Xəbərlər
Müqəddəs Məşhəd şəhərində Şəhid İmamın pak nəşi ilə vida və dəfn mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamenei və onun şəhid olmuş ailə üzvlərinin qarşılanma və vida mərasimi 18 tir (9 iyul), cümə axşamı saat 14:00-da İmam Rza (ə) küçəsindən müqəddəs hərəm istiqamətində başladı.
Müqəddəs Kərbəlada İranın Seyyidüşşühədasının pak cənazəsi ilə vida mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak nəşi təxminən 70 illik intizar və ayrılıqdan sonra İraqın milyonlarla əzadar sakini və din alimlərinin müşayiəti ilə, nəhayət, İmam Hüseyn (ə), Həzrət Əbülfəzl-Abbas (ə) və Kərbəla şəhidlərinə qovuşdu.
Nəcəf-i Əşrəfdə Şəhid İmamın pak cənazəsi ilə vida mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Xameneinin cənazəsi ilə vida mərasimi bu gün – 17 tir (08 iyul), çərşənbə günü səhər erkən saatlardan etibarən Nəcəf-i Əşrəfdə keçirilir.
İraqda Şəhid İmamın pak cənazəsinin rəsmi qarşılanma mərasimi
Bu gün axşam saatlarında İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma İmam Seyid Əli Xameneinin müqəddəs cənazəsinin rəsmi qarşılanma mərasimi İraq hökumətinin baş naziri Əli əz-Zeydi, ölkəmizin prezidenti Məsud Pezeşkiyan, habelə bir qrup yüksək rütbəli siyasi və hərbi rəsminin, Nəcəf elmi hövzəsinin böyük alimlərinin və İraq əşirətlərinin iştirakı ilə Nəcəf-i Əşrəf Beynəlxalq Hava Limanında baş tutdu.
Müqəddəs Qum şəhərində Şəhid Mücahid Rəhbərin pak cənazəsi ilə vida mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma İmam Seyid Əli Hüseyni Xamenei və onun şəhid olmuş ailə üzvlərinə cənazə namazı və vida mərasimi keçirildi. Mərasim 16 tir, çərşənbə axşamı Qum və Cəmkəranda milyonlarla insanın iştirak etdiyi tarixi bir izdihamla baş tutdu.
Tehranda İnqilabın Şəhid Rəhbərinin pak cənazəsi ilə vida mərasimi
Dünya müsəlmanlarının Rəhbəri Şəhid Həzrət Ayətullah-üzma İmam Seyid Əli Hüseyni Xamenei və onun dörd şəhid ailə üzvünün pak nəşləri bu gün səhər saatlarında yaşlı nəslin nümayəndələrindən tutmuş gənc nəslə qədər milyonlarla insanın iştirak etdiyi böyük bir izdihamın müşayiəti ilə Tehranda son mənzilə yola salındı. Xəbər hazırlanan saatlara qədər vida mərasimi hələ də davam edir.
İslam İnqilabının Şəhid Rəhbərinin cənazə namazı
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Xamenei və onun şəhid olmuş ailə üzvlərinin cənazə namazı bu gün səhər saatlarında İmam Xomeyni (r.ə) adına müsəlla və ətraf küçələrdə toplaşan milyonlarla insanın iştirakı ilə qılındı.
İmam Xomeyni (r.ə) müsəllasında ümmətin Şəhid Rəhbərinin pak cənazəsi ilə vida
İslam ümmətinin Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma İmam Seyid Əli Hüseyni Xameneinin pak cənazəsi ilə ümumi vida mərasimi şənbə günü sübh tezdən başlayıb.
İslam İnqilabının Şəhid Rəhbəri ilə Vida Mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak cənazəsinin ziyarət mərasimi bu gün səhər saatlarında xarici ölkələrin rəsmi nümayəndə heyətləri və yüksək rütbəli rəsmilərinin iştirakı ilə Tehranın İmam Xomeyni adına Müsəllasında rəsmi olaraq başladı.
İmam Xomeyni (r.ə) adına hüseyniyyə yaxınlığında İslam İnqilabının Şəhid Rəhbəri ilə vida mərasimi
Bu gecə (cümə axşamı gecəsi) dərin hüzn və kədər içində olan minlərlə dəyərli şəhid ailəsinin iştirakı ilə Şəhid Rəhbərin pak cənazəsi ilə vida mərasimi baş tutdu.
1405-ci ilin Məhərrəm əzadarlığı mərasiminin axırıncı gecəsi
Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) əzadarlıq mərasiminin altıncı və sonuncu gecəsi baş tutdu. Mərasim Həzrət Zeynülabidinin (ə) şəhadət gecəsi Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətə qovuşduğu məkanın yaxınlığında təşkil olundu.
1405-ci ilin Şami-Qəriban mərasimi
Əhli-beyt (ə) aşiqi olan minlərlə insan İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətə ucaldığı məkanın yaxınlığında toplaşaraq Şami-Qəriban mərasimi keçirdi.
İmam Hüseynin (ə) Aşura gecəsi mərasimi 1405-ci il
İmam Hüseynin (ə) Aşura gecəsinə həsr edilmiş matəm mərasimi cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyənin yaxınlığında – İslam İnqilabının Şəhid Rəhbərinin şəhadətə ucaldığı məkanda baş tutdu.
1448-ci ilin məhərrəm ayının Tasua gecəsi mərasimi
İmam Hüseynin (ə) Tasua gecəsi münasibətilə təşkil olunan matəm mərasimi cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyənin yaxınlığında – İnqilabın Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Xameneinin şəhadətə ucaldığı məkanda keçirildi.
1448-ci ilin məhərrəm ayının matəm məclislərinin ikinci gecəsi
Məhərrəm ayının səkkizinci gecəsi şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) xatirəsinə həsr edilmiş matəm mərasiminin ikinci gecəsi keçirildi.
Şəhid Rəhbərin şəhadətə ucaldığı məkanda matəm mərasiminin birinci gecəsi
Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) matəm mərasiminin birinci gecəsi müxtəlif təbəqələrdən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə – İnqilabın Şəhid Rəhbəri Həzrət Ayətullah Xameneinin şəhadətə ucaldığı məkanda keçirildi.
Mübarək Ramazan ayının ilk günü Quranla ünsiyyət məclisi
Bu gün günorta saatlarında İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Rəhbəri, Quran mütəxəssisləri, tanınmış və beynəlxalq dərəcəli qarilərdən bir qrupunun iştirakı ilə Quranla ünsiyyət məclisi keçirildi.
Fəcr on günlüyü ərəfəsində İslam Respublikasının qurucusunun məzarının ziyarəti
İslam İnqilabının qələbəsinin 47-ci ildönümü və Fəcr ongünlüyü şənlikləri ərəfəsində İslam İnqilabının Rəhbəri hər il olduğu kimi, bu gün səhər (31 dekabr, şənbə günü) İmam Xomeyninin (r.ə) məzarını ziyarət edərək İslam Respublikasının qurucusunun idealları ilə beyətini təzələdi.
