1
00:00:00,220 --> 00:00:02,510
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,800 --> 00:00:11,940
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي القاسم المصطفي محمّد

3
00:00:23,140 --> 00:00:32,510
و علي آله الطّيّبين الطّاهرين المنتجبين سيّما بقيّةالله في الارضين

4
00:00:33,310 --> 00:00:51,710
Xalqımıza lütf göstərib mənəvi dəstək olduğuna görə Allah-taalaya bütün varlığımızla şükürlər edirik.

5
00:00:52,800 --> 00:01:09,710
Belə ki ötən illərdə olduğu kimi, bu il də əziz İran xalqımız öz içindən bir qrup adamı həcc fərizəsini yerinə yetirmək üçün vəhy diyarına göndərərək

6
00:01:11,420 --> 00:01:19,080
İslam ümmətinin bu möhtəşəm toplantısına qatılacaq.

7
00:01:21,820 --> 00:01:39,200
Siz – həcc ziyarətinin təşkilatçıları, az öncə çıxış edən cənabların da qeyd etdiyi kimi, Rəhman Allahın verdiyi ziyafətin xidmətçiləri

8
00:01:40,050 --> 00:01:56,110
gördüyünüz işin qədrini bilməlisiniz; sizin işiniz çox əhəmiyyətlidir, çünki həcc müstəsna bir fərizədir. Həcc ziyarətində

9
00:01:58,170 --> 00:02:09,020
başqa heç bir vacib əməldə olmayan bir sıra islami dəyərlər öz əksini tapır.

10
00:02:09,310 --> 00:02:32,680
Fərz buyurulmuş başqa heç bir ayində İslam dininin bir bu qədər təqdirəlayiq, vurğulanası xüsusiyyətləri yoxdur.

11
00:02:35,140 --> 00:02:45,480
Əslində, həcc ziyarəti üstün müsəlman toplumunun kiçik bir nümunəsi,

12
00:02:46,850 --> 00:02:59,080
bizim qarşıya məqsəd qoyduğumuz İslam sivilizasiyanın bir modelidir.

13
00:03:00,450 --> 00:03:05,370
İslam sivilizasiyası bəşəriyyətə belə bir toplum bəxş etməlidir.

14
00:03:07,310 --> 00:03:27,770
Yeni İslam sivilizasiyasında maddiyyatla paralel olan mənəviyyat, maddi həyatın inkişafı ilə yanaşı, mənəvi-əxlaqi, ruhi yüksəliş, itaətkarlıq,

15
00:03:29,310 --> 00:03:37,370
Yaradana dua və yalvarış var. Həcc belə bir sivilizasiyanın göstəricisidir.

16
00:03:38,740 --> 00:03:53,940
Özünüzün də açıq-aydın müşahidə etdiyiniz kimi, həcc ziyarətində həm bəndəlik və itaətkarlığın nümayişi var –

17
00:03:54,970 --> 00:04:03,310
həcc əməlləri başdan-sona bəndəlikdir, təslimkarlıqdır, dua və yalvarışdır –

18
00:04:05,710 --> 00:04:22,400
həm də eyni zamanda bu yüzdə-yüz mənəvi əməllərlə yanaşı, həccin bir sosial aspekti də var ki, bu da vəhdətdən, qardaşlıqdan, harmoniyadan ibarətdir.

19
00:04:23,880 --> 00:04:41,080
Varlı-kasıb, müxtəlif irqlərin və millətlərin nümayəndələri birlikdə, eyni məqsəd və stimulla eyni ibadəti yerinə yetirirlər.

20
00:04:41,420 --> 00:04:58,000
Başqa harda belə bir şey görmək olar? Nə İslam dinində, nə də haqqında bildiyimiz digər dinlərin heç birində belə bir şey yoxdur.

21
00:04:58,800 --> 00:05:06,280
Eyni zamanda həcc  ziyarətinin özündə bir hərəkətverici amil də var.

22
00:05:06,510 --> 00:05:18,450
İbadətdir, lakin bu ibadətdə bir hərəkətlilik olduğunu görürsən; təvaf var, səy var, get-gəl var,

23
00:05:19,650 --> 00:05:24,680
lakin eyni zamanda birlikdəlik, bir arada olma da müşahidə olunur.

24
00:05:25,020 --> 00:05:38,910
Ərəfatda, Məşərül-həramda, yaxud Mina günlərində insanların heyrətamiz bir şəkildə toplanaraq bir arada olması

25
00:05:40,400 --> 00:05:48,910
İslamın sosial həyatının bir təzahürüdür. Həcc ziyarətində bütün bunlar var.

26
00:05:49,370 --> 00:05:51,770
Həcc ziyarəti əxlaqın nümayişidir:

27
00:05:54,000 --> 00:05:57,880
“...həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz”. (“Bəqərə” surəsi, 197-ci ayə)

28
00:05:59,140 --> 00:06:04,400
Ora qardaşlıq yeridir, əxlaq yeridir, güzəşt etmək yeridir,

29
00:06:05,200 --> 00:06:13,200
dava-dalaş etmək, höcətləşmək yeri deyil. Gördüyünüz kimi,

30
00:06:14,000 --> 00:06:23,250
həcc ziyarətində bu heyrətamiz dərəcədə konstruktiv və ibrətamiz elementlərin hamısı toplanıb. Həcc ziyarəti dinimizin bax belə bir vacib əməlidir.

31
00:06:23,940 --> 00:06:41,540
Çox yanlış olan və bəzi diqqətiz insanların zaman-zaman dilə gətirdiyi fikirlərdən biri də budur ki,

32
00:06:42,170 --> 00:06:53,420
“həcci siyasiləşdirmək lazım deyil”. “Siyasiləşdirmək lazım deyil” nə deməkdir?

33
00:06:53,420 --> 00:07:06,110
Bizim həcdə siyasi cəhətdən təbliğ etməli oluğuqlarımız eynilə İslamın təlimləridir. Vəhdət yaratmaq siyasi xarakterli bir işdir, eyni zamanda bu, İslamın da əmridir, ibadətdir;

34
00:07:08,910 --> 00:07:13,600
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (“Ali-İmran” surəsi, 103-cü ayədən)

35
00:07:15,310 --> 00:07:30,510
Həcc ziyarəti əsnasında biz məzlum Fələstin xalqına, yaxud İslam dünyasının Yəmən xalqı və digər bu kimi məzlum xalqlarına öz dəstəyimizi ifadə ediriksə,

36
00:07:30,510 --> 00:07:39,080
bu, siyasi xarakterli bir işdir, lakin İslam təlimləri ilə üst-üstə düşən bir siyasətdir.

37
00:07:40,570 --> 00:07:47,370
Məzlumu müdafiə etmək dinimizə görə vacib bir əməldir. Biz bu vacib əməli yerinə yetiririk.

38
00:07:48,050 --> 00:08:02,450
Və ya müşriklərə etiraz; biz bu məsələnin üzərində durur, bu mərasimləri israrla təşkil ediriksə –

39
00:08:02,450 --> 00:08:14,400
inşallah, hər il daha da yükək səviyyədə keçirmək lazımdır –  bunu ona görə edirik ki, bu, İslamın vacib bildiyi bir əməldir.

40
00:08:15,770 --> 00:08:19,080
“Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur”. (“Tövbə” surəsi, 3-cü ayədən)

41
00:08:19,310 --> 00:08:21,820
Möminlər də müşriklərdən uzaqdır.

42
00:08:22,000 --> 00:08:34,680
“...bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” (“Mumtəhinə” surəsi, 4-cü ayədən)

43
00:08:35,420 --> 00:08:49,710
Bütün bunlar dində var. Bəli, siyasətdir, həcc əməlində siyasi iş var, amma bu siyasi iş eynilə dinin insan üçün şəri vəzifə bildiyi bir şeydir,

44
00:08:49,880 --> 00:08:57,200
ibadətdir. Baxın, bunlar çox önəmli məqamlardır.

45
00:08:57,770 --> 00:09:10,340
Bəli, kimlərinsə bu qəbildən olan siyasi hərəkatları qadağan etməsi də siyasi bir addımdır, intəhası o, qeyri-dini siyasətdir,

46
00:09:11,540 --> 00:09:23,540
dinə zidd olan siyasətdir. Onların: “Həcdə Amerikaya gözün üstə qaşın var deməyə haqqınız yoxdur”, – deməsi də siyasi bir addımdır,

47
00:09:23,710 --> 00:09:31,250
intəhası şeytani bir siyasətdir, qeyri-islami mahiyyət daşıyan bir siyasi addımdır.

48
00:09:32,000 --> 00:09:38,970
Sizin orada istənilən müşrikə, İslama zidd olan istənilən qüvvəyə

49
00:09:40,170 --> 00:09:50,970
öz etirazınızı bildirməyiniz isə siyasi addımdır, lakin dinlə yüzdə-yüz üst-üstə düşən bir siyasətdir. Bu, dini siyasətdir.

50
00:09:51,250 --> 00:09:56,170
Bunlar həcc məsələsində bizim bilməli olduğumuz məqamlardır.

51
00:09:56,170 --> 00:10:04,800
Həcc ziyarətində son dərəcə önəmli olan məsələlərdən biri də elə mehribanlıq və qardaşlıq məsələsidir.

52
00:10:06,570 --> 00:10:13,540
Bizə doğru yolu göstərən imamlarımızdan (ə) nəql edilən rəvayətlərdə dönə-dönə vurğulanır ki,

53
00:10:14,000 --> 00:10:25,140
Məscidül-həram, yaxud Məscidül-nəbidə şiə olmayanlarla birlikdə namaz qılın,

54
00:10:25,650 --> 00:10:38,340
onların namazına qoşulun, onlara iqtida edin. Bunlar bizim rəvayətlərimizdə var, imamlarımız (ə) bizi buna təşviq etmişlər. Ülfət budur, müsəlman qardaşlar arasında mehribanlıq yaratmaq budur.

55
00:10:38,800 --> 00:10:48,110
Eşitdiyimə görə, bəziləri avtobusların durduğu yerdə, otellərdə və digər məkanlarda camaat namazı qılmağa çalışırlar.

56
00:10:48,340 --> 00:11:02,110
Bu, düzgün bir metod, doğru bir siyasət deyil. Qoy camaata qarışsınlar, Məscidül-həramdakı digər müsəlmanlara,

57
00:11:12,280 --> 00:11:16,170
Məscidül-nəbidə namaz qılan insanların sıralarına qoşulsunlar. Müsəlmanlardan ibarət böyük kütlələrlə İslam ümmətinin formalaşdırılması həcc ziyarətinin özündə ehtiva etdiyi nüanslardan biridir.

58
00:11:16,680 --> 00:11:24,800
İranlı zəvvarların diqqət yetirməli olduğu mühüm məsələlərdən biri də budur ki,

59
00:11:25,250 --> 00:11:36,340
İrandan həcc ziyarətinə gedən şəxs İran İslam Respublikasına, İran xalqına, iranlı kimliyinə hörmət və nüfuz qazandırmaq barədə unutmamalıdır;

60
00:11:37,250 --> 00:11:39,250
– “Bizim bəzəyimiz olun”.

61
00:11:40,800 --> 00:11:54,570
İranlı hacının rəftar və davranışları İran xalqının yüksək ictimai keyfiyyətlərini nümayiş etdirməlidir;

62
00:11:54,970 --> 00:12:07,480
o istər öz yol yoldaşları ilə gündəlik münasibətdə vüqar, mətanət, ağıl və müdrikliklə davranmalı,

63
00:12:08,110 --> 00:12:26,280
istərsə də digər millətlərin, məzhəb və firqələrin nümayəndələrinə sevgi, məntiq və hörmətlə yanaşmalıdır.

64
00:12:26,620 --> 00:12:29,480
Bu, həqiqətən də, çox önəmlidir.

65
00:12:30,450 --> 00:12:41,820
Yenə də bizim imamlarımızdan (ə) nəql edilən hədislərdə şiələrə təkidlə tövsiyə olunur ki, başqa müsəlmanlarla ünsiyyətdə olduqları, danışdıqları zaman

66
00:12:42,400 --> 00:12:52,910
şiələrə hörmət və nüfuz qazandıracaq bir şəkildə davransınlar, onlarla bu şəkildə keçinməyə çalışsınlar.

67
00:12:55,940 --> 00:13:10,050
Həcc ziyarətinin təşkil olunduğu o bölgələrdə – Məkkə, Mədinə və sairdə

68
00:13:10,340 --> 00:13:22,400
işlərə cavabdeh olan şəxslərin, yəni Səudiyyə dövlətinin də öhdəsinə ağır vəsifə və məsuliyyət düşür. Bu vəzifələr sırasına hacıların təhlükəsizliyinin,

69
00:13:22,970 --> 00:13:33,940
hörmət və ləyaqətinin qorunması da daxildir. Hacıların ləyaqətinin qorunması çox önəmlidir, onlar ilahi ziyafətin iştirakçılarıdır, Allah-taalanın qonaqlarıdır,

70
00:13:35,140 --> 00:13:46,510
bu insanların ehtiramı qorunmalıdır. Onların ləyaqətinə xələl gətirən, həcc zəvvarı üçün təhqir sayıla biləcək davranışlar

71
00:13:46,510 --> 00:13:50,450
hökmən aradan qaldırılmalıdır. Əlbəttə ki, polis rejimi yaratmaq lazım deyil;

72
00:13:51,600 --> 00:13:59,820
hacıların təhlükəsizliyini təmin etsinlər, amma polis rejimi yaratmasınlar. Həcdə rahat, yaxşı, sakit bir atmosfer olmalıdır.

73
00:14:00,970 --> 00:14:11,250
Məkkə, Mədinə və digər bölgələrdə olduqları müddətdə –

74
00:14:11,940 --> 00:14:16,620
aşağı-yuxarı bir ay ərzində – hacıların bir-birinə qarşı davranışı uyğun bir tərzdə olmalıdır.

75
00:14:17,370 --> 00:14:25,770
Duaya, namaza, Allah qarşısında itaətkarlığa, Yaradana təvəssülə çox diqqət yetirin;

76
00:14:25,770 --> 00:14:37,200
Məscidül-həram və Məscidül-nəbidə olmaq adi bir insan üçün asanlıqla başa gəlməyən,

77
00:14:37,480 --> 00:14:50,570
həqiqətən də, çox dəyərli bir fürsətdir. Bu gün sizin üçün, eləcə də ölkəmizdən həcc ziyarətinə yola düşən o möhtərəm zəvvarlar üçün

78
00:14:50,570 --> 00:15:01,940
bu fürsət yaranıb, bu uğura nail olublar, bu yerə qədər gəlib çıxıblar. Məscideyndə  dua edib namaz qılmaq, Məscidül-həramı təvaf etmək,

79
00:15:04,050 --> 00:15:14,850
Allah dərgahına yalvarışlarla üz tutmaq – bütün bunları əldən buraxmamaq lazımdır. Düşüb bazarları gəzmək, orda-burda alış-veriş etmək

80
00:15:15,140 --> 00:15:23,200
İbrahim (ə) həccinin qədrini bilən, mömin bir zəvvara yaraşmaz.

81
00:15:24,450 --> 00:15:32,110
Xülasə, həcc müstəsna və üstün bir fərizədir.

82
00:15:33,770 --> 00:15:43,880
Həclə bağlı ayə və rəvayətlər hamısı bunu göstərir ki,

83
00:15:44,280 --> 00:15:49,820
bu fərizənin onu yerinə yetirməyə müvəffəq olmuş insanlara

84
00:15:50,970 --> 00:16:04,110
fərdi və ictimai miqyasda müxtəlif öyrədici təsirləri olmalıdır. Sözün əsl mənasında

85
00:16:04,450 --> 00:16:12,050
bu əmrə itaət edib, bu böyük fərizəni laiqincə yerinə yetirmək istəyiriksə, bu məqamlara diqqət yetirməli və onlara riayət etməliyik.

86
00:16:13,080 --> 00:16:29,140
Qeyd etdiyim kimi, Məscideyndə camaat namazlarına qatılmaq və dua etmək kimi, müşriklərə etiraz mərasimlərinin keçirilməsi də

87
00:16:29,140 --> 00:16:40,740
önəmli və lazımlı işlərdəndir.  Bir qayda olaraq, iranlı hacılar “Nüdbə” və “Kumeyl” dualarının oxunuşunu çox gözəl təşkil edirlər;

88
00:16:41,020 --> 00:16:53,480
çox yaxşı bir tədbirdir; inşallah, çalışın, bu il də keçirilsin. Çünki bu, ən gözəl məkanlarda birgə surətdə Allaha diqqət yönəltmək,

89
00:16:54,680 --> 00:17:05,770
dua və yalvarış etməkdir. Allahdan istəyin ki, İslam ümmətinin, müsəlman toplumlarının problem

90
00:17:06,910 --> 00:17:15,310
və çətinliklərini aradan qaldırsın, İslam dünyasının başından düşmənlərin şərini azaltsın.

91
00:17:16,170 --> 00:17:28,050
Bu gün İslam dininin məhz az öncə qeyd etdiyim təlim və həqiqətləri İslam düşmənlərinin kəskin ədavəti ilə üzləşir.

92
00:17:28,450 --> 00:17:36,110
O imperialistlərin, Amerikanın düşmənçiliyi məhz İslamın o həqiqətlərinə yönəlib.

93
00:17:37,650 --> 00:17:50,170
Gördüyünüz kimi, müsəlman toplumlarına, İslamın üstünlük təşkil etdiyi regionlara müxtəlif mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sferalarına

94
00:17:51,370 --> 00:17:56,450
vəhşicəsinə hücumlar edirlər.

95
00:17:57,140 --> 00:18:08,280
Müsəlmanlar İslamın bu həqiqətlərini kənara qoyub, onlara oxşamağa, onlar kimi yaşamağa başlasalar, bu düşmənçiliklər ortadan qalxar.

96
00:18:08,740 --> 00:18:17,200
İslamın bu həqiqətlərinə düşməndirlər, çünki bu həqiqətlər onların zülmkar xislətinə ziddir.

97
00:18:17,480 --> 00:18:22,970
Siz itaətkarlıq və yalvarışla namaz qıldığınız zaman deyirsiniz:

98
00:18:22,970 --> 00:18:26,740
“Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (“Həmd” surəsi, 5-ci ayə)

99
00:18:27,880 --> 00:18:38,970
Yaradanın qarşısında itaətkarlıq nümayiş etdirib, Ona tamamilə təslim olduğunuzu ifadə edirsiniz, bu isə o deməkdir ki, Allahdan başqasının, maddi güclərin qarşısında itaətkar deyilsiniz, onlara təslim olmaq niyyətiniz yoxdur.

100
00:18:40,740 --> 00:18:55,710
Onların düşmənçiliyinin səbəbi, İslam ümmətininsə qələbə, inkişaf, xeyir və qurtuluşunun yolu budur.

101
00:18:56,850 --> 00:19:06,050
Məhz İslamın əsaslarına, İslam şəriətinə bağlılıq müsəlmanlara qurtuluş bəxş edə bilər.

102
00:19:07,020 --> 00:19:16,740
Elə bizim öz ölkəmizdə, cəmiyyətimizdə bu, açıq-aydın hiss olunur ki,  biz İslamın əsaslarına, dinimizin müəyyənləşdirdiyi hüdudlara

103
00:19:17,140 --> 00:19:26,340
harada və nə qədər çox bağlılıq nümayiş etdirmişiksə, Allah-taala bizə bir o qədər çox yardım edib,

104
00:19:26,800 --> 00:19:35,770
problemlərin öhdəsindən gələ bilmişik. Harda diqqətsizliyə yol verib qəflətə varmışıqsa, öz diqqətsizliyimizin zərbəsini almışıq.

105
00:19:36,400 --> 00:19:46,740
Və mən bu ölkənin, hətta İslam ümmətinin gələcəyi ilə bağlı bunu hiss və müşahidə edirəm ki,

106
00:19:47,140 --> 00:20:00,220
İslam dünyasının, İran xalqının və müsəlman ümmətinin vəhşi, yırtıcı xislətli və zalım düşmənləri

107
00:20:00,570 --> 00:20:06,510
sonda İslamın qarşısında diz çökməyə məcbur olacaqlar.

108
00:20:29,940 --> 00:20:42,510
Allahın köməyi ilə, gələcəkdə İslam dini və müsəlmanlar hörmət və nüfuza, müsəlman toplumları tərəqqi və inkişafa nail olacaq.

109
00:20:42,510 --> 00:20:50,740
Bu gələcək mütləqdir, intəhası çalışmaq lazımdır. Çalışıb-vuruşmadan, fədakarlıq etmədən,

110
00:20:51,370 --> 00:20:58,400
əl-ələ verib işləmədən heç bir məqsədə nail olmaq, heç bir şey əldə etmək mümkün deyil.

111
00:20:58,800 --> 00:21:08,050
Ümidvarıq, Allah-taala hamımıza, bütün İran xalqına, dünyanın bütün müsəlmanlarına

112
00:21:08,450 --> 00:21:17,650
bu yolda əlimizdən gələni edərək Yaradanın nəsib etdiyi uğura nail olmaq üçün mənəvi dəstək olacaq, inşallah.

113
00:21:18,170 --> 00:21:20,050
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.