Ali Məqamlı Rəhbərin informasiya bloku

Milyonlarla iraqlının “Amerikaya ölüm!” və “Heyhat minnəz-zillə!” şüarları ilə keçirildi

Nəcəf-i Əşrəfdə Şəhid İmamın pak cənazəsi ilə izdihamlı vida mərasimi

İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Xameneinin cənazəsi ilə vida mərasimi bu gün – 17 tir (08 iyul), çərşənbə günü səhər erkən saatlardan etibarən Nəcəf-i Əşrəfdə keçirilir. Mərasimdə İraqın müxtəlif vilayətlərindən gəlmiş minlərlə iraqlı aşiq və zəvvar izdihamlı şəkildə iştirak edir. Şəhid Rəhbərin pak cənazəsi İraq vaxtı ilə günorta azanı vaxtı Həzrət Zəhra (s.ə) səhninə gətirilib və beləliklə, dünya şiələrinin böyük təqlid mərcəyi və İslam ümmətinin Şəhid Lideri Həzrət Əmirəlmömininin (ə) hərəmini ziyarət edib.

Pak cənazə hərəmə gətirildikdən və “Qızıl eyvan” səhnində “Əminullah ziyarətnaməsi” oxunduqdan sonra Şəhid Həzrət Ayətullah-üzma Seyid Əli Xameneiyə cənazə namazı qılınıb. Şəhid Rəhbərin çoxsaylı sevənlərinin iştirakı ilə Həzrət Əli (ə) hərəminin səhnində təşkil edilən cənazə namazına mərhum təqlid mərcəyi Ayətullah Seyid Məhəmməd Səid Həkimin qardaşı, Nəcəf-i Əşrəf Elmi-Teoloji Mərkəzinin alimlərindən olan Ayətullah Seyid Məhəmməd Təqi Həkim imamlıq edib.

Kufə körpüsündən Həzrət Əmirəlmöminin İmam Əlinin (ə) hərəminə qədər uzanan vida mərasimi marşrutunda İraqın müxtəlif siyasi, dini və hərbi cərəyanlarının yüksək rütbəli simaları da iştirak ediblər. Mərasim iştirakçıları “Ləbbeyk, ya Hüseyn (ə)!”, “Heyhat minnəz-zillə!” (Zillət bizdən uzaqdır!) və “Əl-Mout li-Əmrika” (Amerikaya ölüm!) sədaları ilə İranın şəhidlər ağasının cənazəsini son mənzilə yola salıblar.

Qeyd edək ki, Nəcəf-i Əşrəfdə Şəhid İmamın cənazə mərasimi ilə eyni vaxtda, onun şəhid ailə üzvlərinin də cənazələri Həzrət Əmirəlmömininin (ə) hərəmində qılınan cənazə namazı və vida yürüşündən sonra Kərbəlaya aparılıb. Onları Kərbəlada – Beynəl-Hərəmeyndə toplaşaraq saatlar öncəsindən (çərşənbə günü günortadan sonra keçiriləcək) mərasimi gözləyən izdiham qarşılayıb.

Mücahid Şəhid İmamın pak cənazəsinin bu gün günortadan sonra müqəddəs Kərbəla şəhərində də ziyarət edilməsi, habelə cənazənin Həzrət Seyidüşşühəda (ə) və Həzrət Əbülfəzl-Abbasın (ə) mübarək hərəmlərində təvaf etdirilməsi planlaşdırılır.

// Fotolar yenilənir ... //

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /