1
00:00:00,320 --> 00:00:02,360
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,040 --> 00:00:11,320
Həmd olsun aləmlərin Rəbbinə! Ağamız Muhəmmədə və onun pak nəslinə Allahın salamı olsun!

3
00:00:12,760 --> 00:00:28,440
Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!

4
00:00:29,120 --> 00:00:42,680
Əziz həmvətənlərim, hamınızı, xüsusilə də möhtərəm şəhid ailələrini,

5
00:00:43,330 --> 00:00:57,400
qazilərimizin ailə üzvlərini, onların özlərini Novruz bayramı və yeni ilin gəlişi münasibətilə təbrik edirəm.

6
00:00:57,860 --> 00:01:09,330
Həmçinin Novruzu bayram edən bütün xalqları da təbrik edirəm.

7
00:01:10,930 --> 00:01:19,330
Bu il Novruz bayramı şəban ayının mübarək mövlud günləri ilə üst-üstə düşür.

8
00:01:19,660 --> 00:01:30,930
Ümidvaram, bu təsadüf yeni ilimizə maddi və mənəvi cəhətdən bol xeyir-bərəkət gətirəcək, inşallah.

9
00:01:31,260 --> 00:01:41,000
1400-cü il bir də onunla bərəkətlidir ki, bu ilə iki “nimeye-şəban” təsadüf edəcək,

10
00:01:41,660 --> 00:01:51,060
insanlar Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda!) mövludunu iki dəfə bayram edəcəklər.

11
00:01:51,400 --> 00:01:59,460
1399-cu il cürbəcür və bəzən indiyə qədər görünməmiş hadisələrlə keçdi.

12
00:02:01,200 --> 00:02:09,930
Xalqımız üçün bu cür görünməmiş və ona həqiqətən tanış olmayan hadisələrdən biri də

13
00:02:10,600 --> 00:02:21,000
koronavirus idi. Bu təzahür, demək olar ki, xalqın hər bir nümayəndəsinin yaşayışına bu və ya digər formada öz təsirini göstərdi.

14
00:02:21,730 --> 00:02:33,800
Koronavirus ölkədə biznes fəaliyyətinə, təhsilə, dini mərasimlərə, xarici səfərlərə, idmana

15
00:02:34,530 --> 00:02:46,400
və digər müxtəlif sahələrə təsir etdi, məşğulluğa isə ağır zərbə vurdu.

16
00:02:48,260 --> 00:02:57,000
Əlbəttə, bütün bunlardan daha acınacaqlısı on minlərlə əziz vətəndaşımızın bu virusdan həyatını itirməsidir.

17
00:02:57,530 --> 00:03:04,860
Belə ki bu, on minlərlə ailənin yasa batması deməkdir.

18
00:03:05,530 --> 00:03:18,530
Mən elə buradaca fürsətdən istifadə edib o ailələrin hamısına başsağlığı vermək, onlarla həmdərd olduğumu bildirmək istəyirəm.

19
00:03:19,060 --> 00:03:30,660
Ümidvaram, Allah-taala onlara səbir və əcr verəcək, dünyasını dəyişmiş doğmalarını öz rəhmət və bağışlamasına layiq görəcək.

20
00:03:32,530 --> 00:03:42,260
1399-cu il həm də müəyyən cəhətdən İran xalqının potensialının üzə çıxdığı bir il oldu.

21
00:03:43,860 --> 00:03:54,330
Həm o böyük sınaqda – koronavirusa qarşı mübarizədə, həm də düşmənin maksimal təzyiqləri qarşısında.

22
00:03:55,400 --> 00:04:10,000
İnsafla demək lazımdır ki, virusla mübarizədə səhiyyə işçilərindən tutmuş elmi tədqiqatçılarımıza, sadə vətəndaşlara, cihad qruplarına, könüllülərə qədər bütün xalqımız

23
00:04:10,600 --> 00:04:17,200
bu xoşagəlməz hadisəni idarə edə bilmək üçün böyük güc və bacarıq nümayiş etdirdi.

24
00:04:17,860 --> 00:04:29,600
Özü də sanksiyalar şəraitində. Baxmayaraq ki, ölkəmiz sanksiyalara məruz qalır, müəyyən imkanları xaricdən ölkəyə gətirmək üçün

25
00:04:30,460 --> 00:04:40,860
üzümüzə yollar bağlıdır, amma yenə də bizim alimlərimiz, həkimlərimiz, tibb bacılarımız,

26
00:04:41,260 --> 00:04:51,530
laboratoriya və radiologiya mütəxəssislərimiz – bilavasitə əhalinin müalicəsi ilə məşğul olan insanlar,

27
00:04:51,860 --> 00:05:01,200
həqiqətən də, böyük bir təcrübəyə imza atdılar, inanılmaz bacarıq və potensial nümayiş etdirdilər.

28
00:05:01,460 --> 00:05:12,060
Həmçinin İran xalqı düşmənin maksimal təzyiqləri qarşısında da öz bacarığını nümayiş etdirə bildi.

29
00:05:13,800 --> 00:05:25,600
Başda Amerika olmaqla bizim düşmənlərimiz bu maksimal təzyiqlərlə xalqımızı diz çökdürmək niyyətində idilər.

30
00:05:26,130 --> 00:05:34,130
Bu gün onlar özləri də, avropalı müttəfiqləri də açıq-aşkar deyirlər ki, maksimal təzyiqlər uğursuz olub.

31
00:05:34,730 --> 00:05:41,730
Biz bunun belə olacağını bilirdik və bu sahədə düşməni məğlub etməkdə əzmimiz qəti idi.

32
00:05:42,130 --> 00:05:52,000
Biz İran xalqının müqavimət göstərəcəyinə əmin idik, amma bu gün o maksimal təzyiqlərin uğursuzluğa düçar olduğunu onlar özləri etiraf edirlər.

33
00:05:52,530 --> 00:06:00,860
Şüar olaraq 1399-cu il üçün biz “Sıçrayışlı istehsal” şüarını seçmişdik.

34
00:06:01,600 --> 00:06:15,200
Mən müxtəlif kanallar vasitəsilə – vətəndaşlardan, hökumət strukturlarından əldə etdiyim məlumatlar əsasında

35
00:06:15,460 --> 00:06:29,060
bir dəyərləndirmə etmək istəsəm, deməliyəm ki, bu şüar müəyyən həddə, müəyyən məqbul həddə reallaşıb.

36
00:06:29,260 --> 00:06:38,600
Yəni ölkənin müəyyən sferalarında, müəyyən məsələlərdə “Sıçrayışlı istehsal” şüarı reallaşıb.

37
00:06:39,060 --> 00:06:52,800
Hərçənd gözlənilən səviyyədə olmasa da; yəni bu şüar müəyyən sahələrdə reallaşmış olsa belə  (bunlarsa daha çox infrastruktur, tikinti-quruculuq və sair bu kimi sahələr olub)

38
00:06:53,860 --> 00:07:01,330
ümumilikdə ölkənin iqtisadiyyatında və əhalinin rifahında bunun nəticələri müşahidə olunmayıb.

39
00:07:01,330 --> 00:07:14,000
Bu hərəkat hiss olunmayıb. Halbuki biz istehsaldakı sıçrayışın əhalinin vəziyyətində bir yaxşılaşmaya, problemlərin çözümünə səbəb olacağını gözləyirdik.

40
00:07:15,000 --> 00:07:25,800
Əlbəttə, “Sıçrayışlı istehsal” şüarı sözün həqiqi mənasında inqilabi mahiyyət daşıyır, çox önəmli bir şüardır.

41
00:07:26,600 --> 00:07:33,930
Əgər ölkədə sıçrayışlı istehsal düzgün formada həyata keçirilsə (inşallah, həyata keçiriləcək də) bunun həm ölkə iqtisadiyyatına dərin təsirləri olacaq (milli valyutanın dəyəri və digər mühüm iqtisadi problemlərin çözümü baxımından) həm də bundan əlavə, xalqın özünəinamını artıraraq ümumilikdə əhalinin razılığı üçün şərait yaradacaq və milli təhlükəsizliyin qarantına çevriləcək. Yəni əgər ölkədə, inşallah, sıçrayışlı istehsal reallaşsa – mən ümidvaram ki, reallaşacaq – bunun əsasında sadaladığım bütün bu mühüm hadisələr gerçəkləşəcək, böyük mənfəət əldə olunacaq.

42
00:07:34,600 --> 00:07:41,530
bunun həm ölkə iqtisadiyyatına dərin təsirləri olacaq (milli valyutanın dəyəri

43
00:07:41,930 --> 00:07:46,730
və digər mühüm iqtisadi problemlərin çözümü baxımından)

44
00:07:47,330 --> 00:07:54,600
həm də bundan əlavə, xalqın özünəinamını artıraraq

45
00:07:55,000 --> 00:08:03,800
ümumilikdə əhalinin razılığı üçün şərait yaradacaq və milli təhlükəsizliyin qarantına çevriləcək.

46
00:08:04,000 --> 00:08:14,460
Yəni əgər ölkədə, inşallah, sıçrayışlı istehsal reallaşsa – mən ümidvaram ki, reallaşacaq –

47
00:08:14,460 --> 00:08:20,800
bunun əsasında sadaladığım bütün bu mühüm hadisələr gerçəkləşəcək, böyük mənfəət əldə olunacaq.

48
00:08:20,800 --> 00:08:31,660
Yaxşı, bəs 1399-cu ildə bu şüar niyə tam olaraq reallaşdırılmadı? Çünki bir tərəfdən müəyyən əngəllər var,

49
00:08:32,200 --> 00:08:37,730
digər tərəfdən isə istehsala bütün sferalarda dəstək verilmir.

50
00:08:38,600 --> 00:08:47,600
Yəni istehsalın inkişafı üçün həm zəruri hüquqi və administrativ dəstəyə ehtiyac var,

51
00:08:48,460 --> 00:08:54,260
həm də bu yolda mövcud olan əngəllər ortadan qaldırılmalıdır.

52
00:08:54,260 --> 00:09:05,730
Misal üçün, tutalım, 30-40 faiz potensialı ilə işləyən,

53
00:09:06,000 --> 00:09:12,930
yaxud işini tamamilə dayandırmış bir zavodu bir neçə gənc çalışıb-vuruşub,

54
00:09:13,400 --> 00:09:22,600
stimullaşdırıcı tədbirlər hesabına işlətməyə başlayır, hərəkətə gətirir,

55
00:09:22,600 --> 00:09:33,200
məhsul istehsal olunandan sonra isə qəflətən görürsən ki, həmin mala alternativ bir məhsulu xaricdən necəsə ölkəyə idxal ediblər;

56
00:09:33,660 --> 00:09:47,060
ya xəyanətkar qaçaqmalçıların əli ilə, ya da təəssüflər olsun ki, qanuni yollarla, qanunlara zəif riayət olunması ucbatından.

57
00:09:47,460 --> 00:09:57,260
Təbii ki, belə hallar istehsalın çiçəklənməsinə yol açmır, əksinə, bu yolda əngəllər yaradır. Yəni əslində, zavodda görülən o iş büsbütün uğursuzluqla üzləşir.

58
00:09:58,000 --> 00:10:04,400
Yaxud həmçinin stimullaşdırıcı tədbirlərin, məsələn,

59
00:10:04,860 --> 00:10:14,660
investisiya sahəsində həvəsləndirici layihələrin olmamağı. İstehsala investisiya qoyulması üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var. Bu sahəyə investisiya yatıra biləcək insanlar bu işə təşviq edilməlidir.

60
00:10:15,000 --> 00:10:25,260
Ölkədəki biznes mühiti də həmin insanların bu işə cəlb olunması üçün əlverişli olmalıdır,

61
00:10:25,860 --> 00:10:35,660
onların istehsal xərcləri çoxaldılmamalıdır. Təəssüf ki, belə olmayıb. Yəni lazımi şərtlər nəzərə alınmayıb.

62
00:10:35,930 --> 00:10:44,200
Nə stimullaşdırıcı tədbirlər elə də çox olub, nə də istehsal xərcləri barədə bir düşünüb tədbir görən olub.

63
00:10:44,730 --> 00:10:55,660
Ötən illərdən birində – 1399-cu il deyildi, deyəsən, 1398 idi – istehsalçının xərci istehlakçının xərcini üstələmişdi.

64
00:10:55,660 --> 00:11:00,400
Bütün bunlar istehsalın inkişafına mane olan amillərdir.

65
00:11:00,730 --> 00:11:14,800
Hər halda, 1399-cu ildə biz ölkədə bu və ya digər şəkildə bu hərəkata start vermişik və İran xalqı

66
00:11:15,260 --> 00:11:24,130
istehsal sahəsindəki müəyyən məhdud səviyyəli sıçrayışı çox müsbət qarşılayıb.

67
00:11:24,600 --> 00:11:31,330
Bu prosesi davam etdirmək lazımdır. Bu anlarda  təhvil olan yeni – 1400-cü il,

68
00:11:32,660 --> 00:11:43,200
əslində, bir hesabla yeni bir əsrin başlanğıcıdır, yeni bir yüzilliyə qədəm qoyuruq.

69
00:11:43,460 --> 00:11:52,930
Odur ki ölkədəki məsələlərə uzunmüddətli yanaşmaq, onları bu aspektdən nəzərdən keçirmək lazımdır.

70
00:11:53,600 --> 00:11:58,330
Bu il – 1400-cü il həssas və önəmli bir ildir:

71
00:11:59,460 --> 00:12:10,000
ilk növbədə, ilin əvvəlində keçiriləcək seçkilərə görə. 1400-cü ilin xordad ayında bizi mühüm seçkilər gözləyir.

72
00:12:11,130 --> 00:12:19,260
Bu seçki ölkədəki vəziyyətə, proseslərə və ölkənin gələcəyinə önəmli dərəcədə təsir göstərə bilər.

73
00:12:19,860 --> 00:12:35,330
Ölkədə yeni, yəqin ki, enerji və işə həvəs dolu bir administrasiya iş başına gələcək, inşallah, cürbəcür güclü stimullarla ölkənin icraedici hakimiyyətini öhdəsinə götürəcək.

74
00:12:35,660 --> 00:12:40,600
Odur ki seçkilər bu ili daha da həssas və əhəmiyyətli edir.

75
00:12:40,600 --> 00:12:50,260
Bu, birinci məqam. Əlbəttə, mən gələcəkdə seçkilər barədə daha ətraflı danışacağam, hələlik isə bu qədərini deməklə kifayətlənirəm.

76
00:12:50,860 --> 00:13:01,930
Qarşıladığımız ili önəmli edən ikinci məqam isə budur ki, ötən il 1399-cu ildə ölkədə istehsalın inkişafına təkan verilib, istehsalın sıçrayışı bir hərəkat yaradıb.

77
00:13:03,730 --> 00:13:15,800
Cari ildə – 1400-cü ildə sıçrayışlı istehsalın daha da rövnəqlənməsi üçün münbit bir zəmin mövcuddur. Bundan maksimum dərəcədə istifadə edib

78
00:13:16,260 --> 00:13:28,060
bu hərəkatı ciddi surətdə davam etdirmək lazımdır. Ən önəmlisi isə istehsalın sıçrayışına dövlət və hökumət səviyyəsində

79
00:13:28,660 --> 00:13:33,860
hərtərəfli hüquqi dəstək verilməlidir.

80
00:13:34,400 --> 00:13:47,400
İstər hazırda iş başında olan dövlət olsun, istərsə də gələcək administrasiya. Seçki nəticəsində iş başına keçəcək hökumət də ilk gündən əngəlləri ortadan qaldırmaqda,

81
00:13:47,800 --> 00:13:58,200
lazımi dəstəyi verməkdə qərarlı və əzmkar olmalıdır. İnşallah, bu il istehsalın sıçrayışlı inkişafı sözün həqiqi mənasında reallaşar.

82
00:13:58,530 --> 00:14:09,400
Odur ki mən yeni il üçün aşağıdakı şüarı seçmişəm: “İstehsal; dəstək ol, əngəlləri ortadan qaldır!”

83
00:14:10,330 --> 00:14:17,260
Yəni şüar budur: “İstehsal; dəstək ol, əngəlləri ortadan qaldır!”

84
00:14:18,000 --> 00:14:26,660
Biz istehsalın inkişafını işimizin mehvəri bilməli, bu yolda lazımi dəstəyi göstərməli

85
00:14:27,060 --> 00:14:36,730
və əngəlləri ortadan qaldırmalıyıq. Ümidvaram, inşallah, Allahın lütfü sayəsində bu şüar lazımi dərəcədə gerçəkləşəcək.

86
00:14:37,600 --> 00:14:45,330
İnşallah, gələcəkdə bu mövzuda, həmçinin seçkilər barədə daha da geniş söhbətlərimiz olacaq.

87
00:14:46,200 --> 00:14:54,730
Ümidvaram, dahi liderimiz İmam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhları bizdən razı qalacaq,

88
00:14:55,060 --> 00:15:03,600
bu yeni il İran xalqı üçün bərəkətli bir il olacaq, Həzrət Mehdi Sahibəzzaman (Ruhlarımız ona fəda!) İran xalqından

89
00:15:04,060 --> 00:15:15,330
və ölkəmizin rəsmilərindən dualarını əsirgəməyəcək, bu günə qədər olduğu kimi, bundan sonra da,

90
00:15:15,330 --> 00:15:26,000
inşallah, xalqımızı öz lütf və diqqətinə layiq görəcək.

91
00:15:26,000 --> 00:15:29,600
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.