Ali Məqamlı Rəhbərin informasiya bloku

İslami Şura Məclisinin sədrinin İslam İnqilabının Ali Rəhbəri ilə görüşü

İslami Şura Məclisinin sədri doktor Məhəmməd Baqir Qalibaf İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb söhbət edib.

Görüşdə düşmən ABŞ-Sionist cütlüyünün apardığı hərbi, iqtisadi və koqnitiv müharibədəki son proseslər nəzərdən keçirilib. Həmçinin ölkənin güc amillərinin möhkəmləndirilməsi, sosial həmrəyliyin və milli birliyin qorunub saxlanılmasında İslami Şura Məclisinin deputatlarının təsirli rolu, xalqın meydanlardakı toplantılarda şüurlu və çəkindirici iştirakının davam etdirilməsi vurğulanıb. Bununla yanaşı, hökumət və parlamentin əhalinin iqtisadi və məişət problemlərinin həlli, eləcə də ölkənin strateji tərəfdaşları ilə bağlı işlərin irəli aparılması istiqamətində əməkdaşlığına xüsusi diqqət yetirildiyi vurğulanıb.

İslami Şura Məclisinin sədri görüş zamanı Üçüncü Məcburi Müharibə başlayan vaxtdan indiyədək millət vəkillərinin fəaliyyəti, eləcə də ölkənin problem və çətinliklərinin həlli üçün parlamentin cari və gələcək planları barədə hesabat təqdim edib.

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /