1
00:00:00,660 --> 00:00:03,130
Rəhman və rəhim Allahın adı ilə.

2
00:00:03,400 --> 00:00:11,860
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya

3
00:00:21,530 --> 00:00:28,530
və onun çox-çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

4
00:00:30,060 --> 00:00:46,200
Şərafətli və böyük bayram olan Məbəs bayramını hörmətli və əziz toplantı iştirakçılarına, İran xalqına və bütün dünya müsəlmanlarına təbrik deyirəm.

5
00:00:49,530 --> 00:00:57,530
Məbəs bayramı tarixin ən böyük hadisəsinin xatırlatmasıdır.

6
00:00:59,930 --> 00:01:11,130
Cəsarətlə demək mümkündür ki, dünyada tarix boyunca bəşəriyyət üçün baş verən ən mübarək və əzəmətli hadisə

7
00:01:11,730 --> 00:01:19,260
əziz İslam Peyğəmbərinin besəti (peyğəmbərliyə seçilməsi) olmuşdur.

8
00:01:21,660 --> 00:01:29,000
Biz o Həzrətin (s) dünyaya gəlməsi barəsində də bu sözü deyirik, amma bunun özü də besətin bərəkətinə bağlıdır.

9
00:01:32,400 --> 00:01:46,060
Nə üçün insan Həzrət Peyğəmbərin (s) besətinin bu qədər dəyərli olduğunu iddia edə bilir?

10
00:01:46,060 --> 00:02:00,660
Çünki besət bəşərin dünya və axirət səadətinin kamil və son proqramını təqdim etmişdir.

11
00:02:04,260 --> 00:02:21,130
Bəşərin səadətinin – istər dünya, istərsə də axirət səadətinin kamil, son və daimi proqramı besət vasitəsilə təqdim olundu.

12
00:02:21,600 --> 00:02:32,400
Bu hadisədə müşahidə olunan ilk möcüzəvi və qeyri-adi hal

13
00:02:32,860 --> 00:02:44,600
elə bir əlverişsiz mühitdə besətin baş verməsi idi.

14
00:02:46,000 --> 00:02:55,730
Besətin başlanğıcı bu heyrətamiz hal ilə yanaşı idi.

15
00:02:56,930 --> 00:03:08,930
O gün dünya bəşəriyyət üçün başdan-ayağa azğınlıq, sapqınlıq və müsibət idi.

16
00:03:11,600 --> 00:03:25,060
Əmirəl-möminin Əli (ə) Həzrət Peyğəmbərin (s) besətinin baş verdiyi o günkü cahiliyyət dövrü barəsində buyurur:

17
00:03:25,060 --> 00:03:31,530
وَ الدُّنيا کاسِفَةُ النّورِ ظاهِرَةُ الغُرور

18
00:03:32,860 --> 00:03:42,200
Dünya zülmət içində idi. İnsanlarda elm və inkişaf yox idi.

19
00:03:43,530 --> 00:03:47,930
قَدْ دَرَسَتْ مَنَارُ الْهُدَى

20
00:03:49,260 --> 00:04:00,060
Peyğəmbərlərin gətirdikləri hidayət köhnəlmişdi, ona müdaxilə olumuşdu,

21
00:04:00,060 --> 00:04:08,200
korlanmışdı və təhrif edilmişdi.

22
00:04:08,860 --> 00:04:12,260
وَ ظَهَرَت اَعلامُ الرَّديٰ

23
00:04:13,660 --> 00:04:20,000
Bəşəriyyətin süqutunun nişanələri görünməkdə idi.

24
00:04:20,400 --> 00:04:22,400
Söhbət dünyadan gedir

25
00:04:22,730 --> 00:04:25,330
وَ الدُّنيا کاسِفَةُ النّور

26
00:04:28,060 --> 00:04:33,400
təkcə ərəb mühitindən və Ərəbistan yarımadasından getmir.

27
00:04:34,200 --> 00:04:43,930
Yəni Əmirəl-mömininin (ə) bu kəlamı o dövrün İran mədəniyyəti, Roma mədəniyyəti və dünyada mövcud olan

28
00:04:44,530 --> 00:04:48,260
digər böyük mədəniyyətlərə də şamil olur.

29
00:04:49,130 --> 00:05:02,800
Bəli, besət baş verdi. Besətin necə baş verməsi barəsində isə çox danışmışıq və danışıblar.

30
00:05:03,860 --> 00:05:12,260
Yəni Peyğəmbərin daxili aləminin “inbias”ı və daha sonra bu “inbias”ın cəmiyyətə cərəyan etməsi kimi mövzular ayrı mövzulardır.

31
00:05:13,200 --> 00:05:25,000
Besət baş verdi. Bu besətin iş proqramı hansı şəkildə idi? Mən bu məsələ barəsində danışmaq istəyirəm.

32
00:05:25,330 --> 00:05:36,060
Quranın müxtəlif ayələrində bu məsələyə aydınlıq gətirilib. Həmin ayələrdən biri “Cümə” surəsindəki bu ayədir:

33
00:05:36,330 --> 00:05:49,530
هُوَ الَّذي بَعَثَ فِي الاُمِّيّينَ رَسولاً مِنهُم يَتلوا عَلَيهِم آياتِهِ وَ يُزَکّيهِم وَ يُعَلِّمُهُمُ الکِتابَ وَ الحِکمَة

34
00:05:50,330 --> 00:05:52,260
Besətin iş proqramı bu idi.

35
00:05:52,530 --> 00:05:54,930
يَتلوا عَلَيهِم آياتِه

36
00:05:56,200 --> 00:06:06,260
yəni ilk iş qeyb aləmi və uluhiyyət ilə rabitə qapısını açmaq idi.

37
00:06:06,800 --> 00:06:17,400
Maddiyyat dörd divarı arasında sıxışıb qalan, maddiyyatdan qeyri bir şey tanımayan

38
00:06:17,930 --> 00:06:28,530
və qeyri-maddi aləmdən xəbərdar olmayan insanı bu dörd divar arasından çıxarıb, geniş rübubi mərifət fəzasına daxil etmək idi.

39
00:06:28,530 --> 00:06:34,460
İlk mərhələ bu idi, yəni iman. İlk addım imandır.

40
00:06:35,000 --> 00:06:45,860
İnsan bu məhdud və dar maddi aləmin dörd divarından xaric olduqdan sonra növbə “təzkiyə”yə (təmizlənmə işinə) gəlir: يُزَكِّيهِمْ

41
00:06:47,460 --> 00:07:02,060
Təzkiyə – bir şeyin eyb və nöqsanlarını aradan qaldıraraq onu yüksəltmək və inkişaf etdirmək anlamındadır.

42
00:07:02,530 --> 00:07:18,400
Yəni bir şeyin mənfi cəhətlərini kənarlaşdırmaq və onu cilalayıb inkişaf üçün hazırlamaq, onu inkişaf etdirmək deməkdir. Təzkiyənin mənası budur.

43
00:07:20,130 --> 00:07:35,530
Bəs görəsən, təmizlənməsi gərəkli olan şey nədir? Burada yalnız insanın əxlaqi baxımdan təmizlənməsi nəzərdə tutulmur. Bunu bilmək lazımdır.

44
00:07:36,730 --> 00:07:46,730
Təzkiyə – insanın daxili aləmindən, əxlaqımızdan,

45
00:07:47,800 --> 00:08:09,060
cəmiyyətdən, inanclardan, əməl və rəftarlardan, həyat tərzindən çirkinliklərin və mənfi cəhətlərin təmizlənməsidir. Budur təzkiyənin mənası.

46
00:08:09,400 --> 00:08:19,330
Yəni bütün sahələrdə fərd və cəmiyyətin islahı üçün hərtərəfli hərəkətdir.

47
00:08:20,200 --> 00:08:28,460
Bu hərəkət həm siyasəti, həm iqtisadi əlaqələri, həm ictimai əlaqələri əhatə edir.

48
00:08:29,060 --> 00:08:39,260
Bu hərəkət cəmiyyətdəki ədalətsizliyin, dünya səviyyəsindəki ədalətsizliyin,

49
00:08:39,730 --> 00:08:44,000
dövlət səviyyəsindəki ədalətsizliyin, xalq kütləsi arasındakı ədalətsizliyin islahına şamil olur

50
00:08:46,330 --> 00:08:57,600
və ictimai təbəqələşməni və fasilələri inkar edir. Təzkiyə bunların hamısına şamil olur: يُزَكِّيهِمْ

51
00:09:02,260 --> 00:09:09,460
Təzkiyədən sonra təlim məsələsi gəlir.

52
00:09:09,730 --> 00:09:19,800
Əlbəttə, belə deyildir ki, bunlar zaman baxımından biri-digərindən sonra gəlirlər,

53
00:09:19,800 --> 00:09:23,800
əksinə, bunlar yanaşıdırlar.

54
00:09:23,800 --> 00:09:36,330
Təlim nədir? Təlim odur ki, zülmətlər, nöqsanlar, eyiblər və yanlışlıqlar aradan qaldırıldıqdan sonra

55
00:09:37,060 --> 00:09:47,060
zehn və ruh hazır olduğu zaman, fəza hazır olduğu zaman İlahi hikmət və elm nurunun təcəlli etməsinə şərait yaranır.

56
00:09:50,130 --> 00:09:56,130
İlahi hikmətlər mövzusu isə geniş bir mövzudur.

57
00:09:57,860 --> 00:10:11,260
Həqiqətdə, təzkiyə fəzanı təmizləyir, təlim isə mənəvi baxımdan, mərifət və elm baxımından insanı zənginləşdirir,

58
00:10:11,600 --> 00:10:25,800
cəmiyyəti zənginləşdirir və İslamın istədiyi insanı yetişdirir.

59
00:10:26,730 --> 00:10:39,730
İslamın insandan istədiklərinə və insan üçün istədiklərinə müvafiq olan bir insan tərbiyə olunur və yetişir.

60
00:10:42,000 --> 00:10:48,330
Bizim və bütün cəmiyyətin hazırkı problemləri məhz bu məsələlərdir.

61
00:10:51,330 --> 00:10:59,660
Burada mühüm bir məqam vardır və o da bundan ibarətdir ki, bu besət,

62
00:11:00,730 --> 00:11:11,860
bu dəyişilmə, yəni yaxşılıqların, gözəlliklərin və aydınlığın yayılması, digər tərəfdən zülmətlərin,

63
00:11:12,530 --> 00:11:20,600
müsibətlərin, bədbəxtliklərin və s. aradan getməsi “bir dəfə” baş verən hadisə deyildir. Yəni “Besət bir dəfə baş verdi və başa çatdı,

64
00:11:20,930 --> 00:11:28,930
ondan sonra baş verənlər ilk besətin nəticələridir” – deyə bilmərik. Bu, belə deyildir. Bu ayə belə demir.

65
00:11:30,200 --> 00:11:31,930
Ayə belə deyir:

66
00:11:32,460 --> 00:11:42,400
‌“Savadsızlar arasına onların özlərindən olan bir elçini göndərən Odur. (Elçini göndərdi ki,) Allahın ayələrini onlara oxusun, onları təmizləsin və onlara Kitab və hikmət öyrətsin. Onlar, heç şübhəsiz, bundan qabaq açıq-aşkar azğınlıqda idilər.

67
00:11:42,600 --> 00:11:47,000
(Bu elçi) hələ onlara qovuşmayan başqa insanlar üçün də göndərilmişdir.”

68
00:11:48,060 --> 00:11:59,930
Bu besət həm o insanların arasında mövcud olmuş, həm də onlardan sonrakı insanların arasında mövcuddur. Ayənin əvvəlində olan “və” bağlayıcısı “الْأُمِّيِّينَ” və “آخَرِينَ مِنْهُمْ” sözlərini bir-birinə bağlayır:

69
00:12:00,930 --> 00:12:10,730
“آخَرِينَ مِنْهُمْ” hansı insanlardır? O insanlardır ki, hələ dünyaya gəlməyiblər: “لَمَّا يَلْحَقُوا بِهِمْ”.

70
00:12:10,730 --> 00:12:18,330
Bu o deməkdir ki, besət bu günədək bizə xitab edir. Besət bizim aramızda da mövcuddur.

71
00:12:19,860 --> 00:12:30,060
Yəni İslamın əziz Peyğəmbəri (s) elə indi də təzkiyə və təlim işini görür.

72
00:12:30,930 --> 00:12:42,260
Biz elə indi də besətin müxatəbiyik. Bəşər tarixi boyunca bu, mövcud olacaqdır.

73
00:12:43,260 --> 00:12:51,260
Bəşəriyyət həmişə Həzrət Peyğəmbərin (s) təlim-tərbiyəsinin, təzkiyəsinin müxatəbidir.

74
00:12:52,800 --> 00:13:05,400
Həzrət Peyğəmbər (s) o günlərdə insanları bütlərdən uzaqlaşmağa və onları sındırmağa dəvət etmişdir, bu gün də bizə bu xitabı edir.

75
00:13:06,330 --> 00:13:13,660
Ən başlıca büt isə bizim öz bütümüzdür, bizim daxilimizdə olan bütdür, nəfs və istəklər bütüdür.

76
00:13:15,730 --> 00:13:26,730
İmamın (Allah ondan razı olsun) sözü ilə desək, bizim daxilimizdəki təhlükəli heyvan olan nəfs bütüdür.

77
00:13:29,260 --> 00:13:39,460
Başlıca təhlükə budur. Yəni ilk öncə onunla mübarizə aparmaq lazımdır. Bizə ən yaxın düşmən, elə “nəfs” adlı düşmənimizdir. Biz öz nəfsimizlə mübarizə aparmalıyıq.

78
00:13:42,200 --> 00:13:59,660
Sonra isə ətrafdakı azğınlıqlarla mübarizə aparmalıyıq. İlk öncə özümüzə ən yaxın olan yerin, yəni öz cəmiyyətimizin islahı ilə məşğul olmalıyıq.

79
00:13:59,660 --> 00:14:09,860
Bəziləri irad bildirirlər ki, siz dünyanı islah etmək istəyirsiniz, elə isə əvvəlcə özünüzü islah edin. Əlbəttə, əvvəlcə özümüzü islah etməliyik,

80
00:14:11,260 --> 00:14:18,860
əvvəlcə öz cəmiyyətimizi islah etməliyik. Özümüzü islah etməyimiz İslamın əziz Peyğəmbərinin (s) və İslamın besətinin bizdən olan tələbidir.

81
00:14:19,260 --> 00:14:32,060
Əgər biz özümüzü islah etsək və bəşəriyyətə islami bir örnək göstərsək, bu, insanları cəzb edəcəkdir.

82
00:14:34,600 --> 00:14:44,060
Təzkiyə və təlim isə iki müqabil tərəfdən ibarətdir: bir tərəf dəvət edəndir, digər tərəf isə dəvət olunandır.

83
00:14:45,800 --> 00:14:53,330
Əgər dəvət edən tərəf dəvət edərsə – əlbəttə ki, dəvət edən mövcuddur və Həzrət Peyğəmbər (s) bu gün də bizim hamımızı dəvət etməkdədir –

84
00:14:54,600 --> 00:14:58,800
amma dəvət olunan tərəf dəvəti qəbul etməzsə, heç bir hadisə baş verməyəcəkdir.

85
00:15:01,400 --> 00:15:07,730
Bizim inqilabımızda dəvət olunan tərəf dəvəti qəbul etdi.

86
00:15:09,330 --> 00:15:19,530
Hörmətli İmam (r.ə) Həzrət Peyğəmbərin (s) sözünü və besətini insanlara çatdırdı,

87
00:15:19,860 --> 00:15:30,800
xalqdan mübarizə etməyi istədi. Xalq da onun dəvətini qəbul etdi. Buna görə də, bu böyük hərəkat baş verdi, belə böyük bir iş baş tutdu.

88
00:15:33,060 --> 00:15:47,130
Sonra da bizim xalq Allahın tövfiqi və Rəbbin fəzli ilə düz yolda öz hərəkatını davam etdirdi. Nailiyyətlərimiz oldu,

89
00:15:47,730 --> 00:15:53,330
əlbəttə, bəzi yerlərdə səhlənkarlıqlarımız oldu və buna görə də uğur qazanmadıq.

90
00:15:54,060 --> 00:15:57,730
Bu ilahi qanun davam etməkdədir. Bu qanun daimidir.

91
00:15:59,260 --> 00:16:08,330
Biz Həzrət Peyğəmbərin (s) dəvətini qəbul etdiyimiz vaxtadək bu təzkiyə

92
00:16:08,330 --> 00:16:14,260
və təlim hasil olacaqdır, bu inkişaf və tərəqqi mövcud olacaqdır.

93
00:16:14,260 --> 00:16:20,400
İnkişaf isə yalnız mənəvi inkişaf və axirətlə bağlı inkişaf deyildir. Xeyr, belə deyildir.

94
00:16:20,800 --> 00:16:24,400
“Ey Rəbbim! Bu dünyada da bizə yaxşılıq əta et, axirətdə də bizə yaxşılıq əta et...”

95
00:16:25,460 --> 00:16:39,860
Həm dünya, həm də axirət inkişafıdır, dünya və axirət səadətidir. İnsanın və cəmiyyətin dünyası və axirəti üçün ən yaxşı həyat modeli təqdim olunubdur.

96
00:16:41,530 --> 00:16:48,730
Beləliklə, əgər biz – dəvət olunanlar dəvəti qəbul etsək, bütün bunlar baş verəcəkdir.

97
00:16:48,730 --> 00:16:53,260
Dəvət edən tərəf mövcuddur və Həzrət Peyğəmbər (s) elə indi də bizi dəvət edir.

98
00:16:53,530 --> 00:16:55,730
Biz ayədə sözü keçən “sonrakılar”ıq: وَ آخَرِينَ مِنْهُمْ

99
00:16:55,730 --> 00:16:58,000
لَمَّا يَلْحَقُوا بِهِمْ

100
00:16:59,600 --> 00:17:08,930
Biz bu dəvəti qəbul etməliyik. Məbəs bayramı günündə biz bu məqamı diqqətdə saxlamalıyıq ki,

101
00:17:09,130 --> 00:17:14,200
əziz İslam Peyğəmbəri (s) bizə xitab etməkdədir.

102
00:17:14,530 --> 00:17:19,800
Əgər biz onun dəvətini qəbul etməsək, ayənin davamında qeyd edilənlər kimi olacağıq:

103
00:17:19,800 --> 00:17:25,000
“Tövrata əməl etmək üzərilərinə vəzifə qoyulan, amma bu vəzifəyə əməl etməyən insanların məsəli...”

104
00:17:26,530 --> 00:17:35,260
Onlara Tövrat verildi – Tövratda nur var idi, İlahi hikmət var idi, İlahi dəvət var idi,

105
00:17:35,600 --> 00:17:42,860
Tövrat İlahi göstərişlərin məcmusu idi – amma onlar buna əməl etmədilər.

106
00:17:44,400 --> 00:17:47,060
Əgər biz də əməl etməsək, onlar kimi olacağıq. Söylədiklərim besət barəsində idi.

107
00:17:47,460 --> 00:17:50,860
مَثَلُ الَّذينَ حُمِّلُوا التَّوراةَ ثُمَّ لَم يَحمِلوها

108
00:17:53,530 --> 00:17:58,130
Söylədiklərim besət barəsində idi

109
00:17:58,800 --> 00:18:13,200
Mən bunu demək istəyirəm ki, hal-hazırda dünyanın bu dəvətə, bu besətə ehtiyacı vardır.

110
00:18:14,060 --> 00:18:21,000
Bu gün dünyada insanların yaşayışı yaxşı yaşayış deyildir.

111
00:18:21,800 --> 00:18:35,530
Ola bilər ki, bəzi dünya ölkələrində müəyyən qədər zahiri görünüş vardır, amma bu zahiri görünüş o cəmiyyətlərin xoşbəxtliyinin göstəricisi deyildir.

112
00:18:36,460 --> 00:18:45,460
O cəmiyyətlərdə də digər cəmiyyətlərdə olduğu kimi yoxsulluq vardır, ayrıseçkilik vardır, zülm və haqsızlıq vardır.

113
00:18:45,800 --> 00:18:57,660
Bu gün bəşər maddiyyat dörd divarı arasında sıxışıb qalıbdır. Bəşərin Həzrət Peyğəmbərin (s) bu təzkiyəsi və təliminə, bu besətinə çox böyük ehtiyacı vardır.

114
00:18:58,200 --> 00:19:05,000
Biz məsuliyyət daşıyırıq. Bizim üzərimizə düşən məsuliyyət bundan ibarətdir ki, biz özümüzü formalaşdırmalı

115
00:19:05,530 --> 00:19:13,730
və İslami bir ölkənin və cəmiyyətin necə idarə olunduğunu dünyaya göstərməliyik. Sözün həqiqi mənasında (bu dəvətə) əməl etməliyik.

116
00:19:14,000 --> 00:19:21,260
Necə ki, bəzi məsələlərdə əməl etdik və Allaha həmd olsun ki, bu da dünya üzərində öz təsirini qoydu.

117
00:19:21,260 --> 00:19:26,060
Səhlənkarlıqlarımız da olubdur, Allaha həmd olsun ki, uğurlarımız da olubdur.

118
00:19:27,330 --> 00:19:35,260
Bir cümlə də Qəzza barəsində deyim. Qəzza müsibəti, təəssüflər olsun ki, davam edir.

119
00:19:37,000 --> 00:19:44,730
Bu müsibət İslam dünyasının müsibətidir, hətta bundan da irəli, bəşəriyyətin müsibətidir.

120
00:19:46,860 --> 00:19:55,600
Bu hadisə dünyanın hazırkı sisteminin nə qədər səhv bir sistem olduğunu göstərir.

121
00:19:57,400 --> 00:20:15,130
Belə ki, dünya qüdrətlilərinin əsas hissəsi bu gün cinayətkar və əli qana bulaşan sionist rejiminin arxasında dayanıbdır.

122
00:20:15,400 --> 00:20:26,260
Sionistlərin tərəf müqabili mübarizə aparan qruplaşma deyildir, əksinə, onlar uşaqları, qadınları, xəstələri, xəstəxanaları və yaşayış evlərini hədəfə alıblar.

123
00:20:28,730 --> 00:20:35,860
Amerika onların arxasında dayanıbdır, İngiltərə onların arxasında dayanıbdır, Avropa ölkələrinin çoxu onların arxasında dayanıbdır.

124
00:20:36,260 --> 00:20:43,260
Həmçinin bu ölkələrə tabe olan və onların arxasınca düşən ölkələr də sionistlərin arxasında dayanıbdır.

125
00:20:43,460 --> 00:20:51,060
Baxın, dünyanın hazırkı sisteminin nə qədər səhv bir sistem olduğunu elə bu Qəzza hadisəsindən başa düşmək mümkündür.

126
00:20:52,600 --> 00:21:00,730
Bu, qalıcı ola bilməz, davamlı ola bilməz. Bu sistem aradan gedəcəkdir.

127
00:21:11,400 --> 00:21:19,930
Qəzza hadisəsi qərb mədəniyyətini dünyada rüsvay etdi.

128
00:21:20,660 --> 00:21:32,200
Bu hadisə göstərdi ki, onların mədəniyyətində ağlasığmaz həddə mərhəmətsizlik hökm sürür.

129
00:21:32,530 --> 00:21:41,730
Gördüyümüz kimi, onlar xəstəxanaları raketlərlə vururlar, bir gecədə yüzlərlə insanı qətlə yetirirlər.

130
00:21:42,730 --> 00:21:55,060
Üç-dörd ay ərzində otuz min nəfər insanı – hansı ki, onların əksəriyyəti qadınlar və uşaqlardır – müəyyən bir məntəqədə qətlə yetiriblər.

131
00:21:56,060 --> 00:22:03,930
Sionist rejiminin arxasında Amerika dayanıbdır. Sionistlərin özləri də bunu etiraf edirlər.

132
00:22:04,130 --> 00:22:15,600
Deyirlər ki, əgər Amerikanın silah-sursatı olmasaydı, sionist rejimi bir gün belə bu müharibəni davam etdirə bilməzdi.

133
00:22:16,060 --> 00:22:25,060
Elə ilk gündən Amerikanın silah-sursatı bunlara göndərildi. Bunlara pul və silah göndərildi, siyasi dəstək verildi, digər köməkliklər edildi.

134
00:22:26,060 --> 00:22:31,800
Onlar da cinayətkardırlar və bu acı hadisənin məsuliyyətini daşıyırlar.

135
00:22:33,800 --> 00:22:40,530
Həll yolu isə yalnız odur ki, dünyanın böyük qüdrətləri,

136
00:22:40,730 --> 00:22:46,130
sionistlərin tərəfdarı olan qüdrətlər bu hadisədə özlərini kənara çəksinlər.

137
00:22:47,330 --> 00:22:55,530
Fələstin mübarizəçiləri meydanı necə idarə edəcəklərini özləri yaxşı bilirlər. Necə ki, bu günədək meydanı idarə etmişlər

138
00:22:55,530 --> 00:23:02,460
və Allaha həmd olsun ki, onlara əsaslı və ağır zərbələr endirmişlər.

139
00:23:04,200 --> 00:23:10,130
Sionistlər isə oranın zülmə məruz qalan və müdafiəsiz əhalisini hədəfə almışdır.

140
00:23:10,930 --> 00:23:26,260
Dövlətlərin üzərinə düşən vəzifə sionistlərə edilən siyasi, media, silah və ərzaq köməkliklərini kəsməkdir.

141
00:23:26,600 --> 00:23:35,200
Bu, dövlətlərin üzərinə düşən vəzifədir. Millətlərin üzərinə düşən vəzifə isə üzərilərinə düşən bu böyük vəzifəni yerinə yetirmələri üçün dövlətlərə təzyiq göstərməkdir.

142
00:23:35,860 --> 00:23:45,600
Bu iş həyata keçirilməlidir. İnşallah, Allahın tövfiqi ilə Qəzza əhalisinin qələbəsi günü-gündən daha çox görünəcəkdir.

143
00:23:45,930 --> 00:23:56,660
Ümidvaram ki, Fələstinin zülmə məruz qalan əhalisi, Qəzzanın zülmə məruz qalan əhalisi və Fələstinin digər bölgələri qələbəni görsünlər

144
00:23:57,060 --> 00:24:01,000
və öz düşmənlərini diz üstə çökdürsünlər.

145
00:24:01,000 --> 00:24:03,000
Salam olsun sizə, Allahın rəhməti və bərəkəti olsun sizə.