1
00:00:00,400 --> 00:00:02,880
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,600 --> 00:00:14,640
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفيٰ محمّد

3
00:00:25,200 --> 00:00:33,600
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّة ‌الله في الارضين

4
00:00:34,320 --> 00:00:46,560
Əziz bəsicilər, İran xalqının gözlərinin nuru, gələcəyə ümidi olan əziz gənclər, çox xoş gəlmisiniz.

5
00:00:46,880 --> 00:00:55,040
Bəsic həftəsi münasibətilə sizi də, özümü də, bütün İran xalqını da təbrik edirəm.

6
00:00:56,560 --> 00:01:09,200
Keşikçi Korpusun komandanına və Bəsic Təşkilatının sədrinə dəyərli çıxışlarına görə təşəkkürümü bildirirəm.

7
00:01:10,640 --> 00:01:31,040
Düşünürəm ki, Keşikçi Korpusun komandanı cənab Salaminin analitik fikirləri yazıya alınıb gənclərə təqdim olunsa, çox yaxşı olar.

8
00:01:31,040 --> 00:01:34,240
Çünki onun çıxışı çox gözəl və yüksək səviyyədə idi.

9
00:01:35,040 --> 00:01:44,800
Bu gün mən əsasən bəsic haqda danışacağam, amma bəsic barədə söhbətə keçməmişdən əvvəl

10
00:01:45,920 --> 00:01:57,760
böyük İran xalqına son bir neçə gündə nümayiş etdirdiyi möhtəşəm davranışlara görə

11
00:01:58,400 --> 00:02:06,960
öz dərin təşəkkürümü bildirməyi lazım bilirəm. Mən xalqımızın qarşısında təzim edirəm.

12
00:02:10,560 --> 00:02:22,960
Həqiqətən də, İran xalqı güclü və əzəmətli olduğunu bir daha sübut etdi.

13
00:02:24,800 --> 00:02:36,880
Mən israr edirəm ki, xalqımızın hər bir nümayəndəsi özünün bu əzəmət və iqtidarına diqqət yetirsin.

14
00:02:38,720 --> 00:02:56,560
Dərindən düşünülmüş, genişmiqyaslı və çox təhlükəli bir plan hazırlanmışdı, kifayət qədər pul da xərcləmişdilər – böyük məbləğdə pul xərcləyiblər – zəhmət də çəkmişdilər ki,

15
00:02:58,000 --> 00:03:14,240
münasib fürsətdə, həssas bir məqam yaranan kimi öz təxribatçı fəaliyyətlərinə start versinlər, qətllər baş versin, müxtəlif obyektlərə od vurulsun və sair şər əməllər törədilsin.

16
00:03:15,840 --> 00:03:29,120
Bu yanacaq məsələsi ortaya çıxan kimi də: “Fürsətdir”, – deyə düşünüb öz qüvvələrini meydana yeritdilər.

17
00:03:30,000 --> 00:03:48,880
Amma bu plan xalqın vasitəsilə məhv edildi. Bəli, polis qüvvələri, bəsicilər, Keşikçi Korpus və başqaları o bir neçə gündə meydana girib

18
00:03:48,880 --> 00:03:56,720
çox çətin qarşıdurma şəraitində öz işlərini gördülər, öhdələrinə düşən vəzifəni yerinə yetirdilər,

19
00:03:57,920 --> 00:04:11,200
lakin bu bir həftə ərzində xalqın gördüyü iş meydanda həyata keçirilən bütün işlərdən daha yüksəkdə dururdu və daha önəmli idi.

20
00:04:11,760 --> 00:04:26,480
Yəni bu hərəkat Zəncan və Təbrizdən start götürərək ölkənin bütün şəhərlərinə, hətta eşitdiyimə görə, bəzi kəndlərə belə yayıldı

21
00:04:26,720 --> 00:04:34,880
və son olaraq srağagün də Tehranda o əzəmətli nümayiş baş tutdu.

22
00:04:38,480 --> 00:04:50,400
Düşmən – bu alçaq, cılız, həqir insanlar yox; o əsl düşmən – yəni dünya imperializmi, dünya sionizmi,

23
00:04:51,040 --> 00:05:02,800
özünün əsas siyasi monitorlarının arxasında oturub dünyadakı vəziyyəti seyr edənlər

24
00:05:02,800 --> 00:05:19,360
bu hərəkatın nə demək olduğunu yaxşı dərk edirlər. Onlar İran xalqının bu əzəmətli hərəkatı qarşısında ağızlarından yumruq yemiş kimi olur, geri otururlar.

25
00:05:22,480 --> 00:05:31,200
Buna görə Allaha şükürlər edir və xalqımıza dərin təşəkkürümüzü bildiririk.

26
00:05:34,000 --> 00:05:48,640
Bu həqir bəndənin  təşəkkürünün bir qiyməti, dəyəri yoxdur. İnşallah, Allah-taala özü bu əzəmətli xalq hərəkatına görə xalqımıza sağ ol deyir və deyəcək.

27
00:05:52,320 --> 00:06:06,160
Bəsicə gəlincə; əvvəla, İslam Respublikasında təşkil olunan bəsicin – zəif və yoxsul təbəqənin səfərbərliyinin dünyada analoqu yox idi.

28
00:06:06,640 --> 00:06:17,600
Bu təşkilat qurulduğu zaman dünyada analoqu yox idi. Bəsicin heç bir şeyi kimdənsə götürülmə,

29
00:06:18,800 --> 00:06:26,080
dünyada hansısa xalqdan və ya dövlətdən kopyalama deyil.

30
00:06:26,720 --> 00:06:37,840
Əsla! Bu, tam olaraq, yüzdə-yüz inqilabi ideologiyaya, islami təfəkkürə əsaslanan bir hərəkat idi.

31
00:06:39,280 --> 00:06:47,440
Allah-taala onu dahi liderimiz İmam Xomeyninin (r.ə) qəlbinə saldı və bu təzahür ölkəmizdə reallaşdı.

32
00:06:48,720 --> 00:07:03,040
Belə demək mümkündür ki, bəsic bütün dünyada ən böyük mədəni, sosial və hərbi şəbəkədir.

33
00:07:05,360 --> 00:07:18,960
Mən dünyanın heç bir yerində bu qədər genişmiqyaslı,

34
00:07:20,560 --> 00:07:27,920
üzvlərinin sayı bu qədər çox olan bir xalq şəbəkəsi barədə eşitməmişəm. Bu yalnız bizim ölkəmizdəki bəsicə aiddir. Bəsic ən böyük şəbəkədir.

35
00:07:30,800 --> 00:07:48,560
O vaxt böyük lider İmam Xomeyni bu misilsiz təzahürü necə icad etmişdi? Sizlər İmam Xomeynini görməmisiniz, biz isə onunla illərlə birlikdə olmuşuq.

36
00:07:50,320 --> 00:08:06,560
Böyük İmamımızın hünəri bunda idi ki, o bu misilsiz təzahürü ölkənin şəhərlərinin arxa küçələrindən, dalanlarından yaradaraq formalaşdırdı.

37
00:08:07,360 --> 00:08:26,640
Bəsic şəklində təcəssüm edən bu gözəl həqiqət xalqın içindən baş qaldırdı. İnsanların içindən, evlərin arasından başlanğıc götürdü. Bunu İmam Xomeyni etdi.

38
00:08:27,520 --> 00:08:37,200
Bəsicin təşkil olunması təhdidin fürsətə çevrilməsinin tam bir nümunəsi idi.

39
00:08:38,880 --> 00:08:50,160
Diqqət edin: 1358-ci ilin 13 abanında casus yuvasının ifşa olunması olayı baş verdi.

40
00:08:52,160 --> 00:09:02,640
Bu olayda amerikalılar təhqir olunduqları üçün buna reaksiya verərək ölkəmizi təhdid etməyə başladılar.

41
00:09:03,680 --> 00:09:15,440
Həm sözlə təhdid edirdilər, həm də hərbi gəmiləri Fars Körfəzinə doğru tökülüşmüşdü; yəni əməli təhdid də var idi.

42
00:09:16,320 --> 00:09:28,640
Bəli, İran xalqı kimi o dövrdə nə hərbi qüvvəsi, nə müdafiə imkanları, nə raketi,

43
00:09:29,040 --> 00:09:39,280
nə doğru-dürüst döyüş təyyarələri olan bir xalqa qarşı qəflətən Amerika bütün varlığı ilə mübarizəyə qalxmış və onu təhdid edirdi.

44
00:09:39,760 --> 00:09:53,280
Bu, təhdiddir, elə deyilmi? 13 aban hadisəsindən 1 ay keçməmişdi ki, 1358-ci il azər ayının 5-də İmam Xomeyni bəsicin təşkil olunması barədə fərman imzaladı.

45
00:09:54,640 --> 00:10:07,440
Yəni 13 aban hadisəsindən sonra 1 aydan da az vaxtda Amerikanın təhdidi qarşısında

46
00:10:08,400 --> 00:10:20,320
bu əzəmətli hərəkat, bu əzəmətli iştirak, bu böyük güc nümayişi ərsəyə gəldi. Bu o deməkdir ki, əslində, bəsic təhdidin fürsətə çevrilməsinə səbəb oldu. Bəsicin həqiqəti budur.

47
00:10:20,960 --> 00:10:34,000
Əgər kimsə o təhdiddən qorxuya düşsəydi, məsələn, fərz edək ki, İmam Xomeyni sözündən geri dursaydı və ya düşmənin zərbə vura biləcəyindən ehtiyatlansaydı,

48
00:10:34,800 --> 00:10:44,000
bu əzəmətli hərəkat təşkil olunmasaydı, bilmək olmaz, ölkənin müqəddəratı necə olardı.

49
00:10:45,280 --> 00:10:50,160
Bəsicin varlığı o təhdidin belə bir böyük fürsətə çevrilməsinə səbəb oldu.

50
00:10:50,880 --> 00:11:03,120
Deməli, bəsicin əsl məntiqi budur: təhdidləri dəf etmək və onları fürsətə çevirmək.

51
00:11:04,720 --> 00:11:17,120
Hazırda bizə qarşı bir çox təhdidlər var, onların hər biri bəsicilərimizin təşəbbüsü ilə bir fürsətə çevrilməlidir.

52
00:11:17,920 --> 00:11:30,240
Təhdidlər nə qədər çoxdursa, fürsətlər də bir o qədər çoxdur. Odur ki təhdidlər bizim üçün artıq təhdid deyil, əksinə, bəsicin bərəkəti sayəsində təhdidlər bizim üçün fürsət yaradır.

53
00:11:31,280 --> 00:11:49,920
Burada bir önəmli məqam var, o da bundan ibarətdir ki, imperializm sistemi əsasən ədalət və azadlığın əleyhinədir.

54
00:11:49,920 --> 00:12:03,920
“İmperializm sistemi” ifadəsi siyasi lüğətə bizim daxil etdiyimiz bir ifadədir; imperializm sistemi dedikdə zalımların qurduğu sistem başa düşülür; bu sistemin başında zalımlar durur və onlar dünya ölkələrini iki dəstəyə ayırıblar:

55
00:12:03,920 --> 00:12:13,280
imperialistlər və imperializmə boyun əyənlər. Üçüncü dəstə yoxdur, heç kim müstəqil olmamalıdır.

56
00:12:14,480 --> 00:12:26,640
İmperializm sistemi budur. Bu sistem həm azadlığa, həm də ədalətə ziddir.

57
00:12:27,120 --> 00:12:36,480
Ədalətə necə zidd olduğunu özünüz görürsünüz: imperializm sisteminin ABŞ

58
00:12:36,480 --> 00:12:44,640
və bəzi Avropa ölkələri kimi zəngin ölkələrinin özündə belə, insanlar yol kənarında acından ölürlər.

59
00:12:44,640 --> 00:12:53,520
Evsiz-eşiksiz adamlar yayda küçələrdə istidən, qışdasa soyuqdan dünyalarını dəyişirlər.

60
00:12:57,280 --> 00:13:04,720
Bu ölkələrdəki sərvətin əsas hissəsi məhdud saylı bir qrupun əlində cəmlənib.

61
00:13:05,120 --> 00:13:16,240
Qalanları bir qarın çörək üçün dəridən-qabıqdan çıxıb işləməlidirlər. İşləmək imkanı olmayanlarsa

62
00:13:17,200 --> 00:13:22,800
küçədə yaşamaq məcburiyyətindədir. Bu sistem ədalətə ziddir.

63
00:13:23,440 --> 00:13:33,440
Öz ölkələrində vəziyyət bu cürdür. Dünya xalqlarına qarşı da çəkinmədən əllərindən gələn ədalətsizliyi edirlər.

64
00:13:33,920 --> 00:13:45,280
İmperializm sistemi azadlığa da qarşıdır. Xalqların ən mühüm azadlığı ümumilikdə ölkələrinin azadlığıdır; yəni suverenlik.

65
00:13:45,680 --> 00:13:59,280
Bir dəfə mən söyləmişdim ki, suverenlik bütöv bir xalqın azadlığı deməkdir. Biz suverenlikdən danışırıqsa, bir xalqın azadlığından,

66
00:13:59,280 --> 00:14:05,760
azad şəkildə öz işlərini idarə edə bilməsindən danışırıq. İmperializm sistemi bu azadlığın əleyhinədir.

67
00:14:06,080 --> 00:14:15,280
Bir vaxtlar müstəmləkəçiliklə, sonra neo-müstəmləkəçiliklə, hazırda da günümüzün metodları ilə –  yumşaq savaş taktikaları ilə

68
00:14:15,840 --> 00:14:25,040
xalqların atasına od vurublar. Əlbəttə, lazım olan yerdə çəkinmədən hərbi güclə də təsir göstərirlər.

69
00:14:25,680 --> 00:14:36,080
Hazırda amerikalılar Suriyada Fərat çayının şərqindəki bölgəyə girirlər, özləri də deyirlər ki, biz neft üçün gəlmişik.

70
00:14:36,640 --> 00:14:48,000
Məgər ora sizin evinizdir? Başqa bir ölkənin ərazisidir, amma deyirlər ki, burada neft var, biz də neft üçün gəlmişik. Yəni bunu açıq-aşkar deməkdən xəcalət də çəkmirlər.

71
00:14:49,680 --> 00:15:03,200
Və ya icazəsiz durub gəlib İraq kimi bir ölkəyə girirlər, nə hökuməti itirib-axtarırlar, nə paytaxtı itirib-axtarırlar,

72
00:15:03,760 --> 00:15:14,000
orada özlərinin bazası var, o bazaya gedirlər. Yəni xalqların azadlığını, müstəqilliyini rəsmən təhqir edirlər.

73
00:15:14,720 --> 00:15:18,640
Odur ki imperializm sistemi ədalətə də, azadlığa da ziddir.

74
00:15:19,120 --> 00:15:30,400
İslam dini isə ədalət və azadlığın bayraqdarıdır. İslam ədalətin də, azadlığın da bayraqdarıdır,

75
00:15:30,400 --> 00:15:37,840
özü də heç kimin qarşısında üzgörənliyi olmayan, qətiyyətli bir bayraqdarı.

76
00:15:39,280 --> 00:15:49,840
İslam öz sözünü gizlətmədən zülm və ədalətsizliyə qarşı açıq-açığına mübarizə aparır.

77
00:15:51,280 --> 00:16:00,880
İnqilabın əvvəllərində amerikalılar bu inqilabın əleyhinə çıxıb sanksiyalar və cürbəcür problemlər yaratdıqları zaman

78
00:16:01,280 --> 00:16:10,800
keçmiş Sovet İttifaqı Əfqanıstana girdi. İmam Xomeyni elə həmin gün Sovet İttifaqına etirazını elan etdi,

79
00:16:11,280 --> 00:16:19,840
xatırladığım qədər, onların səfirini çağırıb İmamın dilindən sovetlər ölkəsinin Əfqanıstana girməsi ilə bağlı ona etiraz bildirdilər.

80
00:16:20,880 --> 00:16:33,920
Yəni o vaxt dünyada hamı deyirdi ki, axı siz Amerikaya müxalifsiniz, Sovet İttifaqının bu addımına bu şəkildə qarşı çıxmayın. İmam Xomeyni bu sözü əsla qəbul etmədi.

81
00:16:34,320 --> 00:16:45,040
O vaxt mən ölkə prezidenti idim, beynəlxalq toplantılarda iştirak edirdik, o dövrdə Amerika ilə Sovet İttifaqı dünyanın iki super-gücü olaraq bir-birinə qarşı idilər.

82
00:16:45,600 --> 00:16:57,280
Biz isə onların ikisini də baltalayırdıq; həm Amerikanı, həm də Sovet İttifaqını; heç kimi və heç nəyi nəzərə almadan. İslam dini bu cürdür, əsl İslam bu cürdür.

83
00:16:58,800 --> 00:17:12,800
İslamdan dəm vurduqları halda, dünyanın kapitalist, yaxud sosialist cinahının –

84
00:17:12,800 --> 00:17:24,160
bir vaxtlar bu da var idi – imperializminə boyun əyməyə hazır olanlar İslamdan uzaqdır. İslam dini imperializmə qətiyyətlə qarşıdır. Yəni ədalət və azadlığın tərəfdarıdır.

85
00:17:24,640 --> 00:17:30,880
Odur ki qarşıdurma və mübarizə qaçılmaz surətdə var, mövcuddur.

86
00:17:32,320 --> 00:17:39,760
Hazırda müəyyən səbəblərdən hərbi qarşıdurma yoxdur, lap yaxşı, amma növbənöv digər qarşıdurma şəkilləri var.

87
00:17:40,240 --> 00:17:46,640
Hər bir bölgədə müəyyən şərtlər ucbatından qarşıdurma mütləq xarakter alıb.

88
00:17:46,960 --> 00:17:58,160
Amma mühüm olan budur ki, İslamın hansı bölgədə olmağından, hansı formatda özünü büruzə verməyindən asılı olmayaraq,

89
00:17:58,160 --> 00:18:08,400
az öncə qeyd etdiyim səbəblərdən imperializm sistemi bu dinə qarşıdır. İntəhası bu din İslam Respublikası kimi

90
00:18:09,280 --> 00:18:16,640
öz əhalisi, dövləti, ordusu, silahlı qüvvələri,

91
00:18:17,040 --> 00:18:27,120
elmi-akademik imkanları olan bir siyasi rejim, dövlət formatında ortaya çıxıb özünü büruzə verdiyi zaman

92
00:18:27,120 --> 00:18:29,920
onların düşmənçiliyi birə-yüz artır.

93
00:18:31,280 --> 00:18:37,920
İmperializmin hansısa ölkədəki hansısa islami yönlü siyasi partiyaya qarşı olan düşmənçiliyini

94
00:18:38,560 --> 00:18:49,280
İslam Respublikasına qarşı olan düşmənçiliyi ilə müqayisə etmək olmaz. İslam Respublikası möhkəm surətdə bərqərar olunmuş,

95
00:18:49,920 --> 00:19:02,400
geniş əraziyə, bütün lazımi dövlət strukturlarına, söz demək, təsir göstərmək, dünyanın bütün bölgələrində iştirak etmək gücünə sahib olan,

96
00:19:03,600 --> 00:19:12,960
səksən milyondan artıq əhalini idarə edən bir dövlətdir. Onların belə bir dövlətə qarşı olan düşmənçiliyi artıq qeydi-adi bir düşmənçilikdir.

97
00:19:14,240 --> 00:19:22,000
Bu elə bir həqiqətdir ki, ona diqqət yetirməyən şəxs öz siyasi kursunda səhvə yol verəcək.

98
00:19:22,960 --> 00:19:36,560
İmperializm sistemi bütün varlığı, gücü, xəbisliyi ilə İslam dövlətinə qarşı durmaq, onunla mübarizə aparmaq niyyətindədir, bu onların qəti qərarıdır.

99
00:19:37,520 --> 00:19:44,880
Mən dəfələrlə demişəm: Amerika və onu dəstəkləyən imperializm sistemi

100
00:19:45,280 --> 00:19:53,840
İranla bağlı, İran xalqı və İslam Respublikası əleyhinə görə bildiyi hər bir işi görüb.

101
00:19:55,440 --> 00:20:04,960
Nəyi etməyiblərsə, mümkün olmadığına, hansısa səbəblər buna mane olduğuna görə etməyiblər.

102
00:20:05,360 --> 00:20:10,160
Düşmənçilikdə nə mümkün idisə, ediblər.

103
00:20:10,960 --> 00:20:22,640
Nəticəsi də gördüyünüz kimidir: bu möhtəşəm, bu pak ağac, Tuba ağacı günbəgün daha da güclənib.

104
00:20:22,640 --> 00:20:33,200
Bu möhkəm bina hər gün ötən günkündən daha da sarsılmaz şəkildə düşmənə boy göstərir.

105
00:20:34,320 --> 00:20:45,840
Məhz bu yerdə müqavimət sözü məna kəsb edir. “Müqavimət qüvvələri”, “müqavimət hərəkatı”, “müqavimət cəbhəsi” deyərkən biz bunu nəzərdə tuturuq.

106
00:20:47,120 --> 00:20:59,680
Yəni müasir dövrdə İslam adlı bir həqiqət baş qaldırıb. 50-100 il əvvəl belə bir nəhəng hərəkat yox idi.

107
00:21:00,880 --> 00:21:15,920
Bu gün isə var, imperializmin yaxasından möhkəm yapışaraq azadlıq və ədalət uğrunda çalışır.

108
00:21:16,240 --> 00:21:25,440
Bu gün artıq bu yaranıb. Onların hər cür imkanları var, bu imkanları sərf edərək bu həqiqətə qarşı mübarizə aparmaq, onu geri oturtmaq istəyirlər. Məhz burada Quranın buyurduğu kimi:

109
00:21:25,440 --> 00:21:28,880
“ (Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol”.  (“Şura” surəsi, 15-ci ayədən) –

110
00:21:29,840 --> 00:21:35,360
həm insanları haqqa dəvət etmək, həm də möhkəm olmaq lazımdır. Müqavimət budur.

111
00:21:36,960 --> 00:21:48,720
Ölkəmizdəki Bəsic Təşkilatının – yəni sizin təşkilatınızın tam adı nədir? Zəiflərin Səfərbərlik və Müqavimət Qüvvələri.

112
00:21:51,040 --> 00:22:01,200
Zəiflər kimlərdir? Bu təşkilatın adındakı “zəiflər” sözünü

113
00:22:02,720 --> 00:22:12,000
kasıb, yoxsul insanlar mənasında izah edirlər, yaxud son zamanlar – yəni son bir neçə ildə geniş yayılıb,

114
00:22:12,320 --> 00:22:22,640
bəla və müsibətə düçar olmuş təbəqə kimi mənalandırırlar. Xeyr, Quran zəiflər deyərkən bunları nəzərdə tutmur. Quran buyurur:

115
00:22:22,640 --> 00:22:31,520
"Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək". (“Qəsəs” surəsi, 5-ci ayə)

116
00:22:32,320 --> 00:22:41,200
“Zəiflər” deyərkən bəşər dünyasının potensial rəhbərləri, öndərləri nəzərdə tutulur. “Zəiflər” ifadəsinin mənası budur:

117
00:22:42,720 --> 00:22:52,720
yer üzünün və orada olanların varisi olacaq kəslər. Bəsic – zəiflərin səfərbərliyi bu deməkdir.

118
00:22:53,760 --> 00:23:04,640
“Zəiflər” deyərkən yer üzünün potensial vərasət sahibləri, xəlifələri,

119
00:23:05,040 --> 00:23:09,760
bəşər aləminin potensial lider və öndərləri nəzərdə tutulur.

120
00:23:09,760 --> 00:23:16,480
Bəli, deməli, qərara almışıq ki, müqavimət göstərək. Müqavimət üçün mənəvi baza lazımdır.

121
00:23:17,680 --> 00:23:26,560
Mən məhz bunun üzərində təkidlə durur, israr edirəm. Müqavimət göstərmək istəyirsinizsə, mənəvi  bazanız olmalıdır.

122
00:23:27,200 --> 00:23:37,920
Mənəvi baza maddi və hərbi bazadan daha önəmlidir. Hərbi baza top-tüfəngdən, tank, raket və sair bu kimi texniki imkanlardan ibarətdir.

123
00:23:39,120 --> 00:23:55,440
Mənəvi baza isə sizin öz daxilinizdə, qəlbinizdə olan və hərəkətlərinizin, davranışınızın mahiyyətinə təsir göstərən  bir sıra həqiqətlərdir.

124
00:23:55,920 --> 00:24:06,160
Mən özəlliklə gəncləri nəzərdə tuturam. Özünüz də görürsünüz ki, mən gənclərə çox bağlıyam, bir qayda olaraq gələcək haqda danışarkən onlara böyük ümidlər bəsləyirəm.

125
00:24:07,600 --> 00:24:21,040
İntəhası ölkənin yeni İslam sivilizasiyasına doğru möhtəşəm hərəkatının avanqardı olacaq gənclər hansı gənclərdir? Bu gənclər necə olmalıdır?

126
00:24:21,920 --> 00:24:38,320
Mənəvi baza məsələsi məhz burda önəm kəsb edir. Bu gənclər stimullu, imanlı, ağıllı, oz güc və imkanlarının qədrini bilən,

127
00:24:40,880 --> 00:24:51,920
zəhmətkeş, təşəbbüskar, Allaha təvəkkül edən, özünəinamlı gənclər olmalıdır.

128
00:24:52,400 --> 00:25:02,800
Düşmənin bizim gənclərimiz üçün arzuladığının tam əksinə. Düşmən istəyir ki, ölkəmizin gəncləri stimulsuz,

129
00:25:02,800 --> 00:25:16,160
imansız, ümidsiz, şəhvət əsiri, tənbəl, işsiz-gücsüz olsunlar, gileylənməkdən başqa heç bir şey bilməsinlər, işləməsinlər,

130
00:25:16,560 --> 00:25:22,160
narkomaniyaya düçar olsunlar, naqis olsunlar. Gənclərimizi bu cür görməyi arzulayırlar.

131
00:25:22,880 --> 00:25:31,760
Ölkəmizin gəncləri üzərində apardıqları işlərin hədəfi budur – bizim lazım bildiyimizin tam əksi.

132
00:25:32,080 --> 00:25:42,080
Bəsici bir gənc – əla növ gəncdir. Bizim bütün ümidlərimiz bunadır və elə belə də olmalıdır.

133
00:25:42,400 --> 00:25:52,240
Yəni stimullu, imanlı, Allaha bağlı, təvəkkül edən, özünə inanan, təşəbbüskar və əməksevər olmalı,

134
00:25:52,560 --> 00:25:57,360
öz gəncliyinin, ona verilmiş bədən nemətinin qədrini bilməlidir.

135
00:25:59,280 --> 00:26:05,120
Bizdə özündə bu keyfiyyətləri əks etdirən, bu cür əzəmətli bir toplumun olmağı –  Allaha şükürlər olsun ki, elə var da

136
00:26:05,520 --> 00:26:11,920
və həmin toplum ölkə üzrə geniş miqyasda yayılmış bəsicilərimizdir –

137
00:26:12,240 --> 00:26:21,440
təbii ki, bəşəriyyətin, ədalət və azadlığın düşmənlərinin bizə qarşı olan düşmənçiliyini daha da artıracaq.

138
00:26:22,240 --> 00:26:35,440
Bir qədər sonra mən bəsicin fəaliyyətlərinin miqyası ilə bağlı bir neçə cümlə qeyd edəcəyəm, qoy xalq bilsin; siz özünüz bilirsiniz, qoy camaatımız da bilsin.

139
00:26:36,960 --> 00:26:56,480
İmperializm sistemi, imperiazlim cəbhəsi ölkənin digər strukturları ilə müqayisədə daha çox, yaxud ilk növbədə bəsiclə düşmənçilik edir.

140
00:26:58,960 --> 00:27:07,760
Nəinki təkcə İranda, başqa hansı yerdə bəsic tipli bir təşkilat varsa, ona münasibətləri bu cürdür. Misal üçün,

141
00:27:08,400 --> 00:27:18,240
bunlar İraqdakı Xalq Səfərbərlik Qüvvələri ilə də eyni dərəcədə düşməndirlər, Livandakı “Hizbullah”la da.

142
00:27:19,360 --> 00:27:34,080
Bunlar da stimullu, Allaha bağlı gəncləri özündə birləşdirən təşkilatlardır. Əlbəttə ki, imperialistlər bizim ölkəmizdə təkcə bəsicə düşmən deyil.

143
00:27:34,400 --> 00:27:42,000
Dediyim kimi, bəsicə daha çox düşməndirlər, amma bütün xalqla düşmənçilik aparırlar. Bəs bütün xalqa düşmən olmalarının səbəbi nədir?

144
00:27:42,560 --> 00:27:48,960
Son bir neçə gündə baş tutan ümumxalq yürüşləri bu səbəbi çox yaxşı müəyyənləşdirir.

145
00:27:49,760 --> 00:28:00,960
Səbəb odur ki, bizim xalqımız düşmənin meydanda olduğunu, fəaliyyətə keçdiyini hiss etdiyinə baxmayaraq, fiziki varlığı ilə meydanlara çıxmaqdan çəkinmir və çıxır da.

146
00:28:01,920 --> 00:28:10,000
Bu bir həftə, həqiqətən də, İran xalqının əzəmət və möhtəşəmliyinin zirvəsi idi.

147
00:28:11,360 --> 00:28:16,960
Onları bizə düşmən edən budur.

148
00:28:18,480 --> 00:28:26,160
Onlara ürək qızdıran hər kəs də İran xalqına bu cür yanaşır.

149
00:28:27,120 --> 00:28:36,560
İntəhası mütləq bir fakt da var ki, onların düşmənçiliyinin heç bir təsiri yoxdur. Yəni qələbə zəmanət altındadır.

150
00:28:37,520 --> 00:28:48,240
Bunu sizə deyim. İran xalqının, bəsicin, ölkəmizdəki bu əzəmətli inqilabi cərəyanın qələbəsi zəmanət altına alınıb.

151
00:28:50,000 --> 00:28:53,040
Allah-taala Quranda buyurur:

152
00:28:53,600 --> 00:28:57,360
“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz”.  (“Ali-İmran” surəsi, 160-cı ayə)

153
00:28:58,320 --> 00:29:02,640
Allah yardımçınız olsa, heç kəs sizə qalib gələ bilməz.

154
00:29:02,640 --> 00:29:06,880
Yaxşı bəs Allah insana necə yardımçı olur?

155
00:29:07,120 --> 00:29:09,520
“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”. (“Muhəmməd” surəsi, 7-ci ayə)

156
00:29:10,240 --> 00:29:25,680
Siz Allahın dininə, ilahi tendensiyaya, Allahın məntiqinə, Allahın yoluna yardım edib dəstək olsanız, Allah da sizdən öz dəstək və yardımını əsirgəməyəcək.

157
00:29:26,240 --> 00:29:35,440
Bu gün bu var. Ölkəmizdə nəhəng bir inqilabi cərəyan ilahi hədəfləri izləyir, islami cəmiyyət qurmaq uğrunda çalışır,

158
00:29:36,240 --> 00:29:48,000
ölkədə ilahi şəriətin gerçəkləşməsini tələb edir,  bunu qarşısına məqsəd qoyub.

159
00:29:48,560 --> 00:29:55,040
Bu, Allah naminə görülən işdir, Allahın yoludur, Allaha yardım etmək deməkdir. Allaha yardım olunanda

160
00:29:55,680 --> 00:29:59,840
Allah da öz yardımını edir, Allah yardım edəndən sonra isə:

161
00:30:00,080 --> 00:30:01,600
“فَلا غالِبَ لَکُم”

162
00:30:01,600 --> 00:30:04,640
– heç kəs sizə qalib gələ bilməz.

163
00:30:06,960 --> 00:30:14,720
Əlbəttə ki, bəsicin 2 fəaliyyət müstəvisi var. Buna, mütləq, diqqət etmək lazımdır.

164
00:30:15,120 --> 00:30:29,280
Bunlardan biri müharibə meydanında cihaddır. Elə buna görə siz hərbi təlimlər keçirsiniz.

165
00:30:29,840 --> 00:30:38,960
8 illik Müqəddəs Müdafiə savaşı dövründə bəsicin iştirakı öz möcüzəsini göstərdi.

166
00:30:40,080 --> 00:30:48,320
Döyüş meydanlarında bizim hərbi birləşmələrimiz bəsicin iştirakı sayəsində daha da ürəklə vuruşurdular.

167
00:30:48,720 --> 00:30:59,600
Ondan sonra da ölkədə baş verən müxtəlif olaylar zamanı bəsic hər dəfə ağır hərbi meydanlara atılaraq ölkəmizi və xalqımızı müdafiə edib.

168
00:31:00,400 --> 00:31:10,800
Eynilə yumşaq müharibə meydanlarında,

169
00:31:11,760 --> 00:31:18,480
yəni elm, xalqa xidmət, quruculuq, dini təbliğat,

170
00:31:19,920 --> 00:31:30,800
mədəniyyət sferalarında da bəsicilər hərbi meydanlarda olduğu kimi

171
00:31:31,520 --> 00:31:38,880
fəal iştirak ediblər; fəal iştirak etməlidirlər də; çalışmalıdırlar, hərəkət etməlidirlər.

172
00:31:39,280 --> 00:31:47,280
Bəsicin sıralarında Hüseyn Fəhmidə, Behnam Məhəmmədi,

173
00:31:47,680 --> 00:32:00,880
Mohsen Hücəci və İbrahim Hadidən tutmuş şəhid nüvə alimlərinə qədər müxtəlif simalar olub.

174
00:32:02,000 --> 00:32:11,280
Bu şəxsiyyətlərin kimliyinə nəzər salın! Görün onlar arasında sosial status baxımından nə qədər fərq var. Buna baxmayaraq, bəsicin sıralarında onlar yan-yanadır.

175
00:32:12,160 --> 00:32:22,160
Şəhid nüvə alimləri də bəsicidirlər, adlarını çəkdiyim o insanlar da.

176
00:32:22,640 --> 00:32:29,680
Himmət, Bakiri, Zeynəddin, Hüseyn Xərrazi və digərləri Keşikçi Korpusda xidmət edirdilər, amma bəsici idilər. Səyyad İİR Ordusunun zabiti idi, amma bəsici idi;

177
00:32:30,320 --> 00:32:39,520
Babayi də həmçinin. Onların göstərdiyi fəaliyyət bəsici fəaliyyəti idi. Xasiyyətləri, davranış tərzləri bir bəsiciyə uyğun idi.

178
00:32:39,920 --> 00:33:06,560
Çəmrana, Aviniyə, Kazimiyə və sairə qədər hamısı bəsicidirlər.

179
00:33:07,200 --> 00:33:19,200
Bizə kök hüceyrələri sahəsindəki nailiyyətləri ərməğan etmiş Kazimi Aştiyani ölkəmiz üçün eynilə Hüseyn Xərrazi və Hüseyn Fəhmidə qədər bəsicidir.

180
00:33:19,920 --> 00:33:26,560
Bunlar hamısı bəsicilərdir, bəsic budur. Yüzlərlə digər şanlı şəxsiyyətlər bəsicidir,

181
00:33:26,960 --> 00:33:31,360
Yüzlərlə digər şanlı şəxsiyyətlər bəsicidir, bu geniş sıralar bəsicin təzahürüdür.

182
00:33:31,360 --> 00:33:42,240
Mənim əzizlərim! Bütün bu adları sadalamaqla mən onu demək istəyirəm ki, bu insanlar örnəkdir, nümunədir. Dünyanın istənilən yerində gənclərin bir örnəyə ehtiyacı var.

183
00:33:42,240 --> 00:33:49,600
Bu şəxsiyyətlər gənclər üçün örnəkdir. Bu örnəkləri daim yaşadın, həmişə göz önündə tutun.

184
00:33:50,560 --> 00:33:55,120
Əlbəttə ki, kitablar, bioqrafiyalar yazılır, amma bunlar kifayət deyil.

185
00:33:56,240 --> 00:34:07,280
Bu insanların həyat yolunu və şəxsiyyətini bir örnək, bir nümunə kimi müasir dünyada yayılmış cürbəcür metodlarla daim göz önündə saxlayın. Ən gözəl örnək bunlardır.

186
00:34:07,920 --> 00:34:12,000
Ən gözəl örnəkləri bəsicdə tapmaq olar.

187
00:34:12,000 --> 00:34:23,200
Bu şəxsiyyətləri yenidən yetişdirin; belə simalar bəsicin sıralarında hər gün üzə çıxmalıdır.

188
00:34:23,200 --> 00:34:27,440
“Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər”. (“İbrahim” surəsi, 25-ci ayə)

189
00:34:27,440 --> 00:34:46,400
İmam Xomeyni (r.ə) demişdir: “Bəsic pak bir ağacdır”. Pak ağac isə, hər zaman, bütün dövrlərdə öz barını verəcək.

190
00:34:47,280 --> 00:35:00,640
Yaxşı, sizə bir neçə tövsiyəmi də edim. Hazırda bəsicin yaranmasından 40 il ötür, artıq qazanılmış təcrübədən istifadə etmək vaxtıdır.

191
00:35:01,520 --> 00:35:11,120
Bu 40 ilin təcrübəsinə bacardığınız qədər diqqət yetirməli və ondan yararlanmalısınız.

192
00:35:11,440 --> 00:35:16,880
Mən burada bir neçə tövsiyə qeyd etmişəm. Allaha şükürlər olsun ki, dəyərli dostlarımız diqqətli və məsuliyyətlidirlər.

193
00:35:17,360 --> 00:35:25,440
Keşikçi Korpusun və Bəsic Təşkilatının möhtərəm rəsmiləri görülməsi vacib olan işlərə kifayət qədər diqqətlə yanaşırlar. Mənim tövsiyələrim də aşağıdakılardır:

194
00:35:25,680 --> 00:35:37,280
Birinci tövsiyəm: bütün sferalarda – yəni bir qədər əvvəl sadaladığım bütün sahələrdə: hərbi sferada, yarıhərbi sferada, yumşaq müharibədə –

195
00:35:37,760 --> 00:35:50,240
işə hazır olun. Ölkənin bütün küçə və məhəllələrində səfərbər olmuş bir şəkildə hazır strategiya və taktikanız olsun.

196
00:35:51,760 --> 00:36:10,720
Cürbəcür olaylara qarşı hazır strategiya və taktikanız olsun; həm hərbi və yarıhərbi müdafiə sferasında, həm də digər müxtəlif sferalarda.

197
00:36:12,000 --> 00:36:17,920
Qəfil yaxalanmayın; çalışın heç bir hadisədə qəfil yaxalanmayın.

198
00:36:18,320 --> 00:36:26,720
Komitələrin 60-cı ildə yaşadığı təcrübə çox yaxşı bir təcrübədir, ondan istifadə olunmalıdır.

199
00:36:27,760 --> 00:36:34,800
1360-cı ildə İslam İnqilabı komitələri müxtəlif məhəllələrdə, müxtəlif yerlərdə, hər yerdə iştirak edirdi;

200
00:36:35,120 --> 00:36:47,520
özü də həmişə iştirak edirdi. O bölgədə baş verən istənilən hadisədə ilk növbədə komitədən olan qardaşlarımızı görürdün.

201
00:36:47,760 --> 00:36:58,080
Əlbəttə ki, onlar işdə təzə idilər, nə hazırda sizin olduğunuz qədər məlumatlı idilər, nə də sizin qədər imkanlara sahib idilər, amma daim meydanda hazır idilər.

202
00:36:58,400 --> 00:37:01,840
Bu daimi iştirak çox önəmlidir.

203
00:37:03,040 --> 00:37:09,760
Növbəti tövsiyəm: yumşaq müharibədə heç vaxt düşmənə əks-reaksiya verməyin.

204
00:37:10,240 --> 00:37:25,600
Əlbəttə, düşmənin cavabını vermək lazımdır, lakin qarşılıq olaraq hərəkət etməkdən, əks-reaksiya verməkdən daha yaxşısı ilk addımı özü atmaq, təşəbbüs göstərməkdir.

205
00:37:26,720 --> 00:37:37,280
Düşməninizdən həmişə bir addım öndə olun, onun nə etmək istədiyini, hansı hərəkətləri etmək niyyətində olduğunu öncədən proqnozlaşdırın

206
00:37:37,600 --> 00:37:46,640
və ondan öncə neytrallaşdırıcı, qabaqlayıcı tədbirlər həyata keçirin. Məharətli bir şahmatçı kimi;

207
00:37:47,520 --> 00:37:58,080
şahmatçılar qarşı tərəfin hansı addımı atacağını öncədən ehtimal edərək ondan əvvəl elə bir hərəkət edir ki,

208
00:37:58,080 --> 00:38:06,000
rəqibi gözləmədiyi vəziyyətlə üz-üzə qalıb planlaşdırdığı gedişi edə bilməsin. Həmişə düşməndən öncə hərəkət edin.

209
00:38:08,320 --> 00:38:17,520
Məscidlə əlaqənizin zəifləməsinə imkan verməyin. Bəsic məscidlərdə yaranıb,

210
00:38:18,000 --> 00:38:36,400
məscidlərdən cəbhələrə yola salınıb, şəhidlərin pak nəşləri məscidlərə qaytarılıb. Bəsicilik bir qayda olaraq məscidlə əlaqəli bir fəaliyyət kimi mənalandırılıb. Məscidlərdən uzaqlaşmayın.

211
00:38:36,880 --> 00:38:48,720
Əlbəttə ki, məsciddə də özünüzü İslam əxlaqına uyğun aparın. Orda olmağınız ikitirəliyə, konfliktə, dava-dalaşa səbəb olmasın.

212
00:38:50,240 --> 00:39:03,200
Müqavimət qüvvələrinin sırasına daxil olmasalar belə, bəsicin hədəfləri istiqamətində çalışan kollektivlərlə səmərəli əməkdaşlıq etməyə çalışın.

213
00:39:04,560 --> 00:39:17,200
Ölkədə bütün sferalarda belə kollektivlər var; universitetlərdə, universtetlərdən kənarda, digər müxtəlif yerlərdə. Onlar bəsici müqavimət qüvvələrindən olmasalar da,

214
00:39:17,200 --> 00:39:25,760
işləri, fəaliyyətləri bəsicin hədəfləri istiqamətindədir. Onlarla əməkdaşlıq edin, əl-ələ verib səmərəli fəaliyyət göstərin.

215
00:39:28,240 --> 00:39:40,160
Bəsicin xidmətlərini ictimaiyyətə çatdırın. Bəsicin saysız-hesabsız, böyük xidmətləri var, amma camaatın çoxunun bunlardan xəbəri yoxdur.

216
00:39:41,600 --> 00:39:51,360
Əksəriyyət bu barədə məlumatsızdır. Bəsic hansısa regionda böyük bir iş həyata keçirdiyi zaman o bölgənin camaatı bu barədə xəbər tutur, qalanları isə bilmir.

217
00:39:52,320 --> 00:40:05,600
Burada mənim üçün bir neçə statistik məlumatı qeyd edib gətirmişdilər – əlbəttə ki, bunları mənə Bəsic Təşkilatı özü təqdim etməyib, kənardan almışam – çox maraqlıdır:

218
00:40:06,160 --> 00:40:19,760
11 min yerli cihad qrupu 40 min xidmət layihəsini həyata keçirməyi öhdəsinə götürüb

219
00:40:20,720 --> 00:40:34,320
və bu layihələrin tən yarısını təhvil verib. Bu rəqəmlərin böyüklüyünə baxın. Xidmət sektorunda fəaliyyət göstərən 11 min cihad qrupu

220
00:40:35,360 --> 00:40:44,720
və həyata keçirilmiş bir bu qədər xidmət layihəsi! Bu yaxınlarda tələbə bəsici

221
00:40:45,120 --> 00:41:03,360
4500 tələbənin iştirakı ilə problemlərin həllinə fokuslanmış və mütəxəssislərin aparıcı rolunu önə çəkən hərəkata start verib.

222
00:41:04,480 --> 00:41:09,600
Biz bunu tələbələrə daim tövsiyə edirik. Böyük, önəmli bir işdir, bizim həmişəki tövsiyələrimizdən biridir.

223
00:41:10,000 --> 00:41:14,160
Tələbə bəsicinə start veriblər, iş görürlər.

224
00:41:16,800 --> 00:41:29,280
Müxtəli məhəllələrdə 12 min “qərzül-həsənə” (təmənnasız borc – red.) fondu təsis edilib.

225
00:41:29,840 --> 00:41:40,320
Məncə, hələ bundan da çoxdur, mənə verilən məlumatda 12 min göstərilir.

226
00:41:41,360 --> 00:41:56,000
Tayfaların bəsici, qadınların bəsici, “Malik Əştər” festivalı daha yüksək mövqe qazanmağa başlayıb. Bütün bunlar qürurvericidir.

227
00:41:56,880 --> 00:42:10,080
Universitet müəllimlərinin bəsic qrupu bir neçə ay bundan qabaq inqilabın 40 illiyində pessimist,

228
00:42:11,360 --> 00:42:23,840
necə deyərlər, ruhən çökmüş insanların o məktubuna cavab olaraq 900 nəfərin imzaladığı bir məktub yayımladı.

229
00:42:25,280 --> 00:42:35,920
Onlar bir məktub yazmışdılar, 900 nəfər universitet müəllimi məsələyə qoşulub çox yüksək səviyyədə, müfəssəl, arqumentlərlə əsaslandırılmış bir məktub yazdı.

230
00:42:37,200 --> 00:42:43,920
Bu elə meydanda var olmaq, vaxtında iştirak etmək deməkdir.

231
00:42:45,200 --> 00:42:52,240
Nazirliklərin bəsic heyətləri cümə namazlarında xidmət masaları təşkil edir, xalqla yaxın təmasda olur, qayğı və problemlərini dinləyir.

232
00:42:52,640 --> 00:43:02,080
Kənd təsərrüfatı bəsici 30 min aqronomla – rəqəmlərə diqqət edin –

233
00:43:03,280 --> 00:43:16,240
buğda, taxıl, qarğıdalı və sair bu kimi 5 əsas məhsulun istehsalını öhdəsinə götürüb.

234
00:43:17,360 --> 00:43:23,200
Bunlar bəsicin həyata keçirdiyi işlərin sadəcə bir neçə nümunəsi idi.

235
00:43:23,600 --> 00:43:29,600
Möhtərəm bəsic rəsmiləri bu işlər barədə ictimaiyyətimizə peşəkar formada məlumat verməlidirlər.

236
00:43:30,160 --> 00:43:36,720
Qoy xalq bilsin ki, bəsic yalnız xalqın ümumi və xüsusi mülkiyyətinə,

237
00:43:37,200 --> 00:43:47,920
evlərinə od vurub xaraba qoymaq tapşırığı almış şəxslərin şər əməlləri qarşısında

238
00:43:47,920 --> 00:43:58,480
polis qüvvələri və digər rəsmi qurumlarla çiyin-çiyinə onların təhlükəsizliyinin keşiyində durmur,

239
00:44:00,160 --> 00:44:07,920
həm də bu qəbildən olan böyük xidmətləri həyata keçirir.

240
00:44:07,920 --> 00:44:16,320
Bunlar çox əhəmiyyətli məsələlərdir və əziz xalqımız hökmən bu barədə məlumatlandırılmalıdır.

241
00:44:16,720 --> 00:44:25,280
Daha bir tövsiyəm: bəsici qüvvələri geniş miqyasda yayılmaqdan əlavə, həm də çevik olmalıdır.

242
00:44:26,560 --> 00:44:38,240
Bəsic Təşkilatının bürökratik əngəllərə düçar olmasına imkan verməyin.

243
00:44:39,840 --> 00:44:53,520
Bir sıra bürökratik xarakterli məsələlər var ki, onlar müxtəlif kollektivlərin əl-ayağını bağlayıb işini ləngidir. Bəsicin əl-ayağının bağlanmasına imkan verməyin.

244
00:44:54,000 --> 00:45:08,560
Və son olaraq bunu qeyd etmək istəyirəm: bilin ki, bəsic düşmənin məkrli planlarına kəskin surətdə məruz qalır. Düşmən bəsicin içinə nüfuz etməyə çalışır. Bunu bilin, bunu unutmayın.

245
00:45:09,040 --> 00:45:21,040
Bayaq bəsicin əhəmiyyətindən danışarkən sadaladığımız dəlillər ucbatından düşmən bəsic əleyhinə plan qurmaq,

246
00:45:21,600 --> 00:45:30,640
bu təşkilata daxildən nüfuz edərək problemlər yaratmaq üçün özünün bütün imkan və səylərini səfərbər edib.

247
00:45:30,640 --> 00:45:42,480
Əlbəttə ki, bu, böyük bir hərəkat, böyük bir mübarizə və qarşıdurmadır. Bunu da bilin ki, Allahın köməyi ilə, siz bütün bunlara qalib gələcəksiniz.

248
00:46:06,880 --> 00:46:15,520
Bu pak ağacı, bu mübarək fidanı torpağımıza əkmiş dahi liderimiz İmam Xomeyniyə Allah rəhmət etsin.

249
00:46:16,000 --> 00:46:29,680
Bu yolun əziz şəhidlərinə, bu illər ərzində bəsic üçün zəhmət çəkib dünyadan getmiş rəhbər işçilərə və sıravi bəsicilərə Allah rəhmət etsin.

250
00:46:30,240 --> 00:46:39,360
İnşallah, Allah-taala hamınıza mənəvi dəstək olsun. Bəsic həftəsi və Bəsicilər günü münasibətilə hamınızı təbrik edirəm.

251
00:46:39,360 --> 00:46:41,360
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.