1
00:00:00,910 --> 00:00:03,480
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

2
00:00:03,710 --> 00:00:15,250
الحمدللّه ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا‌ و نبيّنا ابي‌القاسم المصطفيٰ محمّد

3
00:00:23,020 --> 00:00:31,480
و علي آله الطّيّبين الطّاهرين المعصومين سيّما بقيّةاللّه في الارضين

4
00:00:31,710 --> 00:00:35,250
Əvvəla, hamınızın bayramı mübarək!

5
00:00:39,420 --> 00:00:50,340
İkincisi, gözümüz aydın olsun ki, ölkəmizdə bir bu qədər Əhli-Beyt (ə) məddahı, Həzrət Hüseynə (ə) şeir və mərsiyələr yazan qələm sahibləri var!

6
00:00:51,650 --> 00:00:59,710
37-38 ilə yaxındır ki, ilin bu günü bu məclis təşkil olunur

7
00:01:02,050 --> 00:01:13,020
və Allaha şükürlər olsun ki, kəmiyyət və keyfiyyət günbəgün daha da artır; bu, dəyərli bir ehtiyatdır.

8
00:01:13,880 --> 00:01:26,220
Əziz gənclər, sözüm sizədir: bu bir ehtiyatdır, dəyərli bir insan potensialıdır.

9
00:01:27,200 --> 00:01:35,770
Bu potensial faydasız qalıb puç olsa, ona zülm edilmiş olar.

10
00:01:36,850 --> 00:01:48,970
Əgər Allah eləməmiş, bu potensial yanlış istiqamətdə sərf olunsa, ona daha da böyük zülm edilmiş olar.

11
00:01:51,710 --> 00:01:59,820
Bu potensial bizdə olmasaydı, bu qədər ağır məsuliyyət daşımazdıq,

12
00:02:01,080 --> 00:02:13,540
amma bu potensial var, bu sərmayə İslam İnqilabına, İslam dininə, Seyyidüş-şühədaya, Fatimeyi-Zəhraya aiddir.

13
00:02:14,450 --> 00:02:23,250
Bu potensialdan Hüseyn və Fatimənin hədəfləri naminə istifadə etmək lazımdır.

14
00:02:25,820 --> 00:02:38,570
Az öncə oxunan şeirlərin əksəriyyəti yaxşı şeirlər idi, mən sözün həqiqi mənasında onlardan bəhrələndim,

15
00:02:39,200 --> 00:02:57,940
lakin bu gün əsas məsələ İslam İnqilabının təlimlərini xalqa və cəmiyyətə açıqlamaqdır.

16
00:02:59,080 --> 00:03:15,650
Bu iş isə sizin öhdənizə düşür. Mən dəfələrlə demişəm ki, bəzən sizin bir qəsidəniz, oxuduğunuz hər hansı bir qəzəl,

17
00:03:17,080 --> 00:03:28,800
bir məsnəvi, hətta bəzən bircə beyt auditoriyanıza minbərdə edilən bütöv bir moizə qədər təsir göstərə bilər.

18
00:03:29,820 --> 00:03:40,110
Bunu əldən buraxmayın. Poeziyamız məzmun cəhətdən özündə Quran və İslam təlimlərini əks etdirməli,

19
00:03:41,310 --> 00:03:48,280
sizlərin aranızda bu gün geniş yayılmış ifadə ilə desək, Hüseyn və Fatimə (ə) hədəflərinə xidmət etməlidir.

20
00:03:50,450 --> 00:04:05,020
İnqilabın hədəflərini aydın baxış, açıq fikir və dərin düşüncə ilə öz şeirlərinizdə əks etdirin

21
00:04:06,000 --> 00:04:15,710
və həmin şeirləri xoşagələn səs tonu ilə, bədii qiraət sənətinin incəliklərindən istifadə edərək müxtəlif məclislərdə auditoriyaya təqdim edin.

22
00:04:16,910 --> 00:04:30,800
Bu nəinki təkcə İran xalqının möhtəşəm hərəkatına, hətta bəlkə İslam dininin, İslam ümmətinin irəliləyişinə də çox dərin təsir göstərəcək.

23
00:04:32,680 --> 00:04:49,020
Bəzən mən kifayət qədər istedadlı məddahların yazdığı şeirlərdə nə forma, nə də məzmunun maarifləndirməyə xidmət etmədiyini görürəm;

24
00:04:49,420 --> 00:05:04,850
bu, zülmdür. Sizin istedadınız var, bacarığınız var, bu gün İslam toplumunda sizin üçün şərait yaradılır.

25
00:05:06,170 --> 00:05:22,450
Bu şərait həmişə olmayıb; tarixdə belə bir dövrün gəlib çatması, belə bir fürsətin yaranması qənimətdir,

26
00:05:22,910 --> 00:05:30,800
bu şansı əldən buraxmaq olmaz. Bu gün bizim İslam dinini təbliğ etmək imkanımız var;

27
00:05:31,650 --> 00:05:44,450
vaxt var idi, bunu yalnız kitab çap etməklə, minbərlərdə moizə və çıxışlar etməklə edə bilirdik. Bu gün isə o vaxtkılara əlavə olaraq, Əhli-beyt (ə) məddahlığı da var.

28
00:05:45,770 --> 00:06:00,170
Keçmişdə –  şah diktaturası dövründə Əhli-beytə (ə) xidmət edən bir bu qədər gözəl şairlərimiz, qiraətçilərimiz yox idi.

29
00:06:02,740 --> 00:06:14,850
Bu gün isə Allaha şükürlər olsun ki, sayları çoxdur; kəmiyyət də, keyfiyyət də çox yaxşıdır. Bu keyfiyyəti günbəgün daha da artırın.

30
00:06:15,540 --> 00:06:26,340
Bu gün düşmənlər bizim – inqilabçı İran xalqının həyatını

31
00:06:27,080 --> 00:06:37,600
diqqətlə gözdən keçirirlər ki, bəlkə hansısa bir boşluq tapıb oradan içimizə nüfuz edə bilələr.

32
00:06:39,370 --> 00:06:53,820
Düşmənin nüfuz edə biləcəyi o nahiyələri üzə çıxarıb, həmin səmtdən müdafiə olunun, səf çəkib düşmənin qarşısında durun. Vaxtı hədər verməyək;

33
00:06:55,420 --> 00:07:07,710
bu gün hamımızın öhdəsinə müəyyən vəzifələr düşür, hamımız məsuliyyət daşıyırıq. Əhli-Beyt (ə) məddahları da ölkənin məsuliyyət daşıyan kəsimlərindən biridir. İslam təlimlərini xalqa açıqlayın, təbliğ edin.

34
00:07:08,340 --> 00:07:21,480
Əlbəttə ki, dini mədhiyyələrin dili minbərdə söylənən nitq və çıxışların dilindən fərqlənir.

35
00:07:22,620 --> 00:07:31,880
Mədhiyyədə şeir var, təxəyyül var, istedadını nümayiş etdirmək var, sənət fəaliyyəti var, bunun heç bir eybi də yoxdur,

36
00:07:32,570 --> 00:07:43,600
lakin ümumilikdə mahiyyət və istiqamət eynilə bizim yaxşı bir çıxışdan,

37
00:07:44,170 --> 00:07:50,970
yaxşı bir dini kitabdan, yaxşı bir filmdən gözlədiyimiz kimi olmalıdır; həmin istiqamət olmalıdır.

38
00:07:51,420 --> 00:08:01,020
İslamın düşmənləri yenicə ortaya çıxmayıblar. Həqiqətin, Allahın dininin düşmənləri

39
00:08:01,370 --> 00:08:06,570
bu dinin yer üzünə gəldiyi ilk vaxtlardan əl-ələ verərək haqqa qarşı cəbhələşiblər. O cəbhələşmə bu gün də var –

40
00:08:07,420 --> 00:08:15,200
şair demişkən: Şirin və şor sular öz axarı ilə yanaşı axacaq, Sur çalınana qədər hər biri öz yaradılışında (şor və şirin) qalacaq.

41
00:08:15,420 --> 00:08:24,110
– bundan sonra da olacaq. Bu cəbhələşmə İbrahimin, Musanın, İsanın

42
00:08:24,680 --> 00:08:27,710
və sonuncu peyğəmbər Həzrət Muhəmmədin (s) də yer aldığı bir cəbhələşmədir.

43
00:08:36,510 --> 00:08:47,480
Bu gün siz bir vaxtlar Musanın, İbrahimin, İslam peyğəmbərinin,

44
00:08:48,620 --> 00:08:54,280
Əmmarın, Əmirəlmöminin Əlinin durduğu bir cərgədə yer alırsınız.

45
00:08:56,740 --> 00:09:03,540
Cərgəmizi tanımasaq, səhvə yol verəcəyik; düşmənin cərgəsini tanımasaq, səhvə yol verəcəyik.

46
00:09:04,170 --> 00:09:17,770
Siffeyn döyüşündə Cənab Əmmar gördü ki, döyüşçülərdən bir qrupu sanki narahat kimidir, çaşqın bir vəziyyətdədir,

47
00:09:19,480 --> 00:09:29,420
kimə qarşı və nə üçün döyüşdüklərini dərk etmirlər; öhdəsinə vəzifə düşdüyünü hiss etdi. Cənab Əmmar Əmirəlmöminin Əlinin (ə) danışan dili idi;

48
00:09:30,910 --> 00:09:42,170
gəlib həmin adamların qarşısında duraraq dedi: “Qarşıdakı cəbhənin, – Bəni-Üməyyə cəbhəsinin, – bayrağını görürsünüz?

49
00:09:43,540 --> 00:09:53,420
Bədr və Uhud döyüşlərində də bizim qarşımızda bu bayraq dururdu. Bu həmin o bayraqdır!”

50
00:09:56,400 --> 00:10:11,080
Mən isə deyirəm ki, bu gün Asiya regionunda, Avropa və Amerikada,

51
00:10:11,420 --> 00:10:17,200
dünyanın istənilən yerində İslam İnqilabının qarşısında duran bayraqlar da həmin bayraqdandır;

52
00:10:17,880 --> 00:10:24,340
İbrahimin, Musanın, İsanın qarşısında qaldırılan bayraqlardandır.

53
00:10:25,020 --> 00:10:30,220
O bayraqlar məhv olub getdilər, İbrahim, Musa və İsa isə yaşayır.

54
00:10:54,510 --> 00:11:02,110
Onların yaşamasının səbəbi isə budur ki, Allah-taala Həzrət Musaya belə buyurub:

55
00:11:02,570 --> 00:11:07,600
“(Allah) buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!” (“Ta-ha” surəsi, 46-cı ayədən)

56
00:11:09,310 --> 00:11:22,220
Qorxmayın, vahiməyə düşməyin, hesablamalarınızda səhvə yol verməyin, Allah sizinlədir.

57
00:11:22,220 --> 00:11:23,820
Allah-taala: “اِنَّني مَعَکُما” – “Mən sizinləyəm”,  – deyir.

58
00:11:24,050 --> 00:11:40,620
Fironun saysız-hesabsız ordusu qarşısında iki nəfər əliyalın adam ilk baxışda heç nədir,

59
00:11:41,020 --> 00:11:50,740
amma batində bütün güc onlara məxsusdur, çünki qüdrət sahibi Allahdır, Allah isə o iki nəfərə:

60
00:11:50,740 --> 00:11:53,250
“Mən sizinləyəm”, – deyir; “اِنَّني مَعَکُما اَسمَعُ وَاَري” – görürəm, eşidirəm, nə baş verdiyindən xəbərim var.

61
00:11:53,250 --> 00:11:59,370
görürəm, eşidirəm, nə baş verdiyindən xəbərim var. Bizdə də məsələ bundan ibarətdir;

62
00:12:00,740 --> 00:12:05,940
inanmayanlar geridə qoyduğumuz 40 ilə nəzər salsınlar.

63
00:12:07,140 --> 00:12:16,510
Bu 40 ildə bizim dünyanın maddi gücünün mərkəzi sayılan düşmənlərimiz

64
00:12:16,970 --> 00:12:30,170
bu inqilabın və bu hərəkatın qarşısında var qüvvələri ilə durdular, ona zərbə vurmağa çalışdılar, əllərindən gələni etdilər.

65
00:12:31,020 --> 00:12:41,140
Doğrudan da, bütün güclərini səfərbər edib əllərindən gələni etdilər. İndi aradan 40 il ötdüyü bir vaxtda onlar əvvəlkindən daha zəif, biz isə ilk gün olduğumuzdan daha güclüyük.

66
00:12:41,770 --> 00:12:47,770
Bu onu göstərir ki, “اِنَّني مَعَکُما” – Allah-taala bizimlədir;

67
00:12:47,770 --> 00:12:49,480
“اَسمَعُ وَاَري” – eşidir və görür;

68
00:12:51,250 --> 00:12:55,310
lakin bir şərti var: gərək siz də Allahla olasınız;

69
00:12:55,710 --> 00:13:01,020
“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”. (“Muhəmməd” surəsi, 7-ci ayədən)

70
00:13:01,770 --> 00:13:12,680
Bunu bizə dahi liderimiz İmam Xomeyni (r.ə) öyrədib; o vaxtlar biz də məsələnin mahiyyətini düzgün dərk edə, dərinliyinə vara bilmirdik,

71
00:13:12,970 --> 00:13:19,650
İmam isə dərk edirdi; “Allahla olun”, – deyirdi, özü də Allahla idi.

72
00:13:20,680 --> 00:13:27,250
Sizin Allahla olmağınız budur ki, az öncə qeyd etdiyim kimi, öhdənizə düşən vəzifəni yerinə yetirəsiniz.

73
00:13:27,480 --> 00:13:31,880
Siz Əhli-Beyt (ə) məddahısınız, dini məzmunlu şeir və mədhiyyələr yazırsınız, bunun özü bir iftixardır.

74
00:13:32,170 --> 00:13:39,770
İmam Hüseyni (ə), Həzrət Zəhranı (ə) mədh edərkən

75
00:13:40,850 --> 00:13:46,220
siz əslində özünüzü mədh edirsiniz, özünüzün kimliyini ortaya qoyursunuz.

76
00:13:47,080 --> 00:13:55,250
Şair demişkən: – “Günəşi mədh edən şəxs özünü mədh edir, bir cüt aydın görən, sağlam gözü olduğunu çatdırır”.

77
00:13:56,400 --> 00:14:04,220
yəni düzgün görürəm, düzgün dərk edirəm deyirsiniz. Bu, böyük bir iftixardır;

78
00:14:04,680 --> 00:14:15,080
bu iftixardan, bu mövqedən ən gözəl şəkildə istifadə edərək xalqı İslam İnqilabının hədəflərinə istiqamətləndirin.

79
00:14:16,050 --> 00:14:25,140
İslam İnqilabı bu hədəflə, bu amalla ortaya çıxıb ki, insan üçün imanlı, sağlam,

80
00:14:26,050 --> 00:14:39,200
təhlükəsiz, sözün əsl mənasında axirətin əkin yeri olan bir dünya yaratsın; bu amallara aparan yolda xalqa bələdçilik edin.

81
00:14:39,820 --> 00:14:54,450
İslam İnqilabının hədəfi məhz belə bir dünya yaratmaqdır; bu möhtəşəm hərəkatda həm maddi rifah, həm beynəlxalq nüfuz,

82
00:14:54,910 --> 00:15:02,800
həm mənəvi yüksəliş – hər şey var. Biz bunları istəyirik.

83
00:15:03,200 --> 00:15:10,110
Hər birimizin öhdəsinə bir vəzifə düşür, sizin də hamınızın öz vəzifəniz var. İnşallah, o vəzifəni yerinə yetirin.

84
00:15:10,510 --> 00:15:18,570
Mən xüsusilə vurğulamaq istəyirəm ki, hazırkı mərhələdə ailə məsələsinin üzərində ciddi durmaq lazımdır.

85
00:15:19,080 --> 00:15:27,710
Düşmənlər – İranın və ya İslam İnqilabının deyil, insanlığın düşmənləri –

86
00:15:28,850 --> 00:15:35,020
bəşəriyyət arasında ailə institutunu məhv etməyi qərara alıblar.

87
00:15:35,020 --> 00:15:48,280
Ailə ilahi bir ənənədir. Bəşəriyyətin düşmənləri, yəni beynəlxalq kapitalizm və sionizm

88
00:15:49,140 --> 00:16:01,250
hələ 100 il bundan öncədən qərara alıblar ki, yer üzündə ailə institutunu yox etsinlər. Müəyyən yerlərdə buna nail olublar da.

89
00:16:02,170 --> 00:16:12,910
İnsanların Allahdan uzaq olduğu bəzi yerlərdə öz məqsədilərinə çatıblar, bəzi yerlərdə, o cümlədən bizim müsəlman İranımızda isə uğur qazana bilməyiblər, lakin yenə də çalışıb-vuruşurlar.

90
00:16:13,770 --> 00:16:21,020
O ağır maddi xərclər tələb edən evliliklər, gec evlənmə halları, ailələrdə uşaqların azlığı,

91
00:16:21,770 --> 00:16:33,420
avropalıların çirkin və yanlış təbirincə desək, o “bəyaz evlilik”lər – hansı ki ailə həyatının ən üzüqara formasıdır –

92
00:16:34,110 --> 00:16:39,420
bütün bunlar onun üçündür ki, ailə məhv olsun.

93
00:16:39,420 --> 00:16:48,970
Şəhvətə rəvac verilməsi, həya və iffətin aradan getməsi də bu gün düşmənin planlarına daxildir.

94
00:16:49,370 --> 00:17:01,540
Siz də bütün bunlarla mübarizəni öz planlarınıza daxil edin. Bu ölkənin gəncliyinin saf mənəviyyatlı,

95
00:17:03,080 --> 00:17:11,080
gözəl əxlaqlı və namuslu olması üçün çalışın, buna nail olmağa əzm göstərin.

96
00:17:11,310 --> 00:17:21,420
Bu, İslam İnqilabı və İslam dövlətini qoruyub inkişaf etdirmək üçün görülə biləcək ən yaxşı işlərdən, ən effektiv metodlardan biridir.

97
00:17:22,680 --> 00:17:30,800
Sizi gördüyümə çox sevindim. Hamınız Yaradanın lütfünə layiq olasınız,

98
00:17:31,420 --> 00:17:41,650
İmam Zamanın (ə.f) duaları, Həzrət Zəhranın (s.ə) diqqəti üzərinizdə olsun, inşallah.

99
00:17:41,880 --> 00:17:43,020
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.