1
00:00:00,400 --> 00:00:03,040
Bağışlayan və Mehriban Allahın adı ilə.

2
00:00:04,000 --> 00:00:13,840
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:14,560 --> 00:00:22,960
و آله الطّيّبين الطّاهرين المعصومين سيّما بقيّة الله في الارضين

4
00:00:27,200 --> 00:00:44,960
Bu gün dahi liderimiz İmam Xomeyninin anım mərasimi həmişəkindən fərqli şəkildə qeyd olunur.

5
00:00:49,520 --> 00:01:00,480
Mərasimin necə keçirilməsi önəmli deyil. Əsas və önəmli olan odur ki, dahi öndərimiz İmam Xomeyni haqqında danışacağıq,

6
00:01:02,480 --> 00:01:12,560
bu söhbətlərə isə ölkəmizin bu günü və sabahı üçün bizim ehtiyacımız var.

7
00:01:14,400 --> 00:01:31,040
İmamı fiziki olaraq itirdiyimiz gündən illər keçsə də, o bizim aramızda hələ də yaşayır, yaşamalıdır

8
00:01:31,600 --> 00:01:43,680
və biz onun varlığından, mənəviyyatından, məfkurəsindən və istiqamətləndirmələrindən faydalanmalıyıq.

9
00:01:46,400 --> 00:02:00,000
Bu gün mən dahi İmam Xomeyninin mühüm keyfiyyətlərindən biri haqda danışmaq istəyirəm;

10
00:02:01,280 --> 00:02:10,720
əlbəttə ki, o, çoxaspektli bir şəxsiyyətə, çoxsaylı güclü cəhətlərə malik olan bir insan idi.Dəyişikliklərə can atmaq və dəyişiklik yaratmaq İmamın ən qabarıq xüsusiyyətlərindən idi  Bu gün mən dahi İmam Xomeyninin mühüm keyfiyyətlərindən biri haqda danışmaq istəyirəm; əlbəttə ki, o, çoxaspektli bir şəxsiyyətə, çoxsaylı güclü cəhətlərə malik olan bir insan idi.

11
00:02:12,560 --> 00:02:22,800
Bu gün haqqında bəhs edəcəyim xüsusiyyət isə dahi İmam Xomeyninin ən qabarıq və ən önəmli keyfiyyətlərindən biridir:

12
00:02:22,800 --> 00:02:36,240
İmamın dəyişikliklərə can atmaq və dəyişiklik yaratmağı bacarmaq xüsusiyyəti.

13
00:02:39,760 --> 00:02:47,040
İmam həm mənən daim dəyişikliklərə can atan bir insan idi, həm də dəyişiklik yaratmağı bacarırdı.

14
00:02:48,560 --> 00:02:59,840
Dəyişiklik yaratmaq baxımından da o öz rolunu yalnız bir müəllim, ustad, dərs deyən kimi oynamırdı.

15
00:03:00,160 --> 00:03:11,920
O, əməliyyatı daxildən idarə edən bir komandan, həqiqi mənada bir lider rolu oynayırdı.

16
00:03:17,440 --> 00:03:26,800
İmam öz zəmanəsində

17
00:03:27,280 --> 00:03:37,120
cürbəcür sahələrdə çoxsaylı dəyişikliklər yaratdı. Bu gün mən onlardan bir neçəsini qeyd edəcəyəm.

18
00:03:40,160 --> 00:03:50,000
Əvvəla, o böyük insanda dəyişikliklərə can atmaq ruhiyyəsi çoxdan var idi.

19
00:03:50,560 --> 00:04:04,160
Bu onda islami hərəkatın başlanğıcında – 1341-ci ildə yaranmış bir şey deyildi. O hələ gəncliyindən

20
00:04:04,960 --> 00:04:15,200
dəyişikliklər arzulayan biri olmuşdu. İmamın gənc ikən – ikən – təxminən 30 yaşlarında

21
00:04:15,920 --> 00:04:27,280
mərhum Vəziri Yəzdinin dəftərində yazdığı bir qeyd bunun bariz göstəricisidir.

22
00:04:27,280 --> 00:04:37,120
Mərhum Vəziri İmamın öz dəst-xəti ilə olan o yazını mənə göstərmişdi. Sonralar çap da olunub, çoxları o yazı ilə tanışdır.

23
00:04:37,600 --> 00:04:40,480
Həmin yazıda İmam Xomeyni

24
00:04:40,480 --> 00:04:45,520
camaatı qalxıb Allah yolunda iş görməyə dəvət edən şərif قُل إِنَّما أَعِظُکُم بِواحِدَةٍ أَن تَقوموا لِلَّهِ مَثنيٰ وَ فُراديٰ

25
00:04:46,880 --> 00:04:55,440
“Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin)...”(“Səba” surəsi, 46-cı ayə)  – ayəsini qeyd edir. Onda belə bir ruhiyyə var idi.

26
00:04:57,040 --> 00:05:05,280
İmam bu ruhiyyəsini əmələ çevirdi və qeyd etdiyim kimi, böyük dəyişikliklərə imza atdı.

27
00:05:06,960 --> 00:05:14,560
İmam təkcə sözdə, göstərişlər verməklə yox, meydanda olub iş görməklə dəyişikliklər yaratdı.

28
00:05:15,920 --> 00:05:25,920
Qumda bir qrup gənc tələbənin ruhiyyəsində dəyişiklik yaratmağından tutmuş –

29
00:05:26,960 --> 00:05:40,400
bir azdan bu barədə də ətraflı danışacağıq – bütövlükdə İran xalqında genişmiqyaslı dəyişiklik yaratmağına qədər.

30
00:05:42,000 --> 00:05:54,400
Dediyim Qum məsələsi İmamın orada keçdiyi əxlaq dərslərindən ibarətdir. Hələ inqilabi hərəkat başlamazdan on illər əvvəl

31
00:05:54,720 --> 00:06:05,280
İmam illərlə Qumda fiqh, üsuliddin və fəlsəfə dərslərindən əlavə, əxlaq dərsi də demişdi, əxlaq mövzusunda söhbətlər aparmışdı.

32
00:06:05,680 --> 00:06:13,040
Əlbəttə, biz Quma gedəndə artıq o dərslər bir neçə il idi ki, dayandırılmışdı, keçilmirdi.

33
00:06:13,520 --> 00:06:23,760
Amma o əxlaq dərslərinin şahidi olanlar danışırdılar ki (İmam Xomeyni həftədə bir dəfə “Feyziyyə” mədrəsəsinə gedir,

34
00:06:23,760 --> 00:06:33,920
gənc din tələbələri toplaşıb onun söhbətlərini dinləyirdilər) o danışanda məclisi tamamilə dəyişir, iştirakçılar mənən tamamilə başqa vəziyyətə düşürmüş.

35
00:06:34,960 --> 00:06:43,440
Əlbəttə, fiqh və üsul dərslərində biz də bunun şahidi olmuşduq.

36
00:06:44,000 --> 00:06:56,240
Yəni o hətta fiqh və üsul dərslərində də yeri düşdükcə əxlaq mövzusunda haşiyə çıxanda tələbələr zar-zar ağlayırdılar. İmam əxlaqi söhbətlər edəndə tələbələr göz yaşı tökürdülər.

37
00:06:56,240 --> 00:07:04,480
Onun danışığı bu qədər təsirli idi və insanda inqilabi ruhiyyə yaradırdı. Bu elə peyğəmbərlərin metodudur.

38
00:07:05,280 --> 00:07:18,400
Bütün peyğəmbərlər də öz hərəkatlarına insanlarda ruhi-mənəvi inqilab yaratmaqla başlayıblar.

39
00:07:18,720 --> 00:07:29,040
Əmirəlmöminin: لِيَستَأدوهُم ميثاقَ فِطرَتِه وَ يُذَکِّروهُم مَنسيَّ نِعمَتِه ... وَ يُثيروا لَهُم دَفائِنَ العُقول

40
00:07:29,840 --> 00:07:32,640
– deyə buyurarkən elə bunu nəzərdə tutur. “يَستَأدوهُم ميثاقَ فِطرَتِه” –

41
00:07:33,040 --> 00:07:41,600
yəni onlarda olan gizli insan fitrətini oyadıb

42
00:07:42,400 --> 00:07:51,760
hərəkətə keçməyə, ətrafdakıların əməllərini, atdığı addımları istiqamətləndirməyə vadar edirdilər.

43
00:07:52,400 --> 00:08:01,920
İmam Xomeyni də bu cür, bu yerdən başlamışdı. Əlbəttə, mən qətiyyətlə iddia edə bilmərəm ki,

44
00:08:02,480 --> 00:08:08,800
İmam o məclisləri sonralar böyük siyasi hərəkata çevrilməsi üçün təşkil edirmiş; mən bunu bilmirəm.

45
00:08:09,600 --> 00:08:21,840
Lakin burası dəqiqdir ki, əxlaq dərsləri ilə, qəlbləri əvvəlcədən hazırlamaqla hərəkat yaratmaq, insan fitrətini,

46
00:08:22,320 --> 00:08:30,960
insanların mənəvi instinktlərini oyatmaq dahi İmam Xomeyninin metodu idi.

47
00:08:31,440 --> 00:08:38,880
O, buradan başlayıb bütöv bir xalq səviyyəsində genişmiqyaslı dəyişikliklər etdi.

48
00:08:39,680 --> 00:08:47,600
İstər inqilabi mübarizənin getdiyi dövrdə – bu dəyişikliyə bəzi misalları irəlidə qeyd edəcəyəm –

49
00:08:47,600 --> 00:08:57,840
istərsə də inqilabın qələbəsindən sonra o, İran xalqında sözün əsl mənasında bir dəyişiklik yaratdı.

50
00:08:58,400 --> 00:09:06,240
Bir şeyə diqqət edin: İmam Xomeyni dəyişikliyi bütövlükdə İran xalqından gözləyirdi.

51
00:09:06,240 --> 00:09:15,600
İmam öz hərəkatına başlamazdan əvvəl də mübarizələr aparılırdı, İranda siyasi mübarizələr var idi, artıq onilliklər boyu

52
00:09:16,080 --> 00:09:23,680
müxtəlif qruplar mübarizəyə cəhd göstərirdilər, lakin onların fəaliyyəti uzağı müəyyən sayda tələbəni əhatə edirdi.

53
00:09:24,080 --> 00:09:32,480
100-150 nəfər tələbəni təsir altına alıb hansısa mərasimə cəlb edə bilirdilər.

54
00:09:33,600 --> 00:09:46,000
İmamın işində isə söhbət məhdud bir qrupdan, müəyyən sayda adamdan, yaxud hansısa ictimai təbəqədən getmirdi. Söhbət İran xalqından gedirdi.

55
00:09:46,640 --> 00:09:55,760
Xalq bir okean kimidir. Okeanda tufan yaratmaq hər kəsin işi deyil.

56
00:09:56,480 --> 00:10:06,000
Kiçik bir hovuzu dalğalandırmaq mümkündür, okeanı dalğalandırmaq isə nəhəng bir işdir.

57
00:10:06,480 --> 00:10:12,080
Xalq bir okeandır və İmam bu işi gördü, bu okeanı təlatümə gətirdi, dəyişikliklər yaratdı.

58
00:10:12,480 --> 00:10:19,360
Dəyişikliklərdən biri də xalqın ruhiyyəsində oldu: xalqımız təslimçilik, boyun əymə psixologiyasından qurtuldu.

59
00:10:19,840 --> 00:10:26,400
Bizim gəncliyimizdə, bu hərəkatın başladığını xatırladığımız vaxtlarda

60
00:10:26,960 --> 00:10:36,320
İran xalqı öz müqəddəratı ilə bağlı önəmli məsələlərə qətiyyən müdaxilə etmirdi,

61
00:10:36,320 --> 00:10:43,200
xalq əyilmişdi, təslim olmuşdu, öz həyatına qarşı iradəsiz idi.

62
00:10:43,840 --> 00:10:55,040
Xalqımızın davranışında, xarakterində o dinamika, meydanda olub öz tələblərini,

63
00:10:55,600 --> 00:11:02,880
özü də böyük və mühüm tələbələrini irəli sürmək kimi bir cəhət əsla yox idi. Bunu İmam yaratdı.

64
00:11:03,200 --> 00:11:12,160
O, əyilən və təslimçi xalqı dəyişib tələbkar bir xalqa çevirdi.

65
00:11:12,480 --> 00:11:21,840
İmamın o alovlu və üsyankar nitqləri

66
00:11:22,240 --> 00:11:35,280
bu xalqı elə silkələdi ki, o, tələbkar bir xalqa çevrildi. Bunun bariz nümunəsi 1341-ci ildə baş verən olaylar

67
00:11:35,280 --> 00:11:45,120
(inqilabi hərəkat da elə həmin ildən start götürdü), müxtəlif şəhərlərdə baş verən və sonradan 15 xordad hadisəsi ilə nəticələnən kütləvi xalq mitinqləridir.

68
00:11:45,600 --> 00:11:51,120
Hakim rejim 15 xordadda törətdiyi o qırğına baxmayaraq, bu hərəkatı durdura bilmədi.

69
00:11:51,120 --> 00:11:57,280
Mübarizənin sonuna qədər mitinqlər yenə də keçirilməkdə davam edirdi.

70
00:11:57,680 --> 00:12:01,680
Bu, İmamın yaratdığı heyrətamiz bir dəyişiklik idi.

71
00:12:03,600 --> 00:12:11,440
Digər bir dəyişiklik xalqın özünə, öz toplumuna olan baxışında idi.

72
00:12:11,840 --> 00:12:20,000
O vaxta qədər İran xalqı özünü həqir görürdü.

73
00:12:20,320 --> 00:12:33,680
Yəni bu xalqın hansısa super-dövlətlərin, böyük güclərin iradəsinə üstün gələ biləcəyi qətiyyən heç kimin ağlına da gəlməzdi;

74
00:12:34,240 --> 00:12:47,920
özü də təkcə qlobal güclərin yox, hətta ölkə daxilindəki güclərin, hansısa qurumların, tutalım, polis

75
00:12:48,320 --> 00:13:02,320
və ya təhlükəsizlik strukturlarının rəsmilərinin iradəsinə. Əsla heç kimin ağlına belə gəlməzdi ki, İran xalqı ona qarşı pis və təhlükəli niyyətə sahib olanların iradəsinə qalib gələ bilər.

76
00:13:03,440 --> 00:13:15,920
Xalq özünü həqir, zəlil sayır, özündə güc və bacarıq hiss etmirdi. İmam bunu qürur və özünəinamla dəyişdi,

77
00:13:16,720 --> 00:13:25,120
diktaturanın hakimiyyətini təbii bir hal hesab edən xalqı dəyişib,

78
00:13:25,440 --> 00:13:33,840
(o vaxt bu cür idi; o vaxt biz elə bilirdik ki, hökumətin başında kim durursa,

79
00:13:34,240 --> 00:13:41,360
onun iradəsi mütləq hakimdir; bunu adi və təbii bir şey hesab edirdik).

80
00:13:41,360 --> 00:13:49,120
öz hakimiyyət quruluşunu özü müəyynləşdirən bir xalqa çevirdi.

81
00:13:49,600 --> 00:14:00,400
Xalqın inqilab zamanı irəli sürdüyü şüarlar əvvəl “İslam dövləti”, “İslam hökuməti”, daha sonra isə “İslam Respublikası” oldu.

82
00:14:00,720 --> 00:14:10,000
Müəyyənləşdirən, tələb edən xalq özü idi. Sonradan da müxtəlif seçkilərlə ölkə prezidentini,

83
00:14:10,400 --> 00:14:17,520
hökumətin müxtəlif sferalarında çalışacaq rəsmiləri xalq özü təyin etdi.

84
00:14:17,760 --> 00:14:29,440
Yəni xalqın şüurunda oturuşmuş özünü həqir görmə psixologiyası tamamilə dəyişilib milli qürur və özünəinamla əvəz olundu.

85
00:14:30,320 --> 00:14:42,080
Digər bir dəyişiklik xalqın əsas tələblərində baş verdi. Yəni əgər o zaman,

86
00:14:42,480 --> 00:14:50,240
tutalım, bir qrup adamın hökumətdən, yaxud o dövrün vəzifə sahiblərindən hansısa tələbi var idisə də, bu hansısa küçədə asfalt örtüyünün dəyişilməsindən

87
00:14:50,240 --> 00:14:59,920
və ya hansısa küçənin belə deyil, başqa bir formada salınmasından o tərəfə gedib çıxmırdı. Camaatın tələbləri bu səviyyədə idi.

88
00:15:00,640 --> 00:15:11,280
Bunu istiqlal, azadlıq kimi tələblərlə dəyişdilər; yəni böyük amallarla. Və ya “Nə Şərq, nə Qərb!” şüarı. Xalqın istək və tələblərində elə bir dəyişiklik yarandı ki,

89
00:15:11,760 --> 00:15:21,360
insanlarımız xırda, cılız, lokal xarakterli tələblər yox, belə önəmli, böyük, bəşəri və qlobal xarakterli ideyalar irəli sürməyə başladılar.

90
00:15:22,240 --> 00:15:27,920
İmam Xomeyninin yaratdığı digər bir dəyişiklik dinə olan yanaşmada idi.

91
00:15:28,320 --> 00:15:40,480
O vaxta qədər camaat dini yalnız şəxsi məsələlər, ibadət, uzağı şəxsi vəziyyət üçün bir vasitə kimi görürdü;

92
00:15:40,480 --> 00:15:50,720
yalnız namaz, oruc, maliyyə məsələləri ilə bağlı dini vəzifələr, nikah, talaq və sair üçün lazımlı hesab edirdilər. Vəssalam, bu qədər.

93
00:15:50,720 --> 00:15:58,400
Dinin rolunu, məsuliyyətini, missiyasını yalnız bu çərçivədə görürdülər.

94
00:15:58,400 --> 00:16:17,280
İmam Xomeyni din üçün başqa rol və missiyaların tərifini verdi; hökumət qurmaq, sivilizasiya yaratmaq, cəmiyyəti və insanı tərbiyə etmək və sair bu kimi missiyalar. Xalqın dinə yanaşması tamamilə dəyişdi.

95
00:16:18,000 --> 00:16:28,480
Digər bir dəyişiklik isə gələcəyə baxışda idi. İnqilabi hərəkatın başladığı, İmamın meydana ayaq basdığı dövrdə

96
00:16:28,960 --> 00:16:36,480
bəzi azsaylı partiya və fraksiyalar müəyyən şüarlar irəli sürdüklərinə baxmayaraq,

97
00:16:37,040 --> 00:16:44,480
xalq öz gələcəyini görmürdü.

98
00:16:44,480 --> 00:16:54,080
Yəni xalqın gözləri önündə bir üfüq, bir perspektiv yox idi. Bu vəziyyət yeni İslam sivilizasiyasının yaradılması hədəfi ilə əvəzləndi.

99
00:16:54,080 --> 00:17:01,520
Yəni bu gün İran xalqına baxdığınız zaman gördükləriniz məhz İmam Xomeyninin qüdrətli əli vasitəsilə ərsəyə gəlib.

100
00:17:01,520 --> 00:17:08,800
Bu gün xalqımız yeni İslam sivilizasiyası yaratmaq,

101
00:17:09,280 --> 00:17:19,120
nəhəng müsəlman birliyinə nail olmaq, İslam ümməti təşkil etmək amalı ilə yaşayır. Ümumilikdə xalqın, kütlənin yanaşması budur.

102
00:17:19,520 --> 00:17:28,320
Bir qədər dar ixtisas çərçivəsində daha bir dəyişiklik strateji əhəmiyyətli ideoloji əsaslarda baş verdi.

103
00:17:28,960 --> 00:17:35,600
Bunu İmam etdi. Bu, dar bir ixtisas çərçivəsidir, teoloji məsələdir,

104
00:17:36,240 --> 00:17:41,200
fiqh, üsul və sair bu kimi sahələrin mütəxəssislərinə aiddir.

105
00:17:41,760 --> 00:17:52,080
İmam fiqhi hökumət quruluşu sferasına gətirdi. Ona qədər fiqh bu sahədən uzaq idi.

106
00:17:52,080 --> 00:17:59,680
Əlbəttə, “vilayəti-fəqih” məsələsi əsrlər boyu fəqihlər arasında olmuşdu,

107
00:18:00,000 --> 00:18:06,640
lakin onun reallaşmasına ümid olmadığı üçün

108
00:18:06,640 --> 00:18:15,280
heç vaxt bu məsələnin xırdalıqlarına getməmişdilər. İmam bunu fiqhi məsələlər sırasına gətirdi.

109
00:18:15,760 --> 00:18:23,600
Bu məsələni Nəcəf Teoloji Mərkəzində qaldırıb müzakirəyə çıxardı.

110
00:18:23,920 --> 00:18:35,520
Bu sahənin mütəxəssisləri üçün kifayət qədər sanballı və diqqətəlayiq elmi fikirlər ortaya qoydu.

111
00:18:36,080 --> 00:18:46,000
Yaxud “dövlətin mənafeyi” məsələsini də fiqhə gətirən İmam Xomeyni oldu; hansı ki “dövlətin mənafeyi” elə hamının mənafeyidir, milli mənafedir,

112
00:18:46,480 --> 00:19:00,160
bundan başqa bir şey deyil. Fiqh və üsul elmlərində məşhur olan, lakin o vaxta qədər xırda, şəxsi məsələlərdə tətbiq olunan “təzahüm” və “əhəm-mühüm” məsələsi

113
00:19:00,160 --> 00:19:12,560
ümumi miqyas aldı. Bu gün ölkənin idarəçiliyində dövlətin mənafeyi “əhəm-mühüm” prinsipi əsasında götür-qoy edilir.

114
00:19:12,880 --> 00:19:21,520
Yəni İmam bu şeyləri fiqhə gətirməklə fiqh elmi üçün çox böyük fürsət yaratmış oldu, müxtəlif məsələlərdə fiqhin təsir dairəsini genişləndirdi.

115
00:19:22,160 --> 00:19:27,520
Zənnimcə, teoloji mərkəzlər İmamın bu xidmətinin qədrini bilməli,

116
00:19:27,760 --> 00:19:36,480
onu alqışlamalı və ondan yararlanmalıdırlar.

117
00:19:38,160 --> 00:19:45,520
Əlbəttə, İmamın fiqh sahəsində gördüyü bu iş tam olaraq metodoloji əsaslara söykənir və qanunidir.

118
00:19:45,520 --> 00:19:52,160
İmamın təbirincə desək, “cəvahir fiqhi”nə əsaslanır, yəni fiqhdə bidət deyil,

119
00:19:52,800 --> 00:20:00,560
fəqihlərin tətbiq etdiyi adi fiqhi standartlardan düzgün istifadə şəklidir.

120
00:20:01,680 --> 00:20:10,640
Dinə, dini məsələlərə yanaşmada baş vermiş dəyişikliyin daha bir nümunəsi

121
00:20:11,120 --> 00:20:18,160
məsələlərə yenilikçi baxışla yanaşı, ibadətdə tələbkarlıq idi.

122
00:20:18,160 --> 00:20:30,400
Yəni İmam Xomeyni yenilikçi bir fəqih, yenilikçi bir ruhani idi, məsələlərə novator gözü ilə baxırdı, amma eyni zamanda dindarlığa, ibadətə həddən artıq tələbkarlıqla yanaşırdı.

123
00:20:30,800 --> 00:20:41,600
O dövrdə maarifçilik sahəsində fəal olan, o mövzularda danışan bəzi ruhanilər var idi.

124
00:20:42,080 --> 00:20:51,040
Ruhani, alim, dinşünas idilər, lakin müəyyən şəraitin təsiri altında

125
00:20:51,360 --> 00:21:00,080
ibadətə, dindarlığa lazımi qədər diqqət yetirmirdilər.  Şəxsi ibadətlərini demirəm, yox, o məsələlərdə diqqətli idilər,

126
00:21:00,560 --> 00:21:05,040
lakin təbliğatlarında dindarlıq, ibadət məsələsi üzərində bir o qədər də durmurdular.

127
00:21:05,440 --> 00:21:14,400
İmam Xomeyni isə fiqhi, dini məsələlərə o yenilikçi yanaşmasına paralel olaraq,

128
00:21:14,400 --> 00:21:23,440
dindarlığın, Allah qarşısında bəndəlik və təslimkarlığın üzərində də möhkəm dururdu; həm şəri hökmlərdə, həm də dini mərasimlərdə.

129
00:21:23,840 --> 00:21:32,080
Nümunə olaraq, İmamın əzadarlığa, əza məcislərinə qarşı göstərdiyi o böyük həssaslıq

130
00:21:32,080 --> 00:21:37,200
onun nə dərəcədə dindar və ibadətkar olduğunun göstəricisidir.

131
00:21:37,840 --> 00:21:50,080
İmam Xomeyninin yaratdığı dəyişikliklərdən biri də gənc nəslə yanaşmada baş vermiş dəyişiklik idi; gənclərə münasibətdə.

132
00:21:51,040 --> 00:21:59,280
İmam gənclərin düşüncəsinə və əməllərinə etimad göstərdi. Bu, sözün əsl mənasında bir dəyişiklik idi.

133
00:22:00,160 --> 00:22:09,680
Yəni misal üçün, İmam yeni formalaşdırılan Keşikçi Korpusda 20 yaşlarında olan gəncləri rəhbər vəzifələrə təyin etdi.

134
00:22:10,080 --> 00:22:21,440
Onlar hamısı maksimum 30 yaşı olan gənclər idi, Keşikci Korpusun, Ordunun müxtəlif birləşmələrinin başında duran yüksək rütbəli zabitlər hamısı elə idi.

135
00:22:22,000 --> 00:22:27,680
buna baxmayaraq onlara böyük işlər həvalə olunmuşdu.

136
00:22:27,680 --> 00:22:38,960
Eynilə digər sahələrdə də; ədliyyə məsələlərində, digər yerlərdə də İmam məqbul hesab etdiyi gənclərə həddən artıq böyük etimad göstərirdi.

137
00:22:39,280 --> 00:22:44,720
O, gənclərin düşüncəsinə və işinə inanıb işləri onlara tapşırırdı.

138
00:22:45,200 --> 00:22:52,800
Əlbəttə, eyni zamanda İmam gənc olmayan kadrları da inkar etmirdi.

139
00:22:52,800 --> 00:23:01,120
Bu gün biz kadrların gəncləşdirilməsi haqda çox danışırıq, bəziləri elə bilirlər ki, gəncləşdirmə siyasəti

140
00:23:01,520 --> 00:23:12,000
yaşlı kadrları tamamilə işdən uzaqlaşdırmaq deməkdir. Xeyr, İmam Xomeyni qətiyyən bu fikirdə deyildi. O, İslam dövləti üçün mühüm bir ehtiyat, bir sərvət kimi gənclərin gücünə inanır,

141
00:23:12,320 --> 00:23:18,320
bir sərvət kimi gənclərin gücünə inanır, amma bununla yanaşı yaşlı kadrlara da eyni dərəcədə etimad edirdi.

142
00:23:18,720 --> 00:23:27,520
Tutalım, İmam məni Tehranın imam-cüməsi təyin etdiyi zaman (hansı ki o vaxt mən hələ o qədər də yaşlı deyildim)

143
00:23:28,000 --> 00:23:36,640
Kirmanşaha 80 yaşlı mərhum cənab Şəhid Əşrəfini, digər yerlərdə mərhum Şəhid Dəstğeybi,

144
00:23:36,640 --> 00:23:49,760
yaxud digər mehrab şəhidlərini təyin etmişdi. Onlar hamısı 60-70 yaşlı adamlar idi.

145
00:23:50,240 --> 00:24:02,800
Və ya silahlı qüvvələrdə; məsələn, Keşikçi Korpusda, qeyd etdiyim kimi, gəncləri qoymuşdu, Orduda isə Şəhid Fəllahini, yaxud misal üçün, mərhum Zəhirnejadı;

146
00:24:03,200 --> 00:24:12,800
onlar 60 və ondan da yuxarı yaşlarda olan insanlar idi, İmam onlardan istifadə etdi. “İmam gənclərə arxalanırdı” deyiriksə,

147
00:24:12,800 --> 00:24:23,040
bu o demək deyil ki,gənc olmayan kadrları tamamilə meydandan kənarlaşdırmışdı. Yaxud o vaxt  “İmdad” Komitəsinə yaşca o qədər də gənc olmayan mərhum cənab Əsgərövladını qoymuşdu.

148
00:24:23,360 --> 00:24:32,080
Odur ki “İmam Xomeyni gənclərə etimad göstərdi” dediyimiz zaman (elə bu gün də biz inanırıq ki, gənclərə etimad göstərmək,

149
00:24:32,480 --> 00:24:38,960
ölkənin inkişafında gənc kadrlardan istifadə etmək lazımdır;  az sonra mən bu mövzuya yenə toxunacağam)

150
00:24:39,280 --> 00:24:45,680
bu o deməkdir ki, gənclər ölkə üçün bir ehtiyat, bir sərvətdir və bu sərvətdən istifadə etməliyik.

151
00:24:45,680 --> 00:24:55,920
O demək deyil ki, yaşı və təcrübəsi olanlar varsa – hansı ki onlar özləri də bir sərvətdir – onlardan istifadə edilməməlidir.

152
00:24:56,560 --> 00:25:07,520
Bəli, İmam Xomeyni bura qədər saydığım bütün bu dəyişiklikləri yaratdı, lakin onun yaratdığı  digər mühüm dəyişiklik  – və bəlkə də, sadaladıqlarımdan daha mühüm dəyişiklik –

153
00:25:07,920 --> 00:25:14,080
dünya dövlətlərinə və super-güclərə yanaşmada baş verən dəyişiklikdir.

154
00:25:14,480 --> 00:25:22,160
O vaxt heç kəs təsəvvür etməzdi ki, Amerikanın sözünün üstünə söz demək,

155
00:25:22,480 --> 00:25:31,760
Amerikanın iradəsinin əksinə nə isə bir iş görmək olar. İmam elə bir iş gördü ki, Amerikanın başında duranlar özləri:

156
00:25:33,440 --> 00:25:44,400
“Xomeyni bizi təhqir etdi”, – dedilər. Doğurdan da, elə belə idi. İmam Xomeyni, onun komandasında olan insanlar, İmamın tövsiyə və göstərişləri ilə hərəkət edən gənclər

157
00:25:44,800 --> 00:25:55,200
super-gücləri sözün əsl mənasında təhqir etdilər. Onların iradəsini qırıb meydandan kənarlaşdırdılar.

158
00:25:55,200 --> 00:26:02,240
İmam göstərdi ki, super-güclər zərbə ala bilər, məğlub edilə bilər. Elə zaman da bunu göstərdi.

159
00:26:02,640 --> 00:26:11,680
Keçmiş Sovet İttifaqının aqibəti o cür oldu, Amerikanın hazırkı vəziyyətini, orada baş verən olayları da özünüz görürsünüz!

160
00:26:12,080 --> 00:26:23,520
Belə bir şey heç vaxt təsəvvür edilə bilməzdi. İmam o vaxtdan bunu xalqın fikrinə və ürəyinə saldı ki, onların zərbə ala, məğlub edilə biləcəyini bilsinlər.

161
00:26:23,840 --> 00:26:33,280
Mühüm olan məqam budur ki, bütün bu dəyişiklikləri həyata keçirmiş, sözün əsl mənasında Dəyişikliklər Lideri olan İmam Xomeyni

162
00:26:33,760 --> 00:26:40,720
bunların hamısını Uca Yaradandan bilirdi. İmam bunları özünə yox, Allah-taalaya aid edirdi.

163
00:26:42,400 --> 00:26:54,480
“Səhifeyi-İmam”da var, açın baxın. İmam gənclərin ruhiyyəsində baş verən o dəyişikliyə

164
00:26:54,800 --> 00:27:04,640
öz çıxışlarında dönə-dönə diqqət çəkərək bundan son dərəcə heyrətləndiyini bildirir.

165
00:27:05,040 --> 00:27:12,320
Bu işi İmam özü görmüşdü, onun öz əməyinin bəhrəsi idi, amma o bunu Allahdan bilirdi.

166
00:27:12,320 --> 00:27:14,160
Və elə doğrudan da, Allahdandır.

167
00:27:14,640 --> 00:27:17,280
لا حول و لا قوّة الّا بالله العليّ العظيم

168
00:27:17,600 --> 00:27:28,800
İstənilən güc və hərəkət yalnız qüdrət və əzəmət sahibi olan Allahdandır. İmam ما رَمَيتَ اِذ رَمَيت “(Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah atdı”. – ayəsinə, həqiqətən də, sözün əsl mənasında inanırdı.

169
00:27:29,200 --> 00:27:39,120
O, gənclərin hərəkatına, onların ruhiyyəsində baş verən dəyişikliyə çox böyük diqqət yetirirdi, o proseslər ona həddən artıq heyrətamiz gəlirdi.

170
00:27:39,520 --> 00:27:51,840
İmam bir yerdə qeyd edir ki, gənclərin ruhiyyəsində baş verən bu dəyişiklik şah diktaturası üzərində qazanılmış qələbədən də əhəmiyyətlidir.

171
00:27:52,480 --> 00:28:03,440
Çünki diktatura üzərində qazanılmış qələbə tağut üzərində qələbə idi, gənclərdə baş vermiş o dəyişiklik isə Şeytanın üzərində qələbə idi. Şeytan isə tağutdan da vacibdir.

172
00:28:03,760 --> 00:28:18,080
Yəni o bütün bu proseslərə bu gözlə baxır, bu hadisələrdən çox heyrətlənirdi. Qeyd etdiyim məsələ barədə bu qədər.

173
00:28:18,400 --> 00:28:25,680
Odur ki, qeyd etdiyim kimi, İmam Xomeyni Dəyişikliklər Lideri idi.

174
00:28:25,680 --> 00:28:34,160
Bu gün biz bu söhbəti yalnız İmamın şəxsiyyəti haqda daha geniş məlumat almaq üçün etmirik;

175
00:28:35,200 --> 00:28:42,080
əlbəttə, bu da öz yerində əhəmiyyətlidir, lakin bu söhbətlər dərs götürmək üçündür. İmamdan dərs götürməliyik.

176
00:28:43,600 --> 00:28:52,240
İstənilən canlı və dinamik cəmiyyətin dəyişikliklərə ehtiyacı var. Bu gün bizim müxtəlif sahələrdə dəyişikliklərə ehtiyacımız var.

177
00:28:52,720 --> 00:29:06,320
Əlbəttə, bunu da deyim ki, İmamın vəfatından sonra ölkəmiz və inqilabımız dəyişikliklər tendensiyasından uzaqlaşmayıb.

178
00:29:06,720 --> 00:29:14,240
Yəni Allaha həmd olsun ki, İran xalqı İmam Xomeyninin dəyişikliklər kursunu davam etdirərək irəli gedə bilib.

179
00:29:14,640 --> 00:29:24,800
Biz müxtəlif sahələrdə sözün əsl mənasında dəyişikliklərə nail olmuşuq, keçmişdə olduğumuzdan daha da güclü

180
00:29:25,280 --> 00:29:31,040
və müəyyən məqamlarda daha da fəal olmuşuq; bunlar var.

181
00:29:31,440 --> 00:29:36,320
Elə nail olduğumuz elmi inkişaf balaca bir şey deyil, çox önəmli bir uğurdur.

182
00:29:36,320 --> 00:29:43,760
O vaxtlar elmi inkişaf baxımından biz əsla diqqət çəkməyən, qeyd olunası heç bir nailiyyəti olmayan bir vəziyyətdə idik.

183
00:29:43,760 --> 00:29:49,760
Bu gün isə elmi hərəkatımıza, bu sahədə göstərdiyimiz səylərə görə dünyada ön sıralarda yer alırıq.

184
00:29:50,160 --> 00:30:03,600
Yaxud müdafiə imkanlarımız; bu gün bizim müdafiə imkanlarımız, həqiqətən də, çəkindirici səviyyədədir.

185
00:30:04,000 --> 00:30:15,600
Bu, ölkəmizin əldə etdiyi çox mühüm bir nailiyyətdir. Və ya siyasət meydanı; bu gün ölkəmiz dünya arenasında nüfuza sahibdir.

186
00:30:15,600 --> 00:30:28,000
Hazırda İslam Respublikası qlobal arenada qüdrətli və ehtişamlı bir simada çıxış edir. Bütün bunlar baş vermiş diqqətəlayiq dəyişikliklərdir.

187
00:30:28,240 --> 00:30:39,840
Bu 30 ildə ölkənin hərəkatı, İmamın yaratdığı, dəyişikliklərə əsaslanan inkişaf kursu durmadan irəli gedib.

188
00:30:40,080 --> 00:30:48,880
Bəzi sahələrdə hələ reallaşmasa belə, transformativ infrastrukturlar da ərsəyə gəlib.

189
00:30:49,200 --> 00:31:00,240
Bunlar var, lakin kifayət deyil. Dediyim odur ki, bəzi sahələrdə dəyişikliklər etməmişik,

190
00:31:00,800 --> 00:31:14,720
bəzi məqamlarda isə geriləməmiz olub. Bu çox təəssüfləndirici, arzuolunmaz, qəbuledilməz bir məsələdir və İslam İnqilabının təbiətinə ziddir.

191
00:31:14,720 --> 00:31:24,640
İnqilab ardıcıl innovasiyalar, dəyişikliklər və inkişaf sayəsində aktual qala bilər.

192
00:31:24,960 --> 00:31:34,320
Dəyişiklik” deyəndə daha aydın bir formada daha üstün bir hala düşmək nəzərdə tutulur;

193
00:31:34,800 --> 00:31:45,520
yəni bir sıçrayış, böyük bir hərəkat. Bizim müxtəlif sahələrdə buna ehtiyacımız var idi, bəzi sahələrdə isə buna nail olmaq imkanımız əsla yox idi.

194
00:31:46,080 --> 00:31:55,520
İnqilabın əksi irticadır. Dünyada baş vermiş inqilabların çoxu irticaya düçar olub.

195
00:31:55,920 --> 00:32:01,040
Yəni 5, 10, 15 il inqilabdan sonra

196
00:32:01,600 --> 00:32:11,360
əzmsizlikləri ucbatından irticaya məruz qalaraq geriləyiblər. Bax bu irtica inqilabın əksidir.

197
00:32:11,680 --> 00:32:20,080
Və hər ikisi – həm inqilabi irəliləyiş, həm də irtica anlamında geriləmə – insanların iradəsindən asılıdır.

198
00:32:20,360 --> 00:32:29,080
İnsanlar düzgün davransalar, düzgün istiqamətdə irəli gedəcəklər.  Yanlış hərəkət etsələr,

199
00:32:29,240 --> 00:32:37,000
geriləyəcəklər. Quranda da bunların hər ikisinə işarə olunur. Mübarək “Rəd” surəsində buyurulur:

200
00:32:37,200 --> 00:32:41,400
“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz”.

201
00:32:41,560 --> 00:32:46,200
Kontekstindən belə anlaşılır ki, bu ayə o müsbət cəhəti nəzərdə tutur;

202
00:32:46,480 --> 00:32:51,240
yəni siz özünüzdə müsbət dəyişikliklər yaratdığınız zaman

203
00:32:51,720 --> 00:33:01,600
Allah-taala da sizi müsbət hadisələr, müsbət reallıqlarla üzləşdirir. İkincisi isə “Ənfal” surəsindədir:

204
00:33:01,880 --> 00:33:09,040
“Bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir”.

205
00:33:09,200 --> 00:33:19,480
Burada isə mənfi cəhət, geriləmə nəzərdə tutulur. Buyurulur ki, Allah-taala bir qövmə hansısa neməti verəndə

206
00:33:19,720 --> 00:33:26,920
və o qövm həmin nemətlə düzgün davranmayanda Uca Yaradan o neməti onlardan geri alır. “Kumeyl” duasında da oxuyuruq:

207
00:33:26,920 --> 00:33:30,920
– “İlahi, nemətləri dəyişən günahlarımızı bizə bağışla”.

208
00:33:31,280 --> 00:33:38,560
Nemətin bu şəkildə dəyişilməsi, yəni nemətin insandan alınması iradədən qaynaqlanan bir şeydir.

209
00:33:38,560 --> 00:33:46,080
Biz həddən artıq diqqətli və ehtiyatlı olmalıyıq ki, bu hala düşməyək.

210
00:33:46,520 --> 00:33:54,800
Deməli, bizim dövlətimizdə bu olub, İmam Xomeyninin vəfatından sonra bu dəyişikliklər hərəkatı gedib,

211
00:33:54,800 --> 00:34:04,600
lakin mənim fikrimcə, mövcud olan səviyyə kifayət deyil.

212
00:34:05,000 --> 00:34:16,440
Müxtəlif arqumentlər əsasında deyə bilərəm ki, biz daha sivil bir ölkə və dövlət olmaq baxımından müxtəlif sahələrdə dəyişikliklərə nail ola bilərik.

213
00:34:17,000 --> 00:34:28,320
Amma bəli, müəyyən məqamlar var, mövcuddur; yəni mənim özümdən, gənclərimizdən, xalqımızdan və ziyalılarımızdan gözləntim budur ki,

214
00:34:28,320 --> 00:34:33,680
ehtiyac duyulan müxtəlif sahələrdə dəyişikliklərin həyata keçirilməsi barədə daim düşünsünlər.

215
00:34:33,960 --> 00:34:39,120
Hansı sahələrdə dəyişikliklər həyata keçirilməlidir – bu, ayrıca bir söhbətin mövzusudur,

216
00:34:39,280 --> 00:34:45,400
az sonra bu məsələyə müəyyən qədər toxunacağam, lakin dəyişiklik məsələsinin özündə də bəzi məqamlar var.

217
00:34:46,600 --> 00:34:55,760
Əgər sözün əsl və düzgün mənasında dəyişikliklərin olmasını istəyiriksə,  bu məqamlara diqqət yetirməliyik.

218
00:34:56,040 --> 00:35:03,120
Həmin məqamlardan biri budur ki, dəyişiklik istəmək, mütləq surətdə, mövcud vəziyyətə etiraz etmək yox,

219
00:35:04,120 --> 00:35:15,640
daim daha yaxşı olmağa can atmaqdır. Dəyişiklik istəmək bu deməkdir;

220
00:35:16,600 --> 00:35:23,480
yəni hazırda əlində olanlarla kifayətlənməmək. Dəyişikliklər bundan qaynaqlana bilər.

221
00:35:23,480 --> 00:35:29,200
Əlbəttə, bəzi hallarda dəyişikliklər mövcud vəziyyətə etirazdan da başlanğıc götürə bilər, amma həmişə belə olmur.

222
00:35:29,640 --> 00:35:38,320
Bir çox hallarda dəyişiklik o deməkdir ki, biz əlimizdə olanlarla kifayətlənmirik,

223
00:35:38,480 --> 00:35:44,240
bir pillə daha yuxarı, bir mərhələ daha irəli keçmək istəyirik.

224
00:35:44,600 --> 00:35:52,800
Dəyişiklik istəmək üçün mütləq haradasa uğursuzluq hiss etməyimiz lazım deyil. Xeyr, ola bilsin ki, bəzi hallarda heç uğursuzluq hiss etməyək.

225
00:35:53,160 --> 00:36:01,400
Mən bu söhbətdən hansı nəticəni çıxarmaq istəyirəm? Demək istədiyim odur ki, müsbət dəyişikliklər əldə etdiyimiz sferalarda belə – misal üçün, elm sahəsində –

226
00:36:02,080 --> 00:36:11,120
heç kəs: “Biz artıq dəyişikliyə nail olmuşuq, daha heç nəyə ehtiyacımız yoxdur”, – deməməlidir. Xeyr, biz əlimizdə olanlarla,

227
00:36:12,160 --> 00:36:22,960
gəldiyimiz səviyyə ilə qane olmamalı, yenə də dəyişikliklər istəməli, bunu lazım bilməli və daim buna can atmalıyıq.

228
00:36:23,560 --> 00:36:31,880
Hətta müəyyən qədər dəyişikliklərə nail olduğumuz sahələrdə belə.

229
00:36:32,360 --> 00:36:47,200
Odur ki dəyişiklik öz irəliləyişində daha da sürətli tempə, sıçrayışa can atmaq, irticadan,

230
00:36:48,040 --> 00:36:52,880
stereotiplərin üzərində israrla durmaqdan çəkinmək deməkdir.

231
00:36:53,560 --> 00:37:08,600
Dəyişikliyin mənası budur və bu hətta hər hansı bir etiraz olmadığı sferalara da aiddir. Dəyişiklik məsələsi ilə bağlı qeyd olunası məqamlardan biri budur.

232
00:37:08,800 --> 00:37:17,560
İkinci məqam budur ki, düzgün dəyişikliklərə nail olmaq üçün nəzəri-ideoloji əsaslara ehtiyac var.

233
00:37:18,360 --> 00:37:24,800
Yəni ideoloji əsası olmayan hər bir hərəkatı dəyişiklik kimi qəbul etmək olmaz.

234
00:37:25,080 --> 00:37:36,120
Bəzi yüngül və səthi hərəkatları dəyişiklik hesab etmək doğru deyil. Dəyişiklik üçün ideoloji əsaslar olmalıdır.

235
00:37:36,120 --> 00:37:44,200
Tutalım, bu gün dəyişikliklərin tələb olunduğu məsələlərdən biri ədalət mövzusudur.

236
00:37:44,760 --> 00:37:50,160
Biz ədalət  mövzusunda dəyişikliyə nail olmalıyıq və bu dəyişiklik  ideoloji əsasa söykənməlidir.

237
00:37:50,520 --> 00:38:00,520
Ədalət sahəsində möhkəm və tam formalaşmış nəzəri-ideoloji əsaslarımız olmalı və yalnız bundan sonra ədalət mövzusunda dəyişikliklər barədə düşünməliyik.

238
00:38:00,520 --> 00:38:08,720
Bu ideoloji dayaq vacib şərtlərdən biridir və bizim mənəvi sərvətimiz əsasında formalaşdırılmalıdır.

239
00:38:08,880 --> 00:38:16,400
Yəni biz bu sahədə öz mənəvi sərvətimizdən bəhrələnməliyik. Bu sərvət isə İslam dininin hökmlərindən,

240
00:38:16,760 --> 00:38:25,720
müəyyən etdiyi qayda-qanunlardan, Qurani-Kərimin ayələrindən və Əhli-Beytdən (ə) gələn hədislərdən ibarətdir. Bunlardan istifadə etməli

241
00:38:26,160 --> 00:38:28,320
və bunların əsasında dəyişikliklər yaratmalıyıq.

242
00:38:28,520 --> 00:38:43,640
İmam Xomeyninin həyata keçirdiyi bütün dəyişikliklər də elə islami hərəkata, İslam dininin epistemoloji əsaslarına dayanırdı. İmam bu çərçivədə hərəkət edirdi.

243
00:38:43,640 --> 00:38:57,160
Belə bir nəzəri-ideoloji dayaq olmadan insanın etdiyi dəyişikliklər yanlış olacaq, o, böyük ehtimalla, yersiz addımlar atacaq

244
00:38:57,840 --> 00:39:04,920
və sonra da gördüyü işlərin üzərində düzgün bir formada israr edib durmayacaq. Yəni etdiyi dəyişikliklərdə sabitqədəm olmayacaq.

245
00:39:05,120 --> 00:39:16,200
Yadıma düşür, elə bizim öz inqilabımızda bəzi insanlar var idi ki, şövqlü inqilabçı idilər,

246
00:39:16,480 --> 00:39:25,480
lakin ideoloji əsasları, imanları möhkəm olmadığına, sarsılmaz nəzəri əsaslara

247
00:39:25,680 --> 00:39:33,920
və məntiqi arqumentlərə söykənmədiyinə görə bir müddət sonra,

248
00:39:34,520 --> 00:39:45,160
tutalım, gənclik yaşlarını bir qədər geridə qoyduqdan sonra köhnəliyin qalığına çevrildilər. İslam İnqilabı isə köhnəliyin qalıqlarının ümumiyyətlə əleyhinə idi;

249
00:39:45,840 --> 00:39:54,520
yəni inqilab keçmişin qalığı və əyri yolların yolçusu olan bir qrup adamı meydandan kənarlaşdırmışdı.

250
00:39:54,960 --> 00:40:06,440
Dünənin gənc inqilabçılarından bəziləri də gənc yaşlarını geridə qoyub həyatın müxtəlif mərhələlərinə qədəm basdıqdan sonra,

251
00:40:06,680 --> 00:40:13,720
əslində, mahiyyətcə keçmişin həmin o qalıqlarına yaxınlaşmağa başladılar; indi bəziləri sadəcə yaxınlaşdılar, bəziləri tamamilə çevrilib o cür oldular.

252
00:40:13,720 --> 00:40:21,040
Mərhum Əmir Firuzkuhinin öz şeirlərindən birində dediyi kimi:

253
00:40:21,200 --> 00:40:30,360
Ömrümün gənclik illəri elmlə keçdi, qocalığım cəhalətlə,  Ömür kitabımın fəsil və başlıqları dal-qabaqdır.

254
00:40:30,680 --> 00:40:32,920
Bəzi insanlar, doğrudan da, bu cürdür.

255
00:40:33,280 --> 00:40:45,120
Çox mühüm olan digər bir məqam isə budur ki, dəyişikliyi ideoloji transformasiya ilə qarışdırmaq olmaz.

256
00:40:45,880 --> 00:40:58,200
Pəhləvi hakimiyyətindən bir qədər əvvəl və sonra, daha kəskin formada isə elə Pəhləvi hakimiyyəti dövründə ölkədə “yenilənmə” adlı bir şey gündəmə gəldi.

257
00:40:58,640 --> 00:41:07,640
Bunu İran xalqının həyatında baş verən bir dəyişiklik hesab edirdilər.  Amma bu, dəyişiklik deyildi, bu, İran xalqının transformasiyası idi,

258
00:41:08,120 --> 00:41:18,800
kimliyini və mahiyyətini ondan almaq idi. Yəni bu “yenilənmə” ilə, əslində, İran xalqı öz dini və milli kimliyini,

259
00:41:19,040 --> 00:41:24,320
dərin tarixi mahiyyətini əldən verdi.

260
00:41:24,520 --> 00:41:29,640
Pəhləvi dövründə baş verən bu “yenilənmə”də həm müəyyən qədər Rzaxanın,

261
00:41:30,080 --> 00:41:42,080
həm də o dövrdə Rzaxanı istiqamətləndirən, onu təşviq edən, ona kömək edən, onun əməllərini bu və ya digər şəkildə izah edib əsaslandırmağa çalışan qərbpərəst “ziyalı”ların vasitəsilə,

262
00:41:42,560 --> 00:41:53,880
əslində, İran xalqının kimliyi əlindən alındı.

263
00:41:54,040 --> 00:42:01,480
Yəni İran xalqı öz gerçək kimliyindən uzaqlaşdı. Bu, dəyişiklik deyil, transformasiyadır.

264
00:42:01,680 --> 00:42:06,440
Dəyişikliklər irəliyə istiqamətlənməlidir, bu isə geri getmək idi.

265
00:42:07,080 --> 00:42:14,160
Xalqlar öz kimliyini, öz mənəvi sərvətini əldən versələr,

266
00:42:14,720 --> 00:42:22,960
bu onlar üçün əslində mədəniyyət baxımından ölüm deməkdir. Bu, mədəniyyətin məhvidir

267
00:42:23,440 --> 00:42:32,360
və təəssüf ki, bir vaxtlar ölkəmizdə də bu baş vermişdi.

268
00:42:33,880 --> 00:42:42,600
Yəni elmi və sosial məsələlərdə, universitetlərdə iş o yerə çatmışdı ki, misal üçün,

269
00:42:42,840 --> 00:42:48,800
hansısa Qərb aliminin sözü həlledici hesab olunurdu. Nədənsə danışanda deyirdilər ki, filan Qərb alimi belə deyib.

270
00:42:49,000 --> 00:42:56,920
O belə deyibsə, artıq mövzu bağlanıb, daha nə isə deməyə ehtiyac yoxdur. Bu, təfəkkürün, düşüncənin yolunu bağlamaq deməkdir.

271
00:42:57,640 --> 00:43:06,440
İnsan başqalarını təqlid edirsə,

272
00:43:06,800 --> 00:43:14,680
humanitar və ya digər elmlərlə bağlı məsələlərdə Qərb alimlərinin sözünün qarşısında söz deməyə cürət etmirsə, bu o deməkdir ki,

273
00:43:15,040 --> 00:43:24,240
düşünməyi, fikirləşməyə cəhd göstərib nəticə çıxarmağı bir kənara qoyaraq yalnız təqlid etməlidir. Bu isə peyğəmbərlərin təliminin tam əksidir:

274
00:43:24,240 --> 00:43:26,960
يُثيروا لَهُم دَفائِنَ العُقول

275
00:43:27,320 --> 00:43:38,000
Peyğəmbərlər insanlarda olan o ağıl, təfəkkür dəfinələrini üzə çıxarmaq, aktivləşdirmək üçün göndərilib. Düşüncənin yolunu bu şəkildə bağlamaq isə

276
00:43:38,160 --> 00:43:43,520
peyğəmbərlərin bu missiyasının tam ziddinədir. Bu da bir məqam.

277
00:43:43,640 --> 00:43:54,120
Digər bir məqam budur ki, dəyişikliklər, sözsüz ki, birdəfəyə reallaşan bir şey deyil. Bəzən dəyişikliklər tədricən baş verir, səbirli olmaq lazımdır.

278
00:43:54,760 --> 00:44:04,560
Dəyişikliklərin hədəfləri düzgün müəyyən olunubsa, sözün həqiqi mənasında iş görülürsə,

279
00:44:05,280 --> 00:44:15,440
o hədəflərə gec çatsaq belə, eybi yoxdur. Əsas odur ki, daim hərəkətdə olub bu yolda irəli gedək.

280
00:44:15,920 --> 00:44:23,920
Səbirsizlik etmək lazım deyil. Hökmən birdəfəyə nə isə etmək lazım olduğunu güman etmək doğru deyil.

281
00:44:24,800 --> 00:44:40,240
Xaricdən asılı hökumətlərin bizə gətirdiyi o “yenilənmə”nin problemli cəhətlərindən biri də bu idi ki, o tendensiyanın bir lideri, yol göstərəni yox idi. Nöqsanlarından biri də bu idi.

282
00:44:40,480 --> 00:44:54,080
Tədricən həyata keçirilməsi nəzərdə tutulan dəyişikliklərin başında etibarlı bir lider durmalı,

283
00:44:54,720 --> 00:45:06,160
bu hərəkatı hər kəsin etimadını qazanmış, etibarlı əllər istiqamətləndirməlidir.

284
00:45:06,280 --> 00:45:12,120
Əks təqdirdə o dövrdə yaranmış vəziyyət ortaya çıxacaq. Bu da bir məqam.

285
00:45:12,640 --> 00:45:24,400
Digər bir məqam budur ki, dəyişikliklər hərəkatını  silsilə şəklində görülən tələsik və səthi işlərlə qarışdırmaq olmaz.

286
00:45:24,720 --> 00:45:32,800
Lüzumsuz cəsarətlə tələsik görülən işlər dəyişiklik deyil.

287
00:45:33,320 --> 00:45:42,600
Bəzən kimlərsə hansısa bir işi görməyə həddən artıq həvəsli olur və sadəcə həvəsini yatırmaq üçün o işi görür. Belə şeylər dəyərli deyil.

288
00:45:42,960 --> 00:45:50,280
Dəyişikliklər dərin, fundamental işlərdir.

289
00:45:50,520 --> 00:45:55,800
Əlbəttə, sürət önəmlidir, lakin sürəti tələskənliklə qarışıq salmaq olmaz.

290
00:45:56,120 --> 00:46:06,840
Bəli, bizim, İran xalqının, gənclərimizin hədəfə almalı olduğu dəyişikliklərlə bağlı məqamlar bunlar idi.

291
00:46:07,280 --> 00:46:09,040
Bu məqamlara diqqət yetirmək lazımdır.

292
00:46:09,320 --> 00:46:16,080
Yaxşı, bəs hansı sahələrdə dəyişikliklər həyata keçirilməlidir?  Qeyd etdiyim kimi, bu, başqa bir uzun söhbətin mövzusudur,

293
00:46:16,320 --> 00:46:25,240
hansı sahələrdə nöqsan və çatışmazlıqlarımız olduğunu müəyyən edib həmin sahələrdə sözün həqiqi mənasında dəyişikliklər həyata keçirməliyik.

294
00:46:25,240 --> 00:46:35,280
Lakin nümunə üçün bir neçəsini qeyd etmək olar: misal üçün,

295
00:46:35,600 --> 00:46:47,680
iqtisadiyyat sahəsində bizim edəcəyimiz dəyişiklik o ola bilər ki,  ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyaq. Yəni neftsiz iqtisadiyyat yarada bilək.

296
00:46:47,800 --> 00:46:58,040
Bu, sözün həqiqi mənasında dəyişiklikdir. Və ya tutalım, dövlət büdcəsinin tənzimlənməsi sahəsində

297
00:46:58,480 --> 00:47:10,920
hökumət və parlament büdcəni elə formada tərtib edə bilər ki, sözün həqiqi mənasında mövzuya, problemlərin həllinə, dövlətin funksiyalarının həyata keçirilməsinə istiqamətlənsin.

298
00:47:11,200 --> 00:47:19,920
Necə deyərlər, əməli bir büdcə olsun. Əlbəttə, bir qayda olaraq dövlətlər hazırladıqları büdcə layihələrinin tam praktik, əməli bir layihə olduğunu iddia edirlər, amma belə deyil.

299
00:47:21,080 --> 00:47:32,440
Dövlət büdcəsi həqiqi mənada düzgün tərtib olunsa, bu, ölkə iqtisadiyyatında bir dəyişiklik yarada bilər.

300
00:47:32,880 --> 00:47:45,680
Və ya tutalım, təhsil sahəsində. Təhsildə bizim, doğrudan da, dəyişikliyə ehtiyacımız var.

301
00:47:45,880 --> 00:47:58,280
Biz ibtidai, orta və ali təhsil pillələrində öyrədilən bilikləri dərinləşdirməliyik.

302
00:47:58,440 --> 00:48:10,080
Bu biliklər əzbərçiliklə mənimsədilməməli, dərin və praktik olmalıdır. Dərslərdə və keçilən mövzularda faydalılıq prinsipi əsas götürülməlidir.

303
00:48:10,200 --> 00:48:21,760
Bizim orta məktəblərimizdə və universitetlərimizdə tədris olunan bəzi dərslər şagird və tələbələrə ömürlərinin axırına qədər lazım olmur.

304
00:48:22,680 --> 00:48:30,520
O sahədə ixtisaslaşmadıqlarına görə öyrəndikləri məlumatlar da bir o qədər işlərinə yaramır.

305
00:48:31,000 --> 00:48:37,880
Əldə etdikləri ümumi məlumatların heç faydası da olmur, vaxtlarını da alır.

306
00:48:38,480 --> 00:48:46,280
Yəni təhsil sahəsində sözün əsl mənasında dəyişikliyə nail olmaq istəyiriksə,

307
00:48:47,080 --> 00:48:56,640
ilk növbədə keçilən dərslər dərin, praktik və faydalı olmalıdır. Təhsil sistemi üçün hazırlanmış dəyişikliklər proqramı

308
00:48:56,920 --> 00:49:00,840
lazımınca icra olunsa, bu məsələnin müəyyən qismi reallaşmış olar.

309
00:49:00,840 --> 00:49:11,960
Və ya sosial problemlər sahəsində; məsələn: ədalətin təmin olunması, yaxud narkomaniya kimi problemlərin kökünün kəsilməsi.

310
00:49:12,720 --> 00:49:19,640
Bunlar, həqiqətən də, sosial problemlərdir, biz bunları həll etməliyik. Və ya ailə məsələləri sahəsində

311
00:49:20,320 --> 00:49:23,360
biz sözün həqiqi mənasında dəyişiklik etməliyik.

312
00:49:23,680 --> 00:49:37,680
Aldığımız dəqiq və etibarlı məlumatlara əsasən, hazırda ölkəmiz sürətlə ahıllaşmağa doğru gedir. Bu çox pis, dəhşətli bir xəbərdir.

313
00:49:38,600 --> 00:49:46,560
Bu o problemlərdəndir ki, günlərin bir günü təsirləri ortaya çıxanda artıq heç bir əlac etmək mümkün olmayacaq.

314
00:49:47,200 --> 00:49:53,800
Bu problemləri aradan qaldırmaq üçün qeyd etdiyim sahələrdə dəyişikliklər həyata keçirilməlidir.

315
00:49:54,120 --> 00:50:05,720
Dəyişiklik yaratmağın vacib şərtlərindən biri düşməndən və düşmənçiliklərdən qorxmamaqdır. Allah-taala öz peyğəmbərinə belə buyurur:

316
00:50:05,720 --> 00:50:08,360
“...adamlardan qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır”.

317
00:50:08,760 --> 00:50:20,680
– camaatdan qorxmamalısan, onun-bunun sözündən qorxmamalısan. Hər bir müsbət addımın,  önəmli olan hər bir işin kimlərsə əleyhinə çıxa bilər.

318
00:50:20,920 --> 00:50:35,320
Əleyhinə olanlar müxaliflik edəcəklər. Bu gün virtual məkanın da mövcudluğunu nəzərə alsaq, bu müxaliflik əksər hallarda daha kəskin və ağrıdıcı formada olur.

319
00:50:35,840 --> 00:50:43,960
Önəmli, düzgün, hərtərəfli düşünülmüş bir addım atacaqsınızsa, belə şeyləri nəzərə almamalısınız.

320
00:50:44,360 --> 00:51:00,320
Xarici düşməni də nəzərə almaq lazım deyil. Ölkədə yaxşılığa doğru aparan istənilən hərəkatın qarşısında

321
00:51:00,760 --> 00:51:11,320
geniş bir düşmən cəbhəsi var. Onlar gecə-gündüz oturub həm nəzəri, həm də maddi cəhətdən zərbə vurmağın yolları barədə düşünürlər.

322
00:51:11,600 --> 00:51:19,400
Nəzəri cəhətdən zərbə vurmaqları belədir ki, ölkədə qəbul edilən mühüm, düzgün və məntiqli qərarları

323
00:51:19,760 --> 00:51:29,360
apardıqları genişmiqyaslı təbliğatla sual altına salmağa, sionistlərin əlindəki təbliğat imperiyası vasitəsilə vurub məhv etməyə çalışırlar.

324
00:51:29,360 --> 00:51:38,160
Lakin onlardan qorxmaq yox, hərəkət etmək lazımdır. Və zənnimcə, bunun yolu da gənc kadrları işə cəlb etməkdir.

325
00:51:38,600 --> 00:51:45,280
Qorxmadan, heç kimi və heç nəyi nəzərə almadan hərəkət edənlər gənclər olur.

326
00:51:45,480 --> 00:51:51,680
Əlbəttə, az öncə qeyd etdiyim kimi, burada gənc kadrların ideyaları, ruhiyyəsi,

327
00:51:52,200 --> 00:52:12,040
cəsarətli addımlar atmaq bacarığı əsas götürülür. Yoxsa biz gənc olmayan kadrların potensialından istifadəni inkar etmirik.

328
00:52:12,040 --> 00:52:20,760
Xoşbəxtlikdən, Allaha etimad etməyin nəticəsi hazırda müşahidə etdiyiniz kimi olur.

329
00:52:20,920 --> 00:52:32,760
Bizim qarşımızda duran düşmən cəbhəsinin bir hissəsini keçmiş Sovet İttifaqı təşkil edirdi ki, onun da hansı aqibəti yaşadığını gördünüz. Digər bir hissəsini hazırda Amerika təşkil edir ki,

330
00:52:32,840 --> 00:52:44,600
bu gün orada da vəziyyətin necə qarışıq və narahat olduğunu müşahidə edirsiniz. Bu gün Amerikanın müxtəlif ştat və şəhərlərində baş verənlər

331
00:52:44,840 --> 00:52:59,200
onların həmişə gizlətməyə çalışdığı reallığın təzahürüdür. Bunlar yeni bir şey deyil, köhnə reallıqların təzahürüdür.

332
00:53:00,160 --> 00:53:08,880
Sanki çalxalanan hovuzun dibindəki lil yuxarı qalxıb özünü göstərir.

333
00:53:09,240 --> 00:53:20,640
Hansısa polis zabiti qaradərili bir vətəndaşı yerə yıxıb dizi  ilə boğazını sıxır,

334
00:53:20,760 --> 00:53:29,680
yalvarışlarına əhəmiyyət vermədən, soyuqqanlılıqla can verənə qədər onu bu vəziyyətdə saxlayır,

335
00:53:30,120 --> 00:53:40,960
polis həmkarları da kənardan dayanıb tamaşa edir və heç bir tədbir görmürlər – bu, Amerika cəmiyyəti üçün yeni bir şey deyil. Amerikalıların təbiəti budur.

336
00:53:41,360 --> 00:53:45,200
Amerikalılar bunu indiyə qədər bütün dünya ilə ediblər.

337
00:53:46,280 --> 00:53:51,280
Eyni işi Əfqanıstanın, İraqın, Suriyanın da başına gətiriblər.

338
00:53:51,480 --> 00:53:58,400
Dünya ölkələrinin çoxu ilə, əvvəllər Vyetnamla bu cür davranıblar. Amerikanın əxlaqı budur,

339
00:53:58,400 --> 00:54:03,840
Amerika hökumətinin təbiəti budur. Bu gün də bu formada özünü göstərir.

340
00:54:04,560 --> 00:54:12,800
Bu gün Amerikanın müxtəlif ştat və şəhərlərində camaat etiraz aksiyaları zamanı “Nəfəs almağımıza imkan verin!”, “Nəfəs ala bilmirik!” və sair bu kimi şüarlar səsləndirir.

341
00:54:13,200 --> 00:54:18,240
Bu gün Amerika xalqının şüarlarına çevrilmiş bu fikirlər,

342
00:54:18,440 --> 00:54:29,200
əslində, Amerikanın ölkələrinə zalımcasına müdaxilə edib zülm verdiyi bütün xalqların ürəyindən qopan sözlərdir. Belədir.

343
00:54:30,000 --> 00:54:42,360
Hər halda, Allahın kömək və dəstəyi ilə, amerikalılar öz davranışları ilə artıq rüsvay olublar.

344
00:54:42,520 --> 00:54:50,880
Koronavirus məsələsində idarəçilik formaları onları bütün dünyada rüsvay edib və bu rüsvayçılıq bu gün də davam etməkdədir.

345
00:54:51,880 --> 00:55:00,640
Onlarda yoluxma bir çox ölkələrdən daha gec başlamışdı, başqlarının təcrübəsindən istifadə edib

346
00:55:00,760 --> 00:55:09,680
lazımi hazırlıqları görə bilərdilər, amma Amerikadakı administrativ boşluqlar

347
00:55:09,680 --> 00:55:15,440
bu gün o ölkədə yoluxma sayının da, insan tələfatının da digər ölkələrdən qat-qat çox olmasına səbəb olub.

348
00:55:15,600 --> 00:55:20,040
İdarə edə bilmədilər, hazırda da idarə edə bilmirlər.

349
00:55:20,360 --> 00:55:31,960
Səbəbi hakim Amerika administrasiyasındakı çürüklükdür. Camaatı idarə etmə formaları, camaatla davranışları bu vəziyyətdədir.

350
00:55:32,120 --> 00:55:49,080
Dilləri də uzundur. Camatı öldürürlər, açıq-aşkar cinayətlər törədirlər, heç üzrxahlıq da etmirlər,

351
00:55:49,480 --> 00:56:01,720
hələ üstəlik dilləri də uzundur, insan haqlarından dəm vururlar! Yəqin, orada qətlə yetirilən o qaradərili kişi insan deyilmiş, heç bir hüququ da yox imiş.

352
00:56:01,720 --> 00:56:13,800
Hər halda, mənə belə gəlir ki, Amerika xalqı – mən bunu əvvəllər də bir dəfə demişdim, indi də deyirəm – öz hökumətlərinə görə xəcalət çəkir.

353
00:56:14,520 --> 00:56:22,840
Həqiqətən də, Amerika xalqı hazırkı ABŞ administrasiyasına görə xəcalət və başıaşağılıq hiss etməkdə haqlıdır.

354
00:56:22,840 --> 00:56:32,040
Düşünürəm ki, işi-gücü Amerikaya qahmar çıxmaq, Amerikanı ideal kimi təqdim etmək olan bəzi iranlılar da –

355
00:56:32,240 --> 00:56:42,720
istər ölkəmizin daxilində yaşayanlar olsun, istərsə də xaricdə yaşayanlar – hazırkı vəziyyətə görə daha başlarını yuxarı qaldıra bilmirlər.

356
00:56:43,080 --> 00:56:54,080
Ümidvaram, Allah-taala dünyanın vəziyyətini İran xalqının xeyrinə dəyişəcək, İslam Respublikasının iqtidarını günbəgün daha da artıracaq,

357
00:56:54,600 --> 00:57:06,800
İmam Xomeyninin və şəhidlərimizin, o cümlədən sonuncu əziz şəhidimiz olan Şəhid Süleymaninin ruhlarını Məhşərə öz övliyaları ilə birgə gətirəcək, inşallah.

358
00:57:07,000 --> 00:57:09,400
Allahın salamı, rəhmət və bərəkəti nəsibiniz olsun.