1
00:00:00,560 --> 00:00:03,280
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,920 --> 00:00:11,680
و الحمدلله ربّ العالمين و صلّي الله علي محمّد و آله الطّاهرين

3
00:00:12,240 --> 00:00:19,200
و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين

4
00:00:21,120 --> 00:00:29,680
Dünyanın hər yerindəki müsəlman qardaş və bacılarımı salamlayır,

5
00:00:30,640 --> 00:00:40,560
mübarək ramazan ayında etdikləri ibadətlərin Allah dərgahında qəbul olunmasını diləyir,

6
00:00:41,360 --> 00:00:52,240
artıq yetişməkdə olan mübarək Fitr bayramı münasibətilə hamısını təbrik edir,

7
00:00:53,680 --> 00:01:04,480
bu ilahi ziyafət ayını yaşamaq nemətini bizə nəsib etdiyinə görə Allaha şükürlər edirəm.

8
00:01:04,800 --> 00:01:20,320
Bu gün Qüds Günüdür; İmam Xomeyninin (r.ə) uzaqgörən təşəbbüsünün nəticəsi olan bu gün

9
00:01:21,120 --> 00:01:29,520
Qüdsi-Şərif və məzlum Fələstinlə bağlı müsəlman həmrəyliyini təmin etməkdə birləşdirici halqa olması məqsədilə təsis edilmiş,

10
00:01:30,960 --> 00:01:40,320
son onilliklər ərzində bu baxımdan mühüm rol oynamış və bundan sonra da oynayacaqdır, inşallah.

11
00:01:41,600 --> 00:02:01,200
Xalqlar Qüds Gününü böyük rəğbətlə qarşılamış və onu öz vacib prioritetləri kimi – yəni “Fələstinə azadlıq!” şüarını daim yaşatmaq üçün hər il coşğu ilə qeyd etmişlər.

12
00:02:02,480 --> 00:02:17,520
İmperializm və sionizmin ən başlıca siyasətlərindən biri müsəlman toplumların düşüncəsində Fələstin məsələsini arxa plana keçirib unutdurmaqdan ibarətdir.

13
00:02:18,160 --> 00:02:32,800
Düşmənin mədəni-siyasi muzdurlarının əli ilə müsəlman ölkələrinin öz daxilindəcə həyata keçirilən bu xəyanətə qarşı mübarizə aparmaq bizim təxirəsalınmaz vəzifələrimizdəndir.

14
00:02:34,640 --> 00:02:46,480
Və həqiqət budur ki, Amerika, digər imperialistlər və onların regiondakı əlbuyruqçuları hər nə qədər pul xərcləyib dəridən-qabıqdan çıxsalar da,

15
00:02:46,960 --> 00:02:55,360
müsəlman xalqlarının qeyrəti, özünəinamı və günbəgün artan sayıqlığı

16
00:02:56,160 --> 00:03:08,320
Fələstin məsələsi qədər böyük bir məsələnin unudulub getməsinə imkan verə bilməz.

17
00:03:09,120 --> 00:03:23,440
İlk olaraq, Fələstinin işğalının və yerində öldürücü xərçəng şişi olan İsrail rejiminin təşkil edilməsinin nə qədər böyük bir faciə olduğunu xatırlatmaq istərdim.

18
00:03:24,240 --> 00:03:37,600
Ən yeni tarixdə törədilmiş bəşəri cinayətlər arasında bu qədər genişhəcmli və aqressiv olan ikinci bir cinayət yoxdur.

19
00:03:39,280 --> 00:03:50,720
Bütöv bir ölkənin işğalı, əhalisinin öz ev-eşiyindən, ata-baba torpaqlarından həmişəlik qovulması –

20
00:03:51,600 --> 00:04:04,320
özü də ən faciəli qətl, cinayət və soyqırımları ilə müşayiət olunan bu tarixi zülmü onillər ərzində davam etdirməklə –

21
00:04:04,720 --> 00:04:12,400
həqiqətən də, insan övladının törədə biləcəyi şeytani əməl və vəhşiliklərin yeni bir rekordudur.

22
00:04:14,480 --> 00:04:24,480
Bu faciənin icraçısı və əsas günahkarı Qərb dövlətləri və onların şeytani siyasətləri idi.

23
00:04:26,000 --> 00:04:37,520
I Dünya müharibəsində qalib olmuş dövlətlər Paris Konfransında Qərbi Asiya regionunu, yəni Osmanlı dövlətinin

24
00:04:38,560 --> 00:04:47,280
Asiyadakı ərazilərini əsas müharibə qəniməti kimi öz aralarında bölüşdürdükləri gün

25
00:04:47,920 --> 00:05:00,640
bu regionun daxilində daimi ağalıqlarını qarant altına ala biləcək əmin-arxayın bir istinadgaha əvvəlkindən daha çox ehtiyac duymağa başladılar.

26
00:05:03,040 --> 00:05:15,440
Hələ ondan illər öncə İngiltərə “Balfur bəyannaməsi” planı ilə bunun üçün zəmin hazırlamış, yəhudi-plutokratların ideoloji dəstəyi sayəsində

27
00:05:15,840 --> 00:05:26,880
“sionizm” adlı bidəti aktivləşməyə hazır bir vəziyyətə gətirmişdi. (Paris Konfransından sonra isə onun üçün əməli zəmin hazırlanmağa başladı.)

28
00:05:28,080 --> 00:05:38,880
Elə o illərdən artıq ilkin hazırlıq tədbirləri görüldü və nəhayət II Dünya müharibəsindən sonra

29
00:05:38,880 --> 00:05:55,760
region dövlətlərinin məlumatsızlığından və problemlərin məngənəsində sıxılmasından istifadə edərək öz zərbələrini endirib qondarma, xalqı olmayan İsrail dövlətinin yaradıldığını elan etdilər.

30
00:05:57,360 --> 00:06:07,600
Bu zərbənin hədəfi ilk növbədə Fələstin xalqı, daha sonra isə bütün region xalqları idi.

31
00:06:09,280 --> 00:06:22,320
Regionda gedən sonrakı proseslərə nəzər salarkən aydın olur ki, qərblilərin və yəhudi maqnatların İsrail dövlətini yaratmaqda əsl

32
00:06:23,040 --> 00:06:33,920
və yaxınperspktivli hədəfi Qərbi Asiyada özlərinin daimi iştirak və nüfuzunun dayağını qurmaq,

33
00:06:34,320 --> 00:06:40,960
region ölkələri və dövlətləri üzərində öz diktə və ağalıqlarını daha əlçatan edə bilmək olmuşdur.

34
00:06:42,000 --> 00:06:56,160
Məhz buna görə də qondarma və qəsbkar rejimi ən müxtəlif hərbi və qeyri-hərbi güc vasitələri, hətta nüvə silahı ilə təchiz etmiş,

35
00:06:57,280 --> 00:07:07,680
bu məhvedici xərçəng şişini Nildən Fərata qədər geniş bir əraziyə yaymağı öz planlarına daxil etmişlər.

36
00:07:08,400 --> 00:07:20,480
Təəssüf ki, əksər ərəb dövlətləri ilk vaxtlar buna müqavimət göstərdiklərinə – və bəziləri bunu çox təqdirəlayiq formada etdiklərinə baxmayaraq, tədricən təslim oldular.

37
00:07:20,880 --> 00:07:32,720
Xüsusilə də ABŞ problemin himayəçisi kimi ön plana keçdikdən sonra həm öz dini, siyasi və insanlıq borclarını,

38
00:07:33,200 --> 00:07:43,040
həm də bir ərəb kimi qeyrət və qürurlarını unudaraq aldadıcı ümidlərlə düşmənin məqsədlərinə xidmət etməyə başladılar.

39
00:07:44,000 --> 00:07:49,360
“Kemp-Devid” müqaviləsi bu acı reallığın açıq-aydın nümunəsidir.

40
00:07:50,720 --> 00:08:00,000
Mücahid dəstələr də ilk illər etdikləri bəzi fədakar mübarizələrdən sonra

41
00:08:00,720 --> 00:08:17,680
Fələstin idealının gerçəkləşməsi ilə sonuclana biləcək bu xətti buraxıb, tədricən uğursuz bir yola – işğalçı dövlət və onun himayədarları ilə danışıqlar yoluna yönəldildilər.

42
00:08:18,480 --> 00:08:31,600
Amerika və digər Qərb dövlətləri, habelə iradəsiz beynəlxalq təşkilatlarla danışıqlar Fələstinin acı və uğursuz təcrübəsidir.

43
00:08:32,480 --> 00:08:44,720
BMT-nin Baş Assambleyasında “zeytun budağı” nümayiş etdirməyin nəticəsi yalnız “Oslo” anlaşması kimi ziyanlı bir anlaşma ola bilərdi ki,

44
00:08:45,120 --> 00:08:51,520
onun da sonu Yasir Ərəfatın ibrətlik müqəddəratı oldu.

45
00:08:53,200 --> 00:09:01,040
İranda İslam İnqilabının günəşinin doğması ilə Fələstin uğrunda mübarizədə yeni bir səhifə açıldı.

46
00:09:01,600 --> 00:09:13,360
Elə ilk addımlardan, yəni şah dövründə İranı özlərinin təhlükəsiz bazası hesab edən sionistlərin ölkədən qovulmasından,

47
00:09:14,400 --> 00:09:24,560
İsrailin qeyri-rəsmi səfirliyinin yerləşdiyi binanın Fələstin nümayəndəliyinin ixtiyarına verilməsindən, neft nəqlinin kəsilməsindən tutmuş

48
00:09:25,360 --> 00:09:37,680
böyük miqyaslı işlərə, geniş siyasi fəaliyyətlərə qədər – bütün tədbirlər bütövlükdə regionda müqavimət cəbhəsinin meydana gəlməsinə səbəb oldu

49
00:09:38,560 --> 00:09:52,320
və ürəklərdə problemin həllinə bir ümid işardı. Müqavimət cəbhəsinin yaranması ilə İsrailin işi getdikcə çətinləşdi –

50
00:09:53,040 --> 00:10:08,080
və əlbəttə ki, gələcəkdə daha da çətinləşəcək, inşallah – lakin başda Amerika olmaqla onun himayəçilərinin də səyləri son dərəcə gərginləşdi.

51
00:10:09,040 --> 00:10:18,800
Livanda gənc, mömin və fədakar insanları özündə birləşdirən “Hizbullah” qüvvələrinin ortaya çıxması, Fələstinin öz sərhədləri içərisində

52
00:10:19,200 --> 00:10:27,760
“Həmas” və “İslami cihad” kimi stimullu müqavimət dəstələrinin təşkil olunması nəinki İsrailin başında duranları,

53
00:10:28,080 --> 00:10:35,120
həmçinin Amerikanı və Fələstinin Qərbdəki digər bədxahlarını da narahat edərək qorxutdu

54
00:10:35,840 --> 00:10:44,080
və regionun daxilindən, ərəb toplumunun öz içindən kömək almağı İsrail rejiminin nəzəri

55
00:10:44,080 --> 00:10:49,840
və maddi-texniki dəstəyi sayəsində onların planları sırasında ən başa keçirdi.

56
00:10:51,040 --> 00:11:01,040
Onların apardığı genişhəcmli işlərin nəticəsi bu gün bəsi ərəb dövlətlərinin başçılarının, həmçinin ərəb dünyasının bəzi xain mədəni

57
00:11:01,600 --> 00:11:09,760
və siyasi fəallarının danışığında və davranışında açıq-aşkar surətdə göz önündədir.

58
00:11:10,480 --> 00:11:18,960
Bu gün mübarizə müstəvisində hər iki tərəfdən növbənöv fəaliyyətlər müşahidə olunur.

59
00:11:19,760 --> 00:11:32,800
Bir fərqlə ki, müqavimət cəbhəsi günbəgün artan güc və ümidlə irəli gedir,

60
00:11:33,200 --> 00:11:46,240
əksinə, zülm, küfr və imperializm cəbhəsi isə günbəgün gücünü və ümidini daha da itirir.

61
00:11:46,960 --> 00:11:59,200
Bu iddianın sübutu isə budur ki, bir vaxtlar ildırım sürətli və sarsılmaz hesab olunan,

62
00:11:59,680 --> 00:12:07,040
üstünə hücum çəkən iki ölkənin böyük ordularını bir neçə gün ərzində durdurmağa qadir olan İsrail ordusu

63
00:12:07,520 --> 00:12:18,880
bu gün Livan və Qəzzadakı mübariz xalq qüvvələri qarşısında geri çəkilib məğlubiyyətini etiraf etməyə məcbur olur.

64
00:12:21,760 --> 00:12:31,760
Buna baxmayaraq, mübarizə meydanı yenə də son dərəcə təhlükəli, dəyişkən olaraq qalır və daim diqqət tələb edir.

65
00:12:33,840 --> 00:12:39,840
Bu mübarizənin predmeti kifayət qədər mühüm, taleyüklü və həyati bir məsələdir.

66
00:12:40,160 --> 00:12:51,520
Əsas hesablamalarda hər cür diqqətsizlik, səhlənkarlıq və xəta böyük ziyanlar vura bilər.

67
00:12:53,040 --> 00:13:01,360
Bütün bu məqamlara əsasən, Fələstin məsələsinə görə narahatlıq keçirən hər kəsə bir neçə tövsiyə etmək istəyirəm:

68
00:13:01,840 --> 00:13:14,080
Fələstin uğrunda mübarizə Allah yolunda cihad, İslam dinində vacib hesab olunan və bəyənilən bir əməldir.

69
00:13:14,480 --> 00:13:28,720
Belə bir mübarizədə qələbəyə zəmanət verilib, ona görə də bu meydanda mübarizə aparan bir insan hətta qətlə yetirilsə belə, – yəni iki uğurdan: qələbə və ya şəhadətdən birini əldə etmiş olur.

70
00:13:29,520 --> 00:13:43,600
Bundan başqa, Fələstin məsələsi həm də bir humanitar problemdir. Milyonlarla insanın öz yurd-yuvasından –

71
00:13:44,640 --> 00:13:59,440
özü də qətl və cinayətlərlə – didərgin salınması hər bir insanın vicdanını sızladar, üstəlik əgər təpərli və şücaətli bir insandırsa, onu mübarizəyə vadar edər.

72
00:14:00,000 --> 00:14:09,600
Deməli, problemi yalnız Fələstinlə və ya maksimum ərəb dünyası ilə məhdudlaşdırmaq açıq-aydın yanlışdır.

73
00:14:10,800 --> 00:14:24,640
Fələstin partiyalarının, yaxud bir neçə ərəb ölkəsi başçısının əldə etdiyi razılaşma ilə bu dini və insani məsələnin üstündən keçib getməyin mümkün ola biləcəyini güman edənlər

74
00:14:24,640 --> 00:14:33,040
məsələnin dərkində son dərəcə yanılır və onu təhrif etmək xəyanətini öz üzərinə götürmüş olurlar.

75
00:14:33,600 --> 00:14:49,280
Bu mübarizənin hədəfi Fələstin torpaqlarının bütünlüklə – İordan çayından Aralıq dənizinə qədər – azad edilməsi və bütün fələstinlilərin öz yurd-yuvalarına qaytarılmasıdır.

76
00:14:50,400 --> 00:15:03,440
Fələstin dövlətinin bu diyarın bir küncünə sıxışdırılması, özü də bunun ədəbsiz sionistlərin leksikonunda qeyd edilən

77
00:15:03,920 --> 00:15:10,720
təhqiramiz bir tərzdə edilməsi nə haqq-ədalət axtarışından, nə də reallığı görməkdən xəbər verir.

78
00:15:12,080 --> 00:15:24,800
Reallıq budur ki, bu gün milyonlarla fələstinli bu böyük cihada əzm göstərəcək və əlbəttə ki, Allahın yardımına

79
00:15:25,280 --> 00:15:34,960
və son qələbəyə əmin olacaq dərəcədə yüksək təfəkkür, təcrübə və özünəinama yetişib. Hansı ki müqəddəs Qurani-Kərimdə buyurulur:

80
00:15:35,440 --> 00:15:42,160
“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (“Həcc” surəsi, 40-cı ayə)

81
00:15:43,040 --> 00:15:52,800
Şübhəsiz, dünyanın hər yerində əksər müsəlmanlar onlarla həmdərd olacaq və öz köməyini əsirgəməyəcəklər, inşallah.

82
00:15:53,120 --> 00:16:07,280
Bu mübarizədə şəriətin qəbul etdiyi istənilən halal vasitədən, o cümlədən dünya ictimaiyyətinin dəstəyindən istifadə etməyə icazə verilsə də,

83
00:16:07,680 --> 00:16:20,880
mən altını cızaraq vurğulamaq istəyirəm ki, Qərb dövlətlərinə, həmçinin zahirən, yaxud mahiyyətcə onlardan asılı olan beynəlxalq təşkilatlara inanmaq olmaz.

84
00:16:22,480 --> 00:16:31,680
Onlar təsir gücünə malik olan istənilən islami təsisatın varlığına düşməndirlər. İnsanların və xalqların hüquqları onların vecinə deyil.

85
00:16:32,560 --> 00:16:38,960
İslam ümmətinə qarşı törədilən cinayətlərin, müsəlmanların aldığı zərbələrin icraçısı elə onlar özləridir.

86
00:16:39,760 --> 00:16:52,560
İndiyə qədər hansı beynəlxalq təşkilat və ya cinayətkar dövlət neçə-neçə müsəlman, yaxud ərəb ölkəsində törətdiyi terrora,

87
00:16:52,560 --> 00:16:59,840
soyqırımına, müharibəyə, bombardmana, süni qıtlığa görə cavabdehlik daşıyıb?

88
00:17:00,800 --> 00:17:11,920
Bu gün dünya yer kürəsində koronavirus qurbanlarının sayını bircə-bircə hesablayır, amma indiyə qədər heç kəs soruşmayıb və soruşmur ki,

89
00:17:12,320 --> 00:17:25,520
Amerika və Avropanın müharibə və konfliktləri körüklədiyi ölkələrdə şəhid edilmiş, əsir götürülmüş, həyatını itirmiş yüz minlərlə insanın qatili kimdir, bütün bunlara görə kim məsuliyyət daşıyır?

90
00:17:26,640 --> 00:17:39,040
Əfqanıstanda, Yəməndə, Liviyada, İraqda, Suriyada və digər ölkələrdə axıdılmış bu qədər nahaq qanlara görə məsuliyyət kimin üzərinə düşür?

91
00:17:40,320 --> 00:17:48,160
Fələstində törədilən cinayətlərdə, qarətlərdə, təxribat və zülümlərdə kim məsuliyyət daşıyır?

92
00:17:49,040 --> 00:17:56,960
Nəyə görə heç kim İslam dünyasındakı milyonlarla məzlum uşaq, qadın və kişinin hesabını aparmır?

93
00:17:57,440 --> 00:18:06,720
Nəyə görə heç kim qətli-am edilən müsəlmanlara başsağlığı vermir? Nəyə görə milyonlarla fələstinli

94
00:18:07,280 --> 00:18:18,720
70 il ev-eşiyindən uzaq düşüb sürgün həyatı yaşamalıdır? Və nəyə görə Qüdsi-Şərif – müsəlmanların ilk qibləsi təhqir olunmalıdır?

95
00:18:19,520 --> 00:18:30,880
Adını “Millətlər Təşkilatı” qoymuş o təşkilat öhdəsinə düşən vəzfələri yerinə yetirmir, insan haqları iddiasında olan qurumlarsa ölü vəziyyətdədir.

96
00:18:31,520 --> 00:18:40,880
“Qadın və uşaq hüquqlarının müdafiəsi” şüarı Fələstin və Yəmənin məzlum körpələrinə və qadınlarına şami olunmur.

97
00:18:41,840 --> 00:18:50,000
Zalım Qərb dövlətləri və onlardan asılı olan beynəlxalq təşkilatlar bu vəziyyətdədir.

98
00:18:50,640 --> 00:19:01,360
Onların sözü ilə oturub-duran bəzi region dövlətlərinin nə qədər rüsvayçı və həyasız olduqlarını da sözlə ifadə etmək çətindir.

99
00:19:02,480 --> 00:19:10,880
Odur ki qeyrətli və dindar müsəlman toplumları özlərinə, öz daxili gücünə arxalanmalı,

100
00:19:11,600 --> 00:19:20,960
qüdrətli əllərini işə salıb Allaha inam və təvəkküllə əngəlləri aşmalıdırlar.

101
00:19:21,280 --> 00:19:33,040
Bir mühüm məqam da var ki, İslam dünyasının üzdə olan siyasətçilərinin və hərbçilərinin diqqətindən yayınmamalıdır:

102
00:19:33,360 --> 00:19:40,880
Amerika və sionistlər qarşıdurmaları müqavimət cəbhəsinin arxasına daşımaq siyasəti güdürlər.

103
00:19:42,080 --> 00:19:49,280
Suriyada vətəndaş müharibəsinin alovlandırılması, Yəmənin blokadası və gecə-gündüz davam edən qırğınlar,

104
00:19:49,920 --> 00:19:59,280
İraqda törədilən terror və təxribat əməlləri, İŞİD-in ortaya atılması, habelə bəzi digər region ölkələrində baş verən analoji hadisələr

105
00:19:59,280 --> 00:20:09,520
hamısı müqavimət cəbhəsinin başını qatıb İsrailə şans yaratmaq məqsədilə qurulan hiylələrdir.

106
00:20:10,560 --> 00:20:21,360
Müsəlman ölkələrinin bəzi siyasətçiləri bilmədən, bəziləri isə bilə-bilə düşmənin bu hiylələrinə xidmət edirlər.

107
00:20:22,560 --> 00:20:35,360
Bu xəbis siyasətin icrasının qarşısını almağın əsas yolu bütün İslam dünyasında qeyrətli gənclərin öz iradə və tələblərini ciddi bir şəkildə ortaya qoymasıdır.

108
00:20:35,920 --> 00:20:48,000
Bütün müsəlman, xüsusilə də ərəb ölkələrində gənclər Böyük İmam Xomeyninin (r.ə) bu tövsiyəsini diqqətdən qaçırmamalıdırlar:

109
00:20:48,000 --> 00:20:56,640
“Amerikaya, – əlbəttə ki, həm də sionist düşmənə, – səsiniz yetdiyi qədər bağırın!”

110
00:20:57,520 --> 00:21:13,040
İsrailin regiondakı iştirakını adiləşdirmək siyasəti ABŞ-ın başlıca siyasətlərindən biridir.

111
00:21:13,840 --> 00:21:21,920
Regionda Amerikanın əlbuyruqçusu rolunu oynayan bəzi ərəb dövlətləri

112
00:21:22,880 --> 00:21:31,520
bu xüsusda İsraillə iqtisadi əlaqələr qurmaq və sair bu kimi ön hazırlıqlar görməyə başlayıblar,

113
00:21:32,640 --> 00:21:36,480
lakin bütün bu səylər tamamilə puç və nəticəsizdir.

114
00:21:36,960 --> 00:21:48,160
İsrail rejimi bu region üçün mütləq surətdə ziyanlı, öldürücü bir törəmədir və şübhə yox ki, bir gün kökündən kəsilib atılacaq,

115
00:21:49,360 --> 00:21:58,240
imperializmin bu siyasətinin dəyirmanına su tökənlərə qalan isə rüsvayçılıq və üzüqaralıq olacaq.

116
00:21:59,040 --> 00:22:09,280
Bəziləri bu çirkin davranışlarını: “İsrail bu regionda bir reallıqdır”, – deyə izah edib əsaslandırırlar,

117
00:22:09,840 --> 00:22:19,040
lakin bir şeyi unudurlar ki, ziyanlı və öldürücü reallıqlarla mübarizə aparıb onları kənarlaşdırmaq lazımdır.

118
00:22:19,680 --> 00:22:27,520
Bu gün koronavirus bir reallıqdır və bütün şüurlu insanlar ona qarşı mübarizə aparmağı vacib hesab edirlər.

119
00:22:28,080 --> 00:22:40,160
Köhnə bir virus olan sionizm virusu da, heç şübhəsiz, bundan belə varlığını davam etdirə bilməyəcək, gənclərin əzm, iman və qeyrəti sayəsində bu regionda onun kökü kəsiləcək.

120
00:22:41,280 --> 00:22:50,000
Mənim əsas tövsiyəm budur ki, mübarizə bundan sonra da davam etdirilsin,

121
00:22:50,400 --> 00:23:02,800
cihad təşkilatları daha da mütəşəkkil vəziyyətə gətirilsin, öz aralarında sıx əməkdaşlıq edərək cihad hərəkatını bütün Fələstin ərazisində genişləndirsinlər.

122
00:23:03,760 --> 00:23:16,080
Bu müqəddəs cihadda Fələstin xalqına hamı kömək etməlidir. Mübarizə aparan fələstinlilərə hər kəs möhkəm arxa-dayaq olub maddi dəstək verməlidir.

123
00:23:17,120 --> 00:23:25,680
Biz bu yolda əlimizdən gələni qürurla edəcəyik.

124
00:23:26,240 --> 00:23:38,000
Nə vaxtsa biz özümüz üçün müəyyən etdik ki, mübariz fələstinlilər dindar, qeyrətli və şücaətlidirlər və onların yeganə problemi əliboş olmaları, silah və hərbi texnikalarının olmamasıdır.

125
00:23:40,000 --> 00:23:49,520
Allahın kömək və hidayəti ilə, lazımi tədbirləri gördük, nəticədə Fələstində güclərin balansı dəyişdi

126
00:23:49,920 --> 00:23:59,600
və bu gün Qəzza sionist düşmənin hərbi hücumlarının qarşısında durub ona qalib gələ bilir.

127
00:24:00,640 --> 00:24:13,120
“İşğal olunmuş” adlandırılan ərazilərdə də belə bir balans dəyişikliyinin yaranması Fələstin problemini yekunlaşdıra bilər.

128
00:24:14,320 --> 00:24:26,880
Bu məsələdə Fələstin Muxtariyyətinin öhdəsinə böyük bir vəzifə düşür. Yırtıcı düşmənlə yalnız öz gücünü hiss etdirərək, iqtidar mövqeyindən danışmaq olar

129
00:24:28,000 --> 00:24:35,120
və Allaha şükürlər olsun ki, şücaətli və mübariz Fələstin xalqında bu iqtidarı ələ almaq üçün lazım olan zəmin hazırdır.

130
00:24:35,920 --> 00:24:41,280
Bu gün fələstin gəncləri öz heysiyyətini qorumaq şövqü ilə yanır.

131
00:24:41,680 --> 00:24:50,800
Fələstində “Həmas” və “İslami Cihad”, Livanda “Hizbullah” hansı yolu tutmağın doğru olduğunu hamıya sübut etdi.

132
00:24:51,600 --> 00:25:03,520
Dünya İsrail ordusunun Livan sərhədlərini pozub Beyruta qədər irəlilədiyi,

133
00:25:04,320 --> 00:25:13,120
Ariel Şaron adlı qatil cinayətkarın Səbra və Şətilada qan gölü yaratdığı günləri

134
00:25:14,240 --> 00:25:27,040
unutmayıb və unutmayacaq! Həmçinin dünya həmin o ordunun “Hizbullah”ın əzici zərbələri altında

135
00:25:27,520 --> 00:25:39,840
saysız-hesabsız itkilərlə məğlubiyyətini etiraf edərək Livan sərhədlərindən geri çəkilib atəşkəs üçün yalvarmağa məcbur qaldığı günü də unutmayıb və unutmayacaq!

136
00:25:40,960 --> 00:25:51,920
Əlidolu, güc və iqtidarı olmaq budur!

137
00:25:53,120 --> 00:26:06,960
Qoy Səddama kimyəvi silah satdığı üçün əbədi olaraq xəcalət çəkməli olan hansısa Avropa dövləti vüqarlı və mübariz “Hizbullah”ı qanunsuz bir qurum hesab etsin!

138
00:26:07,840 --> 00:26:13,600
Qanunsuz olan, İŞİD-i yaratmış Amerikadır,

139
00:26:14,240 --> 00:26:25,120
Səddama verdikləri kimyəvi maddələr ucbatından İranın Banəsində və İraqın Hələbçəsində minlərlə insanın ölümünə səbəb olmuş o Avropa dövlətləridir!

140
00:26:26,080 --> 00:26:36,960
Və son olaraq demək istəyirəm ki, Fələstin fələstinlilərindir və onların iradəsi əsasında idarə olunmalıdır.

141
00:26:37,600 --> 00:26:49,200
Bizim hələ 20 il bundan əvvəl təklif etdiyimiz kimi, Fələstində yaşayan bütün etnik qruplar və dini konfessiyalar arasında referendumun keçirilməsi layihəsi

142
00:26:49,520 --> 00:26:56,880
Fələstinin hazırkı və gələcək əzab-əziyyətlərindən yeganə çıxış yolu ola bilər.

143
00:26:57,360 --> 00:27:08,080
Bu layihə onu göstərir ki, Avropa dövlətlərinin öz ruporları vasitəsilə dünyaya car çəkdikləri anti-semitizm iddiaları tamamilə puç və əsassızdır.

144
00:27:08,720 --> 00:27:21,600
Bu layihəyə görə, müsəlman, yəhudi və xristian fələstinlilər hamısı birlikdə bir referenduma qatılıb Fələstinin siyasi quruluşunu müəyyən edəcəklər.

145
00:27:22,320 --> 00:27:26,640
Sionist rejim mütləq getməlidir

146
00:27:27,600 --> 00:27:33,920
və sionizmin özü yəhudiliyə tamamilə yad, bu dinə sonradan gətirilmiş bir bidətdir.

147
00:27:34,480 --> 00:27:46,640
Sonda Şeyx Əhməd Yasin, Fəthi Şəqqaqi, Seyid Abbas Musəvidən tutmuş

148
00:27:47,200 --> 00:27:56,720
İslamın böyük sərkərdəsi, müqavimətin unudulmaz siması Şəhid Qasim Süleymaniyə

149
00:27:57,360 --> 00:28:06,720
və böyük İraq mücahidi Şəhid Əbu Mehdi Mühəndisə qədər – bütün Qüds şəhidlərinin xatirəsini ehtiramla yad edir,

150
00:28:07,360 --> 00:28:17,680
şərəf və cihad yolunu üzümüzə açmış dahi liderimiz İmam Xomeyninin (r.ə) ruhuna rəhmət deyir,

151
00:28:18,080 --> 00:28:28,880
həmçinin bu yolda illərlə çalışıb-vuruşmuş mücahid qardaşımız Hüseyn Şeyxül-İslama da Allahdan rəhmət diləyirəm.

152
00:28:29,920 --> 00:28:42,720
Sonda məni eşidən və seyr edən hər kəsə bunu demək istəyirəm: bu il ilk Qüds günüdür ki,

153
00:28:44,000 --> 00:28:55,120
əzizimiz Qasim Süleymani bizimlə yoxdur. Qoy onun ruhunu şad etmək üçün hər kəs bir “Həmd” və bir “Qul huvəllah” oxusun.

154
00:28:55,600 --> 00:29:06,400
بِسْمِ اللَّهِ الرَّحمانِ الرَّحِيمِ ﴿۱﴾ اَلحَمدُ لِلّهِ رَبِّ العَالَمِينَ ﴿۲﴾ الرَّحمانِ الرَّحِيمِ ﴿۳﴾ مَالِکِ يَومِ الدِّينِ ﴿۴﴾ إِيَّاکَ نَعبُدُ وَ إِيَّاکَ نَستَعِينُ

155
00:29:06,400 --> 00:29:17,760
اِهدِنَا الصِّرَاطَ المُستَقِيمَ ﴿۶﴾ صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ الْمَغضُوبِ عَلَيهِمْ وَلَا الضَّالِّينَ

156
00:29:17,760 --> 00:29:28,800
بِسْمِ اللّهِ الرَّحمانِ الرَّحِيمِ قُل هُوَ اللَّهُ أَحَدٌ ﴿۱﴾ اللَّهُ الصَّمَدُ ﴿۲﴾ لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ ﴿۳﴾ وَ لَمْ يَکُنْ لَهُ کُفُوًا أَحَدٌ

157
00:29:29,120 --> 00:29:31,920
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.