00:39:56,850
biz bu mərhələni qələbə ilə başa vuracağıq. Necə ki məcburən qoşulduğumuz savaşda da qələbə qazandıq,

226
00:39:57,250 --> 00:40:04,850
Səddam məğlub olub Cəhənnəmin dibinə getdi, İslam Respublikası isə çiçəkləndi.

227
00:40:05,250 --> 00:40:12,110
Qalan düşmənlərimiz – Amerika, Avropa və Qərbdə bizim əleyhimizə iş aparanlar da

228
00:40:12,340 --> 00:40:17,600
Cəhənnəmin dibinə gedəcək, İslam Respublikası isə, inşallah, həmişə var olacaq!

229
00:40:41,020 --> 00:40:52,170
Bu yolu bizə açan dahi liderimiz İmam Xomeyniyə (r.ə) Allah rəhmət etsin!

230
00:40:52,910 --> 00:41:04,510
İmamın nəsihətlərini, vəsiyyətlərini unutmayın; onun və bu yolda canından keçmiş əziz şəhidlərimizin pak ruhlarına Allah rəhmət etsin.

231
00:41:04,970 --> 00:41:12,220
Bu günə qədər bu yolda çalışıb-vuruşan hər kəsin, eləcə də siz əziz qumlularımızın üzərindən

232
00:41:12,450 --> 00:41:19,540
Allahın lütf və mərhəməti əskik olmasın, inşallah. Mənim salamımı digər həmyerlilərinizə də çatdırın.

233
00:41:19,820 --> 00:41:21,540
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.