
Xəbərlər


Daxili işlər naziri və valilərlə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında daxili işlər naziri və valilərlə görüşdə valilərin vilayətlərin hərtərəfli rəhbərləri olduğunu vurğulayaraq ölkənin ümumi mühitinin xidmət üçün münasib, fürsətlərin isə çox olduğunu bildirdi.

Pakistanın baş naziri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Pakistanın baş naziri cənab Şahbaz Şərif və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Pakistanın İslam dünyasındakı xüsusi mövqeyinə toxunaraq, sionist rejimin Qəzzada törətdiyi cinayətlərin qarşısını almaq üçün İran və Pakistanın ortaq və effektiv fəaliyyətlərinin zəruriliyini vurğuladı.

Minlərlə müəllim və pedaqoqla görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minlərlə müəllim və pedaqoqla görüşdə müəllimin simasının layiqli şəkildə təsvir edilməsinin, ictimai fikirdə cazibədar, yüksək əhval-ruhiyyəli və sevilən bir müəllim obrazının yaradılmasının zəruriliyini, bunun üçün aidiyyəti qurumların bədii və media fəaliyyətinin zəruri olduğunu vurğuladı.

Təcili Yardım Şəhidləri Milli Konqresinin Təşkilat Komitəsi üzvlərinin görüşü
İslam İnqilabının Rəhbərinin iki gün əvvəl, yəni 22 ordibehişt 1404-cü il tarixində (12 may 2025-ci il) Təcili Yardım Şəhidlərinin Milli Konqresinin Təşkilat Komitəsinin üzvləri ilə görüşdə verdiyi bəyanat bu gün həmin tədbirin keçirildiyi məkanda yayımlandı.

Bütün ölkə üzrə minlərlə işçi ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında “Əmək və İşçi Həftəsi” münasibətilə minlərlə fəhlə və işçi ilə görüşdə qeyd etdi ki, istehsala investisiya şüarı iş və fəaliyyətin ən mühüm sərmayəsi, cəmiyyətin möhkəmliyi və davamlılığının sütunlarından biri olan fəhlələrə ciddi diqqət göstərilməsi ilə şərtlənir.

Qum Elmi-Teoloji Mərkəzinin Yenidən Təsisinin Yüzüncü İldönümü Konfransına müraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Qum Elmi-Teoloji Mərkəzinin yenidən təsis edilməsinin yüzüncü ildönümü münasibətilə təşkil edilmiş konfransa ünvanladığı müraciətində teoloji mərkəzin müxtəlif prinsipləri və funksiyalarına aydınlıq gətirərək...

Həcc İdarəsinin məsul şəxsləri və ziyarətinin təşkilatçıları ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında Həcc ziyarətinin təşkilatçıları və Allah evinin ziyarətçilərindən bir qrupu ilə görüşdə qeyd etdi ki, Allahın həcc əməlini vacib etməkdə məqsədi bəşəriyyətin idarəçiliyi üçün kamil və istiqamətverici bir nümunə təqdim etməkdir: “Bütün bəşəriyyətin maraqlarını təmin etmək məqsədi daşıyan bu vacib əməlin zahiri şəkli və tərkibi tamamilə siyasi, ayrı-ayrı tərkib hissələrinin məzmunu isə mənəvi və ibadidir.

Səudiyyə Ərəbistanı kralının mesajının təqdim edilməsi
Səudiyyə Ərəbistanının müdafiə naziri cənab Xalid bin Salman bu gün günortadan sonra İslam İnqilabının Rəhbəri ilə görüşdə Səudiyyə Ərəbistanı kralının mesajını Həzrət Ayətullah Xameneiyə təqdim etdi.

Üç qüvvənin yüksək rütbəli rəsmilərindən bir qrupunun yeni il münasibətilə görüşü
İslam İnqilabının Ali Rəhbəri üç qüvvənin yüksək vəzifəli rəsmiləri ilə yeni ilin ilk görüşündə qeyd etdi ki, davamlı nəzarət ölkənin məqsədlərinin gerçəkləşdirilməsi yolunda itirilmiş halqadır. İlin şüarının gerçəkləşdirilməsi üçün çalışmaq üç qüvvənin ortaq gündəliyi olmalıdır.

Silahlı Qüvvələrin komandirlərindən bir qrupunun yeni il münasibətilə görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında yeni il münasibətilə Silahlı Qüvvələrin məsul şəxsləri və komandirlərindən bir qrupu ilə görüşdə qeyd etdi ki, Silahlı Qüvvələr ölkənin qalası və xalqın hər bir təcavüzkar amil qarşısındakı sığınacağıdır.

Məsul şəxslər, İslam ölkələrinin səfirləri və müxtəlif təbəqələrdən olan bir qrupun görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri və xalqın ayrı-ayrı təbəqələrdən olan nümayəndələri ilə görüşdə qeyd etdi ki, İslamın gündən-günə artan izzəti, böyük güclərin zorakılığı və bac-xərac tələblərinə qarşı mübarizə İslam ümmətinin birliyi və bəsrəti ilə şərtlənir.

Tehran əhalisinin müxtəlif təbəqələrdən olan nümayəndələri önündə Novruz çıxışı
İslam İnqilabının Ali Rəhbəri yeni ilin birinci günü əhalinin müxtəlif təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə qeyd etdi ki, iranlıların dua, təvəssül, mübarək yerlərə toplaşmaqla yeni ilə başlama ənənəsi xalqın Novruz bayramına mənəvi baxışını ifadə edir.

Şairlər, mədəniyyət işçiləri və ədəbiyyatçılarla görüş
Həzrət İmam Həsən Müctəbanın (ə) mübarək mövlud gecəsi gənc və təcrübəli şairlərdən bir qrupu İslam İnqilabının Rəhbəri ilə görüşdü.

Ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə, siyasi, sosial, mədəni təşkilatların və tələbə cihad qruplarının fəalları ilə görüşdə məsələlərin qiymətləndirilməsi tənqid edilməsi və tələbə kimliyinin möhkəmləndirilməsi ilə bağlı mühüm tövsiyələr verdi.

Dövlətin məsul şəxsləri və işçilərinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında qüvvələrin rəhbərləri, dövlətin ayrı-ayrı qurumlarının rəhbərləri və məsul işçilərindən bir qrupu ilə görüşdə fərdi və sosial müstəvilərdə özünü unutma və onun nəticələri barəsindəki Ramazan tövsiyələrini verərkən əhalinin maddi vəziyyəti və məişətinin yaxşılaşdırılmasının çox mühüm olduğunu vurğuladı.

Beynəlxalq "Təsnim Təfsiri” Konfransının təşkilatçıları ilə görüş
4 isfənd 1403-cü il tarixində keçirilmiş Beynəlxalq “Təsnim Təfsiri” Konfransının təşkilatçıları ilə görüşdə İslam İnqilabının Ali Rəhbərinin verdiyi bəyanat bu gün səhər Qum şəhərində konfransın keçirildiyi məkanda yayımlandı.

Təhlükəsizlik naziri, nazir müavinləri və şöbə müdirlərinin görüşü
İslam İnqilabının Rəhəbrinin 1 isfənd 1403-cü il (19 fevral 2025) tarixində Təhlükəsizlik naziri, nazir müavinləri və nazirliyin idarə müdirləri ilə görüşdə verdiyi bəyanat bu gün “Təhlükəsizlik sahəsinin şəhidləri və Təhlükəsizlik Nazirliyinin yaradılmasının 40-cı ildönümü" adlı xatirə tədbirinin keçirildiyi yerdə yayımlandı.

Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyətinin görüşü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Qətərin əmiri Şeyx Təmim ibn Həməd ibn Xəlifə Ali-Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qonşularla əlaqələrin genişləndirilməsinin İran İslam Respublikasının qəti siyasəti olduğunu vurğulayaraq dedi: "Cənab Pezeşkiyan hökumətinin elan etdiyi siyasətlərdən biri də qonşularla əlaqələrin genişləndirilməsidir. Allahın lütfü ilə bu sahədə yaxşı işlər görülüb, irəliləyişlər də olub. Xarici işlər naziri cənab Əraqçı bu sahədə çox fəaldır".
