1
00:00:47,860 --> 00:00:50,200
Mərhəmətli və Bağışlayan Allahın adı ilə

2
00:00:51,000 --> 00:01:00,730
الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:01:01,130 --> 00:01:08,000
و صحبه المنتجبين و من تبعهم باحسانٍ الي يوم الدّين

4
00:01:08,260 --> 00:01:19,660
Hörtməli tədbir iştirakçıları, ölkənin məsul şəxsləri və “Vəhdət həftəsi”nin əziz qonaqlarına

5
00:01:20,730 --> 00:01:36,930
xoş gəlmisiniz deyir, siz əzizləri, İran xalqını, dünyanın şərqi və qərbinda olan

6
00:01:43,460 --> 00:01:55,400
bütün İslam ümmətini əzəmətli Peyğəmbərimiz (s)

7
00:01:56,400 --> 00:02:03,530
və İmam Sadiqin (ə) böyük mövludu münasibətilə təbrik edirəm.

8
00:02:04,860 --> 00:02:12,730
Ümidvaram ki, inşallah, o böyük varlığın diqqətləri,

9
00:02:14,200 --> 00:02:29,260
habelə Allahın o böyük varlığın bərəkətlərinə olan lütfkarlığı və qayğısı böyük müsəlman xalqı və İslam ümmətinin inkişafına səbəb olacaq.

10
00:02:31,800 --> 00:02:42,400
Əzəmətli Peyğəmbərimizin (s) özünəməxsus şəxsiyyətinin çox uca bir zirvə nöqtəsi var.

11
00:02:42,930 --> 00:02:46,730
Həmin nöqtə “Besətdir”.

12
00:02:48,330 --> 00:02:56,000
Bəli, əziz Peyğəmbərimiz (s) özünəməxsus bir şəxsiyyət olsa da, bütün varlıq aləmində

13
00:02:57,130 --> 00:03:11,660
bu şəxsiyyətin özünün də bir uca nöqtəsi var. Həmin nöqtə o böyük şəxsiyyətin pak qəlbinin Allahın əzəmət, izzət və hikmət mədəni ilə olan əlaqəsidir.

14
00:03:12,060 --> 00:03:26,130
Besət nöqtəsi. Bu, öz yerində. Lakin Peyğəmbərin (s) həyatının bütün anları, hətta besətdən sonrakı dövrü də

15
00:03:27,400 --> 00:03:33,130
besətdən təsirlənmiş və onunla nizamlanmışdır.

16
00:03:33,930 --> 00:03:45,930
Yəni əziz İslam Peyğəmbərinin (s) besətdən əvvəlki həyatı da heç adi bir insanın həyatı kimi olmamışdır.

17
00:03:47,060 --> 00:03:59,800
O böyük şəxsiyyətin hərəkətləri, Allahın o şəxsiyyətə lütf etdiyi bərəkətlər, təbiət aləmində o böyük şəxsiyyətin varlığından qaynaqlanan hadisələr

18
00:04:00,060 --> 00:04:10,660
hamısı istisnadır. Hamısı o böyük şəxsiyyətin zirvə nöqtəsi olan besət məsələsinə mütənasibdir.

19
00:04:11,000 --> 00:04:23,460
Haqq-taalanın əzəmət nişanələrini o böyük şəxsiyyətin həyatının bütün dövrlərində, hətta doğulduğu vaxt görmək olar.

20
00:04:24,460 --> 00:04:31,060
Biz bu günü Peyğəmbərin (s) mövludu münasibətilə bayram edirik.

21
00:04:32,730 --> 00:04:46,330
Hətta o böyük şəxsiyyətin doğulduğu gündə də əsl mənşəyi Peyğəmbərin (s) şəxsiyyətinin zirvə nöqtəsi, yəni besət olan ilahi bərəkətlərin əlamət və nişanələrini görmək olar.

22
00:04:46,660 --> 00:04:59,530
Tövhidin əlamətləri və onun əməli nişanələrini mövlud günündə görmək olar.

23
00:04:59,730 --> 00:05:16,330
İçərisində bütlərin üzüqoylu yıxıldığı Kəbə evindən tutmuş təcavüzkar bütlərə, o dövrün cəmiyyətinin böyük tağutlarına qarşı mübarizəyə qədər hadisələr,

24
00:05:18,000 --> 00:05:27,730
filan “müqəddəs” gölün quruması, filan “müqəddəs” vulkanın sönməsi,

25
00:05:28,860 --> 00:05:35,060
Kəsra sarayının tavanının çökməsi, Kəsra sarayının tağlarının uçması kimi hadisələr baş verir.

26
00:05:37,330 --> 00:05:44,730
Mövlud günü adi bir gün deyil. Çox mühüm və böyük bir gündür.

27
00:05:45,600 --> 00:05:49,860
Bu münasibətlə biz bu günü bayram edirik.

28
00:05:50,460 --> 00:06:01,530
Qeyd etmək istədiyim bir əsas məsələ var. O da budur ki, bayram etmək təkcə şənlənmək, bu işdə davamlılığı qorumaq, xatırlama və bu kimi işlərdən ibarət deyil.

29
00:06:02,400 --> 00:06:13,460
Bayram etmək Əziz Peyğəmbəri (s) meyar seçmək və dərs çıxarmaq üçündür.

30
00:06:13,730 --> 00:06:25,730
Bizim buna ehtiyacımız var. Bu gün bəşəriyyətin buna ehtiyacı var. İslam ümmətinin buna ehtiyacı var. Dərs götürməliyik.

31
00:06:28,860 --> 00:06:40,530
Deməli, Əzəmətli Peyğəmbərin (s) mübarək mövlud gününün qeyd edilməsini diri saxlamağımız:

32
00:06:44,330 --> 00:06:48,800
“Allahın elçisinin həyatı sizə – Allahın rəhmətinə və Axirət gününə ümidi olanlara

33
00:06:49,260 --> 00:06:57,330
və Allahı çox zikr edənlərə gözəl nümunədir”. ayəsinə əməl etmək məqsədi daşıyır.

34
00:06:57,660 --> 00:07:07,260
Əziz Peyğəmbərimiz (s) gözəl nümunədir. Bunu Quran açıq şəkildə bəyan edir.

35
00:07:07,260 --> 00:07:15,200
Nümunə nə deməkdir? Nümunə deyilərkən bizim tabe olacağımız nümunə nəzərdə tutulur.

36
00:07:15,460 --> 00:07:23,130
O, yüksək bir zirvədə qərarlaşmışdır. Biz aşağıdan həmin zirvəyə doğru hərəkət etməliyik.

37
00:07:23,460 --> 00:07:30,330
Bəşəriyyət bacardığı qədər zirvəyə doğru hərəkət etməlidir. Nümunənin mənası budur.

38
00:07:32,730 --> 00:07:41,600
Yaxşı, bu nümunə və ülgünü özümüzə örnək götürmək istəyiriksə,

39
00:07:42,060 --> 00:07:48,060
o zaman verəcəyi dərslər bir-iki deyil, yüzlərlədir.

40
00:07:48,600 --> 00:07:55,000
Peyğəmbərin (s) şəxsi həyatı, ailə həyatı, hakimiyyəti,

41
00:07:55,660 --> 00:08:06,530
sosial münasibətləri, dostları, düşmənləri, möminlər və kafirlərlə olan münasibətlərində yüzlərlə əsaslı və mühüm dərs var.

42
00:08:07,660 --> 00:08:12,400
Bu dərslərdən birini bu gün qeyd etmək istəyirəm.

43
00:08:13,060 --> 00:08:17,130
Həmin dərsi bir Quran ayəsinin məzmunu belə ifadə edir:

44
00:08:17,130 --> 00:08:31,260
“Şübhəsiz ki, sizə özünüzdən bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, sizin haqq yola yönəlmənizdə israrlıdır, möminlərə qarşı şəfqətli, mərhəmətlidir!”

45
00:08:32,400 --> 00:08:37,460
Mən “عَزيزٌ عَلَيهِ ما عَنِتُّم” məsələsinin üzərində dayanmaq istəyirəm.

46
00:08:39,400 --> 00:08:52,600
Həmin hissədə belə deyilir:  “Sizin əziyyətə düşməyiniz ona ağır gəlir”. Siz əziyyətə düşdükdə Peyğəmbər (s) sizə görə əziyyət çəkir.

47
00:08:55,000 --> 00:09:05,330
Şübhəsiz ki, bu, təkcə Peyğəmbərin (s) müasiri olmuş müsəlmanlara məxsus deyil, bütün möminlərə aiddir.

48
00:09:06,260 --> 00:09:18,730
Yəni, bu gün siz Fələstində və Myanmarda əziyyət çəkirsinizsə, dünyanın ayrı-ayrı nöqtələrində müsəlmanlar əziyyət çəkirlərsə,

49
00:09:18,930 --> 00:09:33,660
bilsinlər ki, Peyğəmbərin (s) pak ruhu da əziyyət çəkir. Bu, çox mühüm bir məsələdir. Bizim Peyğəmbərimiz (s) belə bir şəxsiyyətdir.

50
00:09:35,460 --> 00:09:42,260
Bu ayədə Peyğəmbərimizin (s) qeyd olunan bu xüsusiyyəti

51
00:09:42,660 --> 00:09:49,800
başqa bir ayədə düşmənlərlə bağlı qeyd edilən bir xüsusiyyətin tam əksidir. Ayədə belə deyilir:

52
00:09:50,460 --> 00:10:04,330
Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş etməyin. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zəhmətə, əzab-əziyyətə düşməyinizi istəyirlər”.

53
00:10:06,000 --> 00:10:13,660
O biri ayədə: “عَزيزٌ عَلَيهِ ما عَنِتُّم” (Sizin əziyyətə düşməyiniz ona ağır gəlir), -

54
00:10:15,060 --> 00:10:19,930
deyə buyurulduğu halda, burada: “وَدّوا ما عَنِتُّم” (Sizin əziyyətə düşməyiniz onları məmnun edir), - deyə buyurulur. Hal-hazırda vəziyyətimiz belədir.

55
00:10:20,130 --> 00:10:28,130
Diqqətli olub dünyadakı mövqeyimizi öyrənin.

56
00:10:28,330 --> 00:10:40,860
Bir tərəfdə “عَزيزٌ عَلَيهِ ما عَنِتُّم” - Sizin əziyyətə düşməyinizdən əziyyət çəkən o müqəddəs zat, digər tərəfdə isə sizin əziyyətə düşməyinizdən məmnun qalan bir cəbhə.

57
00:10:42,000 --> 00:10:51,860
Onlar sizin bədbəxtliyinizdən xoşbəxtlik hissi yaşayırlar.

58
00:10:52,860 --> 00:11:04,660
Qarşı cəbhə belə bir xüsusiyyətə malik olduğu təqdirdə, təbii ki, sizi çətinliyə və bədbəxtliyə doğru sövq etməyə çalışacaq.

59
00:11:05,800 --> 00:11:10,530
Bu mövqeyi anlamalı, bilməli və diqqətdə saxlamalıyıq.

60
00:11:11,600 --> 00:11:22,400
Yaxşı, bəs, İslam ümmətinin hal-hazırki bu əziyyətləri nədən qaynaqlanır?

61
00:11:23,000 --> 00:11:36,800
Nə üçün müsəlman xalqlar iqtisadi və siyasi təzyiqlər, müharibələr, daxili müharibələr,

62
00:11:37,400 --> 00:11:43,660
istila, işğal, müstəmləkəçilik, yeni müstəmləkəçilik və s. baxımdan bu qədər əziyyətlərə və çətinliklərə məruz qalırlar?

63
00:11:44,860 --> 00:11:55,930
Müsəlmanların bu əziyyətlərinin və çətinliklər içərisində olmasının səbəbi nədir? Müxtəlif və çoxsaylı səbəblər var.

64
00:11:57,860 --> 00:12:08,130
Elmi cəhətdən gerilik bu səbəblərdən biridir. Müstəmləkəçilərin istila etməsinə razılıq vermək bu səbəblərdən biridir.

65
00:12:08,130 --> 00:12:19,130
Siyasətçilər, siyasi – sosial və bu kimi məsələlər üzrə araşdırma aparan analitiklərin araşdırdığı

66
00:12:19,600 --> 00:12:27,530
və minlərlə məqalə yazdıqları bu məsələlərin müxtəlif səbəbləri var. Amma,

67
00:12:27,800 --> 00:12:33,730
bəlkə də, amillərin ən mühümü, ya da mühüm amillərdən biri müsəlmanlar arasındakı təfriqədir.

68
00:12:34,000 --> 00:12:45,060
Biz öz qədrimizi və bir-birimizin qədrini bilmirik. Böyük qüsurumuz bir-birimizdən ayrı və təfriqə içərisində olmağımızdır.

69
00:12:45,330 --> 00:12:56,530
Bir-birimizdən ayrı olduğumuz, biz-birimizin xeyrini istəmədiyimiz, bəzən bir-bizimizin pisliyini istədiyimiz zaman nəticə qeyd edilən kimi olur.

70
00:12:57,600 --> 00:13:00,600
Burada da yenə Quran aşkar danışır.

71
00:13:00,600 --> 00:13:14,000
Həqiqətən, biz insanların həyatınin elə bir mühüm nöqtəsi yoxdur ki, Quran həmin nöqtəyə işıq saçmamış olsun.

72
00:13:14,930 --> 00:13:16,860
Burada da Quran belə buyurur:

73
00:13:16,860 --> 00:13:25,260
“Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyərsiz və gücünüz, qüdrətiniz tükənər”.

74
00:13:26,460 --> 00:13:30,930
Çəkişdiyiniz zaman “fəşl” baş verir. “Fəşl” zəifləməyə deyilir.

75
00:13:32,060 --> 00:13:39,460
“وَ تَذهَبَ رِيحُکُم”, yəni izzətiniz aradan gedir.

76
00:13:41,330 --> 00:13:49,400
İxtilafa düşüb parçalandığınızda mütləq çökürsünüz, zillətə düçar olursunuz,

77
00:13:50,600 --> 00:13:57,130
başqalarının sizə hakim kəsilməsinə zəmin yaradırsınız. Təfriqənin nəticəsi budur.

78
00:13:59,460 --> 00:14:09,000
Əmirəı-möminin (ə) “Nəhcül-bəlağə”nin ən mühüm xütbələrindən biri olan “Qasiə” xütbəsində

79
00:14:09,660 --> 00:14:12,730
bu məsələyə diqqət çəkir.

80
00:14:13,730 --> 00:14:22,260
Əmirəl-möminin (ə) dinləyicilərindən tarixə nəzər salmalarını istəyiri. Orada belə deyir: “Keçmiş ümmətlərə baxın.

81
00:14:22,660 --> 00:14:28,600
Bir olduqları, bir-birlərindən ayrı olmadıqları vaxt necə də izzətli idilər.

82
00:14:29,730 --> 00:14:35,400
Amma vəhdət və birlikləri pozulduqda, görün nə hala qaldılar”.

83
00:14:36,200 --> 00:14:47,860
Aralarına təfriqə və parçalanma düşdüyü, sevgi və ülfətləri sona yetdiyi vaxt aqibətlərinə baxın.

84
00:14:49,600 --> 00:14:56,730
Bundan sonra eyni məzmunda bir neçə cümlə deyir. Sonra buyurur ki, belə olduqda,

85
00:14:57,130 --> 00:15:02,330
təfriqə, ayrılıq və düşmənçilik hakim kəsildikdə:

86
00:15:02,330 --> 00:15:11,060
قَد خَلَعَ اللَهُ عَنهُم لِباسَ کَرامَتِهِ وَ سَلَبَهُم غَضارَةَ نِعمَتِه

87
00:15:11,400 --> 00:15:20,000
(İxtilaf və təfriqəyə düşdükləri üçün Allah kəramət libasını əyinlərindən çıxardı

88
00:15:21,930 --> 00:15:31,600
sahib olduqları izzəti vəonlara verdiyi neməti əllərindən aldı)

89
00:15:33,260 --> 00:15:42,460
Biz bu barədə, həqiqətən, düşünməli, “müsəlmanların vəhdəti” məsələsi üzərində fikirləşməliyik.

90
00:15:43,130 --> 00:15:48,400
Bu gün düşmən bunun tam əksini istəyir.

91
00:15:49,130 --> 00:15:56,660
İslamın “Qərb” adlı düşməninin bazası olması üçün

92
00:15:57,000 --> 00:16:05,400
bu regionda “sionist rejimi” adlı xərçəng hüceyrəsinin mənfur toxumunu əkdilər.

93
00:16:05,400 --> 00:16:15,060
O vaxt böyük Osmanlı dövlətini parçaladıqdan, süquta uğradaraq bir neçə yerə parçaladıqdan sonra

94
00:16:15,460 --> 00:16:25,400
burada daim isitafadə etməli olduqları bir baza yaratmalı və regionun öz ali məqsədlərinə çatmasına imkan verməməli idilər.

95
00:16:25,400 --> 00:16:36,260
Bu baza məzlum Fələstin idi. Xəbis, fasid, qatil

96
00:16:37,200 --> 00:16:45,130
və rəhmsiz sionistləri gətirib burada yerləşdirdilər; qondarma bir dövlət

97
00:16:45,130 --> 00:16:50,600
və qondarma bir millət yaratdılar.

98
00:16:50,600 --> 00:17:01,400
Müsəlmanlar da fərqində idilər. İndi düşmənlər elə bir iş görürlər ki, bu zərərli varlıq,

99
00:17:01,400 --> 00:17:10,060
artıq irəliləmiş bu xərçəng hüceyrəsi düşmən məzmunundan xaric olub

100
00:17:11,000 --> 00:17:16,460
region dövlətləri arasında ixtilaf salır.

101
00:17:17,860 --> 00:17:19,860
Hər yerdə ağalıq edirlər.

102
00:17:19,860 --> 00:17:28,600
Bu normallaşdırma İslam və müsəlmanlara qarşı törədilən ən böyük cinayətlərdən biridir.

103
00:17:29,860 --> 00:17:39,130
Ayrılıq salmaq, ixtilaf yaratmaq. Düşmən belədir. Düşmən daim iş başındadır.

104
00:17:40,000 --> 00:17:45,930
Biz Peyğəmbərin (s) mövlud günündən bu şəkildə istifadə edək:

105
00:17:46,200 --> 00:17:49,530
(Allahın rəsulu sizin üçün gözəl örnəkdir).

106
00:17:50,000 --> 00:17:57,260
Allahın rəsulu (s) qeyd etdiyimiz kimidir. Buna görə də İslam Respublikasında

107
00:17:57,530 --> 00:18:07,060
bu günü bayram və vəhdət günü təyin etmişik. Yəni əhli-sünnənin rəvayətinə əsasən,

108
00:18:07,730 --> 00:18:15,400
(12-si rəbiül-əvvəldən əhli-sünnənin rəvayətinə əsasən) 17-si rəbiül-əvvələ qədər (əhli-şiənin rəvayətinə əsasən) olan müddəti

109
00:18:15,400 --> 00:18:19,730
bayram təyin edib

110
00:18:19,930 --> 00:18:27,800
“Vəhdət həftəsi” adlandırmışıq. Yaxşı bir işdir. Amma bu şüar gerçəkləşməli

111
00:18:28,400 --> 00:18:33,730
və biz onun əməli şəkildə həyata keçməsinə çalışmalıyıq.

112
00:18:34,060 --> 00:18:43,000
Siz deyə bilərsiniz ki: “Biz bu ölkələrin rəhbərləri deyilik”. Bəli, rəhbərlərin başqa maraqları,

113
00:18:43,000 --> 00:18:46,660
siyasi maraqları, başqa məqsədləri var.

114
00:18:47,660 --> 00:18:54,130
Amma bir ölkənin ziyalıları, alimləri, yazıçıları, şairləri,

115
00:18:56,000 --> 00:19:08,800
mütəfəkkirləri, elit şəxsləri və tanınmış simaları vəziyyəti düşmənin istədiyindən fərqli istiqamətə dəyişə bilərlər.

116
00:19:09,800 --> 00:19:16,000
Vəziyyət dəyişdikdə nəticəyə nail olmaq asanlaşacaq.

117
00:19:16,730 --> 00:19:23,200
Vəhdət nə deməkdir? Vəhdət deyilərkən, əsla məzhəb birliyi nəzərdə tutulmur.

118
00:19:23,200 --> 00:19:31,200
Yəni bu onun, o da bunun məzhəbini qəbul edib bir məzhəb olması nəzərdə tutulmur.

119
00:19:31,730 --> 00:19:41,660
Corğafi birlik də nəzərdə tutulmur. Belə ki, 60-70-ci illərdə

120
00:19:41,930 --> 00:19:50,860
bəzi ərəb dövlətləri birləşib bir olduqlarını elan etdilər. Olmadı, olmayacaq, olması da mümkün deyil.

121
00:19:51,400 --> 00:20:01,730
Bu da nəzərdə tutulmur. Vəhdət və birlik deyilərkən İslam ümmətinin maraqlarının qorunması nəzərdə tutulur.

122
00:20:03,330 --> 00:20:12,260
Əvvəlcə İslam ümmətinin maraqlarının harada və nə olduğunu müəyyən etməlidirlər, bundan sonra xalqlar bu istiqamətdə razılığa gəlməlidirlər.

123
00:20:12,660 --> 00:20:23,060
Hökumətlər də, Allahın izni ilə bu yola yönəlsələr, Allah onların qəlblərini bu istiqamətə yönəltsə,

124
00:20:24,260 --> 00:20:32,660
İslam ümmətinin maraqları mövzusunda razılığa gəlsinlər. İslam ümmətinin bu gün nəyə ehtiyacı olduğunu,

125
00:20:33,930 --> 00:20:38,930
kiminlə düşmənçilik və necə düşməçilik,

126
00:20:38,930 --> 00:20:43,660
kiminlə dostluq və necə dostluq etməli olduğunu bilməlidir.

127
00:20:44,530 --> 00:20:52,930
Bu strategiyaları müzakirə və danışıqlarda razılaşdırsınlar və bu istiqamətdə hərəkət etsinlər.

128
00:20:53,730 --> 00:21:01,330
Məqsəd budur: “İmperializmin planları qarşısında ortaq hərəkət”.

129
00:21:01,800 --> 00:21:13,200
Şübhəsiz ki, imperializm dünyasının bizim bu regionla və dövlətlərimizlə bağlı aşkar planları var.

130
00:21:14,530 --> 00:21:20,460
İslam regionu böyük bir fürsətdir.

131
00:21:20,660 --> 00:21:28,860
Regionumuz dünyanın ən həssas regionu olmasa da, həssaslarından biridir.

132
00:21:29,800 --> 00:21:36,600
Ən zəngin olmasa da, ən zənginlərindən biridir.

133
00:21:37,460 --> 00:21:48,400
Orta Asiya, Qərbi Asiya, müsəlman regionu olan Şərqi Afrika çox mühüm regiondur.

134
00:21:49,200 --> 00:22:01,600
İmperializm və imperializm siyasətlərinin pərdəsi arxasında gizlənmiş güclər, beynəlxalq kompaniyalar, karetlər

135
00:22:02,000 --> 00:22:10,800
və trestlərin bu regionla bağlı planları var. Onların planlarına qarşı mübarizədə əməli ortaqlığımız olmalıdır.

136
00:22:11,260 --> 00:22:20,600
Vəhdətin mənası budur. Biz İslam dünyasına bunu təklif edib, İslam dünyasından bunu istədik.

137
00:22:24,000 --> 00:22:31,660
Diqqətdən qaçırmamalı olduğumuz əsas bir məsələ var. O da budur ki,

138
00:22:32,800 --> 00:22:45,530
dünyanın siyasi həndəsəsinin dəyişdiyi hər gün daha çox aydın olur.

139
00:22:48,530 --> 00:22:56,930
Dünyanın siyasi xəritəsinin dəyişməkdə olduğu günbəgün daha çox məlum olur.

140
00:22:57,860 --> 00:23:10,330
Birqütblülük, bir və ya iki gücün dövlətlər,

141
00:23:11,260 --> 00:23:23,660
xalqlar və sair üzərindəki hegemonluğu öz qanunuliyini itirib. Yəni xalqlar ayılıblar.

142
00:23:25,260 --> 00:23:33,660
Təkqütblü sistemdən imtina edilib və tədricən daha çox imtina edilməkdədir.

143
00:23:33,930 --> 00:23:41,460
Bu gün siz dünyanın birinci dərəcəli politoloqlarının dilindən bu sözü daha çox eşidirsiniz:

144
00:23:42,200 --> 00:23:46,600
“Birqütblü sistemi qəbul etmirik”. Birqütbü sistem nədir?

145
00:23:47,060 --> 00:23:58,600
Fərz edin ABŞ oturub İraq, Suriya, İran, Livan və ya hər hansı bir dövlətə:

146
00:23:59,000 --> 00:24:03,860
“Bu işi belə etməlisən, bu olmalı, bu olmamalıdır”, - deyə göstəriş verir. Bəzən deyir, bəzən demir,

147
00:24:04,060 --> 00:24:17,530
ancaq əməli iş görür. Bu gün belədir. Dövlətlər üçün planlar qurur, qüvvələrini səfərbər edirlər.

148
00:24:17,860 --> 00:24:34,660
Planları var. İmperializmin planı var.  Amma bu, artıq dəyişməkdədir.

149
00:24:35,000 --> 00:24:46,400
Bu hegemoniya - dövlətlər, xalqlar və ayrı-ayrı regionlar üzərindəki qlobal imperializm tədricən dəyişməkdədir.

150
00:24:46,660 --> 00:24:53,660
Bu, XX əsrin ortalarında anti-müstəmləkə hərəkatlarının yaratdığı

151
00:24:54,260 --> 00:25:02,400
dəyişikliyə bənzəyir; Ölkələr bir-birlərinin ardınca təkrar-təkrar

152
00:25:03,930 --> 00:25:13,930
müstəmləkə əleyhinə qiyam qaldırdılar – Bu özünü Asiyada bir cür, Afrikada başqa cür, Latın Amerikasında ayrı cür göstərdi.

153
00:25:15,130 --> 00:25:24,000
O vaxt dünyanın siyası xəritəsi əsaslı şəkildə dəyişdi. Bu gün də əsaslı dəyişiklik baş verməkdədir.

154
00:25:25,130 --> 00:25:40,860
İmperializmin xalqlara qarşı dərialtı və sakit istilaçı hərəkəti

155
00:25:41,060 --> 00:25:49,660
artıq xalqların nəzərindəki qanuniliyini tədricən itirməkdədir. Əslində,

156
00:25:49,660 --> 00:25:55,260
əvvəldən qanuni olmamışdı. Hər halda xalqların bu barədəki baxışı aydınlanmaqdadır.

157
00:25:55,260 --> 00:26:02,200
Yeni bir vəziyyət yaranacaq. Yeni bir dünya yaranacaq.

158
00:26:03,000 --> 00:26:08,800
Yeni dünyanın hansı formada olacağını dəqiq şəkildə təsəvvür etməyə bilərik.

159
00:26:09,130 --> 00:26:16,400
Amma əminik ki, qarşıdan gələn illər ərzində tədricən yeni dünya formalaşacaq.

160
00:26:16,400 --> 00:26:23,860
Bəs, görəsən, İslam ümmətinin yeni dünyadakı yeri harada olacaq? Bu, mühüm bir sualdır.

161
00:26:25,530 --> 00:26:39,730
İslam ümməti, yəni 1,5 milyard insan malik olduğu əzəmətli tarixi və elmi aydınlığına rəğmən, süqut etdi.

162
00:26:40,060 --> 00:26:46,730
Bəli, biz son bir neçə əsrdə elmi cəhətdən tənəzzülə uğradıq. Halbuki ondan əvvəl

163
00:26:47,200 --> 00:26:55,730
elmin ən yüksək zirvəsi biz müsəlmanlara məxsus idi. Bu bizim mirasımızdır. Bu bizim ixtiyarımızda olan bir şeydir.

164
00:26:56,860 --> 00:27:02,260
Təbii sərvətlərimiz, insan resurslarımız,

165
00:27:03,660 --> 00:27:08,930
yenilənmə istəyimiz olmasına baxmayaraq,

166
00:27:08,930 --> 00:27:15,260
bu xüsusiyyətləri ilə İslam dünyasının, İslam ümmətinin yeri haradadır?

167
00:27:15,860 --> 00:27:21,330
Formalaşmaqda olan bu yeni dünyada bizim yerimiz harada olacaq?

168
00:27:23,200 --> 00:27:31,330
Bizim dayandığımız və olduğumuz yer hara olacaq? Bu, çox mühüm bir məsələdir.

169
00:27:31,330 --> 00:27:35,930
İslam ümməti  bu barədə düşünməlidir.

170
00:27:38,730 --> 00:27:46,060
Qərbdə, Avropada baş verən hadisələr adi hadisələr deyil.

171
00:27:47,000 --> 00:27:51,000
Bunlar əsaslı dəyişikliklərin baş verməkdə olduğunu göstərir.

172
00:27:55,330 --> 00:28:06,330
Biz mühüm bir rol ifa edə bilərik. Biz İslam ümməti, İslam ölkələri, müsəlman xalqlar

173
00:28:06,600 --> 00:28:14,130
tədricən formalaşmaqda olan yeni dünyada yüksək mövqedə ola,

174
00:28:14,930 --> 00:28:26,600
bir nümunə və öndər kimi nəzərə alına bilərik. Amma bir şərtlə. Şərt nədir? Bir olmaq,

175
00:28:28,130 --> 00:28:38,660
təfriqə içərisində olmamaq, düşmənin, ABŞ-ın, sionistlərin,

176
00:28:39,400 --> 00:28:45,460
kompaniyaların şər və vəsvəsələrindən xilas olmaq.

177
00:28:46,260 --> 00:28:52,860
Bunların  şərindən xilas olmaq.  Bəzən bu vəsvəsələr özümüzkülərin dilindən eşidilir.

178
00:28:53,400 --> 00:29:04,660
İslam dünyasında İslam dünyasının öz daxilindən olan bəzi adamların onların sözlərini səsləndirdiklərini, təkrar etdiklərini görürük.

179
00:29:06,460 --> 00:29:17,860
Bir olaraq, təfriqəsiz və daxili vəhdətlə bunların şərindən xilas olaq. Şərt budur.

180
00:29:17,860 --> 00:29:23,260
Əgər bu şərti əməli şəkildə reallaşdırsaq, şübhəsiz ki,

181
00:29:24,460 --> 00:29:36,330
İslam ümmətini gələcək dünyada yüksək bir yerə, dünyanın siyasi coğrafiyasını formalaşdıran bir mövqeyə yüksəldə bilərik.

182
00:29:36,730 --> 00:29:48,400
Bu, mümkündürmü? Bəzi adamlar var ki, bütün mühüm məsələlərdə

183
00:29:49,460 --> 00:29:59,600
onların ilk reaksiyaları, iş-gücləri inkarçılıq və ümidsizlik yaratmaq olur: “Olan iş deyil, faydası yoxdur”.

184
00:30:00,460 --> 00:30:03,800
Biz bunu qəbul etmirik. Biz deyirik ki, mümkündür.

185
00:30:05,460 --> 00:30:14,130
Müsəlman xalqlar arasında birlik və vəhdət mümkündür. Amma iş və əməl lazımdır.

186
00:30:15,260 --> 00:30:27,460
Qeyd etdiyim kimi, biz İslam ölkələrinin siyasətçiləri, rəhbərləri və idarəçilərindən ümidsiz deyilik.

187
00:30:28,000 --> 00:30:34,530
Amma ümidimiz ən çox İslam dünyasının tanınmış şəxsiyyətlərinədir.

188
00:30:35,060 --> 00:30:41,600
Yəni, ümidimiz din alimləri, ziyalılar, universitet müəllimləri, ayıq gənclər,

189
00:30:41,930 --> 00:30:49,860
mütəfəkkirlər, ədiblər, şairlər, yazarlar, mətbuat fəallarınadır.

190
00:30:52,600 --> 00:31:00,330
Bunlar özlərini müstəqil və məsuliyyətli hiss etməli, üzərlərinə vəzifə düşdüyünü bilməlidirlər.

191
00:31:01,460 --> 00:31:08,660
Tanınmış şəxsiyyətlər hər hansı yoldan daxil olduqlarında ictimai rəyi həmin tərəfə yönəldirlər.

192
00:31:09,060 --> 00:31:18,660
Hər hansı ölkənin ictimai rəyi formalaşdıqda ölkənin idari siyasətlərinin də

193
00:31:18,660 --> 00:31:22,200
həmin istiqamətə yönəlməsi qaçılmazdır.

194
00:31:23,660 --> 00:31:32,660
Bu, mümkün bir işdir. Mümkündür, amma əməlsiz olmaz. Bu dünyada əməlsiz heç nə -

195
00:31:33,060 --> 00:31:41,130
nə dünyəvi nailiyyətlər, nə də ilahi və axirət nailiyyətlərinin əldə edilməsi mümkün deyil:

196
00:31:41,930 --> 00:31:44,730
لَيسَ لِلاِنسانِ اِلّا ما سَعيٰ

197
00:31:45,400 --> 00:31:49,400
Çalışmaq, əməl etmək lazımdır. Əgər əməl etsək, mümkün olar.

198
00:31:51,060 --> 00:32:00,330
Kiçik bir nümunə eyd etmək istəyirəm. Kiçik nümunəsi bizik; İslam Respublikası.

199
00:32:00,730 --> 00:32:08,130
Biz böyük güclərin qarşısında dayandıq. Bir vaxtlar bu dünya iki böyük gücün əlində idi:

200
00:32:08,130 --> 00:32:12,400
ABŞ və SSRİ.

201
00:32:13,330 --> 00:32:24,530
Onlarla məsələdə müxalif olan bu iki güc bir məsələdə müttəfiq idi. Bu müttəfiqlik İslam Respublikasına qarşı olmalarında idi.

202
00:32:26,930 --> 00:32:38,330
ABŞ və keçmiş SSRİ aralarında olan bütün ixtilaflara baxmayaraq, İslam Respublikasına qarşı mövqelərində müttəfiq və həmrəy idilər.

203
00:32:39,800 --> 00:32:45,530
İmam (r.ə) bunların qarşısında dayandı, təslim olmadı,

204
00:32:45,730 --> 00:32:52,800
açıq şəkildə dedi: “Nə Şərq, nə də Qərb” – nə bu, nə də o. Dedi və oldu.

205
00:32:54,330 --> 00:32:59,860
Xəyal edirdilər ki, olmayacaq, bu fidanı kökündən çıxaracaqlar.

206
00:33:00,530 --> 00:33:09,330
Amma bu fidan bu gün iri gövdəli bir ağaca çevrilmişdir. Qələt edər kimsə onu kökündən çıxaracağını düşünər!

207
00:33:34,400 --> 00:33:44,330
Müqavimət göstərdik və irəlilədik. Təbii ki, çətinliyi var. Hər şeyin çətinliyi var. Çətinlik olmadan olmaz.

208
00:33:45,660 --> 00:33:50,200
Təslim olanların da çətinliyi var. Çətinlik təkcə müqavimətdə deyil.

209
00:33:51,260 --> 00:34:00,460
Çətinlik təkcə müqavimətdə deyil. Təslim olmağın da çətinliyi var. Fərqləri bundadır ki,

210
00:34:01,730 --> 00:34:07,930
insan müqavimət göstərdikdə çətinlik onu irəli aparır.

211
00:34:08,930 --> 00:34:18,330
Biz çətinlik çəkirik, amma irəliləyirik. Təslim olan da çətinlik çəkir, amma geriləyir, irəli getmir.

212
00:34:19,930 --> 00:34:26,930
Buna görə də - olar, -  deyirik. İş görmək olar, səy göstərmək olar.

213
00:34:27,200 --> 00:34:37,800
İslam ümmətində bütün ixtilaf və fikir ayrılıqlarının olmasına baxmayaraq, İslamın və Quranın nəzərdə tutduğu vəhdət istiqamətində irəliləmək olar.

214
00:34:39,130 --> 00:34:46,660
Məsafələr bəzən etnik, bəzən irqi, bəzən də dil aspektlərindən olur. Bunlar önəmli deyil.

215
00:34:46,930 --> 00:34:56,460
Məncə, bu gün hər şeydən çox üzərində durmalı olduğumuz məsələ məzhəb – sünnilik və şiəlik məsələsidir.

216
00:34:58,060 --> 00:35:06,860
Etiqad və məzhəb ixtilafının münaqişə ilə nəticəlnməsinə imkan verməməliyik.

217
00:35:08,730 --> 00:35:19,000
Münqaişəyə səbəb olan bəzi şeylərə mane olmalıyıq, ciddi şəkildə mane olmalıyıq.

218
00:35:20,400 --> 00:35:36,930
Siz nəzərə alın ki, ABŞ və İngiltərə siyasətçiləri öz toplantılarında şiə və sünni mövzularını müzakirə edirlər.

219
00:35:37,200 --> 00:35:45,000
Bu, çox təhlükəli bir məsələdir. Çox təhlükəlidir. Həm sünni və həm də şiəyə qarşı yaxşı münasibətdə olmayan,

220
00:35:45,260 --> 00:35:50,260
İslama qarşı olan bu adamlar şiə və sünni müzakirəsi aparırlar.

221
00:35:50,600 --> 00:35:58,660
Bir dəfə ingilis şiəsi, amerikan sünnisi ifadələrini işlətmişdim.

222
00:36:00,200 --> 00:36:05,530
Bəziləri güman etdilər, daha doğrusu, yalandan belə təbliğat apardılar ki,

223
00:36:05,860 --> 00:36:08,730
biz “ingilis şiəsi” deyərkən İngiltərədə yaşayan müsəlmanları nəzərdə tuturuq.

224
00:36:08,730 --> 00:36:14,200
Xeyr. İngilis şiəsi müsəlman ölkəsində yaşayıb,

225
00:36:15,000 --> 00:36:22,930
ingilisdən ilhamlanan şiə də ola bilər. Yəni təfriqə salan şiə, sünnü,

226
00:36:23,600 --> 00:36:34,930
İŞİD, vəhhabilər və bu qəbildən olan sünni və şiə təfriqəçilərə gəldikdə isə, bunlar təfriqə salırlar. Təkfirçilər hər kəsi kafir elan edirlər.

227
00:36:35,530 --> 00:36:41,330
Bunların adları müsəlmandır. İslam dininin fərdi hökmlərinə çox ciddi şəkildə əməl edə bilərlər,

228
00:36:41,330 --> 00:36:45,660
amma düşmənin rəhbərliyi altında hərəkət edirlər.

229
00:36:46,060 --> 00:36:50,460
İxtilaf yaradan adam düşmənə xidmət edir. Ondan heç fərqi də yoxdur;

230
00:36:51,000 --> 00:36:57,460
tutduğu mövqedən, hansı məqamda və hansı ölkədə olmasından asılı olmayaraq.

231
00:36:58,200 --> 00:37:04,730
Biz buna inanırıq, bizim buna dərin inamımız var.

232
00:37:05,000 --> 00:37:16,000
Şiə tərəfdarı olub əhli-sünnənin hissləri ilə oynayan adamlara qarşı sərt reaksiya verdik.

233
00:37:16,800 --> 00:37:27,530
Bu, hər tərəfə yayılmalıdır. Fikir birliyi yaradılmalıdır.

234
00:37:28,930 --> 00:37:36,600
Təbii ki, hər iki tərəfdə radikallar var. Həm şiələr tərəfdə

235
00:37:37,800 --> 00:37:45,660
(səbəb etiqad və hər nə olursa olsun), həm də sünnilər tərəfdə radikallar var.

236
00:37:46,000 --> 00:37:51,800
Biz radikalların radikallığının

237
00:37:53,000 --> 00:38:04,660
məzhəb davamçılarının ittiham edilməsi ilə nəticələnməsinə imkan verməməliyik.

238
00:38:04,930 --> 00:38:14,600
Biz vəhhabilərin iki yüz il bundan əvvəl imamların qəbirlərini uçurtduqlarını gördük.

239
00:38:14,600 --> 00:38:21,000
Kərbəlaya gedib Şəhidlər sərvərinin (ə) pak qəbrini dağıtdılar,

240
00:38:21,730 --> 00:38:30,860
taxtadan düzəlmiş zərihini yandırdılar. Hərəmin ortasında od qaladılar. Qəhvə dəmləyib içdilər.

241
00:38:31,800 --> 00:38:38,600
Bu, baş verdi. Nəcəfə hücum çəkdilər. Amma şəhərə daxil ola bilmədilər. Çünki Şeyx Kaşifül-ğitanın (r.ə)

242
00:38:39,260 --> 00:38:47,730
qüvvələri var idi. Tələbələri və sairəni səfərbər etdi. Nəcəfin hasarı və şəhər divarları var idi.

243
00:38:48,460 --> 00:38:55,600
Şəhərə girə bilmədilər. Buna görə də Kufəyə üz tutdular. Kufə məscidində

244
00:38:55,600 --> 00:39:00,930
çoxlu sayda şiəni qətli-am etdilər.

245
00:39:01,200 --> 00:39:07,600
Bu, şiə alimləri və şiə böyüklərinin əhli-sünnəni ittiham etməsinə səbəb olmadı.

246
00:39:07,860 --> 00:39:13,930
Bu işi görənlər radikallar idilər. Bizim zamanımızda

247
00:39:15,800 --> 00:39:24,660
İŞİD İraqda bir cür, Suriyada bir cür, son illərdə Əfqanıstanda bir başqa cür davranır, hətta məktəbli uşaqlara da rəhm etmirlər.

248
00:39:24,860 --> 00:39:33,930
Qız və oğlan məktəblərini partladırlar. Ailələri gözü yaşlı qoyub, övladlarını qətlə yetirirlər.

249
00:39:34,600 --> 00:39:41,860
Bu işləri görürlər. Amma biz heç bir vəchlə əhli-sünnəni günahlandırmırıq. Bunlar ifratçı və radikallardırlar.

250
00:39:41,860 --> 00:39:48,800
Bu tərəf də belə olmalıdır. Kimlərsə radikallıq edə bilərlər.

251
00:39:49,330 --> 00:40:00,260
Amma şiə camiəsini radikallara görə günahlandırmaq olmaz. Bu sahədə iş görməliyik. İslam alimləri bir iş görməlidirlər.

252
00:40:00,260 --> 00:40:07,600
Biz bu parçalanmanın ziyanını görürük. Fələstində

253
00:40:08,130 --> 00:40:13,660
və ayrı-ayrı ölkələrdə ziyan görürük. Fələstində hər gün adam öldürürlər.

254
00:40:14,200 --> 00:40:21,060
Azyaşlı uşaqları, gəncləri, yeniyetmələri, yaşlıları qətlə yetirir, həbs edirlər.

255
00:40:21,460 --> 00:40:29,000
Həbsxanada minlərlə insan işgəncələrə məruz qalır. Bunlar gözlərimizin önündə baş verir.

256
00:40:29,600 --> 00:40:40,260
Myanmada və digər yerlərdə də eyni cür. Bunlar ağırdır. Bunlar İslam ümməti üçün ağırdır:

257
00:40:40,260 --> 00:40:45,000
“عَزيزٌ عَلَيهِ ما عَنِتُّم” –

258
00:40:46,530 --> 00:40:53,260
Bunlar Peyğəmbəri (s) incidir. Bu barədə düşünmək və çalışmaq lazımdır.

259
00:40:53,800 --> 00:40:56,200
Quran Peyğəmbərə (s) belə buyurur:

260
00:40:56,460 --> 00:41:00,530
“قُل يا اَهلَ الکِتابِ تَعالَوا اِليٰ کَلِمَةٍ سَواءٍ بَينَنا وَ بَينَکُم”

261
00:41:00,730 --> 00:41:08,460
Kitab əhli müsəlman deyil. Amma ortaq bir nöqtəmiz var və o, “Tövhid”dir.

262
00:41:08,660 --> 00:41:14,060
Belə ki, tövhid bütün dinlərdə mövcuddur. Tövhid bütün dinlərin əsasını təşkil edir:

263
00:41:14,260 --> 00:41:16,060
“اَلّا نَعبُدَ اِلَّا اللَه”

264
00:41:18,530 --> 00:41:27,260
Peyğəmbər (s) İslam dini ilə digər dinlər arasındakı ortaq cəhətdən istifadə edir.

265
00:41:27,660 --> 00:41:30,130
Quran göstəriş verir:

266
00:41:30,130 --> 00:41:38,060
“De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan “Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” kəlməsinə tərəf gəlin!... ”

267
00:41:39,460 --> 00:41:46,200
Qeyri-müsəlmanlarla belə olmağı göstəriş verir. Biz müsəlmanların bu qədər ortaq cəhəti var: -

268
00:41:46,460 --> 00:41:52,400
Kəbə birdir, qiblə birdir, namaz birdir, həcc birdir, ibadətlər birdir,

269
00:41:52,800 --> 00:42:01,130
Peyğəmbər birdir, bütün İslam dünyasında Əhli-beytə qarşı sevgi var – bütün bunlar bizim ortaq cəhətimizdir.

270
00:42:02,860 --> 00:42:07,330
Bu ortaq cəhətdən keçməməliyik.

271
00:42:08,200 --> 00:42:13,730
Bu vaxta qədər biz çalışmışıq. Biz bu vaxta qədər bu istiqamətdə

272
00:42:14,000 --> 00:42:18,930
bütün imkanlarımızdan istifadə etmişik. Bundan sonra da edəcəyik.

273
00:42:19,260 --> 00:42:28,130
Biz hamısı əhli-sünnə olan fələstinli qardaşlarımıza bütün cəhətlərdən –

274
00:42:28,130 --> 00:42:34,600
siyasi və elmi cəhətdən - dəstək vermişik. Bundan sonra da dəstək verəcəyik.

275
00:42:35,060 --> 00:42:44,400
Bizim üçün fərqi yoxdur. Burada bizim üçün mühüm olan islami hərəkət və İslam dövlətidir.

276
00:42:44,660 --> 00:42:53,530
Bu gün, Allaha həmd olsun ki, İslam dünyasında formalaşmış müqavimət cəbhəsinə bizim tərəfimizdən dəstək verilir. Ona dəstək veririk.

277
00:42:54,260 --> 00:43:02,730
Nə qədər gücümüz varsa, bunlara dəstək verəcəyik, indi də dəstək veririk, bundan qabaq da dəstək vermişik.

278
00:43:02,730 --> 00:43:09,860
Ümidvarıq, inşallah, Allah-taala hamımızı doğru yola yönəldəcək, bu yolda, inşallah, irəliləyə biləcək,

279
00:43:10,460 --> 00:43:17,930
İslam dünyasının nüfuzlu şəxsiyyətlərinin böyük arzusunu,

280
00:43:17,930 --> 00:43:25,660
İslam dinin əziz Peyğəmbərinin (s) pak ruhunun da arzusu olan bu böyük arzunu,

281
00:43:25,660 --> 00:43:29,800
yəni İsalmi vəhdəti, inşallah, gerçəkləşdirəcəyik.

282
00:43:30,200 --> 00:43:33,460
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!