1
00:00:00,160 --> 00:00:02,560
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,040 --> 00:00:12,480
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:14,480 --> 00:00:28,880
Əziz qardaşlar, əziz bacılar, sizi, bütün İran xalqını, bütün dünya müsəlmanlarını

4
00:00:29,920 --> 00:00:41,200
və yer üzündəki bütün azadlıqsevər insanları mübarək “Nimeye-şəban” bayramı münasibətilə təbrik edirəm.

5
00:00:44,160 --> 00:01:01,040
Təəssüflər olsun ki, yaxından görüşə bilmirik və əlacsız surətdə sizinlə uzaqdan söhbət edirəm, amma bu da bir təcrübədir.

6
00:01:02,000 --> 00:01:09,840
Bu gün əziz xalqımızla bir neçə cümlə Həzrət Mehdi (ə.f) barədə,

7
00:01:10,240 --> 00:01:19,040
bir neçə cümlə də hazırda ölkəmizdə cərəyan edən məlum məsələ barədə danışacağam.

8
00:01:20,480 --> 00:01:27,680
Əvvəlcə Həzrət Mehdi Sahibəzzamanın (ə.f) hüzuruna bir salam verək:

9
00:01:28,240 --> 00:01:38,960
اَلسَّلامُ عَلَيکَ يا  بَقيَّةَ اللهِ في اَرضِهِ السَّلامُ عَلَيکَ يا ميثاقَ اللهِ الَّذي اَخَذَهُ وَ وَکَّدَهُ

10
00:01:39,840 --> 00:01:50,400
السَّلامُ عَلَيکَ يا وَعدَ اللهِ الَّذي ضَمِنَهُ السَّلامُ عَلَيکَ اَيُّهَا العَلَمُ المَنصوبُ وَ العِلمُ المَصبوبُ

11
00:01:50,880 --> 00:01:56,080
وَ الغَوثُ وَ الرَّحمَةُ الواسِعَةُ وَعدُ غَيرُ مَکذوب

12
00:01:57,040 --> 00:02:12,480
Salam olsun sənə, ey Allahın yer üzündəki ehtiyatı! Salam olsun sənə, ey Yaradanın möhkəm əhd-peymanı!

13
00:02:13,840 --> 00:02:26,000
Salam olsun sənə, ey Allahın zəmanətli vədi, ey göylərə ucalmış bayraq, ey göylərdən yağmış bilik!

14
00:02:28,320 --> 00:02:35,360
Bu şərafətli “Ali - Yasin” ziyarəti ardınca aşiqanə surətdə bu şəkildə davam edir:

15
00:02:35,360 --> 00:02:44,400
اَلسَّلامُ عَلَيکَ حينَ تَقومُ السَّلامُ عَلَيکَ حينَ تَقعُدُ السَّلامُ عَلَيکَ حينَ تَقرَأُ وَ تُبَيِّن Və beləcə sona qədər...

16
00:02:45,600 --> 00:02:58,960
Yəqin bəşəriyyətin tarixində belə dövrlər çox az olub ki, yer üzünün hər yerində bəşər cəmiyyəti, insanlıq

17
00:02:59,600 --> 00:03:09,520
bir xilaskara bu gün olduğu qədər ehtiyac hiss etmiş olsun;

18
00:03:11,360 --> 00:03:25,200
istər bu ehtiyacı şüurlu surətdə dərk edən alim və ziyalılar olsun, istərsə də şüurlu şəkildə dərk etmədiklərinə baxmayaraq, onu özündə hiss edən adi, sıravi insanlar;

19
00:03:26,320 --> 00:03:40,000
hər kəs bir xilaskara, yol göstərənə, Allahın qüdrətli əlinin bir nişanəsinə,

20
00:03:40,880 --> 00:03:48,640
məsum bir imama, saflığa, Allahın yönəltdiyi doğru yola ehtiyac hiss edir.

21
00:03:50,960 --> 00:04:00,960
Tarixin çox az dövrlərində bu ali həqiqətə bu qədər böyük ehtiyac hiss olunub.

22
00:04:02,160 --> 00:04:12,000
Bəşəriyyət müxtəlif məktəbləri, müxtəlif ideoloji firqə

23
00:04:12,480 --> 00:04:28,160
və məsləkləri təcrübədən keçirdikdən sonra bu gün asayiş və rahatlıq hiss etmir;

24
00:04:28,160 --> 00:04:35,920
kommunizmdən tutmuş Qərb demokratiyasına, hazırda dünyada genişlənmiş liberal demokratiyaya qədər, bir bu qədər iddialar olub.

25
00:04:37,600 --> 00:04:50,960
Yer üzündə yaşayışı büsbütün dəyişmiş bir bu qədər heyrətamiz elmi nailiyyətlərə rəğmən, bəşəriyyət özünü xoşbəxt hiss etmir.

26
00:04:52,160 --> 00:05:06,000
İnsanlıq yoxsulluqdan əziyyət çəkir, xəstəliklərdən əziyyət çəkir, günah və əxlaqsızlığa düçar olub, ədalətsizliyin,

27
00:05:07,040 --> 00:05:15,280
sosial bərabərsizliyin, kəskin təbəqələşməsinin məngənəsində sıxılır.

28
00:05:16,800 --> 00:05:27,040
İnsanlıq dövlətlərin elmdən sui-istifadəsindən əziyyət çəkir; dövlətlər elmdən,

29
00:05:27,600 --> 00:05:40,400
təbii kəşflərdən, təbii resurslardan sui-istifadə edir. Bəşəriyyət bu şeylərlə üz-üzə qalıb;

30
00:05:41,200 --> 00:05:56,480
bütün bunlar dünyanın hər yerində insanların yorulmasına, usanmasına, onlara qurtuluş bəxş edəcək bir ələ ehtiyac hiss etmələrinə səbəb olub.

31
00:05:57,920 --> 00:06:07,440
Yer üzündə milyardlarla insan problemlərdən əziyyət çəkir. Ola bilsin ki, bəziləri asayiş şəraitində yaşayır, amma onların da rahatlığı yoxdur.

32
00:06:07,920 --> 00:06:19,120
Bəşəriyyət nigaranlıq və iztirab içindədir, bu nailiyyətlər, bu növbənöv dəyişikliklər insan oğlunu xoşbəxt edə bilməyib.

33
00:06:20,640 --> 00:06:29,520
Əlbəttə, insan ağlı böyük bir nemətdir; təcrübə böyük bir nemətdir. Bunlar Allahın nemətləridir

34
00:06:30,240 --> 00:06:39,520
və həyatdakı problemlərin bir çoxunu həll etməyə qadirdir, lakin bəzi düyünlər var ki, ağıl və təcrübə ilə də açılmır.

35
00:06:40,080 --> 00:06:54,160
Götürək elə ədalət məsələsini; ədalət bu günün elmi nailiyyətləri və inkişaf etmiş texnologiyası sayəsində həllini tapa biləcək, düyünü açılacaq bir məsələ deyil.

36
00:06:54,800 --> 00:07:07,840
Bu gün dünyada ədalətsizlik elmdən qidalanır; yəni inkişaf etmiş elm ədalətsizliyə, militarizmə,

37
00:07:08,880 --> 00:07:14,960
özgə torpaqlarının işğalına, xalqlar üzərində ağalığa xidmət edir.

38
00:07:16,480 --> 00:07:25,520
Deməli, artıq elm bu düyünləri aça bilmir. Bunların mənəvi, ilahi bir gücə, bu işləri həyata keçirə biləcək

39
00:07:26,000 --> 00:07:34,560
məsum imamın qüdrətli əlinə ehtiyacı var.

40
00:07:34,960 --> 00:07:43,200
Odur ki Həzrət Mehdinin böyük missiyası:

41
00:07:43,200 --> 00:07:46,880
يَملَأُ اللَهُ بِهِ الاَرضَ قِسطاً وَ عَدلا

42
00:07:47,520 --> 00:08:00,640
– haqq-ədaləti bərqərar etməkdir. Bu mənaya əksər rəvayətlərdə, dua və ziyarətlərdə işarə olunur:

43
00:08:00,640 --> 00:08:13,280
haqq-ədalətin təmin olunması. Bu yalnız Allahın qüdrətli əlinin Həzrət Mehdi vasitəsilə işə keçməsi ilə mümkündür.

44
00:08:14,080 --> 00:08:26,800
Özü də Həzrət Mehdi tərəfindən bərqərar olunacağı gözlənilən ədalət hansısa xüsusi sferaya aid olan ədalət deyil. Bu ədalət həyatın bütün sferalarını əhatə edəcək.

45
00:08:27,520 --> 00:08:38,960
Hökumətdə ədalət, sərvətlərin bölgüsündə ədalət, səhiyyədə ədalət, insan haqları

46
00:08:39,440 --> 00:08:51,280
və sosial mövqedə ədalət, mənəviyyatda, hər bir insan üçün inkişaf imkanlarının yaradılmasında ədalət – həyatın bütün müstəvilərində ədalət.

47
00:08:51,760 --> 00:09:06,400
Bütün bunlar, inşallah, Həzrət Mehdinin vasitəçiliyi və Allahın lütfü sayəsində yer üzündə, varlıq aləmində reallaşacaq.

48
00:09:06,720 --> 00:09:15,600
Bəşəriyyətin bütün nümayəndələri – istər prosesləri qiymətləndirməyi bacaran ziyalılar olsun,

49
00:09:15,600 --> 00:09:25,360
istərsə də dünyanın hər yerində, müxtəlif ölkələrdə gündəlik həyatın problem və sıxıntıları içərisində çabalayıb prsoseslərin fərqinə varmayan sıravi insan kütlələri –

50
00:09:25,920 --> 00:09:34,240
hər kəs bu ehtiyacı duyur, intəhası bəziləri dərk edərək, bəziləri dərk etmədən, şüursuz şəkildə.

51
00:09:34,560 --> 00:09:51,040
Və sözsüz ki, bu vədi bütün dinlər də verib. Bütün dinlərdə tarixin sonunda bir qurtuluş,

52
00:09:51,600 --> 00:10:05,360
bir ilahi hərəkat vədi var, dinlər hamısı belə bir vəd veriblər (əlbəttə ki, bu da tarixin sonu deyil; əsl dünya, bəşəriyyətin əsl yaşayışı Həzrət Mehdinin dövründən başlayacaq;

53
00:10:05,760 --> 00:10:13,600
intəhası hazırda yaşadığımız vəziyyətin sonu gələcək).

54
00:10:13,920 --> 00:10:33,120
Deməli, bu ehtiyac var, lakin onun dəlil-sübut kəsb etməsi, faydalı olması üçün İslam dini bizdən gözləməyimizi, intizarda olmağımızı istəmişdir.

55
00:10:33,520 --> 00:10:39,840
İntizar ehtiyacdan, ehtiyac hissindən daha yüksəkdə durur.

56
00:10:40,320 --> 00:10:51,760
İslamda deyilir ki, gözləyin, intizarda qalın. İntizar ümiddir, intizar mütləq bir gələcəyin olduğuna bəslənən inamdır.

57
00:10:52,240 --> 00:11:00,080
İntizar yalnız ehtiyac deyil, intizarda qurucu, konstruktiv mahiyyət var, məhz buna görə də bizim rəvayətlərimizdə, bizim dini təlimlərimizdə

58
00:11:00,480 --> 00:11:09,440
qurtuluş intizarında olmaq çox mühüm yer tutur. Az sonra mən bu barədə bir izah verəcəyəm.

59
00:11:09,760 --> 00:11:23,360
Həzrət Mehdinin İbn Babveyhə –  Əli ibn Bebveyh – ünvanladığı tapşırıqda  Peyğəmbərin (s) dilindən belə nəql olunur:

60
00:11:23,360 --> 00:11:27,040
اَفضَلُ اَعمالِ اُمّتي انِتِظارُ الفَرَج

61
00:11:28,000 --> 00:11:34,880
–  yəni ümmətimin ən üstün əməli qurtuluş intizarında olmaqdır; yəni ümid.

62
00:11:35,840 --> 00:11:39,440
Musa ibn Cəfərdən nəql olunan bir rəvayətdə deyilir:

63
00:11:39,440 --> 00:11:44,640
–  qurtuluşun intizarında olun, Allahın mərhəmət və xilasından ümidinizi üzməyin.

64
00:11:45,360 --> 00:11:53,600
Mərifət – yəni tövhid, ilahi həqiqətləri bilmək, ondan sonra gələn ən üstün əməl isə qurtuluşun intizarıdır.

65
00:11:54,480 --> 00:11:56,720
Əmirəlmöminin Əlinin (ə) belə buyurduğu nəql olunur:

66
00:11:56,720 --> 00:12:02,240
اِنتَظِرُوا الفَرَجَ وَ لا تَيأَسوا مِن رَوحِ الله

67
00:12:02,640 --> 00:12:10,240
–  qurtuluşun intizarında olun, Allahın mərhəmət və xilasından ümidinizi üzməyin.

68
00:12:10,640 --> 00:12:20,480
Deməli, qurtuluşun intizarında olmaqda ümid var, hərəkət var, addım atmaq var.

69
00:12:21,040 --> 00:12:34,080
Əlbəttə ki, qurtuluş intizarında olmaq barədə mənbələrdə bəhs olunub, yəni “qurtuluşun intizarı” deyərkən Həzrət Mehdinin zühurunun intizarında olmağın nəzərdə tutulduğu dəqiqdir.

70
00:12:34,400 --> 00:12:38,800
Bu, qurtuluş intizarında olmağın bir nümunəsidir. Həzrət Peyğəmbərin buyurduğu:

71
00:12:38,800 --> 00:12:42,880
–  “Ümmətimin ən üstün əməli qurtuluş intizarında olmaqdır” cümləsində isə

72
00:12:43,680 --> 00:12:48,000
insanın həyatda üzləşdiyi bütün çətinliklər nəzərdə tutulur.

73
00:12:49,040 --> 00:12:58,880
Həyatda cürbəcür problem və çətinliklər qarşıya çıxır, insan onlarla üzləşərkən ruhdan düşüb məyus olmamalıdır. Qurtuluş intizarında olmalı,

74
00:12:59,280 --> 00:13:08,720
bilməlidir ki, nicat, qurtuluş gələcək. Qurtuluş intizarında olmağın özü bir qurtuluşdur. Rəvayətlərdən birində Həzrət Musa ibn Cəfər belə buyurur:

75
00:13:09,040 --> 00:13:13,440
لَستَ تَعلَمُ اَنَّ اِنتِظارَ الفَرَجِ مِنَ الفَرَج

76
00:13:14,080 --> 00:13:24,480
Qurtuluşun, xilasın intizarında olmağın özü insan üçün bir qurtuluş, bir açılışdır. Belə ki onu ümidsizlikdən qurtarır,

77
00:13:24,960 --> 00:13:33,920
xoşagəlməz işlərə vadar edə biləcək “çıxılmaz vəziyyətdə olma” hissindən xilas edir. Bəli, Peyğəmbər və imamlardan gələn bu hədislər

78
00:13:34,240 --> 00:13:40,640
bu mənaya dəlalət edir ki, Muhəmmədin (s) ümməti

79
00:13:40,640 --> 00:13:48,960
həyatda üzləşdiyi heç bir hadisə qarşısında  ümidsizlik, məyusluq hiss etmir, həmişə, hər bir halda qurtuluşun intizarındadır.

80
00:13:49,360 --> 00:13:58,400
Lakin intizar əlini əlinin üstünə qoyub oturaraq gözünü qapıya dikib gözləmək mənasında da deyil.

81
00:13:58,800 --> 00:14:06,720
İntizar hazır olmaq, addım atmaq mənasındadır.

82
00:14:07,920 --> 00:14:15,200
İntizar bu mənadadır ki, insan bir aqibətin mövcud olduğunu, o aqibətə yetişməyin mümkünlüyünü

83
00:14:15,680 --> 00:14:18,800
və ona yetişmək üçün səy göstərmək lazım olduğunu hiss etsin.

84
00:14:18,800 --> 00:14:26,000
Qurtuluşun, Həzrət Mehdinin zühurunun intizarında olan bizlər

85
00:14:26,400 --> 00:14:33,520
bu yolda çalışıb-vuruşmalıyıq. Mehdinin zühur edib formalalaşdıracağı cəmiyyəti yaratmaq üçün səy göstərməliyik.

86
00:14:34,480 --> 00:14:44,640
Həm özümüzü formalaşdırmalıyıq, həm gücümüz, imkanımız yetdiyi qədər

87
00:14:45,200 --> 00:14:53,200
başqalarının formalaşmasında iştirak etməliyik, həm də gücümüz daxilində

88
00:14:53,200 --> 00:14:58,880
ətrafımızı Mehdinin cəmiyyətinin meyarlarına yaxınlaşdırmalıyıq. Mehdinin (ə) cəmiyyəti haqq-ədalətin hökm sürdüyü cəmiyyətdir,

89
00:15:00,000 --> 00:15:12,000
mənəviyyatlı, Allahını, dinini tanıyan cəmiyyətdir, qardaşlıq münasibətlərinin, elmi inkişafın olduğu nüfuzlu cəmiyyətdir.

90
00:15:12,560 --> 00:15:25,040
Qurtuluşun intizarında olmaqla bağlı önəmli məqam budur ki, bu, səbirsizlik etmək, konkret vaxt qoymaq demək deyil.

91
00:15:25,360 --> 00:15:38,240
Tutalım, insan hansısa vaxtı, tarixi nəzərdə tutub səbirsizlik edə, ayağını yerə döyə ki, məsələn, filan tarixdə bu hadisə tamamlanmalıdır, bu aqresiya sona çatmalıdır,

92
00:15:38,880 --> 00:15:48,560
yaxud Həzrət Mehdi zühur etməlidir. Xeyr, qurtuluşun intizarında olmaq bu deyil.

93
00:15:49,360 --> 00:15:53,200
Qurtuluş intizarında olmaq özünü hazır vəziyyətə gətirmək deməkdir.

94
00:15:54,320 --> 00:16:00,640
Səbirsizlik, tələskənlik qadağan olunmuşdur. Rəvayətlərdən birində deyilir:

95
00:16:00,640 --> 00:16:03,920
اِنَّ اللهَ لايَعجَلُ لِعَجَلَةِ العِباد

96
00:16:04,880 --> 00:16:15,120
– Siz tələsib hövsələdən çıxırsınızsa, o demək deyil ki, Allah-taala da tələsəcək, sizin tələskənliyinizə tabe olub qərar qəbul edəcək.

97
00:16:15,120 --> 00:16:22,480
Xeyr, hər şeyin öz qərarı, müəyyən vaxtı, hikməti var, o hikmətə əsasən həyata keçir.

98
00:16:23,600 --> 00:16:32,320
Az öncə bir məqamı qeyd etdik ki, qurtuluşun intizarı deyərkən həm son qurtuluş –yəni Həzrət Mehdinin zühuru nəzərdə tutulur,

99
00:16:33,040 --> 00:16:42,000
həm də “فرج بعدالشّدّة” – çətinlikdən sonrakı qurtuluş. Yəni geniş yayılmış çətin hadisələrdən sonrakı qurtuluş;

100
00:16:42,000 --> 00:16:53,200
eynilə bu gün dünyada vüsət almış, çoxlarını ümidsizliyə qapılmağa, intihara vadar edən hadisələr kimi;

101
00:16:53,200 --> 00:17:00,400
qurtuluşun intizarında olduğu zaman insan həmin hadisənin, mütləq, sona çatacağını bilir.

102
00:17:00,400 --> 00:17:10,240
Burada bir məqam da var: qurtuluşun intizarında olmaqdan qaynaqlanan bu psixoloji rahatlığı,

103
00:17:10,720 --> 00:17:21,920
daxili sakitliyi – belə ki qurtuluşun intizarında olan insan daxilən arxayın və rahat olur, qəlbində qətiyyən təlatüm olmur – artırmaq mümkündür.

104
00:17:22,640 --> 00:17:26,640
Yaradana dua və yalvarış vasitəsilə, Allah-taala ilə minacat etməklə;

105
00:17:26,640 --> 00:17:29,760
“Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə rahatlıq tapar!” (“Rəd” surəsi, 28-ci ayə)

106
00:17:30,640 --> 00:17:42,800
Dini mənbələrdə yer alan o çoxsaylı dualar – hazırda şərafətli şəban ayındayıq, ardınca da ramazan ayı gəlir – cürbəcür minacatlar,

107
00:17:43,360 --> 00:17:54,320
Uca Yaradanla ortada heç bir vasitə olmadan söhbət etmək çox önəmlidir. Həmçinin varlıq aləminin Yaradana ən yaxın nümayəndələri olan

108
00:17:54,720 --> 00:18:09,200
məsum imamlarla (ə) razü-niyaz etmək də insana rahatlıq və arxayınlıq bəxş edir.

109
00:18:09,600 --> 00:18:19,360
Allah-taalanı yada salmaq insandan kədər və sıxıntını uzaqlaşdırır, onun halını yaxşılaşdırır, üstəlik ilahi mərhəməti də cəlb edir.

110
00:18:19,360 --> 00:18:28,080
Duaya qalxmış milyonlarla əlin, mütləq, təsir və bərəkəti olacaq.

111
00:18:28,080 --> 00:18:36,640
Dünən gecə milyonlarla insan qəlbini Allah-taala ilə tanış etməyə, Uca Yaradana bağlamağa,

112
00:18:36,960 --> 00:18:45,120
əlini duaya qaldırıb Rəbbi ilə danışmağa müvəffəq oldu. Heç şübhəsiz, bunun həm onların özünə,

113
00:18:45,600 --> 00:18:50,560
həm də bütövlükdə cəmiyyətə müsbət təsiri olacaq və bir sıra bərəkətli nəticələri özünü göstərəcək.

114
00:18:50,560 --> 00:18:59,520
Zühur, qurtuluş, Həzrət Mehdinin yer üzündə haqq-ədaləti bərpa etmək naminə hərəkətə keçməsi barədə qısaca demək istədiklərim bunlar idi.

115
00:18:59,520 --> 00:19:04,800
Əlbəttə ki, bu haqda çox danışmaq olar, lakin mən hələlik bunlarla kifayətlənəcəyəm.

116
00:19:05,360 --> 00:19:11,280
Hazırda ölkəmizdə genişlənməkdə olan koronavirus hadisəsinə gəlincə;

117
00:19:11,760 --> 00:19:23,440
bu, qlobal pandemiyadır, bir sınaqdır; bütün dünya üçün sınaqdır: həm dövlətlər, həm  də xalqlar üçün.

118
00:19:24,000 --> 00:19:34,160
Bu hadisə ilə həm dövlətlər, həm də xalqlar sınağa çəkilir. Çox qəribə, görünməmiş bir sınaqdır.

119
00:19:36,080 --> 00:19:42,880
Əlbəttə, statistik rəqəmlər, həyata keçirilmiş çox müsbət tədbirlər,

120
00:19:43,360 --> 00:19:52,320
rəsmilərin verdiyi tövsiyələr barədə çox danışılıb, bütün bu mövzulara kifayət qədər toxunulub.

121
00:19:52,720 --> 00:19:59,840
İnsafla demək lazımdır ki, “Səda və sima” Dövlət Teleradiosu da bu sahədə çox müsbət fəaliyyət göstərib, işini çox yüksək səviyyədə qurub.

122
00:19:59,840 --> 00:20:06,240
Bütün bunlarla bağlı mənim deməyə sözüm yoxdur, lakin bir neçə məqamı qeyd etmək istəyirəm.

123
00:20:06,240 --> 00:20:14,400
Biri budur ki, İran xalqı bu sınaqda özünü çox parlaq surətdə göstərdi.

124
00:20:15,440 --> 00:20:33,280
İran xalqı bu korona sınağında, bu qlobal pandemiyada – hansı ki əslində, bunu müasir dövrün vəbası da adlandırmaq olar – çox yüksək səviyyədə davrandı.

125
00:20:34,640 --> 00:20:48,080
Əvvəla, bu milli iftixarın zirvəsi ölkəmizin səhiyyə işçilərinə aiddir. Mən onların nə qədər böyük bir iş gördüklərini,

126
00:20:48,800 --> 00:21:04,320
etdikləri fədakarlığın dəyərini dəfələrlə qeyd etmişəm, yenə də də təkrar etməliyəm. İstər həkimlər, istər tibb bacıları, istər laboratoriyalarda çalışan mütəxəssislər,

127
00:21:04,320 --> 00:21:16,160
istər radioloqlar, istər bölgələrdəki tibbi bölmələrdə çalışan səhiyyə işçiləri, xidmət sahəsində, nəzəri araşdırmalar sahəsində işləyənlər,

128
00:21:16,880 --> 00:21:26,400
Səhiyyə Nazirliyinin özündə və tabeçiliyndəki qurumlarda çalışan rəhbər işçilər –

129
00:21:26,400 --> 00:21:44,320
bu iftixarın zirvəsi onlara aiddir. Onlar öz canlarını, sağlamlıqlarını xalqa xidmət yolunda qoydular. Bu çox önəmli və möhtəşəmdir.

130
00:21:45,360 --> 00:21:57,920
Onlar ailələrindən uzaq qalmağın çətinliyinə dözdülər; hətta Novruz bayramında, bayramla əlaqəli qeyri-iş günlərində də çoxları ailələrinə baş çəkmədi.

131
00:21:58,640 --> 00:22:07,120
Yuxusuzluqdan, hər gün neçə-neçə ağır xəstəni qəbul etməyin verdiyi stresdən əziyyət çəkdilər,

132
00:22:08,000 --> 00:22:21,680
amma bütün bunları qəbul etdilər, dözdülər. Bütün bunlar İran xalqının yaddaşında ölkəmizin səhiyyə işçiləri ilə bağlı xoş bir xatirə olaraq qalacaq.

133
00:22:22,480 --> 00:22:31,280
Bu, xoş bir xatirədir; bu etapda bizim səhiyyə işçilərimiz, həkim və tibb bacılarımız

134
00:22:31,760 --> 00:22:35,760
geridə yaddaqalan, xoş bir xatirə buraxdılar.

135
00:22:36,240 --> 00:22:46,880
Və onlarla yanaşı könüllülər də vardı; səhiyyə sistemində çalışmadıqlarına baxmayaraq, könüllü surətdə gəlib bu meydana daxil oldular.

136
00:22:47,600 --> 00:22:58,720
Teoloji mərkəzlərimizin, universitetlərin cihad əzmli tələbələri, müxtəlif sferalarda minlərlə zəhmətkeş bəsici,

137
00:22:59,200 --> 00:23:08,240
sıravi vətəndaşlar, həqiqətən də, sözlə təsvir edilə bilməyəcək qədər

138
00:23:08,720 --> 00:23:21,520
dəyərli xidmətlər göstərdilər. Onların gördüyü işlər bir yandan insanı, həqiqətən də, sevindirir, digər tərəfdən isə minnətdarlıq hissi yaradır.

139
00:23:22,720 --> 00:23:33,520
Bunlarla yanaşı, silahlı qüvvələr də meydanda idi; insafən, silahlı qüvvələr bütün quruculuq və təşəbbüs imkanlarından istifadə etdilər.

140
00:23:34,160 --> 00:23:47,200
Hətta elmi sferada, elmi kəşflər, texnologiyalar, tibbi avadanlığın istehsalı sahəsində

141
00:23:48,080 --> 00:23:56,320
– xəstəxanalardan tutmuş bərpa müəssisələrinə, silahlı qüvvələrin balansında olan digər vasitələrə qədər –

142
00:23:56,880 --> 00:24:11,440
ən yaxşı sferalarını bu işə xidmətə təqdim etdilər. Quruculuq imkanlarını, təşəbbüs imkanlarını elm və əməl meydanında ortaya qoydular.

143
00:24:11,440 --> 00:24:19,680
Daha sonra yeni imkanlar aşkarlandı, məlum oldu ki,

144
00:24:20,560 --> 00:24:26,880
həm silahlı qüvvələrin daxilində, həm də ondan kənarda bizim indiyə qədər bilmədiyimiz bir çox imkanlar mövcuddur.

145
00:24:27,280 --> 00:24:32,480
Çıxıb televiziya vasitəsilə gördükləri işlər, istehsal etdikləri məhsullar haqda məlumat verən o gəncləri

146
00:24:32,800 --> 00:24:37,760
biz tanımırdıq. Bunlar yeni aşkara çıxarılmış potensialdır.

147
00:24:38,240 --> 00:24:45,760
Və xalq; xalqın, vətəndaşlarımızın iştirakı da çox gözəl idi,

148
00:24:46,160 --> 00:24:55,840
ölkənin dörd bir yanında çox maraqlı, heyrətamiz mənzərələrin şahidi olduq. Mən bir neçə nümunəni qeyd etmək istəyirəm;

149
00:24:56,320 --> 00:25:06,160
ona görə yox ki, bunlar xüsusi önəm kəsb edir, xeyr, sadəcə olaraq mənə bunları məlumat veriblər, mən də qeyd edirəm: misal üçün,

150
00:25:06,560 --> 00:25:18,640
Səbzvarda “Hər məhəllə bir qurbanlıq!” adı altında aksiyaya start verilib. Məhəllələrdə camaat toplanıb bir qoyun qurban kəsir, məhəllənin kasıblarına paylayır.

151
00:25:18,640 --> 00:25:29,600
Ehtiyaclı insanların ərzaq tələbatının ödənilməsi baxımından bu addım çox mühüm, çox lazımlı və diqqətəlayiqdir.

152
00:25:29,920 --> 00:25:41,920
Yaxud Yəzddə bir şəhid anası təşəbbüs göstərib,

153
00:25:42,240 --> 00:25:51,760
bir qrup qadınla birlikdə evlərində maska tikərək camaata pulsuz paylayırlar.

154
00:25:52,560 --> 00:26:04,800
Və ya Nəhavənddə Müqəddəs Müdafiə dövründə çörək bişirib cəbhəyə göndərmiş bir qrup qadın xəstəliyin kontrol altına alınması üçün səfərbər olaraq işə keçib.

155
00:26:05,440 --> 00:26:15,760
Xuzistanda din tələbələri qərargah təşkil ediblər, hətta camaatın evinin içini də dezinfeksiya edirlər.

156
00:26:16,640 --> 00:26:30,720
Şirazda məhəllə ağsaqqalları əmlak sahibləri – evini, mağazasını icarəyə verənlərlə görüşüb söhbət edirlər ki,

157
00:26:31,200 --> 00:26:34,560
sahibkarlardan icarə haqqını almasınlar, yaxud güzəşt etsinlər.

158
00:26:35,200 --> 00:26:44,480
Təbrizdə teoloji mərkəzin direktoru özü şəxsən işə qoşulub, küçəbəküçə gəzir.

159
00:26:44,960 --> 00:26:52,800
Şəhərlərdən birində seçkidə səs toplamamış dindar namizədlərdən biri

160
00:26:53,360 --> 00:27:06,160
öz qərargahını buraxmayıb, koronavirusa qarşı mübarizə cihadında aktiv iştirak edən insanları təşkilatlandırmaq məqsədilə fəaliyyətini davam etdirir.

161
00:27:07,520 --> 00:27:15,360
Əlbəttə ki, bunlar mənə tələsik çatdırılmış məhdud məlumatlardır.

162
00:27:15,760 --> 00:27:27,360
Ölkənin hər yerində yüzlərlə, bəlkə minlərlə analoji faktlar mövcuddur ki, mən onlardan bəzilərini bundan əvvəlki söhbətimdə qeyd etmişəm.

163
00:27:27,360 --> 00:27:41,280
Önəmli olan odur ki, bütün bunların cəmiyyətimizdə, insanlarımızın qəlbində dərin kök ataraq genişlənmiş İslam mədəniyyətinin göstəricisi olduğuna diqqət yetirək.

164
00:27:42,320 --> 00:27:54,080
Özəlliklə son 10-20 ildə, təəssüflər olsun ki, xalqı Qərb mədəniyyətinə,

165
00:27:54,640 --> 00:28:06,400
Qərbə xas həyat tərzinə meyilləndirmək üçün İran mədəniyyətini, iranlı-müsəlman həyat tərzini alçaldan şəxslərin arzu və iddialarının əksinə olaraq,

166
00:28:06,720 --> 00:28:24,480
xoşbəxtlikdən, bu islami düşüncə, İslam mədəniyyəti, islami dəyərlər silsiləsi xalqımızın mənəviyyatında çox güclü və geniş bir şəkildə duyulur.

167
00:28:25,040 --> 00:28:35,280
Və bu mənzərənin müqabilində Qərb mədəniyyəti də öz “barını” verdi.

168
00:28:36,000 --> 00:28:47,280
Qərbdə, Amerikada, Avropa dövlətlərində baş verənlər onların tərbiyə və mədəniyyətini ortaya qoydu (bəzi məsələlər barədə bizim televiziyalar məlumat verdi,

169
00:28:47,840 --> 00:28:56,960
bəzi faktlar isə işıqlandırılmadı, amma bizə məlumat gəlib çatır, bilirik).

170
00:28:57,280 --> 00:29:11,120
Bir dövlət başqa bir dövlətə məxsus olan maska və əlcək dolu yükü yolda müsadirə edib mənimsəyə;

171
00:29:12,160 --> 00:29:18,000
bu hal bir neçə Avropa ölkəsində və Amerikada baş verdi.

172
00:29:18,800 --> 00:29:29,600
Və ya insanlar hər gün qısa müddət ərzində  – 1-2 saat içində mağazaları boşaldalar,

173
00:29:30,080 --> 00:29:39,200
acgözlüklə piştaxtaları boşaldıb gətirib soyuducularını dolduralar;

174
00:29:39,200 --> 00:29:48,720
boş qalmış piştaxtalar bütün dünya telekanallarında nümayiş olundu, o kadrları bizimkilər də göstərdi.

175
00:29:50,160 --> 00:30:02,080
Kimlərsə bir neçə rulon tualet kağızı almaq üçün dava-dalaş salalar, yaxud silah mağazasında növbəyə düzülələr;

176
00:30:02,720 --> 00:30:12,960
göstərdilər ki, insanlar silah almaq üçün növbəyə durublar; çünki təhlükə hiss edirdilər, bu günlərdə silah əldə etmək lazım olduğunu hiss etmişdilər.

177
00:30:13,360 --> 00:30:19,120
Və ya xəstələr arasında ayrı-seçkilik qoyub ahıl xəstələri müalicə etməyələr;

178
00:30:19,600 --> 00:30:29,440
deyirlər ki, bu məhdudiyyət şəraitində ahıl, əldən düşmüş, xroniki xəstəlikləri olan xəstələr üçün zəhmət çəkməyimizə lüzum yoxdur.

179
00:30:29,680 --> 00:30:35,200
Bütün bunlar Qərbdə baş vermiş hadisələrdir.

180
00:30:35,200 --> 00:30:40,560
Bəziləri virusun qorxusundan, ölüm qorxusundan intihar ediblər.

181
00:30:40,560 --> 00:30:46,320
Bəzi Qərb millətləri bu kimi davranışlar nümayiş etdirdilər.

182
00:30:46,720 --> 00:30:54,480
Əlbəttə ki, bu, Qərb mədəniyyətinə hakim olan fəlsəfənin təbii və məntiqi nəticəsidir;

183
00:30:55,040 --> 00:31:03,280
yəni fərdiyyətçi, maddiyyatçı, əksər hallarda ateist fəlsəfənin;

184
00:31:03,680 --> 00:31:16,080
belə ki hansısa məktəblərdə Yaradana etiqad olsa da, o etiqad Allahı həqiqi tanımaya yol açan düzgün və dərin bir monoteist etiqad deyil. Bu da vacib bir məsələdir.

185
00:31:16,560 --> 00:31:31,280
Bir məqamı da qeyd edim: bir neçə gün bundan əvvəl Qərb senatorlarından biri belə bir fikir səsləndirib ki, vəhşi Qərb yenidən dirilib; bunu onlar özləri deyib.

186
00:31:32,000 --> 00:31:44,640
Biz bər-bəzəkli, odekalonlanmış, qalstuk taxmış zahiri görünüşünə rəğmən, Qərbin vəhşi bir ruha sahib olduğunu deyəndə

187
00:31:44,880 --> 00:31:54,880
bəziləri təəccülənir və bunu inkar edirlər. İndi qərblilər özləri deyirlər ki, bu, vəhşi Qərbin yenidən canlanmasının təzahürüdür.

188
00:31:56,000 --> 00:32:06,400
Bu hadisənin digər bir mühüm aspekti isə əziz xalqımızın tövsiyələrə yüksək səviyyədə əməl etməsidir.

189
00:32:06,960 --> 00:32:19,840
Həqiqətən də, şahidi oluruq ki, insanlarımız Koronavirusla Milli Müarizə Komitəsinin qəti surətdə verdiyi tapşırıq və tövsiyələrə əməl edirlər.

190
00:32:20,160 --> 00:32:27,840
Bəli, ola bilsin, nə vaxtsa nəyisə tərəddüdlə deyələr, insanlar da o işi görməyin vacib olduğu barədə qəti nəticəyə gəlməyələr,

191
00:32:28,400 --> 00:32:38,000
amma nəsə qəti surətdə elan edilir və o işi görməyin vacib olduğu çatdırılırsa,

192
00:32:38,320 --> 00:32:45,680
camaat rəsmilərin qərarlarını canla-başla dəstəkləyir. Bunun bir nümunəsini bu il fərvərdin ayının 13-ü müşahidə etdik;

193
00:32:45,680 --> 00:32:53,840
heç inanmazdın ki, insanlarımız “Sizdəh bedər” mərasimini  qeyd etməkdən imtina edələr, amma imtina etdilər. Camaatımız həmin gün evdən çölə çıxmadı.

194
00:32:54,640 --> 00:33:08,000
Bu onu göstərir ki, xalqımız bu virusla mübarizədə sözün həqiqi mənasında ümumi nizam-intizamı qəbul edib;

195
00:33:08,000 --> 00:33:14,400
əlbəttə ki, bu nizam-intizam davam etdirilməlidir. Bu ümumi intizamı qoruyub saxlamaq,

196
00:33:14,400 --> 00:33:22,320
virusla mübarizə sahəsində birinci dərəcəli rəsmi orqan olan Milli Komitənin qərarlarına

197
00:33:22,320 --> 00:33:26,080
ciddi yanaşmaq və onlara uyğun davranmaq lazımdır.

198
00:33:26,400 --> 00:33:38,320
Məsələnin digər bir aspekti isə budur ki, əlbəttə, bu gün koronavirus bəşəriyyətin üzləşdiyi böyük bir problem, genişmiqyaslı

199
00:33:38,640 --> 00:33:54,640
və təhlükəli bir pandemiyadır, lakin bu problem çoxsaylı digər problemlərlə müqayisədə kiçik hesab olunur.

200
00:33:54,640 --> 00:34:02,640
Dünyamızda və elə bizim öz ölkəmizdə elə problemlərin şahidi olmuşuq ki,

201
00:34:03,440 --> 00:34:15,440
bundan heç də kiçik olmayıb, əksinə böyük olub. 32 il bundan əvvəl

202
00:34:15,440 --> 00:34:27,680
elə koronavirusun regionumuza nüfuz etdiyi günlərdə Səddam Hüseynin təyyarələri müəyyən ərazilərə kimyəvi maddələr tökmüşdülər,

203
00:34:28,320 --> 00:34:40,400
minlərlə vətəndaşımızı, həmçinin öz vətəndaşlarını bibər qazı və sairlə qətlə yetirmişdilər; belə bir hadisə baş vermişdi.

204
00:34:40,960 --> 00:34:48,880
Əlbəttə ki, o dövrdə dünyanın bütün dövlətləri Səddamın tərəfini tutur, ona kömək edirdilər.

205
00:34:49,280 --> 00:35:00,240
Həmin – əlbəttə ki, sözdə – “mədəni” və “mütərəqqi” dövlətlərdən bəziləri hətta özləri Səddama kimyəvi maddələr, kimyəvi silahlar vermişdilər.

206
00:35:00,800 --> 00:35:09,280
İndiyə qədər də onların heç biri bu cinayətinə görə məsuliyyətə cəlb olunmayıb, cavabdehlik daşımayıb.

207
00:35:09,520 --> 00:35:19,920
Və o cinayətkar  – yəni Səddam bizim camaatımızın, həmçinin özünün Hələbçədə yaşayan vətəndaşlarının  başına o oyunu açmışdı.

208
00:35:20,320 --> 00:35:31,680
Hələbçə əhalisinin İslam Respublikasının döyüşçüləri ilə əməkdaşlıq edə biləcəyini hiss etdiyinə görə

209
00:35:31,680 --> 00:35:40,240
ora da kimyəvi silah tökmüşdü, insanları elə küçədə getdikləri yerdəcə öldürmüşdü. Belə faktlar var.

210
00:35:40,720 --> 00:35:52,000
Dünyada baş vermiş böyük müharibələrdə, I və II dünya müharibələrində milyonlarla insan həlak olub. Hazırda dünyada

211
00:35:52,000 --> 00:35:57,680
1 miyondan bir qədər artıq insan koronavirusa yoluxub.

212
00:35:57,680 --> 00:36:08,960
Avropada təxminən 20 illik fasilə ilə baş vermiş I və II dünya müharibələrində isə bir neçə milyon adam qətlə yetirilib; indi dəqiq say mənim yadımda deyil,

213
00:36:09,280 --> 00:36:16,800
amma bilirəm ki, 10 milyondan artıqdır.

214
00:36:17,280 --> 00:36:25,280
Amerikanın hücumu nəticəsində baş vermiş Vyetnam müharibəsində də eynilə; və digər müxtəlif müharibələrdə.

215
00:36:25,680 --> 00:36:39,920
Elə bu son vaxtlar Amerikanın dəstəklədiyi qüvvələrin İraqa hücumu nəticəsində çoxlu sayda insan öldürülüb, şəhid olub. Saysız-hesabsız belə faktlar misal gətirmək olar.

216
00:36:40,320 --> 00:36:53,120
Odur ki biz bu koronavirus haqda düşündüyümüz zaman dünyada hər zaman mövcud olmuş digər mühüm hadisələrdən diqqətimizi yayındırmamalı

217
00:36:53,520 --> 00:37:11,280
və bilməliyik ki, elə bu dəqiqə də dünyada milyonlarla insan düşmənlərin, super-güclərin zülm və təzyiqlərinə məruz qalır.

218
00:37:11,280 --> 00:37:18,320
Yəməndə, Fələstində, dünyanın digər əksər regionlarında insanlar əzilirlər.

219
00:37:18,320 --> 00:37:23,760
Deməli, korona məsələsi bizim diqqətimizi düşmənlərin,

220
00:37:24,240 --> 00:37:32,720
imperialistlərin məkrli planlarından yayındırmamlıdır. İmperialistlərin düşmənçiliyi də İslam Respublikasının özü ilədir.

221
00:37:33,040 --> 00:37:41,440
Əgər kimsə “biz düşmənçilik etməsək, bizimlə düşmənçilik etməzlər” deyə düşünürsə, bilməlidir ki, bu belə deyil. Onlar üçün İslam Respublikasının,

222
00:37:41,920 --> 00:37:53,600
dinə əsaslanan xalq hakimiyyəti rejiminin özü məqbul deyil, onlar bunu dərk edə, buna dözümlü yanaşa bilmirlər. Bu da bir məqam.

223
00:37:53,600 --> 00:38:05,760
Koronavirusa qarşı Milli Mübarizə Komitəsinin rəsmiləri ciddi surətdə işləyirlər, bizə də hesabatlar verilir, məlumat alırıq.

224
00:38:06,320 --> 00:38:14,800
Əhalinin aztəminatlı təbəqəsi ilə də bağlı müəyyən layihələr,

225
00:38:15,360 --> 00:38:23,280
proqramlar nəzərdə tutulub. Mən tövsiyə və təkid edirəm ki, həmin proqramlar

226
00:38:23,280 --> 00:38:33,120
mümkün qədər tez bir zamanda, daha geniş və ən optimal surətdə icra olunsun, inşallah. Lakin bununla yanaşı, vətənadaşlarımızın da öhdəsinə müəyyən vəzifə düşür.

227
00:38:33,840 --> 00:38:42,960
Bir qrup insan var ki hazırkı şəraitdə, bu vəziyyətdə, həqiqətən də, maddi cəhətdən çətinlik çəkir,

228
00:38:43,600 --> 00:38:53,440
gündəlik dolanışığını təmin edə bilmir. İmkanlı şəxslər

229
00:38:53,760 --> 00:39:02,480
bu sahədə geniş fəaliyyətə başlamalıdırlar. Şərafətli “Şəcərətün-nübüvvə” salavatında oxuyuruq:

230
00:39:02,480 --> 00:39:17,520
شَجَرَةُ النُّبُوَّة» ميخوانيم: وَ ارزُقني مُواساةَ مَن قَتَّرتَ‌ عَلَيهِ مِن رِزقِکَ بِمَا وَسَّعتَ عَلَيَّ مِن فَضلِکَ ... وَ اَحيَيتَني‌ تَحتَ‌ ظِلِّک

231
00:39:17,760 --> 00:39:27,040
Yəni bu, mütləq həyata keçirilməli olan, lazımlı işlərdən biridir; xüsusilə də nəzərə alsaq ki, qarşıdan ramazan ayı gəlir.

232
00:39:27,520 --> 00:39:40,160
Ramazan ayı ehsan, fədakarlıq, ehtiyaclı insanlara yardım ayıdır. Ölkədə kasıb, ehtiyaclı insanlara

233
00:39:40,560 --> 00:39:50,800
saf, ilahi niyyətlə yardım edilməsi üçün genişmiqyaslı bir aksiyaya start verilsə, görün nə yaxşı olar!

234
00:39:50,800 --> 00:39:57,520
Bu baş versə, ilimiz yaddaşlarda xoş bir xatirə ilə qalar.

235
00:39:58,000 --> 00:40:14,400
İmam Zamanı (ə.f) sevənləri müəyyən etmək üçün biz özümüz Mehdinin cəmiyyətinin kiçik mənzərələrini, xırda modellərini yaratmalıyıq.

236
00:40:14,400 --> 00:40:25,200
Az öncə qeyd etdik ki, Mehdinin cəmiyyəti haqq-ədalətin hökm sürdüyü, insanın şərəf və ləyaqətinin uca tutulduğu, elmin inkişaf etdiyi,

237
00:40:25,200 --> 00:40:34,240
insanların bir-birinə arxa-dayaq, qardaş olduğu bir cəmiyyətidir. Bütün bunları biz öz cəmiyyətimizdə də bacardığımız qədər reallaşdırmalıyıq. Bu bizi həmin o ideal cəmiyyətə yaxınlaşdıracaq.

238
00:40:34,880 --> 00:40:43,040
Son olaraq onu qeyd etmək istəyirəm ki, virusla əlaqədar olaraq, ramazan ayının

239
00:40:43,360 --> 00:40:54,960
toplu tədbir və mərasimləri keçirilməsə də – hansı ki o tədbirlər, o dua və təvəssül məclisləri, söhbətlər çox dəyərlidir, amma bu il mövcud vəziyyətin tələbinə uyğun olaraq bütün bunlardan məhrumuq

240
00:40:55,280 --> 00:41:05,440
– çalışaq, Uca Yaradana fərdi şəkildə, təklikdə dua, yalvarış və ibadətə önəm verək.

241
00:41:07,120 --> 00:41:17,040
Biz elə öz evimizdə, özümüzə aid olan xəlvət bir guşədə, öz ailə üzvlərimizin, övladlarımızın arasında da

242
00:41:17,840 --> 00:41:26,800
o mənəvi halı, Allah-taalaya o diqqəti, itaət və təslimkarlıq ruhiyyəsini yarada bilərik.

243
00:41:27,120 --> 00:41:41,040
Əlbəttə ki, televiziya vasitəsilə də bu səpkidə proqramlar yayımlanacaq, onlardan da bəhrələnmək olar. Bu əməlləri yerinə yetirməyimiz lazımdır.

244
00:41:41,520 --> 00:41:53,280
Rəsmilərə də – həm rəsmilərə, həm də elm və texnologiya sferasında fəal olan gənc mütəxəssislərə – bir tövsiyəm var ki,

245
00:41:53,760 --> 00:42:04,400
2 şeyi yaddan çıxarmasınlar: birincisi, sıçrayışlı istehsal – hansı ki bu, ölkə üçün həyat əhəmiyyətli bir məsələdir və biz nəyin bahasına olursa-olsun

246
00:42:05,040 --> 00:42:11,360
istehsalın inkişafına çalışmalı və bu sahədə sözün əsl mənasında sıçrayışa nail olmalıyıq

247
00:42:11,760 --> 00:42:21,840
– ikincisi isə elmi-tədqiqat laboratoriyalarının yaradılması, onların fəaliyyətinin yüksək səviyyədə qurulması və ölkənin çoxsaylı ehtiyaclarının təmin olunmasıdır ki,

248
00:42:21,840 --> 00:42:28,000
ümid edirəm, inşallah, bu sahədə çalışan gənclərimiz bu işi diqqət mərkəzində saxlayacaqlar

249
00:42:28,400 --> 00:42:44,240
Allahdan İran xalqına xoşbəxtlik arzu edirəm; Allah-taala İmam Xomeyninin (r.ə) pak ruhunu şad etsin, əziz şəhidlərimizin pak ruhlarını Məhşərə Həzrət Peyğəmbərlə (s) birgə gətirsin.

250
00:42:44,640 --> 00:42:56,640
İnşallah, İran xalqını qarşıya məqsəd qoyduğu böyük arzularına çatdırsın və Həzrət Mehdinin (ə.f) zühurunu yaxınlaşdırsın.

251
00:42:57,120 --> 00:43:00,640
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

252
00:43:05,520 --> 00:43:15,120
Bayaq mən səhvən 1 milyon insan qətlə yetirilib dedim;

253
00:43:15,120 --> 00:43:23,360
1 milyondan bir qədər artıq insan yoluxub, dünya üzrə bu xəstəlikdən vəfat edənlərin sayı isə bundan çox çox azdır.

254
00:43:23,920 --> 00:43:30,960
İndiyə qədər 1 milyon insan yoluxub, əlbəttə, vəfat edənlər də var ki, onların da sayı bundan azdır.

255
00:43:30,960 --> 00:43:36,400
Mən səhvən söylədim ki, bir milyon insan vəfat edib və ya məsələn qətlə yetrilib.