1
00:00:00,000 --> 00:00:01,940
Rəhman və Rəhim Allahın adı ilə.

2
00:00:02,110 --> 00:00:10,910
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya

3
00:00:11,650 --> 00:00:15,820
və onun çox pakizə və pak Əhli-beytinə.

4
00:00:16,220 --> 00:00:31,240
İlk öncə deyim ki, bu ideyanın reallaşdırılmasından və üzərində ciddi şəkildə işlənilməsindən

5
00:00:32,260 --> 00:00:34,970
çox şadam və sizə öz minnətdarlığımı bildirirəm.

6
00:00:35,330 --> 00:00:46,800
Allah şəhid Süleymaniyə rəhmət etsin. Bu ideyanın və bu işin təşəbbüskarı mərhum şəhid Süleymani idi.

7
00:00:50,530 --> 00:01:07,240
“Hərəm Müdafiəçiləri” mövzusu və fenomeni, heyrətamiz və mühüm bir fenomendir.

8
00:01:09,240 --> 00:01:19,330
Onun müxtəlif yönləri vardır. Bunların bəzisinə müxtəlif çıxışlarda, görüşlərdə toxunulsa da,

9
00:01:20,260 --> 00:01:29,460
fikrimcə, bu cəhətləri hərtərəfli və dolğun şəkildə açıqlamaq lazımdır.

10
00:01:30,310 --> 00:01:38,800
Bu mühüm və heyrətamiz fenomenin cəhətləri haqqında qeyd etdiyim bəzi məqamları

11
00:01:39,280 --> 00:01:46,880
siz əziz qardaş və bacıların nəzərinə çatdırmaq istəyirəm.

12
00:01:49,820 --> 00:01:56,260
Mən bununla bağlı dörd məqamı qeyd etmişəm:

13
00:01:57,460 --> 00:02:12,530
birinci məqam, bu işin “simvolik” xarakter daşımasıdır. Yəni müxtəlif yerlərdən hərəmlərə axın, hərəmlərin müdafiəsi və bu kimi işlər

14
00:02:13,200 --> 00:02:19,060
simvolik məna daşıyır; bu belə bir yönə malikdir. Bu haqda az sonra danışacağam.

15
00:02:19,770 --> 00:02:28,930
Bu hərəkatın ikinci yönü – “İnqilabi dünyagörüşü”dür.

16
00:02:29,550 --> 00:02:33,950
Yəni İslam İnqilabının regional, qlobal və beynəlxalq balanslardakı məsələlərə göstərdiyi diqqətlə əlaqəlidir.

17
00:02:34,350 --> 00:02:38,750
Hadisəni bu aspektdən də araşdırmağın yeri var. Bu barədə də danışacağam.

18
00:02:39,730 --> 00:02:53,200
Hadisənin üçüncü cəhəti budur ki, bu hərəkat sayəsində regionumuz, xüsusilə də ölkəmiz böyük bir təhlükədən xilas oldu.

19
00:02:54,080 --> 00:03:00,440
Bu haqda bəzi məqamlara toxunulsa da, bu, yetərincə diqqət ayrılmayan mühüm mövzulardan biridir.

20
00:03:00,840 --> 00:03:13,420
Hadisənin dördüncü məqamı isə bundan ibarətdir ki,

21
00:03:15,060 --> 00:03:20,440
İslam İnqilabı üzərindən qırx il keçməsinə baxmayaraq, İnqilabın əvvəllərindən özündə mövcud olan zati hadisələri “yenidən bərpa etmək potensialına” malik olduğunu göstərdi.

22
00:03:21,370 --> 00:03:28,170
Bu dörd məqamın hər birini qısa şəkildə izah edəcəyəm.

23
00:03:29,680 --> 00:03:41,420
Hadisənin simvolik məna daşıması budur ki, Əhli-beyt (ə) hərəmlərinə tərəf olan axın

24
00:03:41,820 --> 00:03:50,040
və Əhli¬-beyt (ə) hərəmlərinin müdafiəsi, məzarları qorumaq və onlara hörmət bəsləmək xarakteri daşısa da,

25
00:03:50,530 --> 00:04:04,000
bu, əslində oradakı pak nəşlərin ideoloji məktəbini uca tutmaqdır.

26
00:04:05,150 --> 00:04:15,820
Mühüm olan budur; yəni əgər kimsə o təfəkkürə,

27
00:04:16,930 --> 00:04:26,480
o hədəflərə hörmət hissi ilə yanaşmırsa, gedib həmin məzarı və ya günbəzi müdafiə edib dəstəkləməsi üçün bir səbəbi yoxdur.

28
00:04:28,800 --> 00:04:34,840
Hərəmin müdafiəsində iştirak edən bu insanların bəziləri heç şiə də deyildilər!

29
00:04:35,110 --> 00:04:40,570
Biz ölkəmizdəki və ya başqa yerlərdəki şiə olmayan belə insanları tanıyırıq.

30
00:04:41,910 --> 00:04:49,060
Yəni bəlkə də Əhli-beyt (ə) fiqhinə əməl belə etmirdilər, amma Əhli-beyt (ə) hədəflərini qəbul edirdilər.

31
00:04:50,570 --> 00:04:59,910
Əhli-beytin (ə) heç vaxt köhnəlməyəcək ali hədəfləri var. Həmin hədəflər

32
00:05:00,750 --> 00:05:06,710
bütün təmiz vicdanların və azad insanların amallarının başında durur. Ədalət, azadlıq,

33
00:05:07,600 --> 00:05:14,970
zalım, amansız qüvvələrlə mübarizə,

34
00:05:15,680 --> 00:05:22,170
haqq yolunda fədakarlıq kimi xüsusiyyətlər, İmamların (ə) həyatındakı ali məfhumlardır.

35
00:05:23,950 --> 00:05:33,020
Bu hərəkat – bu dəyərlərin müdafiəsi, bu dəyərlərə hörmət və rəğbət hərəkatı idi.

36
00:05:35,330 --> 00:05:43,910
Bu, çox mühüm nüansdır. Əgər biz bu cəhəti, yəni hədəflərin müdafiəsi yönünü qeyd olunan təbliğat yolları ilə

37
00:05:44,400 --> 00:05:49,730
dünya xalqlarına çatdıra bilsək, həm “Hərəm Müdafiəsi” hərəkatını,

38
00:05:50,080 --> 00:05:53,680
həm də o dəyərləri dəstəkləmiş olarıq.

39
00:05:55,330 --> 00:06:04,840
Axı, dünyada vicdanları kirlənməyən insanlar da var. Özünüz baxın,

40
00:06:05,680 --> 00:06:14,440
mənəvi və əxlaqi problemlərin mərkəzi olan Amerikada bir qrup gənc Qəzzadakı insanları –

41
00:06:14,440 --> 00:06:21,950
onların bir çoxları Qəzzanın harada olduğunu belə bilmir – fədakarcasına müdafiə edir.

42
00:06:22,930 --> 00:06:28,840
Bu onu göstərir ki, dünyanın hər yerində təmiz və kirlənməmiş vicdan sahibləri vardır. Bu cür insanlara müraciət etmək lazımdır;

43
00:06:29,240 --> 00:06:33,330
təmiz vicdanlara xitab olunmalıdır. Bunları diqqətdən qaçırmamalıyıq.

44
00:06:34,310 --> 00:06:39,820
Onlara xitab olunacaq və çatdırılacaq şeylərdən biri də bu hədəflərdir.

45
00:06:40,000 --> 00:06:48,440
Bu hədəflər elə bir cazibə qüvvəsinə malikdir ki, gənci ev-eşiyindən, gün-güzəranından,

46
00:06:49,060 --> 00:06:56,040
valideyn-övlad, ər-arvad və s. sevgisindən qopararaq döyüş meydanına çəkib aparır.

47
00:06:56,660 --> 00:07:00,260
Bu, hərəkatın daşıdığı birinci məqamdır.

48
00:07:04,260 --> 00:07:11,280
Bu hərəkatın yaranmasına səbəb olanların düşmənçiliyi isə  –

49
00:07:11,280 --> 00:07:18,400
yəni hərəmləri yox etməklə hədə-qorxu gələnlərin düşmənçiliyi – əslində həmin hədəflərlədir.

50
00:07:19,200 --> 00:07:22,800
Məsələn, əsrlər, illər əvvəl dünyadan köçmüş

51
00:07:23,950 --> 00:07:29,060
Mütəvəkkil Abbasi kimilərin düşmənçilikləri kimi. Niyə görə Mütəvəkkil Abbasi İmam Hüseynin (ə) məzarı ilə o cür hərəkət edirdi?

52
00:07:29,910 --> 00:07:38,220
Axı, İmam Hüseyn (ə) 150 ildən artıq idi ki, bu maddi dünyanı tərk edib getmişdi.

53
00:07:39,420 --> 00:07:48,840
O ki, artıq yox idi. Mütəvəkkili əl-ayaq kəsməyə, adam öldürməyə,

54
00:07:49,280 --> 00:07:57,060
suyun qarşısını kəsməyə və s. bu kimi işləri etməyə vadar edən, əslində bu məzarın,

55
00:07:57,240 --> 00:08:00,930
bu günbəzin arxasında saxlanmış olan “həqiqət” idi.

56
00:08:01,420 --> 00:08:10,130
O, bu “həqiqət”dən qorxurdu. Qorxmaqda da haqlı idi. Çünki o həqiqət Mütəvəkkil kimilərini əzib, yerlə-yeksan edir.

57
00:08:11,280 --> 00:08:15,200
Tarix boyu belə olub, bu gün də belədir. Bu, birinci məqamdır.

58
00:08:15,200 --> 00:08:20,800
İkinci məqam isə “İnqilabi dünyagörüşü”dür.

59
00:08:22,350 --> 00:08:37,370
Hərəkatların vacib şərtlərindən biri də budur ki, həmin hərəkat öz daxili sərhədləri ilə kifayətlənməsin,

60
00:08:38,000 --> 00:08:45,640
əksinə, hüdudlardan kənarı da nəzərdə saxlasın. Xüsusilə də

61
00:08:46,880 --> 00:08:51,910
müasir dünyadakı hegemon dövlətlərin digər dövlətlərə təcavüz edə biləcəyi bir şəraitdə buna daha çox diqqət olunmalıdır.

62
00:08:53,600 --> 00:09:01,460
Hazırda ABŞ-ın dünya ölkələrindəki hərbi bazaları saysız-hesabsızdır.

63
00:09:02,660 --> 00:09:05,200
Dünyanın hər yerində onların hərbi bazaları mövcuddur.

64
00:09:06,350 --> 00:09:10,970
Belə bir şəraitdə, hər hansısa bir hərəkat, hər hansısa bir inqilab

65
00:09:11,370 --> 00:09:20,130
diqqətini yalnız öz daxili hüdudlarına yönəldib xarici hadisələrə əhəmiyyətsiz yanaşarsa,

66
00:09:20,400 --> 00:09:27,370
mütləq zərər görəcəkdir. Ona görə də hər bir inqilabın,

67
00:09:27,730 --> 00:09:35,280
hərəkətin, ictimai və siyasi hərəkatın əsas şərtlərindən biri beynəlxalq

68
00:09:35,550 --> 00:09:41,020
və regional mühiti, beynəlxalq balansları, əlaqələri, münasibətləri və s. nəzərdə saxlamaqdır.

69
00:09:41,820 --> 00:09:54,000
O qədər də uzaq olmayan tarixi keçmişimizdə bu yöndən biz ən azı iki dəfə –

70
00:09:56,310 --> 00:10:10,970
biri “Neft sənayesinin milliləşdirilməsi”, o biri isə “Məşrutə” hərəkatında – zərbə almışıq. “Məşrutə” hərəkatında – ingilislərin işin əvvəlində etdikləri müdaxilə öz yerində –

71
00:10:11,240 --> 00:10:15,510
“Məşrutə” dirçələndən sonra

72
00:10:16,800 --> 00:10:25,240
bu hərəkatın tərəfdarları, məsul şəxsləri, ona rəğbət bəsləyənlər və davamçıları diqqəti ölkədaxili problemlərə,

73
00:10:25,240 --> 00:10:31,060
aralarında hökm sürən müxtəlif çəkişmələrin, ixtilafların həllinə yönəltdilər. Beləliklə, xarici düşmənləri yaddan çıxartdılar.

74
00:10:31,240 --> 00:10:36,750
Britaniya siyasətinin lazım gələrsə, Rza Xan kimi birini gətirərək

75
00:10:37,110 --> 00:10:44,440
“Məşrutə” və ya qeyrisini yığışdırıb bir kənara ata biləcəyini unutdular və nəticədə belə bir fəlakətlə üzbəüz qaldılar.

76
00:10:45,600 --> 00:10:57,200
İngilislərin müdaxilə ehtimalını nəzərə almamalarının nəticəsi, necə deyərlər birdən-birə yuxudan oyanmalarına səbəb oldu.

77
00:10:57,510 --> 00:11:05,460
Bir də gördülər ki, Rza Xan kimi quldur və hərbə-zorba gələn biri iş başındadır. O, əvvəlcə briqada generalı, sonra da şah oldu.

78
00:11:08,620 --> 00:11:15,860
Rza Şahın yaxınlarından birinin xatirələrində onun dilindən belə yazdığını oxumuşdum:

79
00:11:15,860 --> 00:11:20,130
“Əgər bilsəydim ki, şah olmaq bu qədər asandır, daha tez şah olardım!”

80
00:11:20,800 --> 00:11:28,040
Yəni etinasız yanaşıblar; insanlar etinasız, laqeyd yanaşdılar və onlar da hakimiyyət başına gəldilər. İngilislər işə müdaxilə edərək onu hakimiyyətə gətirdilər.

81
00:11:28,350 --> 00:11:39,460
Diqqət edin, Rza Xan Məşrutə hərəkatından on beş il sonra hakimiyyətə gəldi; yəni çox vaxt keçməyib.

82
00:11:40,480 --> 00:11:54,530
Bu on beş il ərzində ölkədaxilində hansı problemlər mövcud olub ki, bu onların laqeyd yanaşmalarına səbəb olsun?! Bu, birinci məqam haqqında idi.

83
00:11:54,530 --> 00:12:04,350
Növbəti məqam isə “Neft sənayesinin milliləşdirilməsi” ilə əlaqədardır. Xalqın o həyəcanı, o coşqusu –

84
00:12:05,550 --> 00:12:14,220
insanların o coşqusunun, nümayişlərinin, mitinqlərinin bir hissəsi yadımdadır, Məşhəddə

85
00:12:15,060 --> 00:12:22,710
hadisələrin müəyyən bir hissəsinin şahidi idik –

86
00:12:24,080 --> 00:12:35,600
əhəmiyyətsiz oyun-oyuncaq bir çevrilişlə sonlandı. Əslində orada həqiqi mənada hərbi çevriliş də yox idi.

87
00:12:35,910 --> 00:12:44,530
Yəni xalq tərəfindən seçilən, coşqu ilə hakimiyyətə gələn milli höküməti Amerikanın bir çamadan pulu ilə, Tehrandakı İngiltərə səfirliyi vasitəsi ilə

88
00:12:45,420 --> 00:12:51,280
yönləndirilən bir dəstə oğru-quldurun əli ilə devirdilər;

89
00:12:51,280 --> 00:12:57,770
bitdi və getdi, ondan heç əsər-əlamət də qalmadı. Səhlənkarlıq ucbatından oldu;

90
00:12:58,930 --> 00:13:12,750
daxili məsələlərlə məşğul olmaq və xaricdən müdaxilə ehtimalını gözardı etmək ölkənin başına bu müsibəti gətirdi.

91
00:13:13,950 --> 00:13:22,170
İran İslam İnqilabı və İslam Hərəkatı isə ilk gündən etibarən bu məqamı diqqət mərkəzində saxlamışdı.

92
00:13:22,660 --> 00:13:32,350
İmam (r) etdiyi ilk çıxışlarında Şah rejimini, onun vəhşiliklərini qeyd etməklə yanaşı,

93
00:13:32,880 --> 00:13:40,930
Amerikanın, sionizmin, İsrailin də adını çəkmişdi. O, əvvəldən bu məsələlərdən xəbərdar idi.

94
00:13:42,880 --> 00:13:57,730
Mübarizənin başlanmasından təxminən bir il iki-üç ay keçmişdi ki, İmam (r) kapitulyasiya əleyhinə olan həmin çıxışını etdi;

95
00:13:59,020 --> 00:14:05,550
yəni İmam (r) kapitulyasiyadan, Məclis qərarlarından,

96
00:14:07,910 --> 00:14:12,660
ölkənin daxili işlərinə qarışan xarici qüvvələrdən xəbərdar idi.

97
00:14:14,080 --> 00:14:20,170
İnqilab zəfər çaldığı gündən də İmam (r) ölkə xaricini diqqətdə saxlayırdı.

98
00:14:20,750 --> 00:14:29,280
Düzdür ki, İmamın (r) göstərişlərinin çoxu daxili məsələlərin, problemlərin həlli yönündə idi,

99
00:14:29,640 --> 00:14:35,060
amma İmamın (r) əksər göstərişlərinə nəzər salsanız, görərsiniz ki,

100
00:14:35,820 --> 00:14:43,950
o, göstərişlərin bir çoxunda ölkəni təhdid edən xarici təhlükələr və obyektlərə işarə edib.

101
00:14:44,530 --> 00:14:51,420
Qlobal baxış, regional baxış, kompleks yanaşma,

102
00:14:51,640 --> 00:15:01,110
yalnız daxili məsələlərə diqqət etməklə kifayətlənmir; bu da İnqilabda mövcuddur.

103
00:15:01,110 --> 00:15:07,550
İslam İnqilabının əsas və mühüm təzahürlərindən biri də

104
00:15:08,800 --> 00:15:18,840
düşmənin plan tərtib etdiyi ölkələrdə döyüşçülərimizin iştirak etməsidir.

105
00:15:19,200 --> 00:15:28,840
Həmin ölkələrlə bağlı çox ciddi planlar hazırlanmışdı. Bunu ilk növbədə İraqda,

106
00:15:28,840 --> 00:15:40,530
Suriyada və müəyyən dərəcədə də Livanda tətbiq edəcəkdilər. Düşmənin çəkdiyi plan, xüsusi əhəmiyyətli plan idi.

107
00:15:40,710 --> 00:15:48,840
Onlar “İslam” adı altında və dini motivlərin dəstəyi ilə – bu, çox mühüm motivdir

108
00:15:49,510 --> 00:15:59,510
və çox mühüm funksiyaya malikdir – Amerikanın qanadları altında, Amerikanın himayəsində olan qruplaşma yaratdılar.

109
00:16:01,770 --> 00:16:09,640
İŞİD-in döyüşçüləri döyüş meydanında “Allahu Əkbər” deyirdilər, onların yaralıları

110
00:16:10,800 --> 00:16:20,350
İsrail xəstəxanalarına yerləşdirilirdi və sionist rejimin rəhbərləri isə onları ziyarət edirdilər!

111
00:16:21,280 --> 00:16:28,880
Onların görüntüləri yayımlandı və hamı da bunu gördü. Bu, çox təhlükəli bir plan idi.

112
00:16:29,820 --> 00:16:37,820
Bütün bunlar isə İranı işğal etmək üçün regionu ələ keçirmək məqsədi daşıyırdı.

113
00:16:38,440 --> 00:16:51,020
Yəni İslami İran bütün regionla birlikdə Amerikanın, imperializmin və işğalçı sistemin nəzarəti altında olmalı idi.

114
00:16:51,730 --> 00:16:59,640
Bu plan bunun üçün hazırlanmışdı. Bu məqsədlə pullar da xərcləmişdilər; yeddi trilyon dollar xərclədilər.

115
00:17:00,530 --> 00:17:10,660
Bu, Amerikanın birinci dərəcəli rəsmisinin (3) dəfələrlə açıqladığı statistik göstərici və rəqəmdir.

116
00:17:10,660 --> 00:17:20,080
Onların bu region üçün xərclədikləri – yeddi trilyon dollar vəsait – hamısı havaya sovruldu. Xərclədikləri bütün pullar batdı.

117
00:17:21,370 --> 00:17:28,080
Onlar İŞİD-in vasitəsi ilə “İslam” adı altında hökümətlər yaratmaq istəyirdilər.

118
00:17:29,910 --> 00:17:37,640
İranın iki tərəfində – şərqimizdə bir ölkə, qərbimizdə başqa bir ölkə –

119
00:17:38,130 --> 00:17:54,530
təkfirçi İslamın bayrağını qaldırmaqla əslində İslam Respublikasını müxtəlif dini, intellektual, ideoloji,

120
00:17:55,510 --> 00:18:02,880
iqtisadi və s. təzyiqlərlə yox edib, aradan aparmaq istəyirdilər. Yəni müxtəlif ölkələrdən olan

121
00:18:03,150 --> 00:18:14,080
yaşlı və gənclərdən ibarət bir qrup

122
00:18:14,530 --> 00:18:23,240
İslam Respublikasının aparıcı rolu ilə hegemon və müstəmləkəçilik sisteminin

123
00:18:25,640 --> 00:18:35,200
hesablanmış mühüm və bahalı planını tamamilə alt-üst edə bildi. Bu “İnqilabi dünyagörüşü” olduqca mühümdür.

124
00:18:37,600 --> 00:18:46,400
Onların dediyi yeni Orta Asiya, bu kordinatlara malik olan Orta Asiya olmalı idi:

125
00:18:46,400 --> 00:18:55,200
Amerikanın mütləq hökmranlığı altında olan, dinə söykənən hakimiyyət

126
00:18:56,080 --> 00:19:04,570
həm İraqda, həm də Suriyada “din” adı altında fəaliyyət göstərən, əslində isə İsrail və Amerikanın maraqlarına xidmət edən

127
00:19:05,510 --> 00:19:09,640
və hər iki tərəfdən İslam Respublikasına təzyiqlər göstərən bir Orta Asiya olmalı idi.

128
00:19:12,400 --> 00:19:17,060
“Hərəm Müdafiəçiləri” hərəkatı bu yanaşma ilə regionu xilas etdi.

129
00:19:18,000 --> 00:19:27,950
Yəni bu hərəkat məntəqəni böyük təhlükədən, təhlükəli planın şərrindən xilas etmiş oldu. Bu, ikinci məqam haqqında idi.

130
00:19:30,000 --> 00:19:43,060
Bəs dediyimiz üçüncü məqam hansıdır? Bu, böyük daxili təhlükəni – yəni əmin-amanlığın pozulmasını – zərərsizləşdirmək cəhətidir.

131
00:19:44,620 --> 00:19:57,020
İŞİD-in Suriya və İraqdakı digər davamçıları,

132
00:19:57,640 --> 00:20:02,970
ya da rəqibləri olan başqa qruplaşmalar indiyə kimi fəaliyyətdə olsaydılar,

133
00:20:03,860 --> 00:20:09,600
bütün bölgənin, o cümlədən  İranın təhlükəsizliyini risk altına almış olardılar.

134
00:20:10,080 --> 00:20:19,060
Heç şübhəsiz, biz neçə gündən bir Şirazdakı “Şahçeraq” Heç şübhəsiz, biz neçə gündən bir Şirazdakı “Şahçeraq” hadisəsi və Kirman hadisəsi kimi halların şahidi olacaqdıq. və Kirman hadisəsi kimi halların şahidi olacaqdıq.

135
00:20:22,400 --> 00:20:29,420
Necə ki, İraqda belə etmişdilər, Suriyada belə etmişdilər. Bu vəziyyət hakimiyyət onların əlinə keçənə qədər bu şəkildə davam etdi.

136
00:20:30,930 --> 00:20:39,110
Bu təhlükə “Hərəm Müdafiəçiləri”nin mübariz mücahidləri tərəfindən aradan qaldırıldı.

137
00:20:39,460 --> 00:20:47,150
Düzdür, küncdə-bucaqda hələ də onlardan var; Amerika tərəfindən də dəstəklənirlər, İŞİD hələ də tamamən məhv edilməyib,

138
00:20:47,150 --> 00:20:50,310
amma bir  qruplaşma  olaraq aradan gedib.

139
00:20:50,310 --> 00:21:01,330
Əgər bu qruplaşma dağıdılmasaydı, nələrin baş verə biləcəyini təsəvvür etmək çətindir.

140
00:21:02,000 --> 00:21:10,570
Bu rəhimsiz adamlar, bu son dərəcə qəddar qrup, görünməmiş işlər gördü;

141
00:21:10,710 --> 00:21:18,080
kamera önündə insanları diri-diri yandırasan, diri-diri suda boğasan,

142
00:21:20,220 --> 00:21:33,280
həm Amerikanın maliyyə dəstəyindən, həm də Qərbin texniki və təbliğat dəstəyindən yararlanasan!

143
00:21:33,550 --> 00:21:42,620
Onların gördükləri işlər, videogörüntülər və fotoçəkilişlərdəki o incə və dəqiq məqamlar

144
00:21:42,840 --> 00:21:49,060
bir dəstə qeyri-peşəkar adamın işi deyildi. Onlar kömək alırdılar, onlara kömək olunurdu.

145
00:21:49,330 --> 00:21:57,420
Onlar qərarlaşmışdılar ki, gəlib məntəqədə yerləşsinlər. Bu baş versəydi, artıq heç kimin təhlükəsizliyi qalmayacaqdı.

146
00:21:58,000 --> 00:21:59,460
Bu da başqa bir məqamdır.

147
00:21:59,910 --> 00:22:08,130
Sonuncu məqam isə elə dediklərimizdən ibarətdir: “Hərəm Müdafiəçiləri”nin varlığı,

148
00:22:08,620 --> 00:22:19,600
İslam İnqilabının əvvəlində olan həmin şövq və qəhrəmanlığı yenidən bərpa etmək və davam etdirmək potensialına malik olduğunu

149
00:22:21,020 --> 00:22:22,840
sübut etdi.

150
00:22:23,820 --> 00:22:31,330
Adətən, hər bir hərəkatın əvvəlində inqilab ruhiyyəsi və həyəcanı olur. Sonralar müxtəlif amillərin nəticəsində

151
00:22:31,950 --> 00:22:41,110
o qəhrəmanlıq ruhiyyəsi, o coşqu, o stimul getdikcə zəifləyir və tədricən tamamilə yox olub, aradan gedir.  Məhz bu,

152
00:22:42,080 --> 00:22:49,910
həmin o hərəkat mexanizminin bütünlüklə çökməsinə səbəb olur. Biz bunu yaxın keşmişdə,

153
00:22:50,570 --> 00:22:57,730
məsələn Fransa inqilabı, Sovet inqilabı və bu kimi başqa məsələlərdə müşahidə etmişik.

154
00:23:00,080 --> 00:23:10,000
Fransa kimi bir ölkədə möhtəşəm bir xalq hərəkatı baş verdi, bütün Fransada vüsət tapdı və sonda inqilabçılar hakimiyyətə gəldilər.

155
00:23:10,800 --> 00:23:16,040
Sonra təxminən on iki-on üç il ərzində

156
00:23:18,530 --> 00:23:31,860
boşluqlar, eniş-yoxuşlar oldu – bunların hamısı mənəvi və əxlaqi cəhətdən mövcud olan çatışmamazlıqların nəticəsidir –

157
00:23:32,480 --> 00:23:42,220
və nəticədə bütün hərəkat məhv oldu, Napoleon kimi despotik imperiya hakimiyyət başına keçdi;

158
00:23:43,820 --> 00:23:49,950
adətən, belə olur.

159
00:23:51,770 --> 00:23:58,000
Amma “Hərəm Müdafiəçiləri”nin məntəqədəki varlığı, İnqilabdan 40 il ötməsinə baxmayaraq, həmin o motivasiyanın hələ də mövcud olduğunu sübut etdi.

160
00:24:00,660 --> 00:24:10,310
Ev-eşiklərini tərk edib gedən bu gənclərin hekayələri (bu kitabların bəzilərinə baxmışam)

161
00:24:10,310 --> 00:24:19,680
həqiqətən də insanın daxilini titrədir! Bir gənc öz gənclik imkanlarından,

162
00:24:20,660 --> 00:24:31,770
cavanlıq həyatının zövqündən, qayğısız həyatından, sevgi-məhəbbətdən, maddi imtiyazlardan,

163
00:24:32,530 --> 00:24:40,170
təhsilini davam etdirməkdən və s. kimi imkanlardan özünü qoparıb, bir ideyanı,

164
00:24:40,750 --> 00:24:46,570
hərəkatı, inqilabı qorumağa yollanır! Bu, olduqca mühüm məqamdır.

165
00:24:47,550 --> 00:24:56,800
Bu gənclər nə İmamı (r), nə hər hansısa müharibəni, nə də “Müqəddəs Müdafiə” dövrünü görməyiblər, amma görürsən ki, eyni yolla, eyni stimulla, bəzən onlardan daha yaxşı,

166
00:24:57,280 --> 00:25:04,880
bəzən daha bəsirətli gedib döyüşürlər. Həyatlarını riskə atırlar,

167
00:25:05,370 --> 00:25:07,640
bəzisi şəhid olur, bəzisi isə xeyr.

168
00:25:08,570 --> 00:25:17,460
Bunlar İnqilabın bu cür heyrətamiz qüdrətə sahib olduğunun göstəricisidir; bu olduqca mühüm nüansdır.

169
00:25:18,080 --> 00:25:27,600
Əlbəttə ki, biz bunu müxtəlif sahələrdə, məsələn, “22 Bəhmən” yürüşlərində, şəhidlərlə analoqu olmayan vida mərasimlərində –

170
00:25:28,350 --> 00:25:35,910
bu yaxınlarda keçirilən vida mərasimində, Şəhid Süleymaninin və bu kimi vida yürüşlərində – görmüşük.

171
00:25:36,080 --> 00:25:40,840
Şəhid Süleymaninin və bu kimi vida yürüşlərində – görmüşük.

172
00:25:41,460 --> 00:25:50,440
Amma bundan daha üstünü “Hərəm Müdafiəçiləri”nin döyüş meydanlarında olmalarıdır.

173
00:25:51,820 --> 00:26:01,420
Özünü yalnız maddiyyata əsaslanan təhlillərə qapadan və bu düşüncədən əl çəkməyən bəzi insanlara

174
00:26:01,770 --> 00:26:04,880
siz nə etsəniz də, hansı arqumenti gətirsəniz də, o arqumenti qəbul edib qane olmayacaqlar.

175
00:26:05,330 --> 00:26:10,170
Deyir: Xəyalpərəstlik edib, öz təxəyyül dünyasında yaşayan həqiqəti görə bilməz.

176
00:26:10,750 --> 00:26:20,000
Belə birinə nə qədər dəlil gətirsən də, öz xəyallarında daha çox qərq olar.

177
00:26:20,970 --> 00:26:30,530
Belələrinin gözləri Qərbə, Qərbin maraqlarına və Qərbin yanlış təfəkkürünün prinsiplərinə dikilib;

178
00:26:31,600 --> 00:26:39,510
onlar materialist düşüncəyə qarşı qiyam edən İnqilabın getdikcə zəifləyəcəyini güman edirdilər.

179
00:26:39,950 --> 00:26:46,350
Bəziləri əvvəldə özləri də inqilabçı idilər, sonralar

180
00:26:47,110 --> 00:26:51,860
İnqilaba qarşı müxalif mövqeyə keçdilər; ya İnqilaba qarşı çıxdılar, ya da ən azından fikirayrılığı yaşadılar.

181
00:26:52,130 --> 00:27:00,400
Onlar deyirdilər ki, “Müqəddəs Müdafiə” iştirakçıları indiyə kimi həyatda qalsaydılar, onlar da bizim kimi olacaqdılar. Özləri ilə müqayisə edirdilər.

182
00:27:00,970 --> 00:27:05,330
Bu gənclər isə bunun səhv olduğunu, bu cür olmadığını göstərdilər.

183
00:27:06,620 --> 00:27:14,620
Müdafiəyə yollanan bu gənclərdəki saflıq, şücaət, fədakarlıq, ixlas, İslam

184
00:27:15,110 --> 00:27:25,730
və İnqilab prinsiplərinə bəslənən dərin inanc həqiqətən də heyrətamizdir, özünəməxsus bir fenomendir. İnsanı heyrətə salır.

185
00:27:27,020 --> 00:27:38,310
Bu xüsusiyyətlər Allah-Taalanın lütfündən, İlahi və məsum İmamların (ə) hidayətindən başqa bir şey ola bilməz.

186
00:27:39,860 --> 00:27:52,710
Onların bu yolda şəhidlik dərəcəsinə yetişən Şəhid Süleymani, Şəhid Həmədani və digərləri kimi misilsiz örnəkləri var.

187
00:27:53,820 --> 00:28:05,820
Beləliklə, mən bu nəticəyə gəlirəm ki, “Hərəm Müdafiəçiləri” və onların ailələri İran İslam Respublikasının iftixar və qürur mənbəyidirlər.

188
00:28:07,640 --> 00:28:15,150
Onlar İslam İnqilabının nicat və uğur mənbəyidirlər.

189
00:28:16,440 --> 00:28:24,530
İslam Respublikası həqiqətən də bu əzizlərə, bu şəhidlərə, bu ailələrə və müdafiəçilərə borcludur.

190
00:28:25,110 --> 00:28:32,040
İnşallah, Allah-Taala onların dərəcələrini artırsın, ruhlarını Peyğəmbərə (s) qovuşdursun

191
00:28:32,170 --> 00:28:37,370
və onları bizdən razı salsın, bizi də onlara qovuşdursun.

192
00:28:37,640 --> 00:28:39,950
Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun.