Məhkəmə hakimiyyətinin rəhbəri Höccətül-İslam vəl-müslimin Mohsini Ejei İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb söhbət edib.
Görüş zamanı ədalətin yayılması, ictimai hüquqların təmin edilməsi, korrupsiya və onun həssas nöqtələri ilə səmərəli mübarizə, işlərə sürətli, diqqət və qətiyyətlə baxılması, hökmlərin vaxtında və çəkindirici xarakterli icrası vasitəsilə dövlətin sosial kapitalının artırılması vurğulanıb. Eyni zamanda, məhkəmə sistemində hərtərəfli və nəzərəçarpacaq dəyişikliklərin edilməsi, xüsusilə qanunların düzgün icrasına nəzarət, təşkilat və qurumların idarə olunmasına yardımçı olan mütəmadi yoxlamalar sahəsində müasir texnologiyalardan maksimum istifadə olunması qeyd olunub. Bundan əlavə, cinayətlə nəticələnən səhlənkarlıqların araşdırılması, məsul qurumlarla birlikdə cinayətkarlıqla qətiyyətli mübarizə aparılması, qanun pozuntusuna zəmin yaradan amillərin ortadan qaldırılması, eləcə də cinayətkar Amerika-Sionist cütlüyünün törətdikləri cinayətlər nəticəsində dəymiş maddi və mənəvi zərərlərin ödənilməsi məsələlərinə ciddi yanaşıldığı bildirilib.
Görüşün əvvəlində Mohsini Ejei məhkəmə sisteminin yeni dövr proqramları, o cümlədən məhkəmə islahatı sənədinin yenilənməsi, işlərə baxılma vaxtına qənaət, xərclərin azaldılması, hökmlərin əsaslandırılması və məhkəmə işçilərinin dürüstlüyünün artırılması məqsədilə işlərin rəqəmsallaşdırılmasının sürətləndirilməsi barədə hesabat təqdim edib.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
