Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Baş Komandan SQ-in müdavimlərinin birgə buraxılış mərasimində iştirak etdi
Ali Baş Komandan SQ-in müdavimlərinin birgə buraxılış mərasimində iştirak etdi
İslam İnqilabının Rəhbəri Ali Baş Komandan bu gün səhər Silahlı Qüvvələrin hərbi akademiyalarının müdavimlərinin birgə təşkil etdikləri buraxılış tədbirində bu qüvvələrin təhlükəsizlik, izzət və milli kimlik qalası olduğunu vurğulayaraq fələstinli gənclərin son qəhrəmanlığı sayəsində sionist rejimin bərpası mümkün olmayan məğlubiyyətə uğradığını dedi: “Bu dağıdıcı tufanı yaradan amil qondarma qəsbkar rejimin Fələstin xalqına qarşı dayanmadan zülm etməsi, cinayətlər törətməsi və yırtıcı hərəkətlər etməsi olmuşdur.
İnqilabın Rəhbəri Ramazan ayının birinci günü “Quranla Ünsiyyət” məclisində iştirak etdi
İnqilabın Rəhbəri Ramazan ayının birinci günü “Quranla Ünsiyyət” məclisində iştirak etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün Mübarək Ramazan ayının ilk günü günortadan sonra bir çox tanınmış qari, Quran mütəxəssisi və Quran fəallarının iştirakı ilə təşkil edilmiş “Quranla Ünsiyyət” adlı nurani məclisdə etdiyi çıxışında Quranın məna və məzmunlarının dinləyicilərə çatıdırlması və onlara təsir göstərilməsi məqsədilə Quran tilavəti məclislərinin ayələrin tərcüməsi və təfsiri ilə müşayiət edilməsinin zəruri olduğunu dedi.
İnqilabın Rəhbəri SQ-in Hərbi Akademiyalarının buraxılış mərasimində iştirak etdi
İnqilabın Rəhbəri SQ-in Hərbi Akademiyalarının buraxılış mərasimində iştirak etdi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Silahlı Qüvvələrin Hərbi Akademiyalarının tələbələrinin müştərək buraxılış mərasimində etdiyi mühüm çıxışı zamanı son günlər baş verən hadisələrə toxundu: “Açıq şəkildə deyirəm, bu hadisələr ABŞ, sionist rejimi və onların müti davamçılarının planıdır. Onların əsl problemi güclü və müstəqil İranla, dövlətin inkişafı ilədir. İran xalqı bu hadisələrdə tamamilə güclü göründü. Gələcəkdə də lazım olduqda şücaətlə meydana daxil olacaq”.

Seçilmiş ünvanlar