1
00:00:00,000 --> 00:00:02,680
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,420 --> 00:00:15,310
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا ابي‌القاسم المصطفيٰ محمّد

3
00:00:21,370 --> 00:00:29,480
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّة الله في الارضي

4
00:00:29,770 --> 00:00:46,280
Əziz qardaşlar, çox xoş gəlmisiniz. Bugünkü görüşümüz mənim üçün yaddaqalan və tarixi bir görüşdür.

5
00:00:46,910 --> 00:00:59,540
Burada söylənən fikirlər, oxunan şeir və mərsiyələr

6
00:01:00,620 --> 00:01:17,540
hər biri Kərbəla hadisəsinin və Hüseyn ibn Əlinin (ə) əzəmətindən xəbər verən bir nişanədir;

7
00:01:18,170 --> 00:01:21,370
xeyli bəhrələndik.

8
00:01:21,880 --> 00:01:38,000
Ümidvarıq, bu səfərinizdə siz əziz qardaşlarımız özünüzü öz evinizdəki kimi, öz qardaşlarınızın arasında imiş kimi hiss edəcəksiniz.

9
00:01:39,020 --> 00:01:48,170
Mən burada bir neçə cümlə ilə özüm üçün qeyd götürmüşəm, həmin məqamları sizin diqqətinizə çatdırmaq istəyirəm.

10
00:01:48,740 --> 00:02:08,050
Əvvəla təşəkkür etmək istəyirəm; özümün və böyük İran xalqının adından

11
00:02:09,310 --> 00:02:32,800
həm Ərbəbin günlərində zəvvarları öz evlərində sonsuz böyüklük, rəhmət və sevgi ilə qonaqlayan sizlərə,

12
00:02:35,770 --> 00:02:58,560
həm bütövlükdə böyük İraq xalqına, həm zəvvarların rahat və təhlükəsiz ziyarətini təmin edən İraq dövlətinin rəsmilərinə,

13
00:03:00,400 --> 00:03:20,560
həm də ziyarət günlərində camaat arasında, iki xalq arasında qardaşlıq atmosferinin hökm sürməsində böyük rolu olan İraq alimlərinə, mərcə-təqlidlərə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

14
00:03:20,880 --> 00:03:23,600
Həqiqətən də, təşəkkür etməyin yeri var.

15
00:03:24,080 --> 00:03:48,880
Sizin yol boyu Hüseyn (ə) zəvvarlarına göstərdiyiniz münasibət, onlara qarşı necə hörmətlə davranmağınız barədə bizə çox danışıblar;

16
00:03:49,200 --> 00:03:55,760
bunlar misilsiz faktlardır. Müasir dünyada belə bir şey yoxdur.

17
00:03:56,240 --> 00:04:13,040
Ərbəin yürüşü özü tarixdə misilsiz bir təzahür olduğu kimi, sizin bu xeyirxah və lütfkar davranışınız da, həqiqətən, misilsizdir.

18
00:04:14,080 --> 00:04:25,760
Siz öz hərəkətləriniz, öz davranışınızla müsəlman böyüklüyünü, ərəb böyüklüyünü nümayiş etdirirsiniz

19
00:04:26,560 --> 00:04:34,720
və bunlar hamısı Seyyidüş-şühədanın, Hüseyn ibn Əlinin eşqi naminədir.

20
00:04:35,280 --> 00:04:46,080
Siz İmam Hüseynə olan eşqinizdən onun zəvvarlarının ayağını yuyur,

21
00:04:46,400 --> 00:04:58,960
bərk yorğun olduqları vaxtlarda onlara yardım edir, istirahət etmələri üçün şərait yaradır və yemək verirsiniz.

22
00:04:59,680 --> 00:05:16,400
Bütün bunları o insanlar İmam Hüseyni (ə) ziyarətə gəldikləri üçün edirsiniz. Hüseyn ibn Əliyə olan bu eşq müstəsna bir təzahürdür. Heç vaxt heç bir yerdə belə bir şey olmayıb və yoxdur da.

23
00:05:16,960 --> 00:05:26,880
Ümidvarıq, Allah-taala bu eşqi sizin və bizim qəlblərimizdə günbəgün daha da artıracaq.

24
00:05:27,440 --> 00:05:41,680
Əlbəttə, sizin bu işlər üçün özünüzdə mənəvi güc tapmağınız da Allah-taalanın sizə qarşı bir rəhmətidir.

25
00:05:42,480 --> 00:05:57,760
Sizin İmam Hüseynin (ə) qonaqlarını öz evinizdə qəbul etmək üçün özünüzdə güc və təpər tapmağınız çox dəyərlidir.

26
00:05:57,760 --> 00:06:07,600
Bu, Allahın nemətidir, rəhmətidir, bunun da qədrini bilmək lazımdır və mən əminəm ki, siz bunun qədrini bilirsiniz.

27
00:06:08,000 --> 00:06:23,760
İkincisi növbədə isə mən Ərbəin yürüşünün özü barədə danışmaq istəyirəm. Bu, həqiqətən də, misilsiz bir hadisədir.

28
00:06:24,240 --> 00:06:43,200
Nəinki təkcə bizim dövrümüzdə, hətta tarixdə belə, hər il insanların bu cür böyük kütlə ilə bir araya gəlməsinə, belə bir genişmiqyaslı hərəkatın həyata keçirilməsinə,

29
00:06:44,240 --> 00:06:54,480
hər növbəti il də əvvəlki ildən daha böyük izdihamın yaşanmasına rast gəlinməyib; bunun tayı-bərabəri yoxdur.

30
00:06:54,960 --> 00:07:07,360
Hüseyn (ə) uğrunda həyata keçirilən bu hərəkatın Hüseynin tanıtdırılmasında rolu böyükdür.

31
00:07:08,240 --> 00:07:25,520
Bir qayda olaraq hər il Nəcəflə Kərbəla arasında təşkil olunan bu yürüş sayəsində Ərbəin beynəlxalq miqyasda diqqət çəkdi.

32
00:07:27,840 --> 00:07:35,280
Dünya xalqlarının nəzərləri bu hərəkata yönəldi.

33
00:07:36,400 --> 00:07:51,360
Bu möhtəşəm xalq hərəkatı sayəsində İmam Hüseyn (ə), Hüseyn maarifi beynəlxalq, qlobal miqyasda tanındı.

34
00:07:52,560 --> 00:08:02,960
Bu gün bizim Hüseyn ibn Əlini dünyaya tanıtmağa ehtiyacımız var.

35
00:08:04,720 --> 00:08:24,880
Zülm, fəsad, günah və alçaqlığa düçar olmuş dünyanın Hüseynin azadlıq və hürriyyət ideyalarına ehtiyacı var.

36
00:08:26,720 --> 00:08:41,760
Bu gün dünya xalqları, dünya gəncləri, qərəzsiz xalqlar belə bir həqiqətə can atır.

37
00:08:44,720 --> 00:08:56,560
İmam Hüseynin (ə) dünyaya tanıtdırılması İslam dininin, Quranın dünyaya tanıtdırılması deməkdir.

38
00:08:57,680 --> 00:09:07,760
Bu gün İslamın və İslam təlimlərinin əleyhinə yüzlərlə vasitə ilə təbliğat aparılır.

39
00:09:09,840 --> 00:09:27,200
Hüseyni tanıtma hərəkatı küfr və imperializm cəbhəsinin bu düşmənçi davranışlarının qarşısında vahid bir orqanizm kimi çıxış edərək sinəsini sipər edə,

40
00:09:27,200 --> 00:09:36,400
İslamın, Quranın həqiqətlərini dünyaya çatdıra bilər.

41
00:09:37,280 --> 00:09:45,680
Hüseyn ibn Əlinin məntiqi haqqı müdafiə məntiqidir,

42
00:09:47,040 --> 00:09:57,120
zülmə, azğınlığa, imperializmə qarşı durmaq məntiqidir.

43
00:10:00,480 --> 00:10:06,720
İmam Hüseynin məntiqi budur. Bu gün dünyanın bu məntiqə ehtiyacı var;

44
00:10:07,120 --> 00:10:17,440
bu gün dünya küfr, imperializm və fəsadın hökmranlığına,

45
00:10:18,400 --> 00:10:28,240
zülmün hökumətinə şahidlik edir. İmam Hüseynin (ə) verdiyi mesajlar dünyanın qurtuluş mesajlarıdır.

46
00:10:31,120 --> 00:10:38,480
Möhtəşəm Ərbəin hərəkatı bu mesajları dünyaya yayır.

47
00:10:41,040 --> 00:10:58,160
Allahın lütf və köməyi ilə, bu hərəkat günbəgün daha da güclənməlidir.

48
00:10:58,960 --> 00:11:21,760
Ərbəin bütün dünyaya yayılıb və daha da yayılacaq. Hüseyn ibn Əlinin qanı 1400 il sonra yenidən coşur,

49
00:11:23,360 --> 00:11:35,920
günbəgün daha da təzələnir, canlanır.

50
00:11:36,480 --> 00:11:54,000
Əba Əbdillahın və Zeynəbi-Kübranın (s.ə) dodaqlarından qərib diyarda, tənhalıq içində qopan Aşura mesajı

51
00:11:55,280 --> 00:12:00,800
bu gün bütün dünyanı bürüyüb, bürüməkdədir.

52
00:12:01,280 --> 00:12:14,720
Hüseyn (ə) bütün bəşəriyyətindir. Biz şiələr Hüseyn (ə) ardıcılı olduğumuz üçün fəxr edirik,

53
00:12:15,200 --> 00:12:30,560
amma İmam Hüseyn (ə) təkcə bizə aid deyil. İslam məzhəbləri – şiələr də, sünnilər də İmam Hüseynin (ə) bayrağı altındadırlar.

54
00:12:33,200 --> 00:12:50,720
Bu möhtəşəm yürüşdə hətta İslam dininə etiqad etməyən insanlar da iştirak edirlər və bu, inşallah, silsilə şəklində davam edəcək.

55
00:12:52,560 --> 00:13:05,120
Bu, Allahın göstərdiyi böyük bir möcüzədir. İslamın düşmənlərinin min bir vasitə ilə –

56
00:13:05,520 --> 00:13:17,920
pul gücünə, siyasətlə, silahla müsəlman ümmətinin əleyhinə iş apardığı bir dövrdə

57
00:13:18,560 --> 00:13:32,240
birdən-birə Allah-taala Ərbəin yürüşü kimi bir hadisəni bu cür möhtəşəm, əzəmətli bir şəkildə ortaya çıxardı.

58
00:13:33,360 --> 00:13:44,640
Bu, Allahın ən böyük möcüzəsidir, bu, Allahın müsəlman ümmətinin qələbəsini dəstəkləmə istəyinin nişanəsidir,

59
00:13:46,080 --> 00:13:55,360
bu onu göstərir ki, Allah-taala İslam ümmətinin qələbə qazanmasını istəyir.

60
00:13:55,680 --> 00:14:12,080
Əziz qardaşlar, mənim sizin diqqətinizə çatdırmaq istədiyim üçüncü məqam isə budur ki, sizli-bizli hamımız əlimizdən gəldiyi qədər

61
00:14:12,880 --> 00:14:26,560
bu mərasimin mənəvi cəhətdən daha tutumlu olması üçün çalışmalıyıq. Bu mərasimin məna və məzmununu günbəgün daha da artırmalıyıq.

62
00:14:27,520 --> 00:14:45,920
Yeni ideyalar irəli sürməyi bacaran insanlar, mədəniyyət xadimləri, bu sahədə çalışan vəzifəli şəxslər bu möhtəşəm hərəkat üçün proqram işləyib hazırlasınlar.

63
00:14:47,600 --> 00:15:04,160
Bu gün hər bir müsəlmanın hədəfi yeni İslam sivilizasiyası yaratmaq olmalıdır; bu gün biz bunu istəyirik.

64
00:15:06,880 --> 00:15:23,840
Müsəlman xalqları böyük potensiala malikdirlər. Bu potensialdan istifadə olunsa, müsəlman ümməti hörmət və nüfuzun zirvəsinə yüksələr.

65
00:15:24,240 --> 00:15:35,920
Biz məhz bu barədə düşünməliyik. Böyük İslam sivilizasiyası yaratmaq bizim son hədəfimizdir.

66
00:15:36,640 --> 00:15:52,960
Həmd olsun Allaha, bu gün müsəlman xalqları oyanıblar. İraq xalqı böyük, nüfuzlu,

67
00:15:54,640 --> 00:16:03,360
mədəni, əzmkar və iradəli bir xalqdır.

68
00:16:05,840 --> 00:16:16,320
Son bir neçə ildə baş verən proseslər zamanı İraq gəncləri

69
00:16:16,800 --> 00:16:26,560
məkrli qlobal siyasətlərin qarşısında öz xalqını və ölkəsini qorumaq iqtidarında olduqlarını nümayiş etdirdilər. Bu, çox dəyərlidir.

70
00:16:27,360 --> 00:16:43,040
İraq gəncləri ölkə daxilində vətəndaş müharibəsinə səbəb ola biləcək ən böyük məkrli planı aradan qaldırıb yox etməyi bacardılar.

71
00:16:46,080 --> 00:16:58,160
İŞİD və təkfirçilik heç də kiçik bir plan deyildi. Köklü bir ərəb və müsəlman ölkəsi olan İraqı

72
00:17:01,600 --> 00:17:18,320
vətəndaş müharibəsi meydanına çevirmək, şiə və sünniləri bir-birinin canına salmaq üçün pullar xərclənmiş, planlar cızılmışdı.

73
00:17:20,640 --> 00:17:35,200
İraq gəncləri İraqın böyük mərcə-təqlidlərinin fətvası ilə bu məkrli planın qarşısında sinələrini sipər edərək onu neytrallaşdırmağı bacardılar.

74
00:17:36,160 --> 00:17:51,920
Bu, balaca bir iş deyildi. Böyük İraq xalqı öz ölkəsini nüfuzun zirvəsinə yetirə bilər.

75
00:17:52,320 --> 00:17:59,360
Bu potensiallar üzə çıxarılmalı, reallaşdırılmalıdır.

76
00:18:00,480 --> 00:18:13,680
Müsəlman ölkələrinin – İraqın, İranın,

77
00:18:14,400 --> 00:18:28,880
Qərbi Asiya və Şimali Afrika regionlarının digər ölkələrinin potensialı bir yerə cəmlənsə, bir araya gətirilsə,

78
00:18:28,880 --> 00:18:40,880
bu əllər bir-birindən möhkəm-möhkəm yapışsa, İslam ümməti ilahi izzət və nüfuzun nə demək olduğunu göstərər,

79
00:18:41,360 --> 00:18:52,640
böyük İslam sivilizasiyasını dünya ictimaiyyətinə nümayiş etdirər.

80
00:18:53,200 --> 00:19:08,560
Bizim hədəfimiz bu olmalıdır və Ərbəin yürüşü bu hədəfin reallaşdırılması üçün effektiv bir vasitə ola bilər.

81
00:19:09,280 --> 00:19:20,880
Bu yürüşün fonunda müsəlmanlar arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinə, artmasına çalışmalıyıq.

82
00:19:21,680 --> 00:19:37,360
Ərbəin yürüşündə onlarla ölkədən insanlar iştirak edir, İraq xalqının qonağı olurlar.

83
00:19:38,640 --> 00:19:48,240
İraqlılar və qeyri-iraqlılar, sünni və şiələr, ərəb, fars, kürd və türklər arasında möhkəm bağların mövcud olması

84
00:19:48,960 --> 00:19:57,280
onların səadət və xoşbəxtliyinə yol açacaq. Bu bağlar Allahın mərhəmət nişanələridir.

85
00:19:57,920 --> 00:20:08,000
Düşmən konflikt yaratmağa çalışır, amma bunu bacarmayıb, Allahın köməyi ilə, bundan sonra da bacarmayacaq.

86
00:20:09,680 --> 00:20:25,680
Biz – İran və İraq xalqları bir-birinə sıx bağlı olan iki xalqıq. Biz canımız, qanımız və ruhumuzla bir-birinə bağlıyıq.

87
00:20:26,960 --> 00:20:37,040
Bu bağlılığı yaradansa Allaha iman və Əhli-Beytə (ə) sevgidir,

88
00:20:37,760 --> 00:20:46,400
Hüseyn ibn Əliyə (ə) olan sevgimizdir. İnşallah, bu günbəgün daha da artacaq.

89
00:20:48,080 --> 00:20:58,800
Düşmənlər əlbir olub cürbəcür məkrli planlar cızırlar, amma bütün səyləri nəticəsiz qalacaq.

90
00:20:59,440 --> 00:21:09,440
İslam İnqilabının başladığı gündən bu günə qədər 40 ildir ki, Amerika

91
00:21:10,240 --> 00:21:23,680
və onun əlaltıları, muzdurları İslam Respublikasının əleyhinə plan cızır,

92
00:21:23,680 --> 00:21:36,000
işləyir, pul xərcləyir, təhdid edir, sanksiyalar qoyurlar. Lakin onlara göz dağı olaraq,

93
00:21:36,800 --> 00:21:46,240
bu 40 ildə İslam Respublikası körpə bir fidandan, Quranda da deyildiyi kimi:

94
00:21:46,240 --> 00:21:49,440
اَصلُها ثابِتٌ وَ فَرعُها فِي السَّماء  –  kökü yerdə möhkəm olub, qol-budağı göyə ucalan köklü-köməcli bir ağaca çevrilib.

95
00:22:02,160 --> 00:22:12,560
İnşallah, sizin Amerika və İsrailin,

96
00:22:12,960 --> 00:22:29,280
düşmənlərin, imperialistlərin əleyhinə səsləndirdiyiniz bu şüar  yaxın gələcəkdə gerçəkləşəcək. İnşallah, siz uğur qazanacaqsınız.

97
00:22:29,920 --> 00:22:34,960
Mən bir daha sizə öz təşəkkürümü bildirirəm

98
00:22:34,960 --> 00:22:46,640
və demək istəyirəm ki, İran xalqı öz əziz iraqlı qardaşlarına, xüsusən də Ərbəin zəvvarlarını öz evində qonaqlayan sizlərə

99
00:22:46,640 --> 00:23:00,640
bütün varlığı ilə minnətdardır. Biz səmimi-qəlbdən sizə təşəkkür edirik

100
00:23:00,960 --> 00:23:12,480
və Mütənəbbinin aşağıdakı misralarını xatırlatmaq istəyirik: - اذا انت اکرمت الکريم مَلَکْته

101
00:23:13,200 --> 00:23:15,600
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.