Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbərin 1405-ci ildə Parlamentə ünvanladığı müraciəti
Ali Məqamlı Rəhbərin 1405-ci ildə Parlamentə ünvanladığı müraciəti
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 7 Xordad ilk Parlamentin təsis edilməsinin ildönümü münasibətilə ünvanladığı müraciətdə deputatların, xüsusilə də hörmətli Parlament sədrinin ölkənin tərəqqisi yolundakı səylərini yüksək qiymətləndirərək millətin həqiqi nümayəndəsinin xalqın içindən çıxan və ona layiq şəxslər olduğunu bildirdi. Mövcud unikal milli birlik və həmrəylik kimi böyük nemətin tələblərinə riayət olunmasının zəruriliyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İslam, inqilab, yaxud İranın müstəqilliyi və şərəfi üçün ürəyi döyünən hər bir fədakar şəxs bundan sonra millətin sıx və bir-birinə bağlı sıralarının birliyini qorumaq üçün hər zamankından daha çox çalışmalı, əsassız, hətta əsaslı görünən ixtilafların qarşıdurmaya və parçalanmaya çevrilməsinə yol verməməlidirlər. Mənasız siyasi çəkişmələrdən və sosial fərqlilikləri qabartmaqdan çəkinərək, həm sözdə, həm də əməldə millətin həmrəyliyinin və bütövlüyünün simvoluna çevrilməlidirlər”.
Ali Məqamlı Rəhbər Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Zəhmətkeşlər və Müəllimlər Günü münasibətilə müraciəti
Ali Məqamlı Rəhbər Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Zəhmətkeşlər və Müəllimlər Günü münasibətilə müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 11 və 12 Ordibeheşt tarixinə təsadüf edən Zəhmətkeşlər və Müəllimlər Günü münasibətilə ünvanladığı müraciətində mühüm, effektiv və aparıcı rola malik olan bu iki təbəqəni mədəniyyət və iqtisadiyyat sahəsinin “onurğa sütunu” adlandırıb.
1405-ci ilin Novruz müraciəti
1405-ci ilin Novruz müraciəti
İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 1405-ci ilin başlanması münasibətilə xalqa ünvanladığı müraciətdə bu ili “Milli vəhdət və milli təhlükəsizliyin sayəsində müqavimət iqtisadiyyatı” adlandırdı.
22 Bəhmən münasibətilə telemüraciət
22 Bəhmən münasibətilə telemüraciət
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər televiziya vasitəsilə etdiyi müraciətində 22 Bəhmənin İran xalqının güc və izzətinin nümayiş etdirildiyi gün olduğunu qeyd edərək vurğuladı ki, xalqın yürüşlərdə iştirakı və İslam Respublikasına sədaqətini izhar etməsi düşmənin İrana və milli mənafelərə qarşı tamahkarlığından geri çəkilməsinə səbəb olacaq: “22 bəhməndə öz iradə və müqavimətinizi göstərərək düşməni məyus edin”.
İslam İnqilabının 47-ci ildönümü münasibətilə əhalinin müxtəlif təbəqələrindən olan nümayəndələri ilə görüş
İslam İnqilabının 47-ci ildönümü münasibətilə əhalinin müxtəlif təbəqələrindən olan nümayəndələri ilə görüş
Mübarək “Fəcr Ongünlüyü”nün birinci günü İslam İnqilabının Ali Rəhbəri əhalinin müxtəlif təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə 12 bəhmənin (1 fevral) müstəsna və tarixi bir gün olduğunu buyurdu. O, Pəhləvi rejiminin avtoritar, diktator, anti-dini və asılı hakimiyyətinin ipmerialistlərin zorakılıqlarına qarşı müqavimət göstərən, dinə əsaslanan bir xalq hakimiyyətinə çevrilməsinə işarə edərək dedi: “Xalq son Amerika-Sionist fitnəsinin alovunu əvvəlki bütün məkrli planlarda olduğu kimi, külə çevirdi. Gələcəkdə də millət Rəbbin hidayəti ilə hər hansı bir hadisə qarşısında işi sona çatdıracaqdır”.
Müxtəlif təbəqələrdən olan minlərlə insanın Məbəs bayramı münasibətilə görüşü
Müxtəlif təbəqələrdən olan minlərlə insanın Məbəs bayramı münasibətilə görüşü
İslam İnqilabının Ali Rəhbəri mübarək Məbəs bayramında müxtəlif təbəqələrdən olan minlərlə insanla görüşdə İslamın bugünkü insan cəmiyyətində - İslamın ilk dövrlərində olduğu kimi - bir təkamül yaratmaq, cəhalət, zülm, zorakılıq, qorxu və imperializmə məruz qalmış cəmiyyətləri islahat və xilasa nail olmuş şərəfli cəmiyyətlərə çevirə biləcək çox böyük bir potensiala malik olduğuna işarə edərək son fitnənin ayrı-ayrı yönləri, İslam Respublikasının bu amerikan fitnəsinin ssenari müəlliflərinə və təşviqatçılarına qarşı mövqeyinə aydınlıq gətirdi.
İnqilabının Rəhbərinin bu gün 12/01/2026 tarixində İran xalqına kütləvi yürüşün ardından ünvanladığı təşəkkür mesajı
İnqilabının Rəhbərinin bu gün 12/01/2026 tarixində İran xalqına kütləvi yürüşün ardından ünvanladığı təşəkkür mesajı
Ayətullah Xamenei əzəmətli İran xalqının bu gün həyata keçirtdiyi nümayişi və yaratdığı bu tarixi günü təqdir edərək vurğuladı: “İran xalqı özünü, əzmini və kimliyini düşmənlərə nümayiş etdirdi və bu, Amerika siyasətçilərinə öz məkrlərindən əl çəkmək və xain muzdurlara arxalanmamaq üçün bir xəbərdarlıqdır.
Qum şəhərinin minlərlə sakini ilə görüş
Qum şəhərinin minlərlə sakini ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər Qum əhalisinin 19 Dey 1356-cı ildə (09.01.1978) qələbə ilə başa çatmış tarixi qiyamının ildönümündə bu şəhərin minlərlə mömin sakini ilə görüşü zamanı qeyd etdi ki, çürük Pəhləvi rejimi və onun əsas havadarı, yəni ABŞ-ın yanlış hesablamaları onların İran xalqı qarşısında uğursuzluğu üçün əsas zəmindir.
12 günlük müharibə şəhidlərinin (İqtidar şəhidləri) ailələri ilə görüş
12 günlük müharibə şəhidlərinin (İqtidar şəhidləri) ailələri ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər müvəhhidlərin öndəri Həzrət Əli bin Əbu Talibin (ə) mübarək mövludu və Sərdar Süleymaninin şəhadətinin altıncı ildönümü münasibətilə 12 günlük müharibə şəhidlərinin (İqtidar şəhidləri) möhtərəm ailələri ilə görüşdü. O qeyd etdi ki, Əmirəl-möminininin (ə) ədaləti və təqvası ölkə üçün lazım olan iki zirvə və cəmiyyəti idarə etmək üçün ən vacib xüsusiyyətlərdir.
Avropadakı Müsəlman Tələbə Təşkilatlarına müraciət
Avropadakı Müsəlman Tələbə Təşkilatlarına müraciət
Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansının əlli doqquzuncu qurultayına ünvanladığı müraciətdə İran İslam Respublikası gənclərinin təşəbbüsü, cəsarəti və fədakarlığı sayəsində ABŞ və onun üz qarası olan törəməsinin ordusunun regiondakı ağır hücumunun məğlubiyyətlə nəticələnməsinə işarə etdi.

Seçilmiş ünvanlar