1
00:00:00,080 --> 00:00:03,200
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

2
00:00:04,240 --> 00:00:11,760
“Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan!

3
00:00:12,720 --> 00:00:20,800
Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!”

4
00:00:22,640 --> 00:00:34,880
Bu il Novruzumuz İmam Musa ibn Cəfərin (ə) şəhadəti ilə üst-üstə düşür.

5
00:00:36,320 --> 00:00:47,280
Ona görə də o həzrətə aid xüsusi salavatın bir hissəsini qeyd etsək yerinə düşər:

6
00:00:47,280 --> 00:00:59,040
اَللهُمَّ صَلِّ عَلي مُوسَي بنِ جَعفَرٍ وَصيِّ الاَبرارِ وَ اِمامِ الاَخيارِ وَ عَيبَةِ الاَنوارِ

7
00:00:59,680 --> 00:01:08,240
حَليفِ السَّجدَةِ الطَّويلَةِ وَ الدُّموعِ الغَزيرَةِ وَ المُناجاةِ الکَثيرَة

8
00:01:09,360 --> 00:01:19,120
اللٰهمّ صَلّ عليه و علي آبائه و ابنائه الطّيّبين الطّاهرين المعصومين و رَحمة الله و برکاته

9
00:01:20,560 --> 00:01:35,920
Əziz İran xalqını mübarək Məbəs bayramı və təravətli Novruz bayramı münasibətilə təbrik edirəm.

10
00:01:37,440 --> 00:01:51,520
Xüsusilə də əziz və möhtərəm şəhid ailələrini, müharibə veteranlarını, onların səbirli, zəhmətkeş ailə üzvlərini,

11
00:01:52,320 --> 00:02:02,640
son həftələr ərzində parlaq iş göstərib cihad edən səhiyyə işçilərimizi,

12
00:02:03,600 --> 00:02:15,440
eyni zamanda bu çətin şəraitdə şəhərlərdə, kəndlərdə, küçə və prospektlərdə, sərhədlərimizdə –

13
00:02:15,840 --> 00:02:28,240
ölkənin dörd bir yanında ixlas və canıyananlıqla işin bir ucundan yapışıb

14
00:02:28,800 --> 00:02:41,760
xalqa xidmət edən bütün hökumət qurumlarının işçilərini təbrik edirəm. Bayramınız mübarək!

15
00:02:42,800 --> 00:02:52,080
Dahi liderimiz İmam Xomeyninin və şəhidlərimizin pak ruhlarına salavat göndərirəm.

16
00:03:08,720 --> 00:03:15,280
1398-ci il şəhidlərinin ailə üzvlərini də həm təbrik etməyi, həm də bir daha onlara başsağlığı verməyi lazım bilirəm; istər müqəddəs ziyarətgahları müdafiə edərkən şəhid olanlar olsun, istərsə də sərhədlərimizi qoruyarkən şəhid olanlar.

17
00:03:16,400 --> 00:03:28,720
Və əlbəttə ki, başda əziz və böyük şəhidimiz, şəhid komandan Qasim Süleymaninin və onun yoldaşlarının,

18
00:03:28,720 --> 00:03:44,560
Şəhid Əbumehdi Mohəndesin, Kirman hadisəsində, təyyarə qəzasında şəhid olmuş soydaşlarımzın,

19
00:03:46,080 --> 00:04:02,880
şəhid olmuş səhiyyə işçilərimizin, yəni xəstə insanlara xidmət edərkən Allah yolunda ölüm, Allah yolunda şəhadət kimi uca bir məqama qovuşmuş

20
00:04:03,680 --> 00:04:14,960
tibb işçilərinin ailə üzvlərini; onların hamısına həm başsağlığı verir, həm də Novruz bayramı və əzizlərinin uca şəhadət məqamına yetişməsi münasibətilə təbrik edirəm.

21
00:04:15,840 --> 00:04:29,680
İnanırıq ki, bütün bu olaylar, inşallah, İran xalqının xeyrinə tamamlanacaq. Az sonra bu barədə ətraflı danışacağıq.

22
00:04:31,360 --> 00:04:45,040
1398-ci il İran xalqı üçün təlatümlü bir il oldu; sellə başlayıb korona ilə bitdi.

23
00:04:47,040 --> 00:04:56,640
İl boyu da ölkəmiz və camaatımız müxtəlif hadisələrlə üzləşdi;

24
00:04:57,760 --> 00:05:12,240
zəlzələlər, sanksiyalar və sair bu kimi hadisələr. Bu hadisələrin pik nöqtəsi isə Amerikanın o terrorçu cinayəti –

25
00:05:12,800 --> 00:05:20,480
İranın və İslamın şanlı komandanı Qasim Süleymaninin şəhid edilməsi oldu.

26
00:05:21,440 --> 00:05:30,560
İl ərzində xalqımızın problem və qayğıları da az olmadı; ilimiz bu şəkildə keçdi; odur ki çətin bir il idi.

27
00:05:31,200 --> 00:05:42,000
Lakin mühüm olan məqam budur ki, bütün bu çətinliklərlə yanaşı, xalqımıza qürur və başucalığı qazandıran məsələlər də oldu.

28
00:05:42,000 --> 00:05:51,360
Onlardan bəziləri indiyə qədər misli-bərabəri görünməmiş faktlar idi və İran xalqı sözün əsl mənasında parladı.

29
00:05:52,240 --> 00:05:59,040
İlin əvvəlində baş vermiş sel fəlakətində mömin və əzmkar insanlarımız

30
00:05:59,360 --> 00:06:08,560
soydaşlarımıza kömək etmək üçün fəlakətdən əziyyət çəkən ostanlara, şəhər və kəndlərə sel kimi axın etdilər.

31
00:06:09,600 --> 00:06:20,880
Əziz xalqımız – qocalı-cavanlı – selin dağıtdığı bölgələrə gedərək gözəl insanlıq tabloları yaratdı,

32
00:06:21,760 --> 00:06:33,840
gil və palçıqla dolmuş evləri boşaltdı, oranın camaatının ev əşyalarını, xalı-xalçasını yuyub təmizlədi,

33
00:06:34,800 --> 00:06:40,640
təbii fəlakətin törətdiyi çətinlik və sıxıntıları onlar üçün yüngülləşdirdi.

34
00:06:40,960 --> 00:06:54,960
Əziz şəhidimizin şəhadət xəbəri gəldiyi zaman isə xalqımız böyük bir hərəkat etdi.

35
00:06:54,960 --> 00:07:04,720
On milyonlar öz varlığını və iştirakını dünyaya görk etdi. O ərəfədə Tehranda,

36
00:07:05,040 --> 00:07:13,920
Qumda, Əhvazda, İsfahanda, Məşhəddə, Təbrizdə, Kirmanda gördüyümüz qədər

37
00:07:13,920 --> 00:07:28,800
böyük və həyəcanlı izdihamlara bir qayda olaraq dünyanın heç yerində rast gəlinmir.

38
00:07:29,200 --> 00:07:43,280
Elə bizim öz tariximizdə də misilsiz bir təzahür idi. Xalqın iştirakı, kütlənin o həyəcanı, camaatın  hansı ideyalara bağlı olduğunu o şəkildə nümayiş etdirməsi

39
00:07:44,240 --> 00:07:51,760
ölkəmizin və İran xalqının beynəlxalq nüfuzu nöqteyi-nəzərindən çox əhəmiyyətli idi.

40
00:07:53,040 --> 00:08:03,440
Bu sonuncu xəstəlik olayında, yəni koronavirus məsələsində də insanlarımız o qədər böyük fədakarlıq nümayiş etdirdilər ki,

41
00:08:03,440 --> 00:08:10,880
hətta ölkədən xaricdə də bu fədakarlığı təqdir edərək yüksək qiymətləndirənlər oldu.

42
00:08:11,920 --> 00:08:24,160
İlk növbədə səhiyyə müəssisələri; həkimlər, tibb bacıları, xəstəxanaların müdiriyyəti, xəstəxanaların işi ilə bu və ya digər şəkildə əlaqəli olan bütün digər işçilər.

43
00:08:25,440 --> 00:08:42,240
Bunlarla yanaşı, könüllülər, universitet və teoloji mərkəzlərin tələbələri, bəsicilər – xəstələrin müalicə

44
00:08:42,720 --> 00:08:49,440
və qulluğunda tibb işçilərinə yardımçı olmaq üçün tələsən hər kəs. Bütün bunlar xalqımız üçün qürur və başucalığıdır.

45
00:08:50,080 --> 00:08:58,800
İşə başqa formada dəstək olan müəssisələr də oldu; bəzi insanlar öz zavodlarında, hətta evlərində

46
00:08:59,600 --> 00:09:19,280
ehtiyac olan tibbi vasitələr, tutalım, xəstələr və ya ümumiyyətlə əhali üçün əlcək və maskalar istehsal etdilər.

47
00:09:22,480 --> 00:09:44,160
Bəzi kollektivlər küçələrin, hətta insanların müraciəti əsasında ayrı-ayrı məkanların dezinfeksiyası işinə qoşuldular.

48
00:09:46,240 --> 00:09:58,800
Yaşlı insanlara yardım etməyi qərara almış dəstə-dəstə gənc onların evinə gedib mağazadan alış-verişlərini etdi.

49
00:09:59,520 --> 00:10:08,960
Əlcək və maskalar alıb insanlara pulsuz paylayanlar da oldu.

50
00:10:10,160 --> 00:10:20,960
Bəziləri problemi olan insanlara öz köməyini göstərdi; icarə haqqını almadı, alacağı varsa, təxirə saldı.

51
00:10:22,240 --> 00:10:33,360
İnsanlar bir-birinə bu kimi müxtəlif formalarda xidmətlər göstərdilər. Bunlar hamısı çətin hadisələr fonunda özünü göstərən gözəlliklərdir.

52
00:10:33,600 --> 00:10:45,440
İran xalqı öz yüksək keyfiyyətlərini bu kimi təzahürlərlə, müəyyən hissəsini qeyd etdiyim bu işlərlə nümayiş etdirdi.

53
00:10:46,320 --> 00:10:56,320
Mən xidmətlərini sadaladığım o insanların hamısına səmimi-qəlbdən təşəkkürümü bildirir

54
00:10:56,720 --> 00:11:05,120
və onları ilahi mükafatla müjdələyirəm. Onları ilahi mükafat gözləyir; bu, dünyəvi mükafat da ola bilər, axirət mükafatı da.

55
00:11:05,120 --> 00:11:14,960
Bəli, bu, çətin bir sınaq idi. 1398-ci ilin sınaqları çətin idi,

56
00:11:15,440 --> 00:11:25,280
amma güclü ruhiyyə ilə çətinliklərdən keçib onlara qalib gəlməyin özü bir xalqı gücləndirən amildir.

57
00:11:25,760 --> 00:11:35,040
Yalnız rahatlıq və rifah istəməklə heç bir xalq hansısa məqama yetişə bilməz.

58
00:11:35,520 --> 00:11:46,000
Xalqlara qüdrət və hörmət qazandıran amil məhz çətinliklərlə üzləşmək, çətinliklər qarşısında ruhiyyəsini qoruyaraq onlara qalib gəlməkdir

59
00:11:46,320 --> 00:11:55,600
(İran xalqı bu günə qədər bu qələbəni qazanıb, inşallah, bundan sonra da qazanacaq).

60
00:11:56,080 --> 00:12:04,960
Əlbəttə, bu hadisələrdə (istər zəlzələ və sel kimi təbii hadisələr olsun,

61
00:12:05,600 --> 00:12:15,920
istərsə də sanksiyalar və sair bu kimi, xarici qüvvələrin əli ilə törədilən hadisələr) digər bir məqam da var:

62
00:12:17,280 --> 00:12:29,280
onlarla üzləşdiyi zaman insan öz zəif cəhətlərinə diqqət yönəldir. Bura təbiətimizdəki zəif cəhətlər də daxildir – belə ki dərk edirik ki,

63
00:12:29,920 --> 00:12:39,840
qürrələnməyə dəyməz, hamımız zəifik, təhlükə qarşısında acizik – cürbəcür çətin hadisələrlə qarşılaşdığımız zaman təbii olaraq hiss etdiyimiz digər zəif cəhətlər də.

64
00:12:40,160 --> 00:12:51,600
Zəif cəhətlərimizi bilək; insan lovğalıq və qəflətdən uzaqlaşaraq diqqətini Allaha yönəltməli, Allahdan kömək istəməlidir.

65
00:12:53,120 --> 00:13:00,480
خابَ الوافِدونَ عَليٰ غَيرِکَ وَ خَسِرَ المُتَعَرِّضونَ اِلّا لَکَ وَ ضاعَ المُلِمّونَ اِلّا بِک

66
00:13:00,880 --> 00:13:11,680
Bu, rəcəb ayının dualarındandır. Yalnız Allahın qapısına getmək lazımdır. “Başqası”nın qapısına getsək, naümid qayıdacağıq.

67
00:13:11,680 --> 00:13:20,000
Əlimizi Allahdan başqasına tərəf uzatsaq, əlimiz boş qayıdacaq.

68
00:13:21,280 --> 00:13:29,200
Dünyadakı bütün amillər Allaha məxsus olan vasitələrdir, O, səbəblərin səbəbidir.

69
00:13:29,200 --> 00:13:39,120
Bu səbəblərlə işləməli, onlardan istifadə etməliyik, amma nəticə və təsiri Allah-taaladan istəməliyik. Bu da bir məqam.

70
00:13:39,760 --> 00:13:46,880
Başlamaqda olan 1399-cu ilə gəlincə.

71
00:13:48,080 --> 00:14:00,800
Əvvəla, dua edib Allah-taaladan bunu istəyirik ki, bu ili bizim üçün böyük qələbələr ili etsin. Və bu gəminin əsl kapitanı olan Həzrət Mehdi Sahibəzzamana da (ruhumuz ona fəda olsun!)

72
00:14:01,600 --> 00:14:12,640
yalvarırıq ki, öz ölkəsini qurtuluş sahilinə çıxarsın, mömin İran xalqını himayəsinə alıb bizə yardım etsin.

73
00:14:13,440 --> 00:14:27,920
İran xalqına isə demək istəyirəm ki, uzun illər boyu – təkcə 1398-ci ildə yox – cürbəcür olaylarla qarşılaşdığı zaman necə böyük şücaət

74
00:14:27,920 --> 00:14:37,440
və ruh yüksəkliyi ilə davranıbsa, bundan sonra da bütün hadisələri ümid və ruh yüksəkliyi ilə qarşılasın, əmin olsun ki,

75
00:14:38,480 --> 00:14:42,080
çətinliklər, ağrı-acılı günlər ötüb keçəcək

76
00:14:42,080 --> 00:14:44,320
və “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (“Şərh” surəsi, 6-cı ayə)

77
00:14:44,320 --> 00:14:50,560
Heç şübhəsiz, İran xalqını asanlıq və rahatlıq gözləyir; buna əsla şübhə yoxdur.

78
00:14:51,040 --> 00:15:01,360
Bəziləri elə güman edir ki, ölkənin hansısa strukturunda işlər lazımınca yerinə yetirilmir. Mən bununla da razı deyiləm.

79
00:15:01,840 --> 00:15:09,600
Biz görürük, yaxından şahidiyik. Hamısı işlə məşğuldurlar, işləyirlər, çalışırlar; hərəsi öz payına düşən qədər.

80
00:15:10,160 --> 00:15:18,480
Elmi-araşdırma müəssisələri bir cür, ictimai fəallar bir cür, hökumət və ədliyyə orqanlarının rəsmiləri bir cür.

81
00:15:18,960 --> 00:15:24,480
İnşallah, Allah-taala bu zəhmətə bərəkət verəcək,

82
00:15:25,120 --> 00:15:33,920
xalqımız bu çətin perioddan da sağlıq və başucalığı ilə keçib gedəcək.

83
00:15:34,480 --> 00:15:46,400
İlin şüarına gəlincə; 1398-ci ili biz “İstehsalın rövnəqləndirilməsi ili” elan etmişdik

84
00:15:46,720 --> 00:15:56,160
və mən əziz İran xalqıma demək istəyirəm ki, bu şüar əməldə yüksək səviyyədə qarşılandı.

85
00:15:56,800 --> 00:16:06,080
Bəli, əvvəlcə mütəxəssislər onu alqışlayaraq istehsalın əsas məsələ olduğunu təsdiqlədilər, amma bu şüar əməldə də yüksək səviyyədə qarşılandı.

86
00:16:06,960 --> 00:16:15,120
Mənə çatan rəsmi hesabatlara görə, ölkədə istehsal hərəkətə gəlib.

87
00:16:16,000 --> 00:16:23,200
İşini dayandırmış bəzi fabrik və zavodlar yenidən işinə start verib.

88
00:16:23,200 --> 00:16:28,880
Gücündən aşağı səviyyədə çalışan bəzi zavodlar tam gücü ilə işləməyə başlayıb.

89
00:16:30,160 --> 00:16:44,160
Elmi əsaslı şirkətlər fəallaşıb. Müxtəlif hökumət strukturları çalışıb, işləyib və ölkədə istehsal hərəkətə gəlib, əsaslı bir iş görülüb.

90
00:16:45,840 --> 00:16:59,120
İl ərzində ölkədə elmi tədqiqatlar sahəsində (belə ki istehsalın əsasında elmi araşdırmalar, elmi innovasiyalar durur) irəliyə doğru ciddi addımlar atılıb. Biz bunun nümunələrini də görmüşük.

91
00:16:59,600 --> 00:17:05,200
Bəli, ölkədə bütün bu işlər görülüb, belə deyil ki, heç bir iş görülməyib.

92
00:17:05,600 --> 00:17:19,840
Amma mən onu demək istəyirəm ki, indiyə qədər görülmüş işlər ölkənin ehtiyac duyduğunun bəlkə heç 1/10 hissəsi də deyil.

93
00:17:20,160 --> 00:17:33,360
Əlbəttə ki, 1/10 deyərkən mən dəqiq statistikaya əsaslanmıram, bunu sadəcə ehtimalla deyirəm. Yəni ola bilsin, həqiqətən də, bundan 10 dəfə artıq iş görülməlidir ki

94
00:17:33,840 --> 00:17:43,280
(istər elmi araşdırmalar sahəsində, istər istehsal sahəsində, istərsə də digər müxtəlif sahələrdə) istehsalın rövnəqlənməsi

95
00:17:43,760 --> 00:17:57,200
xalqın yaşayışında öz təsirini göstərsin. 1398-ci ildə istehsal yerindən tərpəndi, hərəkətə gəldi və müəyyən qədər irəlilədi, lakin bunun xalqın məişətində təsiri hiss olunmadı.

96
00:17:58,000 --> 00:18:03,600
Biz istehsalı elə bir səviyyəyə çatdırmalıyıq ki, xalqın yaşayışına təsir etsin.

97
00:18:04,160 --> 00:18:10,480
Əlbəttə, ölkədə çoxsaylı iqtisadi problemlər var –

98
00:18:11,520 --> 00:18:20,560
bank islahatları problemi, gömrük problemi, vergi problemi, biznes mühitinin yaxşılaşdırılması və sair –

99
00:18:20,560 --> 00:18:30,720
lakin istehsalın rolu yeganə və misilsizdir.

100
00:18:30,720 --> 00:18:36,800
Əgər biz istehsalı işə salıb irəli apara bilsək,

101
00:18:37,200 --> 00:18:48,880
ölkənin öz daxilindəki geniş bazarı nəzərə alaraq demək olar ki (hərçənd ixraca, xarici bazarlara da ehtiyac var, amma xarici bazarlarla əlaqə saxlamaq öz yerində,

102
00:18:49,200 --> 00:18:58,720
bizim əsas satış bazarımız ölkə daxilindədir, 80 milyonluq əhalimizdir) ölkənin iqtisadi problemləri,

103
00:18:59,280 --> 00:19:07,440
sözsüz ki, aradan qalxacaq və o sanksiyalar bizim xeyrimizə tamamlanacaq.

104
00:19:07,760 --> 00:19:17,600
Əlbəttə, sanksiyalar indiyə qədər bizə ziyan vurub, amma ziyanı ilə yanaşı, xeyri də olub; yəni bizi öz imkanlarımız barədə düşünməyə,

105
00:19:17,600 --> 00:19:26,320
ölkəmizdə, gündəlik yaşayışımızda ehtiyac duyulan məhsulları öz daxili imkanlarımızla istehsal etmək fikrinə düşməyə vadar edib.

106
00:19:26,560 --> 00:19:35,360
Bu bizim üçün çox dəyərlidir və inşallah, davam etdiriləcək. Odur ki bizim hələ də istehsala ehtiyacımız var.

107
00:19:35,360 --> 00:19:46,560
Ötən il “İstehsalın rövnəqləndirilməsi” demişdik, bu il isə mən “Sıçrayışlı istehsal” deyirəm. Bu il “Sırayışlı istehsal ili”dir. Qoy ilin şüarı bu olsun.

108
00:19:46,560 --> 00:19:54,320
Rəsmilər elə işləsinlər ki, inşallah, ölkəmizdə istehsal sıçrayışla inkişaf etsin

109
00:19:54,720 --> 00:20:03,360
və xalqımızın yaşayışında hiss olunan dərəcədə bir dəyişiklik yaratsın. Əlbəttə ki, bunun üçün işlərin planlaşdırılmasına ehtiyac var;

110
00:20:03,920 --> 00:20:10,800
Planlama Komitəsində bir cür, parlamentdə və onun araşdırma mərkəzində bir cür,

111
00:20:11,760 --> 00:20:20,480
məhkəmə hakimiyyətində bir cür (məhkəmə hakimiyyətinin də rolu var), elmi əsaslı istehsal müəssisələrində bir cür.

112
00:20:20,960 --> 00:20:32,960
Allaha şükür, ölkədə gənc və təşəbbüskar kollektivlər var, bu il boyu – 1398-ci ildə – və ondan əvvəlki il

113
00:20:33,520 --> 00:20:41,440
onlardan bir qismi ilə bizim çox gözəl və faydalı görüşlərimiz olub. Onları yaxından görmüşəm, fikirlərini dinləmişəm.

114
00:20:42,320 --> 00:20:51,680
İşə həvəsi olan, zəhmətkeş, optimist, stimullu, istedadlı, təşəbbüskar gənclərdir.

115
00:20:52,320 --> 00:20:59,200
Əlhəmdulillah, bunlar var. Onlar hamısı fəaliyyət planlarının qurulması prosesində iştirak etməli və inşallah, bu iş planlı surətdə irəli getməlidir.

116
00:20:59,760 --> 00:21:09,360
Ümidvaram, üzümüzə gələn bu yeni il hamınız üçün mübarək bir il olacaq. Məbəs bayramınız da mübarək.

117
00:21:09,360 --> 00:21:22,160
İnşallah, Allahın diqqətinə layiq olarsınız. Ümidvaram, İran xalqı Allaha olan diqqətini, bağlılığını, mənəviyyatını günbəgün daha da artıracaq.

118
00:21:22,160 --> 00:21:25,360
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.