1
00:01:53,800 --> 00:01:56,400
Rəhman və rəhim Allahın adı ilə

2
00:01:59,730 --> 00:02:15,000
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya

3
00:02:25,110 --> 00:02:46,330
və onun çox-çox pakizə və pak, seçilmiş, hidayət edən və hidayət olunan, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

4
00:02:49,770 --> 00:03:09,220
Hər il təşkil olunan bu böyük toplantı mühüm və İran xalqının ehtiyac duyduğu bir hədəfə malikdir.

5
00:03:12,220 --> 00:03:33,000
Bu hədəf İmamın (r.ə) xatirəsini yad etmək və ölkənin inkişafı və idarə olunması,

6
00:03:33,660 --> 00:03:47,330
habelə İnqilabın uca hədəflərinin davam etdirilməsi istiqamətində

7
00:03:50,880 --> 00:04:07,770
İmamın dərslərindən bəhrələnməkdir. Bunun üçün biz ya İmamın əlimizdə olan çıxışlarındakı, əsərlərindəki dərslərdən istifadə etməliyik,

8
00:04:08,770 --> 00:04:16,220
ya da İmamın şəxsiyyətinin xarakterik cəhətlərindən –

9
00:04:18,440 --> 00:04:32,440
belə ki, İmamın (r.ə) uca və bənzərsiz şəxsiyyətinin xarakterik cəhətlərinin hər biri öz növbəsində bizim üçün bir dərsdir – bəhrələnməliyik.

10
00:04:33,660 --> 00:04:53,550
Bu gün mən də İmamın baxış bucağından ötən ilin xordad ayından bu günədək baş verən

11
00:04:54,880 --> 00:05:08,660
iki mühüm hadisə barəsində bir qədər danışmaq, bəzi məsələləri açıqlamaq istəyirəm.

12
00:05:09,220 --> 00:05:22,770
Bu iki hadisədən biri bu gün dünyanın birinci problemi olan Fələstin problemidir.

13
00:05:26,110 --> 00:05:48,000
Bu hadisə əzəmətli xalq hücumu ilə başlamış və onun ardınca baş verən hadisələr bu günədək dünyanın diqqətini özünə tərəf çəkmiş,

14
00:05:50,000 --> 00:05:55,660
bu problemi dünyanın birinci probleminə çevirmişdir.

15
00:05:58,220 --> 00:06:14,110
İkinci hadisə isə əziz və dəyərli Prezidentimizi itirməyimizdir.

16
00:06:14,550 --> 00:06:31,770
Bu da böyük hadisə idi. Prezidentimizin və onunla birlikdə olanların şəhadətinin həm ölkə daxilində, həm də beynəlxalq arenada

17
00:06:33,220 --> 00:06:49,000
müəyyən nəticələri vardır. Bu hadisə İnqilab tarixinin mühüm hadisələrindən biri hesab olunur.

18
00:06:49,660 --> 00:07:01,330
Mən bu iki hadisəyə İmamın baxış bucağından baxaraq, onların barəsində danışmaq istəyirəm.

19
00:07:03,660 --> 00:07:19,440
Daha sonra seçkilər barəsində, seçkilərə dair milli

20
00:07:19,880 --> 00:07:26,330
və ümumi vəzifəmiz barəsində bir neçə məsələni diqqətinizə çatdıracağam, inşallah.

21
00:07:29,220 --> 00:07:47,440
İmamın ən əsas dərslərindən və yanaşmalarından birini biz Fələstin hadisəsində müşahidə edirik.

22
00:07:49,000 --> 00:08:08,110
Dahi İmam, İslam hərəkatının başlandığı ilk gündən etibarən, Fələstin problemi üzərində təkidlə dayandı, bu barədə çıxışlar etdi, gələcək üçün təxminlərini və proqnozlarını söylədi,

23
00:08:10,000 --> 00:08:18,220
müsəlman xalqlara və Fələstin xalqının özünə tövsiyələr etdi, onlara yol göstərdi.

24
00:08:18,770 --> 00:08:34,880
İmamın Fələstinin gələcəyi barəsində əlli il və ya çox əvvəl söylədiyi təxminlər

25
00:08:35,770 --> 00:08:51,220
bu gün tədricən reallaşmaqdadır. İmamın Fələstin problemi barəsində uzaqgörənliyi olduqca mühüm məsələdir.

26
00:08:51,880 --> 00:08:54,880
Bir qədər irəlidə bu barədə danışacağam.

27
00:08:56,550 --> 00:09:12,440
Əlbəttə, İmamın hadisələr barəsində uzaqgörənliyi və təhlili təkcə Fələstin probleminə aid deyildir.

28
00:09:13,770 --> 00:09:28,880
Ölkə ilə bağlı bir çox aktual və mühüm hadisələr barəsində İmamın nəzəri, dəqiq baxışı və uzaqgörənliyi

29
00:09:30,330 --> 00:09:42,000
bunları eşidən insanların gözü önündəcə reallaşdı. Bunun saysız nümunələri vardır.

30
00:09:42,770 --> 00:09:49,440
Bir nümunə hərəkatın ilk günlərinə aiddir.

31
00:09:51,880 --> 00:10:04,660
İmamın rəhbərliyi ilə İslam hərəkatı özünün ilk addımlarını atdığı

32
00:10:07,000 --> 00:10:30,660
və tağut rejimin Qumun Feyziyyəsində, Qumun küçələrində və Tehranda hər bir etirazı zorakılıq və amansızlıqla yatırtdığı o gündə,

33
00:10:31,660 --> 00:10:47,660
mübarizəçilərin sayının az olduğu və qarşı tərəfin zalım və qəddar bir rejim olduğu bir şəraitdə

34
00:10:49,000 --> 00:11:05,770
İmam bizlərə – biz o gün gənc tələbələr idik – üz tutaraq dedi: “Bunlar gedəcəklər, siz qalacaqsınız”.

35
00:11:08,440 --> 00:11:22,220
O gün siyasi analitiklər, ölkələrin müxtəlif hadisələrini, mübarizələrini və bu kimi hadisələri araşdıranlar

36
00:11:22,880 --> 00:11:29,550
bu sözə təəccüb edirdilər. İmam bu sözü dedi və bu, baş verdi.

37
00:11:31,880 --> 00:11:41,660
Başqa bir nümunə kimi İmamın (r.ə) öz bərəkətli ömrünün axırlarında

38
00:11:42,110 --> 00:11:56,110
keçmiş sovet hakimiyyətinin başçısına ünvanladığı məktubda yazdıqlarını göstərmək olar.

39
00:11:56,110 --> 00:12:04,330
Bu məktubun mətni tarixi sözlərdir.

40
00:12:04,880 --> 00:12:13,440
Keçmiş sovet hakimiyyəti özünün iqtidar və etibarının zirvəsində olduğu bir vaxtda

41
00:12:13,770 --> 00:12:24,000
İmam dedi ki, kommunist rejiminin sümüklərinin sınmasının səsi eşidilir.

42
00:12:26,440 --> 00:12:31,220
O gün heç kim belə bir hadisəni təsəvvür edə bilmirdi.

43
00:12:31,220 --> 00:12:41,330
Amma İmam bu sözü dedi və çox keçmədi ki, onun proqnozu baş verdi.

44
00:12:42,660 --> 00:12:52,220
Fələstin problemində də İmamın (r.ə) hadisələrə baxışı belə idi.

45
00:12:53,660 --> 00:13:11,220
Fələstin barəsində İmamın istəyinin xülasəsi bu idi ki, kompromis istiqamətli müzakirələrə ümid bəslənilməsin.

46
00:13:11,880 --> 00:13:25,770
Ümidvar olmasınlar ki, kompromis istiqamətli müzakirələr ilə fələstinlilərin problemini həll edə

47
00:13:26,660 --> 00:13:36,440
və Fələstin problemində ədalətli bir nəticə əldə edə biləcəklər. Bu, İmamın sözünün xülasəsi idi.

48
00:13:37,330 --> 00:13:50,000
Onun fikrincə, Fələstin xalqının özü əməl meydanında öz haqqını almalı

49
00:13:51,110 --> 00:14:05,550
və düşməni, yəni sionist rejimini geri çəkilməyə vadar etməli və onu zəiflətməlidir.

50
00:14:06,550 --> 00:14:18,220
Bütün dünya xalqları, xüsusilə də müsəlman ölkələr də fələstinliləri himayə etməlidirlər.

51
00:14:18,220 --> 00:14:28,330
İmam həmişə təkrarlayaraq bildirirdi ki, əgər xalqlar meydana daxil olsalar,

52
00:14:28,330 --> 00:14:36,220
fələstinlilərin özü hərəkətə keçsələr,

53
00:14:37,550 --> 00:14:52,550
sionist rejimi geri çəkilmək məcburiyyətində qalacaq. Bu gün bu hadisə baş vermişdir. İndi bu məsələni sizə izah edəcəyəm.

54
00:14:53,550 --> 00:15:08,000
Fələstinlilər “Tufanul-əqsa” əməliyyatında meydana daxil oldular, hərəkətə keçdilər

55
00:15:10,880 --> 00:15:26,770
və düşməni meydanın elə bir küncünə sıxışdırdılar ki, qaçış və qurtuluş üçün bir yol qalmadı.

56
00:15:28,220 --> 00:15:39,550
Doğrudur, Amerika sionist rejimini himayə edir, bir çox qərb dövlətləri sionist rejimini himayə edirlər,

57
00:15:39,550 --> 00:15:53,110
amma eyni zamanda etiraf edirlər və bilirlər ki, sionist hökuməti üçün yaranan şəraitdə

58
00:15:54,000 --> 00:16:00,440
bu rejimin xilası üçün heç bir yol mövcud deyildir.

59
00:16:03,660 --> 00:16:17,440
Fələstin xalqının bu böyük hərəkatı barəsində mən burada bir neçə cümlə danışmaq istəyirəm.

60
00:16:18,440 --> 00:16:36,110
“Tufanul-əqsa” əməliyyatında iki əsas məqam mövcuddur və bunlara diqqət olunmalıdır. İki əsas və mühüm məqam!

61
00:16:37,440 --> 00:16:49,220
Məqamlardan biri budur ki, ötən ilin mehr ayının 15-ində baş tutan “Tufanul-əqsa” əməliyyatı

62
00:16:50,110 --> 00:17:02,000
həmin vaxt regionun ehtiyac duyduğu bir hadisə idi. Bizim regionun bu əməliyyata ehtiyacı var idi.

63
00:17:03,110 --> 00:17:09,550
Bu hadisə regionun böyük bir ehtiyacına cavab oldu və mən bunu izah edəcəyəm.

64
00:17:10,000 --> 00:17:23,770
İkinci məqam odur ki, bu əməliyyat sionist rejiminə qarşı həlledici bir zərbə oldu.

65
00:17:24,330 --> 00:17:31,110
Elə bir zərbə ki, bunun heç bir əlacı, çarəsi yoxdur.

66
00:17:31,660 --> 00:17:44,110
Sionist rejimi bu zərbənin nəticəsində əsla qurtula bilməyəcəyi bəlalara düçar oldu.

67
00:18:14,220 --> 00:18:30,330
Birinci məqamın – yəni “Tufanul-əqsa” əməliyyatının regionun ehtiyac duyduğu bir vaxtda baş verməsinin

68
00:18:31,330 --> 00:18:45,880
– izahı budur ki, Amerika, sionist ünsürlər və onların uzantıları

69
00:18:46,770 --> 00:18:55,330
və regionun bəzi dövlətləri tərəfindən geniş və hərtərəfli bir plan hazırlamışdı.

70
00:18:55,770 --> 00:19:10,440
Bu hərtərəfli plana görə regionun siyasi əlaqələri və hesablamaları dəyişməli idi.

71
00:19:11,660 --> 00:19:26,220
Sionist rejiminin region dövlətləri ilə əlaqələri bu rejimin istəkləri əsasında tənzimlənməli idi.

72
00:19:27,220 --> 00:19:48,550
Bunun mənası isə sionist rejiminin Asiyanın qərb regionunun, hətta bütün İslam dünyasının siyasətinə və iqtisadiyyatına hakim kəsilməsi demək idi.

73
00:19:51,440 --> 00:19:59,440
Nəticəsi məhz belə olan geniş bir plan hazırlanmışdı.

74
00:19:59,880 --> 00:20:08,770
Bu planı bir sıra hazırlıqlarla irəli apara bilmişdilər.

75
00:20:10,220 --> 00:20:16,330
Bu planın arxasında Amerika dayanmışdı, İngiltərə dayanmışdı,

76
00:20:17,880 --> 00:20:23,770
Beynəlxalq Sionist Təşkilatı dayanmışdı.

77
00:20:24,220 --> 00:20:31,550
Regionun bəzi dövlətləri bu planda cidd-cəhdlə onlarla həmkarlıq edirdi.

78
00:20:32,220 --> 00:20:41,770
Bu plan yekunlaşmaq üzrə idi.

79
00:20:43,000 --> 00:20:56,110
Yəni bu uzunmüddətli planın praktiki icrasına artıq bir şey qalmamışdı.

80
00:20:56,880 --> 00:21:07,220
Belə bir həssas vaxtda “Tufanul-əqsa” hücumu başlandı və düşmənin bütün planlarını alt-üst etdi.

81
00:21:31,000 --> 00:21:45,770
On beş mehr tufanı düşmənin böyük diqqətlə hazırladığı planı darmadağın etdi.

82
00:21:46,880 --> 00:21:53,110
Son səkkiz aydakı vəziyyət də göstərir ki,

83
00:21:53,110 --> 00:22:06,000
onların həmin planı yenidən dirçəldə biləcəklərinə elə də ümid yoxdur. Çox böyük və mühüm bir iş görüldü.

84
00:22:07,550 --> 00:22:23,770
Sionist rejimin Qəzzanın müdafiəsiz əhalisinə qarşı bu həddə zorakılıq və qəddarlıqla hücumu,

85
00:22:25,110 --> 00:22:31,110
əslində, həmin planın alt-üst olmasına rejimin aqressiv reaksiyasıdır.

86
00:22:33,660 --> 00:22:46,330
Amerika dövlətinin bütün dünya xalqlarının gözü önündə bu cinayətlərə dəstək verməsi,

87
00:22:47,220 --> 00:23:00,880
əslində, böyük zəhmətlə hazırladıqları bu planın alt-üst olmasına görə onların aqressiv reaksiyasıdır.

88
00:23:01,440 --> 00:23:06,330
“Tufanul-əqsa” belə bir möcüzə yaratdı.

89
00:23:09,550 --> 00:23:19,660
“Tufanul-əqsa” tam öz vaxtında baş verdi.

90
00:23:20,440 --> 00:23:37,880
Əlbəttə, mən iddia edə bilmərəm ki, “Tufanul-əqsa” əməliyyatını hazırlayanlar necə böyük bir iş gördüklərini bilirdilər, yoxsa bilmirdilər.

91
00:23:39,110 --> 00:23:45,000
Mən bunu bilmirəm. Amma fakt budur ki,

92
00:23:45,550 --> 00:23:52,220
onların gördükləri bu işin yerini heç nə əvəz edə bilməz.

93
00:23:53,110 --> 00:24:07,880
Onlar Asiyanın qərb regionu üçün hazırlanan beynəlxalq bir təxribatı “Tufanul-əqsa” əməliyyatı vasitəsilə zərərsizləşdirdilər.

94
00:24:07,880 --> 00:24:10,770
Bu, birinci məqamın izahı.

95
00:24:12,110 --> 00:24:26,220
İkinci məqama gəlincə, dedik ki, “Tufanul-əqsa” əməliyyatı sionist rejiminə qarşı həlledici bir zərbə oldu

96
00:24:27,550 --> 00:24:41,880
və onun fəsadlarını aradan qaldırmaq mümkün deyil. Bu zərbə sionist rejimini

97
00:24:42,550 --> 00:24:49,110
sonu parçalanma və məhvdən başqa bir şey olmayan bir yola saldı.

98
00:25:00,220 --> 00:25:14,110
Hadisənin bu hissəsi barəsində çox danışmışıq.

99
00:25:14,770 --> 00:25:21,330
“Tufanul-əqsa” əməliyyatının baş verdiyi andan bu vaxtadək bu məsələ barəsində danışmışıq.

100
00:25:21,330 --> 00:25:26,440
Bu gün mən başqalarının bu məsələ barəsindəki fikirlərindən danışmaq istəyirəm.

101
00:25:27,660 --> 00:25:31,660
Öz fikirlərimizi hələlik bir kənara qoyuruq;

102
00:25:32,330 --> 00:25:44,220
bu məsələyə yanaşması bizimlə eyni olmayan insanların fikirlərini diqqətinizə çatdırmaq istəyirəm.

103
00:25:45,000 --> 00:26:01,220
Bütün qərb siyasi analitikləri, istər avropalı, istərsə də amerikalı, hətta sionist rejiminə bağlı olan analitiklər də bu qənaətdədirlər ki,

104
00:26:01,550 --> 00:26:14,550
sözügedən əməliyyatda sionist rejimi bu qədər zahiri güc və heybətinə baxmayaraq, Müqavimətin azsaylı dəstəsi qarşısında ağır məğlubiyyətə uğrayıb.

105
00:26:35,550 --> 00:26:50,000
Onlar deyirlər ki, sionist rejimi “Tufanul-əqsa”dan səkkiz ay keçməsinə və göstərilən bu qədər səylərə rəğmən

106
00:26:51,110 --> 00:27:01,110
minimum hədəflərinin heç birinə nail olmayıb. Bunu qərb siyasi analitikləri söyləyir.

107
00:27:02,330 --> 00:27:12,330
Bir qərbli analitik isə bu qənaətdədir və belə deyir ki, “Tufanul-əqsa” elə bir hadisədir ki,

108
00:27:12,330 --> 00:27:18,440
iyirmi birinci əsri dəyişdirə bilər.

109
00:27:21,220 --> 00:27:28,000
Bu, tanınmış bir qərb analitikinin qənaətidir. Mən onların adlarını çəkmək istəmirəm.

110
00:27:29,220 --> 00:27:58,110
Bir analitik də başqa bir qərbli analitikə istinadən deyir ki, “Tufanul-əqsa” dünyanın gedişatını dəyişəcək.

111
00:28:00,440 --> 00:28:10,110
İsrail təhlükəsizlik orqanına mənsub bir analitik

112
00:28:10,880 --> 00:28:25,110
rejimin başçıları və yüksək vəzifəli şəxslərinin çaşqınlıq içində olduqlarını,

113
00:28:25,110 --> 00:28:31,000
özünü itirdiklərini və nə etməli olduqlarını bilmədiklərinə işarə edərək deyir:

114
00:28:31,550 --> 00:28:44,220
“Əgər İsrailin yuxarı vəzifəli məsullarının müzakirələri və fikirayrılıqları mediada yayılarsa,

115
00:28:44,770 --> 00:28:52,880
dörd milyon insan İsraili tərk edəcəkdir”. Əks mühacirət!

116
00:28:52,880 --> 00:29:05,660
Yəni İsrail hakimiyyət orqanları arasında çaşqınlıq və təlaş belə bir həddədir.

117
00:29:06,770 --> 00:29:24,770
Bir İsrail tarixçisi deyir – diqqət yetirin, bu, çox mühümdür: “Sionizm layihəsi özünün son nəfəslərini çəkir.

118
00:29:41,220 --> 00:29:58,440
Biz sionist rejiminin sonunun başlanğıcındayıq. Ordu İsrailin cənubunda

119
00:30:01,880 --> 00:30:16,330
və şimalında yəhudi icmasını qorumaqda məğlub olmuşdur”. Bunu bir sionist analitiki və tarixçisi deyir.

120
00:30:17,770 --> 00:30:27,440
Dünyanın ən güclü ordularından biri olduğunu iddia edən ordu,

121
00:30:28,440 --> 00:30:39,880
öz sərhədləri daxilində məğlubiyyətə uğrayıb. Kim tərəfindən məğlub olub? Güclü bir dövlət tərəfindənmi? Xeyr! Müqavimət dəstələrinə,

122
00:30:40,220 --> 00:30:49,880
Həmasa, Hizbullaha məğlub olmuşdur. “Tufanul-əqsa” belə bir hadisədir.

123
00:30:51,440 --> 00:31:01,550
Bütün bunlardan əlavə, gözümüzün önündə olan və müşahidə etdiyimiz bir nüans da var

124
00:31:02,110 --> 00:31:12,440
və bu, Fələstin probleminin dünyanın birinci dərəcəli probleminə çevrilməsidir. Bu, olduqca mühümdür.

125
00:31:13,110 --> 00:31:32,220
Çünki Amerikaya və zəngin sionist mərkəzlərinə bağlı olan rəsmi medialar təbliğat vasitəsilə uzun illər çalışıblar ki,

126
00:31:33,220 --> 00:31:42,770
Fələstin adı və Fələstin problemi getdikcə öz əhəmiyyətini itirsin və unudulsun,

127
00:31:42,770 --> 00:31:50,880
insanlar “Fələstin” adlı bir məsələnin olduğunu belə unutsunlar!

128
00:31:51,220 --> 00:31:56,660
Bu məqsədlə illərcə səy göstərib, pul  xərcləyiblər.

129
00:31:57,440 --> 00:32:04,550
Amma onların bütün səylərinə rəğmən, bu gün Fələstin problemi dünyanın birinci dərəcəli probleminə çevrilmişdir.

130
00:32:04,550 --> 00:32:18,330
Londonun küçələrində, Parisin meydanlarında, Amerikanın universitetlərində Fələstin xalqının xeyrinə və sionist rejiminin əleyhinə şüarlar səsləndirilir.

131
00:32:38,770 --> 00:32:53,000
Amerika da dünya xalqlarının beynəlxalq ictimaiyyəti qarşısında geri addım atmağa məcburdur

132
00:32:53,770 --> 00:33:01,880
və gec, ya tez öz yardım əlini sionist rejiminin kürəyindən götürməyə məcbur olacaqdır.

133
00:33:15,110 --> 00:33:26,660
Əlbəttə, Qəzza faciəsi, Qəzzadakı ürək dağlayan hadisələr,

134
00:33:27,550 --> 00:33:41,440
o cümlədən müdafiəsiz insanlara hücum, qırx minə yaxın insanın qətliamı, təxminən on beş mindən çox uşağın –

135
00:33:42,110 --> 00:33:49,770
bəzilərinin körpə, bəzilərinin südəmər olduğu uşaqların – öldürülməsi kimi faciələr vardır.

136
00:33:50,110 --> 00:34:00,330
Bunlar Fələstin xalqının qurtuluş yolunda verdiyi qurbanlardır.

137
00:34:00,880 --> 00:34:16,440
Buna rəğmən, onlar dirəniş göstərir və öz qəhrəmanlarını, müqavimət döyüşçülərini müdafiə edirlər.

138
00:34:17,330 --> 00:34:32,660
Fələstin xalqı bütün bu problemlərə və çətinliklərə baxmayaraq, müqavimət dəstələrindən üz döndərmədi.

139
00:34:33,440 --> 00:34:45,110
Onlar dini iman və Quran ayələrinə olan inancları sayəsində müqavimət dəstələrini müdafiə edirlər. Bu məqam olduqca önəmlidir.

140
00:34:46,220 --> 00:34:54,660
Reallıq budur ki, sionist rejimi böyük müqavimət cəbhəsinin gücü

141
00:34:55,660 --> 00:35:06,660
və imkanları barəsində səhv hesablama aparıb.

142
00:35:07,660 --> 00:35:16,880
Artıq bu gün regionumuzda “Müqavimət Cəbhəsi” adlı böyük bir cəbhə mövcuddur.

143
00:35:18,220 --> 00:35:31,440
Bu cəbhənin bir çox imkanları var. Sionist rejimi bu həqiqəti dərk etməkdə səhvə yol verdi.

144
00:35:32,550 --> 00:35:43,330
O, öz əli ilə özünü məğlubiyyətin ard-arda gələcəyi

145
00:35:43,880 --> 00:35:59,220
çıxılmaz bir dalana saldı. Allahın güc və qüdrəti sayəsində, o, bu dalandan xilas ola bilməyəcəkdir.

146
00:36:20,770 --> 00:36:33,440
Bu gün sionist rejimi dünya xalqlarının gözü önündə yavaş-yavaş əriyib qurtarır.

147
00:36:33,880 --> 00:36:45,440
Bunu dünya xalqları görür. Əlbəttə, təbliğatlarda bunun əksi deyilir, amma reallıq bundan ibarətdir.

148
00:36:45,880 --> 00:36:51,000
Bunu həm onların özü, həm də bir çox dünya siyasətçiləri bilir.

149
00:36:51,000 --> 00:36:57,660
Xalqların əksəriyyəti bunu başa düşürlər, Fələstin xalqı da bunu başa düşür.

150
00:36:58,440 --> 00:37:07,660
Bu danışdıqlarım bu gün müzakirə etmək istədiyim birinci hadisə, yəni Fələstin və “Tufanul-əqsa” hadisəsi barəsində idi.

151
00:37:08,660 --> 00:37:25,440
İkinci mühüm hadisə isə dəyərli, əziz və işgüzar ölkə başçımız

152
00:37:26,550 --> 00:37:40,660
və onunla birlikdə olan şəxslərin – onların da hər biri öz növbəsində dəyərli şəxslər idi – ürək yandıran şəhadətidir.

153
00:37:41,220 --> 00:37:54,880
Yaxından tanıdıqlarım arasında Təbriz şəhərinin fəal, xalqa yaxın və ləyaqətli imam-cüməsi,

154
00:37:56,220 --> 00:38:06,880
mühüm bölgələrdən biri olan Şərqi Azərbaycanda Aliməqamlı Rəhbərin nümayəndəsi mərhum Ali-Haşim

155
00:38:07,880 --> 00:38:22,880
camaat ilə, gənclərlə, tələbələrlə, incəsənət adamları ilə, idmançılarla, cəmiyyətin bütün təbəqələri ilə səmimi və işgüzar münasibətlər qururdu.

156
00:38:23,880 --> 00:38:27,660
Həqiqətən də dəyərli bir şəxsiyyət idi.

157
00:38:28,110 --> 00:38:43,550
Mərhum Xarici İşlər Naziri cənab Əmir Abdullahiyan da fəal, işgüzar, təşəbbüskar, güclü müzakirə qabiliyyəti olan bir şəxs idi.

158
00:38:43,550 --> 00:38:50,880
Onun müzakirələrinin bəzisini izləmişdim.

159
00:38:51,550 --> 00:39:00,550
Prinsiplərə bağlı, rasional siyasət yürüdə bilən, güclü müzakirə bacarığı olan bir insan idi.

160
00:39:01,220 --> 00:39:10,880
Bunlar yaxından tanıdığım insanlar idilər. Başqaları da, həm Şərqi Azərbaycan bölgəsinin valisi,

161
00:39:11,660 --> 00:39:22,000
həm ölkə başçısının mühafizəçisi olan qardaşımız, həm də digər üç nəfər uçuş personalı olan əzizlərimizin hamısı

162
00:39:22,660 --> 00:39:32,440
– onları tanıyan adamların dediklərinə görə – ləyaqətli, seçkin və mömin insanlar olublar.

163
00:39:33,220 --> 00:39:39,550
Onların itkisi ölkə üçün həqiqətən də bir xəsarət oldu.

164
00:39:40,550 --> 00:39:53,110
Bəs görəsən, müsibət baş verdikdə biz necə davranmalıyıq? Bu, mühümdür.

165
00:39:53,550 --> 00:40:07,770
Mövzuya girməzdən əvvəl bu böyük itkini bu ayə ilə nurlandırmaq istəyirəm:

166
00:40:08,220 --> 00:40:17,550
وَ لا تَقولوا لِمَن يُقتَلُ في‌ سَبيلِ اللهِ اَمواتٌ بَل اَحياءٌ وَ لکِن لا تَشعُرون

167
00:40:18,880 --> 00:40:29,550
“Allah yolunda öldürülənlərə ölü deməyin. Çünki onlar diridirlər, siz dərk etmirsiniz”.

168
00:40:30,880 --> 00:40:45,770
Bu ayədən əvvəlki və ya sonrakı ayələrdə hərbi fəaliyyətdən, döyüşdən və bu kimi məsələlərdən söhbət getmir.

169
00:40:46,440 --> 00:40:56,440
Ayədə “Allah yolunda” ifadəsi işlənib. Ayədəki “Allah yolunda öldürülənlər” ifadəsinin döyüş meydanında öldürülmək anlamında olduğunu iddia edə bilmərik,

170
00:40:57,000 --> 00:41:02,110
çünki ayədə buna işarə edəcək heç bir məqam yoxdur.

171
00:41:04,110 --> 00:41:06,330
Amma “Ali-İmran” surəsinin bu ayəsi

172
00:41:06,330 --> 00:41:09,880
وَ لا تَحسَبَنَّ الَّذينَ قُتِلوا

173
00:41:10,880 --> 00:41:18,440
cihad məsələləri əsnasında yerləşib. Yuxarıdakı ayə isə ümumi mənada işlənib.

174
00:41:19,330 --> 00:41:27,110
Buyurulur ki, “Allah yolunda öldürülənlər”. Xalqa xidmət edənlərin yolu Allahın yoludur.

175
00:41:27,770 --> 00:41:40,000
Xalq üçün çalışmaq Allah yoludur. İslam ölkəsinin idarəçiliyi üçün görülən işlər Allah yoludur.

176
00:41:41,330 --> 00:41:48,660
İslam hökümətinin inkişafı istiqamətində görülən işlər Allah yoludur.

177
00:41:49,550 --> 00:41:58,880
Dəyərli cənab Rəisi və yoldaşları ölkənin inkişafı uğrunda, xalqa xidmət yolunda,

178
00:41:59,330 --> 00:42:08,440
İslam hökümətinin tərəqqisi yolunda öldükləri üçün bu ayə (birinci ayə) onlara şamil olur. Onları ölü hesab etməyin,

179
00:42:09,000 --> 00:42:18,000
əksinə, onlar diridirlər. Şəhidlər barəsində işlənən ifadə, onlar barəsində də işlənir.

180
00:42:18,000 --> 00:42:28,220
Buna əsasən, xalqın da dediyi kimi, biz onları “Xidmət şəhidləri” hesab edirik.

181
00:42:29,330 --> 00:42:41,110
“Şəhid prezident”, “Xidmət şəhidi” ifadələri xalqın ürəyindən gələn sözlər idi. Bu, çox dəyərlidir.

182
00:42:42,000 --> 00:42:48,000
Bəli, bu müsibət ölkə üçün çox ağır idi.

183
00:42:49,440 --> 00:42:57,110
Bir neçə kəlmə mərhum ölkə başçımızın özü haqqında,

184
00:42:58,770 --> 00:43:09,330
bir neçə kəlmə də millətimiz haqqında və bu müsibətdə necə davranmaları barəsində danışmaq istəyirəm.

185
00:43:09,330 --> 00:43:17,660
Bu hadisələr bizim üçün bir dərsdir, biz bu hadisələrdən dərs almalıyıq.

186
00:43:19,000 --> 00:43:27,660
Dəyərli ölkə başçımız haqqında (Allah ona rəhmət etsin)

187
00:43:28,660 --> 00:43:47,220
hamı etiraf etdi ki, o, iş, əməl, xidmət adamı idi, səmimi və dürüst insan idi. Hamı bunu etiraf etdi.

188
00:43:51,220 --> 00:44:05,660
O, gecə-gündüz bilməzdi. Ölkəyə xidmətdə yeni bir meyar yaratdı.

189
00:44:06,660 --> 00:44:23,220
Bizim əvvəllər də dövlətə xidmət göstərən şəxsiyyətlərimiz olub, amma bu dərəcədə, bu həcmdə, bu keyfiyyətdə, bu sədaqətdə, bu işgüzarlıqda və gecə-gündüz tanımayan bir xadimimiz olmayıb.

190
00:44:24,110 --> 00:44:42,000
Cənab Rəisi (Allah ona rəhmət etsin) xalqa xidmət yolunda yeni bir meyar yaratdı.

191
00:44:42,440 --> 00:44:54,440
Xarici siyasətdə yaranan fürsətlərdən ən yaxşı şəkildə istifadə etdi.

192
00:44:55,880 --> 00:45:13,110
Onun xarici səfərlərinin həm ölkənin bu günü üçün, həm də gələcəyi üçün bir sıra faydalı nəticələri oldu.

193
00:45:16,220 --> 00:45:29,440
O, İranı beynəlxalq siyasətçilərin gözündə daha da böyütdü, daha da ucaltdı.

194
00:45:30,770 --> 00:45:45,110
Özünün xarici çıxışlarında İran İslam İnqilabını, İran xalqını layiqincə tanıtdı.

195
00:45:46,550 --> 00:45:59,110
Elə ona görə də, bu gün onun haqqında danışan siyasətçilər onu görkəmli şəxsiyyət kimi anırlar.

196
00:46:00,660 --> 00:46:10,220
Uzun illər xarici siyasətlə məşğul olan bizim kimi insanlar üçün bu cür yanaşma yeni və qiymətlidir.

197
00:46:12,880 --> 00:46:25,000
Onun idarəçilik tərzi həmkarları arasında özünəməxsus idi, səmimi idi.

198
00:46:26,110 --> 00:46:35,110
Onun həmkarları ilə, nazirlərlə, dövlət məsulları ilə münasibəti səmimi və dostcasına idi.

199
00:46:36,880 --> 00:46:57,000
Xalqa ehtiramla yanaşırdı. İnsanlara, gənclərə fikir bildirmələri üçün zəmin yaradırdı. Xalqın hörmətini saxlayırdı,

200
00:46:58,440 --> 00:47:05,000
gənclərə etimad göstərirdi, onlara hörmət edirdi.

201
00:47:06,660 --> 00:47:17,440
Ona qarşı pislik edənlər ilə hörmətlə rəftar edirdi.

202
00:47:18,330 --> 00:47:30,660
Hətta ona qarşı təhqirə yol verənlərə sərt və xoşagəlməz cavab verməz, aqressiv davranmazdı.

203
00:47:35,220 --> 00:47:43,550
Digər tərəfdən, İnqilab düşmənlərinə qarşı sərhədləri aydın idi.

204
00:47:45,110 --> 00:47:57,220
İnqilaba qarşı çıxanlarla, inqilab düşmənləri ilə ikibaşlı deyil, açıq-aydın

205
00:47:58,660 --> 00:48:07,220
və qətiyyətlə danışardı. Düşmənin təbəssümünə aldanmazdı.

206
00:48:08,110 --> 00:48:21,330
Bunlar bir dəyərdir, bir dərsdir. Bu keyfiyyətlərin hər biri siyasətçilərimiz üçün, ölkənin gələcək prezidentləri üçün,

207
00:48:22,330 --> 00:48:33,330
hər hansı bir postda xalqın güvəndiyi şəxslər üçün bir örnəkdir.

208
00:48:34,000 --> 00:48:49,330
Əzizimiz Rəisinin ölümündən sonra təxminən bütün qəzetlərdə, bütün mətbuatda,

209
00:48:50,110 --> 00:48:56,770
sosial şəbəkələrdə müxtəlif cərəyanlardan olan şəxslərin

210
00:48:57,110 --> 00:49:09,770
onun göstərdiyi xidmətlər və gecə-gündüz çəkdiyi zəhmətlər haqqında danışdıqları, onu təriflədiklərinin şahidi oldum. Ürəyim yandı.

211
00:49:11,660 --> 00:49:22,660
Mənim Rəisiyə ürəyim yandı. Bu adamların bəziləri o həyatda ikən bu sözlərdən birini belə, demək istəmirdilər.

212
00:49:38,880 --> 00:49:57,000
həyatda ikən onun bu keyfiyyətlərini görürdülər, amma gizlədirdilər, hətta bunların əksini deyib, onu incidirdilər.

213
00:49:57,880 --> 00:50:09,660
Təbii ki, o, çox vaxt bunlara cavab vermirdi, amma bəzən mənim yanıma gəlib bir az gileylənirdi.

214
00:50:12,770 --> 00:50:22,880
Allah-Təala bu əziz və dəyərli insana uca dərəcə nəsib etsin.

215
00:50:23,550 --> 00:50:32,330
Allah-Təala onun yoldaşlarını da uca dərəcə ilə mükafatlandırsın və onların ailələrinə səbir versin.

216
00:50:33,000 --> 00:50:42,110
Bu da bu əzizlər haqqında demək istədiklərim idi.

217
00:50:43,550 --> 00:50:54,110
Xalqa gəlincə, məsələnin xalqa aid olan tərəfi, mənim fikrimcə, diqqətəlayiq idi. Bəli, agır müsibət idi.

218
00:50:54,880 --> 00:51:11,000
Bəs bu cür ağır müsibət qarşısında necə davranmalıyıq? Müsibətlər qarşısında, istər şəxsi, istərsə də milli müsibətlər qarşısında

219
00:51:12,550 --> 00:51:23,000
reaksiyamız necə olmalıdır? Müsibət qarşısında göstərilən reaksiyalardan biri depressiyaya düşmək və təcrid olmaqdır,

220
00:51:23,880 --> 00:51:35,000
yəni sınaraq ümidi itirməkdir. Bu, göstərilən reaksiyanın bir növüdür.

221
00:51:36,220 --> 00:51:50,000
Müsibət qarşısında göstərilən digər bir reaksiya isə dirəniş göstərməkdir.

222
00:51:50,550 --> 00:51:57,550
Qurani-Kərimdə buna “səbir” deyilir.

223
00:51:58,440 --> 00:52:06,330
“Səbir” –  müsibət qarşısında dirənişdir.

224
00:52:06,770 --> 00:52:20,440
Hətta səbir etməkdən əlavə, baş verən müsibəti bir fürsətə çevirəsən, tarix yazasan

225
00:52:21,330 --> 00:52:32,440
və acı hadisədən şirin nəticələr əldə edəsən. İran xalqı ikinci yolu seçdi.

226
00:52:33,220 --> 00:52:45,880
Bu acı hadisə qarşısında tarix yazdı. Əzizlərlə vidalaşarkən bu izdihamlı cəmiyyət,

227
00:52:46,770 --> 00:53:05,000
İran xalqının sərgilədiyi bu qeyri-adi qəhrəmanlıq səlnaməsi xalqın dəyərli işlərindən biridir.

228
00:53:06,000 --> 00:53:15,770
Xalqımız həm inqilab illərində, həm də inqilabdan sonra bir çox böyük işlər görmüşdür.

229
00:53:15,770 --> 00:53:23,770
Bu böyük işlərdən biri şəhid Süleymaninin, şəhid Rəisinin

230
00:53:24,110 --> 00:53:36,110
və başqa əzizlərin hüzn mərasimində xalqın izdihamlı toplantısıdır.

231
00:53:37,440 --> 00:53:52,330
Tehran, Məşhəd, Təbriz, Qum, Rey (iki gün ardıcıl olaraq), Zəncan, Marağa, Nəcəfabad

232
00:53:52,770 --> 00:54:05,220
və Bircənddə xalqın bu milyonluq izdihamı, bu qəhrəmanlığı onu göstərir ki,

233
00:54:05,770 --> 00:54:13,770
xalq bu cür müsibətlər qarşısında nəinki məğlub olmur, əksinə, onun dirənişi və stimulu daha da artır.

234
00:54:34,440 --> 00:54:48,220
Bu emosional izdiham özündə bir sıra mesajları ehtiva edirdi. Mesajlardan biri bu idi ki, İran xalqı stimul dolu,

235
00:54:48,880 --> 00:54:54,550
yorulmaz, dirənişli və ayıqdır,

236
00:54:55,880 --> 00:55:05,440
müxtəlif hadisələrdə öz varlığını və motivasiyasını nümayiş etdirir.

237
00:55:05,440 --> 00:55:19,550
Digər bir mesaj bu idi ki, xalq ilə ölkənin yüksək vəzifəli məsulları arasında duyğusal bir bağlılıq və sevgi mövcuddur.

238
00:55:21,000 --> 00:55:27,000
Bu, düşmənin aşılamaq istədiyi fikrin tam əksidir.

239
00:55:27,770 --> 00:55:36,220
Xarici düşmənlər daim: “İslam hökuməti xalq dayağını itirmişdir” – iddiasını edir və təəssüflər olsun ki,

240
00:55:36,220 --> 00:55:46,660
daxildəki bəzi fərdlər də onların bu sözünü təkrarlayırlar. Xeyr, belə deyildir.

241
00:55:47,550 --> 00:55:58,880
Öz ölkə başçısını itirdiklərinə görə vida mərasimi üçün milyonlarla insanın küçələrə axışması,

242
00:55:58,880 --> 00:56:04,770
elə xalq dayağıdır. Dünyanın heç bir yerində bunun analoqu görünməyib.

243
00:56:26,220 --> 00:56:34,110
Dünyanın heç bir yerində, heç bir ölkəsində bunun bənzəri görünməyib.

244
00:56:35,550 --> 00:56:43,220
Əlbəttə, xalqı tərəfindən sevilən bəzi ölkə başçıları olub,

245
00:56:43,880 --> 00:56:49,000
onların ölümünə görə xalqı onlara matəm saxlayıb. Bununla bağlı mən bəzi məqamları xatırlayıram,

246
00:56:49,660 --> 00:56:57,880
amma bizim ölkədə baş verənlər ilə qətiyyən müqayisə oluna bilməz.

247
00:56:59,330 --> 00:57:09,440
Burada xalq bu cür əzəmətlə, bu cür izdihamla meydanlara axışdı. Bu davranış misilsiz idi.

248
00:57:09,440 --> 00:57:20,110
Dünyanın heç bir yerində belə bir şey görünməmişdir. Bu, xalq ilə dövlət rəsmiləri arasındakı, xalq ilə komandirlər arasındakı münasibətin göstəricisidir.

249
00:57:20,550 --> 00:57:32,660
İmamın (r.ə) vida mərasimi isə tam başqa bir hadisə idi. Onun vida mərasimində yaşananlar

250
00:57:32,660 --> 00:57:37,660
başqa bir reallığı əks etdirirdi.

251
00:57:38,330 --> 00:57:49,440
Cənab Süleymani, cənab Rəisi kimi məsul şəxslərlə də xalq bu cür vidalaşdı.

252
00:57:49,440 --> 00:57:58,880
Bu izdihamın verdiyi digər bir mesaj isə xalqın inqilab şuarlarını dəstəkləməsidir.

253
00:58:00,000 --> 00:58:12,440
Bu həqiqəti gizlədə bilməzlər. Mərhum Rəisi (Allah ondan razı olsun) özü də inqilab şüarlarını açıq-aydın verirdi.

254
00:58:13,110 --> 00:58:21,880
O, inqilab şüarlarının təcəssümü idi. Xalq ona öz hörmətini nümayiş etdirdikdə,

255
00:58:22,880 --> 00:58:32,660
əslində, inqilab şüarlarına olan bağlılıqlarını ifadə edirlər. Çünki Rəisi inqilab şüarlarının təcəssümü idi.

256
00:58:33,440 --> 00:58:46,550
Başqa bir məqam da bundan ibarətdir ki, xalq ona xidmət göstərənlərin qədrini bilir. Qoy bunu bizim məsul şəxslərimiz bilsinlər, diqqətdə saxlasınlar.

257
00:58:48,000 --> 00:59:00,770
Məsullar elə düşünməsinlər ki, etdikləri hansısa xidməti xalq yaddan çıxaracaq. Xeyr! Xalq xidmət edəni tanıyır, bunu başa düşür və onların qədrini bilir.

258
00:59:01,660 --> 00:59:11,330
Bu cür qiymətləndirmə isə xidmət göstərən məsulları motivasiya edir. Xalq izdihamının verdiyi bu mesajlar

259
00:59:12,110 --> 00:59:30,770
regionun siyasi balansının təyinində mühüm rol oynayacaq. Bunlar regionun gücünün müəyyənləşdirilməsində və əsas güc balansının bölüşdürülməsində öz təsirini göstərəcək.

260
00:59:31,660 --> 00:59:41,550
Tanınmış beynəlxalq siyasi analitiklər və siyasətçilər baxıb görsünlər ki, İran xalqı

261
00:59:42,330 --> 00:59:49,770
bu cür motivasiyalıdır, sevgi doludur, bu cür aktivdir, bu cür hazırlıqlıdır və bu cür işgüzardır.

262
00:59:51,770 --> 00:59:59,440
Bu xüsusiyyətlər İran və iranlı gerçəkliyini dünyada nümayiş etdirir.

263
00:59:59,440 --> 01:00:10,440
Başqa bir önəmli məqam da budur ki, ölkə öz Prezidentini itirməsinə baxmayaraq,

264
01:00:10,440 --> 01:00:17,000
daxili asayişi və təhlükəsizliyi tam şəkildə qoruya bildi.

265
01:00:39,770 --> 01:00:49,220
Hörmətli bacı və qardaşlar, mənim demək istədiklərim bu qədər idi. Bir neçə kəlmə də prezident seçkisi haqqında demək istəyirəm.

266
01:00:50,660 --> 01:01:05,440
Qarşıdan gələn seçki böyük işdir. Bu seçki uğurlarla dolu bir hadisədir.

267
01:01:07,110 --> 01:01:22,110
Qarşımızdakı seçki, inşallah, əgər yaxşı, möhtəşəm və izdihamlı keçərsə,

268
01:01:22,770 --> 01:01:28,220
İran xalqı üçün böyük bir nailiyyət olacaq.

269
01:01:28,880 --> 01:01:42,880
Belə acı hadisədən sonra xalqın toplaşıb səs çoxluğu ilə növbəti ölkə başçısını seçməsi

270
01:01:43,550 --> 01:01:51,770
dünyada qeyri-adi rezonans doğuracaq. Odur ki, bu seçki olduqca mühümdür.

271
01:01:52,220 --> 01:02:00,000
Seçkilərdə iştirak edib, qəhrəmanlıq tarixi yaratmaq, həqiqətdə şəhidlərin vida mərasimində göstərilən qəhrəmanlığın ardı deməkdir.

272
01:02:00,880 --> 01:02:07,880
Bu, daha əvvəl şəhidlərlə vidalaşarkən sərgilənən işin tamamlanmasıdır.

273
01:02:08,770 --> 01:02:24,000
Mürəkkəb beynəlxalq balanslardakı maraqlarını qorumaq,

274
01:02:24,770 --> 01:02:36,330
strateji dərinliyini bərqərar etmək, təbii və insani potensiallarını aşkarlamaq

275
01:02:36,770 --> 01:02:43,000
və xalqın maddi rifahını yüksəltmək,

276
01:02:44,110 --> 01:02:51,880
eyni zamanda iqtisadi və mədəni boşluqları doldurmaq üçün

277
01:02:52,550 --> 01:03:05,550
İran xalqının fəal, işgüzar, ayıq və İslam İnqilabının prinsiplərinə bağlı olan ölkə başçısına ehtiyacı vardır.

278
01:03:23,880 --> 01:03:38,880
Axırıncı tövsiyəmi də dinləməyinizi istəyirəm. Baş tutacaq bu böyük işdə

279
01:03:39,440 --> 01:03:51,220
namizədlər arasındakı rəqabətlərdə əxlaq normalarının hakim olması vacibdir.

280
01:03:52,330 --> 01:04:07,440
Təhqir etmək, böhtan atmaq, çamır atmaq işlərin irəliləməsinə heç bir kömək etmir, eyni zamanda milli heysiyyəti də ləkələyir.

281
01:04:08,880 --> 01:04:19,110
Seçkilər – qüdrətə sahib olmaq üçün çəkişmə meydanı deyildir,

282
01:04:19,440 --> 01:04:26,220
əksinə, izzət, qəhrəmanlıq və xidmət göstərmək üçün rəqabət meydanıdır.

283
01:04:32,330 --> 01:04:49,550
Odur ki, seçki rəqabətlərinə qatılan şəxslər bu dəyərləri öz vəzifələri bilib,

284
01:04:51,000 --> 01:05:02,770
onlara əməl etməlidirlər. İnşallah, Allah-Təala xalqı ən yaxşı seçimə doğru yönəltsin

285
01:05:02,770 --> 01:05:10,440
və İran xalqına layiqli ölkə başçısı təyin edilsin.

286
01:05:10,440 --> 01:05:12,440
Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun.