Ali Məqamlı Rəhbərin informasiya bloku

İmam Hüseyn (ə) əzadarlarının iştirakı ilə keçirildi

Şəhid Rəhbərin şəhadətə ucaldığı məkanın yaxınlığında əzadarlığın sonuncu gecəsi

Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) əzadarlıq mərasiminin altıncı və sonuncu gecəsi baş tutdu. Mərasim Həzrət Zeynülabidinin (ə) şəhadət gecəsi Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətə qovuşduğu məkanın yaxınlığında təşkil olundu. Tədbirdə minlərlə İmam Hüseyn (ə) aşiqi iştirak etdi.

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən təşkil edilən bu mərasimdə Höccətül-İslam vəl-müslimin İbrahimiyan çıxış etdi. O öz çıxışında qeyd etdi ki, əzadarlıq məclislərinin ən zəruri nəticəsi ağlın inkişafı və qəlblərin yumşalmasıdır.

Mərasimdə habelə Hacı Mənsur Ərzi, Məhəmmədrza Taheri və Hüseyn Taheri şəhidlərin xatirəsinə həsr edilmiş mərsiyələr və növhələr oxudular.

 

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /