1
00:00:00,320 --> 00:00:02,880
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,760 --> 00:00:14,560
Mən son vaxtlar ölkədə ortaya çıxmış bu xəstəliklə mübarizədə iştirak edən

3
00:00:15,280 --> 00:00:26,480
həkimlərimizə, tibb bacılarına, xəstəxanaların baş həkimlərinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm.

4
00:00:27,600 --> 00:00:41,440
Həmçinin ölkəmizin Səhiyyə Nazirinə və nazirliyin bütün əməkdaşlarına da

5
00:00:42,000 --> 00:00:46,240
çəkdikləri zəhmətə, gərgin səylərinə görə təşəkkür edirəm.

6
00:00:46,480 --> 00:00:52,800
Mən bugünkü görüşü də məhz elə bu məqsədlə təşkil etdim.

7
00:00:52,800 --> 00:01:00,320
Tibb Elmləri Akademiyasının prezidenti cənab Mərəndinin timsalında

8
00:01:00,800 --> 00:01:12,640
bütün həkimlərimizə, xəstələrin müalicəsində əziyyəti keçən orta və kiçik tibbi personala ürəkdən təşəkkür etmək istəyirdim.

9
00:01:12,640 --> 00:01:16,880
İnşallah, əziyyətinizin bəhrəsini görəsiniz. Sizin gördüyünüz iş çox dəyərlidir;

10
00:01:17,280 --> 00:01:23,440
həm həkimlərin, tibb işçilərinin cəmiyyətdə dəyərini, məqamını yüksəldir – necə ki, gördüyümüz kimi, elə yüksəldib də –

11
00:01:24,000 --> 00:01:31,840
həm də daha önəmlisi, savabdır. Allah-taala bu işinizə görə sizə, mütləq, əcr verəcək, savab yazacaq.

12
00:01:32,400 --> 00:01:39,760
Və ümidvaram, gördüyünüz bu şanlı və ağır iş çox çəkməyəcək,

13
00:01:40,240 --> 00:01:47,920
inşallah, bu virusun kökü kəsiləcək. Hamınıza uğurlar arzu edirəm.

14
00:01:48,240 --> 00:01:50,400
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.