İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma İmam Seyid Əli Hüseyni Xamenei və onun şəhid olmuş ailə üzvlərinə cənazə namazı və vida mərasimi keçirildi. Mərasim 16 tir, çərşənbə axşamı Qum və Cəmkəranda milyonlarla insanın iştirak etdiyi tarixi bir izdihamla baş tutdu.
Mərasim səhər saat 6-da müqəddəs Cəmkəran məscidində, Həzrət Ayətullah Cavadi Amulinin imamətliyi ilə təşkil edilən cənazə namazının qılınması ilə başladı. Daha sonra şəhidlərin cənazələri şiə dünyasının şəhid olmuş böyük təqlid mərcəinin fədakar tərəfdarlarından ibarət böyük bir izdihamın müşayiəti ilə müqəddəs Qum şəhərindəki Həzrət Fatimeyi-Məsumənin (s.ə) hərəminə doğru yola salındı.
Qeyd edək ki, İslam İnqilabının Şəhid Rəhbərinin yüz minlərlə ziyarətçisi və matəm iştirakçıları hələ mərasim başlamazdan saatlar əvvəl – bazar ertəsi axşamından etibarən Cəmkəran məscidinin bütün həyət və salonlarını tamamilə doldurmuşdular. Onlar Həzrət Vəliyullaha (ə.f) təvəssül edərək şəhid mücahid İmamın xatirəsinə mərsiyə və növhələr oxudular.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
