1
00:00:00,170 --> 00:00:02,620
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,620 --> 00:00:05,140
و الحمدلله ربّ العالمين

3
00:00:05,480 --> 00:00:11,200
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:19,140 --> 00:00:29,600
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

5
00:00:30,170 --> 00:00:42,680
Hörmətli görüş iştirakçıları, dəyərli xarici qonaqlar, əziz İran xalqı və bütövlükdə böyük müsəlman ümməti!

6
00:00:43,940 --> 00:00:49,140
Mübarək Məbəs bayramı münasibətilə hamınızı təbrik edirəm!

7
00:00:51,310 --> 00:01:03,080
Hərçənd son günlər xalqımız sel fəlakəti ilə əlaqədar olaraq, problem və sıxıntılarla üzləşib,

8
00:01:04,000 --> 00:01:18,450
əhalinin bir qismi kədər və müsibət içərisindədir. İnsan tələfatı var, insanlara maddi ziyan dəyib; ümidvarıq, inşallah,

9
00:01:20,050 --> 00:01:30,170
hörmətli dövlət rəsmilərimiz Allahın köməyi, eləcə də xalqın dəstəyi ilə – əlhəmdulillah, indiyə qədər bu dəstək həmişə müşahidə olunub –

10
00:01:30,170 --> 00:01:40,220
bu fəlakətin ağır yükünü camaatın çiyinlərindən qaldıra biləcəklər,

11
00:01:40,800 --> 00:01:53,770
bu əziz günün bərəkəti sayəsində, inşallah, Uca Yaradan lütf göstərib xalqımızın qəlbini şad edəcək.

12
00:01:54,680 --> 00:02:03,650
Əlhəmdulillah, camaatımız bu fəlakətin nəticələrinin ortadan qaldırılmasında çox yüksək səviyyədə iştirak etdi.

13
00:02:05,250 --> 00:02:18,110
Bu, birinci dəfə də deyil; bütün təbii hadisələrdə, təbii bəlalarda – bu hadisələr zahirən bizə bəla kimi görünür,

14
00:02:18,340 --> 00:02:32,680
amma ola bilsin, batinində bir ilahi nemət, Allahın bir bəxşişi yatır – İran xalqı həmişə, həqiqətən də, canla-başla meydana girib.

15
00:02:33,480 --> 00:02:42,280
Biz bunun dəfələrlə şahidi olmuşuq. Camaatımız arasındakı bu bağlılıq ruhu,

16
00:02:43,940 --> 00:02:53,600
həmvətənlərinə xidmət üçün səfərbər olmaq halı müstəsna bir şeydir.

17
00:02:55,140 --> 00:03:03,020
Bu fakt rəsmiləri də təşviq edir, onların da işinə yardımçı olur. Budəfəki sel fəlakətində də o cür oldu;

18
00:03:03,940 --> 00:03:11,480
həm ölkənin müxtəlif bölgələrindən insanlar işə qoşularaq kömək etdilər,

19
00:03:13,310 --> 00:03:28,220
həm də rəsmilər söz birliyi ilə, mərkəzləşmiş formada, bir olub bu olayda tələb olunan ilkin işləri həyata keçirməyi bacardılar.

20
00:03:28,450 --> 00:03:39,600
Əlbəttə ki, hələ görüləsi işlər çoxdur. Biz bunu rəsmilərin diqqətinə çatdırmışıq,

21
00:03:39,600 --> 00:03:48,110
özləri də çox gözəl bilirlər ki, əsas işlər hələ bundan sonraya qalıb.

22
00:03:48,740 --> 00:04:04,110
O dağıntılar, viran qalmış evlər, tarlalar, ortaya çıxmış digər xəsarətlər – bunlar hamısı, inşallah, aradan qaldırılmalı, yenidən əvvəlki vəziyyətinə gətirilməlidir və gətiriləcək də.

23
00:04:05,820 --> 00:04:16,170
Qoy əziz xalqımız da rəsmilərlə əməkdaşlığını davam etdirsin; bu, çox lazımlı bir işdir.

24
00:04:16,400 --> 00:04:23,250
Xalqın iştirakı, camaatın köməyi və əməkdaşlığı, həqiqətən də, bir çox düyünləri açmağa, problemləri həll etməyə qadirdir.

25
00:04:25,140 --> 00:04:37,480
Məbəs məsələsinə gəlincə isə, burada diqqətəlayiq bir məqam var, o da bundan ibarətdir ki, bəşəriyyətin hidayəti üçün peyğəmbərlərin göndərilməsi

26
00:04:37,880 --> 00:04:48,620
Quranda dönə-dönə “besət” – meyilləndirmək, həvəsləndirmək, təşviq etmək, təhrik etmək ifadəsi ilə qeyd olunur.

27
00:04:49,650 --> 00:04:56,800
Peyğəmbərlərin göndərilməsi haqda danışılarkən “besət” kəlməsi işlədilir:

28
00:04:58,450 --> 00:05:03,020
“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi”. (“Ali-İmran” surəsi, 164-cü ayə)

29
00:05:03,710 --> 00:05:06,740
“(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur”. (“Cümə” surəsi, 2-ci ayə)

30
00:05:07,140 --> 00:05:10,850
“Biz hər ümmətə peyğəmbər göndərmişdik”. (“Nəhl” surəsi, 36-cı ayə)

31
00:05:11,420 --> 00:05:23,200
Bu, çox önəmli bir məqamdır. Peyğəmbərlərin göndərilməsi bir təşviq etmədir, təhrik etmədir, adi bir öyrədici davranış deyil.

32
00:05:25,200 --> 00:05:33,650
Cəmiyyətdə bir peyğəmbərin ortaya çıxması təkcə bu demək deyil ki, o, insanlara nələrisə öyrətməyə gəlib.

33
00:05:33,650 --> 00:05:35,880
Bəli, Quran deyir: “Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin...” (“Bəqərə” surəsi, 129-cu ayə)

34
00:05:36,340 --> 00:05:49,770
يُزَکّيهِم “... onları (günahlardan) təmizləsin...” Bunlar var, amma bütün bunlar bir besətin, böyük bir hərəkatın kontekstində həyata keçirilir. “Besət” – təşviq etmək, meyilləndirmək, hərəkətə gətirmək deməkdir.

35
00:05:51,770 --> 00:05:58,280
Bəs bu təhrikin, bu meyilləndirmənin yönü, istiqaməti harayadır?

36
00:05:59,080 --> 00:06:05,480
O istiqamət Quranın özündə də dönə-dönə qeyd olunub:

37
00:06:05,480 --> 00:06:17,020
“Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin!” – deyə peyğəmbər göndərmişdik”. (“Nəhl” surəsi, 36-cı ayə)

38
00:06:17,370 --> 00:06:31,310
Əvvəla, Allaha ibadət etmək, yəni həyatı ilahi səmtə yönəltmək, ilahi məqsədlərə xidmət etmək, Allahın bəyəndiyi işləri görmək.

39
00:06:32,740 --> 00:06:40,850
İkincisi isə tağutdan çəkinmək. Tağut kimdir? Bütün zalımlar,

40
00:06:41,250 --> 00:06:51,140
müasir dövrdə Amerika və bəzi digər ölkələrin prezidentləri kimi xəbis padşahlar – tağut bax bunlardır.

41
00:06:51,420 --> 00:07:01,420
Tağutlardan çəkinmək o demək deyil ki, əməllərinə bulaşmamaq üçün yalnız onlardan uzaq durasan.

42
00:07:02,000 --> 00:07:12,620
Bu o deməkdir ki, tövhid, Allaha ibadət xəttinin əks tərəfində daha bir xətt var.

43
00:07:13,020 --> 00:07:22,220
Tağutu rədd etmək Allaha iman gətirməklə yanaşı gəlməlidir və imanın tələblərindən biridir. Peyğəmbərlərin besətinin səbəbi budur.

44
00:07:22,910 --> 00:07:35,080
Peyğəmbərlərin besəti üstün bir cəmiyyət yaratmaq üçündür; bir qədər əvvəl qeyd olunduğu kimi, bir sivilizasiya yaratmaq üçündür.

45
00:07:35,710 --> 00:07:44,510
Bu sivilizasiyada hər şey var: elm də var,

46
00:07:44,800 --> 00:07:53,820
əxlaq da var, həyat tərzi də var, müharibə də var. Müharibə də var;

47
00:07:54,570 --> 00:08:00,450
özünüzün də gördüyünüz kimi, Quranda müharibə ilə bağlı nə qədər ayələr var.

48
00:08:01,020 --> 00:08:09,650
Biz deyə bilmərik ki, İslam dini savaşları ortadan qaldırmaq üçün gəlib; xeyr, amma önəmli olan,

49
00:08:10,050 --> 00:08:17,250
savaşın kimə qarşı, nə üçün və nəyin naminə olduğudur. Mühüm olan budur.

50
00:08:17,940 --> 00:08:25,540
Yer üzünün tağutları öz nəfsi istəkləri naminə, güc və hakimiyyət qazanmaq,

51
00:08:25,770 --> 00:08:32,400
fəsadı yaymaq üçün müharibə edirlər. Uzun illərdir ki, sionistlər döyüşürlər,

52
00:08:32,740 --> 00:08:40,450
amma öz çirkin məqsədləri naminə döyüşürlər.Onlara qarşı cəbhədə möminlər də vuruşurlar,

53
00:08:40,450 --> 00:08:46,000
Fələstin mücahidləri, hizbullahçı mücahidlər döyüşürlər,

54
00:08:46,450 --> 00:08:58,110
bizim əziz xalqımız da 8 il davam etmiş Müqəddəs Müdafiədə onlara qarşı savaşdı, amma bu, qınağa layiq bir savaş deyil, əksinə, təqdirəlayiqdir, Allah yolunda cihaddır.

55
00:08:58,280 --> 00:09:01,710
“İman gətirənlər Allah yolunda vuruşurlar”. (“Nisa” surəsi, 74-cü ayə)

56
00:09:02,110 --> 00:09:09,020
Möminlərin vuruşmağı əhəmiyyətli bir məsələdir, amma ilahi hədəflər uğrunda.

57
00:09:09,480 --> 00:09:15,540
“Kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostları ilə (kafirlərlə) vuruşun! (“Nisa” surəsi, 76-cı ayə)

58
00:09:15,880 --> 00:09:23,880
Baxın, Quranda keçən təbirlərə diqqət yetirməklə bir çox mətləblərin dərkinə yol tapa bilərik.

59
00:09:23,880 --> 00:09:35,310
Nəyə görə “besət”, peyğəmbərlərin “göndərilməsi”, peyğəmbər “göndərildi” deyirlər? Toplumda hansısa filosof da ortaya çıxa bilər;

60
00:09:36,110 --> 00:09:47,600
tutalım, Əflatun və ya Sokrat. Bu insanlar da bəşəriyyətə yeni nələrsə öyrədiblər, amma onlar haqqında danışarkən “besət” – göndərilmək sözündən istifadə olunmur.

61
00:09:48,170 --> 00:10:04,800
Peyğəmbərlər onlar kimi deyillər; peyğəmbərlərdə besət – göndərilmə var. Əziz və əzəmətli İslam peyğəmbərinin besəti isə besətlərin ən üstünü,

62
00:10:05,310 --> 00:10:11,250
ən mükəmməli, ən davamlısıdır; yəni bu besət bu gün də var,

63
00:10:12,170 --> 00:10:20,000
Peyğəmbəri-Əkrəm (s) bu gün də besət etməkdədir. Bu gün siz Quranı oxuyub

64
00:10:20,340 --> 00:10:28,000
ondan dərs götürürsünüzsə, özünüzdə güc və stimul tapıb hansısa işə başlayırsınızsa, bu, Peyğəmbərin (s) besətinin davam etməsi deməkdir.

65
00:10:28,680 --> 00:10:38,850
İran xalqının dahi İmam Xomeyni (r.ə) kimi əzəmətli bir şəxsiyyətin arxasında durması,

66
00:10:40,000 --> 00:10:48,110
çətinliklərə sinə gərib əngəllərdən keçərək irəli getməsi,

67
00:10:48,220 --> 00:11:00,220
regionun ən strateji nöqtəsində – yəni İranda minillərlə davam etmiş, çürük və xəbis bir tağut rejimini

68
00:11:00,620 --> 00:11:07,370
devirərək İslam dövlətinin əsasını qoyması elə peyğəmbərin besətinin davam etməsi deməkdir.

69
00:11:08,280 --> 00:11:16,620
İslam İnqilabı peyğəmbərin besətinin davamı idi. Bizim dediyimiz budur.

70
00:11:18,050 --> 00:11:28,220
İslam İnqilabına və İslam Respublikasına düşmən olanlar İslamın yer üzünə gəldiyi ilk dövrlərdə

71
00:11:28,740 --> 00:11:32,110
bu dinin göndərilməsinə, tövhid hərəkatına düşmən olanlardır. Biz bunu deyirik.

72
00:11:32,620 --> 00:11:39,020
Bəziləri deyirlər ki, düşmən axtarmayın; xeyr, biz düşmən axtarmırıq.

73
00:11:39,020 --> 00:11:53,140
Biz eynilə Peyğəmbərin (s), Allahın, tövhidin sözünü deyirik və bunu deməyimiz özü bizə bir qrup düşmən yaradır.

74
00:11:54,110 --> 00:12:00,280
Düşmən tövhid hərəkatı yaratdığımıza görə bizə düşmən olur.

75
00:12:01,200 --> 00:12:08,970
Onun bu düşmənçiliyi yalnız o zaman aradan qalxar ki, siz bu hərəkatdan əl çəkib, onun istədiyi vəziyyətə –

76
00:12:09,370 --> 00:12:15,420
yəni tağuta baş əyməyinizə, tağutun arxasınca getməyinizə və sairə qayıdasınız. Amerika bizdən bunu gözləyir,

77
00:12:16,280 --> 00:12:28,400
onun Səudiyyə kimi nökərləri – Amerikanın regiondakı o təbəələri – bizdən bunu gözləyirlər. Amerikalılar nə deyirlərsə, bunlar da onu təkrarlayırlar.

78
00:12:30,000 --> 00:12:40,340
Əslində onlar يُقاتِلونَ في سَبيلِ الطّاغوت  – tağut yolunda vuruşanlardır . Tağut üçün mübarizə aparanlar, tağuta işləyənlərdir.

79
00:12:41,370 --> 00:12:48,400
Allahın təqdirinə əsasən, bu cəbhələşmədə, haqla batilin, tövhidlə tağutun bu qarşıdurmasında –

80
00:12:49,770 --> 00:13:05,310
bu qarşıdurma qaçılmaz olaraq mövcuddur – qalib olan tərəf haqq cəbhəsi olacaq.

81
00:13:06,340 --> 00:13:16,510
Yəni siz İran xalqı bu günə qədər olan hərəkatınızı bundan sonra da davam etdirsəniz, heç şübhəsiz, düşmənlərinizə qələbə çalacaqsınız;

82
00:13:17,820 --> 00:13:20,800
Amerikaya qalib gələcəksiniz:

83
00:13:20,800 --> 00:13:27,140
“Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və varislər edək. (“Qəsəs” surəsi, 5-ci ayə)

84
00:13:28,280 --> 00:13:34,740
“Onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (“Tövbə” surəsi, 33-cü ayə)

85
00:13:37,770 --> 00:13:48,170
Allah-taalanın təqdiri belədir, amma mən və siz bu nəticəni dəyişə bilərik. Necə? Məsuliyyətsizlik etməklə,

86
00:13:49,200 --> 00:13:57,370
dəstək olmamaqla, həyata keçirdiyimiz hərəkata sadiq olmamaqla,

87
00:13:57,770 --> 00:14:04,910
can-başla iş görməməklə, Allah yolunda cihad əzmi ilə çalışıb-vuruşmamaqla.

88
00:14:06,220 --> 00:14:12,800
Bəli, biz bütün bu hallara yol versək, haqq cəbhəsi adlandırdığımız o cəbhə qələbə qazanmayacaq.

89
00:14:13,880 --> 00:14:20,170
Amma İran xalqı bu cür olmadığını nümayiş etdirib; vaxt keçdikcə bu daha da aydın olur.

90
00:14:20,680 --> 00:14:31,020
İndiki gənclərimiz gəncliyinin müəyyən dövrünü bu mübarizəyə həsr etmiş bizlərdən

91
00:14:31,250 --> 00:14:42,220
daha stimullu, daha məlumatlı, daha hazırlıqlıdırlar. Məhz elə buna görə də mən həmişə gənclərə müraciət edirəm, onlara üz tutaraq danışıram.

92
00:14:42,970 --> 00:14:52,570
Bizim bugünkü gənclərimiz hazırlıqlıdırlar, müxtəlif cəbhələrdə iştiraka hazırdırlar.

93
00:14:53,710 --> 00:15:03,080
Əlbəttə, İran xalqının bu mübarizə və mücahidəsi təkcə əlinə tüfəng götürüb vuruşmaq demək deyil. Yox, biz heç kəslə müharibə etmək niyyətində deyilik.

94
00:15:03,310 --> 00:15:09,940
Bir qayda olaraq, bizə hücum olunmayana qədər biz heç kimə hücum etmirik. Buna baxmayaraq, digər cəbhələrdə, məsələn, elm cəbhəsində uğur qazanırıq,

95
00:15:10,280 --> 00:15:17,310
əxlaq cəbhəsində, inşallah, uğur qazanmaqdayıq, həyat tərzi baxımından inkişaf edirik.

96
00:15:17,770 --> 00:15:23,770
Bu gün bizim gənclərimiz çox yaxşı stimula sahibdirlər; addım-addım irəli getməkdəyik.

97
00:15:23,770 --> 00:15:31,020
İqtisadi problemlərə gəlincə, bu sahədə hamı, xüsusilə də gənclər fəal olmalıdır.

98
00:15:31,310 --> 00:15:41,710
Mədəni məsələlər, şüurlu siyasi hərəkatlar cəbhəsində də eynilə hamı, özəlliklə gənclər fəallıq göstərməlidir.

99
00:15:42,400 --> 00:15:52,050
Hamı fəal olmalıdır, xüsusilə də gənclər fəal olmalıdır. Gənclər hazırlıqlıdırlar, fəal ola bilərlər, Allahın köməyi ilə, olacaqlar da!

100
00:15:52,450 --> 00:16:00,620
Və bu ölkənin sabahı mömin və stimullu gənclərindir.

101
00:16:01,020 --> 00:16:15,420
O gənclər ki, qətiyyətli iradə, gənclik qüvvəsi, aydın düşüncə və ardıcıl təşəbbüskarlıqla, inşallah, bu ölkəni inkişafın zirvəsinə yüksəldəcəklər.

102
00:16:16,000 --> 00:16:22,400
Bizim istək və gözləntimiz budur. Biz öz zehnimizdə besətlə, Məbəs bayramı ilə bağlı

103
00:16:23,080 --> 00:16:30,220
məhz belə düşüncə və təəssüratlar yaratmalıyıq ki, bu bayram bizim üçün təkcə xoş bir xatirə,

104
00:16:30,570 --> 00:16:42,800
əlamətdar bir hadisəni xatırlama, Peyğəmbərə (s) ehtiram ifadə etmə formasında keçməsin, sözdə qalan bir şey olmasın, ondan həqiqətən nəsə öyrənə bilək.

105
00:16:43,250 --> 00:16:58,400
Əlhəmdulillah, İran xalqı İmam Xomeyninin (r.ə) hərəkatının bərəkəti sayəsində bu yolu tapıb bu yolla irəlilədi.

106
00:16:58,850 --> 00:17:08,570
Gördüyünüz bütün bu şeylər də – İran xalqının təqdirəlayiq cəhətləri, imza atdığı böyük uğurlar bu yolu tutub getməyinin nəticəsidir.

107
00:17:09,540 --> 00:17:20,220
İnqilabın qələbəsindən əvvəl belə şeylərdən əsər-əlamət yox idi, müxtəlif sferalarda – mədəniyyətdə, siyasətdə, iqtisadiyyatda,

108
00:17:20,740 --> 00:17:28,000
sosial həyatda və sairdə bu cür geniş ümummilli hərəkat müşahidə olunmurdu. Bu şeylər inqilabın bərəkəti ilə ortaya çıxıb

109
00:17:28,000 --> 00:17:32,220
və ümidvarıq ki, inşallah, günbəgün daha da artacaq.

110
00:17:32,220 --> 00:17:40,850
Və Allah-taalaya Peyğəmbəri-Əkrəmin (s) haqqı xatirinə and veririk ki, dahi liderimiz İmam Xomeyninin və bizim əziz şəhidlərimizin ruhlarını –

111
00:17:41,480 --> 00:17:48,680
bizə bu yolu göstərən, bu yolda bizə bələdçilik edən əslində onlar olub – Qiyamət günü Məhşərə Peyğəmbərlə (s) birlikdə gətirsin.

112
00:17:48,680 --> 00:17:50,680
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.