1
00:00:00,130 --> 00:00:02,530
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,130 --> 00:00:15,460
لحمد للّه ربّ العالمين و الصّلاة‌ و السّلام علي سيّدنا محمّد خاتم النّبيّين و اشرف الخلق اجمعين

3
00:00:17,130 --> 00:00:26,530
و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين

4
00:00:27,600 --> 00:00:38,860
Fələstin məsələsi yenə də İslam ümmətinin ən mühüm və ən aktual ortaq problemi olaraq qalmaqdadır.

5
00:00:40,800 --> 00:00:53,330
Zalım və qəddar imperializm sisteminin siyasətləri bütöv bir xalqı

6
00:00:53,800 --> 00:01:05,860
öz vətənindən, yurd-yuvasından, əcdadlarının yaşadığı torpaqlardan məhrum edib və orada yad bir xalqı, terrorçu bir rejimi yerləşdirib.

7
00:01:06,460 --> 00:01:14,330
Sionist rejimin təsis edilməsinin puç məntiqindən daha zəif və əsassız bir məntiq ola bilməz.

8
00:01:15,130 --> 00:01:22,730
Özlərinin iddiasına görə, avropalılar II Dünya müharibəsində yəhudilərə zülm ediblər,

9
00:01:23,000 --> 00:01:34,600
odur ki Qərbi Asiyada bir xalqı didərgin salıb ölkəsində faciəli qırğınlar törətməklə bunun qisası alınmalıdır!

10
00:01:37,200 --> 00:01:48,130
Qərb dövlətlərinin sionist rejimi əllərindən gələni əsirgəmədən, dəli kimi himayə edərkən əsaslandıqları

11
00:01:48,600 --> 00:01:57,060
və bununla da insan haqları və demokratiya ilə bağlı bütün yalan iddialarını puça çıxardıqları məntiq budur.

12
00:01:57,460 --> 00:02:09,930
Və bu tragikomik olay artıq 70 ildən artıqdır ki, davam edir, vaxtaşırı ona yeni bir epizod əlavə olunur.

13
00:02:12,600 --> 00:02:21,660
Sionistlər işğal edilmiş Fələstini ilk gündən terror mərkəzinə çeviriblər.

14
00:02:22,200 --> 00:02:32,130
İsrail bir ölkə yox, Fələstin xalqının və digər müsəlman xalqların əleyhinə olan bir terror mərkəzidir.

15
00:02:33,060 --> 00:02:43,530
Bu qəddar rejimə qarşı aparılan mübarizə zülmə və terrorizmə qarşı aparılan mübarizədir və bu hamının öhdəsinə düşən bir vəzifədir.

16
00:02:44,860 --> 00:02:54,530
Diqqətəlayiq bir məqam odur ki, qəsbkar dövlət 1948-ci ildə təsis olunduğuna baxmayaraq,

17
00:02:55,130 --> 00:03:04,600
İslam regionunun bu həssas nöqtəsinə əl uzatmaq üçün hazırlıqlar hələ ondan illərlə öncə başlamışdı.

18
00:03:05,860 --> 00:03:17,130
Həmin illər Qərbin müsəlman ölkələrində sekulyarizmi, ifratçı və kor millətçilik ideyalarını aparıcı mövqeyə gətirmək,

19
00:03:17,600 --> 00:03:29,060
istibdadçı, Qərbə vurğun və ya onun əlaltısı olan dövlətləri hakimiyyətə gətirmək üçün fəal müdaxiləyə keçdiyi illərə təsadüf edir.

20
00:03:31,130 --> 00:03:39,460
O illərdə Türkiyə, İran, eləcə də Qərbi Asiyadan Şimali Afrikaya qədər ərəb ölkələrində baş vermiş hadisələri araşdıranda

21
00:03:39,860 --> 00:03:46,660
belə bir acı həqiqət ortaya çıxır ki,  İslam ümmətinin zəifliyi,

22
00:03:47,130 --> 00:03:57,330
yaşanmış konfliktlər Fələstinin işğalı kimi bir faciə üçün zəmin yaratmış və imperializm dünyasının İslam ümmətinə bu zərbəni endirməsinə səbəb olmuşdur.

23
00:03:59,600 --> 00:04:12,200
İbrətamiz bir faktdır ki, o etapda hər iki qütb – həm kapitalizm, həm də kommunizm sionist Harunlarla əlbir oldu.

24
00:04:12,860 --> 00:04:23,930
Bu məkrli planın özünü hazırlayıb işə salan ingilislər idi, sionist sərmayədarlar pul və silah gücünə onu icra etməyi öhdələrinə götürdülər,

25
00:04:24,530 --> 00:04:37,130
qeyri-legitim dövlətin təsis edilməsini ilk olaraq rəsmən tanıyıb ora çoxlu sayda yəhudini göndərən isə keçmiş Sovetlər İttifaqı oldu.

26
00:04:38,600 --> 00:04:45,200
Qəsbkar rejim bir yandan İslam dünyasında hökm sürən o vəziyyətin,

27
00:04:45,530 --> 00:04:51,260
digər yandan isə Avropanın o məkrli planının, təcavüz və hücumlarının məhsulu idi.

28
00:04:53,260 --> 00:05:02,200
Bu gün isə artıq dünyada vəziyyət o vaxtkı kimi deyil. Biz bu həqiqəti daim nəzərdə tutmalıyıq.

29
00:05:02,800 --> 00:05:08,930
Bu gün güc balansı İslam dünyasının xeyrinə dəyişib.

30
00:05:10,330 --> 00:05:14,860
Avropa və Amerikada baş vermiş cürbəcür siyasi-ictimai olaylar

31
00:05:15,930 --> 00:05:26,330
qərblilərin struktur, idarəetmə və etik cəhətdən dərin problemlər yaşadığını dünya ictimaiyyətinin gözləri önünə sərdi.

32
00:05:28,260 --> 00:05:39,060
Amerikadakı seçki olayları, onların iddialı və təkəbbürlü prezidentlərinin bu sınaqdan çox rüsvayçı bir şəkildə çıxması,

33
00:05:40,460 --> 00:05:51,060
Amerika və Avropanın koronavirus pandemiyası ilə bir illlik mübarizədə üzləşdikləri uğursuzluqlar

34
00:05:52,460 --> 00:06:05,260
və bunun fonunda baş verən utancverici hadisələr, ən mühüm Avropa ölkələrində son zamanlar yaşanan ictimai-siyasi böhran –bütün bunlar Qərb qütbünün tənəzzülünün göstəriciləridir.

35
00:06:06,400 --> 00:06:17,460
Digər tərəfdən isə ən həssas müsəlman regionlarında müqavimət qüvvələrinin çoxalması, onların müdafiə və hücum qabiliyyətinin artması,

36
00:06:17,930 --> 00:06:23,330
müsəlman xalqlarında özünüdərk, stimul və ümidin yüksəlməsi,

37
00:06:23,660 --> 00:06:28,800
Quran və İslam şüarlarına getdikcə artan meyillənmə, elmi inkişaf,

38
00:06:29,200 --> 00:06:40,260
xalqlarda müşahidə olunan suverenlik istəyi və özünəinam daha yaxşı gələcəyi müjdə verən mübarək nişanələrdir.

39
00:06:41,400 --> 00:06:50,730
Bu mübarək gələcəkdə müsəlman ökələrinin birliyi ən başlıca, ən önəmli hədəf olmalıdır

40
00:06:50,730 --> 00:06:54,930
və bu hədəf bir o qədər də uzaq və əlçatmaz görünmür.

41
00:06:56,200 --> 00:07:05,460
Bu birliyin mehvəri isə bütöv ölkə mənasında Fələstin məsələsi və Qüdsi-şərifin müqəddəratı olmalıdır.

42
00:07:06,130 --> 00:07:13,600
Dahi İmam Xomeyninin (r.ə) nurlu qəlbini ramazan ayının son cümə gününü

43
00:07:13,600 --> 00:07:19,530
Qüds günü elan etməyə istiqamətləndirən də məhz bu həqiqət olmuşdur.

44
00:07:21,260 --> 00:07:32,400
Müsəlmanların Qüdsi-şərif mehvəri ətrafında bir araya gələrək güclərini birləşdirməsi sionist düşmənin və onun Amerika və Avropadakı himayədarlarının kabusudur.

45
00:07:33,600 --> 00:07:47,330
“Əsrin sazişi” adı verilmiş o uğursuz plan, ardınca bir neçə iradəsiz ərəb ölkəsi ilə işğalçı İsrail rejimi arasında əlaqələri normallaşdırmaq cəhdləri

46
00:07:47,660 --> 00:07:53,000
o kabusdan yaxa qurtarmaq üçün göstərilən rəzil səylər idi.

47
00:07:53,000 --> 00:07:58,260
Mən qətiyyətlə deyirəm: Bu səylər heç bir nəticə verməyəcək.

48
00:07:59,000 --> 00:08:07,730
Düşmən sionist  rejimi artıq eniş xətti üzrə məhvə doğru getməyə başlayıb və bu proses dayanmayacaq.

49
00:08:08,460 --> 00:08:15,000
2 mühüm amil gələcək üçün taleyüklü rola malikdir:

50
00:08:15,530 --> 00:08:22,800
birincisi və daha önəmlisi, Fələstin torpaqları daxilində müqavimət davam etdirilməli, cihad və şəhadət xətti gücləndirilməlidir

51
00:08:23,730 --> 00:08:33,400
və ikincisi, bütün dünyada müsəlman dövlətləri və xalqları Fələstinin cihadını dəstəkləməlidir.

52
00:08:33,730 --> 00:08:41,860
Hamı – dövlət rəsmiləri, ziyalılar, din alimləri, müxtəlif partiyalar, qeyrətli gənclər

53
00:08:42,200 --> 00:08:51,800
və sair kəsimlər bu genişmiqyaslı hərəkatda öz yerini və rolunu müəyyən edərək iş görməlidir.

54
00:08:52,330 --> 00:08:59,330
Düşmənin məkrli planını puça çıxaran, Allah-taalanın

55
00:08:59,330 --> 00:09:04,730
“Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar” ,

56
00:09:05,060 --> 00:09:08,860
– vədinin axirəzzaman nümunəsini ortaya qoyan da məhz bu olacaq;

57
00:09:09,330 --> 00:09:14,600
“Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!”

58
00:09:14,860 --> 00:09:26,200
Ərəb gənclərlə onların öz dilində bir qədər danışmaq istərdim.