Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Buşəhr ostanında baş vermiş zəlzələ ilə əlaqədar müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Buşəhr ostanında baş vermiş zəlzələdən sonra hadisə nəticəsində xəsarət almış insanlara müraciət edərək onlara səbir və əcr dilədi.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Buşəhr ostanında təbii fəlakətin baş verdiyi, insan tələfatının və xəsarət alanların olduğu haqda xəbəri böyük təəssüf və kədərlə qarşıladım. Tanrıdan zəlzələ nəticəsində dünyasını dəyişmiş insanların ruhuna rəhmət, yaralılara şəfa, ölənlərin yaxınlarına səbir və əcr diləyirəm. Vəli-fəqihin ostandakı möhtərəm nümayəndəsindən, ostanın digər möhtərəm rəsmilərindən, habelə mərkəzdəki əlaqədar rəsmilərdən xahişim budur ki, xilasetmə tədbirlərinin həyata keçirilməsi, ziyan çəkmiş insanlara lazımi dəstək və qayğının göstərilməsi üçün bütün səylərini səfərbər etsinlər. Ümidvaram ki, ölkənin hər yerində dəyərli xalqımız həmişə olduğu kimi, bu dəfə də müsibətə düçar olmuş insanların əzab-əziyyətinin azaldılmasında parlaq iştirak nümayiş etdirəcək.

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
20 fərvərdin 1392
9 aprel 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /