Müxtəlif tələbə heyətlərini təmsil edən minlərlə tələbə İmam Hüseynin (ə) Ərbəin ildönümü münasibətilə İslam İnqilabının Şəhid Rəhbərinin şəhadətə qovuşduğu məkanın ətrafına toplaşdı. Onlar “Ərbəin” ziyarətnaməsini oxuyub, Şəhid Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin xatirəsini ehtiramla yad etdilər.
Əvvəlki illərdə İnqilabın Şəhid Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə təşkil edilən bu mərasimdə Höccətül-İslam vəl-müslimin Təbatəbainəjad çıxış etdi. O, İmam Hüseynin (ə) “Ərbəin” ziyarətnaməsinin ayrı-ayrı hissələrinə toxunaraq Allahın vəlisi ilə birlikdə olmağın və ona yoldaşlıq etməyin nəticələrindən danışdı. Təbatəbainəjad bu yoldaşlığın nəticələrini sadalayaraq bildirdi: “Paklıq və Allahın vəlisinə bənzəmək, mərifət və bəsirət qazanmaq, hazırlıqlı qəlblərdə ilahi sevgi və məhəbbət yaranması, eləcə də dünya və axirət səadətinə çatmaq Allahın vəlisi ilə birgə addımlamağın nəticələridir. Bu yoldaşlığın əsas şərti isə ifrat və təfritdən çəkinməkdir. Yəni nə Allahın vəlisindən geridə qalmaq, nə də ondan irəliyə keçib tələskənliyə yol vermək olar”.
Mərasimin davamında cənab Meysəm Motii və cənab Mehdi Rəsuli İmam Hüseyn (ə), onun pak əhli-beyti və vəfalı səhabələrinin, habelə İnqilabın Şəhid Rəhbərinin xatirəsinə həsr edilmiş mərsiyə və növhələr oxudular.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
